Ədəbiyyatın gücü, siyasət və ədəbiyyat konfliktində tənhalaşan qaliblər... - II məqalə
Oxunub: 3735
29 Apr 2018 | 18:23
Ədəbiyyatın gücü, siyasət və ədəbiyyat konfliktində tənhalaşan qaliblər... - II məqalə

(A.Soljenitsının“Birinci çevrə” romanı haqqında)

II məqalə


I hissə burada:(//moderator.az/news/222551.html )

  

Stalin bilirdi ki, bir müddət keçəndən sonra insanlar

 bütün pis işləri bağışlayacaqlar, unudacaqlar və

 hətta onları yaxşı kimi xatırlayacaqlar...

 

“Birinci çevrə” romanında sanki bütün zamanlara və bütün məkanlara aid diktatorların ətrafında dolaşan ümumiləşmiş, tipik xarakterli “köməkçi” obrazları var. Poskryobışev 15 ildən çox idi ki, Stalinin şəxsi katibliyinin rəhbəri idi. Stalinin inandığı, ona həmişə sadiq, qul psixologiyalı Poskryobışev ağasının qarşısında daima təzim jesti ilə boynunu büküb dayansa da, bu yaxınlıqdan istifadə edib özündən aşağılara qarşı amansız və laqeyd, iddialı münasibət nümayiş etdirir, səlahiyyətindən eninə-uzununa istifadə edirdi.  Hətta onun dediyi hər fikir məhz Stalinə məxsus qərar kimi qəbul edilir...

Romandakı dialoqlar, obrazların daxili monoloqları, adi söhbət və fikir mübadiləsi kimi görünən mətn parçalarının hər cümləsi mövcud siyasi mənzərəni göz önündə canlandırır. Məsələn, Abakumovun Stalinə gecənin yarısı etdiyi  məruzənin  mövzusu həm də daha çox həbslər, cəzalar ilə bağlı idi. O, Ruhani Akademiyası, Frunze Akademiyasındakı həbslərdən danışırdı, Stalin həvəslə dinləyirdi...

Soljenitsının nasir kimi hadisə və sütüasiyaları, xarakterlərin tipik cizgilərini təsvirində böyük ustalıq görürük. Romanın müxtəlif səhifələrində hər obrazın mahiyyətini, bədii portretini tamamlamağa xidmət edən sənətkar qələminin işi var. O öz qəhrəmanlarını bir mövqedə təqdim etmir. Əsərin qəhrəmanları müxtəlif dramatik vəziyyətlərdə fərqli cizgilərlə özünü təqdim edir. Məsələn, müəllif Abakumovun saraşka rəisi, mühəndis alimlərlə münasibətdəki saymazyana və ədalı, hədələyici  davranış maneralarını Stalin qarşısındakı müti, qorxaq və hiyləgər yaltaqlıq jestləri ilə qarşılaşdırır.  Və ya, Stalinin ani olaraq xəyalından keçirdiyi bir kiçik xatirəsində (vaxtilə İnqilab muzeyinə baxarkən divardan asılmış Jelyabovun və Perovskayanın böyük portretlərini görüb üşənmişdi. Onların simaları açıq, gözləri qorxusuz, baxışları iti idi. O belə gözlərdə “Tiranı öldür!” – şüarı görürdü. “Narodnaya volya”nın bu iki üzvünün baxışları iki ox kimi onun boğazını dəldi... Stalin diksindi, xırıldadı, öskürdü və öskürə-öskürə də barmağı ilə portretləri göstərdi. Onları dərhal çıxartdılar. Leninqrad muzeyindən də inqilabın ilk yadigarını – II Aleksandrın karetinin qalıqlarını götürdülər”.) belə onun siyasi, psixoloji durumunun cəmiyyət və mədəniyyət üçün nə qədər qorxulu olduğunu göstərir.

Əsərin Stalinlə bağlı hissələrində böyük siyasi fiqurlar haqqında daha çox məlumat əldə edirik. Daha doğrusu, Stalin, məsələn, düşüncəsində Trotski, Zinovyev, Kamenev, Çörçil, Ruzvelt, Hitlerlə münasibətlərini analiz etdikcə həm də özümüzü XX əsrin böyük  siyasi qalmaqallı mühitində hiss edə bilirik. Və bütün bu təqdimetmədə yenə diktator baxışlarının, nəzəriyyəsinin, hakimiyyət düsturunun tezisləri bədii ampluada ortaya qoyulur. Yəni, romanda əsas götürülən siyasi baxışlar və ideyalar bədiilik şərtlərini zədələyə bilmir.

Romanın ən maraqlı dramatik məqamlarından biri də məmurlar, nazirlər və ziyalılar kontrastıdır. Müəllif təhkiyəsində hər cümlə mənalı suallar doğurur. Nazirin qəbulu prosesi özü ayrıca bir süjet, kompazisiya sxemi yaradır. “Ölüm şöbəsi”nin müdiri otaqdan çıxır, həbsxana rəisi daxil olur. Hər bir məmur otağa daxil olanda Stalinin 5 metrlik portreti qarşısında həyəcanla təzim edir, şəkildəki “xozeyn”in  belə gözlərinə baxmağa cəsarət etmirlər. Nazirlər və məmurlar ona öz aralarında “xozeyn” deyirdilər. Ölkənin xozeyni... O hər şeyin sahibi idi, hətta talelərin və düşüncələrin belə... Və hamısı yalan, zor, hiylə, riyakarlıq məcmusudur,sanki. Bu adamların hüzuruna təşrif buyurduqları  nazir Abakumov isə cəmi 4 sinif oxumuşdu. Amma yaxşı istintaq aparan və “çənələri yaxşıca dağıda bilən”  iri cüssəli bu məmur çox qısa zamanda vəzifə pillələrinin pik həddinə qədər qalxdı, nazir oldu. Əsərdə deyildiyi kimi,  nazir kimi fəaliyyəti boyunca bircə dəfə də olsun anlamadı ki, savadı çatmır, 4 siniflik ibtidai təhsil və elə o cür də ibtidai təfəkkürlə böyük bir ölkənin taleyüklü işlərini idarə edirdi. Yumruğu, hədə-qorxuları, başı üzərində asılmış Stalin portretinin vahiməsi və əlaltılarının “sədaqətli” xidməti hesabına...  Alimlər, mühəndislər haqqında onun ibtidai düşüncəsi amansız qərarlar verirdi. “Həbs et  hamısını, it uşağını, baş ağrıtmaq nəyə lazımdır? - Abakumov hiddətləndi. – yeddi nəfər! Bizim ölkəmiz böyükdür, kasıblamarıq!”

Romanın ideya qatlarında bir nida işarəsi közərməkdədir: Hər kəsə, hətta dövlətə, xalqa, tarixə də xəyanət etmək olar, öz ata-analarınıza da, amma Stalinə, onun qan gölündə üzən sosializminə və xəyallarda nağıl kimi  gəzdirilən kommunizm yalanına heç vaxt!

“Birinci çevrə” romanı ilk baxışdan çox sadə bir süjet əsasında hərəkətlənən hadisələrin toplusu kimi görünə bilər. Stalinin tapşırığı “Vokoder” adlı aparat hazırlanmalıdır. Bu aparatı məhbus alimlər, mühəndislər başa gətirməlidir. Ancaq həyatda öz iradə və azadlığından başqa hər şeyini itirən bu adamlar onlara əmr edən cahil məmurlarla hesablaşmaq istəmir. Və sitüasiyada konflikt yaranır. Yazıçı həmin sadə süjetin mərhələlərində, gedişatında imperiya, diktatura rejimi, diktator idarəetməsindəki rəzalət, mənəviyyata vurulan öldürücü zərbə, ziyalılara tutulan divan haqqında real və canlı həyat lövhələri yarada bilir.

 Selivanovski, Oskolupov, Yakonov – hər üç məmur “sadiq it baxışı ilə” Abakumova baxır və yalvarışla vaxt (3 il müddətinə başa gəlmək ehtimalı olan tədqiqat işinə cəmi bir ay) istəyirdilər, həmin nazirin gizli şəkildə çağırtdırdığı mühəndis Pryançikov və Bobınin nazirə, müzakirə obyekti olan problemə yanaşması isə tam başqadır. Bu məmurlarda da bir-birinə qarşı hörmət,  sədaqət hissi yoxdur. Rejim yalnız və yalnız bircə adama qarşı sədaqətli olmağı tələb edirdi: Xozeyinə – Stalinə! Abakumov həmin üçlüyü, onu qorxudan aldadan, hardasa onunla eyni funksiyanı icra edən adamları da cəzalandırır. “Selivanovskini leytenant rütbəsinə endirdi və qütb dairəsi arxasına ezamiyyətə yolladı; Oskolupovu 1925-ci ildə fəaliyyətə başladığı Butır həbsxanasına sıravi nəzarətçi qismində geri qaytardı; Yakonovu isə yalan dediyinə və təkrar ziyançılığa görə həbs etdi və ona həmin o göy kombinezonlardan geyindirərək həmin o Yeddinciyə, Bobıninin tabeliyinə göndərdi ki, “klipləndirilmiş nitq qurğusu”nu öz əlləri ilə düzəltsin. Sonra nəfəsini dərdi və onlara son möhlət verdi :– Leninin ildünümünə kimi!” 

Əsil alim, tədqiqatçı olan və düşüncəsinə görə məhkumluq həyatı yaşayan bu insanlar (Pryançikov və Bobınin) üçün isə heç bir titul və qorxutma jestlərinin mənası yoxdur.

“– Siz mühəndissiniz... – Abakumov kağıza baxıb dəqiqləşdirdi,- Pryançikovsunuz?

– Bəli,- Valentin fikri dağınıq halda cavab verdi. – Bəli...

– Siz... – o, yenə kağıza baxdı,  – süni nitq aparatı... qrupunun aparıcı mühəndisisiniz?

– Nə sü-ni nitq aparatı! – Pryançikov narazılıq etdi.

 – Bu nə cəfəngiyatdır! Bizdə onu heç kəs belə adlandırmır. Onun adını riyakarlıqla mübarizə vaxtı dəyişiblər. Vo-ko-der. Voice coder.

– Bəs siz – aparıcı mühəndissiniz?

– Ümumiyyətlə, bəli. Nə olub ki? – Pryançikov ehtiyatlandı.

– Əyləşin.

 Pryançikov kombinezonunun ütülənmiş ayaq balaqlarını şəstlə düzəltdi və həvəslə oturdu.

 – Sizdən xahiş edirəm ki, tam açıq, birbaşa rəisləriniz tərəfindən heç bir repressiyadan qorxmadan danışasınız. Vokoder nə vaxt hazır olacaq? Açıq deyin, bir aya hazır olar? Ya da ki, bəlkə iki ay lazımdır? Qorxmayın, deyin.

 – Vokoder? Hazır olacaq?? Ha-ha-ha-ha! – Pryançikov bu tağ-tavan altında heç vaxt eşidilməmiş cingiltili səslə güldü, yumşaq dəri söykənəcəyə söykənərək əllərini şappıldatdı.

 – Nə danışırsınız?! Siz nə danışırsınız?! Siz, deməli, vokoderin nə olduğunu başa düşməmisiniz. İndi sizə izah edərəm!”

Əlbəttə, nazirlə bu cür danışıq təsəvvür edilməzdir. Lakin nazir də riyakar davranışı ilə bu tonu, intonasiyanı müvəqqəti də olsa qəbul edir. Çünki bu adamlardan başqa heç kim onları xilas etməyəcəkdi, yəni Stalinə söz verilən qurğunu hazırlaya bilməyəcəkdilər.

Nazir Abakumovla Bobınin dialoqu da çox maraqlı cizgilərlə yadda qalır. Sərbəst şəkildə, heç bir təzim və yaltaqlıq jesti etmədən kresloya əyləşir Bobınin.

“– Siz necə, aramızda fərq görmürsünüz?

– Aranızda? Yoxsa aramızda? – Bobıninin səsi çuqun kimi guruldayırdı. – Aramızdakı fərqi əla görürəm: mən sizə lazımam, siz isə mənə  – yox!

Abakumovun da ildırım kimi guruldaya bilən səsi vardı və o, öz səsi ilə insanları qorxutmağı bacarırdı. Amma hiss edirdi ki, indiki halda qışqırmaq acizlik, qeyri-ciddilik olar. Başa düşdü ki, qarşısındakı çətin məhbusdur. Onu xəbərdar etməklə kifayətləndi:

– Qulaq asın, məhbus. Əgər mən sizinlə yumşağamsa, yaddan çıxarmayın ki...

– Əgər siz mənimlə kobud rəftar etsəydiniz, mən sizinlə heç danışmazdım, vətəndaş nazir!  Öz polkovniklərinizin və generallarınızın üstünə qışqırın, onların həyatda çox şeyləri var və bütün bunlara çox heyifləri gəlir.

– Lazım gələr, sizi də məcbur edərik!

– Səhv edirsiniz, vətəndaş nazir! – Bobıninin qorxunc gözləri aşkar nifrətlə parıldadı. – Mənim heç nəyim yoxdur, başa düşürsünüz  – heç nəyim! Arvadıma və uşağıma artıq əliniz çatmaz  –  onları bomba aparıb. Valideynlərim – artıq ölüblər. Əmlakım isə – bir burun dəsmalıdır, kombinezon və onun altındakı düyməsiz tuman-köynək isə (yaxasını açaraq göstərdi) dövlətindir. Azadlığımı çoxdan əlimdən almısınız. Qaytarmağa isə gücünüz çatmaz, sizin özünüzdə də bu güc yoxdur. Qırx iki yaşım var, iyirmi beş il də belimə qoymusunuz, katorqada artıq olmuşam, nömrə ilə də gəzmişəm, qandalla da, itlərlə də, gücləndirilmiş rejimli briqadada olmuşam. Məni daha nə ilə qorxuda bilərsiniz? Daha nədən məhrum edə bilərsiniz? Mühəndisliyimdən? Bundan özünüz daha çox ziyan çəkə bilərsiniz...”

Bobınin nazirdən çəkinmədən onun “sizə 1 il vaxt verilmişdir” – hökmünə cavab olaraq: “Necə yəni vaxt verilmişdir? Siz elmi sehirli çubuq kimi təsəvvür edirsiniz – “Səhərə qədər mənə saray tik”? – deyir. Və ən tez, iki il yarım, üç il vaxt lazım olacağını bildirir. Qəribə bir gərginlik yaranır. Stalin artıq “klipləndirilmiş səs aparatı”nın (vokoder) hazır olduğunu düşünür, Abakumov həbsxana başçılarına bu iş üçün 1 ay vaxt verib, o işi görəcək adamlar (Bobınin, Nerjin,  Pryançikov və başqaları) isə bu işə qol qoymaqdan ya imtina edib, ya da 3 il vaxt istəyib. Deməli, Stalinin qəzəbi, Abakumovun hiyləgər və qisasçı xisləti yeni ölüm hökmləri üçün hazırdır artıq...

Stalinin anası ölərkən ona: “Heyif ki keşiş olmadın”, – demişdi. “Dünya proletariatının rəhbəri, slavyan dünyasını bir yerə toplayan insan, anasına uğursuz kimi gürünürdü. Stalin, hər ehtimala qarşı, Allaha zidd danışmırdı, onsuz da belə natiqlər az deyildi. Lenin xaça tüpürürdü, onu tapdalayırdı, Buxarin, Trotski Аllahı ələ salırdılar, Stalin isə susurdu. Stalin tapşırmışdı ki, onu seminariyadan  qovan kilsə müfəttişinə, Abakadzeyə dəyməsinlər. Qoy ömrünü axıra kimi yaşasın”.

 900 səhifəlik “Birinci çevrə” romanının içərisindən ayrıca bir “Stalinnamə” adlı sənədli, tarixi roman da  çıxarmaq olar. Soljenitsının təsvir etdiyi Stalin obrazı daha realistik detallarla rəsm edilmişdir. Stalinin gecə düşüncələrində az qala bir əsrlik tarix araşdırılır. Xəstə diktatorun  şüur axını ona hər gecə yeni inqilablar, yeni repressiyalar, müharibələr üçün köhnə tarix vərəqlədir.  Və xəyallarında isə ancaq və ancaq qalib kimi çıxır. Hətta sabah  daha qəzəbli və amansız qərarlar vermək üçün rəflərə XX əsrin 20-ci illərinə aid ən kədərli və dəhşətli hadisələrlə dolu olan kitablar düzür. Suda boğulanlar, güllələnənlər, zəhərlənənlər, yandırılanlar, avtomobil qəzasına düşənlər və özünü öldürənlər! Stalin onların məzardan gələn səslərini dinləyə-dinləyə, sanki düşmən hesab etdiyi o adamların iniltisindən zövq ala-ala  yeni hökmlərə imza atırdı...

Soljenitsınla başqa yazıçıların (məsələn, Markes, Oruell və b.) fərqi onda idi ki, Soljenitsın tiran, diktator haqqında sırf bədiiləşdirilmiş şəxs kimi danışmırdı. O, Stalini öz adı, əməlləri, həyatı və düşüncələri ilə romanına gətirmişdi. Soljenitsın  da Dostoyevski kimi həyatın tam ortasında dayanaraq, bütün fiziki və mənəvi-ruhi yaşantılarını bədiiləşdirməklə məşğul olurdu. O, həbsdən çıxandan sonra belə dustaqların hekayələrinə qulaq asmaqda davam edirdi. İnsan ağrılarının sızıltısını dinləyə-dinləyə yazırdı... Halbuki Stalin gecələr gülləkeçməz şüşələr arxasında oturub o sızıltılardan vəcdə gələ-gələ insanlar üçün yeni amansız qərarlar düşünüb tapırdı.  Bu paradoksallıqda isə sanki bütün Rusiya, bütün SSRİ, bütün bəşəriyyət Soljenitsinin deyil, Stalinin yanında idi. Siyasətlə ədəbiyyat qarşılaşmışdı, siyasi əqidə və məqsədlərlə ədəbi-estetik meyarların qənaətləri toqquşurdu və siyasətin tiranı, imperatoru ədəbiyyatın ən dürüst adamını 1945-ci ildə, cəbhədə onun qələbəsi naminə döyüşdüyü yerdəcə həbs etdirmişdi... Stalin öləndən sonra da onun yaratdığı senzuralar, qol qoyduğu qadağalar və çürümüş başlar, üfunət qoxuyan iflic beyinlər bu dürüstlüyü həzm edə bilmədi. Soljenitsını hər kəsdən ayıq və cəsarətli, istedadlı olduğu üçün hətta həmkarları belə bağışlamadı...  Soljenitsın həqiqəti tək qalmışdı, özünün də dediyi kimi “zor yalana, yalan da zora söykənib baş-başa, müttəfiq kimi yaşamaqda idi”...

Stalin “heyrətlənirdi” ki, insanlara demokratiyanı yaşatmaq cəhdləri alınmır: “Bu nə təhər olub ki, dilçilikdə Arakçeyev rejimi hökm sürür? Heç kəs Marra qarşı söz deməyə cürət etmir. Qəribə insanlar! Qorxaq insanlar! Onları demokratiyaya öyrədirsən, öyrədirsən, çeynəyirsən, çeynəyib ağızlarına qoyursan -  yenə uda bilmirlər!”

İnsanların qorxaqlığı və yaltaqlığı Stalini inandırmışdı ki, o dahi, müdrik, ədalətli və nəinki yüz milyonlara, hətta yer üzünə, bütün bəşəriyyətə hökm oxumaq gücündə olan qeyri-adi bir varlıqdır. Stalinin gücü nə Makedoniyalı İsgəndər, nə Çingiz, nə Teymur, nə də başqa tiranlar, imperatorlarla müqayisə edilməz. Dünyaya siyasəti, hərbi, qılıncı ilə meydan oxuyan bu adamlardan fərqli olaraq Stalin insan şüurunu, qürurunu və ona verilmiş ali, fövqəl üstünlükləri baltalamaq, iflic etməklə məşğul idi.  “Ümumiyyətlə, dünya kommunizminə yol Üçüncü Dünya müharibəsindən keçsə, daha yaxşı olar: əvvəlcə bütün dünyanı birləşdirmək, sonra da orada kommunizmi təsis etmək. Əks halda, çətinlik həddindən artıq olacaq.  Daha heç bir inqilaba ehtiyac yoxdur! Geridədir, geridədir bütün inqilablar! Qarşıda isə bircəsi də yoxdur! Və yuxuya qərq oldu”.

Qeyd etdiyim kimi, Soljenitsın mətninin bədiiliyində  siyasi mahiyyət çalarları qabarıqdır. Yuxarıdakı sitatda da gördüyümüz kimi, Stalin 70 yaşında gələcək böyük planlarından, kommunizmdən, yer üzünə hakimlik strategiyasından uzun-uzadı danışır, düşünür və müəllif onun kainatı təkəbbürlə dolaşan xəyallarına münasibətini belə bir cümlə ilə bitirir: “Və yuxuya qərq oldu”... Yuxu, illüziya, xam xəyallar boşluğunda bir diktatorun milyonlarla insana qan uddurması, cəmiyyəti xaraktersiz, şəxsiyyətsiz, yetim vəziyyətdə qoyması isə reallıq idi...

Ruhən, psixoloji baxımdan xəstə olan bir hökmdar milyonlarla insanın taleyində həlledici rol oynaya bilirdi...

“Birinci çevrə” romanındakı saraşka elə bir məkan di ki, orada cəmiyyətin  siyasi, sosial, psixoloji və daha çox elmi-mədəni münasibətlərinin tipik mənzərələri ilə tanış olmaq olur. Burada, oğrular, quldurlar, qeyri-əxlaqi davranışlarına görə tutulan məhbuslar yoxdur. Ağlını, zəkasını, iradəsini zora təslim etməyən insanlara qarşı tarixin ən amansız oyunlarından gedir söhbət. Buradakı məhbusların əlindən kitab düşmür. Fəlsəfə, siyasət, fizika, riyaziyyat, ədəbiyyat kateqoriyalı mövzular günlərlə müzakirə olunur, elmi tədqiqat işləri aparılır.  Və bütün bu işləri məhbus alimlər adını düz-əməlli yaza bilməyən nəzarətçilərin təqibli baxışları altında edirlər. Məsələn,  Nerjinlə Soloqdin balta ilə, mişarla az qala bir maşın odun doğrayır. Bu prosesdə onların söhbəti hansısa bir elmi seminar, konfrans tezislərinə bərabər fraqmentlərlə yadda qalır. Amma bütün cəmiyyətdə, sovet quruluşunda olduğu kimi, saraşkada da  insanlara dəmir alətlər qədər belə dəyər verilmirdi. Öhdəliklər, normalar, təqiblər və sonda da cəzalandırmalar! “Kim hansı işdən yapışırsa yapışsın, tezliklə uydurulmuş, mümkünsüz, adamı şikəst edib kor qoyan müddətlərin əsirinə çevrilirdi: daha çox! daha tez! Yenə!! Yenə!!! Normanı! Normadan əlavə!! Üç norma!!! fəxri növbə! qarşılıqlı öhdəlik! Vaxtından əvvəl!! vaxtından daha əvvəl!!! Binalar aşır, körpülər davam gətirmir, konstruksiyalar sınır, məhsul çürüyür və ya heç bitmirdi. – Bu cür burulğana düşən insanın, yəni ayrılıqda götürülmüş hər bir adamın isə xəstələnmək, bu çarxların arasında qalıb yaralanmaq, dəli olmaq, qəzaya düşmək – yalnız bu halda xəstəxanada, sanatoriyada yatmaq, özünü unutdurmaq, meşə havası ilə nəfəs almaq olardı – və yenidən, yenidən, tədricən həmin boyunduruğa təkrar girməkdən başqa heç bir çıxış yolu qalmırdı. Bu ölkədə ancaq xəstələr öz xəstəlikləri ilə (klinikada yox!) tək qalanda, həyəcansız yaşaya bilərdilər”.

Romanda ziyalı adına təsvir edilən hər bir obrazın yaşantılarında Soljenitsının həmin quruluşdan çəkdiyi sitəmlərin, mənəvi-psixoloji ağrıların ştrixləri var. Saraşkada ağsaqqal akademiklər, keşişlər, rəssamlar, mühəndislər, generallar, köhnə bolşeviklər, böyük-böyük ixtiraçılar vardı. Soljenitsının vətəndaşlıqdan çıxarılması reallığı elə elm adamlarının, universitet müəllimlərinin divardan qoparılan, çırılıb çıxarılan şəkillərinin yerindəki boşluq məntiqi ilə müqayisə edilə bilər. Məsələn, yetmiş yaşlı professor, Mendeleyevin sevimli tələbəsi Knyajenetski on il həbs cəzasına məhkum edilir. Daha sonra guya onun böyük elmi xidmətləri nəzərə alınaraq azad əməkdaş qismində üç il də belə işləyir və günlərin birində, nazirliyə çağırılır, lakin  bir də geri qayıtmır. “Knyajenetskinin gümüşü başını əsdirə-əsdirə institutun qırmızı xalça düşənmiş pilləkəni ilə düşməsi Yakonovun yadında idi. Professor yarım saatlığa nazirliyə nə üçün çağırıldığını hələ bilmirdi, onun arxasında, elə həmin pilləkənin yuxarı meydançasında əməliyyat müvəkkili Şikin isə artıq cib bıçağı ilə professorun şəklini institutun şərəf lövhəsindən söküb götürürdü”.

A.Blok XX əsrin 20-ci illərində “Ziyalı və inqilab” məqaləsində ziyalıları inqilabı müdafiə etməyə, qorumağa və onun nəticələrindən məqsədəuyğun şəkildə bəhrələnməyə çağırırdı. A.Blok Leninlə dost olmasa da, onunla bir çox  məsələlərdə həmfikir idi. Blokun yaşadığı tarixi şərait onun dünyagörüşündə kəskin ziddiyyətlər yaratmışdı. İnqilaba inanmaq ehtirası onu şair kimi hər gün bir az öldütməkdə idi. Həmin dramatizmi sonralar daha faciəli sonluqla tamamlayan  Mayakovski Blok haqqında yazdığı “Aleksandr Blok öldü” adlı məqaləsində deyirdi: “Mən bu ilin mayında Moskvada onu dinləmişdim. O, qəbristanlığı xatırladan, sükut içərisində olan zalda,  asta-asta və qəmli səslə qaraçı nəğmələri, sevgi, gözəl qadın haqqındakı köhnə, hamıya məlum  misraları oxuyurdu. Bundan o tərəfə yol yox idi. Qarşıda isə ancaq ölüm başlayırdı”.

Lenin inqilabı Blokun hisslərini tapdayıb keçməkdə davam edirdi, arxada isə onu dəstəkləməkdən qəti şəkildə imtina edən ziyalıların qəzəbli münasibətinin soyuqluğu vardı...Ziyalılar Blokun bu cür davranışını xəyanət hesab edirdilər. Blok depressiyalar, ağır maddi durumlar yaşadı, lakin öz qısa ömründə aldanış və səhvlərinin tam nəticəsini görə bilmədi. A.Blok ağır xəstə olarkən, ölüm ayağında belə həkimlərin təyinatı və M.Qorkinin, yazıçı-publisist A.V.Lunaçarskinin MK-ya, xüsusən Leninə müraciətlərinə baxmayaraq onu müxtəlif bəhanələr və maneələrlə Finlandiyaya müalicəyə göndərmədilər...

Bu cür inam və aldanışlar ziyalıları inqilaba qurban verdi. İnqilabın bəlkə də ilk və mütəmadi şəkildə qisas aldığı təbəqə ziyalılar idi. Ziyalılar cəmiyyətin beyin mərkəzidir, bir cəmiyyəti əgər beyinindən vurub iflic vəziyyətə salmaq olarsa, o zaman aşağıları – savadsız və hüququnu, haqqını tanımayan proletariatı idarə etmək asanlaşar... Və bu qisas bütün zamanlarda gizli şəkildə də olsa davam etdi...  Axmatova, Svetayeva, Platonov, Bulqakov, Pasternak və onlarla başqalarının adını çəkmək olar... Soljenitsının uzunmüddətli müşahidə və araşdırmaları tək Stalin siyasətinin şablonunu dağıtmağa hesablanmamışdı. Sonrakı dövrlərdə (Brejneyev, Qorbaçov, Yeltsin zamanında belə) də onun məqsədi zorla ələ keçirilmiş hakimiyyətdə xalqa qarşı yönəlmiş gücün, saxtakarlığın, cahilliyin və yalanın simasını açmaq, cəmiyyəti yalan bataqlığından çıxarmaq olub...  Azad ruhlu adamların, xüsusən ədəbi-mədəni cəmiyyətlərdə tanınan imzaların haqqında yalan, böhtan xarakterli yazılar hələ 1920-ci illərdən başlamışdı. Məsələn, məşhur siyasətçi Lev Sosnovskinin S.Yesenin haqqında yazdığı “Dələduzluğu ifşa edin” məqaləsindəki məkrli yanaşma üslubu  daha on illər sonra da başqalarına, o cümlədən Soljenitsına qarşı da davam etdi... 1960-cı illərdə əsərləri Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən müsadirə olunan Soljenıtsına 1980-cı illərdə belə öz həmkarları tərəfindən iftiralar atılır, onun ictimai-siyasi ideyaları, bədii mətnlərinin məzmunu təhrif edilirdi. Qısqanclıqlar o qədər kəskin xarakterli idi ki,  bəzi yazıçılar və publisistlər hətta 1980-ci illərdə Soljenitsını “millətçi”,  “monarxist”, “dini fanatizm ideyalarını yayan” yazıçı kimi təqdim etməklə onun dissident kimi fəaliyyətinə son qoyularaq vətənə dönməsinə imkan vermirdilər.

Soljenitsın dini görüşlərini də sovet ideologiyasına yad tezislərlə ifadə edirdi. O, xristianlığı ruhən güclü insanların əqidə, məslək modeli kimi səciyyələndirir, sovet sisteminin anti-din təbliğatının mahiyyətsizliyini isə “xədimlərin inancı” adlandırırdı. Onun qəhrəmanlarının böyük əksəriyyəti ağıl, zəka və dini inanc keyfiyyətləri ilə təqdim edilir. Hətta Stalinin özü ilə gecə söhbətlərində belə bütün şeytani vəsvəsənin altında bir inam, etiqad qığılcımı yanıb-sönür. Amma onun diktatorluğu və insanlıq üzərindəki amansız “qələbələri” o qədər böyük iblisanə təkəbbür yaradıb ki, Stalin özünə tərəf müqabili kimi  bircə Allahı real güc sayır. Bu mövqedə belə özünü qalib sayır, eynən şeytan kimi...

Soloqdin və Nerjinin odun doğrayarkən etdiyi dini söhbətlər  də buna nümunədir.

Soljenitsın ixtisasını (riyaziyyatçılığı) ədəbiyyata tətbiq edə bilən müəllif idi.

“– Sənin ağlın yoxdur. Sən beynini boş gəvəzəliklə dolduracaqsan. Sən heç nə edə bilməyəcəksən! Mənim borcum səni xəbərdar etməkdir. Nerjin qozlanın qolundan papağını götürdü və kötüklərin üstündə oturdu.

 – Öz... hesablama elminə layiq ol. Düyün nöqtələri üsulunu tətbiq elə. Istənilən qeyri-məlum hal necə öyrənilir? Çəkilməmiş istənilən əyri xətt necə tapılır? Bütövlükdə? Yoxsa xüsusi nöqtələrə görə?

– Artıq aydındır! – Nerjin tələsdirirdi, o, yayğınlığı xoşlamırdı.

 – Biz sınma nöqtələrini tapırıq, qayıdış nöqtələrini, ekstremal və nəhayət, sıfır nöqtələrini. Onda əyri xətt – bütövlükdə ovcumuzun içində olur.

– Onda bəs niyə bunu... insan şəxsiyyətinə tətbiq etməyəsən? – (tarixi şəxsiyyətə – Nerjin üzü üçün Zahiri Aydınlıq Dilinə tərcümə etdi.)

– Leninin həyatını bir nəzərlə əhatə et, bu zaman tədriciliyin əsas sınma məqamlarını, istiqamətin sərt dəyişmələrini görməyi bacar – və yalnız onlara aid olanları oxu. Belə anlarda özünü necə aparırdı? Insan bütünlüklə bundadır. Qalanı sənə, ümumiyyətlə, lazım deyil.

– Deməli, mən səndən soruşanda ki urkalarla necə olmalı, üzüm də bilmədən sənə qarşı düyün nöqtələri üsulunu tətbiq etmişəm?”

Bu riyazi üsullar və riyazi təfəkkürlə hadisələri təhlil manerası həmin elmin spesifikası ilə bağlı idi.  Siyasi, ictimai prosesi məntiq, mütləq nəticə, toplamalar, cəm, hasil və s. bu kimi məfhumlar vasitəsilə dərk və analiz etmək – hamısı riyaziyyatçı məntiqinə söykənirdi. Soljenitsın riyaziyyatı və Soljenitsın ədəbiyyatının vəhdətindən yaranan əsərlər bu baxımdan da yeniçalarlı dünyagörüş nümunəsi idi...

 

İradə Musayeva

24.04.2018

Ardı var

 

Oxşar xəbərlər
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:31, Bu gün
General Elçin Quliyev III Çarlzla bir arada - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA