Xəbər lenti
16/10/2019 [18:35]:
Faiq Ələkbərli: “Türkiyə türkcəsinin ortaq türkcəyə çevrilməsi mümkünlüyü daha çoxdur.”
16/10/2019 [18:15]:
Nazarbayev Bakı bulvarında piyada gəzdi - FOTO
16/10/2019 [18:12]:
AMEA prezidenti magistr pilləsindəki problemlərə aydınlıq gətirib
16/10/2019 [18:10]:
Prezident Mayıl Əhmədovu təltif etdi
16/10/2019 [17:54]:
Rafael Cəbrayılov villasını satışa çıxardı - Borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur
16/10/2019 [17:53]:
Azərbaycan hökuməti torpaq idarəçiliyində yenilik edib
16/10/2019 [17:51]:
Lionel Messi 6-cı dəfə “Qızıl buts” aldı
16/10/2019 [17:45]:
Şəkidə yük maşını piyadanı vurdu - FOTO
16/10/2019 [17:18]:
Leyla Abdullayeva: "Həmsədrlər fəaliyyətlərini mandata uyğun həyata keçirirlər"
16/10/2019 [17:11]:
Ərdoğan ABŞ-ın vitse-prezidenti ilə görüşəcək - YENİLƏNİB
16/10/2019 [17:05]:
Elçin Əlibəyli ictimaiyyətdən yardım istədi: "Yaxınlarım məni şantaj edir"
16/10/2019 [16:59]:
Hadisə mühafizəçisini işdən çıxardı, qalmaqal yarandı -FOTO
16/10/2019 [16:51]:
Azərbaycanda yeni agentlik yaradıldı
16/10/2019 [16:48]:
Fədayə Laçınla birgə həbs edilən polkovnik azadlığa çıxdı
16/10/2019 [16:46]:
Prezidentdən Göyçay çayı ilə bağlı - SƏRƏNCAM
16/10/2019 [16:40]:
Məşhur aktrisa özündən 19 yaş böyük sevgilisi ilə evlənir - FOTOLAR
16/10/2019 [16:36]:
Bərdədə 33 yaşlı kişi pambıq tayasından yıxılaraq öldü
16/10/2019 [16:34]:
“Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər, biz bu oyunu pozduq”
16/10/2019 [16:31]:
Deputat “Leş Tofiq”, “Bala Tofiq”, “Beluqa Tahir” barədə: Onlara haram olsun!
16/10/2019 [16:24]:
Əsəd ordusu Rakkaya daxil oldu - son 5 ildə ilk dəfə
16/10/2019 [16:22]:
Ərdoğan ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməkdən imtina etdi
16/10/2019 [16:21]:
Ancelina Coli 25 milyon dollarlıq villasını ilk dəfə göstərdi - VİDEO
16/10/2019 [16:04]:
10 yaşlı Zeynəb karate üzrə beynəlxalq turnirdə qızıl medal qazandı-FOTOLAR
16/10/2019 [15:45]:
Məşhur aktrisa instaqrama gəldi - 400 min adam "Xoş gəldin" yazdı+FOTOLAR
16/10/2019 [15:43]:
Nazirlik Dövlət Nəzarət Təhlükəsizlik Departamenti barədə Baş Prokurorluğa müraciət etdi
16/10/2019 [15:42]:
Hər il dünyada nə qədər ərzaq israf olunur? - Baş katib açıqladı
16/10/2019 [15:41]:
Tofiq Yaqublu: “Hətta Arif Hacılının katibəsi də Müsavat Məclisinə seçilib”
16/10/2019 [15:40]:
Türkiyə “Hisar-A” zenit kompleksini sınaqdan keçirdi, Azərbaycana satmaq istəyir -VİDEO
16/10/2019 [15:27]:
"Bu gün çox gözəl bir gün idi" - Xalq artistlərimiz Ərdoğanla
16/10/2019 [15:23]:
Azərbaycanın dollardan imtina etməsi mümkün deyil
16/10/2019 [15:22]:
Məmmədyarovla Mnatsakanyanın növbəti görüşü bu şəhərdə keçirilə bilər
16/10/2019 [15:21]:
Hansı məhsullar bahalaşıb? - RƏSMİ
16/10/2019 [15:19]:
820 milyon adam aclıqdan, 2 milyard insan toxluqdan əziyyət çəkir
16/10/2019 [15:16]:
Milli Şuranın mitinqinin təşkilatçıları BŞBPİ-yə çağırılıb
16/10/2019 [15:10]:
“Ağrılar içində qıvrılsa da, yenə də, dərslə bağlı düşünürdü” - Vurğun Əyyubun iş yoldaşları və tələbələrinin xatirələri
16/10/2019 [14:56]:
Transformatora girən azyaşlının 2 ayağı və qolu amputasiya edildi
16/10/2019 [14:52]:
Mətanət İsgəndərlinin türklə evli olan qızı şortikdə - FOTOLAR
16/10/2019 [14:48]:
“Abbas Abbasovun dövlətçiliyə vurduğu ziyanı Şeyx telefonda ona deyib...”
16/10/2019 [14:45]:
Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir
16/10/2019 [14:43]:
Dövlət Statistika Komitəsi: Əhalinin siyahıyaalınması başa çatdı
16/10/2019 [14:34]:
Soyludan ABŞ-a bir cümləlik – Cavab
16/10/2019 [14:33]:
“Restoranın, yoxsa klinikanın pulunu...” – Rəqsanə Kəmaləyə söz atdı
16/10/2019 [14:29]:
Ərdoğan “Barış pınarı”nın başa çatması üçün şərti açıqlayıb
16/10/2019 [14:28]:
"Onu doğradım, məncə ölüb..." - Sevgilisini çarpayıya bağlayıb qətlə yetirdi...
16/10/2019 [14:26]:
Ərdoğan: "Qətliam görmək istəyənlər Qarabağa baxsın"
16/10/2019 [14:23]:
“Aksiyalara başladıq, balıqları məhv edənlər qorxsun”
16/10/2019 [14:09]:
Rauf Kişiyev Müdafiə Nazirliyinin idarə rəisi vəzifəsindən azad edilib
16/10/2019 [14:07]:
BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli ilə görüş keçirilib
16/10/2019 [14:05]:
“Vətəndaş qapını açmır, sayıcıları evə buraxmır” - İttihamlara cavab
16/10/2019 [13:59]:
“Özünü müsəlman hesab edən heç bir toplumun Ermənistanla dostluğa haqqı yoxdur”
16/10/2019 [13:57]:
Fuad Qəhrəmanlıya cinayət işi açıldı - Qızlarını və xanımını döydüyünə görə
16/10/2019 [13:42]:
Milli Şuraya icazə verildi
16/10/2019 [13:41]:
ABŞ kəşfiyyatının hesabatında Qarabağ probleminin 5 həll variantı üzə çıxdı…
16/10/2019 [13:40]:
Əmək müqavilələrinin sayı 126 min artıb
16/10/2019 [13:37]:
“Türk dünyası güc mərkəzinə çevrilir”
16/10/2019 [13:32]:
Yunan adasında "azərbaycanlı gənclər"in yanındakı cangüdənin çantasında nə vardı?
16/10/2019 [13:26]:
"Əgər o mütəfəkkirlərimiz olmasaydı, dövlətimizi qorumağımızın əsasları olmazdı..."
16/10/2019 [13:24]:
Məsumiyyət məzarlığı...
16/10/2019 [13:22]:
Türk pilot zərbə endirmədi, səbəbi isə gündəm yaratdı
16/10/2019 [13:20]:
Modriç "El-Klassiko" və "Qalatasaray"la oyunu buraxacaq
16/10/2019 [13:11]:
"Türklər savaşa nahar yeməyinə gedirmiş kimi gedirlər" - Tramp
16/10/2019 [13:10]:
İsgəndər Həmidov: “Orada iki nəfər qalıb - bir molla, bir seyid...”
16/10/2019 [13:08]:
“Iş o yerə çatıb ki, qadınların orduya cəlb edilməsi baş nazir səviyyəsində müzakirə edilir”
16/10/2019 [13:00]:
“Dostlarımın ABŞ-da əmlakı yoxdur ” - Ərdoğan nazirlər haqda
16/10/2019 [12:57]:
Şahin Mustafayevin vətəndaş qəbulunun vaxtı dəyişdirildi
16/10/2019 [12:48]:
Mübariz Mənsimov: "Onunla bir masa arxasında oturmaram"
16/10/2019 [12:43]:
ABŞ-da demokratik debatların dördüncü turu keçirilib
16/10/2019 [12:41]:
İlham Əliyev görüş keçirib - FOTO
16/10/2019 [12:40]:
"Gördüyüm işləri beynimlə həyata keçirirəm, amma dostlarımı ürəyimlə sevirəm"
16/10/2019 [12:39]:
Azərbaycana avtomobil idxalı kəskin artdı
16/10/2019 [12:38]:
I sinfə şagird qəbulunun vaxtı bitdi
16/10/2019 [12:38]:
"Bir gecənin içində Xalq artisti alanı da, hörmətə Xalq artisti alanı da bilirəm kimlərdir"
16/10/2019 [12:35]:
İcra Hakimiyyətində yeni TƏYİNATLAR
16/10/2019 [12:33]:
“Youtube” azərbaycanlı müğənninin klipinə “18+” yaş həddi təyin etdi - VİDEO
16/10/2019 [12:32]:
"Cəmiyyətimizin 90 faizi "moşenniklər", ara qızışdıranlar, hər şeydən pul qazanan adamlardı"
16/10/2019 [12:26]:
Tanınmış azərbaycanlı biznesmen qəzada öldü -FOTOLAR
16/10/2019 [12:23]:
“Dedi ki, 5 min dollar verir, xanım gəlib stolda otursun”
16/10/2019 [12:19]:
İqlim dəyişikliyi: Azərbaycanda biomüxtəliflik və su ehtiyatları azalır, orta illik temperatur artır - ARAŞDIRMA
16/10/2019 [12:18]:
“İndi tam “yahşi” oldu” - Ərdoğan Bakı səfərindən sonra
16/10/2019 [12:16]:
Qazla bağlı xəbərdarlıq...
Bütün arxiv bir sırada
18/04/2018 [21:31] - Cəmiyyət - ( 4024 dəfə baxılıb)

Başlıbel faciəsindən 25 il ötdü - Şahidlər danışır...



Bu gün Başlıbel faciəsi qurbanlarının anım mərasimi keçirilib. "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin iclas zalında təşkil olunmuş tədbirdə ictimaiyyətinin nümayəndələri, ziyalılar, Kəlbəcər gəncləri, habelə 1993-cü il aprelin 18-də erməni quldurlarının Başlıbel kəndində törətdiyi kütləvi qətllərin şahidləri iştirak ediblər.

Moderator.az xəbər verir ki, tanınmış jurnalist Elxan Salahov tədbiri giriş sözü ilə açaraq Başlıbel faciəsi ilə bağlı qısa məlumat verib. 
O, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində törətdiyi kütləvi qətlləri Qarabağ müharibəsinin qanlı səhifələrindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, rayonun işğalı zamanı 2000 nəfərdən çox əhalisi olan Başlıbel kəndinin 73 sakini evlərini tərk edə bilmədiyindən düşmən ordunun mühasirəsində qalıb. Aprelin 2-də kən sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar: “Amma onlar cəmi 18 gün gizli yaşaya bildilər. Aprelin 18-də erməni quldurları dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdilər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən “Portda” kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də  sığınacağı tərk edərək yalnız gecələr gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. 93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda mühasirə həyatını məcburi köçkünlükdən üstün tutub”. 

Artıq Başlıbel faciəsindən 25 il ötdüyünü deyən Elxan Salahov 93 yaşlı Ələsgər babanın hələ də itkin sayıldığını söyləyib. 

Başlıbel faciəsinin şahidlərindən olan İsmət Əzizov 113 günlük mühasirə həyatı barədə xatirələrini bölüşüb: “Aprelin 4-də saat 15-16 radələrində ermənilərin kəşfiyyat qrupu “UAZ” markalı maşınla Başlıbel kəndini yoxlayıb geri qayıtdılar.Ertəsi gün  ermənilər daha böyük qüvvə ilə Başlıbelə soxulmuşdular. Turbinlə baxıb ermənilərin kəndə gələn maşınların bir-bir nəzərdən keçirirdik - 1 ədəd ZİL-131, 1 ədəd QAZ-66, 1 ədəd UAZ vardı. Kənddən tüstü qalxanda əmin olduq ki, evləri yandırırlar. Bir az yuxarı qalxanda gördük ki, kəndi tüstü bürüdü. Qərar gəldik ki, gedib camaatla məsləhətləşək, ermənilər kənddən çıxandan sonra axşam qaranlıq vaxtı hamımız “Portda” kahalarına yığışaq. Əslində hələ aprelin 3-də kənddə olarkən “Portda” kahalarına sığınmaq barədə qərar verilmişdi. Ağsaqqallar uzaq olduğuna gğrə “Nəbinin kahası”na getmək təşəbbüsümüzü bəyənməmişdilər, demişdilər ki,  “Portda”ya getmək lazımdır. Aprelin 5-də silahlı erməni quldurları 3 maşınla kəndə daxil olarkən əvvəlcə Kamal Əzimovun evini qarət edib yandırdılar, bir qədər sonra Muxtarov Qocanın evinə od vurdular.  Bundan sonra onlar evlərə girərək xalçaları yığışdırmağa başladılar”.
İsmət Əzizov deyib ki, bütün bunları “Qalaça” kahasına sığınmış dinc sakinlər öz gözləri ilə görürdü. Ancaq xeyli qüvvəsi olan düşmənə atəş açmaq həm “Kahanın başı”ndakı evlərə sığınmış xəstə və qocaların, həm də “Qalaça”da gizlənimiş camaatın məhv olması və ya girov aparılması demək idi: “Ona görə də biz yalnız müşahidə etməklə kifayətləndik. Erməni quldurları əldə etdikləri qəniməti özləri ilə aparırdılar”.

Kəlbəcərin işğalı zamanı Laçında düşmən ordunun mühasirəsini yararaq Başlıbelə pənah gətirən və burada kahalara sığınmış yerli sakinlərə qoşulmuş keçmiş döyüşçü Səlim Mehtiyev də ermənilərin bu kənddə törətdiyi qətliamın şahidlərindən biridir. O, çıxışında erməni quldurlarının kahalara amansız hücumunun təfərrüatlarını danışıb: “Başlıbeldəki sığınacaq yerimizi “Qalaça”dan “Portda”ya dəyişəndən sonra kahalardan bir qədər aralıda - “Qayabaşı”da post qurmuşduq. Aprelin 18-də günorta saatlarında ağ rəngli bir “NİVA”  “Kahanın başı”ndan gəlib  “Taxta yurdun düzü” istiqamətinə keçdi. Maşın gizləndiyimiz kahanın qabağına çatanda silahı qaldırdım ki, erməniləri vuram. Hava məsafəsi təxminən 50-60 metr olardı, əmin idim ki, quldurları vura biləcəyəm. Amma Ələkbər atəş açmağa razı olmadı, dedi, mənim bütün külfətim buradadır, atəş açsan, hamımızı kahada qıracaqlar.  Ona görə atəş açmadım, “NİVA” isə kahanın qənşərindən keçib düz dərənin boğazına qədər getdi. Təxminən yarım saatdan sonra görük ki, ermənilər “Taxta yurd” tərəfdə çöllərə səpələnmiş mal-qoyunun hamısını qabaqlarına qatıb kəndə tərəf aparırlar. “NİVA”nı isə dərənin boğazında saxlamışdılar. Heyvanı kəndə tərəf aparan iki ermənidən biri düz gəlib bizim kaha ilə üzbəüz düzənlikdə - “Portda bulağı”nın üstündə dayanıb diqqətlə ətrafa baxdılar. Deyəsən, bu dəfə bizi görmüşdülər, kahaya tərəf  güllə atdılar. İlk güllələrdən biri qonşu kahada olan Elşad Əzizovu sol çiynindən yaraladı. Çox çəkmədi ki, içərisi silahlı ermənilərlə dolu olan “QAZ-66” kahalara yaxınlaşdı. Düşmən ordusunun canlı qüvvəsini hadisə yerinə çatdıran ikinci “ZİL -131” maşını isə yuxarıdan hərlənərək “Portda” kahalarının arxasında, üst tərəfdə mövqe tutdu. “ZİL-131” markalı maşınında 30-35 nəfər düşmən əsgəri kahalara tərəf sürətlə irəliləyir, 62 nəfərin sığındığı kahaları aşağıdan və yuxarıdan mühasirəyə alırdı. Aşağıdan atəş açaraq kahalara doğru yaxınlaşan ermənilər Azərbaycan dilində söyüşlər söyərək həyasızcasına “Buralar bizimdir, siz burada nə gəzirsiniz?!” deyib irəli atılırdılar. Əksəriyyəti saqqallı “boevik” və rütbəli zabitlər idi.  “ZİL-131”dən düşənlərin 6-sı düz kahaların yaxınlığına gəlib Azərbaycan dilində müraciət edərək bizi təslim olmağa səslədilər. Yarı Azərbaycan, yarı türk ləhcəsində deyirdilər ki, təslim olanlarla işimiz yoxdur, hamınızı Qarabağa aparacağıq, oradan Bakıdakı erməni əsirlərinə dəyişəcəyik. Yaşlı adamların, xüsusən də qadınlardan bəziləri ermənilərin yalanlarına inanaraq kahalardan çıxdılar. Həmin adamların əksəriyyətini girov apardılar, bir neçə nəfəri yerindəcə güllələdilər...”

113 gün Başlıbel kəndində Ermənistan ordusunun mühasirəsində qalmış 62 nəfərdən ibarət dəstənin daha bir üzvü Elşad Əzizov isə deyib ki, aprelin 18-dən 19-na keçən  gecə ermənilər kahalara sığınmış adamlardan 14 nəfəri girov aparmış, 18 nəfəri  qətlə yetirmişdi: “Qəfil çovğun başlayandan sonra, gecə saat 1-in yarısında silahlı erməni quldurlarının əsas hissəsi “Portda” kahalarının ətrafından geri çəkilib kəndə tərəf qayıtmağa başladılar. Amma köməksiz vəziyyətdə kahalara sığınmış dinc sakinlərə qarşı törətdikləri vəhşiliklərdən doymamışdılar. Girov götürdüklərini qabaqlarına qatıb aparan quldur dəstələri həmin gecə Başlıbel kənd orta məktəbinin binasını yandırdılar. “Portda”da isə atışma davam edirdi. Hələ sağ qalanların kahalarda gizləndiyindən şübhələnən 4 quldur PK pulemyotu ilə atəş açaraq irəliləyirdi. Kahada sağ qalan əliyalın sakinləri qorumağa çalışan zərdablı Vüqar əsil qəhrəmanlıq göstərirdi. O, son nəfəsinə qədər döyüşərək ermənilərin kahada gizlənənlərin yerini müəyyənləşdirməyə imkan vermirdi. Bir an içərisində cəsarətlə kahanın ağzına çıxan Vüqar Abdullayev quldurların dördünü də yerə sərdi. Yenidən əvvəlki mövqeyinə doğru qaçarkən quldurlardan birinin atdığı qumbara onu kahanın 3-4 metrliyində haqladı. Vüqar da həmin gecə şəhid oldu”.

Tədbirdə ermənilərin Başlıbel kəndində törətdiyi vandalizm aktlarından geniş bəh olunub. Şahidlərin dediyinə görə, İkinci Dünya Müharibəsi iştirakçısı, hər iki ayağını alman faşizminə qarşı müharibədə itirmiş Hüseyn Hüseynov Başlıbel kəndinin mərkəzində, kolxoz idarəsinin binasında diri-diri yandırılmışdı. Mühasirədə qalanlar onu əsasından, papağından, bir də sinəsində kömür kimi yanmış medalından tanımışdılar. 

Bundan başqa, quldurlar 53 yaşlı ruhi xəstə Qənaət Ağamirovu da işgəncə ilə öldürmüşdülər. Üz-gözündə, qulaqlarında, burun dəliklərində siqaret yanığının izi aydın görünürdü...

Ermənilərin törətdiyi vandalizmə “Nəbinin kahası”ndan kəndə enən cavanlar daha çox rast gəlirdilər. Həyət-bacalarda qulduların daha iyrən əməllərinin izləri qalmışdı.Başlıbel kəndinin mərkəzi məhəllələrində keçini buynuzundan, inəyi ayaqlarından dirəyə asımışdılar. Ermənilərin heyvanlara qarşı bu cür amansız davranışları dəhşət saçırdı. Quldurlar  toyuq-cücələri dimdiyinə məftil keçirilərək ağacdan asmışdılar.  

Mühasirədə qalanların ərzaq dalınca kəndin mərkəzinə gələrkən həyətlərin birində gördükləri  mənzərə isə daha dəhşətli idi. Həyətdəki it anasını itirmiş körpə quzunu əmizdirir, sanki yetim quzunun kimsəsizliyini duyurmuş kimi ona mehribanlıq göstərirdi.

Tanınmış ziyalı, Əməkdar jurnalist Əlövsət Ağalarov deyib ki, bu faktlar işğalçı Ermənistanın əsl mahiyyətini çılpaqlığı ilə ortaya qoyur.  Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Xocalıda, Ağdabanda, Başlıbel kəndində dinc əhalini hədəf seçməsi, insanlığa açıq-aşkar meydan oxuyaraq müharibə, kütləvi qətliamlar yolunu tutması, beynəlxalq ictimaiyyətin sülh çağırışlarına məhəl qoymamasına cəhd kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, Ermənistanın bu vəhşiliyi, xüsusilə azyaşlı uşaqları və qadınları hədəfə alması bir gerçəkliyi də ortaya qoyur: “İşğalçı rejim bu vandalizm siyasətini davam etdirdikcə daha çox insanlar Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü terrorizmin qurbanı olacaq”.
Başlıbeldə 113 gün mühasirədə qalmış şahidlərin çıxışından sonra tədbir sual-cavab və müzakirə formasında davam etdirilib. Moderator.az saytının baş redaktoru Zülfüqar Huseynzadə ölkə ictimaiyyətinin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən vətəndaşların bu problemə laqeyd münasibətindən şikayətlənib. O, işğalın ömrü uzandıqca öz yurd-yuvasından didərgin salınmış insanların doğma torpaqlara qayıtmaq istəyi azaldığını təəssüf hissi ilə qeyd edib: "Xalqımız çox böyük faciələr yaşayıb. Ən böyük faciə laqeydlik və unutqanlıqdır. İşğal altında olan rayonların hər birinin orta hesabla 60 min nəfər əhalisi var. Amma həmin rayonların işğalının ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edənlərin sayı 20-30 nəfərdən çox olmur".

Zülfüqar Hüseynzadə Başlıbeldə mühasirədə qalmış 62 nəfərin başına gələnləri xatırladaraq bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün partizan hərəkatı yaradılmalıdır. Onun sözlərinə Azərbaycan hökuməti sülh danışıqlarından imtina etməli və torpaqların müharibə yolu ilə azad edilməsi istiqamətində əməli addımlar atmalıdır.

Kəlbəcər rayonundan olan şair-jurnalist Namiq Dəlidağlı da Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında xoşluqla çıxmayacağı qənaətinin ildən ilə möhkəmləndiyinin söyləyib: "Hər kəs bilir ki, Ermənistanın Azərbayaca qarşı ərazi idialarının arxasında Rusiya dayanır. Bizim torpaqlarımızı Ermənistan tək öz gücünə deyil, xarici havadarlarının dəstəyi ilə işğal edib. Sülh danışıqlarının davam etdiyi 25 il ərzində Ermənistan məhz xarici havadarlarına arxalanaraq münaqişənin həll yolunu uzatmaqla məşğuldur. Artıq bu gerçəklikləri gizlətmək mümkün deyil, bütün dünya reallıqları bilir və regionda baş verənlər hər kəsə bəllidir. Odur ki, biz öz torpaqlarımızı işğaldan azad etmək üçün hərəkətə keçməliyik. Müharibə qaçılmazdır, qanla alınan torpaqları heç vaxt sülh yolu ilə geri qaytarmayacaqlar". 

Laçın rayonundan məcburi köçkün Tale Şahməmmədov isə torpaqlarının 20 faizinin işğal altında olan Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi sahəsində ciddi problemlərin olduğuna diqqət çəkib. O, hazırkı gənclərin bir çoxunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli tərəfdarı olmasını onların müharibədən qorxması kimi dəyərləndirib: "Gənclərin bu ruhda tərbiyə olunması çox zərərlidir. Biz sülhsüvər və humanist xalq olduğumuz üçün gənclərin də bu ruhda böyüməsi müsbət haldır. Ancaq bizim ana-bacılarımız Xocalıda, Ağdabanda, Başlıbeldə dəhşətli faciələr yaşayıblar, gənclərimiz ermənilərin törətdiyi bu qətliamları unutmamalı, döyüşkən ruhda böyüməlidir. Bu, xüsusilə Kəlbəcər, Laçın işğal altındakı digər rayonların gənclərinə aiddir. Onlar Xocalı, Ağdaban, Başlıbel faciələri ilə bağlı bilgilərini artırmalı, ermənilərin Azərbaycan xalqının başına gətirdiyi bu qanlı cinayətlər barədə daha çox məlumat öyrənməlidir".

Tanınmış jurnalist Məhəmməd Nərimanoğlu isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri dünyaya tanıtdırmaq üçün davamlı, həm də elliklə çalışmaq lazımdır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin törətdiyi elə vəhşiliklər var ki, onlar haqqında nəinki beynəlxalq ictimiayyətdə, hətta Azərbaycan vətəndaşlarında dolğun məlumat yoxdur: "1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı erməni quldurlarının kəlbəcərlilərin başına gətirdikləri bu gün çoxlarına bəlli deyil. Ermənilər Kəlbəcəri işğal edərkən saysız-hesabsız vandalizm aktları törədiblər ki, bəlkə də bəşəriyyət tarixində belə hadisələrə heç vaxt və heç yerdə rast gəlinməyib . Halbuki Kəlbəcər rayonunun Başlıbel kəndində törədilən bu qətliamların canlı şahidlərinin bir çoxu hələ həyatdadır, yaşayırlar. Təkcə bu insanların Başlıbel kəndində gördükləri faktlar əsasında çoxli kitablar yazmaq, sənədli filmlər çəkmək olar".

loading...
loading...
"Gördüyüm işləri beynimlə həyata keçirirəm, amma dostlarımı ürəyimlə sevirəm"
Dünyanın ən gənc milyarderi ikinci dəfə ana olmaq istəyir - MARAQLI...
Əkrəm İmamoğlunun həyat yoldaşı məşhur jurnalın üz qabığında - FOTOLAR
9 ildir zirzəmidə "dünyanın sonu"nu gözləyən ailə tapıldı - MARAQLI
"Elə olub ki, toylarda xətrimə dəyib, yumruq atıblar..."
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Müsahibə
“Abbas Abbasovun dövlətçiliyə vurduğu ziyanı Şeyx telefonda ona deyib...”
Kriminal
"Onu doğradım, məncə ölüb..." - Sevgilisini çarpayıya bağlayıb qətlə yetirdi...
Cəmiyyət
"Əgər o mütəfəkkirlərimiz olmasaydı, dövlətimizi qorumağımızın əsasları olmazdı..."
Köşə
Məsumiyyət məzarlığı...
Müsahibə
"Bir gecənin içində Xalq artisti alanı da, hörmətə Xalq artisti alanı da bilirəm kimlərdir"
Həftənin ən çox oxunanları
Türk ordusunun əsir aldığı terrorçular... - Heç yerdə görmədiyiniz görüntülər - VİDEO
Şəbnəm Tovuzlunun həcisi "tenderlər kralı" Ramazan Mirzəyevlə bağlı sirlər AÇILDI
Tezliklə azadlığa çıxacaq Fədayə üçün BƏD XƏBƏR
YPG-PKK komandirləri Türk ordusunun qarşısında ağlayırlar – VİDEO
“Suriya ordusu türk ordusu ilə vuruşmayacaq, çünki...”
Bakıda oteldə qadının başı kəsildi - Cinsi əlaqəyə girmədiyi üçün - VİDEO
"Maşın" şouda böyük rüşvət qalmaqalı - Rəqsanə inanılmaz VİDEO paylaşdı
Nə yaraşıq, nə pul,... . Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş.. -FOTO
Paşinyanın Aşqabad fiaskosu – Putin Nikolu necə aşağıladı – FOTO/VİDEO
Masonlardan Türkiyənin əməliyyatı ilə bağlı - Bəyanat
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247