Böyük Vedili Abbasqulu bəy Şadlınski..
Cəmiyyət
Oxunub: 3302
09 Apr 2018 | 19:55
Böyük Vedili Abbasqulu bəy Şadlınski..
Barəsində söhbət açacağım bu şəxs Azərbaycanın tarixində iz qoymuş Qəhramanlardan biridir. Həmin dahi şəxsiyyətin adı Abbasqulu Bəy Şadlınskidir. Soyadından da görüldüyü kimi, qəhramanımızın soykökünün də məhz Şəddadilər nəslinin nüməyəndəsi İbn Şəddadın nəvəsi Binnət alı Sultanın adı ilə bağlıdır.

Binnət alı Sultanın Aslan Sultan və Fəti xan adında iki övladı olub.

Aslan Sultanın Hüseyn Sultan, Kəlbalı Sultan və Niftalı Sultan adında 3 övladı olub. Bunlardan Hüseyn Sultanın Bəşir bəy, Kəlbalı Sultanın Xanbaba bəy adlı övladları olub.

Öz növbəsində Bəşir bəyin Məşərrəf xanım, Şirin xanım, Heydər bəy, Abbasqulu bəy, Nəsrulla bəy və İbo bəy adlı övladları dünyaya gəlib.

Xanbaba bəyin isə Fərəc bəy, Bəhlul bəy, Abbasqulu bəy, Abdulla bəy və Əşrəf bəy adlı övladları dünyaya gəlmişdir.

Adını qeyd etdiyimiz qəhraman Abbasqulu Bəy Şadlınski də məhz Xanbaba bəyin övladı olmuşdur. 
Abbasqulu Bəy Şadlınski 1886-cı il, fevral ayının 24-də İrəvan quberniyasının Böyük Vedi kəndində dünyaya göz açmışdır. 

Uşaq yaşlarından atasını itirmiş,iki sinifli rus-tatar məktəbini bitirmişdir. Bir müddət mirab işləmişdir ( Keçmişdə Şərq ölkələrində suvarma işlərinə nəzarətedən şəxs).

Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Fevral inqilabından (1907) sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmişdir.

1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil etmişdi.

Həmin dövrdə, yəni 1918-ci ildə İrəvan ərazisində ermənilər müsəlmanlar ərazilərinə hücum edir dinc əhaliyə divan tuturdu. İrəvan hadisələri o zaman Zaqafqaziya Seymində böyük hay-küylə qarşılandı və vəziyyəti yerində öyrənmək üçün İrəvana nümayəndə heyəti göndərilmişdir. Nümayəndə heyətinin Seymə verdiyi hesabatda qeyd olunurdu ki, hələ mart ayına qədər İrəvan vilayətində yerləşən 211 türk kəndi erməni təcavüzünə məruz qalmış və həmin kəndlərin təxminən 100 000 nəfər əhalisi demək olar ki, bütünlüklə məhv edilmişdir. Maraqlısı budur ki, bu kəndlərin sırasında Vedibasarın heç bir kəndinin adı yoxdur. Halbuki, bu ərazi İrəvandan cəmi 30-35 km-lik məsafədə yerləşirdi. Təbii ki, o zaman Vedibasarın özünümüdafiə qabiliyyəti əhalini yumruq kimi bir-birinə bağlamışdı. Eyni zamanda Abbasqulu Bəy Şadlınskinin də xidmətləri danılmaz olmuşdur bu ərazinin müdafiəsində. Vedibasarın xüsusi müqavimət dəstələri olub ki, həmin dəstələrə də məhz Abbasqulu Bəy Şadlınski başçılıq edirdi.
Naxçıvanı Ermənistana birləşdirməyə çalışan ermənilər üçün Vedibasar maneə idi. Bunun üçün isə Vedibasar tərksilah olunmalı və Ermənistana birləşdirilməli idi.Bu zamanlarda Naxçıvan Milli Şurası da Vedibasarın öz tərkibinə qatılmasında maraqlı idi. Bundan sonra tərəflər İrəvanda müşavirəyə toplaşdılar. Müşavirədə heç bir razılaşma baş tutmur və Abbasqulu Bəy Şadlınski həbs edilir. Daha sonra isə iki nəfər silahdaşı sayəsində planlı şəkildə həbsdən qaça bilir. Ermənilərin Vedibasar mütləq şəkildə hücum edəcəyini bilən Abbasqulu bəy təcili olaraq müdafiənin təşkilinə başlayır. 
1918-ci il may ayının 18 də Qərargahda iclas zamanı Nəcəfqulu adlı bir şəxs içəri daxil olur və Milli İdarənin komandiri Cahanbəxş bəyin məktubunu Abbasqulu bəyə çatdırır. Məktubda erməni quldur dəstələrinin Millidərə kəndlərinə basqın edildiyi yazılmışdı. " Burada erməni quldur dəstələri kəndlərə basqın edir, əhalinin mal-qarasını aparır, kəndi talan edirlər. Biz burada 30-40 nəfər atlı dəstəsi ermənilərə qarşı vuruşmaqdayıq".

Bundan sonra Abbasqulu bəy Şadlınski öz dəstələrinə Millidərə istiqamətində hərəkət etməyi əmr edir. Abbasqulu bəyin başçılıq etdiyi həmin atlı dəstələri Böyük Vedi ilə  Millidərə kəndləri arasındakı əlaqəni kəsmək istəyən erməni dəstələrinin üstünə çıxır. Şiddətli döyüşlərdən sonra erməni daşnak qüvvələri davam gətirə bilməyib qaçmağa başlayır. Daha sonra Abbasqulu bəy və qüvvələri Cahanbəxş bəyin dəstəsinə köməyə çatırlar. Burda da ermənilər böyük itki verərək qaçırlar. 

1918-ci il may ayının sonlarında ermənilərin Böyük Vedi kəndin birinci hücumu başlayır. Abbasqulu bəy də öz növbəsində kəndin bütün istiqamətlərində istehkamlar yerləşdirməyə başladı.Öz dəstələrini gecəyə qədər həmin istiqamətlərdə saxladı. Hava qaralana yaxın qüvvələrə Şorbulaq istiqamətində qəti hücuma keçmək əmrini verdi. Abbasqulu bəy özü isə öz hərbi dəstəsi ilə ermənilər üzərinə əks hücuma keçdi və erməni dəstələri burda da çarəni qaçmaqda tapdılar. 

Bu hadisələrdən sonra qudurmuş erməni daşnak höküməti Abbasqulu bəy Şadlınski haqqında ölüm cəzası çıxardı.

Abbasqulu bəy yalnız Vedibasar kəndini deyil, eyni zamanda ətraf kəndlərin də köməyinə gedər, birgə döyüşərdi. 

Naxçıvandan qovulub çıxarılan Andranikin qoşunları tez tez ətraf kəndlərə hücumlar edir əhalinin var dövlətini talayırdılar. 

1918 ci ilin ortalarında Türk hərbi dəstələri Andranikin quldur dəstələrinin qarşısını almaq üçün  Noraşenə, ordan da Vedibasara daxil olur. Lakin burada çox qala bilmirlər.  "Mudros" sülh müqaviləsinin şərtlərinə uyğun olaraq noyabr ayının sonlarında Vedibasarı tərk etməli olurlar. 
Abbasqulu bəy öz dəstələrini yenidən səfərbər etdi. 

Erməni daşnak dəstələri qırğınlarını davam etdirirdilər. Onları Böyük Vedidən gələn Abbasqulu bəyin başçılıq etdiyi hərbi dəstələr qarşıladı. Həmin döyüşdə də ermənilər böyük itki verərək ərazidən uzaqlaşmağa məcbur oldular. 

1919-cu ilin mayında Böyük Vediyə həlledici hücum üçün Qəmərlidə  çoxlu sayda canlı qüvvə və texnika toplanıldı. Bu zaman İngilislər tərəfindən danışıqlara dəvət olunan Abbasqulu bəy həbs edilərək İrəvana aparıldı. Daha sonra azadlığa çıxan kimi Vedibasara qayıdaraq kənd əhalisinə kütləvi şəkildə silahlanma göstərişi verdi.

İyul ayının 4-də bütün istiqamətlərdə Böyük Vedi ərazisinə erməni dəstələrinin sayca 3-cü hücumu başlandı. Həmin hücumlar zamanı çoxlu sayda canlı qüvvəsini itirən ermənilər bu dəfə də qaçaraq canlarını qurtardı. 

Erməni quldur dəstələri iyulun 12-də Böyük Vedi üzərinə 4-cü dəfə hücuma keçdilər. Bu hücum da ermənilər üçün biabrçı məğlubiyyətlə yekunlaşdı. 

1919-cu il noyabr ayının sonlarında ermənilərin Böyük Vediyə sayca 5-ci hücumu baş tutdu ki, bu dəfə də məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldılar.

1920-ci ildə çoxsaylı döyüşlərdən sonra sıraları seyrələn Böyük Vedi hər tərəfdən mühasirəyə alınaraq sıxışdırıldı. 

Bununla belə Abbasqulu bəy və onun Qəhraman dəstələri ermənilərlə döyüşə- döyüşə mülki insanları tələfat vermədən Sədərək istiqamətində apardılar. Beləliklə Böyük Vedi uzun mübarizədən sonra süqut etdi ! 

Abbasqulu bəy mülki əhalini İrana keçirə bildi. Onlar Maku vilayətinin Ərəblər kəndinin ərazisində Sarısu adlanan yerdə köçlərini saldılar. Həmin köç yolu Xoydan Mərəndə qədər uzaırdı. 

Nəriman Nərimanovun təkidi ilə XI Qızıl Orduya Naxçıvanı tutmaq əmri verilir. Az müddət sonra Bolşevik qoşunu Zəngəzurda daşnak qüvvələrini darmadağın edərək, Naxçıvan ərazisinə keçir və burda 1920-ci il iyulun 28-də Sovet hakimiyyəti elan edilir !

1920-ci il avqustunun axırlarında Bahadur Vəlibəyov 300 nəfərlik süvari qoşunla Naxçıvana fövqəladə komissar göndərilir. O, Naxçıvan və ətraf bölgə torpaqlarından daşnakların qovulub ərazidən çıxarılması üçün təcili tədbirlər görür. Bundan sonra isə Abbasqulu bəy Şadlınskinin yanına Mərəndə 3 nəfər nümayəndə heyyəti göndərilir və o Naxçıvana dəvət edilir.

Müəyyən şərtlərlə Abbasqulu bəy Şadlınski bu təklifi qəbul edir. 

1920-ci il sentyabrın 17-də Abbasqulu bəy silahlı dəstəsi ilə Araz çayını keçərək Naxçıvana daxil olur. Tez bir zamanda Vedililərdən və Şərurlulardan ibarət "Qırmızı Tabor" yaradılır. Həmin tabor çoxlu sayda erməni daşnak dəstələrini məhv edir. Onlar apardıqları döyüşlərdə göstərdikləri böyük "Qəhramanlıq və  rəşadətə" görə Abbasqulu bəy Şadlınski və Qırmızı Taborun 18 nəfər döyüşçüsü "Qırmızı bayraq" ordeninə layiq görülmüşdür. 

Ermənistanda və Zəngəzurda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra, Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdi.Bundan sonra Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olunmuşdur.
Abbasqulu bəy Şadlinskinin İsgəndər, Mafərə, İsfəndiyar, Məmməd və Tacirə adlı övladları olmuşdur.
Düşmənləri tərəfindən 1930-cu ilin fevral ayında öldürülmüşdür.

Abbasqulu bəy Şadlınskinin şərəfinə " Axırıncı Aşırım" kimi bir film çəkildi. 1986-cı ildə anadan olmasının 100 illiyi qeyd edildi. 

Rusif Məmmədov, 
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti
Oxşar xəbərlər
18:38, Bu gün
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
18:33, Bu gün
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
18:30, Bu gün
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:24, Bu gün
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:18, Bu gün
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:16, Bu gün
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
18:10, Bu gün
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
18:08, Bu gün
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
18:07, Bu gün
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
18:03, Bu gün
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
17:57, Bu gün
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
17:54, Bu gün
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
17:48, Bu gün
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
17:46, Bu gün
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
17:45, Bu gün
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
17:42, Bu gün
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
17:40, Bu gün
Qan laxtalanması riski kimlərdə olur?
17:38, Bu gün
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
17:35, Bu gün
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
17:30, Bu gün
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
17:26, Bu gün
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
17:23, Bu gün
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
17:19, Bu gün
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
17:19, Bu gün
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
17:15, Bu gün
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
17:10, Bu gün
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
17:05, Bu gün
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
17:00, Bu gün
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
16:56, Bu gün
Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR
16:52, Bu gün
“Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO
16:48, Bu gün
"ABŞ İran dronları kimi Rusiya dronlarını vurmayacaq" - Con Kirbi
16:44, Bu gün
Andrey Lunyov: “Tənqidlər mənə qətiyyən təsir etmir”
16:40, Bu gün
Şamaxının Çıraqlı kənd sakinləri illərdir susuz qalıblar - VİDEO
16:35, Bu gün
Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir - FOTO
16:30, Bu gün
YAP Xətai rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start verir
16:25, Bu gün
Masazırda narkotik anbarı kimi istifadə olunan ev aşkarlandı: Həbs edilənlər var - FOTO
16:22, Bu gün
Tiktoker "Semka" həbs edildi
16:20, Bu gün
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək - FOTOLAR
16:15, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi
16:11, Bu gün
BDU-da təlim: “Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili” - FOTO
16:07, Bu gün
"Əl-ayağımı, ağzımı bağlayıb, 10 min manat istədi"
16:05, Bu gün
“Bakcell” böyük yeniliklərə hazırlaşır
16:04, Bu gün
Vladimir Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - FOTO
16:02, Bu gün
Brüssel “sxodka”sının ŞOK gizlini açılır – Tələdəki pendir yemək üçün deyil!
16:00, Bu gün
Bakıda evdən meyit tapıldı
15:57, Bu gün
Xəzərdə süni torpaq sahəsinin yaradılması parlamentdə müzakirə olundu - FOTO
15:53, Bu gün
50 milyardlıq iş müqabilində 16 milyon əmək haqqı alan əsirlər – SENSASİON DETALLAR
15:48, Bu gün
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
15:43, Bu gün
BDU-da “Gənclik həftəsi” keçirilir - FOTO
15:39, Bu gün
"Elə müasir silahlarımız var ki, İranı daş dövrünə qaytara bilər..."
15:36, Bu gün
BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir - FOTO
15:32, Bu gün
"Bu gün insanların küçə iğtişaşlarına çağırılması Vətənə və xalqa xəyanətdir" - Vüqar Rəhimzadə
15:30, Bu gün
Maksimum bal toplayan Bakı məktəbliləri - FOTO
15:28, Bu gün
Şimal-qərb regionunun daha 2 məktəblisi maksimum nəticə göstərdi
15:23, Bu gün
ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib - FOTO
15:19, Bu gün
FHN qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi
15:15, Bu gün
Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər
15:13, Bu gün
Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy və…
15:12, Bu gün
Elşad Qarayev canlı efirdə AĞLADI: Ürəyi daş... - FOTO
15:10, Bu gün
Danimarkanın 400 illik mədəni irsi alovlar içində - VİDEO
15:09, Bu gün
İsrail və İranın aramsız savaş anonsu: Müharibə riski nə qədər ciddidir? - ŞƏRH + FOTO
15:08, Bu gün
Bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanda alovlandırılıb - VİDEO
15:07, Bu gün
DİN baş redaktor və müxbirin həbsi ilə bağlı məlumat yaydı
15:05, Bu gün
Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı
15:04, Bu gün
COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyada layiqli təmsilçiliyinə böyük töhfələr verəcək - RƏY
15:02, Bu gün
Hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı komissiya iclası keçirilib
15:01, Bu gün
Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli oldu
15:00, Bu gün
İnfarktı əvvəlcədən necə müəyyənləşdirmək olar? - MÜTƏXƏSSİS DANIŞDI
14:59, Bu gün
Ən çox balı onlar topladı - SİYAHI
14:57, Bu gün
Azərbaycan elektromobil idxalını 2 dəfə artırıb
14:55, Bu gün
Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO
14:53, Bu gün
"Terror hər yerdə məğlub edilməlidir" - Zelenski
14:47, Bu gün
Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir - FOTO
14:46, Bu gün
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
14:44, Bu gün
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
14:42, Bu gün
İntibah dövrü yaşayan Füzuli - VİDEO
14:38, Bu gün
Oğuzda inşasına başlanılan su anbarından kimlər faydalana biləcək? - FOTO
14:33, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı layihə MM-in plenar iclasına tövsiyə olunub
14:29, Bu gün
Biznes subyektləri və potensial sahibkarlar biznes təlimlərindən yararlanıblar - FOTO
14:25, Bu gün
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:23, Bu gün
Gəncədə şagirdlər arasında DAVA: Xəsarət alan var - YENİLƏNİB
14:21, Bu gün
Kənddə biabırçılıq: ərli qadın yad kişilərlə gəzdi, içki məclisi qurdu, atası isə... – ŞOK
14:17, Bu gün
Prezident Türkiyə-Azərbaycan Universiteti ilə bağlı fərman imzaladı
14:13, Bu gün
Prezident: “Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb”
14:10, Bu gün
Bu günün ən xoşbəxt bürcü: Əkizlər üçün şanslı olacaq
14:07, Bu gün
Prezident hökumətinin qarşısında duran əsas infrastruktur layihələri AÇIQLADI
14:04, Bu gün
Bu ölkədə 3 avqust – yezidi kürdlərin soyqırımı günü elan olundu...
14:02, Bu gün
İlham Əliyev bu qanuna dəyişiklikləri təsdiqlədi
14:00, Bu gün
Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE
13:57, Bu gün
İlham Əliyev: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir”
13:55, Bu gün
Prezident Aydın İbadovu vəzifəsindən azad etdi - FOTO
13:54, Bu gün
300 bal toplayanlardan 14-ü Bakı, 25-i region məktəblərinin şagirdləridir
13:53, Bu gün
Prezident: “Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq”
13:52, Bu gün
Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
13:50, Bu gün
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
13:48, Bu gün
Ekspert: “COP29 iqlim məqsədlərinə çatmaqda təməl daşı ola bilər”
13:45, Bu gün
Prezident: “Həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var”
13:42, Bu gün
Şair Salam Sarvan yenidən əməliyyat olunacaq
13:39, Bu gün
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi
13:36, Bu gün
"İslam dünyasının nicatı fişəng kimi sadəcə parıltı verən raketlərdə deyil..." - Əli Orucov
GÜNLÜK
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 19:09
"İranla İsrail bir-biri üçün çox əlverişli müştəridir. Odur ki, Azərbaycan...”
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 19:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
15 Apr 2024 | 19:20
“Əgər Beynəlxalq Ədalət Məhkəməsindən ədalətli qərar çıxmasa...”
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 19:09
"İranla İsrail bir-biri üçün çox əlverişli müştəridir. Odur ki, Azərbaycan...”
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 19:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
15 Apr 2024 | 19:20
“Əgər Beynəlxalq Ədalət Məhkəməsindən ədalətli qərar çıxmasa...”
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."