Xəbər lenti
29/02/2020 [10:43]:
“Türkiyə Qarabağ istiqamətində genişmiqyaslı əməliyyatlara rəvac verə bilər...”- İŞĞALÇI TƏŞVİŞDƏ..
29/02/2020 [10:36]:
“Hücumu bizim hərbi təyyarələr həyata keçirib...”- Rus mediası...
29/02/2020 [10:35]:
Azərbaycanlı modelyer boşandığı polkovnik ərindən danışdı
29/02/2020 [10:31]:
Həbs edilən icra başçısı hind və Qarabağ atları saxlayırmış...
29/02/2020 [10:25]:
Dükan-bazarlardakı qiymətlərə koronavirus təhdidi - satıcılar deyir ki...
29/02/2020 [10:24]:
Qarabağ üçün itirilən daha 2 ay - sülh əlçatmaz olur, savaş isə...
29/02/2020 [10:23]:
"Yaxın bir ay ərzində neftin qiymətlərinin 30 dollara qədər ucuzlaşması mümkündür"
29/02/2020 [10:10]:
İcra başçılarına pis xəbər: Maaş kartları şəxsən təhvil veriləcək
29/02/2020 [10:05]:
Azərbaycanın Xalq artisti vəfat etdi
29/02/2020 [10:04]:
“Tək nəfəsliyimiz İran bazarı idi...” - yeni problemlə üzləşən Biləsuvardan reportaj
29/02/2020 [10:01]:
Konstitusiya Məhkəməsi seçki üçün toplanacaq
29/02/2020 [10:00]:
Suriyada türk əsgərinə xain hücumun pərdəarxası - Putinlə Ərdoğan nədən danışıb?
29/02/2020 [09:57]:
Keçmiş nazir İsmət Abbasova cinayət işi açıla bilər – hüquqşünas şərhi
29/02/2020 [09:46]:
İrandan qayıdan Ağdaş sakini karantinə alındı
29/02/2020 [09:44]:
Doqquzuncu sinif şagirdi qızı binanın girişində zorladı
29/02/2020 [09:44]:
Fransanın səhiyyə nazirindən koronavirus çağırışı: “Əl sıxmaqdan qaçının”
29/02/2020 [09:43]:
Paşinyan sadə erməni ailələrinə baş çəkməyə başladı... - Növbəti şou - FOTO
29/02/2020 [09:43]:
Daha bir ölkədə koronavirus aşkarlandı
29/02/2020 [09:40]:
Son 1 gündə Çindən kənarda koronavirusa yüzlərlə insan yoluxub
29/02/2020 [09:39]:
Rusiyada helikopter qəzaya uğrayıb: Ölən var - VİDEO
29/02/2020 [08:37]:
Mollalar keşişlərlə futbol oynadı...-FOTOLAR
29/02/2020 [08:05]:
"Sağlamlığı qorumağın ən səmərəli üsulu bədəni hərəkətsizlik halından çıxarmaqdır..."
29/02/2020 [07:44]:
Müəllim sinifdə “Məsti Xumar” mahnısını qoşaraq əndamını oynatmaqla rəqs etdi - VİDEO
29/02/2020 [07:36]:
11 yaşlı "ağıl dəryası" Albert Eynşteynin rekordunu təzələdi
29/02/2020 [07:34]:
Putinlə Ərdoğan arasında Moskvada kritik görüş baş tutacaq: Peskovdan açıqlama...
29/02/2020 [07:28]:
Sükana nəzarəti itirən sürücü avtomobili aşırdı - VİDEO
29/02/2020 [07:25]:
Türk ordusu kimyəvi silah təsisatını bu cür məhv etdi - VİDEO
29/02/2020 [07:20]:
ABŞ-da yalnız 1 koronavirus xəstəsi qaldı
29/02/2020 [07:18]:
Baş infeksionist: "Hazırda məktəb və bağçalarda dezinfeksiya işləri aparılır"
29/02/2020 [07:16]:
Tramp Milli Kəşfiyyatın rəhbəri vəzifəsinə namizədini irəli sürüb
29/02/2020 [07:15]:
Xərçəngə səbəb olan məhsul açıqlandı
29/02/2020 [07:14]:
Son sutka ərzində Çindən kənarda koronavirusa mindən artıq insan yoluxub
29/02/2020 [07:10]:
Cavan qalmaq istəyən əkiz bacılar qocalmadan öləcəkdilər - FOTO
29/02/2020 [07:07]:
İtaliyada koronavirusun qurbanlarının sayı 20 nəfəri ötdü
29/02/2020 [07:06]:
Koronavirus ən zənginləri də “vurdu” – 444 milyard dollar itirdilər
29/02/2020 [00:45]:
Türkiyə İdlibdə daha bir şəhid verdi: Ankara Dəməşqə müharibə elan edəcəkmi..?
29/02/2020 [00:38]:
BBC-dən şok iddia: "İranda koronavirusdan 210 nəfər ölüb..."
29/02/2020 [00:20]:
Türkiyənin bu partiyaları ortaq bəyanat yaydı
29/02/2020 [00:17]:
Nərimanovda helikopter yerə çırpıldı - Yeniləndi
29/02/2020 [00:13]:
Türk dronları darmadağın edir, ruslar isə mane olmur - VİDEO
29/02/2020 [00:02]:
Koronavirus ABŞ-da pivə satışına təsir etdi
28/02/2020 [23:59]:
Azərbaycan millisinin yoxlama oyunları ləğv edilə bilər
28/02/2020 [22:58]:
Azərbaycanda koronavirusa yoluxmuş şəxsin yerləşdirildiyi xəstəxana məlum oldu
28/02/2020 [22:54]:
Pakistanda avtobusun qatarla toqquşması nəticəsində 15 nəfər ölüb
28/02/2020 [22:36]:
Kürdəmirdə zəncirvari yol qəzası
28/02/2020 [22:34]:
"Xəzərdəki ən böyük donanma bizə məxsusdur"- İlham Əliyev
28/02/2020 [22:27]:
Prezident: "Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri hesab edir"
28/02/2020 [22:24]:
Azərbaycanda bu küçə öz-özünə işıqlanır - VİDEO
28/02/2020 [22:22]:
"Çinlini, hindlini gətirib yanımıza qoyublar" - Astara xəstəxanasında dəhşət - VİDEO
28/02/2020 [22:20]:
Koronavirusa qarşı effektiv türkəçarə və qidalar - SİYAHI
28/02/2020 [22:18]:
İlham Əliyev: "Son 16 ildə xarici ticarətimiz 6,4 dəfə artıb"
28/02/2020 [22:17]:
Dövlət başçısı: "Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb"
28/02/2020 [22:15]:
Sarımsaq koronavirusla mübarizə aparmır, əksinə, mikrofloranı zəiflədir - Pediatrdan MƏSLƏHƏT...
28/02/2020 [22:11]:
Bir barmağından istifadə edərək kitab yazdı - MARAQLI
28/02/2020 [22:06]:
Qubad İbadoğludan yeni kampaniya: "Virusu məktəbə buraxmayaq!"
28/02/2020 [22:02]:
Putinin qızı milyardlıq büdcəyə malik “Süni intellekt problemləri institutu”nun rəhbəri oldu
28/02/2020 [21:55]:
Uorren Baffet: “Kriptovalyutalar bir zibilə də yaramır”
28/02/2020 [21:51]:
Batan qadını xilas etmək istəyən kapitan özünü gəmidən atdı - FOTO
28/02/2020 [21:51]:
Ərdoğan və Tramp arasında telefon danışığı oldu
28/02/2020 [21:48]:
Koronavirusun 10 yaşından aşağı uşaqlarda öldürücü təsiri yoxdur - TƏBİB
28/02/2020 [21:44]:
Dənizin altında nəfəs aldıran yeni bir alət icad etdi - MARAQLI... + VİDEO
28/02/2020 [21:44]:
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib - YENİLƏNİB
28/02/2020 [21:31]:
İsrailin müdafiə naziri İranı hədələdi: "Suriyadan rədd olun, 1 ilə onları qovacağıq”
28/02/2020 [21:28]:
Yaşlı kişi cinsi orqanını, boğazını və biləklərini kəsdi - DƏHŞƏT...
28/02/2020 [21:28]:
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə müsabiqə elan etdi - ŞƏRTLƏR...
28/02/2020 [21:26]:
Metroda mahnı oxudu, həyatı dəyişdi - FOTOLAR
28/02/2020 [21:23]:
İranda dövlət idarə və müəssisələrində iş saatı azaldılıb
28/02/2020 [21:21]:
Putinlə Ərdoğanın görüşü planlaşdırılır
28/02/2020 [21:00]:
Gürcüstanda karantinə götürülənlərin sayı 39 nəfərə çatdı
28/02/2020 [20:57]:
Rusiya və Türkiyə arasında kritik görüş başa çatdı
28/02/2020 [20:56]:
“Onu yandıraq, yandırmazdan əvvəl boğaq”
28/02/2020 [20:49]:
Şəhid atası Akara elə sözlər söylədi ki... - Ürəkağrıdıcı anlar
28/02/2020 [20:47]:
“Namusun varsa, arvadını başqa kişi ilə tutanda niyə çəkib, paylaşırsan?”
28/02/2020 [20:43]:
Sumqayıtda "Paşa", Sergiyev Posadda "Qarik" Eduard Qriqoryanla bağlı faktlar - FOTOLAR
28/02/2020 [20:36]:
Rusiyanın məşhur onkoloqu Azər Axundov kimdir?
28/02/2020 [20:31]:
İran parlamentində 4 nəfər koronavirusa yoluxub, bütün iclaslar təxirə salınıb
28/02/2020 [20:29]:
BMT-nin Təhlükəsizlik Şurası İdlib üçün toplanır!
28/02/2020 [20:15]:
Britaniya Xarici İşlər naziri: "Türk əsgərlərinin öldürülməsini qınayıram"
28/02/2020 [20:12]:
Hökumət karantini pozan şəxslərlə bağlı göstəriş verdi
28/02/2020 [20:07]:
Azərbaycan Misirə başsağlığı verdi
Bütün arxiv bir sırada
24/09/2018 [18:19] - Müsahibə - ( 1630 dəfə baxılıb)

"Moskvaya çağırılaraq sazişdən imtinaya məcbur edilməsini hamımız yaxşı xatırlayırıq"



Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev hakim partiyanın saytına müsahibə verib. 


Moderator.az həmin müsahibəni təqdim edir.


- Azay müəllim, bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan ölkədir. Azərbaycan bir sıra regional və transmilli layihələrlə dünyanın diqqət mərkəzindədir. Ölkəmizin beynəlxalq müstəvidə artan rolu haqqında fikirlərinizi bilmək istərdik...

- Bu gün Azərbaycan özünün əldə etdiyi uğurlarla beynəlxalq aləmdə çox böyük nüfuza sahibdir. Bu bir həqiqətdir ki, dünyanın əksər dövlətləri Azərbaycana etimad göstərir,bizimlə yaxından əməkdaşlıq etmək istəyir və ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır. Bunun isə sadə bir səbəbi var. Prezident İlham Əliyev xarici və daxili siyasətdə ardıcıl və proqnozlaşdırılan siyasət həyat keçirir, milli maraqlarımızı bütün müstəvilərdə qorumağı bacarır, heç bir təzyiq və diktə ilə qərar qəbul etmir, verdiyi vədə əməl edir və sözün əsl mənasında ölkəmizin müstəqilliyini qoruya bilir. Bu cür prinsipal mövqe sərgiləyən, açıq və şəffaf siyasət həyata keçirən bir ölkə şübhəsiz ki, bütün tərəfdaşların rəğbətini qazanır, dünyada nüfuzu artır və ona hər kəs hörmətlə yanaşır. Bütün bunlar əsas verir ki, Azərbaycan bizim hamımızın bildiyimiz ən nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etsin, beynəlxalq və regional əhəmiyyətli enerji, tranzit, infrastuktur və digər iqtisadi layihələri uğurla həyata keçirə bilsin, 155 ölkənin dəstəyi ilə dünyanın əın mötəbər təşkilatı olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilsin.

- Sizcə Azərbaycan buna necə nail olur?

- Bu suala tam vədəqiq cavab vermək üçün Azərbaycanın xarici siyasət doktrinasına və qəbul etdiyi qərarlara diqqət yetirmək lazımdı. Əgər biz Prezident İlham Əliyevin xarici siyasət kursuna baxsaq, görərik ki, Azərbaycan MDB və Avropa məkanında çox nadir və bəlkə də yeganə dövlətdir ki, öz priorotetlərini özü müəyyən edir, milli maraqlarına cavab verən tərəfdaş ölkələri və təşkilatları özü seçir, müxtəlif hərbi və siyasi bloklarla eyni məsafədə durmağı bacarır və onlarla hansı müstəviyə qədər əməkdaşlığa ehtiyac varsa, o qədər əməkdaşlıq etməyə sərbəst qərar verir.

Şübhəsiz ki, belə bir siyasi iradə və  daim gözlənilən siyasi xətt öz bəhrəsini verir. Belə ki, bir-biri ilə müxtəlif mövzularda ziddiyyətli və hətta münaqişəli vəziyyətdə olan dünyanın və regionun hegemon dövlətləri olan  ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, Türkiyə, İran və digərləri ilə ölkəmiz çox uğurla əməkdaşlıq edir və onların arasındakı ziddiyətlərin milli maraqlarımıza zərər vurmasına əsla imkan vermir. Bu xarici siyasət konsepsiyasında ölkəmiz üçün çox böyük uğur hesab olunur və heç də hər kəsə nəsib olmur.  Belə bir mürəkkəb geosiyasi şəraitdə milli maraqlarımıza cavab verən bu cür xarici siyasət kursunu uzun müddət davam etdirmək  heç də asan məsələ deyil və bu onun arxasında Azərbaycan Prezidentinin və onun komandasının çox böyük zəhməti və yorulmaz əməyi vardır. Digər tərəfdən Azərbaycanın iqtisadi baxımdan heç kimdən asılı olmaması və özü-özünü təmin etməsi müstəqil xarici siyasətimizi şərtləndirən əsas amillərdəndir. Yəni dövlətimizin həyata keçirdiyi çoxvektorlu, milli maraqlara əsaslanan siyasəti özünü doğruldur. Bu, Azərbaycanın müstəqilliyinin, suverenliyinin təminatının və daha da  güclənməsinin tək yoludur. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu yol, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu bu gün özünü tam doğruldur.

- Yeri gəlmişkən, bu kontekstdə region dövlətləri ilə Azərbaycanı  müqayisə etsək, hansı fərqli məqamları vurğulamaq mümkündür?

- Region dövlətlərinin hazırkı durumunu az da olsa təhlil etsək və onların xarici siyasət kursunu incələsək görərik ki, Azərbaycan onlarla müqayisədə həm kifayət əlverişli vəziyyətdədir, həm də daha çox müstəqildir. Misal üçün, işğalçı Ermənistan tam olaraq Rusiyanın vassalına çevrilib və nəticədə xarici siyasətdə müstəqilliyini və suverenliyi itiribdir. Sarkisyanın 3 il Avropa İttifaqı ilə Assosasiya Sazişinin imzalanması haqqında apardığı danışıqları və bu sazişin imzalanacağı tarixə 3 gün qalmış Moskvaya çağırılaraq sazişdən imtinaya məcbur edilməsini hamımız yaxşı xatırlayırıq.

Gürcüstanın isə bir tərəfli qaydada Avropa İttifaqı və ABŞ-la qurduğu siyasət ona çox baha başa gəldi. Rusiya Abxaziya və Cənubi Osetiya separatçılarını rəsmən tanıdı və hər iki regionda  səfirliyini açdı. Hazırda Gürcüstanla Rusiya ikitərəfli münasibətlərinin ən gərgin dövrünü yaşayır. Ukrayna və Moldova ilə  vəziyyət hamımıza bəllidir və nikbinlik üçün  hər hansı bir əsas görünmür.  

Ancaq Azərbaycan isə yuxarıda qeyd etdiyim kimi, işğalçı Ermənistan istisna olmaqla bütün qonşuları ilə dost və tərəfdaş münasibətlərini davam etdirir. Qardaş Türkiyə ilə münasibətlərə xüsusi toxunmağa ehtiyac görmürəm. Biz Ulu öndər Heydər Əliyevin dediyi kimi, “bir millət iki dövlət”ik. Azərbaycanın Türkiyə ilə münasibətləri mən deyərdim ki, tarixdə görünməmiş dərəcədə yüksək səviyyədədir.  İranla münasibətlərimiz də çox yaxşı səviyyədədir və Xəzərin hüquqi statusu haqqında çərçivə sənədi imzalanandan sonra əlaqələrimiz daha da dərinləşibdir.  Rusiya ilə əməkdaşlığımız isə məncə özünün ən dinamik dövrünü yaşayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin  sentyabrın 1-də Rusiyaya rəsmi səfəri və orada imzalanan sənədlər hər iki ölkə arasında münasibətlərin starteji tərəfdaşlıq səviyyəsinə qalxdığından xəbər verir. Əminəm ki, Rusiya prezidenti Vladimir Putinin sentyabrın 25-də Bakıya gözlənilən cavab səfərində bu münasibətlərə yeni impuls veriləcək və qarşılıqlı maraqlara xdimət edən dostluğumuz daha da möhkəmlənəcək.

- Yeri gəlmişkən, Azərbaycanın Avropa İttifaqı ilə hazırkı münasibətləri haqqında fikrinizi bilmək istərdim. Avqust ayında Almaniyanın Federal Kansleri Angela Merkelin ölkəmizə ilk səfəri, Prezident İlham Əliyevin Aİ-nın üzv ölkəsi olan Xorvatiyaya səfəri bu konteksdə önəmlidir. Sizcə, bu səfərlər Azərbaycana nə vəd edir?

- Bilisiniz ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər ümumən normal olsa da əvvəllər bir sıra prinsipal məsələlərdə bizi qane etməyən məqamlar var idi. Xüsusilə,bir neçə il bundan öncə əməkdaşlığımızın yeni keyfiyyət mərhələsinə çıxarılmasına hesablanmış sənəd layihəsində ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində Avropa İttifaqının bir mənalı mövqe tutmamağı bizi ciddi narahat edirdi. Təqdirəlayiqhaldır ki, cənab Prezident İlham Əliyevin Brüsselə etdiyi son səfər zamanı bizi narahat edən bu kimi məqamlar tam olaraq aradan qalxdı.Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Tərəfdaşlıq Prioritetləri adlı sənəddə Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü dəstəklənir. Əminəm ki, bundan sonramünasibətlərimiz bütün sahələrdə daha da möhkəmlənəcək və genişlənəcək.

Avropa İttifaqının əsas aparıcı ölkəsi olan Almaniyanın kansleri xanım Merkelin bu ilin avqustun 25-də Azərbaycana etdiyi səfər isə həm Almaniya –Azərbaycan, həm də Avropa İttifaqı-Azərbaycan münasibətləri baxımından da çox əhəmiyyətli oldu. Merkelin Bakıda keçirdiyi görüşlərin və verdiyi bəyanatların məzmununa baxsaq, görərik ki, Almaniya  Azərbaycana nə qədər böyük önəm verir və ölkəmizlə əməkdaşlığın dərinləşməsində maraqlıdır.  Eyni zamanda Azərbaycan prezidentinin Avropa İttifaqı ölkələrinə, o cümlədən Xorvatiyaya  etdiyi səfərlərə də bu konteksdən yanaşmaq lazımdır. Azərbaycan o ölkələrdəndir ki, onunla əməkdaşlıq və tərəfdaşlıq hər iki tərəfə fayda verir. Ona görə də bizim ölkəmizə maraq çox yüksəkdir. Təsadüfi deyil ki, Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. 

- Son günər Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə yaxından əməkdaşlıq etmək niyyətini rəsmən bəyan edib. Bunu necə qiymətləndirirsiniz? Bu əməkdaşlıq bizim digər Avropa qurumları ilə münasibətlərimizə necə təsir edə bilər?

- Mən bilirəm ki, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə yaxından əməkdaşlıq etmək istəyi bəzi dairələrdə bir mənalı qarşılanmır. Lakin bir məsələni dəqiq bilməliyik ki, Azərbaycan hakimiyyəti milli maraqlarımıza  tam cavab verməyən hər hansı bir  quruma heç vaxt üzv olmayıb və bundan sonra da olmayacaq. Bu baxımdan ŞƏT-ə iqtisadi maraqlarımızın təmin olunması üçün əlavə bir imkan kimi baxmaq lazımdır.

Azərbaycanın ŞƏT-lə əməkdaşlığını daha da inkişaf etdirmək və yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu bəyan etməsini çox müsbət qiymətləndirirəm. Ölkəmizin hazırkı iqtisadi prioritetləri və həyata keçirdiyi infrastruktur və nəqliyat  layihələri baxımından bu təşkilatla əməkdaşlığın dərinləşdirilməsini çox vacib hesab edirəm. Avrasiya qitəsinin 3/5-ünə bərabər olan, 2 milyarddan yuxarı əhaliyə sahib olan ŞƏT üzvləri ilə, xüsusilə Çin kimi iqtisadi nəhənglə bizim ortaq iqtisadi maraqlarımız var. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın müəllifi olduğu  “dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsi, hər iki istiqamətdə yük daşımalarının həcmini arzu olunan səviyyəyə çatması, ölkəmizi  “habların habı” statusuna qaldıran şərq-qərb, şimal-cənub marşrutunun özünü doğrultmasında  ŞƏT-ə tam və müşahidəçi hüquqla üz olan ölkələrin müstəsna rolu var. Başqa sözlə desək, Azərbaycanın təşəbbüs göstərdiyi Qədim İpək Yolunun bərpası məhz bu ölkələrdən daha çox asılıdır. Ona görə də Azərbaycanın ŞƏT-lə yaxından əməkdaşlıq etməsinə və müşahidəçi ölkə statusu alması üçün müraciətinə uğurlu xarici siyasətimizin davamı kimi baxıram və təqdir edirəm.

Azərbaycanın ŞƏT-lə  əməkdaşlığının Avro İttifaqı və ya  Qərblə münasibətlərinə mümkün təsirinə gəlincə, onu deyə bilərəm ki, ŞƏT-lə əməkdaşlığımız Avropa ilə əlaqələrimizə heç bir mənfi təsir göstərməyəcək, tam əksinə bizim bu əməkdaşlığımızadan Avropa da faydalanacaqdır.

- Azay müəllim, ayrı-ayrılıqda müxtəlif beynəlxalq təşkilatlara üzv olan türkdilli dövlətlərin öz aralarında olan birliyi necə qiymətləndirirsiniz? Hazırkı durum Sizi qane edirmi?

Bu gün dünyada dövlətlərarası münasibətlərdə yeni keyfiyyət dəyişiklikləri baş verir. Bir çox hallarda bu müsbət istiqamətdə getmir, yeni qruplaşma, koalisiya meylləri yaranır. Belə bir şəraitdə eyni  milli köklərə malik, dil, din bağlılığı  olan türkdilli ölkələrin birliyinə çox ehtiyac duyulur.  Dünyada 6 türk dilində danışan müstəqil və dünya birliyi tərəfindən tanınan dövlət var.  Biz dost və qardaş ölkələrik. Ona görə də, türkdilli ölkələr  bir birinə daha yaxın olmalıdır. Bu reallığı zaman bizə diqtə edir. Azərbaycan-Türkiyə münasibətləri konteksində bu reallığı və birlik nümunəsini daha aydın şəkildə görmək mümkündür.  Bu gün türkdilli ölkələri  özündə birləşdirən təşkilatlara Türkmənistanın və Özbəkistanın da qoşulması bizim gücümüzü və birliyimizi çox artırardı.

Mən tez-tez Orta Asiya respublikalarına səfər edirəm və görürəm ki, onlar  da inteqrasiya çox maraqlıdır. 2 həftə öncə Özbəkistana səfər etmişdim, parlamentdə bir sıra görüşlər keçirdim. Eləcə də, TÜRKPA ilə bağlı müzakirələr apardıq. Özbəklər də yaxşı bilirlər ki, türk dövlətlərinin inteqrasiyasına çox böyük ehtiyac var. Sevindirici haldır ki, Qırğızıstanda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə Özbəkistanın Prezidenti də iştirak etdi. Bu, çox gözəl hadisədir və Özvəkistanın Türk birliyinə qoşulması üçün yaxşı siqnaldır. Ümid edirəm ki,  yaxın vaxtlarda Özbəkistan və Türkmənistan da həm dövlət başçıları, həm də parlament formatında olan Türkdilli ölkələrin birliyinə qoşulacaqdır.

Əlbəttə ki, türkdilli ölkələr arasında ciddi ittifaq yaratmaq həyati əhəmiyyətə malikdir. Bu ölkələr hələ ki, daha çox mənəvi-mədəni parametrlərlə əməkdaşlıq edir. Amma gələcəkdə bu birlik iqtisadi, hərbi-siyasi bloka çevrilə bilər.  Çünki həm enerji ehtiyatları, həm hərbi güc baxımından və digər resurslar baxımından türk coğrafiyasının böyük potensialı var. Bu coğrafiyanın birləşməsinə əngəl olan qüvvələr də var və biz onlara imkan verməməliyik ki, bizim qardaşlığımızı, dostluğumuzu və birliyimizi pozsunlar. Bu istiqamətdə media və vətəndaş cəmiyyəti də daim aktivlik nümayiş etdirməli və bizim birliyimizi  təbliğ etməlidir.

- Azay müəllim, son sualım Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bu məsələyə beynəlxalq təşkilatların mövqeyi haqqında fikirlərinizi bilmək istərdik. Siz ATƏT Parlament Assambleyasının vitse-prezidentisiniz və bu qurumun problemin həllinə yanaşmasını necə dəyərləndirirsiniz?

- Təəssüflər olsun ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi prinsiplərə və normalara əməl və hörmət etmirlər. Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını hələ də təmin edə bilmir. Biz ATƏT Parlament Assambleyasında bu məsələni dəfələrlə qaldırmışıq. ATƏT-in bu məsələdə mövqeyi və yanaşması Azərbaycanı qane etmir və edə bilməz. Çünki, ATƏT işğalçı ölkə olan Ermənistanla, işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyur, işğalçını öz adı ilə çağırmır, beynəlxalq hüququ heçə sayan ölkəyə qarşı hər-hansı bir təsilri tədbir görmür. Cənab Prezident İlham Əliyev sentyabrın 21-də Milli MəclisdəParlamentin 100 illiyinə həsr olunmuş təntənəli iclasda çıxışı zamanı bu barədə çox açıq və qəti fikrini bir daha ifadə edərək bildirdi ki, beynəlxalq təşkilatlar Azərbaycana, münaqişənin həllinə münasibətdəikili standartlara və haqsızlığa yol verirlər, işğalçı Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq etmirlər.

Bu yaxınlarda Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qrimenqer ilə görüşündə də Azərbaycanın  mövqeyini bir daha  vurğuladı  ki, ATƏT Ermənistanın qeyri-konstuktiv mövqeyinə açıq şəkildə münasibət bildirməlidir. Ermənistanın baş naziri Nikol Paşinyanın danişiqların formatını dəyişmək və separatçıları danışıqlar masasına gətrimək  istəyi ATƏT-in Minks Qrupunun həmsədr ölkələri tərəfindən bir mənalı şəkildə pislənilməlidir. Bir sözlə, ATƏT-in özünün yaratdığı danışıqlar formatını kiminsə dəyişmək istəməsi yolverilməzdir. ATƏT bu məsələyə sərt mövqe bildirməyincə, Paşinyan kimi adamlar avantürist mövqeyini davam etdirəcək və  öz daxili auditoriyasına və hakimiyyətinin qorunmasına hesablanmış  belə sərsəm bəyanatlardan əl çəkməyəcək. Ona görə də, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hazırki  mövqeyi bizi qane etmir,  münaqişənin həlli ilə bağlı yeganə mandata sahib  olan ATƏT mövcud vəziyyətə adekvat yanaşmır və bu, bizi ciddi narahat edir. Biz öz narahatlığımızı ən yüksək səviyyədə bildirmişik.

O ki qaldı ATƏT PA-nın münaqişənin həllinə yanaşmasına, onu deyə bilərəm ki, bu məsələdə Assambleyanın mövqeyi qənaətbəxşdir. Çünki, 2015-ci ildə ATƏT PA mənim  müəllifi olduğum  “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq” adlı qətnaməni qəbul etməklə münaqişənin həlli ilə əlaqədar öz prinsipal və birmənalı  mövqeyini ortaya qoydu. Belə ki, qətnamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır, xalqların özmüqəddaratının təyin etmə hüququnun isə yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində mümkün olduğu qeyd edilir. İşğal olunmuş ərazilərdən qovulmuş vətəndaşlarımızın qeyd-şərtsiz və layəqətli bir şəkildə öz yurd- yuvalarına dönməsi üçün müvafiq şəraitin yaradılması tələb olunur. Bu baxımdan ATƏT PA-nın mövqeyi açıq və qəti şəkildə ifadə olunubdur və bu da bizi tam qane edir.

Əlbəttə, biz bununla kifayətlənmirik,  ATƏT PA-nın bütün iclaslarında Dağlıq Qarabağ məsələsəni qaldırırıq, haqlı mövqeyimizi diqqətə çatdırırıq, Ermənistanın işğalçı mahiyyətini ifşa edirik  və bundan sonra da edəcəyik.

Onu da deyim ki, bu ilin oktyabrın 3-dən 6-na kimi Bişkekdə ATƏT PA-nın payız sessiyası keçiriləcək və sessiya çərçivəsində Azərbaycanın mövqeyini və münaqişə ətrafında yaranmış hazırkı vəziyyətlə əlaqədar narahatçılığını bir daha Assambleyanın üzvlərinin diqqətinə çatdıracağıq. Son günlər İrəvanda və  Bakıda səfərdə olan ATƏT PA-nın prezidenti Corc Seretelenin münaqişə ilə bağlı bəzi təkliflri də var və çox güman ki, o təklifləri də Bişkekdə müzakirə etmək imkanımız olacaq.

Sonda onu da demək istərdim ki, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Buna heç kimin şübhəsi olmasın. Çünki, beynəlxalq hüquq və ədalət bizim tərəfimizdədir. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq təşkilatlar tərəfindən tanınır və BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müdafiə olunur. Azərbaycanın həyata keçirdiyi siyasət, ordumuzun güclənməsi, Ali Baş Komandanın Dağlıq Qarabağ məsələsində ardıcıl, güzəştsiz və prinsipial mövqeyi və ən nahəyət, bölgədə cərəyan edən proseslər və bir sıra geosiyasi amillər torpaqlarımızın işğaldan azad olunması üçün yeni imkanlar yaradır. İnanıram ki, biz bu imkanları doğru dəyərləndirməyi bacaracağıq.

"Çinlini, hindlini gətirib yanımıza qoyublar" - Astara xəstəxanasında dəhşət - VİDEO
Koronavirusa qarşı effektiv türkəçarə və qidalar - SİYAHI
Bir barmağından istifadə edərək kitab yazdı - MARAQLI
Dənizin altında nəfəs aldıran yeni bir alət icad etdi - MARAQLI... + VİDEO
Yaşlı kişi cinsi orqanını, boğazını və biləklərini kəsdi - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
“Hücumu bizim hərbi təyyarələr həyata keçirib...”- Rus mediası...
Siyasət
Paşinyan sadə erməni ailələrinə baş çəkməyə başladı... - Növbəti şou - FOTO
Cəmiyyət
“Həkimlər deyir ki, bu xəstəlik ömrünün sonuna qədər səninlə olacaq...”
Gündəm
Çarəsizliyin, çaşqınlığın və ümidsizliyin FOTOSU!
Gündəm
Koronavirusun insan hüceyrəsinə necə nüfuz etməsi  görüntüləndi...- FOTOLAR
Yazar
İlham İsmayıl
“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”
Seymur Əliyev
DSX-nın bu torpaqdan pay umanlara verəcəyi yeganə hədiyyə budur: Ölüm!
Seymur Verdizadə
Sən hər gün əliəyrilik edirsən, o, beş ildə bir dəfə...
Sultan Laçın
Azərbaycanda ədalət naminə vəzifədən imtina edə bilən neçə məmur var?..
Leyla Namazova
“28 il öncə Xocalıda təkcə Xocalı sakinləri qətlə yetirilmədi...”
Həftənin ən çox oxunanları
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
Ərdoğanın Qarabağla bağlı bəyanatı Ermənistanı qorxuya salıb
ABŞ-ın növbəti prezidenti Qarabağı qaytaracaq
“Azərbaycan Qarabağı unutsa, yaxşıdır”- “Meşə tülküsü” belə dedi...
"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"
“Lazım gəlsə, Paşinyanı güllələyərəm!..”- Erməni general
Ermənilər Yerusəlimə iddialarını rəsmən bildirdilər: Yəhudi-erməni davası ola bilərmi?
Azərbaycanlı İrəvanda meydan oxudu: "Erməni xüsusi xidmət orqanları..." - VİDEO
"Əlimdə çox ciddi və təkzibolunmaz faktlar var, onlar bundan qorxmalı, mən deyil..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247