Xəbər lenti
31/10/2020 [20:19]:
Əli bəy Hüseynzadə ermənilər haqqında
31/10/2020 [20:14]:
"İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri Irana yaxşı bir mesajdır..."
31/10/2020 [20:14]:
Beynəlxalq münasibətlər sistemində “erməni məsələsi”
31/10/2020 [20:10]:
Erməni ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi – FOTO
31/10/2020 [20:10]:
“Biz onlara hərb meydanında, döyüş meydanında, səngərdə cavab veririk..."
31/10/2020 [20:08]:
Gürcüstanda parlament seçkiləri yekunlaşıb
31/10/2020 [19:55]:
Türkiyədə zəlzələ qurbanlarının sayı 35-ə yüksəldi
31/10/2020 [19:49]:
“Müharibənin prinsipial mərhələsi Şuşanın azad edilməsi ilə bitəcək” - PROQNOZ!
31/10/2020 [19:39]:
Bizim əsgər: Cəbrayıl, Denis, Şahmar, Nicat... - “Onların şücaətindən çox təsirlənmişəm”
31/10/2020 [19:28]:
"Biz Türkiyə olaraq Ermənistanın beynəlxalq hüquq qarşısında cavab verməsini tələb edəcəyik"
31/10/2020 [19:20]:
Baş Prokurorluq axtarışda olan Vaaqn Çaxalyanla bağlı məlumat yayıb
31/10/2020 [19:16]:
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb - VİDEO
31/10/2020 [19:10]:
Gürcüstanda seçici fəallığı 45%-i ötüb
31/10/2020 [18:53]:
İlham Əliyevin müsahibələri Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırır...
31/10/2020 [18:52]:
Leyla Abdullayeva: “Ərazi bütövlüyünə hörmət bizim üçün prinsipial mövqedir”
31/10/2020 [18:51]:
Baş Prokurorluq: Ermənistanın vurduğu zərərin məbləğinin müəyyənləşdirilməsi üçün müvafiq komissiyalar yaradılır
31/10/2020 [18:47]:
Azərbaycan QHT-ləri Ermənistanın qadağan olunmuş silahlardan istifadəsinə dair BƏYANATI
31/10/2020 [18:46]:
İşğalçı Ermənistanın Şuşada meşələri yandırmasına nazirlikdən REAKSİYA
31/10/2020 [18:45]:
Azərbaycanda partiya sədri koronavirusa yoluxdu – reanimasiyaya yerləşdirildi
31/10/2020 [18:12]:
“Putin deyir ki, sizin əvəzinizdən  Qarabağ məsələsini həll edən deyiləm...”-Ter-Petrosyan
31/10/2020 [18:03]:
Rus icması Azərbaycan Ordusuna dəstək olaraq avtomobil yürüşü keçirib
31/10/2020 [17:58]:
Torontoda Azərbaycan qadınları həmrəylik aksiyası keçirib - FOTO
31/10/2020 [17:50]:
Süleyman Soylu koronavirusa yoluxub
31/10/2020 [17:48]:
Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
31/10/2020 [17:47]:
Dünyaya gətirdiyi körpəsini soyuducuya atdı RƏZALƏT-FOTO
31/10/2020 [17:38]:
Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atılıb - RƏSMİ
31/10/2020 [17:36]:
Məşhur aktyor Şon Konneri vəfat etdi
31/10/2020 [17:34]:
XİN-dən ölkəmizdə işgəncəyə məruz qaldığını iddia edən erməni əsirlə bağlı AÇIQLAMA
31/10/2020 [17:29]:
Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir - Müdafiə Nazirliyi
31/10/2020 [17:25]:
Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir - Anar Eyvazov
31/10/2020 [17:07]:
“Vətən Müharibəsi Ali Baş Komandanımızın yüksək sərkərdəlik qabiliyyətini üzə çıxardı”
31/10/2020 [17:06]:
Avtomobildən 3 metr uzunluğunda piton ilan çıxdı - VİDEO
31/10/2020 [17:04]:
"Ermənistan öz öhdəliklərinə hörmətsizlik nümayiş etdirir"
31/10/2020 [16:53]:
“Dövlət qurumları Ermənistanın Azərbaycana vurduğu zərərləri hesablayır”
31/10/2020 [16:37]:
“İzmirdə zəlzələdə 26 nəfər ölüb, 885 nəfər xəsarət alıb”
31/10/2020 [16:34]:
Cəbhədəki son vəziyyət açıqlanır - CANLI YAYIM
31/10/2020 [16:33]:
Düşmənə sarsıdıcı zərbə: Çox sayda döyüş texnikası və canlı qüvvəsi məhv edildi - VİDEO
31/10/2020 [16:25]:
Zəlzələdə həlak olan gənc həkim dəfn edildi -FOTO
31/10/2020 [16:22]:
“Düşünürəm ki, burda əsas məsələ Ərdoğanın “Qırmızı xətt” xəbərdarlığıdır...”
31/10/2020 [16:19]:
Azərbaycanda koronavirusa yoluxanların sayı daha da artdı: Rekord ölüm - FOTO
31/10/2020 [16:18]:
4-cü kurs tələbəsi hərbi dron hazırladı: “Iti qovan”ın hazırlanmasında da yaxından iştirak etmək istərdim”
31/10/2020 [16:17]:
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - Müdafiə Nazirliyi
31/10/2020 [15:26]:
"Düzdür, ermənilər əclafdı, amma öz əclafımızdı"- Qərb, Rusiya belə deyir..."
31/10/2020 [15:15]:
Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ
31/10/2020 [15:07]:
FIDE reytinqi: Şəhriyar Məmmədyarov 1 pillə gerilədi
31/10/2020 [15:05]:
Əgər yaddan çıxsa lap soyadım da, yurdum, yaddan çıxmaz bir çopur daşın...
31/10/2020 [14:53]:
“Kimin nə deməyindən asılı olmayaraq, biz öz torpaqlarımızı azad etməkdə davam edəcəyik”
31/10/2020 [14:29]:
Prezidentin köməkçisi: "Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edir"
31/10/2020 [14:28]:
Hikmət Hacıyev: "Ermənistan silahlı qüvvələri qəsdən Şuşa meşələrində yanğın törədir"
31/10/2020 [14:28]:
"Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun"
31/10/2020 [14:17]:
Ermənistanın yalan təbliğatı - Allah Puşkinə rəhmət eləsin...
31/10/2020 [13:56]:
İlham Əliyev: "Biz reallıqları dəyişdik və indi onlar bunu nəzərə almalıdır"
31/10/2020 [13:54]:
"7 rayon bizə qaytarılmalıdır, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar da oraya qayıtmalıdır"
31/10/2020 [13:33]:
İlham Əliyev qərəzli beynəlxalq təşkilatlardan danışdı: “Gəlsinlər və dəlilləri təqdim etsinlər”
31/10/2020 [13:32]:
Moskva növbəti dəfə İrəvana kömək etməkdən imtina etdi - RF XİN-in rəsmi cavabı
31/10/2020 [13:31]:
Prezidentdən Qarabağla bağlı qərəzli sual verən alman jurnalistə tarix dərsi: “Bavariya sizin üçün önəmlidir?”
31/10/2020 [13:29]:
Düşməndən daha bir təxribat: Xocavənd istiqamətinə fosfor tərkibli yük gətiriblər - RƏSMİ
31/10/2020 [13:20]:
“Erməni xalqı başa düşməlidir ki, Paşinyan erməniləri türklərlə əbədi düşmən elədi...”
31/10/2020 [12:59]:
“Dağlıq Qarabağ” adı, Əhməd Ağaoğlunun ilk rəsmi etirazı - Nəsiman Yaqublunun araşdırması
31/10/2020 [12:55]:
Sürix şəhərində Gəncə və Bərdə terroruna etiraz edilib
31/10/2020 [12:51]:
“İşğaldan azad  rayonlarımızın komendantları müharibə təcrübəli zabitlər olsa, yaxşı olar...”
31/10/2020 [12:42]:
Tarixdə bəlli, hüquqda bəlli, gələcəkdə bəlli...
31/10/2020 [12:40]:
İsrailli nazir: ”Dinc əhalinin bombardıman edilməsinin nə demək olduğunu bilirik və sizin yanınızdayıq”
31/10/2020 [12:35]:
Prezident: “Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər” - MÜSAHİBƏ
31/10/2020 [12:33]:
Sinoplular Azərbaycanlı qardaşlarına qanlarıyla dəstək olur!
31/10/2020 [12:30]:
"Allah Emənistanı qorusun, Allah Amerikanı qorusun!" ABŞ prezidentinin köməkçisi...
31/10/2020 [12:25]:
”Dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik və sizin yanınızdayıq” -İsrailin Diaspor İşləri naziri
31/10/2020 [12:18]:
"Döyüş meydanında əldə etdiyimiz qələbəni heç vaxt masa arxasında əldən verə bilmərik"
31/10/2020 [12:12]:
BDU-nun birinci kurs tələbələrinin 15-i Prezident təqaüdçüsüdür
31/10/2020 [12:03]:
“Erməni qadınların Qarabağa getməsi o demək deyil ki, onlar döyüşəcəklər...”
31/10/2020 [12:01]:
“Sən demə, Qarabağın açarı bizim Azərbaycan əsgərinin cibindəymiş ki...”
31/10/2020 [11:36]:
Düşmənin saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradılıb
31/10/2020 [11:29]:
MN: Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır
31/10/2020 [11:26]:
Korotçenko: "ABŞ-ın Qarabağa sülhməramlı təklifi..."
31/10/2020 [11:17]:
Hikmət Hacıyev: "Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır"
31/10/2020 [11:09]:
Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin baş direktoru ilə görüşüb
31/10/2020 [11:05]:
"Ermənistan gələcəkdə nə Türkiyə, nə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edə bilməz"
31/10/2020 [11:00]:
MN: Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır
31/10/2020 [10:56]:
Daha çox əsir, girov götürmək lazımdır ki...
31/10/2020 [10:45]:
"Nə qədər ki, ermənilər ipə-sapa yatmır, Azərbaycan hərbi əməliyyatları davam etdirməli və sürətləndirməlidir"
Bütün arxiv bir sırada
23/02/2018 [23:25] - Köşə - ( 4673 dəfə baxılıb)

Əgər millətin ziyalı bildiyi adamlar bu kədərli mənzərəni görüb susursa...

İlham İsmayıl

Qışdan, soyuqdan, qardan, yağışdan deyil. Heç pulsuzluqdan da deyil. Amma, çox kədərlidir. Siz ölkədəki siyasi-mənəvi durumun kədərli mənzərəsini görürsünüzmü?  Burda “siyasi” sözü ona görə mütləqdir ki, məhz siyasətdən doğan, daha doğrusu, siyasətin yekunu olaraq boz boşluğa bənzəyən ölkədə mənəviyyatsızlığın kuliminasiyaya çatdığını görməmək mümkün deyil. Əlbəttə, bu indi yaranmayıb, xeyli müddətdir ki, yol gəlir və təəssüf ki, bu qəbildən  yeni “zirvələr” fəth etmək axtarışı davam edir və  dayanacağı da  hələ görünmür. Amma, mənəviyyatın aşınma stadiyası artıq bitib və sonra hansı mərhələnin gəldiyini demək, onun adının  nə olduğunu tapmaq qədər çətindir. 
 
Bu, pəncərə arxasından sakit seyr ediləcək bir mənzərə deyil. Adətən kədərli mənzərə deyimində bir məhzunluq, bir sakit qəmlilik, uzaqlara baxıb dalmaq çalarları var, amma bu mənzərə  çox cansıxıcı, boğucu, qüruru düşürən, can yandıran, bir sözlə adamın  başını aşağı salandır. Söhbətin nədən getdiyini yəqin təxmin edirsiz. İstənilən mübarizədə nifrət ola bilər, amma istər fərdlər arasında məişət, mövqe, var-dövlət uğrunda aparılan mübarizə, istər bəşər tarixinin hakimiyyət uğrunda ən gərgin mübarizələri, hətta müharibələri də istisnalar olsa da bir qanun, bir ləyaqət çərçivəsində aparılıb. 
Ölkənin indiki siyasi-mənəvi durumundakı böhran o qədər aydın görünür ki, onu dərindən təhlil edib, səbəb və nəticələri sadalamağa ehtiyac qalmır. Sanki  Mefistofel  Allahla mübahisə edəndə yaratdığı insanın heç nəyə qadir olmadığını, ona şüuru bəxş etməklə yalnışlığa yol verdiyini sübut etmək üçün kabus kimi bu ölkənin başı üzərində dayanıb.., bizləri Allaha göstərir. Çünki, baş verənlər Allahın insana lütf etdiyi dəyərlərin tam əksi, Mefistofelin-iblisin istəklərinin təntənəsidir.

Baxın, canı boğazına yığılmış, vətəndən müxtəlif səbəblərlə, təbii ki, xoş olmayan, hətta təhlükə yaradan səbəblər üzündən ölkəni tərk edib demokratik ölkələrə sığınan və doğmalarından, doğma yurddan ayrı düşməyin ağırlığını hər gün çiynində daşıyan, dərdini danışmağa adam tapmayan biri hirsindən-hikkəsindən onu bu günə salanlarla mübarizə aparmağa qərar verir. Və...Və başlayır bütün etik, milli, əxlaqi dəyərlərə zidd olan yollarla, vasitələrlə işlər görməyə. Münasibətin nifrətdən də artıq səviyyədə olmasından asılı olmayaraq öncə milli-mənəvi, sonra bəşəri dəyərləri məhv edən vasitələrlə mübarizə aparmaq qəbulolunmazdır. Təkrar edirəm, səbəblərin nədən yaranmasından asılı olmayaraq.
 
Qarşı tərəfin əks reaksiyası isə iki dəfə ondan pisdir. Tabeliyində nəhəng inzibati resursları, təbliğat vasitələri ola-ola  bütün milli, bəşəri, əxlaqi dəyərləri məhv edən, üstündən xətt çəkən, sağalması onilliklərə qalan yollarla, iyrənc vasitələrlə, ən düşük əməllərlə mübarizə aparmaq yolunu seçməyin zərbəsi birinci millətə dəyir. Uşaqlıqdan aldığımız tərbiyə, oxuduğumuz dastanlar, nağıllar, kitablar, cəmiyyətin formalaşdırdığı əxlaq normaları bizə düşmənçiliyin də mərdcəsinə, ləyaqətlə aparılmasını təlqin edib.  Əsrlərdən gələn və formalaşan şərəf və ləyaqət prinsipləri gözümüzün qabağında darmadağın olur. Bu mənzərəyə baxmaq olmur, bunu sakit qarşılamaq mümkün deyil. Bu kədərli mənzərəni hər gün yaşayan bir Azərbaycan vətəndaşı tapın ki, desin bu işdən, bu mübarizə yolundan razıdır.     

Açıq deyək, əgər uzaqdakına əlin yetə bilmirsə, onun doğmalarından “imtina etmək”(daha doğrusu, “etdirmək”) ərizələrini almaq, sonra da bu imtinanı  bəyan edib təbliğ etmək profilkaktika hesab olunurmu, başqalarının da gözünü qorxutmaq  məqsədinə çatmaqdırmı? Nəyi təbliğ edirik? Satqınlığımı? Təsəvvür edin Qarabağ müharibəsi gedir, əsir düşənə deyirlər dövlətinin, millətinin, ölkənin əleyhinə filan işi gör səni öldürməyək, incitməyək. Bu günkü mənzərə sabaha potensial satqınlar ordusu yetişdirməyi əks etdirmirmi? Bunu görən gənc, bu təbliğatın qarşısında hansı mərdlikləri özündə tərbiyə edəcək? Hətta imtina edən, qadınlar olsa belə... Ana, bacı, həyat yoldaşı, və zərif cinsdən olan digər qohum-əqrabalar olsa belə.  Biz bir millət olaraq sabah hansı mərd xüsusiyyətimizlə övladlarımızı tərbiyə edəcəyik? Hakimiyyətin təzyiqi ilə oğlundan, qardaşından, ərindən, dayısından, əmisindən imtina edənlərləmi? Tarixən o qədər real həyatdan, bədii əsərdən sitat gətirə bilərik ki, necə qorxmaz, əyilməz xanımlar olub. Dekabristlərin özü qədər xanımlarının etdikləri hərəkət onları əbədiləşdirib. Sabah nə ilə qürur duyacaq bu millət? Kimi nümunəvi ata, ana, bacı, qardaş hesab edəcəyik? İmtina ərizəsi yazanlarımı? Harda qaldı “itə ataram, yada satmaram” qüruru?

Qınamıram, bu hər birimizin doğması ilə baş verə bilər və “boğulanda meymun da balasını ayağının altına alır” kimi mahiyyətcə qısır olan  misalla  özlərinə təskinlik verə bilərlər. Təəssüf ki, bizə aid olan belə qısır deyimlərimiz az deyil və bir təhlükə hiss edəndə “qarın qardaşdan irəlidir” kimi daha bir mənasız , amma reallığı əks etdirən misallarımız və ona uyğun saysız-hesabsız hərəkətlərimiz var. Yeri gəlmişkən, bu tendensiya çox təhlükəlidir: hüququ, şərəfi, ləyaqəti, vətəni uğruna deyil, qarnına görə qardaşını bada verən nəhəng potensial kütlənin varlığı daha təhlükəli, daha iyrəncdir.
  
“Bu tablo karşısında kendini değersiz, yalnız, korumasız, sahipsiz, itibarsız hissetmeyen bu ülkenin tek bir evladı, vatandaşı var mı gerçekten?”. Bu sözlər Türkiyənin çox istedadlı köşə yazarlarından olan Levent Gültəkinə aiddir və qardaş ölkədə də buna bənzər hadisələrə etirazını bildirən müəllif  bu sualı həm də bizim üçün verib. Doğrudan da özünüzü statusunuzdan asılı olmayaraq bu durumda güvəndə hiss edirsinizmi, cənab nazirlər, “cənab dilənçilər”? (son kəlmə Bulqakova məxsusdur)
Belə vəziyyətlərdə kim qabağa düşüb müdriklik edə bilər? Tərəfləri çəkindirər, qınayar, doğru məsləhət verməyə kimin statusu imkan verər? Ziyalı çox yüksək statusdur və şəxsən mən o statusa hələ iddia etmirəm. Əgər millətin ziyalı bildiyi adamlar bu kədərli mənzərəni görüb susursa, deməli cəmi Azərbaycanda bu status –vakantdır.  Din xadimi necə? Barışdırıcı və çəkindirici, tövsiyyə və məsləhət vermək missiyasını yerinə yetirməlidirmi? Bəlkə də kritik anlarda ən çəkindirici faktor- “Allahdan qorxun” kəlamı ilə ortaya düşən din xadiminin nüfuzu olardı. Amma, bizdə bu nüfuza sahib bir din xadimi belə yoxdur, bu missiyanı  yerinə yetirəcək ruhani yeri də..,  vakantdır.
  
Önündə Qarabağ matəmagahı dayanan bir millətin, bir dövlətin qarşısında asılan kədərli mənzərəni görürsünüzmü? 

İlham İsmayıl

loading...
Dünyaya gətirdiyi körpəsini soyuducuya atdı RƏZALƏT-FOTO
Avtomobildən 3 metr uzunluğunda piton ilan çıxdı - VİDEO
"Ermənistan gələcəkdə nə Türkiyə, nə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edə bilməz"
"Ordumuzun Şuşa qalasını fəth etməsi, Laçın dəhlizinə nəzarətə nail olması yaxın zamanın məsələsidir"
"Ermənistana verilmiş Zəngəzuru, Dərələyəzi, Göyçəni istəməliyik, xəyanətin bir cəzası olmalıdır"
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Müsahibə
“Vətən Müharibəsi Ali Baş Komandanımızın yüksək sərkərdəlik qabiliyyətini üzə çıxardı”
Cəmiyyət
“Düşünürəm ki, burda əsas məsələ Ərdoğanın “Qırmızı xətt” xəbərdarlığıdır...”
Cəmiyyət
“Dağlıq Qarabağ” adı, Əhməd Ağaoğlunun ilk rəsmi etirazı - Nəsiman Yaqublunun araşdırması
Cəmiyyət
“Erməni qadınların Qarabağa getməsi o demək deyil ki, onlar döyüşəcəklər...”
Cəmiyyət
“Sən demə, Qarabağın açarı bizim Azərbaycan əsgərinin cibindəymiş ki...”

Yazar
İlham İsmayıl
Niyə 13, Anna?
Seymur Əliyev
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
Seymur Verdizadə
Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...
Sultan Laçın
“Şəhid balalarımıza “bədbəxt” deməyin!.. -Bədbəxt - qatillər, baiskarlardır...”
Həftənin ən çox oxunanları
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
"Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb" - AÇIQLAMA
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir"
Tanınmış aktrisa şəhid oğlu üçün göz yaşı tökdü - FOTO + VİDEO
İsrail Azərbaycana raket hücumlarına qarşı “Dəmir Qübbə”dən istifadə etməyi təklif etdi
Ermənistanın BƏƏ-dəki səfirindən həyasızlıq: "Bura sənin üçün Pakistan deyil, problem yaratmaq istəmirsənsə..."
Hikmət Hacıyev Ermənistana xəbərdarlıq etdi: "Azərbaycan cavab zərbələri endirə bilər..."
"Biz nə üçün dəyəri 10 min olan avtomobil üçün 20 minlik sursat işlətməliyik?" - VİDEO
Erməni əslli məşhur aktrisa: "Ermənistanın mülki insanları öldürməsi çox üzücüdür"-FOTOLAR
Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247