Xəbər lenti
06/07/2020 [21:18]:
Komadan çıxan koronavirus xəstələri: "Kaşki ölsəydik..."
06/07/2020 [21:14]:
“Ramiz Mehdiyev YAP-ın ilk təəssübkeşlərini  özünün yaratmaq istədiyi partiyaya yönəltməyə çalışırdı…”
06/07/2020 [20:59]:
Aslan qəfəsə girən qadını parçalayaraq öldürdü - QORXUNC...
06/07/2020 [20:36]:
Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır
06/07/2020 [20:25]:
Məşhur rəssamın toz basmış əsəri tapılıb
06/07/2020 [20:15]:
ABŞ-da işlək qazma qurğularının sayı antirekorda getməkdə davam edir
06/07/2020 [20:14]:
Azərbaycan idmançısı Ukraynada medal qazandı
06/07/2020 [20:05]:
Qızılağac milli parkında yanğın
06/07/2020 [19:57]:
Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkarlandı
06/07/2020 [19:49]:
Brilliant Dadaşova oğlunun müdafiəsinə qalxdı: “Haqqında yanlış fikir formalaşdırmaq istəyirlər” - FOTO
06/07/2020 [19:47]:
89 yaşında ata olan milyarder sirrini paylaşdı: "Sadəcə D vitamini istifadə etdim"
06/07/2020 [19:43]:
Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət qaydaları açıqlandı
06/07/2020 [19:43]:
Azərbaycanlı alimlərin anonsunu verdiyi dərmanın COVID-19-a qarşı istifadəsinə başlanılıb
06/07/2020 [19:41]:
QHT imkansız ailələrə ərzaq yardımı edəcək
06/07/2020 [19:40]:
Biləsuvarda su böhranı davam edir
06/07/2020 [19:37]:
Salyanda bir aydır itkin düşmüş kişinin meyiti meşədə aşkarlandı - İntihar edibmiş
06/07/2020 [19:36]:
Bakıda hərbi qulluqçuya rişxənd edən şəxs saxlanıldı, haqqında araşdırma başlandı - FOTO/VİDEO
06/07/2020 [19:34]:
Ağsuda yas mərasimi yarımçıq dayandırıldı, iştirakçılar saxlandı - FOTO
06/07/2020 [19:32]:
Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək
06/07/2020 [19:28]:
Azərbaycanda onlarla ana və körpəsi koronavirusa yoluxub - VİDEO
06/07/2020 [19:23]:
10 yaşlı uşaqdan hamilə qaldığını söyləyən azyaşlı qız Uşaq dünyaya gətirdi...
06/07/2020 [19:06]:
Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu necə tənzimlənəcək? - QƏRAR
06/07/2020 [19:04]:
Bütün dünya bu qəhrəman qadından danışır - İBRƏTAMİZ...+ FOTO
06/07/2020 [19:01]:
12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi sağalaraq evə buraxılıb - VİDEO
06/07/2020 [18:51]:
“Etiraf etməliyik ki, biz ümumilikdə basabas salmağı xoşlayan toplumuq”
06/07/2020 [18:50]:
“Şuşa şəhərciyi”ndə heç bir yanğın hadisəsi baş verməyib - Dövlət Komitəsi
06/07/2020 [18:48]:
Hərbi qulluqçunu ələ salıb videoya çəkən şəxs saxlanıldı -VİDEO
06/07/2020 [18:10]:
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
06/07/2020 [18:00]:
Ədliyyə Nazirliyi jurnalistlər üçün müsabiqə elan etdi
06/07/2020 [17:59]:
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu - 8 nəfər öldü
06/07/2020 [17:59]:
190 manatın verilməsinə başlanıldı
06/07/2020 [17:57]:
Abşeronda mütamadi reydlər keçirilir – FOTOLAR
06/07/2020 [17:31]:
"Tarix sizi unutmayacaq..."
06/07/2020 [17:26]:
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır - CƏDVƏL
06/07/2020 [17:24]:
Baş prokurordan yeni TƏYİNATLAR
06/07/2020 [16:52]:
Hədəfdəki PKK düşərgəsi: Haftanin
06/07/2020 [16:47]:
Karantin qaydalarına məhəl qoyulmadı: Sahildə köpüklü “parti” - VİDEO
06/07/2020 [16:44]:
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib
06/07/2020 [16:42]:
Bakıda gizli fəaliyyət göstərən “play station” zalı AŞKARLANDI
06/07/2020 [16:32]:
Məşhur futbolçunun evi qarət olundu
06/07/2020 [16:29]:
Qarabağ döyüşçüsü polis rəisi vəzifəsinə təyin edildi
06/07/2020 [16:28]:
Türkiyə 6 xarici banka birjada ticarət zamanı qısa mövqelərin açılmasını qadağan edib
06/07/2020 [16:27]:
“Camaatımıza səbr, multimilyarderlərə də eyş-işrətlə məşğul olmağı arzulayıram...”
06/07/2020 [16:20]:
Müğənni Safura Əlizadənin atası HƏBS EDİLDİ - VİDEO
06/07/2020 [16:19]:
“Media könüllüləri -145” - regionun ən böyük media platformasına start verildi
06/07/2020 [16:13]:
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO - YENİLƏNİB
06/07/2020 [15:45]:
İlham Əliyev Ərdoğanın məktubuna cavab verdi
06/07/2020 [15:42]:
DTX-nin tutduğu XİN-in yüksək vəzifəli şəxsi: “10 faizini özümə götürürdüm” - VİDEO
06/07/2020 [15:30]:
“Qarabağ həqiqətlərinin tanıdılması bir sıra amillərlə yanaşı, həm də bu şəxslərlə effektiv işləməkdən asılıdır”
06/07/2020 [15:30]:
"Pandemiya ilə mübarizədə Azərbaycanın yanında olduğumuzu bir daha ifadə edirik"
06/07/2020 [15:27]:
BDU-da virtual elmi seminar keçirilib
06/07/2020 [15:25]:
İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi
06/07/2020 [15:24]:
XİN-in yüksək vəzifəli şəxslərinin saxlanılmasının görüntüləri - ANBAAN VİDEO
06/07/2020 [15:21]:
Bərdədə karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir
06/07/2020 [15:16]:
ADNSU-da Kimya mühəndisliyinin aktual problemlərinə dair Beynəlxalq Konfrans keçiriləcək
06/07/2020 [15:10]:
Bakıda boya fabrikində yanğın havanın çirklənməsinə səbəb olub
06/07/2020 [15:08]:
Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün ərizə qəbuluna başlanıldı
06/07/2020 [15:05]:
DTX Xarici İşlər Nazirliyindəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib
06/07/2020 [15:04]:
İlin ən yaxşı internet serialı - "Şəxsiyyət"
06/07/2020 [15:02]:
“Qarğıdalı həzm sisteminin stimuallaşdırılmasına köməklik göstərir, xərçəngin qarşısını alır”
06/07/2020 [14:55]:
Azərbaycanlı alim koronavirusun dərmanını tapdı - VİDEO
06/07/2020 [14:46]:
BDU alimləri “HORİZON 2020” üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olublar
06/07/2020 [14:36]:
İsmayıl Babayev 20 sutkalıq həbs edildi
06/07/2020 [14:33]:
Tanınmış idman şərhçilərinin YOLUXMASI İLƏ BAĞLI AÇIQLAMA
06/07/2020 [14:31]:
"Ümid edirik ki, Aya Sofyanın ümumdünya əhəmiyyəti nəzərə alınacaq"
06/07/2020 [14:30]:
“Ay “işverənlər”, “Fairmont”a dəvət etmədilər deyə təsir etdi”
06/07/2020 [14:29]:
Pakistanın səhiyyə naziri koronavirusa yoluxdu
06/07/2020 [14:19]:
“Bəhram Bağırzadə süni tənəffüs aparatından ayrıla bilər” - AÇIQLAMA
06/07/2020 [14:15]:
Prezident üç yerli telekanala müsahibə verdi
06/07/2020 [14:13]:
İran tibbi maskaların ixracına qadağa qoydu
06/07/2020 [14:13]:
Sumqayıtda daha bir həkim koronavirusdan öldü: Dörd yeni yoluxma - FOTO
06/07/2020 [14:11]:
İsa Məshinin lezbiyan obrazına dindarlardan etiraz
06/07/2020 [14:05]:
“Xəstə Bakıda yaşayanlar yox, Bakı özüdür, nə qədər ki, şəhər müalicə olunmayıb...”
06/07/2020 [14:03]:
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
06/07/2020 [13:53]:
Prezident və birinci xanım Bakıda modul tipli hospitalın açılışında iştirak ediblər
06/07/2020 [13:52]:
İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”
06/07/2020 [13:50]:
“Aysberq” hoteli karantin qaydalarını pozub? - RƏSMİ + FOTO
06/07/2020 [13:42]:
“Artıq Qarabağ məsələsində “ağlarla” oynamağın vaxtıdır”
06/07/2020 [13:28]:
"Təəssüflər olsun ki, Azərbaycanda bu gün də zəif düşüncəli abdal insanlar az deyil"
06/07/2020 [13:26]:
Bakıda "avtoritet"ə yas təşkil edildi - SAXLANILANLAR VAR - FOTO
Bütün arxiv bir sırada
12/04/2018 [13:19] - Köşə - ( 6577 dəfə baxılıb)

Kim arvadının, qızının gecə klubuna getməsini istəyirsə?..- Səs versin!..

Sultan Laçın

“Hə” cavabı verənlər “azərbaycanlılıq”, “türklük”, “müsəlman”lıq, “əxlaq”, “mənəviyyat”, “qeyrət”  kimi məhfumları bir daha  öz danışıq və nitqlərində işlətməsinlər...

Doğrusu, MSK-nın, ölkənin aparıcı məmur və siyasətçlərinin bəyan etdiyinə görə, aprelin 11-də Azərbaycanda keçirilmiş demokratik, şəffaf, dünya standartlarına uyğun Prezident seçkilərinin ertəsi günü, sübh tezdən tanınmış saytlarda rastıma çıxan  bir neçə xəbər şad-xürrəm kefimə soğan doğradı. Xahiş edirəm, siz də belə xəbərlərdən ikisinin məğzi ilə tanış olun, sonra söhbətimizə davam edərik...
“Bakıda fahişəxananı xatırladan gecə klubu fəaliyyət göstərir. Doğrudanmı, bura əyləncə məkanıdır?  Minval.info xəbər verir ki, paytaxtda “Hot room” adlanan əndirabadi gecə klubu fəaliyyət göstərir. Azərbaycanca tərcüməsi “İsti otaq” olan məkanın loqosu da içəridə nələrin baş verdiyindən xəbər verir. Təbii ki, kluba daxil olacaq müştəri düşünülmüş adı və erotik loqonu görüb buna uyğun “tədarük” görür.  Heç kimə sirr deyil ki, həmin loqo dünyada seks simvolu kimi qəbul olunur...
Bununla yanaşı, adı çəkilən məkanın sosial şəbəkədəki səhifəsi erotik şəkillər paylaşaraq buranın reklamını edir. Bu yolla əyləncədən çox, sanki müştərilər intim ləzzət almaq üçün məkana dəvət edilir. Paylaşılan əksər fotolar arasında qızların açıq-saçıq görüntüləri yer alır. Yüngül desək, qadınların budu, sinəsi, ombası vasitəsilə kluba müştərilər cəlb olunur. Məgər, əyləncə yalnız bunlardan ibarətdir, yoxsa belə reklamın arxasında nəsə dayanır?! Maraqlıdır ki, həmin şəkillərin çoxunun altında ilk “ViP Rooms” sözləri yazılıb. Yəni, xüsusi otaqlar... 

Həmçinin qeyd edək ki, klub işçi axtarışını da adətinə uyğun olaraq erotika çağırışdırıcı vakansiya elanı verib... Paylaşılan fotolar arasında yer alan xanımlardan birinin yaşının az görünməsi də diqqətimizi çəkdi. Görəsən, onun yaş həddi həqiqətən icazə verirmi bu məkana daxil olmağa?.. Hətta buraya giriş, qızlar üçün qəlyan, içki pulsuzdur... 

Məşhur reperler də “Hot room”a gələnlər sırasındadır. Yeri gəlmişkən, bu klubun sahibinin reper Roşka olduğu iddia edilir…” 

“Rayondan gələn tələbə qızlara “prezervativ” verib müştəriyə göndərirlər – Masaj salonunda gizli çəkiliş…” adlı digər material  isə Bakıda fəaliyyət göstərən masaj salonlarında baş verən biabırçılıqlara aiddir.

“...“İş elanları arasında yəqin ki, qarşınıza “Masaj salonuna masajçı qız tələb olunur. İş öyrədilir. Təcrübə olmasa da, olar. Yaş həddi 30-a qədər. Yalnız qızlar müraciət etsin. Əmək haqqı 900 AZN. Tələbələr də müraciət edə bilər” məzmunlu elanlar çıxır...” 

Qısaca deyək ki, jurnalist xanımlardan biri paytaxtdakı belə masaj salonlarından birinə daxil olaraq orada “işə düzəlmək” istəyir... 

Və həmin yazıda elə bu cümlələri oxumaq kifayətdir ki, hər şey aydın olsun:

“Müştəriylə xanım içəridə olduğu zaman otağın qapısını açmaq qəti qadağandır və ödəniş əvvəlcədən ödənməlidir. 30 AZN ödəyən müştəriyə 1 saat yarım vaxt verilir. Onun 45 dəqiqəsinə masaj daxildir. Daha sonra müştərinin istəyindən asılı olaraq onunla hamama girməli və istəklərini yerinə yetirməlisən. Yeni işçilərə cinsi münasibətin olmadığını desələr də, gələn müştərilərdən birinin dostuna verdiyi qoruyucudan bunun heç də belə olmadığı məlum oldu...” 

Hər iki xəbərin mahiyyətini anladınız. İndi, xahiş edirəm, bir neçə suala cavab axtaraq. 
Belə gecə klubu, masaj salonları olan şəhər hansı dinə mənsub ölkənin paytaxtıdır?  Azərbaycan müsəlman ölkəsidirsə, Bakı İslam şəhəridirsə və biz müsəlmanıqsa, türküksə, niyə belə əməllərə, biabırçılıqlara göz yumuruq? Nədən hüquq-mühafizə və xüsusi xidmət orqanları birbaşa Azərbaycan xalqının nəinki milli-mənəvi dəyərlərinə, soykökünün, genefondunun məhvinə yönəlmiş bu cür biabırçı obyektlər haqda tədbir görmür? Yoxsa pul qazanmaq, xüsusən gecə klubları olmadan həyatlarını təsəvvür edə bilməyən xarici qonaqların, turistlərin dollarları hər şeydən önəmlidir? Bəlkə şəhərin ortasında  gecə klubu, masajxana adıyla faktiki fahişəxanalar açılmasını müasirlik, inkişaf sanırıq?..

Düzdü, artıq bizim “ziyalı” adlanan bəzi siyasətçi, pedaqoq, professorlarımız və s. də “müasir”ləşib, avropalaşıb. Onların oğulları, qızları Bakıda da, Londonda da, Parisdə də bu müsəlman(!) xalqa gözəl “nümunə”lər göstərirlər və “sübut” edirlər ki, gecə klubuna getmək hər bir vətəndaşın “müasirliyinə”, “sivilliyinə”, “azad düşüncə” sahibi olmasına dəlalət edir, əxlaq, mənəviyyat, abır-həya isə gerilik, nadanlıq ələmətləri olan lazımsız anlayışlardır... 

Bir neçə il öncə müsəlmanlığa dəxli olmayan  8 Mart bayramı gecəsi belə məşhur “ziyalı”lardan birinin ərindən boşanmış qızının  saat 4-5 radələrində gecə klubunda hansı hoqqalar törətdiyini, oradan sərxoş şəkildə çıxdıqdan sonra öz məşuqu tərəfindən necə təhqiramiz şəkildə döyüldüyünü yəqin yaxşı xatırlayarsız... “Hörmətli” ata(?) isə qızının bu hərəkətlərinə “sivil” tərzdə övladının müstəqil düşüncəli, sərbəst olduğunu vurğulamaqla  bəraət qazandırmışdı. Bərəkallah!..

Fəqət, bu xalq, Azərbaycan, müsəlman dünyası yalnız “fahişə biznesi” quran belə “sivil” “ziyalı”lardan, siyasətçilərdən ibarət deyil... Və öncəki, yazılarda dediyimiz kimi, Prezident, deputat seçməkdən öncə doğru yolu, Allah yolunu seçməliyik ki, gerçəkdən seçdiklərimizə, bu xalqa xidmət etmək istəyənlərə dəstək olaq...

Hər bir olaya, xəbərə rast gələndə də seçim qarşısında qalırsan. Yəni, həmin olay və xəbərdəki şəri, yoxsa xeyri dəstəklədiyini özün üçün müəyyən etməlisən. Konkret bəhs etdiyimiz xəbər və faktlarla bağlı da referendumsayağı seçim sualları ortaya çıxır:

1. Azərbaycanın paytaxtında və digər şəhər və rayon mərkəzlərində əxlaqsızlıqlar, şərabxorluqlar baş alıb gedən gecə klublarının, barlarının olması zəruridirmi?

2. Kim; özünü azərbaycanlı, müsəlman hesab edən hansı  ata, ana, qardaş və s. öz ana, bacı, qız və xanımlarının(eləcə də oğlanlarının, ərlərinin, atalarının və s.) gecə klublarına gedib əylənməsinə, yaxud belə məkanlarda, o cümlədən masaj salonlarında işləyərək pul qazanmasına razıdır?.. 
Xahiş edirəm, səs verin. Yazını “Feysbuk”da da paylaşacağıq, orada da açıq şəkildə fikirlərinizi yaza bilərsiz. Bəlkə kimsə sübut edəcək ki, biz səhv edirik, gecə barları, əxlqsız masaj salonları bu xalqın, ölkənin müasirliyi və gələcək inkişafının rəhnidir...  

Amma “referendumumuz”dakı  suallara “hə” cavabı verənlərdən xahiş olunur ki, öz danışıq və  təntənəli nitqlərində “Azərbaycan”,  “müsəlmanlıq”, “türklük”, “xalq”, “vətən”, “mənəviyyat”, “əxlaq”, “qeyrət”, “namus”, “milli-mənəvi dəyərlər” və s. məhfumlarını işlətməsinlər...

P.S. Bu cür yazılarımızla ölkədə, xüsusən Bakıda fahişə, əxlaqsızlıq biznesi ilə məşğul olanların bazarlarına az da olsa, zərbə vurduğumuzu anlayırıq. Onların arxasında kimlərin durduğunu da gözəl bilirik. Fəqət, bizlərin arxasında duran kimsə yatsalar, yuxularına da girməz... 

loading...
Komadan çıxan koronavirus xəstələri: "Kaşki ölsəydik..."
Aslan qəfəsə girən qadını parçalayaraq öldürdü - QORXUNC...
89 yaşında ata olan milyarder sirrini paylaşdı: "Sadəcə D vitamini istifadə etdim"
10 yaşlı uşaqdan hamilə qaldığını söyləyən azyaşlı qız Uşaq dünyaya gətirdi...
Bütün dünya bu qəhrəman qadından danışır - İBRƏTAMİZ...+ FOTO
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
“Etiraf etməliyik ki, biz ümumilikdə basabas salmağı xoşlayan toplumuq”
Gündəm
“Qarabağ həqiqətlərinin tanıdılması bir sıra amillərlə yanaşı, həm də bu şəxslərlə effektiv işləməkdən asılıdır”
Cəmiyyət
“Qarğıdalı həzm sisteminin stimuallaşdırılmasına köməklik göstərir, xərçəngin qarşısını alır”
Dünya
"Bilmirəm nə edim..?" – Pandemiya Tarkanı çətin vəziyyətdə qoyub
Gündəm
Bu dığa bu Azərbaycan şəhərinin meri seçildi...  – MSK-nın əlindən nə gəlir?..
Yazar
İlham İsmayıl
Ermənilər bizdən niyə razılıq edirlər?!
Sultan Laçın
"Siyasi leksikonumuzdan “Dağlıq Qarabağ” və “münaqişə” məhfumlarını birdəfəlik çıxarmalıyıq"
Həftənin ən çox oxunanları
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
“Koronavirusa yoluxmuşam, ölüm ayağındayam, Qənirə Paşayeva xəstəxanaya yerləşdirdi”
"Vəfa Quluzadəni Rəsulzadənin portretini çıxarıb yerinə Heydər Əliyevinkini asan yerdə tutdum..."
Zirəddin koronavirusun yox olacağı dəqiq tarixi AÇIQLADI
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247