Tarix təkrar olunur - Bu dəfə absurd və fars şəklində...
Oxunub: 2811
23 Apr 2018 | 12:59
Tarix təkrar olunur  - Bu dəfə absurd və fars şəklində...
“Lənətə gəlmiş Qarabağ”, səhihliyinə kiminsə şahidlik edə bilmədiyi bu deyimin müəllifinin Rumıniyanın faciəli lideri Nikolay Çauşeski olduğu deyilir. Sovetlərin çöküşünün rəmzi səbəblərindən biri olan erməni-azərbaycanlı davasının dalğası Buxarest küçələrini bürüyəndə avropalı diktatorlar diksinmişdilər.Xalqı meydanlardan evlərinə qaytarmaq üçün nə vahimə saçan Qırmızı Ordunun gücü yetirdi, nə də xəfiyyə orqanlarının təxribatları kara gəlirdi.Demokratiya virusu artıq beyinləri işğal etmişdi və rumın diktatorunu həyat yoldaşı ilə birgə küçədə güllələyəndə bütün xalq bayram edirdi:kral öldü,yaşasın kral!
Tarixin ironiyasına baxın, o vaxtlar Razdan meydanında üçrəngli bayraqları qaldıran Qarabağ hərəkatının liderləri 16-cı Lüdoviki devirən yakobinçilər kimi tiraniya rejiminə qarşı dirənişin simvoluna çevrilmişdilər.Xankəndində “Miatsum” şüarları ilə başlayan separatizm bir göz qırpımında genişlənib milli-azadlıq hərəkatı ilə çulğaşdı və vahid erməni məsələsinin tərkib hissəsinə döndü.Serj Sarkisyan hərbi karyerasını onda hələ təzəcə başlayırdı.

Çox sonralar Koçaryanla birgə sovet-rus tankları üzərində zəbt olunan böyük Azərbaycan əraziləri Ermənistanda hakimiyyət məsələsini özündən asılı edərək, indi İrəvan küçələrində yaşanan vətəndaş itəatsizliyinə yol açdı.
Tarix təkrar olunur-bu dəfə absurd və fars şəklində.Çauşeskini edam kötüyünə aparanlar-inqilabçı demokratlar-fərq etməz, onlar sosialist ölkələrinin hansı bucağına səpələnmişdilər-indi özləri Robespyer kimi məşhərin bir addımlığındadır.
Lakin əsas mənzərə odur ki, son 30 ildə erməni xalqını buxovda saxlayan Qarabağ məngənəsi cəmiyyətin sosial-siyasi ayaqlarından daş kimi asılıb onları geriyə dartdıqca,yeni nəslin milli-vətənpərvərlik idealları daha da sarsılır və onlar atalarının ələ keçiridikləri torpaqlar naminə ölmək,yaxud ölkədaxili köləlik rejimində yaşamaq fikrində deyillər.Belə bir mənzərə keçmişdə yaranmışdımı?Bəli,özü də 2 dəfə.
Koçaryan rejimi ayağa qalxıb şərqşünas prezidenti devirəndə hamı onu alqışlayırdı,çünki azəbaycanlılarla səngərin qəhrəmanları avtomatik olaraq,birinci kürsüyə əsas namizəd idilər.Sarkisyan da eyni texnologiyadan istifadə etdi.
İndi İrəvan küçələrində gedən nəyin davasıdır?İki cəbhədə vuruşmaq üçün ermənilərin resursları yetərlidirmi,yaxud ənənəvi türk-azərbaycanlı təhlükəsi qarşısında milli birliyə üstünlük verib özünü Baş nazir elan edən adamın təbəələyini qəbul etmək sərfəlidir,yoxsa,təzədən səngərə qayıdıb əbədi düşmənlərinə atəş açmaq məqsədəuyğundur.Etiraf edək ki,çox çətin suallardır.Antiərazi,antimilli,antidemokratik şəraitdə yaşamaq bir xalq üçün demək olar,qeyri-mümkün görünür.Necə yəni,tanklar Ağdərədən çıxıb getsin hökumətin müdafiəsinə və nəticədə yaranmış fürsətdən Bakı istifadə edib hücuma keçsin?
Şantaj hakimiyyətlərin əbədi alətidir.İnsan resursunu və mənəvi limitini tam tükətmiş rejimlərin yeganə çarəsi xalqı barıt qoxusu ilə qorxutmaqdır.Fikir verin, erməni müdafiə naziri Vihen Sarkisyan inqilabçı ata-anaları səngərdəki oğlanları ilə hədələyir və generalitetin daxildə-arxa cəbhədə sabitlik tələb etdiyindən danışır.Sən demə,əlləri tətikdə olan balalar Ali Baş komandanın dürüstlüyünə,vicdanına və liderliyinə o qədər arxayındılar ki, paytaxt qarışıqlığına başı qarışan sərkərdənin enerjisini, vaxtını,gücünü ona yönəltmək xəyanət imiş.Ordu xalq tərəinə keçsə,proses tam nəzarətdən çıxacaq.Açıq şəkildə silahlı qüvvələrin siyasətə qarışması və mitinqləri qanla boğmaq mesajı effekt vermədiyindən Azərbaycan ordusun cəbhə xəttində hərbi texnika və əskəri sayını kəskin artırmasına dair peyk görüntüləri dövriyyəyə buraxılıb.

Rəsmi Bakının verdiyi operativ təkzib aksiyaçıların xeyrinə işləsə də, ”vətənin keşiyində” duranların əliylə təxribat törədərək, miniaprel müharibəsi ssenarisi hər vəchlə hökumətə yaxın informasiya vasitələrin gündəmini zəbt edib.Necə? Çox sadə.Bako Saakyanın əliylə təşkil olunan “artsax xalqı” ayağa qalxır və Nikol Paşinyanı hər cür satqınlıqda lənətləyib bir vaxtlar tonqala atılan adaşı Nikolay Kopernikin aqibətini ona yaşatmağı tələb edirlər.Əks halda Allah bilir,Cıdır düzündə Tiqranın varisləri hansı hoqqalara əl atacaqlar.Kimsə deyəcək,nə edə bilərlər kiçik bir adada?Yox,cinin canı şüşədə olduğu kimi, İrəvanda istənilən prezidenti Qarabağ “xalq”ı seçmədən ona xeyir-dua vermək olmaz.Birin mindən güclü olması buna deyərlər.Yoxsa, Sarkisyanı devirməyə qalxan xalqa görk üçün onu gətirib Xankəndində hərbi formada təzədən köhnə vəzifəsinə qaytaracaqlar.Onda neynəcək “marselyoza” oxuyan azadlıqsevərlər?

Bəs, Gümrü hərbi bazasının səbri nə vaxta qədər çatacaq və rus qoşunlarının, lap elə Bakıya tuşlanan İskəndər raketlərinin kölgəsində Şərəf inqilabına qalxanları boğmaq 24 apreldə dünyadan rəhm uman bir millətin həqiqi genosidə uğrmasına yol açmayacaqmı?Söhbət heç müdaxilə baş verərsə,itkilərin yüzlərlə olmasından getmir,amma 200 ildir rus süngüsünün güvənci altında yaşayan bir xalq sonra hansı ideologiyanın qanadı altına girəcək?Elə bilirsiz,Avropa Birliyinin indi verdiyi həyəcandolu raportlar axırda gətirib Poroşenko kimi birisinin taxt-taca əyləşməsi ilə nəticələnəcək?Hər halda belə cəfəng ssenariyə yalnız sadəlövhlər inanar.Onsuz da hakim partiya yaradıclıq edib London səfirini prezident qoyanda məqsədləri hakimiyyəti geoplotik ayrıcılıqla iki yerə bölmək idi-qoy Armen Brüsseli təmsil etsin,Serj də Moskvanı.
Belə şəraitdə Bakı Ermənistanda hakimiyyət dəyişikliyinə təsir edə bilərmi?Yəqin,ilk ağlınıza gələn xüsusi xidmət orqanları vasitəsilə aparılan gizli əməliyyatlar olacaq,lakin söhbət iki cəbhədə-daxildə oliqarxiyaya,xaricdə Azərbaycana qarşı döyüşən erməniləri parçalamağa qadir olan planın işlənməsindən gedirsə,onda düşünməyə dəyər.Axı əvvəldə dedik,əgər 90-cı illərin səhra komandirləri erası bitirsə və Seyran Ohanyan,onun işğalla yüksələn general dostları kimi nəhayətdə,baş komandir taxtından düşürsə,onda alternativ hansı partiya Putinin xeyir-duası üçün Kremlə çağrılcaq?

Hər halda hazırki Baş nazirin parlamentli modelə keçən kimi qüvvələr nisbətinin dəyişəcəyi və mərkəzdənqaçma tendesiyasının güclənəcəyi bəlliydi.Lakin ölkəyə on illik rəhbərliyi dövründə yarım milyon insanı evindən didərgin salan və tam təcridə məruz qoyan adamın erası başa çatsa,daha güclü rəhbər-söhbət heç arxasında Qarabağ klanının durmasından getmir, ya da demokratik imicli birisindən də danışmırıq,onda regionda və cəbhədəki durum dəyişəcək.
Əgər Bakı Sarkisyan soyadlı bir xalq qatilini-öz millətinə genosid edən şəxsi ümumerməni ideallarının tərksilahında davam etməsini istəyirsə, müxtəlif tədbirlər həyata keçirə bilər.90-cı illərin Bakısının mənzərəsini gözləriniz önündə canlandırın, “torpaqları vermərik” şüarı altında milyonlarla insan sinxron olaraq paralel müstəvilərdə hərəkət edib Razdanın millətçi və işğalçı kükrəyişlərinə cavab reaksiyası kimi meydana çıxmışdı.Lakin sonralar sabitlik tamam pozulanda Qarabağ Bakının siyasi havasını qarışdırdı və prezidentlərin dayanıqlığı səngərdən asılı qaldı.

İndi Xankəndinin cəbhəsi parçalanıb və öz sehrli qüvvəsini paşinyanlara göstərmək üçün yollar arayır.

Əgər mərkəzdə dumandırsa, ucqarda fırtına qopacağına şübhə yoxdur!
Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 01:18
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 01:18
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...