Yalançı Qarabağ ümidi - “Alınmadı, rəis!..”
Oxunub: 10296
11 Sep 2018 | 11:41
Yalançı Qarabağ ümidi  -  “Alınmadı, rəis!..”
Ümid vacib psixoloji amildir. Adətən deyirik ki, Allahın insana bəxş etdiyi ümid sonuncu ölür.
Amma Nitsşenin ümid haqqında fərqli fikirləri var. Onun düşüncəsində ümidi insanlara bizim təsəvvürümüzdə olan Allah bəxş etməyib. Düzdür, Nitsşenin dediyini də allah bağışlayıb, amma Zevs adlı allah. Pandora fəlakətlər qutusunu açıb yer üzünə səpəndə son anda Zevsin iradəsi ilə qutunu bağlayır və orada bir fəlakət qalır. Zevs bu fəlakəti bəzəkli edir, insanlara xoş gəlməsini istəyir: “Məhz Zevs istəyirdi ki, fəlakətlər insana nə qədər əzab versə də, o, həyatı buraxmasın, həmişə fəlakətin yenidən ona əzab verməyinə imkan versin. Bunun üçün o, insana ümid verdi. Ümid əslində xəstəlikdir, insan əzablarının uzanmasına xidmət edir”.

Azərbaycanın 25 ildir apardığı Qarabağ siyasətinə xalqın ümidi Pandoranın qutusundakı fəlakət ümididir. Onun bu ümidi Qarabağdan bizi daha da uzaqlaşdırır, yenidən Qarabağ fəlakətinin əzabını yaşamağa məcbur edir. Ermənistanda məxməri inqilab nəticəsində Paşinyan hakimiyyətə gələndən sonra Pandoranın fəlakət ümidi daha bəzəkli formada xalqa sırınmağa başladı. Hələ ilk gündən “Ümidini Paşinyan – Putin savaşına bağlayanlar” yazısında yanlış düşüncənin kütlənin beyninə yeridilməsinin zərəri və zədəsi haqqında təhlili nəzərinizə çatdırmışdıq. Amma təcrübəli diplomatların indi də “Rusiya – Ermənistan qarşıdurması” fantaziyasına sadəlövhcəsinə inanması, “Rusiyanın Ermənistanda marağının qalmaması” kimi mülahizələri göstərir ki, Azərbaycan həqiqətən atəşkəsdən bəri yanlış Qarabağ siyasəti aparıb.

8 sentyabrda Paşinyanın Putinlə Kreml söhbəti bu cür düşüncələrin və bundan qaynaqlanan yanlış ümidin suya düşməsi ilə yekunlaşdı. Putin Paşinyanı Kremldə yüksək səviyyədə qarşıladı və yola saldı, hər ikisinin üzündə sevinc təbəssümləri parlayırdı. Əlbəttə, dalaşası deyildilər, amma bu parıltılı təbəssüm diplomatiyada vacib elementdir və nəticə çıxarmağa imkan verir. Bu, razılaşma işarəsidir.

Paşinyanla görüşdən bir gün əvvəl Putin Tehranda Ərdoğana sifət göstərdi, dediklərini qəbul etmədi, Ərdoğanın da üzündən bütün görüş zamanı zəhrimar yağdı. Ərdoğanı Türkiyənin minillik düşmənləri – farsla rus qapı arxasında qoydular, əsl simalarını göstərdilər. Ərdoğanın bu illərdə Rusiyaya yönəlik siyasətinin yanlış olduğunu Putin şəxsən özü sübut etdi.

Paşinyanla Putin isə çox rahat və gülərüzlə söhbət apardılar. Putin demək olar ki, Paşinyana yarınırdı – “çoxəsirlik əlaqələrindən, qarşılıqlı hörmətdən, dost xalq olduqlarından” danışırdı. Paşinyan isə deyilənlərə qarşılıq verib sözünü Putinə necə lazımdırsa çatdırdı: “Dostuq, amma bizim daxili işimizə qarışmayın. Biz Qərbə deyil, Qərb dəyərlərinə üz tutmuşuq”…

Paşinyan Moskvaya yola düşməzdən əvvəl Azərbaycanı tam hədələyib güclü əks-zərbə vuracağını bildirdi. Moskvada Putindən ilham alıb, ya da pas alıb Kremlin divarlarından iki metr aralanan kimi erməni biznesmenlərin qarşısında çıxış edib dedi ki, gələcəkdə Qarabağ Ermənistanın bir hissəsi kimi görür. Sələflərinin belə ehtiyatla, sətiraltı dediklərini açıq bildirdi.

Nə oldu? Bəs deyirdiniz Moskva Ermənistanı cəzalandıracaq? Paşinyanın ilk gündən başladığı siyasətdən Kremlin necə ehtiyat etdiyi, narahatlığı açıq görünürdü. Əsas odur ki, Ermənistanın yeni rəhbərliyi onların Moskvadan deyil, Moskvanın onlardan asılı olduğunu, Cənubi Qafqazda forpost rolunda olmadığını konkret sübut etdi.

Moskvanın İrəvana təzyiq vasitələri tükənib. Paşinyan bir gedişlə Köçəryanın da, Köçəryana ümid edən Moskvanın da ümidlərini puça çıxardı. Bəs bizimkilər hansı Pandora ümidi ilə yaşayırdı?

Kiçik bir detal bütün mənzərəni ortaya qoyur. 7 sentyabrda, yəni Putin-Paşinyan görüşündən bir gün əvvəl İTV-də Azərbaycan parlamentinin iki deputatından müsahibə götürülürdü. Müsahiblərdən biri “Paşinyan xəyanətkardır, o, Rusiyaya xəyanət edib. Bunun xəyanətdən başqa adı yoxdur…” deyirdi. Paşinyanı sanki Azərbaycan parlamentinin deputatı deyil, rusiyalı siyasətçi ittiham edirdi. Ardınca: “…və biz də torpaqlarımızı azad etmək üçün…” deyəndə müsahibə kəsildi. Torpaqlarımızın azad edilməsi fikri televiziyada natamam şəkildə çatdırıldı və yazıq cəmiyyət də güman etdi ki, vəzifəli deputat torpaqlarımızın azad edilməsini yalnız Paşinyanın Rusiyaya xəyanəti ilə bağlamaq istəyir.

“Alınmadı, rəis!”. Zatən də ağıllı adamlar bilirdi ki, belə bir situasiya yaranmayacaq. Paşinyan təzə məsələdir. Moskvaya xəyanət etməyən Ter-Petrosyanın, Köçəryanın, Sərkisyanın vaxtında, bu 25 ildə nəyi gözləyirdiniz? Nə vaxtsa erməninin xəyanət edəcəyini?

Bu telemüsahibəni təsadüfən yada salmadım, bu müsahibə, onun təqdim olunma forması Azərbaycanın Qarabağ siyasətinin aynasıdır. Yarımçıq, imitasiya xarakterli və ən əsası sevgisiz…

Paşinyanın mövqeyi Ermənistanı yox, Moskvanı qayğılandırırdı. Artıq Rusiya politoloqları açıq yazırlar ki, “Rusiya postsovet ölkələri ilə münasibətdə demokratiya faktorunu və siyasi dəyərləri nəzərə almalıdır”. Rusiyanı da narahat edən Paşinyanın xalqın çiynində hakimiyyətə gəlməsi və Qərb dəyərlərinə üstünlük verməsidir. Belə çıxır ki, Azərbaycanın da narahatlığının əsasında eyni səbəb dayanır. Və yalnız bu yox.

Moskva mətbuatı yazır: “Ermənistanda keçmiş hakimiyyət və korrupsiya ilə mübarizə rus elitasını narahat edir. Qalan problemlər – KTMT, Ermənistanın başqa ölkələr vasitəsilə silahlanmağa marağı Rusiya hakimiyyətinin əsəbi halına haqq qazandırmaqdan başqa bir şey deyil. Bu əsəbiliyin bir səbəbi var: Moskvanın Ermənistanın siyasətinə heç bir təsir mexanizmi yoxdur – belə bir mexanizm Serj Sərkisyanın vassal hakimiyyəti ilə bərabər ləğv olundu”.

Reallıq budur, cənablar! Etiraf budur!

Son dörd ayda baxın, hansı Pandora ümidi ilə cəmiyyət aldanıb: “Qoy dünya futbol çempionatı qurtarsın, hücum olacaq”, “Paşinyan Gümrüdəki rus qoşununu çıxarmağa hazırlaşır, həmin gün Qarabağın azad olunması başlanır” və bu kimi yalanlar, sonra da “Zəruri tarixi-siyasi şərait yarananda Qarabağı alacağıq”. 25 ildə yaranmadı bu tarixi şərait?

Bu son dörd ayda hərbi ritorika da aradan qalxıb. Yenə hərdən camaat ürəklənirdi ki, “lazım gəlsə, torpaqlarımızı hərbi yolla azad edəcəyik”. İndi bu da yoxa çıxdı. Əvəzində hərbi ritorika ilə Paşinyan danışmağa başlayıb. Moskvaya gedəndə də, Kremldən çıxanda da, Tavuşda da Azərbaycana “sarsıdıcı əks-zərbə” vuracağı ilə hədələdi.

Moskvadan güc alan Paşinyan üç gündən sonra Parisə, Fransa prezidenti Emmanuel Makronla görüşə gedir. Müharibə ritorikasında danışmamağı Makron ona da məsləhət görsə Paşinyan can-başla buna razı olacaq. Onun bu məsləhətdə itirəcəyi heç nə yoxdur. İşğal etdiyi Azərbaycan torpaqlarında rahat qurub-yaratmaqla məşğul olacaq.

Qısası, “Rusiya Ermənistanı Azərbaycanın əli ilə cəzalandıracaq” nağılı bitdi. Bizim bu nağılda rolumuz yoxdur. Əksinə, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra yaranmış situasiya bizi tam dalana dirəməmiş çevik diplomatik hücum xarakterli yeni siyasət başlansa və cəbhədə Kasprşikin ofisinin adamlarına fikir vermədən düşmən tərəfi silkələyən addımlar atılsa, bəlkə bizimlə də hesablaşan tapıla…

İlham İsmayıl
Oxşar xəbərlər
19:30, Bu gün
Başına bit düşdü, dərman isə əcəli oldu
19:23, Bu gün
Mətanətin əziyyət verən  xəstəliyi
19:15, Bu gün
Azərbaycanda vəzifəli şəxs faciəli şəkildə öldü - FOTO
19:07, Bu gün
Ağadadaşın mahnısı davadan sonra TRENDƏ DÜŞDÜ - VİDEO
19:01, Bu gün
Ayaq qoxularını dərhal yox edən ən asan və TƏBİİ ÜSUL
18:56, Bu gün
Yeni ÖLÜMCÜL VİRUS
18:50, Bu gün
Gəlin qayınanasını  baltaladı
18:43, Bu gün
Azərbaycanlılar getdikcə daha çox içirlər - Səbəbləri açıqlandı
18:36, Bu gün
Binəqədidə Hindistan küçələrini xatırladan mənzərə
18:34, Bu gün
Vüsalənin intiharında yeni DETALLAR: Xəyanətdə adı hallanan qadın İŞ ADAMIDIR
18:31, Bu gün
Pəncərəni açıb yatmaq bədənə necə təsir edir?
18:23, Bu gün
“Üçüncü Dünya Müharibəsinə yaxınıq” — Tramp
18:16, Bu gün
Böyük qardaşını öldürüb, anasını yaraladı
18:08, Bu gün
Asılılıq yaradan 17 qida maddəsi - Özünüzü qoruyun
18:00, Bu gün
“Rəqabətə görə çörəyin içinə tük də qoyurlar” - Ekspertdən ağlasığmaz sözlər
17:59, Bu gün
Keşiş Baqrat Kərkiyə də gedib çıxdı...-“Tezliklə bura da təhvil veriləcək!..-VİDEO
17:58, Bu gün
"Deyirdim, bizim evdə nə vaxtsa "kartoşka" qızardılacaq?" - VİDEO
17:51, Bu gün
Neftçalada məktəb binasında YANĞIN
17:45, Bu gün
Bakı Təşəbbüs Qrupu “Paris-2024”lə bağlı bəyanat yaydı
17:43, Bu gün
Dünən Olimpiya Oyunlarının açılışında olan səhnələr "Woke ağıl virusu" idi, yoxsa müxtəlifliyə dəstək və hörmət?”
17:32, Bu gün
"Atəşkəs olarsa, ərazimizin 25 faizi Rusiyanın nəzarətində qalacaq" - Ukraynanın Türkiyədəki səfiri
17:24, Bu gün
Qurban Yetirmişlidən zəlzələ iddialarına SƏRT REAKSİYA : “Mən fala baxmıram”
17:17, Bu gün
COP29 Azərbaycan Əməliyyat Şirkəti genişmiqyaslı təlim proqramı keçirdi - FOTO
17:10, Bu gün
Almaniyadakı Göy məscid niyə bağlandı? - VİDEO
17:03, Bu gün
Laçında Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə - FOTOLAR
16:55, Bu gün
Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü
16:53, Bu gün
Türk Generalı Ermənistanla sülhdən danışdı - PROQNOZ NƏDİR?
16:48, Bu gün
Fransada yüksəksürətli qatarların üçdə biri xəttə çıxmayıb
16:41, Bu gün
Balabəy Ağayev Olimpiada ilə erkən vidalaşdı
16:34, Bu gün
Oğlu və həyat yoldaşı Brilliantı izləməyə gəldi - FOTO
16:27, Bu gün
Hindistanın baş naziri Moskvada Putinlə görüşdən sonra Kiyevə yollanacaq
16:20, Bu gün
Bu tarixdə Bakıda 10 günlük karantin olacaq?
16:12, Bu gün
Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi
16:05, Bu gün
Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
GÜNLÜK
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!