Xəbər lenti
27/11/2020 [20:56]:
Rusiyada müəllim dərs dediyi şagirdin qohumları tərəfindən döyülüb - FOTO
27/11/2020 [20:48]:
Öldüyü düşünülərək morqa qoyulan adam qışqıraraq həyata qayıtdı...
27/11/2020 [20:43]:
"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."
27/11/2020 [20:38]:
Qalib əsgər Cavid Hüseynov... -Qənirə Paşayeva şəhidimizdən yazdı...
27/11/2020 [20:31]:
Şuşada xəngəl bişirən əsgərlərimiz - VİDEO
27/11/2020 [20:00]:
Rusiya ordusunda koronavirusa qarşı kütləvi peyvəndləmə başladı
27/11/2020 [19:53]:
“Fransa senatının 30 il öncə ləğv olunmuş qurumu “tanıması”  savadsızlıqdır”
27/11/2020 [19:41]:
Rusiyada COVID-19-a təkrar yoluxma halları qeydə alınıb
27/11/2020 [19:40]:
Azərbaycan çempionu iştirak ərizəsini UEFA-ya təqdim etdi
27/11/2020 [19:38]:
Yaralı, çapıqlar içində, amma sınmayan, ruhdan düşməyən - FÜZULİ...
27/11/2020 [19:38]:
Ərdoğan Albayrağın yerinə onu təyin etdi
27/11/2020 [19:33]:
"Erməni Azərbaycanın 7 rayonu əlində ola-ola Dağlıq Qarabağa müstəqil dövlət statusu ala bilmədisə..."
27/11/2020 [19:27]:
Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir
27/11/2020 [19:20]:
İranda nüvə alimi öldürülüb - YENİLƏNİB
27/11/2020 [19:18]:
Günay Əfəndiyeva Koreyada keçirilən beynəlxalq onlayn Forumda iştirak edib
27/11/2020 [19:02]:
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirildi
27/11/2020 [18:51]:
Azərbaycanda əksər məhkəmə prosesləri təxirə salındı
27/11/2020 [18:45]:
General Movses Akopyan: “Paşinyanın psixi problemləri var”
27/11/2020 [18:38]:
Vasif Talıbov yaralı hərbçilərlə görüşdü
27/11/2020 [18:36]:
Ahmet Davutoğlu koronavirusa yoluxub
27/11/2020 [18:35]:
Qəhrəman atanın qəhrəman oğlu
27/11/2020 [18:34]:
Azərbaycan yolların keyfiyyətinə görə MDB-də birinci yerdədir
27/11/2020 [18:29]:
TBMM-in siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarını qınadı
27/11/2020 [18:27]:
Çavuşoğlu: “Qarabağla bağlı üçtərəfli bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır”
27/11/2020 [18:18]:
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr...
27/11/2020 [18:12]:
Ağcabədidə koronavirus xəstələrinə cinayət işi başlanıldı
27/11/2020 [18:06]:
“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”
27/11/2020 [18:00]:
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib
27/11/2020 [17:54]:
Şanlı ordumuzun qalib əsgərləri geri qayıdırlar - VİDEO
27/11/2020 [17:45]:
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
27/11/2020 [17:40]:
Lukaşenko prezidentlikdən gedəcəyini açıqladı
27/11/2020 [17:39]:
Prezidentdən məişət zorakılığı ilə mübarizəyə dair SƏRƏNCAM
27/11/2020 [17:37]:
Vilayət Eyvazov onu "Qoratdel"ə rəis TƏYİN ETDİ - FOTO
27/11/2020 [17:36]:
Dünəndən bu günə Qarabağ müharibəsi - Azərbaycan Ordusunun gücü
27/11/2020 [17:33]:
Qənirə Paşayeva son 5 gündə yüzdən çox vətəndaşımızın "online" şəkildə müraciətlərini, qayğılarını dinləyib
27/11/2020 [17:29]:
“Hər şeyi məhv ediblər, torpağı minalayıblar” - Fred Asifin qardaşı Ağdama getməyindən danışdı
27/11/2020 [17:28]:
Azərbaycanda karantinə görə əksər məhkəmə prosesləri təxirə salındı
27/11/2020 [17:22]:
"Nə ləhcəsini, nə də oranın adətlərinin hansısa birini dəyişdi"
27/11/2020 [17:17]:
Erməni əsirliyində olan Aminin yeni fotosu yayıldı
27/11/2020 [17:15]:
“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” - Sofiyevanın ziddiyyətli ifadələri
27/11/2020 [17:12]:
Lukaşenko pandemiyadan bəri ilk dəfə maska taxdı - VİDEO
27/11/2020 [16:47]:
"Deyəsən son günlər Paşinyanın Putinə artan zəngləri öz nəticələrini verməyə başlayır..."
27/11/2020 [16:41]:
“Ermənilərin ekoloji terrorizmi” mövzusunda seminar keçirilib
27/11/2020 [16:39]:
Millət vəkili əsgərin təhsil problemini nəzarətə götürən təhsil nazirinə təşəkkür etdi
27/11/2020 [16:29]:
Məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq
27/11/2020 [16:29]:
"Təəssüf ki, dünyaya bəla kəsilən qəfil virus onun da həyatını yarımçıq dayandırdı"
27/11/2020 [16:28]:
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb - FOTO
27/11/2020 [16:26]:
“Ermənilərlə yenidən yanaşı yaşamaq çox çətin olacaq...” -Şuşanın sabiq polis rəisi
27/11/2020 [16:26]:
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bərpa edilir
27/11/2020 [16:26]:
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
27/11/2020 [16:13]:
Çətin həyat şəraitində olan uşaqların sosial müdafiə tədbirləri ilə bağlı təkliflər hazırlanacaq
27/11/2020 [16:11]:
Fuad Axundov: “Ermənilər Ermənistanda və son 30 il ərzində Qarabağda Azərbaycan irsini məhv ediblər”
27/11/2020 [16:09]:
Tərtərdə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyənləşdirildi
27/11/2020 [16:08]:
Miqrasiya işçilərinə ödəyə bilməyəcəyi kredit, borc götürmək qadağan olunub
27/11/2020 [16:04]:
Putin Təhlükəsizlik Şurasının üzvləri ilə sülhməramlıların fəaliyyətini müzakirə etdi
27/11/2020 [16:03]:
Azərbaycanda əhəmiyyətli avtomobil yolu bir-neçə marşrut üzrə yenidən qurulur - FOTO
27/11/2020 [15:57]:
Samir Şərifov: "Bu bədnam qətnamə Azərbaycan və Fransa arasında uzun illərdən bəri qurulmuş əməkdaşlığa ciddi qəsddir"
27/11/2020 [15:56]:
Yılmaz Vural reanimasiyaya yerləşdirilib
27/11/2020 [15:55]:
XİN başçısı: “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq”
27/11/2020 [15:52]:
Düşmənin viran qoyduğu Ağdamın helikopterdən çəkilmiş görüntüləri - VİDEO
27/11/2020 [15:51]:
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO
27/11/2020 [15:50]:
Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?! -Paşinyanın şirin yuxusu
27/11/2020 [15:39]:
“Ağdam şəhəri işğal olunandan sonra teatrın çətin günləri başladı...” - FOTOLAR
27/11/2020 [15:25]:
Bu gün 28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu
27/11/2020 [15:22]:
Bakıda yaşayan Nehrəm ağsaqqallarından Prezident İlham Əliyevə MÜRACİƏT...
27/11/2020 [15:17]:
DSX: İrandan Azərbaycana narkotik gətirənlər saxlanılıb
27/11/2020 [15:16]:
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq
27/11/2020 [15:14]:
Paşinyanın arvadı oğurluqda ittiham edilir - VİDEO
27/11/2020 [15:09]:
Dövlətə məxsus 43 əmlak özəlləşdiriləcək
27/11/2020 [15:06]:
Paşinyan: “Zod qızıl yatağının yarısı Azərbaycan ərazisinə düşür”
27/11/2020 [15:04]:
Azərbaycanda bu gün koronavirusa nə qədər insan yoluxub? - RƏSMİ
27/11/2020 [15:03]:
Uşaqlara dair Strategiyanın uğurla həyata keçirilməsi üçün işçi qrupları yaradılacaq
27/11/2020 [15:03]:
"Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nın məqsədi müəyyənləşib
27/11/2020 [15:02]:
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı” təsdiqlənib
27/11/2020 [14:50]:
“Atamın və babamın məzarlarını tapdım, ermənilər hamısını dağıdıblar...” -Əliyar Əliyevin oğlu...
27/11/2020 [14:31]:
O, sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi...
27/11/2020 [14:29]:
Rumıniyada Kamal Abdullanın yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib
27/11/2020 [14:26]:
“Polisə Dəstək” ictimai birliyi Fransa senatının məlum qərarı ilə bağlı bəyanat yayıb
27/11/2020 [14:23]:
Baş infeksionist: "Azərbaycanda yoluxma halları sürətlə artaraq yüksək həddə çatıb"
27/11/2020 [14:17]:
Bərdədə bazar suyun altında qaldı - AÇIQLAMA + VİDEO
Bütün arxiv bir sırada
20/09/2018 [11:56] - Ədəbiyyat - ( 1533 dəfə baxılıb)

“Boynuna qoyuluncaya qədər döyün!” - VI məqalə

Sözlərin rəng assosasiyası... Qara rəngli “repressiya”...


Repressiyanın 80 illiyinə həsr olunur...

 

V məqalə burda: http://www.moderator.az/news/240578.html

 

Əvvəlki məqalələrimin birində o zamankı Azərbaycan Yazıçılar İttifaqının katibi S.Şamilovun M.Müşfiq haqqındakı ittihamlıarını (“Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quş  ilə maraqlanır, ancaq bizim sovet qurluşu ilə maraqlanmır, bizim sovet qəhrəmanları ilə maraqlanmır. Baх bu Səməndər sizin fikrinizə haradan gəlib?” və s.) yada salmışdım. M.Müşfiqin adını çox adamlar “qara tribuna”da dilinə gətirdi. Tərəddüddə qalanlar da oldu, amma Müşfdiq itkisi ədəbi-tarixi yaddaşımızda bir nisgilə çevrildi. Bəraətdən sonra da M.Müşfiq ağrısı bitmədi... R.Rza “Qızılgül olmayaydı” poemasındakı etirafında səmimi idi. O zamanın üç canlı şahidi, Müşfiqin ən munis dostları, sirdaşları (R.Rza, N.Rəfibəyli, M.Müşfiqin həyat yoldaşı Dilbər) sağ qalmışdı və indi başlarını aşağı salıb, bir-birinin gözünün içinə baxmadan M.Müşfiqi və həmin faciəli illəri yad edirdilər:

Səndən nə gizlədim,

o ağır gündən sonra

doğrudur,

dostluğumuzu danmadım.

Amma həm inandım, həm inanmadım.

Uzun zaman qara şübhələr

məni incitdi yaman.

Amma nəticə birdir-

apardılar, demək müqəssirdir...

Bu nəticəyə gələndə mən

bir səs qalxırdı sinəmdən:

Bəs günahı nədi,

bəs cinayəti nədi?

-Düşündüm mən də

müqəssirdir, əgər

cəzasını çəkər,

 minlərlə başqası kimi.

          -Çəksin! Fəqət, müqəssirdir əgər

neçün xalq qabağında

qurulmasın məhkəməsi?

 “Xalq düşməni” adıyla güllələnənlər, əslində xalq qarşısında, açıq-aşkar mühakiməyə çəkilməli deyildimi? Zirzəmilərdə, bağlı, sirli məkanlarda məhv edilən insanlar haqqında ən yaxın dostlar belə illər boyu şübhəli-şübhəli düşünməli oldu.

Doğrudur,

ona namərd şilləsi kimi vurulan

imzalar içində

 mənim imzam olmadı.

Heç kəs məndən iltizam almadı.

Lakin,

lakin necə sakit deyim ki,

səsim gəldikcə bağırmadım.

Xalqı

ədalətsiz bir hökmü pozmağa

çağırmadım...

Elə poemanın özündə də cavablar səsləndirilir: “Bir zaman ki, cinayətin qanlı ləpirlərini cinayət süpürürdü, bağırmaq olardımı, elə bir gündə?!”

Dostlar və sevgili qadın əllərində M.Müşfiqin kədər və nisgil rəngli dəftəri yana-yana xatırlayır və əl yazmasına baxır, misraları oxuyurlar:

Bir bura bax,

sınmış qələm ucunun

kağızda yeri qalıb.

Bir də yarımçıq şeirin

Dağınıq sətirləri qalıb:

“Bəs niyə nadanlar məni incidir?

Mən bu xoş bahardan necə ayrılım?”

“İnqilab” sovet ədəbiyyatında müqəddəs, ali hisslərlə sevilməli və qorunub saxlanılmalı bir dəyər kimi vəsf edilirdi. “İnqilab” ədalət, haqq, bərabərlik, əxlaq və mənəviyyat kimi dəyərlərin məcmusutək beyinlərə yeridilirdi. Və R.Rza da, S.Vurğun və digər sovet yazarları da bu tendensiyanın təbliğçiləri olmuşdur.

Biz inanmışdıq ki,

inqilab üçün belə gərəkdir.

 Kim yolumuzda

əngəl olsa

adı yer üzündən silinəcəkdir...

Müəllif qorxu, təşviş hissini də etiraf edir. “Doğrudur, Müşfiqi apardılar –deyib kitablarını ev-ev qaçırmadım, şəklini, məktublarını cırmadım... Amma götürdüm hamısını ilk baxışdan gözə görünə biləcək qəfəsəsindən kitabxanamın, gizlətdim göz yaşında möhrü çaylaq daşı kimi hamarlanmış köhnə canamazında anamın”- deyir...

Poemada müəllif  şair dostunun ağrısının bitməyəcəyini bəyan edir. Cəza alacaq adamlarla hesablaşmaq da gecdir artıq:

Onlar - sonra quzu görünən

 eks-fironlar

intiqama da layiq deyillər...

İndi onlar: “Biz bilmədik”-deyirlər...

Bəli, qatillər 20 il sonra cəzalandı, qurbanlar bəraət aldı, dostlar, qohumlar, şairlər, şahidlər isə xatirələrini, nisgillərini, ağrılarını kitablara, sənədlərə köçürdü...  R.Rza da yazdığı misralardan, şeirlərdən sıxılır, özünü günahkar bilir, “şəfa deyil söz məlhəmi”- deyərək bəraətlə geri dönə bilməyəcək qurbanların ruhu qarşısında sükuta qərq olurdu. 

Sıramıza pasport alan

neçə namuslu vətən oğlu

neçə ev, neçə ocaq

təmizləndi ləkədən.

Ağır günlərin vahiməsi

Günbəgün bir cani kimi

Qovulur böyük bir ölkədən.

Amma qəlbin böyük ağrısına

Şəfa deyil söz məlhəmi.

Minbir ümumi sevinc

Dağıdarmı bir həsrətdən

Bir ölümdən qovan qəmi?

 Artıq neçə on illərdir ki, repressiya mövzusunun araşdığıcıları ilə bu mövzudan sui-istifadə edib öz ambisiyalarını cəmiyyətə, ədəbi ictimaiyyətə təlqin edən “qarışdırıcılar”ı ayırmaq problemimiz yaranıb. H.Cavidin bir dramını belə oxumayan, S.Vurğunun, M.Müşfiqin və başqalarının yaradıcılığını mükəmməl öyrənməyən müəlliflər qəflətən özlərini yada salmaq və kimlərinsə diktəsini yayımlamaq üçün ölüləri mühakimə edir. Son zamanlarda bu cür kompaniya S.Vurğunla bağlı yenə fəaliyyətə başladı. Xalqın S.Vurğun sevgisini onun əlindən almaq olmur, amma xalq bəzən söz sahibi olmaya da bilir...

Qəribədir, repressiya qurbanları bəraət aldıqca sovet şair və yazıçılarını dar ağacı altına sürükləyirik sanki. Doğrudanmı, biz mütləq günahkarları şair və yazıçılar arasında axtarmalıyıq? İctimai-iqtisadi formasiyaların, quruluşların, qərb və şərəq dünyası qarşılaşdırmalarının, dini, irqi ayrıseçkiliklərin törətdiyi daimi düşmənçilik mübarizəsinin, iqdisadi maraqların, dünya ağalığı, imperializm, müstəmləkə siyasətinin nəticəsi olaraq dünyanın mənzərəsi dəyişir. İnqilablar, dünya müharibələri insanların və insanlığın taleyinə ağır zərbələr vurur. Bu cür böyük hərəkatlardan birinin başlanması XX əsruin əvvəlində Oktyabr inqilabı ilə bitdi... Və bizim üçün hər şey elə bil bu tarixdən başladı...

Zaman o zaman oldu ki, hayqırmaq, vicdan meyarları ilə mübarizəyə qalxmaq imkanı sıfıra endirildi. Söz ancaq “hakim”lərin, hökmdarların idi... Meydan bir cəllad kötüyünü andırırdı... 

Qılınclar toqquşub iş görən zaman

Neylər dediyiniz quru bir vicdan? (S.V)

H.Cavidlə, Ə.Cavadla S.Vurğunu repressiya zamanının həqiqi mənzərəsini unudaraq qarşılaşdırırlar çox zaman. H.Cavidlə S.Vurğunun arasında 24 illik yaş fərqi vardı. H.Cavidin əqidəsi, ideya yolu İranda, Türkiyədə aldığı təhsilin, xarici ölkələrdə gördüyü ictimai-siyasi, sosial-mədəni mühitin təsiri ilə müəyyənləşmişdi. H.Cavid böyük bir ədəbi məktəb, bədii-estetik, elmi-mədəni konsepsiyalar təriqətini mənimsəyib sənətə qədəm basmışdır. Müsavat hakimiyyətinin tərəfdarı, türk dünyası yazarı, T.Fikrət, R.Tofiq təliminin yetirməsi idi. Romantik, bəşəri, qlobal mövzular müəllifi kimi XX əsrin 20-30-cu illərində Azərbaycan ədəbiyyatında yad, zamana və mühitə aidiyyatsız kimi görünürdü hətta... İnqilab, partiya, kolxoz, kollektivləşmə şüarları, bayraqları onun başı üzərində dalğalanırdı. Amma H.Cavidi ilhama gətirə bilmirdi... M.Müşfiq yaradıcılıq baxımından H.Cavid yolunun yolçusu olmasa da, sosial-siyasi baxış etibarı ilə onun davamçısı, əqidə, amal yoldaşı idi... Yaradıcılığa müsavatçı kimi başlayan, bu yöndə siyasi fəaliyyətini belə uzun müddət davam etdirən C.Cabbarlı daxili təbəddülatlarına 1927-ci ildə yazdığı “Od gəlini” əsəri ilə son qoydu və 1928-ci ildə sovet hakimiyyətinin ideoloji tezislərindən biri olan “qadın azadlığı” məsələsini “Sevil” pyesi ilə reallaşdırdı... C.Cabbarlı kimi mübariz insanı artıq erkən başlayan psixoloji repressiya dalğası sovet ədəbiyyatı dairəsinə sala bilmişdi. Və ədəbiyyat tarixində ilk sovet dramaturqu statusuna qədər dəyişdirilən C.Cabbarlı kolllektivləşmə, kolxozlaşma (“Almaz”, “Dönüş”, “Yaşar”) beynəlmiləlçilik (“1905-ci ildə”) və s. mövzular ampluasına gətirildi... Bəzi araşdırıcıların qeyd etdiyi kimi, C.Cabbarlı sovet hökumətini ona görə qəbul edib, onun bayrağı altına keçmədi ki, “mədəni inqilab” uğurlarına valeh oldu, ona görə müsavat yazarından sovet dramaturquna çevrildi ki, daima təhdid və təqib altında yaşadı. Həqiqi müstəqillik mübarizəsinə inamını itirmiş C.Cabbarlı öz anti-sovet həmkarları haqqında sözünü açıq-aşkar çıxışlarında bildirirdi...

S.Vurğun Azərbaycanın əyalətində (Qazax müəllimlər seminariyasında) təhsil almışdır. Azərbaycanda sovet hökuməti qurulanda onun 14 yaşı vardı. S.Vurğunu zamanın, sovet, sosialist nəzəriyyələrinin diktəsi, tərbiyəsi formalaşdırdı. Eləcə də R.Rza, S.Rüstəm, S.Rəhimov, M.İbrahimov, M.Hüseyn, M.C.Paşayev və başqalarını...

S.Vurğun 1933-cü ildə “Azərbaycan” şeirini yazır, 1937-ci ildə bir neçə həftənin içərisində “Vaqif” mənzum dramını. Konkret olaraq onu repressiya qurbanı kimi güdaza verməyin materiallarını, anti-sovet, anti-stalinizm faktlarını həm 1931-ci ildə yazdığı “Komsomol” poemasında, həm “Azərbaycan” şeirində, həm də “Vaqif” dramında tapmaq olardı... Necə ki Ə.Cavadın “Göy göl”, M.Müşfiqin “Oxu tar” əsərlərini siyasiləşdirmək mümkün olmuşdur...

Alimlər, tədqiqatçılar görəcəyi işi ictimai auditoriyadan gözləmək mümkün deyil. Bu gün çox hallarda S.Vurğunu təbliğ etmək istəyənlərin “xeyiri” onu inkar, tənqid  edənlərin ziyanı ilə üst-üstə düşür. S.Vurğunu sevmək hələ onu lazımı qaydada təqdim etmək demək deyil. Məsələn, mən şairə həsr edilmiş tədbirlərin birində S.Vurğunun “Ceyran” şeirində ictimai-siyasi motiv axtaran araşdırıcının çıxışını dinlədikcə şairin bu zamandakı ədəbi taleyinə də acıyası oldum... Artıq 25 ildir ki, ədəbiyyatşünaslığımızın qarşısında S.Vurğun yaradıcılığını, ümumiyyətlə, klassik və XX əsr sovet ədəbiyyatı tarixini yeni, müstəqillik və azadlıq, demokratiya şəraitinin prinsipləri ilə araşdırmaq vəzifəsi dayanıb. Həmin dövrün faciəsini S.Vurğunun “Komsomol” poeması, “Vaqif” dramı qədər psixoloji incəliklərlə açan başqa bir əsərə rast gəlmək çətin olar. Onun Gəray bəy obrazı 1960-cı illər ədəbiyyatımızdakı “yeni nəsr”in  ziddiyyətli xarakter axtarışlarındakı ən uğurlu sələf idi. İstər Cahandar ağa (“Dəli kür”), istərsə Kərbalayı (“Qarlı aşırım”) və başqa bu xarakterli obrazlar onun xələfi idi...

S.Vurğun “Komsomol” poemasını 1931-ci ildə yazdı. Onda hələ repressiyanın güllə səsləri bütün küçələrdə eşidilmirdi.  S.Vurğun bu poemasında anlaşılmaz, ziddiyyətli durumun faciə qəhrəmanlarını yaratmışdı. Bəxtiyar obrazı baş qəhrəman idi, Gəray bəy də. Və şair hər iki mövqeyi zamanın məğlub tərəfi kimi canlandırırdı. Hər iki cəbhədə rus-sovet sisteminin vurduğu yaraların ağrısı ifadə olunurdu. Bəzən S.Vurğunun bu misralarını misal gətirib onu repressiya qurbanları ilə qarşılaşdırırlar:

Nədən şeirimizin baş qəhrəmanı

 Gah Turandan gəlir, gah da İrandan?

  Bəs mənim ölkəmin varlığı hanı?

 Böyük bir şairin yazdığı dastan

  Gah Turandan gəlir, gah da İrandan!..

Amma elə bu misraların əvvəlində bu fikir də səsləndirilir:

Nədən söyləməsin ana dililə 

Öz odlu nitqini yoldaş komissar?

 Türkcə danışmasın sevgilisilə...

  Bu mənhus adətdə böyüklükmü var?

  Məndən inciməsin yoldaş komissar!

S.Vurğun Azərbaycan ədəbiyyatında ən aydın ictimai-siyasi görüşləri olan və açıq sözlü müəlliflərdən biri idi. S.Vurğunun adı dəfələrlə əksinqilabçılar siyahısına düşmüşdü. Amma o istər yazdığı əsərlərin ideyasına, istərsə də sovet hakimiyyətinin təbliğat strategiyasına görə sosialist mövqeli idi. Repressiya illərində Lenin, Stalin, Moskva və partiya haqqında ən alovlu şeirlər onun qələmindən çıxdı. Amma onun əqidəsində inqilaba inam, inqilabın qələbəsini qoruma tendensiyası danılmazdır:

O yanda Bəxtiyar, yanında Cəlal:

- Olsun inqilaba qanımız halal, -  

 Deyib vermişdilər elə baş-başa,

 Onları meydanda qoyub Mirpaşa

 Qaçıb soxulmuşdu qaranlıqlara...

Poemada Mirpaşa obrazı “allahsız” kimi təsvir edilir. “Allahsızlıq” sovet ideologiyasının ana təlqinlərindən biri idi. Allaha ünvanlanacaq sevgilər sosializmə, leninizmə, kommunizmə, stalinizmə yönəlməli idi. Ona görə də məscidlər təhqir edilir, dini kitablar təhrif...  S.Vurğun isə həmin illərdə yazırdı:

Əsrlər boyunca o əzan səsi,

 İnsanın insanla mübarizəsi

Sizə əfsanələr kimi gəlməsin,

 Göydən tökülməmiş nə Tanrı, nə din.

 Bəşər bu yolları keçəydi gərək,

Böyük addımlarla gəlir gələcək...

 O məscid, o əzan, ordakı insan,

 Onların ən gizli sirrinə dalsan,

 Hər biri vaxtında yeni bir xəbər,

 Hər biri vaxtında canlı bir əsər... 

Bəşər vicdanını bağlamış ona,

 İnanmışdır onun haqq olduğuna.

 İştə, o zamandan, o gündan bəri

 Gəlib dolandıqca ömrün illəri.

 Hər könül olmuşdur ibadətxana,

 İşləmiş ürəyə, qarışmış qana.

            Və şair çox cəsarətlə bəyan edirdi ki, insanların qəlbinə hakim olan bu cür müqəddəs duyğular “əmrlə insanın çıxmaz canından”...

 Bir də, komsomolçu deyil xuliqan

 Ki, onun ağlına nə gəlsə tutsun.

 Ar olsun, doğrudan, sana ar olsun!

Gəray bəyin dilindən deyilən “O top səslərinin altrında bu gün  Əli lüfəng tutan nə varsa bütün  Ölür də, Öldürür, lap qiyamətdir!  Anlayan yoxdur ki, bu, siyasətdir!”-fikrinin repressiv məna çalarları diqqəti çəkir...

            S.Vurğunun təqibi Stalinin öldüyü ilə qədər davam edir.  1950-ci illərdə onu millətçilikdə təqsirləndirir, kitablarına və tamaşalarına qadağa qoyurlar.  Və taleyin çox qəribə yazısıdır ki, S.Vurğun ölən gün qəzetdə M.Bağırovun edam olunması xəbərini eşidir...

1937-ci ildə R.Axundov ifadə verəndə 54 adamın adı olan (əksinqilabçılar dəstəsi) bir siyahıya da imza atır və həmin siyahıda güllələnmə əmrindən taleyi yan keçən Ü.Hacıbəyovun, M.S.Ordubadinin, S.Vurğunun da adı olur.

Aşnin də göstərirdi ki, bu illərdə S.Vurğunun adı təhlükəli siyahılara tez-tez düşürdü. Onun haqqında ya cinayət qovluğu yaradılmadı, ya da sonradan həmin qovluq məhv olundu... Elə ittihamlar edirdilər ki, güllələnmə ilə o günahlandırmalıar arasında sadəcə bircə addımlıq məsafdə qalırdı. Cəzalar isə davam etməkdə idi. Hamını ittiham edən Yazıçılar İttifaqının katibi S.Şamilov və İttifaqın katibi S.Vurğun, eləcə də tənqid şöbəsindən Hidayət  Əfəndiyev vəzifəsindən azad edilir. Hətta S.Vurğunla S.Rüstəm arasındakı söz-söhbətə göz yumduğuna görə M.Hüseyn də cəzalandırılır, idarə heyətindən çıxarılır.

 

“Daha 25 fevral tarixində Azərbaycan Dram Teatrının sabiq müdiri Kərimov S.Vurğuna  qarşı ifadə verdi. 9 apreldə Ruhulla Axundov ondan uzun  siyahısında “partiyadan kənardakı millətçilər” kimi bəhs etmişdi. (R.Axundovun mühakimə qovluğu) Əli Nazim Mahmudzadə onu “əkksinqilabçı və müsavatçı” kimi xarakterizə edirdi. Talıblı 17 avqustda bildirmişdi ki, Nəzərli, Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza və İsmayıl Hafizdən ibarət “qrup təşkil etmişlər” (H.Cavidin mühakimə qovluğu)  Şairə qarşı müxtəlif adamların ifadələrini H.Cavidin mühakimə qovluğunda da tapdıq.  Sonda M.Müşfiqi də ifadə verməyə məcbur etdilər və Ə.Cavadın da mühakimə qovluğunda bu cür ifadələrə rast gəlmək olur”. (“Məhv edilmiş türkoloqlar”)

Adı çəkilən kitabda (“Məhv edilmiş türkoloqlar”) “şanslılar” ifadəsi bir neçə dəfə çəkilir və bu siyahıya isə Ü.Hacıbəyov, S.Vurğun, R.Rza, S.Rüstəm, A.Şaiq, M.Hüseyn, M.Rahim, rəssam Ə.Əzimzadə, aktyor M.Əliyev və başqaları daxil edilir.  A.Şaiq 1905-ci ildən H.Cavidin ən yaxın dostu olmuşdur. S.Rüstəm haqqında isə maraqlı bilgi ilə qarşılaşırıq. Müəlliflər göstərir ki, Ə.Nazim ifadə verərək bildirir ki, 1925-ci ildə S.Rüstəmin başçılığı ilə Bakı Pedoqoji məktəbin bir qrup məzunu B.Çobanzadənin dərs dediyi Pedoqoji İnstituta daxil olmağa üstünlük verir. Nəzərli isə göstərirdi ki, Süleyman Rüstəm 30-cu illərdə “bütün rusları hökumətin sosial həyatından uzaqlaşdırmağı” tələb edirdi.  Yazıçıların 10-12 iyun 1937-ci ildə olan toplantısında S.Rüstəm ən ağır tənqid olunanlardan oldu. O, güllələnənlər siyahısına düşmək üzrə idi. Amma qurtuldu və daha 52 il yaşadı...

Ülvi Rəcəb və M.Əliyev də siyasi baxışlarına görə  eyni durumda olan adamlar idi, amma Ü.Rəcəb güllələndi, M.Əliyev isə qurtuldu, sonralar SSRİ xalq artisti oldu...

Ə.Cavadın mühakimə qovluğunda S.Vurğunun adı iki dəfə çəkilir və onun haqqında da düşünmək lazım olduğu vurğulanır. Repressiya illərinin şahidləri, əlaqədar qurumların əməkdaşları 1950-ci illərdə verdikləri ifadələrdə təsdiqləyirdilər ki, M.Bağırov inzibatçılara əmr vermişdi ki,  məhbuslar dindiriləndə “Boynuna qoyuluncaya qədər döyün!” Xalq Daxili İşlər Komissarlığının əməkdaşı P.Vladimiroviç 1954-cü ildəki ifadəsində deyirdi ki, məhbuslar lazım olan ifadəni vermək istəməyəndə Bağırov qəzəblənir və deyirdi: “Məlum olur ki, az döymüsünüz!”... 1952-ci ilə qədər S.Vurğunun daima nəzarət və təqib altında olması faktını da P.Vladimiroviç ifadəsində təsdiq edirdi... “S.Vurğun Bağırovun təqdimatı ilə tutuldu, daha sonra “qurtarıcı mələk” rolu oynadı,  onu otağına gətirmələrini əmr etdi və şəxsən orda da azad elan olundu”. (“Məhv edilmiş türkoloqlar”)   

S.Vurğun yaradıcılığının dəyərli araşdırıcısı Aslan Salmansoy onun haqqında yazdığı məqalələrdə şairin mütəmadi olaraq repressiya maşınının ağzına atıla biləcək təqib və tənqidlərinin bir çoxunu müxtəlif mənbələrdən əldə edərək məqalələrində konkret sitatlarla göstərmişdir. “...Hər halda S.Vurğun özünün yenidən tərbiyəsinə əhəmiyyət verməlidir” (“İnqilab və Mədəniyyət” j., 1931, №3-4, s.68).

Səməd Vurğun yoldaşın yaradıcılığı qəti bir günəşə möhtacdır. O, ya birdəfəlik üçtelli saza yapışmalı, el aşıqları ilə ağız-ağıza verərək “yaşıl dağları, əlvan buludları, çırpınan titrək könülləri şairanə bir surətdə” təsvir etməli və yaxud mübariz proletariatın qalibiyyət marşını çalmalıdır”. (“Kommunist” q., 8 may 1931, №102).

Şairin yaradıcılığının ilk dövrlərində yazdığı şeirlər bu məqalələrdə də inkar edilirdi: “Səməd yaradıcılığının ilk dövrlərində xırda burjua dünyagörüşünün şiddətli təsirinə məruz qalmış, qarşısına qoyduğu məsələlərin heç birini proletar sinfi nöqteyi-nəzəri ilə həll edə bilməmişdir...O bu zamanda tipik bir romantikə bənzəyir. Şeirləri “bəşəri humanizm” siması daşıyır. İctimai hadisələrə NEP dövrünün böyük təbəddülat və yeniliklərinə kənardan bir tamaşaçı kimi baxır”. (“Hücum” j., 1932, №5-6, s.31- 32).

1937-ci ilin iyununda Yazıçılar İttifaqının rəhbərləri – S.Şamilov sədrlikdən, S.Vurğun isə katiblikdən azad edilir. Tənqidçilərdən biri yazır: “Necə ola bilər ki, Ə.Cavadın, H.Cavidin yuvasından çıxmış...Müşfiq İttifaqın plenumunu və “Ədəbiyyat qəzeti”ni öz tribunasına çevirmişdir. Necə ola bilmişdir ki, Müşfiq kimi xain düşmən Sovet Yazıçıları İttifaqı rəhbərləri S.Şamilov və S.Vurğunun qanadı altında son günədək öz kontrrevolyusion pozucu işlərini yerinə yetirməyə imkan tapmışdır. Ədəbiyyatda xalq düşmənlərinin bütün qalıqları axıradək ifşa olunmalı, böyük sosializm quruluşumuza qarşı azğıncasına kin və ədavət bəsləyən müsavatçı və trotskist quduzlar yox edilməlidir” (“Kommunist” q., 1937, 20 iyun).

S.Vurğunda poetik talant vardır, bu şübhəsizdir; o da şübhəsizdir ki, inkişaf etməyən, bu gün Sovet epoxamızın qabaqcıl ideyaları səviyyəsində möhkəm dura bilməyən talant, mənasız və boş bir şeydir” (“Ədəbiyyat qəzeti”, 20 sentyabr 1937, №39).

 

V məqalə burda: http://www.moderator.az/news/240578.html


Ardı var

14.01.2018.

İradə Musayeva

 

 

 

loading...
Öldüyü düşünülərək morqa qoyulan adam qışqıraraq həyata qayıtdı...
Sücaət, neyləyək baxt belə baxtdı, darıxma, hər şeyi həll edən vaxtdı... - Kəlbəcər həsrəti
2 kişi eyni yataqda yaxalandı, alacaqları cəza ölkəni ayağa qaldırdı...
Koronavirus peyvəndi ilə bağlı qalmaqallı etiraf: Çalışmalarda səhvə yol verdik"
"Biz millət olaraq çox şanslıyıq ki, bizim İlham Əliyev kimi liderimiz var" - Millət vəkili
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."
Araşdırma
“Fransa senatının 30 il öncə ləğv olunmuş qurumu “tanıması”  savadsızlıqdır”
Cəmiyyət
Bakıda yaşayan Nehrəm ağsaqqallarından Prezident İlham Əliyevə MÜRACİƏT...
Cəmiyyət
“Atamın və babamın məzarlarını tapdım, ermənilər hamısını dağıdıblar...” -Əliyar Əliyevin oğlu...
Siyasət
"Bayrağımız Xankəndində dalğalanandan sonra erməni təxribatlarının qarşısı alınacaq"

Yazar
İlham İsmayıl
Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə... - İLHAM İSMAYIL
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Elşad Paşasoy
Fransa məhz özü bacısı Ermənistanı fahişəliyə sürükləmişdi ki...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə ona görə belə asan və sərbəst danışır ki..."
"İran həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu..."
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
“O əsgəri dünyaya tanıtmaq üçün planlar qurmuşdum, amma eşitdim ki, şəhid olub...”
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247