Xəbər lenti
24/01/2021 [12:20]:
İranın Xarici İşlər naziri bu gün Bakıya gəlir - NAZİRLİKDƏN AÇIQLAMA
24/01/2021 [12:17]:
Qardaşlığın “Dostluğ”u...
24/01/2021 [12:16]:
Fransada işsizlik əleyhinə aksiya: Minlərlə insan Emmanuel Makron hökumətinə etiraz etdi - VİDEO
24/01/2021 [11:38]:
Türkiyədə zəlzələ olub
24/01/2021 [11:37]:
Gecələr tez-tez oyanmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
24/01/2021 [11:36]:
Füzuli rayonunun Aşağı Veysəlli kəndi - VİDEO
24/01/2021 [11:34]:
Hücuma məruz qalan “Motsart”ın 4-cü kapitanı: “Yaralanmışam, “kor kimi” mənə verilən istiqamətdə gedirəm”
24/01/2021 [11:16]:
ABŞ sakini peyvənddən bir neçə saat sonra öldü
24/01/2021 [11:12]:
"Ölkənin şərqində qaz kəmərinə terror hücumu edilib" - Maduro
24/01/2021 [10:46]:
Qənirə Paşayeva Milli Qəhrəman Samir Xasıyevin anası ilə görüşüb
24/01/2021 [10:43]:
ABŞ Yaponiyanın Çinlə mübahisəli adasını qoruyacaq - Pentaqon rəhbəri
24/01/2021 [10:40]:
Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olur
24/01/2021 [10:34]:
Rusiyada gərginlik artacaq: Navalnı bəhanədir
24/01/2021 [10:23]:
Dastin Porye Konor Makqreqoru nokauta saldı
24/01/2021 [10:20]:
Kunq-fu fəndi ilə küçə itlərini dəf etdi - VİDEO
24/01/2021 [10:18]:
Peyvənddən nə qədər sonra hamilə qalmaq olar?
24/01/2021 [10:11]:
Şamaxıda Quşçu vulkanı püskürüb
24/01/2021 [10:08]:
Bakıda piyadanı avtomobil vuraraq ağır yaraladı
24/01/2021 [10:07]:
ÜST dünyada koronavirusla bağlı statistikanı açıqladı
24/01/2021 [08:30]:
Türkiyə dəniz quldurlarının qaçırdığı dənizçilərin xilası üçün hərəkətə keçdi...
24/01/2021 [08:19]:
Söz gəzdirənin duası həyata keçməz...-RƏZİL SİFƏT
24/01/2021 [02:06]:
Bu yağlar kişidə seksual gücü artırır - Qarşı tərəfi ehtiraslandırmaq, cəlb etmək üçün...
24/01/2021 [01:54]:
"Mən müdir zad hərləmirəm, birinci və axırıncı dəfə olsun ki, mənimlə bu tonda danışırsan...”
24/01/2021 [01:48]:
Polis Akademiyasına qadınların qəbulu dayandırıldı
24/01/2021 [01:40]:
Şamaxıda Quşçu palçıq vulkanı püskürüb
24/01/2021 [00:26]:
"Əsəblərim pozulmuşdu, həkimə getmədim, dərman içmədim, məni bu pişiklər sağaltdı..."
24/01/2021 [00:05]:
"Bir filmə Bakıdan Sumqayıta qədər lent lazım olurdu..." - 150-dən çox filmin səs rejissoru
24/01/2021 [00:02]:
Novruz çərşənbələrinin vaxtı açıqlandı
23/01/2021 [23:45]:
Azərbaycanlı mühəndis öldürüldü - Türkiyə gəmisinə hücum edildi
23/01/2021 [23:21]:
Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
23/01/2021 [23:20]:
Türkiyədə daha 144 nəfər koronavirusdan ölüb
23/01/2021 [23:17]:
Leyla Əliyeva bacısını ad günü münasibətilə təbrik edib - FOTO
23/01/2021 [23:10]:
Aləm Kəngərlinin dili də var, hünəri də...
23/01/2021 [22:34]:
Polad Bülbüloğlu Şuşadakı evlərində “Gəl, ey səhər” oxudu - VİDEO
23/01/2021 [22:20]:
27 il işğalda qalan Şahbulaq qalasından reportaj... - Fotolar+Video
23/01/2021 [22:16]:
Türkiyə müdafiə sənayesinin daha bir UĞURU: İlk yerli döyüş gəmisi inşa olundu
23/01/2021 [21:58]:
Prezident İlham Əliyev Xalq artisti Eldar Quliyevi təbrik edib
23/01/2021 [21:57]:
Eldar Quliyev "İstiqlal" ordeni ilə təltif olunub
23/01/2021 [20:58]:
Azərbaycanda "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihəsi hazırlanacaq
23/01/2021 [20:55]:
İçərişəhərdə ictimai incəsənət: Orxan Hüseynovun “Sevgimiz elə bu qədərmiş” sərgisi”
23/01/2021 [20:40]:
Koronavirusa yoluxmuş Rəşid Mahmudovdan xəbər var
23/01/2021 [20:31]:
Paşinyan: “Bayden gəldisə, Putin gedə bilər” - VİDEO
23/01/2021 [20:29]:
Komada qalıb, 3 dəfə əməliyyat olunan qazimizdən xəbər var - Foto
23/01/2021 [20:20]:
Sarqsyanın kürəkəni: “Soros dairələrinə anti-Rusiya ritorikasını gücləndirmək tapşırılıb”
23/01/2021 [20:13]:
Azərbaycanın Çindən idxalı ötən il 1,4 mlrd. dollardan çox olub
23/01/2021 [20:08]:
Kuryerə bəxşiş əvəzinə maşın hədiyyə edildi - FOTO/VİDEO
23/01/2021 [20:03]:
Netanyahunun oğlunun Putinlə görüşünü xatırlaması  etirazla qarşılandı...-FOTO
23/01/2021 [19:56]:
“Qarabağın tərəqqisi ölkəmizin iqtisadi gücünün daha da artmasına səbəb olacaq”
23/01/2021 [19:45]:
Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada - Təəssüratlar
23/01/2021 [19:20]:
Qənirə Paşayeva türkiyəli şairin kitab təqdimatında gənclərə çağırış edib
23/01/2021 [19:14]:
FHN yanğınların əsas səbəbləri və yanğın zamanı təhlükəsizliyə dair qaydaları açıqlayıb
23/01/2021 [19:12]:
Şahbuz rayonunda zəlzələ olub
23/01/2021 [19:09]:
Naxçıvanda bir qrup hərbçiyə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib
23/01/2021 [19:08]:
Rusiya XİN: “ABŞ daxili problemləri ilə məşğul olsun”
23/01/2021 [19:06]:
Şuşanı azad etmək arzusuyla yaşayan şəhid kəşfiyyatçı - VİDEO
23/01/2021 [18:38]:
Türkiyədə kurs keçən, Şuşanı azad etmək arzusuyla yaşayan şəhid kəşfiyyatçı - VİDEO
23/01/2021 [18:28]:
ABŞ-dan Rusiyadakı etirazlara dəstək - Kreml QƏZƏBLƏNDİ
23/01/2021 [18:20]:
Bu il əhalinin gözlədiyi, arzusunda olduğu qanunlar qüvvəyə minəcək
23/01/2021 [18:12]:
AQTA-dan “quş qripi”nin qarşısının alınması ilə bağlı ÇAĞIRIŞ
23/01/2021 [18:06]:
Larri Kinq dünyasını dəyişdi
23/01/2021 [17:40]:
Kəlbəcərin Qamışlı kəndi - VİDEO
23/01/2021 [17:31]:
“Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu”
23/01/2021 [17:29]:
Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü: 162 yeni yoluxma - FOTO
23/01/2021 [17:16]:
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub
23/01/2021 [17:14]:
Moskvada polislə qarşıdurma oldu, yaralananlar var - FOTOLAR
23/01/2021 [17:12]:
"Ermənistan mənim dostuma, soydaşlarıma təcavüz edir” - Türkiyə prezidenti
23/01/2021 [17:10]:
“Cəsarətli ol, gəl, bu, məni xoşbəxt edəcək” - Xanım deputatdan eks-prezidentə
23/01/2021 [17:05]:
"Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib"
23/01/2021 [17:04]:
“Vətən Müharibəsi ilə bağlı yüksək səviyyəli filmlərin çəkilməsinə ciddi ehtiyac var”
23/01/2021 [17:04]:
İlham Əliyev Zelenskiyə başsağlığı verdi
23/01/2021 [16:59]:
Qənirə Paşayeva gəncləri Nizamini daha dərindən öyrənməyə və təbliğ etməyə çağırıb
23/01/2021 [16:54]:
“Bu belə davam edə bilməz...”
23/01/2021 [16:41]:
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb
23/01/2021 [16:37]:
Navalnının həyat yoldaşı da həbs olundu
23/01/2021 [16:12]:
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqləndi - SİYAHI
23/01/2021 [16:11]:
SOCAR-ın Müşahidə Şurası yaradılır - FƏRMAN
23/01/2021 [16:03]:
BDU-nun magistrantları: “Ötən semestr əldə edilən təcrübə öz bəhrəsini verir”
23/01/2021 [15:53]:
Polad Bülbüloğlu atasının Şuşadakı evində - FOTO
23/01/2021 [15:53]:
“Qarabağda ermənilərlə qonşu kəndlərdə necə yaşayacağıq?..”- Deputat cavab verir
23/01/2021 [15:30]:
Azad Rəhimovun yoluxduğu ağır xəstəlik... – Müalicəsi mümkündürmü?
Bütün arxiv bir sırada
19/02/2018 [18:34] - Köşə - ( 3042 dəfə baxılıb)

50 manatlıq xalq artistləri...

Seymur Verdizadə

Son günlər şou əhlini çox tənqid edirəm. Ona görə yox ki, bu adamlar ifa etdikləri bayağı mahnılarla xalqın musiqi zövqünü korlayırlar. Əsas səbəb odur ki, əksər müğənnilər gözümüzün içinə baxa-baxa yalan danışır, bizi avam yerinə qoymağa çalışırlar...

Bakıda, metronun “Əhmədli” stansiyası ilə “Ukrayna” meydanının arasında məşhur bir şadlıq evi fəaliyyət göstərir. Çoxlu qohum-əqrabası, yüzlərlə dost-tanışı olan bir adam kimi arabir məni də həmin şadlıq evinə toya dəvət edirlər. Yaddaşıma güvəndiyim üçün əminliklə deyə bilərəm ki, masada ən azı 21 cür soyuq qəlyanaltı, 10 növ isti yemək olur. Nəfsini tərbiyə etməkdə aciz olan uca millətimin şən övladları arağı su yerinə içirlər. Axşam 7-dən sonra bəylə gəlini təbrik etməyə gələn xalq artistlərinin, əməkdar artistlərin, “Tərəqqi” medallı artistlərin ardı-arası kəsilmir. Axırda pul yazdırmasan, elə bilərsən ki, toyda yox, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sənət adamalrının iştirakı ilə keçirdiyi müşavirədəsən...

Dostumun oğlunun toyunda iştirak etmək üçün ötən həftə yolumu həmin şadlıq sarayından saldım. Ofisiant boşqabıma iki qaşıq salat çəkməyə macal tapmamış xalq artisti Səməd Səmədov məclisə təşrif buyurdu. Səməd müəllim fonoqrama ilə iki-üç bayağı mahnı oxuyub, nehrə boyda arvadların, boy-buxunda Koroğludan geri qalmayan cantaraq kişilərin şəkil çəkdirmək arzusunu yerinə yetirəndən sonra yerini əməkdar artist Bəsti Bəkirovaya verdi. Sağ tərəfimdə əyləşən tələbə yoldaşım Namiq müəllim fabrik toyuğunun ətindən bişirilmiş tikəni yeyib qurtarmamış Bəsti xanım ifasını başa vurub, məclisi tərk etdi. Əməkdar artist Elza Seyidcahan kababla eyni vaxtda gəldi. Bir andaca pərəstişkarlarının əhatəsinə düşən Elza xanımın başı şəkil çəkdirməyə qarışdığı üçün mahnı oxumaq yaddan çıxdı. Sonra isə hələ də Səməd Səmədovun duet ortağı kimi tanınan müğənni Sevda salona daxil oldu. Həmin vaxt Namiq müəllimin telefonunda jurnalist dostum Azər Həsrətin müsahibəsini oxuduğum üçün Sevdanın nə oxuduğu yadımda qalmadı. Bizim masanın ətrafında əyləşən kişilər siqaret çəkmək üçün bayıra çıxanda, əməkdar artist Cavanşir Məmmədovla Firuzə İbadova içəri girdi. Dostumun kasıb olduğunu bildiyim üçün bu qədər müğənnini hansı pulla toya dəvət etdiyi məni əməlli-başlı düşündürməyə başladı. Şəxsən tanıdığım, müxtəlif televiziya verilişlərində yanaşı əyləşdiyim, sənətinə hörmət etdiyim əməkdar artist Nüşabə Ələsgərli şadlıq evinə təşrif buyuranda təəccübüm ikiqat artdı. Burda bir sirr vardı. Bu sirri çözməsəm, gecə səhərə kimi gözümə yuxu getməyəcəkdi...

Təmiz hava almaq üçün bayıra çıxanda, foyedə dostumla qarşılaşdım. İlk sözüm bu oldu: “Nahaq yerə bu qədər məsrəf etmisən...”

Kişi heyrətlə üzümə baxıb, ağzını qulağıma yapışdırdı: “Bakıda burdan ucuz restoran yoxdur”.

Tez-tələsik dilləndim: “Bəs müğənnilər? Bunların biri toya 6-7 minə gedir. Bu qədər pulu hardan tapmısan?”

Dostum ətrafa nəzər salıb, heç kimin bizi eşitmədiyinə əmin olandan sonra belə dedi: “Yerin biri 25 manatdır. Müğənnilər isə restoranın hədiyyəsidir”.

Yenə fikrim qarışdı. Növbəti sualı verməkdən özümü saxlaya bilmədim: “Restoran 25 manatlıq yerdən nə qazanır ki, bunlara bir ətək pul verir?”

Dostum əlini çiynimə qoyub, belə dedi: “Mənim saf qardaşım, sən o adamların efirdə dediyi sözlərə inanma. Kimdir onlara 8-10 min manat verən? Bu gün gördüyün müğənnilərin hər biri bura 50 manata gəlib”.

Həyat yoldaşı dostumu çağırdığı üçün söhbətimiz yarımçıq qaldı...

Qonaqlarla beş-on dəqiqə söhbət edəndən sonra sağollaşıb, şadlıq sarayını tərk etdim. Pilləkənlərdən enəndə daha bir xalq artisti ilə qarşılaşdım. Əlli manatın arxasınca gəlmişdi...

... Bu sətirləri klaviaturada döyəcləyib qurtarandan sonra axtarış saytlarına daxil olub, müğənnilərin toy qiymətləri ilə bağlı kiçik bir araşdırma apardım. Həmin xalq artistinin qarşısında bu rəqəm yazılmışdı: 12 000 AZN.

Uşaq vaxtı bu cür situasiya ilə qarşılaşanda belə deyirdik: “Yalançının...”
İndi uşaq olmadığımız üçün ədəbsiz söz işlətmək bizə yaraşmaz. Amma gərək həmin artistlər də bizi uşaq yerinə qoymasınlar...(qafqazinfo.az)

loading...
Bu yağlar kişidə seksual gücü artırır - Qarşı tərəfi ehtiraslandırmaq, cəlb etmək üçün...
Azad Rəhimovun yoluxduğu ağır xəstəlik... – Müalicəsi mümkündürmü?
"Bu peyvəndin həmin şəxslərə vurulması yolverilməzdir və..." - XƏBƏRDARLIQ
Maskasız deputat parlamenti bir-birinə vurdu VİDEO
Cinsiyyət dəyişdirmək istəyərkən nə zaman öləcəyini öyrəndi - FOTOLAR
N.Tusi adına Klinika

Cəmiyyət
"Mən müdir zad hərləmirəm, birinci və axırıncı dəfə olsun ki, mənimlə bu tonda danışırsan...”
Maraqlı
"Əsəblərim pozulmuşdu, həkimə getmədim, dərman içmədim, məni bu pişiklər sağaltdı..."
Cəmiyyət
"Bir filmə Bakıdan Sumqayıta qədər lent lazım olurdu..." - 150-dən çox filmin səs rejissoru
Müsahibə
“Bu belə davam edə bilməz...”
Cəmiyyət
"Görəsən bizim babalarımız İranı idarə ediblər, yoxsa İrana xidmət ediblər..?"

Yazar
İlham İsmayıl
“Kişi evin, sərhəd də dövlətin çəpəridir...”
Elgün MƏNSİMOV
İdeal olmaq üçün deyil, normal olmaq üçün səylərimizi əsirgəməməliyik...
Seymur Verdizadə
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
Həftənin ən çox oxunanları
"Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi, yoxsa Sumqayıta bomba da ata bilərdim..."
"Moskvada ermənilər restorana getməyə utanırlar ki, azərbaycanlılarla rastlaşmasınlar"
"Bakıda qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm" - Paşinyan
Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı- Əraziyə ordu yeridildi...-VİDEO
"Bəylər Eyyubovun və Ramil Usubovun Pirşağıdakı bağlarında pilləkən və qapı hazırlamışam"
“Nazir rusların davranışına əsəbiləşdi:  “Belə iş olar, öz torpağımızda bizə qadağa qoyurlar”
"Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı..." - FOTOLAR
Pərvindən yayılan porno videoya REAKSİYA - "Sənin nəslini "stroy"a düzəcəm..." + VİDEO
Baydendən ilk tələb: "Əliyev və Ərdoğana qarşı sanksiya..." (VİDEO)
"O, dünyasını dəyişəndən nişan üzüyümü bir dəfə də olsun barmağımdan çıxarmamışam"
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}