Xəbər lenti
20/09/2019 [07:43]:
ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTO
20/09/2019 [07:35]:
Ömər xəstəxanada rastlaşdığı Baş naziri səhiyyədəki problemlərə görə “yuyub sərdi”…-FOTO+VİDEO 
20/09/2019 [06:40]:
Aşura gecəsi İmam Hüseynin(ə) davranışı  insanlara hansı dərsləri verdi?..
20/09/2019 [01:17]:
81 yaşlı qadın bankomatdan pulunu oğurlamaq istəyənin “dərsini verdi” - FOTOLAR
19/09/2019 [23:56]:
Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötdü
19/09/2019 [23:46]:
Ötən il neçə nəfər valideynlik hüququndan məhrum edilib? - STATİSTİKA
19/09/2019 [23:44]:
Sosis, kolbasa və Palma yağı... - XƏRÇƏNG RİSKİ
19/09/2019 [23:30]:
Dikdaban ayaqqabılar altında qalan 23 illik diktatorun qürbətdəki ölümü...
19/09/2019 [23:02]:
ABŞ Həsən Ruhaniyə və İranın XİN rəhbərinə viza verib
19/09/2019 [23:00]:
"Qarabağ" "Sevilya"ya Bakıda böyük hesabla uduzdu - YENİLƏNİB
19/09/2019 [22:23]:
Üç nəfəri avtomobil vurdu: biri azyaşlıdır
19/09/2019 [22:12]:
Erkan Özoral: "Türkiyədən Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması xəbəri həqiqəti əks etdirmir"
19/09/2019 [21:52]:
Alman jurnalistlər “İŞİD”-çilərin saxlanıldığı  türmədən reportaj hazırladı - FOTO+VİDEO
19/09/2019 [21:34]:
ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır
19/09/2019 [21:33]:
“Qarabağ” İspaniya La Liqasının liderinə qarşı - YENİLƏNİB
19/09/2019 [21:20]:
Bakı Nəqliyyat Agentliyi niyə tənqid edilir: İctimai qınağı körükləyənlərin niyyətləri...
19/09/2019 [20:42]:
"Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb - FOTO+VİDEO
19/09/2019 [20:40]:
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib - SİYAHI
19/09/2019 [20:38]:
“Qarabağ” - “Sevilya” oyunu üçün heyətlər açıqlandı
19/09/2019 [20:35]:
Müdafiə xərclərinin artması yeni silahların alınması mənasına gəlmir - AÇIQLAMA
19/09/2019 [20:34]:
Kərim Kərimova Prezidentin fərdi təqaüdü təyin olundu
19/09/2019 [20:32]:
Bu ölkədə evlilikdən kənar münasibət qadağan ediləcək - MARAQLI
19/09/2019 [20:31]:
18 yaşlı qızı qaçıran, onu atıb, başqası ilə evlənən meyxanaçı: İndidə də modellə... – FOTOLAR
19/09/2019 [20:26]:
Adnan Oktar hakim qarşısında: “Bizdə qəyyumluq sistem var”
19/09/2019 [20:24]:
Məşhur sosial şəbəkə ulduzu avtomobil qəzasında öldü - VİDEO
19/09/2019 [20:19]:
Xırdalanda 4 yük avtomobili yandı
19/09/2019 [20:17]:
Bərdədə yol kənarında dayanan piyadanı avtomobil vurdu
19/09/2019 [20:15]:
Ermənistanda Konstitusiya Məhkəməsi hakiminin impiçment prosesi başladı
19/09/2019 [20:08]:
Qütblərarası savaş və ya dialoq niyə alınmır... - BAXIŞ BUCAĞI
19/09/2019 [20:08]:
Köhnə avtobusu üzgüçülük hovuzuna çevirdilər - MARAQLI
19/09/2019 [19:30]:
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib”
19/09/2019 [19:27]:
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb
19/09/2019 [19:18]:
Başında 10 santımetrlik "şeytan buynuzu" çıxdı - QORXUNC...
19/09/2019 [18:59]:
“Azərbaycan öz hesabına yaşayır” - Siyavuş Novruzov
19/09/2019 [18:57]:
Naxçıvanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb
19/09/2019 [18:51]:
"Son iki ildə Azərbaycanda vəkil qurumlarının sayı artaraq 81-ə çatıb"
19/09/2019 [18:44]:
Sevgili olduqları deyilən Nanə ilə Üzeyir Azərbaycanı TƏRK ETDİ - FOTOLAR
19/09/2019 [18:35]:
İngiltərə Bankı faiz dərəcəsini dəyişdirməyib
19/09/2019 [18:34]:
TDƏŞ-in xarici işlər nazirlərinin növbədənkənar görüşü keçirilib
19/09/2019 [18:32]:
Elmar Məmmədyarov: "Türk Şurası doğru yoldadır"
19/09/2019 [18:29]:
Nazirlikdən işsiz vətəndaşlarla bağlı - AÇIQLAMA
19/09/2019 [18:25]:
"Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirildi
19/09/2019 [18:20]:
BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı keçirilib
19/09/2019 [18:14]:
Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə vermədi - Foto
19/09/2019 [18:11]:
İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib
19/09/2019 [18:11]:
“Bu məsələ sizi maraqlandırmasın və...” - General Mövlam Şıxəliyevdən əcaib açıqlama...
19/09/2019 [18:06]:
Meyxanaçının arvadı: "Orxan ailəsini hansısa küçə pozğununa dəyişib"
19/09/2019 [18:01]:
Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istədilər
19/09/2019 [17:09]:
İrəvanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin müzakirə olunduğu bilindi...
19/09/2019 [16:48]:
Xəstələrdən “bıçaq pulu” alan cərrah Elnarə Məmmədova həbs edildi
19/09/2019 [16:47]:
Təkbaşına toxuduğu kilimləri Amerikaya qədər göndərir- MARAQLI...
19/09/2019 [16:45]:
Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması... Və müəmmalı “Maybach”i
19/09/2019 [16:27]:
Altı yaşlı uşaq beş gün anasının cansız bədəniylə bir evdə qaldı- FOTOLAR
19/09/2019 [16:18]:
Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parça-parça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
19/09/2019 [16:13]:
“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi - FOTOLAR
19/09/2019 [16:03]:
Kıvanç Tatlıtuğun başı dərddə: beş il həbs oluna bilər
19/09/2019 [15:45]:
"Qızlarımıza tövsiyəm odur ki, heç vaxt Rusiyadan gələn oğlanlara inanmasınlar..."
19/09/2019 [15:43]:
Paytaxtda bir çox ağac qəsdən qurudulur - RƏSMİ
19/09/2019 [15:43]:
Azad Kərimli: "Tibb Universitetini bitirənlər onkoloq olmaq istəmir"
19/09/2019 [15:40]:
“O, məni küçə pozğununa dəyişib” - Meyxanaçının arvadından AÇIQLAMA - FOTO
19/09/2019 [15:35]:
TANAP-la indiyədək nəql edilən qazın həcmi açıqlandı
19/09/2019 [15:26]:
ADAU-da yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçirilib
19/09/2019 [15:12]:
Avropada səfirliklərini bağlayan düşmən İsraildə səfirlik açacağını bəyan etdi...
19/09/2019 [15:06]:
“Mən o müğənnilərə artist deyə bilmərəm” - Murad Arif
19/09/2019 [15:00]:
Qəddar erməni nazirin layiqli sonu –Onu da şefi Beriya kimi güllələyiblər
19/09/2019 [14:50]:
Azərbaycanlı həkim on il pasiyentin boynunda qalmış iynəni kənarlaşdırıb (FOTO/VİDEO)
19/09/2019 [14:44]:
Azərbaycanda “uşaqpulu” 3 yaşadək uşaqlara verilə bilər - Komitədən TƏKLİF
19/09/2019 [14:33]:
Sabirabadda qarayaraya tutulanlardan təzə XƏBƏR VAR
19/09/2019 [14:31]:
İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR
19/09/2019 [14:25]:
"Dedim ki, məktəb teatra, sirkə bilet satmaq üçün yer deyil axı, təhsil ocağıdır..."
19/09/2019 [14:20]:
Keçmiş erməni hərbi qulluqçusu etiraz olaraq mənzilini yandırıb – DETALLAR
19/09/2019 [14:19]:
Fərəc Quliyevdən müxalif düşərgədə "bomba həyəcanı" yaradacaq atmacalı şərh...
19/09/2019 [14:15]:
Bakıda dəhşətli qəza törədən məmur və avtomobili -FOTO
19/09/2019 [14:05]:
Somali ordusu 3 ərazini "Əş-Şəbab"dan azad edib
19/09/2019 [14:01]:
DÇ-də dava salan Hacı Əliyevlə bağlı yeni qərar - Ləğv edildi
19/09/2019 [14:01]:
BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb
19/09/2019 [13:47]:
Hüseyn Abdullayevin məhkəməsində gərginlik - Təcili yardım çağırıldı...
19/09/2019 [13:37]:
Vladimir Putin Nikol Paşinyanın görüş təklifini rədd edib
19/09/2019 [13:35]:
“Qanunvericilikdə nə göstərilirsə, metropoliten bunu qeyri-şərtsiz icra edir...”
19/09/2019 [13:35]:
“Bizdə istefa verən yoxdu - elə bilirik, 5 nazir getməklə Ermənistan dağılacaq...”
Bütün arxiv bir sırada
22/09/2018 [10:59] - Cəmiyyət - ( 3045 dəfə baxılıb)

Qarabağa sülhü Rusiya, yoxsa Azərbaycan əsgəri gətirəcək? - ekspertlər deyir ki...



Azərbaycan Ordusunun sentyabr ayının 17-də başlayan 20 minlik genişmiqyaslı hərbi təlimləri bu gün yekunlaşır. 5 günlük təlimlərdə əsas hədəf torpaqlarımızın erməni işğalından azad edilməsi üçün daha konkret ssenarinin işlənməsi idi. Müdafiə Nazirliyindən verilən məlumatdan qənaət hasil olur ki, silahlı qüvvələrimiz qarşıya qoyulan bürün hədəflərə nail olub.

Ordumuzun belə genişmiqyaslı, müharibə şəraitinə maksimum yaxınlaşdırılmış təlimləri Ermənistanın hazırkı rəhbərliyinin mövqeyi üzündən bir az da dalana girmiş sülh danışıqları fonunda xüsusilə önəmlidir. Bu, bir daha düşmənə açıq mesajdır ki, Azərbaycan sonsuzadək atəşkəs (işğal) rejiminə dözməyəcək və İrəvan Dağlıq Qarabağla bağlı tezliklə konstruktiv mövqe tutmasa, qanuni ərazilərimizi silah gücünə azad eləməli olacağıq. Ermənistan hökumətinə ən güclü təsir rıçaqı isə yenə Kremlin əlindədir.

*****

Bu mənada Rusiya prezidenti Vladimir Putinin gələn həftə Bakı və İrəvana edəcəyi səfərə müəyyən ümidlər bağlanır. Maraqlıdır ki, səfər ərəfəsində yenidən “5 rayon məsələsi” aktuallaşıb. Özü də bu haqda rusiyalı politoloqlar daha ucadan danışmağa başlayıblar.

Məsələn, “Milli müdafiə” nəşrinin baş redaktoru, Dünya Silah Ticarətinin Analiz Mərkəzinin rəhbəri, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib ki, Ermənistan dərhal işğal altındakı rayonların beşini Azərbaycana qaytarmalıdır (publika.az). “Bu kiminsə xoşuna gəlməyə bilər, lakin vəziyyət belədir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Qarabağla yanaşı, ətrafındakı rayonlar da işğal altındadır: “Ermənilər bu əraziləri ”təhlükəsizlik zonası" adlandırırlar. Bu faktı dəyişdirməyə heç kimin gücü çatmaz. Bu, Ermənistanın işğal etdiyi Azərbaycan ərazisidir".

Əlbəttə ki, Rusiyadan səslənən belə açıqlamalar bizim xeyrimizədir. Ancaq yaxşı olar ki, bu cür bəyanatlar Moskva rəsmilərinin dilindən də səslənsin. Əks halda Rusiyanın Qarabağla bağlı böyük sülh anlaşmasında maraqlı olduğuna inam yaranmayacaq.

*****

Əfsus ki, bir neçə ay öncə Ermənistanda hakimiyyətə gəlmiş yeni qüvvələr, Paşinyan hökuməti də Qarabağ ətrafında situasiyanı daha da gərginləşdirməklə məşğuldur. Bunu Qərb analitikləri də xüsusi vurğulamağa başlayıblar.

“Nikol Paşinyanın rəhbərliyi altında Ermənistanın yeni hakimiyyətinin aqressiv davranışı ölkə daxilində situasiyanı idarə edilməzliyini gücləndirir, bütövlükdə Güney Qafqazda sabitliyə neqativ təsir edir”. Bu barədə “Vestnik Kavkaza” nəşrinə açıqlamasında beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase Paşinyanın Qarabağa dair son bəyanatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyanın Bakıya münasibətdə təxribatçı ritorikası yersiz və aqressivdir, yekun etibarilə Ermənistanın daxilində və onun hüdudlarında kənarda daha böyük xaosa və qarışıqlığa gətirəcək: “Yeni İrəvanın xüsusən də xarici siyasəti qəribə təsiri bağışlayır. Bu siyasət Ermənistanın müttəfiqlərinin çevrəsini böyütmür, əksinə, daraldır. Azərbaycan isə özünün regional və beynəlxalq əlaqələrini möhkəmlədir”.

Politoloqa görə, baş nazir Nikol Paşinyan hər dəfə eyni güzəştsiz bəyanatlar verirkən Türkiyə prezidenti Ərdoğan Azərbaycanla dost, qarşılıqlı faydalı əlaqələri gücləndirir. “Türkiyənin qazancı aydındır, nədən ki, o, həlledici qlobal oyunçuya çevrilir. Azərbaycanın uzunmüddətli xarici siyasət strategiyasının mühüm bir hissəsi Rusiya prezidenti Vladimir Putinin Bakıya sentyabrın 25-də edəcəyi səfər olacaq. Özü də bu zaman Azərbaycanın daxili regional diplomatiyanın dinamikası çərçivəsində prezident İlham Əliyevin Rusiya lideri ilı görüşü də daxil, bütün bu addımlarına ayrı-ayrılıqda baxılmalıdır”, - deyə o qeyd edib.

Amerikalı politoloqun dəyərləndirməsinə görə, Dağlıq Qarabağ konfliktinin nizamlanmasında həlledici vasitəçilik rolu hələ də Rusiyaya məxsusdur. “Buna görə yeni İrəvanın aqressiv-təhqiredici ovqatdan konstruktiv məcraya qaytarılması yönündə addımları məhz Moskvadan gözləmək lazımdır. Rusiya erməni hökumətini öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa inandırmağa və beynəlxalq hüququn tələblərinə əməl eləməyə qadirdir”, - deyə analitik sonda əlavə edib.

Bəs Rusiya, Putin bunu edəcəkmi, nəhayət, əlində unikal şans ola-ola Qarabağla bağlı diplomatik həmlə üçün hərəkətə keçəcəkmi? Ümumiyyətlə, Dağlıq Qarabağa sülhü kim gətirəcək - Rusiya yoxsa Azərbaycan əsgəri?

Putinin Bakı və İrəvan səfərindən sonra bu suallara əhəmiyyətli dərəcədə aydınlıq gələcəyi gözlənilir. Necə deyərlər, “ümid axırıncı ölür”.

*****

Azərbaycan ordusu isə günü bu gün torpaqlarımızı düşmən tapdağından azad eləməyə hazırdır.

“Prezidentin çıxışında vurğuladığı kimi, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunun üçün münbit şərait artıq yetişib”. Bu sözləri axar.az-a açıqlamasında Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov deyib. O bildirib ki, Ermənistanda yeni hakimiyyət çox ağır durumdadır.

Eldar Namazov ile ilgili görsel sonucu

“Əslində Paşinyan hələ tam hakimiyyətə gələ bilməyib. Ölkənin parlamenti onun siyasi rəqiblərinin nəzarəti altındadır. Parlamentin dəstəyi olmadan hər hansı bir islahat paketini həyata keçirmək mümkün deyil. Paşinyan başa düşdü ki, artıq o, siyasi rəqibləri həbs edərək, korrupsiya, 1 mart hadisələri ilə bağlı məhkəmə proseslərini apararaq camaatın başını qata bilməyəcək. Ona görə də başqa bir yol seçib. Bunun üçün o, Qarabağ kartından maksimum səviyyədə istifadə etməyə başlayıb. Bu məsələ ilə bağlı çox sərt bəyanatlarla çıxış edir. Bu da dünyada tez-tez istifadə olunan üsuldur. Yəni Paşinyan xarici düşmən obrazını yaradıb xaricdən təhlükə olduğunu deyərək, cəmiyyəti daimi təzyiq altında saxlayaraq, modernizə etmək niyyətindədir”, - deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, bu üsuldan əvvəlki erməni rəhbərləri də istifadə edib: “Ancaq onlar daha hiyləgər və təcrübəli idilər. Onlar beynəlxalq ictimaiyyəti 20 ilə yaxın aldada bilirdilər ki, guya sülh danışıqları aparırlar. Azərbaycana beynəlxalq ictimaiyyəti erməni yalanlarını ifşa etməsi üçün təqribən 20 il vaxt lazım oldu. 4-5 il öncə isə beynəlxalq ictimaiyyət artıq Ermənistanın apardığı siyasəti anlamağa başladı. Hələ Serj Sərkisyan dövründə Minsk Qrupunun həmsədrləri hər il bəyanatlarında qeyd edirdilər ki, status-kvonu dəyişmək lazımdır. Bununla onlar ermənilərə mesaj verirdilər ki, siz yolunuzdan əl çəkməsəniz, bunun axırı müharibə olacaq. Azərbaycanın güc tətbiq edərək, torpaqlarını azad etməsinə beynəlxalq hüquq prinsiplərinə uyğun tam haqqı çatır. BMT-nin Nizamnaməsində də, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində də bu öz əksini tapır. Sadəcə belə qərar vermək üçün təkcə beynəlxalq hüquq normaları deyil, eyni zamanda, siyasi amillər də nəzərə alınır”.

E.Namazova görə, Paşinyan istəyir ki, Qarabağ mövzusunu ortalığa atıb vaxt qazansın: “Ancaq bunu o qədər təcrübəsiz edir ki, Ermənistanın özünü çox pis duruma salır. Əgər Sərkisyan və Köçəryan Qərbi sülh danışıqları apardıqlarına inandıra bilirdilərsə, Paşinyan bütün dünyaya bəyan edir ki, həmin işğal olunmuş 7 rayon da artıq Dağlıq Qarabağın ərazisindədir. Hətta Paşinyan öz çıxışlarında bildirir ki, Dağlıq Qarabağın gələcəyini Ermənistanın tərkibində görür. Bu, təkcə Azərbaycana qarşı deyil, eyni zamanda 20 ildən artıq Minsk Proseslərinə rəhbərlik edən həmsədrlərə, beynəlxalq qurumlara meydan oxumaqdır... Bundan sonra ağlı başında olan diplomat, beynəlxalq təşkilat rəhbəri Azərbaycana müharibə etməməsini deyə bilməyəcək. Artıq siyasi amillər də onu göstərir ki, Azərbaycan güc tətbiq etməklə torpaqlarını işğaldan azad edəcək. Bu missiyanı Paşinyan artıq öz üzərinə götürüb. O, bütün dünyanı inandırır ki, Azərbaycanın müharibə etməkdən başqa yolu yoxdur. Bunu da nəzərə almaq lazımdır ki, Ermənistan konflikt dövründə hələ indiyə qədər heç vaxt bu qədər zəif olmayıb. Azərbaycan Ordusunun gücü Aprel döyüşlərindən sonra sübuta yetirilib. Hesab edirəm ki, biz müharibə yolu ilə torpaqlarımızı azad etməyə artıq çox yaxınıq. Burada orta, ya da uzun gələcəkdən söhbət getmir. Yaxın zamanlarda bu addımı Azərbaycan atmalıdır”.(musavat.com)

loading...
loading...
81 yaşlı qadın bankomatdan pulunu oğurlamaq istəyənin “dərsini verdi” - FOTOLAR
Bu ölkədə evlilikdən kənar münasibət qadağan ediləcək - MARAQLI
Qütblərarası savaş və ya dialoq niyə alınmır... - BAXIŞ BUCAĞI
Köhnə avtobusu üzgüçülük hovuzuna çevirdilər - MARAQLI
Başında 10 santımetrlik "şeytan buynuzu" çıxdı - QORXUNC...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Qızlarımıza tövsiyəm odur ki, heç vaxt Rusiyadan gələn oğlanlara inanmasınlar..."
Cəmiyyət
“Mən yaradıcı dostlarıma arzu etmirəm ki, onlar bu xəstəliyə tutulsunlar...”
Cəmiyyət
Vaqif Bayatlı yeni kitabını çapa hazırlayır- Həyat yoldaşından açıqlama...
Cəmiyyət
Əlillərə zərgərlik işinin pulsuz öyrədiləcəyi sex açılacaq-İbrətamiz…
İqtisadiyyat
“RUS AZERİ SPİRİTS” ZAVODU AÇILIŞA TAM HAZIRDIR - FOTOLAR
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
"Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi" - Köçəryandan maraqlı etiraf...
“Putinin təbrik məktubundan sonra müxalif media əsas diqqətini Birinci xanıma yönəltdi...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247