Xəbər lenti
20/08/2019 [23:15]:
Tramp Pompeonun müavinini Rusiya səfiri təyin etmək istəyir
20/08/2019 [23:01]:
İraqda hərbi aviabazada yanğın baş verib
20/08/2019 [22:32]:
Adını göylərə, ruhunu dənizə yazmış - RƏŞAD
20/08/2019 [22:17]:
1 dəqiqə ərzində dünyada nə baş verir? – 250 uşaq dünyaya gəlir, 116 nəfər evlənir
20/08/2019 [22:06]:
Etibar Pirverdiyev işlətdiyi adamların pulunu vermir- KÖÇKÜNLƏR "AZENCO"DAN PREZİDENTƏ ŞİKAYƏT EDİR
20/08/2019 [22:00]:
Kokain kralının şahzadəsi – Eskobarın qızı haradadır?
20/08/2019 [21:58]:
Özbəkistan “üzən məzənnəyə” keçdi, dollar kəskin bahalaşdı
20/08/2019 [21:48]:
Rusiya hərbi poliqonunda sirli partlayış: nüvə monitorinq stansiyaları müəmmalı şəkildə susur...
20/08/2019 [21:42]:
“Bizə qardaşımız lazımdır, hadisənin necə baş verməsi yox, qanayan yaramıza duz səpilməsin”
20/08/2019 [21:35]:
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
20/08/2019 [21:29]:
Bakıda ana və balanı yük maşını vurub
20/08/2019 [21:27]:
Qubada baş vermiş meşə yanğınları söndürülüb
20/08/2019 [21:18]:
Qubada 50 hektar taxıl sahəsi yandı
20/08/2019 [20:47]:
Son uçuşları cənnət olan pilotlarımız... - FOTOLAR
20/08/2019 [20:43]:
Putin Makronun arvadına tərif yağdırdı - VİDEO
20/08/2019 [20:41]:
Türkiyə ordusu İraqın şimalındakı PKK mövqelərini bombaladı
20/08/2019 [20:24]:
Tramp 10-cu dəfə baba oldu - FOTO
20/08/2019 [20:24]:
“Qaçqınkom” sədri bu dəfəki qəbulda 40-dan çox vətəndaşı dinlədi
20/08/2019 [20:21]:
"Azərbaycana qarşı çirkin kampaniya satılmış müxalifət təmsilçiləri tərəfindən aparılır"
20/08/2019 [20:18]:
Putini təhqir edən jurnalist işdən qovuldu
20/08/2019 [20:06]:
"Adətən, cinayəti balaca adamların boynuna yıxırlar, əsl günahkarlar kənarda qalır..."
20/08/2019 [19:57]:
Nazirlikdən "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab: "Heç bir əsasa söykənmir"
20/08/2019 [19:47]:
DİM Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələrini elan etdi
20/08/2019 [19:43]:
BDU rektoru İsrailin Holon Texnologiya İnstitutunda görüşlər keçirib
20/08/2019 [19:25]:
Orxanın atası: "Oğlumu ustalıqla, fəhləliklə böyütmüşəm, pis ata olmamışam"
20/08/2019 [19:17]:
Tolik: "Sevda təyyarədə elə qışqırırdı ki..."
20/08/2019 [19:11]:
Roza Zərgərli: "Nadirin oxumağını kəsin, heç kimə lazım deyil"
20/08/2019 [19:04]:
Paşinyan kəndçini özünə müşavir təyin etdi
20/08/2019 [19:02]:
Hirkan Milli Parkında yanğının söndürülməsinə iki helikopter cəlb edildi - FOTO/VİDEO
20/08/2019 [18:58]:
Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir
20/08/2019 [18:54]:
“Qarabağda azərbaycanlılardan quş tüfənglərini də yığdırırdı- indi qəhrəmanlıqdan danışır...”
20/08/2019 [18:53]:
İtaliyanın baş naziri istefa verdi
20/08/2019 [18:51]:
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupu ilə görüşdü - FOTO
20/08/2019 [18:48]:
"Demokratiyanın beşiyi"ndə müsəlman restoranını “gülləbaran” etməklə hədələdilər...
20/08/2019 [18:46]:
Qubada 10 yaşlı uşaq dəm qazından boğularaq öldü
20/08/2019 [18:30]:
Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi
20/08/2019 [18:26]:
“Azərbaycan diversantları o vaxt bizim bir postumuzu ələ keçirdi...” - Kəşfiyyat rəisi olmuş Karapetyan
20/08/2019 [18:22]:
Müğənnidən attestatsız universitetə qəbul olan tələbəyə JEST: Təhsil haqqını mən verəcəm
20/08/2019 [18:18]:
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
20/08/2019 [18:12]:
“Onun səsləndirdiyi fantastik ideyalar insanları qıcıqlandırır, çünki...”
20/08/2019 [18:05]:
Aktrisadan tənqidlərə cavab: "Əcəb edirəm, baxmayın" - FOTOLAR
20/08/2019 [17:57]:
Braziliyada silahlı şəxs sərnişinlərlə dolu avtobusu girov götürdü
20/08/2019 [17:54]:
AMEA-nın əməkdaşından yeni bəstə: "Adın gəlir ürəyimə" - VİDEO
20/08/2019 [17:52]:
Sevgilisini özündən 30 yaş kiçik qıza dəyişdi - FOTOLAR
20/08/2019 [17:47]:
"Ürəyim sıxılan kimi ərim ilə sevişirəm" deyən model çılpaq halda... -FOTO
20/08/2019 [17:43]:
5 aylıq körpəsini pəncərədən atmaq istədi - QORXUNC... + VİDEO
20/08/2019 [17:43]:
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
20/08/2019 [17:39]:
Vilayət Eyvazov: "Müvəqqəti saxlama yerləri video nəzarət və təhlükəsizlik avadanlıqları ilə təmin olunub"
20/08/2019 [17:38]:
Ağdaşda nikah yaşına çatmamış üç qız hamilə qalıb: üçü də subaydır
20/08/2019 [17:31]:
Gənc qadın metroda anidən dizlərinin üzərinə çökdü və ... - MARAQLI
20/08/2019 [17:21]:
Ermənistanda “Sibir yarası” yayıldı
20/08/2019 [17:13]:
Çimərlikdən 40 kiloqram qum götürən cütlüyə həbs şoku - MARAQLI
20/08/2019 [17:02]:
5 metrlik əl heykəli şəhər sakinlərinin kabusuna çevrildi - FOTO
20/08/2019 [16:48]:
Biri 24, digəri 34 yaşında canına qıydı...
20/08/2019 [16:40]:
"Bu yaşıma ən böyük hədiyyəm nəvəm oldu..."
20/08/2019 [16:38]:
Ölü doğuş keçirdiyi üçün 30 il cəza alan gənc qıza bəraət verildi - FOTO
20/08/2019 [16:37]:
Dişini çəkdirmək istəyən adam gözünü də itirdi - FOTO
20/08/2019 [16:35]:
Çingiz xanın çadırına zəncirlənən qadın sultan - TARİXİ FAKT
20/08/2019 [16:30]:
Millimizin sabiq baş məşqçisi İbrahimlə İbrahimoviçi qarışdırdı - VİDEO
20/08/2019 [16:28]:
Yol polisi və Ekologiya Nazirliyi Bakıda reyd keçirir - FOTOLAR
20/08/2019 [16:27]:
Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi
20/08/2019 [16:26]:
Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək
20/08/2019 [15:56]:
Prezident futbol klubu sahibindən maliyyə dilənir: Hələ belə şey olmamışdı...
20/08/2019 [15:55]:
Nüvə müharibəsi 10 illik “nüvə qışı” vəd edir –Alimlərdən Rusiya və ABŞ-a çağırış
20/08/2019 [15:53]:
Səfir hücuma məruz qalıb –Özü xəsarət alıb, saatı oğurlanıb
20/08/2019 [15:50]:
Ali məktəblərdə boş qalan yerlərlə kolleclərə keçirilən müsabiqə… –Cavablar elan olundu
20/08/2019 [15:26]:
“Onlar lüt soyunur, seksual xarakterli cinayətlər edir, xüsusi amansızlıqla qətllər törədirlər” - MÜSAHİBƏ
20/08/2019 [14:56]:
Saakaşvili: "Qarabağ Azərbaycandır!"
20/08/2019 [14:55]:
258 məhkum həbsdən qaçdı- ÖLKƏ ŞOKDA...
20/08/2019 [14:47]:
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
20/08/2019 [14:20]:
Bakıda kirayə evlər ötən aydan bahalaşıb
20/08/2019 [14:14]:
Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb
20/08/2019 [13:56]:
Düşmən Lələtəpədə itirdiyi əzalarını Avropada axtarır: Kimi əl, kimi ayaq həsrətində...
20/08/2019 [13:53]:
"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır
20/08/2019 [13:50]:
Şabrandakı yanğınla bağlı 7 nəfər xəstəxanalıq oldu
20/08/2019 [13:33]:
Şüşədəki əlli illik məktubun sahibi tapıldı- MARAQLI...
20/08/2019 [13:24]:
Göyçə gölü poliqona çevrildi: Düşmənin qadını da, uşağı da güllə atmaqda yarışır...
20/08/2019 [13:23]:
Obama, Zukerberq və Geyts Ermənistana gedir
20/08/2019 [13:21]:
Nursultan Nazarbayev bəstələdiyi mahnı üçün klip çəkdirib - VİDEO
20/08/2019 [13:16]:
Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Bütün arxiv bir sırada
16/10/2018 [15:15] - Cəmiyyət - ( 1064 dəfə baxılıb)

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ



Seyid Əzim Şirvaninin dünyagörüşündə sufiliyə, sufizmə meylililk də çox hiss olunur. Xüsusilə də, o, riyakar zahidlərə, ruhanilərə nisbətdə özünü bir sufi kimi görür. Yəni onun dindarlığı, möminliyi bir sufi möminliyidir. Məsələn, o, orucluğu bir zahid kimi deyil, bir mömin sufi kimi dərk edir:

Bir ay rəmazan oruc tutub hər axşam,
İftarımı eylədim şərabi-gülfam,
İndi nədir, ey şeyx, şəriət hökmü,
Kəffarə verim, oruc tutum, ya itam? 

Eyni zamanda, o, ramazanın sufilik anlamda mahiyyətini ortaya qoyan bir şeirində yazırdı ki, fani dünyada əsas məqsəd insanla Allah arasına sədd çəkməməkdir. Məhz ramazan ayında riya əhlinin bütün cəhdlərinə baxmayaraq, Allahla insan arasında səmimi bir əlaqənin, ilahi bir sevginin yaranması mümkün olur. O yazır:

Ey saqiyi-gülçöhrə, mahi-rəməzan oldu,
Gülzari-rüxi-dilbər zəf ilə xəzan oldu.

Dildar tutub ruzə, zəf oldu ona qalib,
San yengi çıxan aydır, çərx üzrə əyan oldu.

Qaçmış o güli-alın ləli-ləbinin qanı,
Bağrım tutulub qəmdən, qönçə kimi qan oldu.

Aşüftə olub kakil əbruyi-kəcin tutdu,
Mah idi bu eyd üçün əbr içrə nihan oldu. 

Açıldı dəri-məscid, cəm oldu riya əhli,
Bağlandı səri-mina, qəmdən xəfəqan oldu.

Niyyət gecəsi verdim iymanı, şərab aldım,
Sud oldu bu sövdadə, zahid, nə ziyan oldu?

Ta hübbi-Əlidən mey Seyyid kimi nuş etdim,
Sərməstligim, saqi, məşhuri-cahan oldu.

Seyid Əzim hesab edirdi ki, Allahla insan arasında sədd çəkən İslam dini adı altında çıxış edən riyakar ruhanilərdir. Bu anlamda şair İslam dininin günü-gündən «naxoş»lamasının başlıca səbəbkarı kimi hər hansı məzhəbə qulluq etməsinə baxmayaraq, onun adından çıxış edən bütün riyakar ruhaniləri, zahidləri, mollaları göstərmişdir. S.Əzimin fikrincə, onların riykarlığı nəticəsində mömin müsəlmanlar məscidlərdən üz çevrir, onların övladaları tərəqqidən geri qalır, dini ayin və mərasimlərin mahiyyəti dəyişdirilir, məzhəblərarası təfriqələr daha da vüsət alır və nəticədə «islam milləti» naxoşlayır. 
Bizə elə gəlir ki, Seyid Əzim məhz bütün bunlara son qoymaq, yəni naxoş «islam milləti»ni sağaltmaq üçün Bakıxanovun yolunun davamçısı kimi, ilk növbədə şeirlərində riyakar zahidlərin iç üzlərini ifşa etməklə yanaşı, Allahla insanı bütünləşdirən bir fəlsəfəni iərli sürürdü:

Ey könül, məscid yolunu tərk et, rəhi-meyxanə tut.
Ğuğma əldə zahidin təsbihini, peymanə tut.

Zahidü məscid təmənnasın çox etmə, ey könül,
Zahidi bir cüğd bil, həm məscidi viranə tut. 

Ona görə, zahid bir tərəfdən dini moizələr oxuyub avam müsəlmanları cənnətlə şirinkləşdirib cəhənnəmlə isə qorxutduğu halda, o biri tərəfdən özü bu dünyada “cənnət” içində yaşayır, üstəlik o biri dünyada da cənnətə gözünü dikib. Halbuki əsil mömin müsəlman üçün Allaha qovuşmaqdan, Onunla bütünləşməkdən böyük bir xoşbəxtlik ola bilməz. O yazır:

Zahida, ol sənəmin zülfi-çəlipasına bax,
Aç bəsirət gözüvi, nərgisi-şəhlasına bax.

Ayeyi-xəmr oxuyur, nəfini inkar qılır,
Tutduğu felini gör, verdigi mənasına bax.

Cənnətə getdi və ya düzəxə mürdə, nə qəmin,
İrsinə dik gözüvü, külçəvü həlvasına bax.

İstəyir cənnəti zahid bu qədər hiylə ilə,
Əbləhin fikrini gör, dildə təmənnasına bax.

Eyni zamanda, o, deyirdi ki, zahiddə hünərin olmadığını da, ilahi məhəbbətdən uzaq  olduğunu da, hətta insanlıqla üst-üstə düşməyən əməllərini də yaxşı bilir. İlahi məhəbbətə doğru yürümək üçün gərək insanda o, məhəbbətin bir zərrəsi olsun. O yazır: 

Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox.
Meydani-məhəbbət tərəfə bir güzərin yox.

Mehrabdə əgləş ki, cigərdar degilsin,
Bu nari-qəmə yanmağa əsla cigərin yox.

Ta müxbiri-eşq oldu könül, bixəbərəm mən,
Zahid, xəbərim yox, bu xəbərdən xəbərin yox.

Sən eylə pəri, hur xəyalilə ibadət,
Bəzmində ələnnəqd büti-simbərin yox.

Ey zahidi-xüşk, eyləmə üşaqqə təfaxür,
Ahi-səhərin, suzi dilin, çeşmi-tərin yox). 

Şair onu da yazırdı ki, artıq zahid sözü ilə hər hansı savaba meyil göstərməyin özü də belə doğru hesab edilmir. Çünki zahidin savab dediyinin özündə də, bir riyakarlıq vardır. Bu anlamda zahid kimi aşkarda müsəlman olub, əslində gizlində isə dinini şeytana verməkdənsə, Şeyx Sənan tək açıq-aşkar bir kafir qızına meyil edib ona görə din dəyişdirmək daha məqbuldur. O yazır: 

Zahida, dinivü sən verdin əbəs şeytanə,
Şeyx Sənan verib öz dilbəri-tərsası üçün.

Ümumiyyətlə, Şirvaninin nəzərində zahidlər, riiyakar din xadimləri İslam dininin ən böyük düşmənləridir. Çünki məhz onların şər əməlləri nəticəsində müsəlmanların çoxu məsciddən üz döndəriblər, xalq arasında molla və zahidin adları çəkiləndə ikrah hissi baş qaldırır. Artıq riyakarlıqla zahidlik sinonim kimi başa düşülür. Şirvani yazır: 

Riyanı tərk elədim, cam tutdum, ey zahid,
Mənim də el gözünə parsalığım var idi.

Ya da:

Gecə-gündüz ki, özü məsti-riyadır zahid,
Badədən bəs nə üçün mən qılır ovbaşi?

Kəbədə olsa da zahid ki, təvaf etməzdi,
Səngi-meyxanədən olsaydı gər bir daşi.

Gördüyümüz kimi, Şirvani açıq-aşkar şəkildə zahidləri din düşməni elan etmiş, özünü bir sufi kimi ortaya qoymuşdur. Onun nəzərində zahidlərin, vaizlərin bir qara qəpik dəyəri yox idi. Çünki “naxoş”layıb “xəstə” halına düşən İslam dininin bu vəziyyətində şeytanla əlbir olan zahidlərin payı çox böyük idi:

Vaiz eləyir mənfəəti-badəni inkar,
Meyxanələrə gör ki, nə əfzundu inadı.

Zahid işi zahirdə əbadır və duadır,
Məlun kişidir, hiyləvü təzvir nihadı. 

Ya da:

Girəm ki, dögər başını səccadəyə zahid,
Tərsadə olan məniyi-zünnarı bilirmi?. 

Ya da:

Gər oldu mənim canıma canan varis,
Zahid, ola iymanuva şeytan varis. 

S.Ə.Şirvaninin dünyagörüşü ilə bağlı təhlilimizi yekunlaşdıraraq hesab edirik ki, o, dini fəlsəfi təfəkkürlə yanaşı, xeyli dərəcədə dünyəvi fəlsəfi təfəkkürə meyil göstərmiş mütəfəkkir kimi Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixində özünəməxsus yer tuta bilmişdir. S.Ə.Şirvani köhnəlik və yenilik arasında çırpınan, millətinin nicatını yeniləşmiş dünyada nə qədər axtarsa da, şəriətin müsəlmanlar üçün vacibliyini və əhəmiyyətini vur¬ğu¬lamağı da unutmamışdır. Bütün hallarda Şirvani doğru müəyyənləşdirə bilmişdir ki, son əsrlərdə müsəl¬man xalqları riyakar ruhanilərin, mollaların əməlləri üzün¬dən Quranı, şəriəti və dini elmləri olduğu kimi öyrənə bil¬mə¬miş, eyni zamanda dünyəvi elmlərdən isə tamamilə uzaq qalmışlar. Bu baxımdan onun başlıca hədəflərindən biri o idi ki, Quranın həqiqi mahiyyətini vaxtında müsəlmanlara öyrətməyən din üləmalarının, dünyəvi elmlərin də öyrənilməsinə qənim kəsilməsinin qarşısı alınmalıdır. Çünki müsəlman¬ xalqları yalnız dini elmləri mənimsəməklə deyil, eyni zamanda dünyəvi elmləri öyrənməklə, yəni yeni tipli məktəblərdə təhsil almaq, qəzetlər oxumaq yolları ilə inkişaf edib başqa millətlərin səviyyəsinə çata bilərlər. 
Bu məqsədlə də o, Qərb mədəniyyətinin əldə etdiyi bir çox uğurların müsəlman dövlətlərində də tətbiq olunmasının mümkünlüyünü irəli sürmüşdür. O, Qərb mədəniyyətinə aid uğurların ən azından bir qisminin İslam dininə zidd olmadığını sübuta yetirmək üçün, bununla bağlı Quran ayələrindən nümunələr də vermişdir. Bununla da, o sübuta yetirməyə çalışmışdır ki, əslində həmin yeniliklərin çoxu Quranda da öz əksini tapmışdır. Sadəcə, riyakar ruhanilərlə despotik məmurlar Quranın yenilikçi ruhunu müsəlman xalqlardan gizli tutaraq, ona öz maraqlarına uyğun olaraq etdikləri əlavələrlə birlikdə sxolastik təfəkkürlə kifayətlənmişlər. Bu anlamda Şirvaninin dünyagörüşündə riyakar ruhanilərlə despotik məmurların tənqidi mühüm yeri tutur.

Bütün hallarda hesab edirik ki, Şirvani Əfqani, Zərdabi qədər olmasa da, ancaq İslam-Şərq-Türk mədəniyyəti ilə Qərb-Xristian mədəniyyətinin hansı anlamda uzlaşa biləcəyini qismən doğru müəyyənləşdirə bilmişdir. Xüsusilə, onun dünyagörüşündə islam fəlsəfəsi, türk fəlsəfəsi bir bütünlük təşkil etməsinə, eyni zamanda sxolastik fəlsəfi təfəkkürdən çox uzaq duraraq yenilkçi-insani-dünyəvi xarakter daşımasına qətiyyən şübhə etmirik. Məhz islam fəlsəfəsi və türk mədəniyyətinin dərkində əsasən rasional mövqe tutmasının nəticəsi idi ki, Şirvani də Qərb-Rus mədəniyyətinə olduqca həssas yanaşmışdır. Onun Qərb mədəniyyətindən əsasən əxz elədiyi məsələ, reallıqları görüb dəyərləndirmək bacarığı və Avropa texnologiyasından səmərəli istifadə etmək idi. Hər halda Şirvani türk mədəniyyətinə və islam fəlsəfəsinə dərindən bələd olan bir mütəfəkkirimiz kimi, Qərb mədəniyyətinə aid dəyərlərin hansı anlamda müsəlman türk xalqlarının həyatında müsbət ya da mənfi rol oynaya biləcəyini əsasən, doğru müəyyənləşdirə bilmişdir.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

loading...
loading...
5 aylıq körpəsini pəncərədən atmaq istədi - QORXUNC... + VİDEO
Gənc qadın metroda anidən dizlərinin üzərinə çökdü və ... - MARAQLI
Çimərlikdən 40 kiloqram qum götürən cütlüyə həbs şoku - MARAQLI
5 metrlik əl heykəli şəhər sakinlərinin kabusuna çevrildi - FOTO
Ölü doğuş keçirdiyi üçün 30 il cəza alan gənc qıza bəraət verildi - FOTO
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
“Onun səsləndirdiyi fantastik ideyalar insanları qıcıqlandırır, çünki...”
Cəmiyyət
Şüşədəki əlli illik məktubun sahibi tapıldı- MARAQLI...
Gündəm
Göyçə gölü poliqona çevrildi: Düşmənin qadını da, uşağı da güllə atmaqda yarışır...
Cəmiyyət
"O, muğama özüylə yeni bir era gətirdi..."
Dünya
Türkiyə qadınların təhsil səviyyəsinə görə ilk onluqda: Bu reytinqdə ABŞ-ın heç adı da yoxdur...
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
“Sənin ərin hara baxır?” - Müğənni aləmi bir-birinə qatdı -FOTOLAR
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
“Naxçıvanın Günnüt ərazisi də özümüzün idi, ora işğal olunmamışdı ki, sadəcə..."
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
“Bu, düşmənə ciddi xəbərdarlıqdır” – “Güzəşt olmayacaq!”
Dünya tarixində bu silahı ilk dəfə Türkiyə tətbiq etdi və...
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)