Xəbər lenti
29/01/2020 [22:52]:
Azay Quliyevin kütləvi görüşləri uğurla davam edir - FOTOLAR
29/01/2020 [22:40]:
Almaniya və Fransa vətəndaşlarını Çinin Vuhan şəhərindən çıxarır
29/01/2020 [22:32]:
Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 7 saat davam edib - YENİLƏNİB
29/01/2020 [22:23]:
Bakıdan Moskvaya uçan təyyarə təcili eniş etdi
29/01/2020 [22:01]:
Tramp 1,2 trilyon dollar dəyərində olan ticarət müqaviləsini imzalayıb
29/01/2020 [22:00]:
Azərbaycanda ağır qəza: Avtomobil bir neçə dəfə çevrildi - VİDEO
29/01/2020 [21:38]:
Şərləndiyini deyən keçmiş deputatdan ölkənin ali rəhbərliyinə ilginc MÜRACİƏT...+ VİDEO
29/01/2020 [21:25]:
Putin yüksək vəzifəli şəxsi bu görüntülərə görə işdən qovdu - VİDEO
29/01/2020 [21:08]:
ABŞ virusa yoluxan çinlilərdən təcrübə üçün istifadə etməyə hazırlaşır
29/01/2020 [21:02]:
ÜST koronavirusla bağlı iclas keçirəcək
29/01/2020 [20:55]:
AŞPA hesabat qəbul etdi: Fransada 90, Almaniyada 26 jurnalist zorakılığa məruz qalıb
29/01/2020 [20:53]:
Səməd Seyidov AŞPA-ya üzv dövlətləri təzyiq və təhqirlərə yol verməməyə çağırıb
29/01/2020 [20:43]:
Dövlət Komitəsi Masallıda baş verən qətllə bağlı məlumat yayıb
29/01/2020 [20:41]:
“Ona görə zəlzələ olur ki, qızları uşaq yaşda ərə vermək qadağan edilib..." - FOTO
29/01/2020 [20:37]:
“Yoldaşım deyir ki, ağzını bağlamalısan”
29/01/2020 [20:34]:
Baş Prokurorluq və DİN Bakıda nəvələrini öldürüb intihar edən qadınla bağlı məlumat yaydı
29/01/2020 [20:19]:
Çin istehsalı olan məhsullar təhlükəlidirmi? - VİDEO
29/01/2020 [20:16]:
Dünyanın ən yaşlı qadını 128 yaşında vəfat edib
29/01/2020 [20:01]:
Ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi Şirvanda vətəndaşları qəbul edəcək
29/01/2020 [19:53]:
"14 ildə özüm və ailəm Tovuzda nə 1 sot topaq aldıq, nə biznes qurduq, nə də..." - FOTOLAR
29/01/2020 [19:21]:
“Koronavirusun uyğur düşərgələrində yayılması daha dəhşətli fəlakətə səbəb ola bilər...”
29/01/2020 [19:20]:
Oqtay Əsədov seçicilərlə görüşə getmədi - FOTOLAR
29/01/2020 [19:16]:
Zəlzələdən iki gün sonra tətilə gedən İmamoğlu tənqid olundu
29/01/2020 [19:12]:
Müharibə veteranları Siyavuş Novruzovla bağlı birgə bəyanat yaydı
29/01/2020 [19:07]:
Husilər Səudiyyənin mühüm obyektlərini bombaladı
29/01/2020 [18:44]:
Türkiyə Səfirliyinin mətbuat müşaviri Moderator.az-ın qonağı oldu - FOTOLAR
29/01/2020 [18:41]:
Nənə nəvələrini öldürüb, intihar etdi - Bakıda dəhşət
29/01/2020 [18:40]:
“Honda” və “Toyota” da Çindəki istehsalını dayandırdı- SƏBƏB...
29/01/2020 [18:38]:
Natəvan Bayramova: "Daha iki yeraltı tunel və körpü tikintisi planlaşdırılır"
29/01/2020 [18:37]:
Lerik Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub
29/01/2020 [18:35]:
Masallıda 16 yaşlı gəlini əri boğaraq öldürüb - RƏSMİ AÇIQLAMA
29/01/2020 [18:31]:
Azərbaycanın layiqli övladlarına səs verək...
29/01/2020 [18:12]:
Qaxda mikroavtobusla minik avtomobili toqquşub, ölən var - FOTO/VİDEO
29/01/2020 [18:10]:
Türkiyədə yenidən zəlzələ olub
29/01/2020 [18:03]:
Əli Məsimli növbəti görüşünü Şin kəndinin sakinləri ilə keçirib - FOTOLAR
29/01/2020 [18:03]:
UNEC-lə Paşa Bank əməkdaşlıq edəcək -FOTOLAR
29/01/2020 [17:59]:
İsrail səfirliyi: “Əsrin sazişi” barışıq üçün gözəl plandır
29/01/2020 [17:46]:
Bakı Limanında sanitar nəzarət gücləndirilib
29/01/2020 [17:44]:
Gürcüstan hökuməti Sergey Lavrovu Tbilisiyə buraxacaq?
29/01/2020 [17:42]:
Masallıda toyundan sonra ölən qızın qətlə yetirildiyi məlum olub - SON DƏQİQƏ
29/01/2020 [17:39]:
Ağciyər İnstitutunda daha bir ölüm qeydə alındı
29/01/2020 [17:35]:
Moskvada metrostansiyalardan birinə Həzi Aslanovun adı verilə bilər - Putinə müraciət olunub
29/01/2020 [17:33]:
“Konsertin bir hissəsi Əlibaba Məmmədovun doxsan illik yubileyinə həsr olunacaq...”
29/01/2020 [17:20]:
Ərdoğan Çindəki azərbaycanlılarla bağlı göstəriş verdi
29/01/2020 [17:16]:
Qarət üçün girdiyi evdə ev sahibini balta ilə öldürdü, daha sonra intihar etdi
29/01/2020 [17:10]:
Bakıda qeyri-adi kurs: Qadınlara intim həzz almağı öyrədirlər - FOTO + VİDEO
29/01/2020 [17:07]:
Şoyqu təhdid etdi: İmkan verməyəcəm...
29/01/2020 [17:06]:
“Bu seçkilərdə analoqu olmayan hal qeydə alınıb”
29/01/2020 [16:37]:
Təyyarədə utandı, 76 kq arıqladı - FOTOLAR
29/01/2020 [16:34]:
Tarix İnstitutu ilə Milli Kitabxana arasında müqavilə bağlandı
29/01/2020 [16:33]:
Azərbaycanda iki həftə əvvəl gəlin köçən 16 yaşlı qız qəflətən öldü
29/01/2020 [16:31]:
Təhsil Nazirliyi 20 məsul şəxs barəsində intizam tənbehi tətbiq edib, bir nəfər işdən azad olunub
29/01/2020 [16:14]:
Terrorla mübarizə aparan qadın xüsusi təyinatlılar - FOTOLAR
29/01/2020 [15:57]:
"Rusiya istəsə, bizim də iştirakımızla Dağlıq Qarabağ problemini həll edə bilərik..."
29/01/2020 [15:50]:
Natəvan Bayramova: "İki yeraltı tunel və körpü tikintisi planlaşdırılır"
29/01/2020 [15:32]:
Dəhşətli zəlzələdə binaların dağılma anı - VİDEO
29/01/2020 [15:18]:
Çavuşoğlu: "Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək"
29/01/2020 [15:11]:
Gəncəliyev ABŞ səfiri ilə görüşdü
29/01/2020 [15:11]:
Qış vaxtı, yaz havası - 16 DƏRƏCƏ İSTİ
29/01/2020 [15:06]:
Zəlzələyə görə məktəblilərin qış tətilinin vaxtı uzadıldı
29/01/2020 [15:05]:
Azərbaycanda neçə nəfər müavinət və təqaüd alır? - RƏSMİ
29/01/2020 [14:56]:
Çingiz Qənizadənin seçiciləri ilə izdihamlı görüşləri - FOTOLAR
29/01/2020 [14:40]:
“Nənələrin əllərini quru-quru öpməkdən bir şey çıxmaz, onların qayğısına qalmaq lazımdır...”
29/01/2020 [14:35]:
Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrıldı - Bu xəstəxanalarda
29/01/2020 [14:35]:
Azərbaycanlı model ABŞ-da striptizlə məşğul olur - VİDEO
29/01/2020 [14:31]:
"Azərbaycana gələn bütün insanlar koronavirusla bağlı yoxlanılır"
29/01/2020 [14:31]:
Ehtiyatda olan zabit ali baş komandana müraciət etdi
29/01/2020 [14:27]:
Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb
29/01/2020 [14:24]:
“Instagram”dakı fırıldaqçılardan ehtiyatlı olun! - VİDEO
29/01/2020 [14:22]:
“Məcbur etməsək, düşmən işğalçılıq niyyətindən əl çəkməyəcək...”
29/01/2020 [14:14]:
ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığının direktoru Gömrük Akademiyasında olub
29/01/2020 [14:03]:
Avtobuslara koronavirusla bağlı nəzarət ARTIRILDI
29/01/2020 [14:03]:
Makiyajlı, diqqət çəkici hicablı qadınlar - “Seçim özlərinindir”
29/01/2020 [13:59]:
Azər Kərimli Qaxın mədəniyyət və təhsil nümayəndələri ilə görüşdü - FOTOLAR
29/01/2020 [13:59]:
Abituriyentlərin nəzərinə - Builki qəbul imtahanlarında ballar belə hesablanacaq
29/01/2020 [13:52]:
Azərbaycanlıların mənə edə bilmədiyini Paşinyan etdi
29/01/2020 [13:50]:
Tofiq Qasımov İsveçrədə dəfn olunub: “Ailəsi bu barədə Azərbaycana gec məlumat verib”
29/01/2020 [13:49]:
Təhsil Nazirliyi Çindən azərbaycanlı tələbələrin gətirilməsinin yollarını AXTARIR
29/01/2020 [13:43]:
Pomidor, qızıl, fındıq... – Azərbaycanın neftdən sonra ən çox pul qazandığı SAHƏLƏR
29/01/2020 [13:41]:
Rəşid Mahmudovdan koronavirus açıqlaması: “Onsuz da karantin elan edilib, ciddi nəzarət var”
Bütün arxiv bir sırada
14/06/2018 [15:31] - Müsahibə - ( 5297 dəfə baxılıb)

"Vicdanım, Allahım qarşısında günahsızamsa, Onun qullarının fikri mənim üçün əhəmiyyətli deyil"

"Əvvəllər heç kimə cavab verə bilməyən, gücü göz yaşlarına çatan Aytən indi çox dəyişilib"


İnsanlar onu öz imici ilə, əsl Azərbaycan xanımına məxsus xarici görünüşü, eyni zamanda gözəl səsi ilə sevdi və qəbul etdi. Bu gün bu gözəl xanımın - Aytən Məhərrəmovanın doğum günüdür. 

Biz də Moderator.az olaraq Aytən xanımı təbrik edir ona həyatda daha böyük uğurlar qazanmasını arzu edirik.

Beləliklə, "Zərif güclülər"in budəfəki müsahibi xanəndə, Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmovadır.
  
- Aytən xanım, istərdim sənətə gəlişinizdən danışaq. Bildiyimiz qədər sizin ailədə musiqiçi olmayıb...

- Elədir. Bizim ailədə musiqiçi olmayıb. Ancaq Allah səs, istedad verəndə çox güman ki, bunlar nəzərə alınmır. Bəzən musiqiçilərimizi bölgələrə ayırırlar, ancaq səs Allah vergisidir, bu hər bölgədə doğulan  insanda ola bilər. Mən də dil açandan fortepiano alətinə çox böyük maraq göstərmişəm. Kim evdən çıxırdısa ondan mənə fortepiano almağını istəyirdim. Valideynlərim 5 yaşıma qədər buna o qədər də əhəmiyyət vermədilər. Ancaq mənim israrlı olaraq bu aləti istədiyimi görüb sözün yaxşı mənasında təslim oldular və piano aldılar. Həqiqətən də mən bu istəyimi doğrultdum. Müəllimsiz piano çalmağa başladım, ilk öncə tək əllə ifa edirdim, daha sonra isə yavaş-yavaş musiqi duyumu ilə özüm üçün akkordlar kəşf etməyə başladım. Orta məktəbin 6 – cı sinfində oxuyanda ailəm məni 36 saylı musiqi məktəbinə yazdırdı. 1 il orada təhsil aldıqdan sonra Bülbül adına Orta İxtisas Məktəbində təhsil almağa başladım. Daha sonra Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olundum. Bunun ardınca Azərbaycan Milli Konservatoriyasının bakalavr , ardınca magistratura pilləsində təhsil aldım. Ailəmin dəstəyi ilə bu sənətə gəldim, dəyərli ustadım Mənsum İbrahimovun əməyi, səyi , zəhməti nəticəsində isə bu sənətin dərinliklərinə, sirlərinə yiyələndim. 
  
- Estrada janrında məşhur olan bir sıra ifaçılar zamanında muğam sahəsi üzrə təhsil alıblar...

- Bunu hamı bilir ki, çox çətin bir zəmanədə yaşayırıq. Necə deyərlər bir parça çörək aslanın mədəsindədir. Bugün muğam sənəti ilə nə qədər peşəkar olasan ki, sırf bunun sayəsində əldə etdiyin gəlirlə normal dolanasan. Buna görə də bu hallara normal yanaşmaq lazımdır. Bəzən insanlar hər hansı bir ifaçı sənətində məhz janr dəyişikliyi etdiyi üçün onu qınayırlar. Bugün mənim xarakterim yol verərsə, mən də estrada ifa edərəm. Səsim buna imkan versə də xarakterimə uyğun olmadığı üçün mən bu janrda ifa edə bilmərəm. Mən öz xarakterimdə bunu görmürəm, çünki belə formalaşmışam. Ancaq dəyişə bilən insanları isə alqışlayıram. Çox sevinirəm ki, bu insanlar öz çərçivələrini aşıb, onu məhv edə bilirlər. Hər iki janrda insanlar halal zəhməti ilə çörək pulunu qazanır. Axı bunun nəyi pisdir ki? Bəzən estrada oxuyan birisi muğam ifa edəndə də ona tənqidlə yanaşırlar. Ancaq hər bir insanda dəyişimi qəbul etmək lazımdır. Ola bilsin ki, bu gün muğamı zəif ifa edən hər hansı estrada ifaçısı sabah mahir bir xanəndə ola bilər. Mən özüm belə ifaçıları alqışlayıram. 
  
- Qeyd etdiniz ki, bəzi ifaçılar maddi səbəbdən məhz estrada janrına üstünlük verirlər. Niyə düşünürsünüz ki, estaradada olan insanlar muğam ifa edənlərdən daha çox gəlir əldə edir?

- Bilirsiniz, estrada ifaçıları daha sərbəst olurlar, onlarda çərçivələr daha genişdir. Onlar daha çox el şənliklərində iştirak edə bilirlər nəinki muğam ifaçıları. El şənliklərində daha çox iştirak edən ifaçıların da sözsüz ki gəliri daha çox olur. Muğam müsabiqəsində iştirak etməzdən öncə mən əvvəldən sona qədər toylarda ifa edirdim. Bu gün də ən yaxınlarımın  və ya yaxşı qonorar ödəyən insanların toylarını əvvəldən sona qədər idarə edirəm. Bu toylarda ifaçılıqla yanaşı aparıcılıq da edirəm. Ancaq bu müsabiqədən sonra mən artıq toylara məhdud zaman ərzində, ancaq muğam ifa etmək üçün getməyə başladım. Niyyətim də o idi ki, insanlar məni xanəndə olaraq qəbul etsinlər. Aytən Məhərrəmova dedikdə onların yaddaşında muğam ifaçısı, xanəndə kimi iz qoyum. Yəni bu addımı mən sırf sənət üçün atdım.
  
- Ancaq bir çox xanəndələr var ki, toylarda bəstəkar mahnılarını da ifa edirlər...

- Sizinlə razıyam. 2005 – ci ildən professional səhnədəyəm. Son bir ildir ki, mən də artıq bu yolu seçmişəm. Belə ki, bunu  müəyyən uğurlara imza atdıqdan sonra etməyə başladım. Düşünürəm ki, nəyə görə də mən gələn gəlirimə yox deməliyəm.  Bir çox muğam müsabiqələrinin iştirakçısı, qalibi olmuşam, pedaqoji fəaliyyətimlə yanaşı, Opera və Balet Teatrının solistiyəm. Artıq bunlara görə və dinləyicilərin nəzərində xanəndə Aytən obrazını yarada bilmişəm. Düşünürəm ki azdan- çoxdan özümü təsdiq edə bilmişəm. 
  
- Bu yolla eyni zamanda səsinizi qoruyurdunuz...

- Qostrol səfərlərim olan zaman mən toylardan imtina edirəm. Məbləğ nə qədər böyük olsa da sənətimi üstün tutram. Yəni həmin ərəfədə qostrol səfərim varsa, dövlətimizi təmsil etməliyəmsə  mən toydan imtina edirəm. Hər zaman karyeram üçün maddiyatın üstündən xətt çəkmişəm, buna görə də əsla peşman deyiləm. 
  
- İfaçılar da var ki, sırf sənəti ilə məşğul olur və toylardan imtina edir...
 
- Toylarda ifa etmək o demək deyil ki, biz sənətimizi unuduruq, axı sənət bizim həyatımızın böyük bir qismini əhatə edir. Ondan necə vaz keçə bilərik ki?..
  
- Eyni zamanda Opera və Balet Teatrının solistisiniz...

- Opera və Balet Teatrına Mənsum İbrahimovun sayəsində gəlmişəm. O nəinki öz tələbələrini, eyni zamanda digər gənc xanəndələrin də burada fəaliyyət göstərməsinə kömək edib. Möhtəşəm insandır Mənsum müəllim. Həyatda, sənətdə elə bir addım olmaz ki, mən onu Mənsum müəllimlə məsləhətləşmədən atım. Mənim sənətdə, eləcə də xarakterimin müsbət tərəfdən  formalaşmasında müəllimim, ustadım Mənsum İbrahimovun böyük rolu olub. Hal- hazırda “Şah İsmayıl” operasında Ərəbzəngi obrazını, “Leyli və Məcnun”da isə Leylinin anası obrazını ifa edirəm. Digər obrazlar üzərində də işləyirik. Yaxın zamanlarda səhnədə nümayiş olunacaq.
  
- Bir çox xanım xanəndələr üçün Leyli obrazı bir stimuldur...

- Həyatda hər bir hala fərqli yanaşan insanam. Hər bi xanım xanəndə Leyli ola bilməz. Söhbət elə mənim özümdən gedir. Səs baxımından buna mənim imkanım var “Ərəbzəngi” kimi zil səs tələb edən bir obrazı ifa etmişəmsə demək ki, Leyli üçün də səsim yetər. Ancaq hər insanın xarici görünüşü buna imkan vermir.
  
- Elə ifaçılar var ki, onlar  35 -40 yaşlarında belə Leyli ifa edirlər...

- Onlar xarici görünüşü buna imkan verdiyi üçün Leylini ifa edirlər. Axı mənim xarici görünüşüm buna uyğun deyil. Mən necə israr edim ki, mütləq Leyli ifa edəcəm. Əsas odur ki balaca obrazla da yaddaşlarda qala biləsən. Öz ifanla insanların ürəyinə təsir edəsən, mən bunlara üstünlük verirəm. Düzünü deyim ki, həyatda ana olmadığım üçün özümü heç cürə ana obrazında görmürdüm. Təsəvvür belə edə bilmirdim ki, analıq hissini necə çatdıra bilərəm. Ancaq tamaşadan sonra izləyicilər mənə yaxınlaşıb onlara yaxşı mənada təsir etdiyim üçün təşəkkür edirlər. Bu mənim üçün çox dəyərlidir. 
  
- Aytən xanım, zaman-zaman qadınlar zəif, zərif sayılaraq daha daha çox kölgədə qalırlar. Ümumiyyətlə, qadın zəifdirmi?

- Qadınlar istədiyi zaman güclü, istədiyi zaman da zərif olmağı bacaran bir məxluqdur. Ancaq mən istərdim ki, qadınlarımız hər zaman zərif olsunlar. Onların yanında özlərini zərif hiss etdirəcək, onların qayğısına qalacaq, müdafiə edəcək biriləri olsun. Karyerada qadın güclü olmağı gözəldir, ancaq həyatda qadının güclü olmağa çalışmağı isə bir az əzablıdır. Bilirsiz həyatda əziyyət çəkən, çətinlik görən qadın güclü olmağa məhkum olur. Müəyyən yaşa qədər əsəbləşdiyim insana söz deyə bilmirdim. Ancaq gücümü göz yaşlarıma verirdim. Ancaq indi bir insana əsəbləşəndə ona lazım olan sözümü deyirəm. Zaman olur ki, ağlamaq istəsəm də ağlaya bilmirəm. 

Anam bizi çox sərt tərbiyə edib. Çox sıx çərçivələr daxilində böyümüşük. Hər yerə anamla gedirdim. Anam məni bütün pisliklərdən, qurulan tələlərdən müdafiə edirdi. Anamın səhhətində problem yarandıqdan sonra özüm özümü müdafiə etməyə məcbur oldum. Çox haqsızlıqlar gördüm, bunlarla mübarizə apardıqca bərkidim. Əvvəllər heç kimə cavab verə bilməyən, gücü göz yaşlarına çatan Aytən indi çox dəyişilib. İnanırsınız ki, indi mənim üçün ağlamaq o qədər çətinləşib ki. Zaman olur ki, doluram, ağlayıb ürəyimi sakitləşdirmək istəyirəm, ancaq bacarmıram. Düşünürəm ki, qadını ağladan zəiflikdir. 
  
- Özünüzlə tək qalanda hansı Aytəni sevirsiniz?

- Bizim cəmiyyət üçün güclü, özünü müdafiə etməyi bacaran qadın daha məqbuldur. Ancaq insanı müdafiə edəni olanda daha yaxşı olur. Düzünü desəm konfliktə girən insan da deyiləm, sülhsevərəm. İnsanlar bir birinin arxasınca danışmasa, söz gəzdirməsə, bir biriləri haqqında mənfi fikirdə olmasalar daha yaxşı olar, həyat daha da gözəlləşər. 
Əslində evdə, sevdiklərimin yanında uşaq kimiyəm, ürəyi yumşağam. Ancaq kənarda özümü sərt, soyuq göstərməyə məcbur oluram. Bu üsulla özümü qoruyuram. Buna görədir ki, heç kim indiyə qədər mənim qoyduğum səddən keçə bilməyib, keçə də bilməz mən istəmədikcə. Bizim cəmiyyətdə özün kimi olmaq qeyri- mümkündür. Ancaq belə olduqda sənə dəyib- dolaşan olmur.
Qadın üçün musiqi sənəti, səhnə fəaliyyəti çox ağırdır. Hələ Azərbaycanda bu ağırlıq, çətinlik isə deyiləsi deyil. Səhnədə olursansa, toylara gedirsənsə, adi maşın idarə edirsənsə sənə qarşı olan münasibət, önyarqı da fərqli olur. 
  
- Kənar insanların fikirləri, düşüncələri sizin üçün əhəmiyyət kəsb edir?

- Düzünü deyim ki, iki il bundan öncəyədək hər insanın dediyi söz, işlətdiyi ifadə, fikirləri mənə çox pis təsir edirdi. Saatlarla oturub ağalyırdım, pis olurdum. Ancaq indi o qədər də əhəmiyyət vermirəm. Çünki mən özümü tanıyıram, Allahım məni bilir. Zamanla düşündüm ki, insan öz vicdanı qarşısında bu həyatda cavab verməlidir. Mənlə tək qalan hər zaman vicdanım olur. Əgər mən vicdanım qarşısında, Allahım qarşısında təmiz, günahsızamsa onun qullarının fikri mənim üçün əhəmiyyət kəsb etmir. 
  
- Ümumiyyətlə, bir qadının uğurlu karyera qurmasına nə mane ola bilər?

- Hər bir insan karyera qurmaq üçün mütləq məqsəd, istək olmalıdır. Bunların  yetərincə olmaması onun karyera qurmasını əngəlləyəcək amillərdir. Özümdən deyə bilərəm ki, hər hansı bir uğuru əldə etmək üçün illərlə çalışdığım olub. Bunu da prinsipiallığıma borcluyam. 2009 – cu ildə qatıldığım müsabiqənin  birinci turundan keçmədim. Çünki bilirdim ki, yetərincə çalışmamışam. Buna görə ruhdan, həvəsdən də düşmədim.  Əksinə qarşıma məqsəd qoydum və 2011 ci ildə Respublika Muğam Müsabiqəsində birinci yerə layiq görüldüm. 2015 – ci ildə isə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi oldum. Bu zaman ərzində mənim “Aypara” ansamblım hər zaman mənə dəstək olub. Ədalət Behbudov, Qiyas Qiyasov, Humay Abbas, Pərviz Fərhadov, Sadiq Əliyev, Kəpəz Əvəz, Bəhram Mahmudov, Mütalib Məmmədov hər bir uğurumda yanımda olublar. hər zaman deyirəm ki, onlar mənim sənətdəki ailəmdir. 
Əlavə edim ki, qadının uğurlu karyera qurmaq üçün əzmkarlıq, zəhmətkeşlik nümayiş etdirməklə yanaşı ailəsinin də dəstəyi olmalıdır. Dərs dediyim musiqi məktəbində yanıma balaca qız uşağı gətirirlər ki, biz istəyirik qızımız xanəndə olsun. Ancaq mənim üçün ilk amil valideynlərin razı olmasıdır. İstəmirəm ki, uşaq 5 il əziyyət çəkib öyrənsin, sonra atanın qadağası ilə sənətdən uzaqlaşsın. Buna görə də şərti şumda kəsməyə üstünlük verirəm. 
  
- Yaxın keçmişdə Prezidentimiz tərəfindən ifaçılarımıza titullar verildi. Siyahıda sizin adınızı görmədik...

- İlk olaraq bildirim ki, əsas xalq mənə yaraşdırmalıdır bu titulları. Xalq səni “Əməkdar artist”, “Xalq artisti” adına layiq görürsə, zamanla dövlətimiz də bunu sənə verəcək. Biz də öz işimizlə məşğuluq. Daim yeniliklər etməyə çalışırıq. Bundan əlavə qeyd edim ki, mən başqasının uğuruna sevinən insanam. Hansı gənc xanəndəmizə adlar verildisə, hamsını bir- bir zəng edib, təbrik etdim. Hər birinə bir kəlmə demişm: “sənin uğurun, mənim uğurumdur”. 
  
- Digər xanəndələr sizə rəqib sayılır. Rəqabət aparan insan rəqibinin uğuruna sevinərmi?

- Hər zaman demişəm ki, özünə güvənən insan heç vaxt rəqabət aparmaz. Ağıllı insan qarşısına məqsəd qoyar və bu məqsədə çatmaq üçün çalışar. Mən özümə, zəhmətimə Allahın mənə verdiyi istedada güvənən insanam. Sənətimə peşəkarcasına qulluq edən insanam. Nəyə görə kimləsə rəqabət aparım...
  
- Adətən klassik geyimdə olursunuz...

- Düzünü desəm hər zaman klassik geyimdə oluram. İdman, sərbəst geyimlərim də var, ancaq çox da istifadə etmirəm. Klassik geyimdə özümü daha rahat hiss edirəm. Həm də artıq tamaşaçıların gözündə xanəndə Aytən obrazı məhz hər zaman klassik geyimdə, qara saçlarda formalaşıb. Mən bu obraza xələl gətirmək istəmirəm. Düzünü deyim ki, heç vaxt gözəllik salonuna getmirəm. Səhnəyə çıxdığım zaman da saç düzümümü, vizajımı özüm edirəm. 
  
- Özünüzü zərif güclü sayırsınızmı?

- Bəli, özümü güclü qadın sayıram və bu hissin gözəlliyinin də fərqindəyəm. Ancaq güclü olsan da səndən güclü, səni müdafiə edəcək iqtidarda olan insanlarla əhatə olunmaq daha gözəldir. 
                                                                      
Lalə Novruzlu

"14 ildə özüm və ailəm Tovuzda nə 1 sot topaq aldıq, nə biznes qurduq, nə də..." - FOTOLAR
Bakıda qeyri-adi kurs: Qadınlara intim həzz almağı öyrədirlər - FOTO + VİDEO
Polislər Qubada yaralı ceyranı xilas edib - FOTOLAR
"Kəlbəcərlilər "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədin səs verəcəklər" - FOTOLAR
7 min kilometr uçdu, aclıqdan öldü - MARAQLI
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Ona görə zəlzələ olur ki, qızları uşaq yaşda ərə vermək qadağan edilib..." - FOTO
Cəmiyyət
“Nənələrin əllərini quru-quru öpməkdən bir şey çıxmaz, onların qayğısına qalmaq lazımdır...”
Cəmiyyət
“Həyatda heç nədən peşman deyiləm, çünki sənətimlə insanların sevgisini qazanmışam...”
Hadisə
Daha bir erməni əsgəri yaralandı - Ölüm ayağındadır...
Cəmiyyət
“Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı kifayət qədər realdır” – XƏBƏRDARLIQ!
Həftənin ən çox oxunanları
Erməni helikopterini vuran MAXE Saleh Məmmədova səsləndi: "Bir şey fikirləşmirlər..."
Paşinyan 7 rayonun qaytarılmasından danışdı: "Onlar razılaşsa, dərhal masaya qoyulacaq..."
“Bizim əsas düşmənimiz Azərbaycan yox, Türkiyədir...”
"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."
ABŞ-ın yeni nəsil dronları Rusiya və Çini qorxuya saldı: Onları vurmaq mümkün deyil, çünki...
İki nəvəsi olan kişi yeniyetməni meşəyə aparıb zorladı: 16 yaşlı qızın dramı – VİDEO
12 yaşıma çatanda bu barədə ailəmə danışmaq qərarına gəldim, bundan sonra bir daha..."
Çin ordusu Uhanı mühasirəyə aldı, şəhəri tərk edənlər vurulur
“Rusiyanın aprel döyüşlərində bizə heç bir köməyi dəymədi” – Bu dəfə Kremlin haqqı yeyildi...
Putin İsrailə 5  uçaq və 200 nəfərlik heyətlə gəldi...-FOTOLAR+VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247