Xəbər lenti
26/02/2020 [01:22]:
"Ərdoğanın Bakıya səfəri bunu müzakirə etmək və ondan zərərsiz çıxmaq ehtiyacından doğub"
26/02/2020 [01:09]:
Xocalı soyqırımı qurbanlarının xatirəsi İstanbulda anıldı, yürüş keçirildi... - FOTOLAR
26/02/2020 [01:02]:
28 ildir "Ana harayı" Azərbaycan ordusunu köməyə haraylayır...
26/02/2020 [00:56]:
"Allah millətimə heç səbr verməsin..."
26/02/2020 [00:36]:
Şanlıurfa vilayətində Xocalı Soyqırımı anıldı - FOTOLAR
25/02/2020 [23:02]:
Eynulla Fətullayev "Lotu Quli" ilə foto paylaşdı: "Çoxdandır "brat"ımla görüşmürdük"
25/02/2020 [22:56]:
"Abidəni Bakıda deyil, Xocalıda ucaltmaqdan söhbət getməlidir..."
25/02/2020 [22:51]:
“İnstagram”da 14 milyon izləyicisi olan gözəlçə biabırçı geyimi ilə gündəmə gəldi...
25/02/2020 [22:26]:
“Yaxın zamanda koronavirusun peyvəndi satışa çıxarılacaq” - Tramp
25/02/2020 [22:24]:
Elza Seyidcahan təkzib etdi: "O şeiri mən yazmamışam"
25/02/2020 [22:01]:
Lavrovdan gürcü jurnalistlərə: "Siz xəstəsiniz, qızlar"- VİDEO
25/02/2020 [21:58]:
Azərbaycanda açılan ilk eşşək fermaları... - Bu südün qiyməti niyə bahadır?
25/02/2020 [21:50]:
Daha bir ölkədə koronavirusa rast gəlindi
25/02/2020 [21:39]:
Müəllimi bulvarda intihar edən qız haqqında: “Qüruruna sığışdırmadı”
25/02/2020 [21:32]:
"Mənə heç vaxt heç kəs deyə bilməz ki, sən mütləq ailə qurmalısan..." - VİDEO
25/02/2020 [21:30]:
Azərbaycanda dəhşətli qətl: Kişini güllələyib basdırdılar
25/02/2020 [21:29]:
İlham Əliyev və Ərdoğan mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB+FOTO
25/02/2020 [21:23]:
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTOLAR
25/02/2020 [20:26]:
“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”
25/02/2020 [20:22]:
Bakıda özünü dənizə atan qızın atası: “Münasibətindən xəbərdar idik”
25/02/2020 [20:17]:
Hansı vərdişlər xərçəng riskini artırır?..  - İsrail mediası
25/02/2020 [20:11]:
MSK “son sözü” Konstitusiya Məhkəməsinə verdi
25/02/2020 [20:09]:
Azərbaycanda 87 seçki məntəqəsi buraxılıb
25/02/2020 [19:49]:
Allahşükür Paşazadə “Facebook”da Xocalı ilə bağlı hansı paylaşımları etdi?
25/02/2020 [19:46]:
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verdi - FOTO
25/02/2020 [19:35]:
MSK 10 məntəqənin “üstündən xətt çəkdi”
25/02/2020 [19:32]:
Xırdalanda 10-cu sinif şagirdi 12-ci mərtəbədən özünü atıb
25/02/2020 [19:28]:
Erkin Qədirlinin şikayəti təmin edilmədi
25/02/2020 [19:25]:
"Gücümüzün birləşdirilməsi bizi daha da güclü edir"
25/02/2020 [19:11]:
Şəbnəm Tovuzlu: "Evdəki deyir ki, kökəl"
25/02/2020 [19:01]:
Ərdoğan şəhid əsgərimiz İbrahim Vəliyevdən danışdı - VİDEO
25/02/2020 [19:00]:
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirildi - YENİLƏNİB
25/02/2020 [18:52]:
İrandan qayıdan 23 Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirildi
25/02/2020 [18:51]:
Ərdoğan Türkiyə futbol yığmasının Bakıda keçirəcəyi oyunları izləmək niyyətindədir
25/02/2020 [18:34]:
İlham Əliyev: “Azərbaycan Türkiyədən müasir silahlar almağa davam edəcək”
25/02/2020 [18:20]:
İlham Əliyevdən Xocalı soyqırımı paylaşımı: “Ədalət zəfər çalacaq!” - VİDEO
25/02/2020 [18:19]:
Xaçmaz və ətraf rayonların əhalisinin diqqətinə: Vəkillər Kollegiyasından pulsuz hüquqi yardım
25/02/2020 [18:16]:
Azərbaycan-Türkiyə sənədləri imzalanıb - FOTOLAR
25/02/2020 [18:14]:
“Azərbaycanla həmrəyliyimiz terrorla mübarizədə də davam edir”
25/02/2020 [18:08]:
“İtaliya Azərbaycanın həm Aİ, həm də NATO Alyansı ilə yaxınlaşmasına dəstək verəcək” - VİDEO
25/02/2020 [17:54]:
Namizəd MSK-nın iclasında Məzahir Pənahovu hədələdi
25/02/2020 [17:53]:
Dalğanın hündürlüyü 3,8 metrə çatdı
25/02/2020 [17:51]:
Çin lideri Azərbaycan Prezidentinə məktub yazdı
25/02/2020 [17:49]:
Azərbaycanda koronavirusla bağlı şayiə yayanlar tutuldu - VİDEO
25/02/2020 [17:39]:
Türkiyə parlamentindən Xocalı faciəsi ilə bağlı ÇAĞIRIŞ
25/02/2020 [17:28]:
AzTV-nin yeni sədr müavini kimdir? - FOTOLAR
25/02/2020 [17:25]:
MSK bu dairədə 9 məntəqənin nəticəsini etibarsız SAYDI
25/02/2020 [17:21]:
Ceki Çan koronavirusa görə karantinə alındı
25/02/2020 [17:19]:
"Azərbaycan Dəmir Yolları" QSC koronavirusa qarşı profilaktik dezinfeksiya işləri aparır - FOTOLAR
25/02/2020 [17:16]:
MSK Rüfət Quliyevin dairəsindən şikayətə baxdı
25/02/2020 [17:13]:
Xocalı soyqırımı abidəsini ziyarət edən qazilərdən Prezidentə MÜRACİƏT -FOTOLAR
25/02/2020 [17:08]:
Kürdəmirdə ana övladını boğduqdan sonra intihar edib? - İstintaqda ehtimal olunan dəhşətli variantlar
25/02/2020 [17:06]:
Sarkisyan məhkəmə qarşısına çıxır – FOTO
25/02/2020 [16:59]:
MSK-nın iclasında seçkilərlə bağlı müraciət və şikayətlərə baxılır
25/02/2020 [16:58]:
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü oldu - YENİLƏNİB + FOTO
25/02/2020 [16:55]:
“Xocalıda ağır yaralandım, infarkt keçirdim, indi də yataq xəstəsiyəm...” - FOTOLAR
25/02/2020 [16:52]:
Hulusi Kılıç canlı yayında “Azərbaycan bayrağını Qarabağda asacağıq!” şüarı ilə çıxış etdi
25/02/2020 [16:51]:
"Onlar nəinki radikallıqdan imtina etməyə, hətta Prezidentin iti olmağa razı idilər, amma..."
25/02/2020 [16:33]:
Astaranın baş həkimi işdən çıxarıldı
25/02/2020 [16:29]:
Ağcabədidə toy çadırını külək uçurub, məclis dayandırılıb - FOTO
25/02/2020 [16:27]:
Ərdoğan Azərbaycan-Ermənistan sərhədində şəhid olan hərbçimizdən danışdı - VİDEO
25/02/2020 [16:25]:
Vilayət Eyvazov Əhəd Abıyevin qardaşına yüksək vəzifə verdi
25/02/2020 [16:23]:
Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi
25/02/2020 [16:21]:
İran səhiyyə nazirinin müavini koronavirusa yoluxdu - VİDEO
25/02/2020 [16:19]:
Elza Seyidcahan koronavirusdan bəhs edən şeir yazdı: "Gəl Milli Məclisə, icra hakimiyyətinə!"
25/02/2020 [16:16]:
“Şəhid xəbərlərindən yaman kövrəlirəm, analar qovrulur...”
25/02/2020 [16:15]:
ABŞ Rusiyanı nüvə raketləri ilə “vurdu”: Kalininqrad “zəbt edildi”, Rostov “xəritədən silindi”
25/02/2020 [16:09]:
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25/02/2020 [16:05]:
Ərdoğan İlham Əliyevə təsbeh hədiyyə etdi -FOTOLAR
25/02/2020 [15:57]:
Azərbaycanda polisi təhqir edən gənclər küçə süpürdülər (VİDEO)
25/02/2020 [15:50]:
Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başladı
25/02/2020 [15:50]:
Səfir: “Xocalı soyqırımının Gürcüstan parlamentində də qəbul edilməsi zəruridir”
25/02/2020 [15:46]:
“Türk hərbi jurnalistlərinin təcrübəsinin öyrənilməsi vacibdir, çünki...”
25/02/2020 [15:29]:
“Azərsu” sədri daha bir qəbul keçirdi - FOTOLAR
25/02/2020 [15:27]:
Güclü külək Gəncədə fəsadlar törətdi - FOTOLAR
25/02/2020 [15:27]:
Minə yaxın turistin qaldığı otel karantinə alındı
25/02/2020 [15:17]:
Suğra Bağırzadə: “Bacımın 86 yaşı var, məndən də yaxşı qalıb” - FOTOLAR/VİDEO
25/02/2020 [15:15]:
Xocalı faciəsindən bəhs edən “Ağrı” romanı Monteneqro dilində çap olunub
25/02/2020 [15:10]:
Damla oğlunu ilk dəfə canlı efirə çıxardı - FOTO/VİDEO
25/02/2020 [15:09]:
Mübariz Əsgərovdan Xocalı "dərs"i... - VİDEO
Bütün arxiv bir sırada
24/05/2018 [18:06] - Cəmiyyət - ( 4450 dəfə baxılıb)

"Sahibkarlığın inkişafı dövlət siyasətinin əsas prioritetləri sırasındadır"

"Dövlət başçısının rəhbərliyi ilə aparılan dərin islahatlar azad və ədalətli rəqabət mühitinin yaradılmasını şərtləndirir"


Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bunun üçün lazımi şərait yaradılmış, dayanıqlı və sabit iqtisadi sistemin formalaşdırılması təmin edilmişdir. Respublikamızda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində reallaşdırılmış kompleks və sistemli tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi özəl sektorun təkcə Azərbaycan üçün ənənəvi sferalarda deyil, həm də yeni hesab edilən sahələrdə hərtərəfli inkişafı daha da sürətləndirmişdir. Bütün bunların nəticəsidir ki, özəl sahibkarlıq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir.

Dünyada formalaşan yeni iqtisadi şəraitdə Azərbaycanın sabit və davamlı inkişafını təmin edəcək yeni Strateji Yol Xəritəsi çərçivəsində həyata keçirilən islahatlar ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, respublika əhalisinin rifah halının yüksəldilməsi baxımından böyük əhəmiyyətə malikdir. Odur ki, ölkəmizin zəngin iqtisadi potensialının istifadə effektivliyinin yüksəldilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, məşğulluğun təmin olunması nöqteyi-nəzərdən sahibkarlığın rolu böyükdür. Çünki Prezident İlham Əliyev ölkəmizdə sahibkarlar üçün əlverişli biznes, investisiya, azad və ədalətli rəqabət mühitinin yaradılmasına həmişə böyük önəm verir, dəstəyini əsirgəmir.

Dövlət başçısı tərəfindən həyata keçirilən daxili və xarici siyasətə sadiq olan sahibkarlar əmindirlər ki, növbəti yeddi ildə də cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz böyük nailiyyətləri sayəsində tərəqqinin yeni zirvəsinə doğru inamla irəliləyəcəkdir.

Azərbaycanda özəl sahibkarlıq üçün yaradılan şəraitdən bəhrələnən çoxsaylı müəssisələrdən biri təsisçisi olduğum “Bakı İnşaat Sənaye” ASC-dir. Müəssisə öz fəaliyyətini ISO 9001 beynəlxalq keyfiyyət standartı üzərində qurub. Sənayenin əsas sahələrindən birini təşkil edən ağır metallurgiya sferasında fəaliyyət göstərən müəssisəmizdə əsasən ixracyönümlü məhsullar istehsal edilir. Bura müxtəlif ölçülü şveller, künclük, kvadrat və zolaqlar, boru, profil çeşidləri daxildir. Eyni zamanda, ölkə bazarında böyük tələbat duyulan digər metal məmulatlarının istehsalı da həyata keçirilir. Hazırlanan bütün məhsul növləri həm də Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma sisteminin uyğunluq sertifikatlarına malikdir. Səhmdar cəmiyyətimiz xaricə yüksək keyfiyyətə malik rəqabətqabiliyyətli satış qiymətləri ilə mal ixrac etməklə hazırda Gürcüstan bazarında liderlik mövqeyinə malikdir. Son dövrdə müəssisəmizin ixrac əməliyyatlarında 35 faizə qədər artım qeydə alınmışdır. Bu da təkcə son dörd ayda respublikamızın valyuta daxilolmalarında müəyyən artım deməkdir. 

Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətə uyğun olaraq, sahibkarlıq mühitinin daim yaxşılaşdırılmasını, infrastrukturun modernləşdirilməsini hədəfləyən yeni-yeni layihələrinin reallaşdırılması, dövlət və sahibkarlıq arasında münasibətlərin inkişaf etdirilməsi nəticəsində milli iqtisadiyyatımızın strukturunda özəl sahibkarlığın xüsusi çəkisi artmaqda davam edir. Özəl sektora hərtərəfli dövlət qayğısının daha bir bariz nümunəsi kimi “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” respublika Prezidentinin 2016-cı ilin yanvarında 745 saylı Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrilə müəyyən olunmuş güzəştlərin tətbiq olunması xüsusi qeyd edilməlidir. 12 oktyabr 2017-ci ildə “Bakı İnşaat Sənaye” Açıq Səhmdar Cəmiyyətinə yuxarıda qeyd etdiyim güzəştləri əldə etmək hüququ verən İnvestisiya Təşviqi Sənədi təqdim olunmuşdur. Qeyri-neft sektorunun inkişafında, özəl sahibkarlıq fəaliyyətinin və investisiya yatırımlarının stimullaşdırılması istiqamətində həmin güzəştlərin təqdim edilməsi böyük önəm daşıyır. Buna görə biz möhtərəm Prezidentə öz dərin təşəkkürümüzü bildiririk.

Özəl sahibkarlığın gerçək inkişafında, sahibkarların ölkəmizin sosial-iqtisadi tərəqqisində rolunun artmasında ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı cənab İlham Əliyevin müdrikliyi bizə əlavə güc verir, rastlaşdığımız çətinliklərin öhdəsindən gəlməyə kömək edir. Biz bilirik ki, xalqımızın xoşbəxt gələcəyi, Azərbaycanın dövlətçilik ənənələrinin yaşaması məhz Heydər Əliyev siyasətinin alternativsizliyi, cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə bağlıdır. 

Azərbaycanda həyata keçirilən köklü islahatların başlıca vəzifəsi ölkəmizin iqtisadi mənafelərinə cavab verən milli iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və ixracyönümlü istehsal sahələrinin daha da inkişaf etdirilməsidir. Bu baxımdan qeyd etdiyimiz kimi, respublikamızda azad sahibkarlığın inkişafı, sağlam rəqabət mühitinin yaradılması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. 

Azad sahibkarlığın, sağlam rəqabətin qarşısını ala biləcək bütün maneələrin, o cümlədən inhisarçılıq meyillərin aradan qaldırılması istiqamətində aparılan işlər hər zaman dövlət başçısının diqqət mərkəzində olub və bütün sahələrdə inhisarçılığa qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyini xüsusilə vurğulayıb: “Azərbaycanın bazarı demək olar ki, kifayət qədər məhduddur. Əgər hansısa bir böyük istehsalçı yaranırsa, - biz istəyirik, maraqlıyıq ki, həm orta və kiçik sahibkarlıq artsın, həm böyük şirkətlərimiz olsun və onlar da güclənsin, dövlət tərəfindən verilən dəstək, siyasi, iqtisadi dəstək artıq böyük şirkətlərin yaranmasına xidmət göstərir, - ancaq, eyni zamanda böyük şirkət istər-istəməz inhisarçıya çevrilir, bəzi hallarda öz maraqlarının təmin olunması üçün qəbuledilməz addımlar atır. Belə olan halda inhisarçılığa qarşı mübarizə həm idxalda, həm daxili istehsalda daha da güclü olmalıdır və elə etməliyik ki, xoşagəlməz hallara yol verilməsin”. 

Göründüyü kimi, dövlət başçısının iqtisadiyyatımızın bütün sahələrində azad və ədalətli rəqabəti, milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin edilməsində müstəsna rola malik özəl sahibkarlığın fəaliyyətini məhdudlaşdıra biləcək bütün amillərin, xüsusilə də inhisarçılıq meyillərinin qarşısının alınmasında qətiyyətli olduğunu nümayiş etdirir: “Həm idxalda, həm də ki, daxili istehsalda inhisarçılığa qarşı mübarizə daha da güclü aparılmalıdır”.

Odur ki, yalnız dövlət başçısının həyata keçirdiyi siyasət çərçivəsində öz işini quranlar Azərbaycana fayda verə bilər. Yalnız bu halda onların fəaliyyəti milli iqtisadiyyatımızın inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, Azərbaycanda rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların çeşidinin genişləndirilməsinə, ölkəmizə yeni investisiyaların cəlb olunmasına, bir sözlə - dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətə, xalqımıza xidmət etmiş olacaqdır.

Azərbaycan iqtisadiyyatı ildən-ilə möhkəmlənir, onun daxilində keyfiyyət dəyişiklikləri baş verir, respublikamızda vətəndaş həmrəyliyi güclənir, sabitlik hökm sürür. Dövlət başçısı da qeyd etmişdir ki, ölkəmiz bu gün əsl sabitlik adasıdır: “Dünyada təhdidlər artır, münaqişələr alovlanır, Azərbaycan isə sabitlik, inkişaf adasıdır”. Bu inkişafı və sabitliyi qorumaq hər birimizin borcudur.


Loğman ZÜLFÜQARLI,

“Bakı İnşaat Sənaye” ASC-nin təsisçisi


Şanlıurfa vilayətində Xocalı Soyqırımı anıldı - FOTOLAR
Allahşükür Paşazadə “Facebook”da Xocalı ilə bağlı hansı paylaşımları etdi?
"2005-ci ildə Milli Mətbuatın 130 illik yubileyi ərəfəsində Səfər Əbiyev məni çağırıb dedi ki..."
BMT İdlibdəki mülki vətəndaşlar üçün narahatdır...
"Kaş qalan dörd oğlum da şəhid olaydı, amma Kəlbəcər basılmazdı..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
"Abidəni Bakıda deyil, Xocalıda ucaltmaqdan söhbət getməlidir..."
Cəmiyyət
“Xocalıda ağır yaralandım, infarkt keçirdim, indi də yataq xəstəsiyəm...” - FOTOLAR
Cəmiyyət
“Şəhid xəbərlərindən yaman kövrəlirəm, analar qovrulur...”
Müsahibə
"O, yeganə icra başçısıdır ki, YAP üzvü deyil, istintaq nəticəsində məlum olub ki..."
Hadisə
Tərtərdə erməni avtomobillə dərəyə vuvarlanıb öldü... –FOTO
Yazar
İlham İsmayıl
“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”
Seymur Əliyev
Koronavirus bu insanlar üçün təhlükəli deyil: Genetik çoxmaskalılığın üstünlüyü...
Seymur Verdizadə
Sən hər gün əliəyrilik edirsən, o, beş ildə bir dəfə...
Sultan Laçın
Azərbaycanda ədalət naminə vəzifədən imtina edə bilən neçə məmur var?..
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
“Azərbaycan Qarabağı unutsa, yaxşıdır”- “Meşə tülküsü” belə dedi...
ABŞ-ın növbəti prezidenti Qarabağı qaytaracaq
"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"
"Torpaqlar qaytarılır, Bakı ilə razılıq var" - Tarasov
“Suriyanın Qabbar Sinqxi”nin ölüm xofu: Türklər gəldi, ruslar “əkildi”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247