Xəbər lenti
20/08/2019 [17:02]:
5 metrlik əl heykəli şəhər sakinlərinin kabusuna çevrildi - FOTO
20/08/2019 [16:48]:
Biri 24, digəri 34 yaşında canına qıydı...
20/08/2019 [16:40]:
"Bu yaşıma ən böyük hədiyyəm nəvəm oldu..."
20/08/2019 [16:38]:
Ölü doğuş keçirdiyi üçün 30 il cəza alan gənc qıza bəraət verildi - FOTO
20/08/2019 [16:37]:
Dişini çəkdirmək istəyən adam gözünü də itirdi - FOTO
20/08/2019 [16:35]:
Çingiz xanın çadırına zəncirlənən qadın sultan - TARİXİ FAKT
20/08/2019 [16:30]:
Millimizin sabiq baş məşqçisi İbrahimlə İbrahimoviçi qarışdırdı - VİDEO
20/08/2019 [16:28]:
Yol polisi və Ekologiya Nazirliyi Bakıda reyd keçirir - FOTOLAR
20/08/2019 [16:27]:
Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi
20/08/2019 [16:26]:
Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək
20/08/2019 [15:56]:
Prezident futbol klubu sahibindən maliyyə dilənir: Hələ belə şey olmamışdı...
20/08/2019 [15:55]:
Nüvə müharibəsi 10 illik “nüvə qışı” vəd edir –Alimlərdən Rusiya və ABŞ-a çağırış
20/08/2019 [15:53]:
Səfir hücuma məruz qalıb –Özü xəsarət alıb, saatı oğurlanıb
20/08/2019 [15:50]:
Ali məktəblərdə boş qalan yerlərlə kolleclərə keçirilən müsabiqə… –Cavablar elan olundu
20/08/2019 [15:26]:
“Onlar lüt soyunur, seksual xarakterli cinayətlər edir, xüsusi amansızlıqla qətllər törədirlər” - MÜSAHİBƏ
20/08/2019 [14:56]:
Saakaşvili: "Qarabağ Azərbaycandır!"
20/08/2019 [14:55]:
258 məhkum həbsdən qaçdı- ÖLKƏ ŞOKDA...
20/08/2019 [14:47]:
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
20/08/2019 [14:20]:
Bakıda kirayə evlər ötən aydan bahalaşıb
20/08/2019 [14:14]:
Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb
20/08/2019 [13:56]:
Düşmən Lələtəpədə itirdiyi əzalarını Avropada axtarır: Kimi əl, kimi ayaq həsrətində...
20/08/2019 [13:53]:
"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır
20/08/2019 [13:50]:
Şabrandakı yanğınla bağlı 7 nəfər xəstəxanalıq oldu
20/08/2019 [13:33]:
Şüşədəki əlli illik məktubun sahibi tapıldı- MARAQLI...
20/08/2019 [13:24]:
Göyçə gölü poliqona çevrildi: Düşmənin qadını da, uşağı da güllə atmaqda yarışır...
20/08/2019 [13:23]:
Obama, Zukerberq və Geyts Ermənistana gedir
20/08/2019 [13:21]:
Nursultan Nazarbayev bəstələdiyi mahnı üçün klip çəkdirib - VİDEO
20/08/2019 [13:16]:
Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
20/08/2019 [13:09]:
Bakı metrosuna gələn elektrik xəttində gərginliyin düşməsi “Sahil” stansiyasını işıqsız qoydu
20/08/2019 [13:06]:
BSU-da sənəd qəbulu yüksək səviyyədə gedir - FOTOLAR
20/08/2019 [12:57]:
Nazənin izləyicisini polisə verir
20/08/2019 [12:53]:
"Onların hərəkətlərinə görə utanıram, öldürəcəklərsə, gəlsinlər öldürsünlər...”
20/08/2019 [12:52]:
Bərdədə 42 yaşlı kişi bıçaqlandı
20/08/2019 [12:45]:
Milli Qəhrəmanın bacısı oğlu rəis təyin edildi
20/08/2019 [12:42]:
3 uşaq anasının təcavüzkardan – Amansız qisası -FOTO
20/08/2019 [12:31]:
"MİQ 29"un pilotunun nəşi tapıldı - 29 gün sonra...
20/08/2019 [12:25]:
Kəmalə İsmayılova: "Mənə kişilərdən çox, qadınlar sevgi təklifi edir" -FOTO/VİDEO
20/08/2019 [12:16]:
Gəncənin icra başçısı sənədsiz evlərlə bağlı məsələyə toxundu
20/08/2019 [12:14]:
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - FOTOLAR
20/08/2019 [12:11]:
Rusiya diplomunun Azərbaycanda tanınmasına dair saxta şəhadətnamə hazırlanıb
20/08/2019 [12:09]:
Azərbaycanı Avropa çempionatında qalib heyət təmsil edəcək
20/08/2019 [12:05]:
Almaxanım Əhmədli doğum gününü qeyd etdi
20/08/2019 [12:05]:
672 bal toplayan abituriyent ADU-nu seçib
20/08/2019 [11:58]:
Qardaşına görə ürəyindən vurulan Qəribovun ölümünə görə məhkəmə işi - kütləvi davanın TƏFƏRÜATI
20/08/2019 [11:57]:
Ermənistanda kriminal avtoritetə məxsus fondun rəhbəri ölkədən qaçmağa çalışdı
20/08/2019 [11:56]:
Azərbaycanda attestatı olmayan abituriyent tələbə oldu - MARAQLI
20/08/2019 [11:55]:
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın
20/08/2019 [11:54]:
"Nə qədər ki, peşəkar diktorluq məktəbindən söhbət gedəcək o, sönməz ulduz kimi..."
20/08/2019 [11:27]:
Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...
20/08/2019 [11:26]:
Almazbek Atambayevin həbs müddəti uzadılıb
20/08/2019 [11:23]:
Rusiyalılar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar
20/08/2019 [11:17]:
“Klon” serialının “Hade”si sevgilisi ilə fotosunu paylaşdı
20/08/2019 [11:16]:
Sumqayıtda yeni layihələri uğurla icra olunur -Zakir Fərəcov görülən işlərlə tanış oldu
20/08/2019 [11:16]:
Düşmən daha bir tarixi abidəmizin  “erməni kilsəsi” adı altında "bərpası"na başladı-FOTOLAR
20/08/2019 [11:11]:
İyulun 1-nə Azərbaycanda problemli kreditlərin həcmi 1,5 mlrd. manata yaxın olub
20/08/2019 [11:10]:
Ermənilər iriçaplı pulemyotlarla atəşkəsi pozdu
20/08/2019 [11:08]:
Onu fahişə adlandıran gəncin həbsini istəyir
20/08/2019 [11:07]:
35 milyon illik meteoritin hissələri tapıldı
20/08/2019 [11:06]:
Ordumuzun yeni silahı: Bu məsafədə helikopteri məhv edir
20/08/2019 [11:06]:
Vaxtı keçmiş qəndləri yenidən emal edən sex bağlandı - FOTO
20/08/2019 [11:03]:
Təmas xəttində növbəti monitorinq keçiriləcək
20/08/2019 [11:02]:
BQXK nümayəndələri Azərbaycan tərəfinə təslim olan erməni hərbçi ilə görüşüb
20/08/2019 [11:02]:
Azərbaycan ərazisindən keçən region üçün böyük əhəmiyyətə malik nəqliyyat dəhlizi - RƏYLƏR
20/08/2019 [10:59]:
109 şəhidin 185 vərəsəsinə birdəfəlik pul veriləcək
20/08/2019 [10:58]:
Pakistan mətbuatında Azərbaycan haqda məqalələr dərc olunub
20/08/2019 [10:57]:
Deputatın oğlunu neçə il həbs gözləyir?
20/08/2019 [10:50]:
Azərbaycanlı aktyor beyin insultu keçirdi
20/08/2019 [10:49]:
"O, muğama özüylə yeni bir era gətirdi..."
20/08/2019 [10:40]:
Hikmət Hacızadə: “Bizim regionda demokratikləşmə ağır gedəcək”
20/08/2019 [10:36]:
Dağda köməksiz qaldı, FHN xilas etdi
20/08/2019 [10:30]:
ABŞ Cəbəllütariqin İran tankerini azad etməsindən təəssüfləndi
20/08/2019 [10:29]:
Qubada meşə-kolluq ərazidə yanğını söndürmək mümkün olmadı
20/08/2019 [10:14]:
Balakən sakininin evindən narkotik vasitə götürülüb
20/08/2019 [10:13]:
Ümumdünya Qadın Sammitinin prezidentinə Azərbaycanla bağlı geniş məlumatlar verildi - FOTOLAR
20/08/2019 [10:11]:
3 bələdiyyə sədri niyə vəzifədən qovuldu? - Pərdəarxası
20/08/2019 [10:08]:
Dəmiryolçular üçün sağlam və təhlükəsiz iş mühiti mövzusunda treninqlərə start verilib
20/08/2019 [10:08]:
Rəhim Qazıyev Prezident Aparatını bombaladacağı ilə bağlı iddialara cavab verdi - şok ittihamlar, sərt suallar
20/08/2019 [10:04]:
Nəzakət Məmmədova: “Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsində S-400, sadəcə, bir element idi”
20/08/2019 [10:02]:
"New York Times": İŞİD "dirilir", 18 min nəfər səfərbər edilib
20/08/2019 [09:59]:
Almaniyada svastikaya bənzəyən karuseli bağladılar - VİDEO
Bütün arxiv bir sırada
22/05/2018 [13:22] - Cəmiyyət - ( 3343 dəfə baxılıb)

Boru xətti tankın lüləsinə çevriləndə...



Son bir həftə ərzində rus və erməni mediasında sinxron qaydada antiTANAP kampaniyası start götürüb.İlk baxışda, ötən əsrin 90-cı illərində Yeltsinin çevrəsinin “əsrin neft müqaviləsi”nə verdiyi aqressiv reaksiya təkrar olunur. O vaxtlar Moskvanın postimperiya sindromundan əziyyət çəkdiyi üçün yalnız hədə-qorxu gəldiyinə,yaxud həbsxanadan bir neçə yüksək çinli hərbi-siyasi fiquru oğurlatdığına, daha sonra iki dövlət adamını qətlə yetirdiyinə baxmayaraq, Qərbin nəhəng konsorsiumlarının Bakıya təntənəli gəlişini durdurmaq mümkün olmadı.

Zahid Oruc adlı şəxsin şəkli.

Halbuki general Pavel Qraçov tanklarını Xəzər nefti ilə doldurub birbaşa Prezident iqəmətgahına sürəcəyini qəti şəkildə bizim rəsmilərin üzünə söyləmişdi.Yenə də dünya siyasətinin patriarxı Heydər Əliyev böyük ustalıqla Kremlin hərbi və iqtisadi elitası arasındakı mənafe savaşını yaratmaqla Viktor Çernomırdinin, Yuri Şafrannikin çoxmilyardlı kontraktlara loyallığını təmin etdi, hətta sonrakı illərdə Moskva özü transmilli şirkətlərin rəğbətini qazanmaq üçün açıq şəkildə neft-qaz istehsalçısı olan dövlətlərlə sərt rəqabətə girdi.

Regionda o vaxtlar hökm sürən müharibə təhlükəsi və geoiqtsadi maraq davaları fonunda yeganə düzgün yol enerji ehtiyatları ətrafında təhlükəsizlik sistemi qurmaq idi.Təsadüfi deyil ki, Corc Buş hökuməti bütün mürəkkəblikləri nəzərə alaraq, ən ümidsiz vəziyyətdə və hakimiyyət çevrilişlərinin əsas səbəbi olan neft amilini öz xeyrinə həll etmək üçün bölgəyə diplomatiya nəhəngi Zbiqnev Bjezinskini göndərmişdi.O isə gecə saat 3-də şadyanalıq hissi ilə Ağ Evin rəhbərinə zəng vuraraq, müqavilələri imzalamağa azərbaycanlı liderin tam təminat verdiyini qətiyyətlə bildirmişdi.

Zahid Oruc adlı şəxsin şəkli.

Üstündən 24 il keçəndən sonra mavi yanacaq resursları ətrafında elə bir informativ küy qaldırılır ki, sanki Azərbaycan postsovet məkanına NATO hərbi bazalarını dəvət edir.Rusiyanın müstəqil adlandırılan, lakin yanacaq sektoruna yaxınlığı ilə seçilən lenta.ru saytı ilə 1 in.arm nəşrində dərc olunan məqalələr elə bil tək adamın qələmindən çıxıb və hər ikisində Bakı şimal qonşusuna “xəyanət”də suçlandırılır.Özü də belə koordinasiyalı fəaliyyətin məqsədləri o qədər açıqdır ki, mürəkkəb qalaqurmalarla siyasi məkanı qarışdıran kampaniyalardan fərqli olaraq,sifarişçilər və icraçıları axtarmağa ehtiyac yoxdur.Hər şey ortadadır.Məsələnin bir ayrı ironik tərəfi lenta.ru yönləndiricilərinin ilk baxışda xronikal təhlilllərinə “şampur v spinu” adını qoymasıdır.Şərqi yalnız manqaldan, şişdən ibarət görənlərin aşağılama kompleksi üçün ağıllarına özgə termin gəlməyib.
Erməni dərgisində isə birbaşa azərbaycanlı-türk alyansının 12 iyunda TANAP-ın açılış mərasinə hazırlaşmasını Rusiyanın kürəyinə “vurulan zərbə” kimi qiymətləndiriblər.Hər gün küçələrində inqilabi şüarlar söyləyənlərin Putinin ünvanına yağdırdıqları ittihamlardan sonra rus çarını Bakının üstünə qaldırmağa bəslədikləri ümid köpyü belə partlayır.Vahid mərkəzdən idarə olunan əkstəbliğat sovet dövrünün ideoloji propaqanda stilindən heç nəylə fərqlənmir.Bu yerdə deyirlər, yeni partnyor axtaran ölkə köhnə himayədarına qurşaqdan aşağı xidmətdən heç vaxt imtina etməyəcəyinin mesajını verir.Əcəb sədaqətdir.


Zahid Oruc adlı şəxsin şəkli.

Bəs, 12 iyunda açılacaq Transanadolu xətti həqiqətənmi iqtisadi seperatizm hadisəsədir və Rusiya ətrafında Qərbin qurduğu izolyasiya çəmbərinin bir elementidir?Cavab əlbəttə,”xeyr”dir. Çünki dərin iqtisadi biliklərə malik olmadan Kremlin enerji maraqlarına zərbədə suçlandırılan Azərbaycanın qaz ehtiyatları və sonrakı illərdə Orta Asiyanın resurslarının oraya qoşulacağını təqdirdə gözlənilən 12 milyard kub metrlik ötürmə gücünü dəfələrlə qaldırmaq mümkün deyil.Əvəzində Millerin qaz imperiyası xaba çevrilməyə can atan Ankaraya “Türk axını”nı çəkməkdən nəinki imtina etmir,əksinə Ukrayna, Bolqarıstan, Polşa və digər qonşulardan Brüsselin fitvası ilə zərbə alan Rusiyanın fakitiki xilas yolunu çəkdiklərini ortaya qoyur. Xatırladaq ki, Qazprom hər il qeyd olunan kəmərlə 30 milyard kubmetr qaz nəql edəcəyini bildirir və 742 milyonluq Avropa Birliyinin illik 600 milyard kubmetrlik ehtiyacları fonunda sözügedən rəqəmlər çox kiçikdir.

Ermənistan TANAP qorxusu neftlə Avropanın partnoyuruna çevrilən bir ölkənin ardınca 2-ci mühüm əməkdaşlıq platforması qazanmasından yanadır.Bakı Qərb üçün vazkeçilməz mənbə və tranzit ölkəsinə çevrildikcə İrəvanda qaz bombaları partlamağa başlayır.Söhbət heç onların bir kub metri qazı neçəyə almasından getmir.Kəmərlər Ermənistanı geopolitik cəhətdən daha çox sıxır.Qarabağ savaşı iqtisadi müstəvidə onların maraqları ziddinə inkişaf etdikcə Brüsseli və ya Berlini Bakının üzərinə qaldırmaq çətinləşir.Türkiyənin siyasi çəkisini artıran kiçik bir Qafqaz ölkəsi-Azərbaycan nəinki qardaşlıq kəmərləri çəkir və müstəqilliyinin qarantiyasını gücləndirir, eləcə də Ankara-Moskva birliyində həlledici söz sahibinə çevrilir.Daha bundan böyük zərbəni ermənilər necə görə bilər?

Bircə qalır rus tankları Azərbaycan bayrağı ilə Qarabağa daxil olsun!Bako Saakyan bilmir ki, onun baxdığı binoklun obyektivinə düşən silahların çoxu Rosoboroneksportdan gəlir? Elə ona görə də daxili antihakimiyyət düşərgəsinə Qərbdən məlum hərbi əməkdaşlığı vurmaq və ofşor hesabları kölgə salmaq üçün saxta informasiya tullantılarını dövriyyəyə çıxardılar.Lakin əvəzində TANAP layihəsinin xofu qarşısında İrəvanın hər iki tərəfə-Avropaya və Rusiyaya baxıb seçim edə bilməyən Buridan uzunqulağının durumuna düşməsi acı gülüş doğurur.Yəni,ayağa qalx inqilab elə,bir əsrlik vassallıqdan çıxacağına və Qərb ailəsinə qoşulacağına vədlər al, Paşinyanın hökumətinin dünyadakı çəkisinin və diplomatik nüfuzunun zirvələrə çatdığını nümayiş etdir,o biri yandan prezident İlham Əliyev yüksək rasionallıq və güclü iradə ilə qurduğu siyasətin qarşısında Putinin qəzəbini qazanmaq üçün təxribatlara bel bağla.Məgər Paşinyana Naxçıvan cəbhəsində xəyanət edən Sarkisyan generalları günün birində açıq-aşkar yeni hökumətlə silahlı müqavimətə qalxmayacaqlar?Əlbəttə ki,gərginliyin məhz TANAP və ya antirusiya sanksilarından irəli gəlmədiyini, REGİONDA İŞĞAL REALLIĞNA SÖYKƏNƏRƏK, DEMOKRATİYA QURMAĞIN QEYRİ-MÜMKÜNLÜYÜNÜ YENİ HÖKUMƏT ÖZ DƏRİSİNDƏ HƏR GÜN DAHA YAXŞI ANLAYACAQ.

Boru xətləri İrəvanın gözünə tankın lüləsi kimi görünürsə, bu zaman siyasi ofislərdən yox, kilinakalardan kömək gözləmək lazım olacaq.Ermənistanın Bakıdan neft-qaza batırılmış qorxu idxal etməsi bir ayrı “ÜDM”-lə hesablanmalıdır!

Zahid Oruc, millət vəkili

loading...
loading...
5 metrlik əl heykəli şəhər sakinlərinin kabusuna çevrildi - FOTO
Ölü doğuş keçirdiyi üçün 30 il cəza alan gənc qıza bəraət verildi - FOTO
3.5 illik bakteriyanı bədəninə yeritdi "Son iki ildir qripə yoluxmadım"
Məktəbdə dəhşətli hadisə: Daun sindromlu uşaq təcavüzə uğradı...
Deputatın oğlu və 5 qohumu saxlanıldı - VİDEO
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Şüşədəki əlli illik məktubun sahibi tapıldı- MARAQLI...
Gündəm
Göyçə gölü poliqona çevrildi: Düşmənin qadını da, uşağı da güllə atmaqda yarışır...
Cəmiyyət
"O, muğama özüylə yeni bir era gətirdi..."
Hadisə
"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq" - Ekspertdən çağırış...
Gündəm
Ermənilər İmamverdi ilə Allahverdinin kəndinin yolunu asfaltlamağa başladı - FOTO
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
"Qarış-qarış da olsa öz ərazilərimizi düşməndən təmizləyirik" - Hərbi ekspert...
Sərhədçilərimiz hücuma keçdi - Düşmən mövqeləri nəzarətə götürüldü
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
“Sənin ərin hara baxır?” - Müğənni aləmi bir-birinə qatdı -FOTOLAR
“Naxçıvanın Günnüt ərazisi də özümüzün idi, ora işğal olunmamışdı ki, sadəcə..."
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
“Bu, düşmənə ciddi xəbərdarlıqdır” – “Güzəşt olmayacaq!”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)