Xəbər lenti
22/11/2019 [21:57]:
Ərdoğanı səhv başa düşən Tatlısəs hər kəsi güldürdü - VİDEO
22/11/2019 [21:42]:
İlham Əliyev və Vladimir Putinin görüş vaxtı müəyyənləşdi
22/11/2019 [21:38]:
Şamaxı yolunda sürücülərin işi çətinləşdi - VİDEO
22/11/2019 [21:30]:
Ədliyyə işçilərinə yeni ali xüsusi rütbələrin paqonları təqdim olunub - SƏRƏNCAM
22/11/2019 [21:18]:
"Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın başlıca ticarət tərəfdaşıdır"
22/11/2019 [21:09]:
Əli Babacanla eks-prezident barədə - sensasion iddia
22/11/2019 [21:08]:
Avtomobillə motosiklet toqquşdu, sürücü havaya uçdu - QORXUNC... + VİDEO
22/11/2019 [21:03]:
Bərdədə 26 yaşlı oğlan qızdırmadan öldü
22/11/2019 [20:45]:
Bahalı dərmanlar kreditlə satılacaq
22/11/2019 [20:41]:
Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib - FOTOLAR
22/11/2019 [20:35]:
“Bu təhlükə Domokl qılıncı kimi bütün türk dünyasının başı üzərindədir”
22/11/2019 [20:33]:
Fransanın sabiq prezidenti Bakıda olub - FOTO
22/11/2019 [20:30]:
ADNSU-da “Vətən məndən başlanır” adlı sosial layihənin təqdimatı keçirilib
22/11/2019 [20:28]:
Samuxda baş vermiş avtoqəzada iki qardaş xəsarət alıb
22/11/2019 [20:21]:
Türk təyyarəsi Odessa aeroportunu iflic etdi
22/11/2019 [20:08]:
Tarix İnstitutunda BDU-nun və Tarix fakültəsinin 100 illiyi qeyd olundu - FOTO
22/11/2019 [20:08]:
Tələbələrin dərsdə yatmaq haqqı var - AzTV-də qızğın təhsil müzakirəsi - VİDEO
22/11/2019 [20:03]:
Aldıqları evin hovuzunu görüncə şok yaşadılar - MARAQLI
22/11/2019 [19:58]:
“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”
22/11/2019 [19:52]:
Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib?
22/11/2019 [19:47]:
Xəyanət edən ərindən elə bir intiqam aldı ki,... - MARAQLI
22/11/2019 [19:45]:
İstifadəyə yararsız çörək sexi aşkarlanıb - FOTO
22/11/2019 [19:32]:
Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi -FOTOLAR
22/11/2019 [19:24]:
"Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA
22/11/2019 [19:05]:
Polislər üçün yaddaş kitabçası hazırlandı
22/11/2019 [19:01]:
Motosiklet sürücüləri xəstəxana morquna basqın etdi - SƏBƏB
22/11/2019 [18:56]:
DAP-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Türk səfir ilə görüşdü
22/11/2019 [18:54]:
“Hansı torpaq güzəştindən söhbət gedə bilər?” – TAHİR RZAYEV
22/11/2019 [18:43]:
Rusiya bankı  müştərisinə  "yəhudiləri öldürün!"  kodu göndərdi... -Ağlasığmaz-FOTO..
22/11/2019 [18:41]:
Arıqlama həbləri bu xəstəliklərə səbəb olur
22/11/2019 [18:38]:
İstirahət günlərinin hava PROQNOZU
22/11/2019 [18:36]:
Rövşən Rzayev Beyləqanda qəbul keçirib
22/11/2019 [18:34]:
“Nar”dan hədiyyə qazanmaq imkanı!
22/11/2019 [18:31]:
Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ
22/11/2019 [18:15]:
Əbubəkr Nurməhəmmədov UFC-dən uzaqlaşdırıla bilər
22/11/2019 [17:54]:
Baş redaktor bələdiyyə seçkisinə qatıldı - Namizədliyi təsdiqləndi
22/11/2019 [17:49]:
Sığorta şirkəri sübut tələb etdi, dəfn mərasimi 9 gün gecikdi- FOTOLAR
22/11/2019 [17:49]:
Gülər Əhmədova xalq artistinin atmacasına CAVAB VERDİ
22/11/2019 [17:45]:
Paşinyan hökuməti 50 milyon dollar borc götürəcək
22/11/2019 [17:38]:
Rusiyalı nazir: "Azərbaycanla qeyri-neft məhsulların mübadiləsində maraqlıyıq"
22/11/2019 [17:37]:
"İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda konfrans keçirildi
22/11/2019 [17:25]:
“Öldükdən sonra başqa adamların sevinci və...”
22/11/2019 [17:17]:
Almaniya polisindən daha bir xüsusi əməliyyat...
22/11/2019 [17:05]:
Bakı-Gəncə qatarının sürəti artırılır – FOTO
22/11/2019 [17:04]:
Səhvlər o qədər çoxdur ki...
22/11/2019 [17:00]:
İranda yeni mərhələ: Təbrizdə Azərbaycan bayrağı qaldırıldı – VİDEO
22/11/2019 [16:56]:
Prezidentdən əlil və şəhid ailələri ilə bağlı - SƏRƏNCAM
22/11/2019 [16:31]:
Kılıçdaroğludan çox bu qız danışıldı... -VİDEO
22/11/2019 [16:24]:
Yeni ombudsman 1-ci gün seçiləcək
22/11/2019 [16:06]:
Metsamor AES-i “böyüyür”: 2027-ci ildə dünya ikiqat nüvə təhlükə ilə üz-üzə qalacaq...
22/11/2019 [15:54]:
FHN-in idmançıları çempionatda uğurlu çıxış ediblər
22/11/2019 [15:48]:
“Bunu elə tənzimləmək lazımdır ki, sui-istifadə hallarına yol verilməsin...”
22/11/2019 [15:37]:
“Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda konfrans keçirildi
22/11/2019 [15:17]:
"Rəy sorğularının nəticələri Prezidentin siyasətinə etimadın olduğunu isbatlayır"
22/11/2019 [15:02]:
Paytaxtda iki marşrut xətti üzrə avtobuslar əvəzləndi
22/11/2019 [14:59]:
“İrandakı olaylar dünyanın simasını dəyişə, onun altını-üstünə çevirə bilər”
22/11/2019 [14:48]:
Milli Məclis iclasın vaxtını niyə dəyişdi... - SƏBƏB
22/11/2019 [14:42]:
"Mənim də oğlum evlənib və iki nəvəm var, gəlinim isə təbii ki, şou - biznesdən deyil..."
22/11/2019 [14:39]:
Putinin dünya jurnalistlərini bu tarixdə başına toplayacaq
22/11/2019 [14:30]:
Bakıya yağış, rayonlara qar yağacaq
22/11/2019 [14:28]:
“Bacımgil həmin gecə suşi yeməyiblər”
22/11/2019 [14:12]:
"Qadınların qalan 84 faizi bu məzuniyyəti almaq imkanına malik deyillər"
22/11/2019 [14:04]:
Sumqayıt-Bakı qatarında gecikmənin səbəbi açıqlandı
22/11/2019 [14:01]:
“Eşşək” Moskvaya dəvət olundu və dəstək vəd edildi...
22/11/2019 [13:56]:
“Ata Abdullayev üçün nə diplomatik, nə də xidməti pasport rəsmiləşdirilib” – XİN
22/11/2019 [13:54]:
Oqtay Əsədov MDB PA-nın yubiley sessiyasında iştirak edib
22/11/2019 [13:48]:
Azərbaycanda ödənişsiz erməni dili kursları təşkil ediləcək
22/11/2019 [13:48]:
Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK - Yol polisindən XƏBƏRDARLIQ
22/11/2019 [13:43]:
Azərbaycan səfirinin xanımı diplomat xanımlarına milli çay süfrəsi təqdim etdi - FOTOLAR
22/11/2019 [13:37]:
"Faşistlərlə əməkdaşlıq edənlərin adlarının saxta tarixlə əbədiləşdirilməsi cəhdləri yolverilməzdir"
22/11/2019 [13:16]:
BDU ölən tələbə ilə bağlı başsağlığı verdi
22/11/2019 [13:07]:
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22/11/2019 [13:02]:
Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
22/11/2019 [12:59]:
“Şou adamından mənə gəlin olmaz” - Brilliant
22/11/2019 [12:55]:
Bakını “kababxana”ya döndərən restoranlar - SİYAHI
22/11/2019 [12:45]:
“Rus mütəxəssislərin bu laboratoriyalara baxış keçirməsi bizim üçün qarant deyil, amma...”
22/11/2019 [12:37]:
Milyarder-oliqarx “kosmik” malikanəsini 150 milyon dollara satışa çıxardı - VİDEO
22/11/2019 [12:30]:
“Xaricdəki təbliğatın Qarabağın azad edilməsinə heç bir faydası yoxdur...”
22/11/2019 [12:27]:
Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH
22/11/2019 [12:24]:
Aliment Fondunun yaradılması təklif edilib
Bütün arxiv bir sırada
04/12/2018 [11:00] - Cəmiyyət - ( 910 dəfə baxılıb)

ADPU-nun Elmi Şurasının iclası keçirildi -FOTOLAR



Dekabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “ADPU-nun maliyyə-təsərrüfat fəaliyyəti haqqında”, “ADPU-nun Cəlilabad Filialının fəaliyyəti haqqında”, Monitorinq qrupunun rəhbərinin arayışı və cari məsələlər daxildir. 
Rektor Cəfər Cəfərov giriş nitqində qeyd edib ki, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) sabiq direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib. Qulu Novruzov təhsil sahəsində müxtəlif məsul vəzifələrdə çalışıb, bu sahədə tanınmış, təcrübəli və nüfuzlu mütəxəssisdir. Qulu müəllim ADPU-nun nəzdində ADPK-də yeniliklərin, islahatların uğurla həyata keçirilməsində böyük xidmətlər göstərib. İnanırıq ki, o dövlət başçımız tərəfindən göstərilən yüksək etimadı layiqincə doğruldacaq. Rektor Qulu Novruzova ADPU-nun nəzdində ADPK-nin inkişafında və yenidənqurma işlərində səmərəli və əvəzolunmaz fəaliyyətinə görə təşəkkürnamə təqdim edib və ona uğurlar arzulayıb. 
Qulu Novruzov göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. 
ADPU-nun nəzdində ADPK-nin yeni təyin edilmiş direktoru, dosent İsrayıl İsgəndərov çıxış edərək ona göstərilən etimadı layiqincə doğruldacağını bildirib. 
Rektor çıxışında həmçinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, ADPU-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransı, Azərbaycan müəllimlərinin XV qurultayı, “ADPU-nun 2018-2019-cu tədris ili üçün iş planı”, universitetin 100 illik yubileyi münasibətilə hazırlanmış “ADPU-nun 2018-2021-ci illər üzrə Strateji İnkişaf Planı”, Filologiya fakültəsinin dekanı və kafedra müdirləri vəzifəsinə keçiriləcək seçkilər, professor-müəllim heyətinin, kafedraların və fakültələrin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsi, Kitabxana-İnformasiya Mərkəzinin və elmi-tədqiqat laboratoriyalarının yenilənməsi və onların fəaliyyətinin güclənməsi, həmçinin 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr barədə ətraflı danışıb. 
İnzibati və iqtisadi işlər üzrə prorektor Ümid Mehdiyev “ADPU-nun maliyyə-təsərrüfat fəaliyyəti haqqında” hesabat məruzəsi ilə çıxış edib. Prorektor Ü.Mehdiyev bildirib ki, müasir dövrdə hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, hər bir təşkilatın əsas vəzifələrindən biri dayanıqlı maliyyə tədbirlərinin həyata keçirilməsi, düzgün strategiyalarla inkişafa nail olunmasıdır. ADPU hazırda yüksək elmi-pedaqoji kadr potensialı olan, filial və kolleclə birlikdə təxminən 18 min tələbə heyəti ilə pedaqoji kadr hazırlığını həyata keçirən böyük müəssisədir. ADPU-da islahatları həyata keçirmək və universiteti səmərəli vəziyyətə gətirmək 2016-cı ildən qarşıda duran əsas vəzifə olmuşdur. 
ADPU-nun gəlirləri müxtəlif istiqamətlərdən formalaşır. Buraya ödənişli təhsildən daxil olan gəlirlərlə yanaşı, doktorant və dissertantlardan, təkrar ali təhsildən, davamlı təhsildən, əcnəbi tələbələrin hazırlıq kursundan və yataqxana xidmətindən daxil olan gəlirlər aiddir. Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi qaydalarına əsasən dövlət sifarişli tələbələrdən daxil olan vəsait də gəlirlərin formalaşmasına böyük təsir edir. ADPU-nun xərclər maddəsində əsas yeri əmək haqqlarının ödənilməsi tutur. Universitetin əməkhaqqı fondunun planlaşdırılması ştat cədvəlinə əsasən formalaşır. Eyni zamanda universitet işçilərinə cari ilin 11 ayı ərzində 3 dəfə mükafat verilib ki, bu da orta aylıq əməkhaqqının artmasına səbəb olub. ADPU böyük infrastruktura malikdir. Car ildə smeta ilə nəzərdə tutulan 1 nömrəli inzibati-tədris korpusunun binasının 3-cü mərtəbəsində əsaslı təmir işləri görülüb. Bütün istilik xəttləri, elektrik təchizatı yenilənib, binanın dam hissəsində təmir-bərpa işləri aparılıb. Ümumiyyətlə, təmir zamanı 26 auditoriya, 16 iş otağı əsaslı təmir edilib. Təmirdən sonra auditoriayalar yeni partalar, lövhələr, digər avadanlıqlar ilə təchiz olunub və istifadəyə verilib. Cari ildə digər diqqətçəkən işlərdən biri Heydər Əliyev Fondunun dəstəyi ilə 1 nömrəli inzibati-tədris korpusunun 14 mərtəbəli binasının fasad üzlüyünun yanğına davamlı, kompozit keramik materialdan üzlənməsi, bütün pəncərələrin və eyvan çıxışlarının yüksək keyfiyyətli alüminiumdan olan qapı və pəncərələr ilə dəyişdirilməsi olub. Bu fakt ölkə rəhbərliyinin təhsilə xüsusi diqqət və qayğısının bariz nümunəsidir. 
Prorektor Ü. Mehdiyev çıxışının sonunda “ADPU-nun 2018-2021-ci illər üzrə Strateji İnkişaf Planı”na görə maliyyə-təsərrüfat sahəsində qarşıda dayanan vəzifələr barədə ətraflı məlumat verib, universitetin imicinin yüksəldilməsi, yüksək keyfiyyətli təhsil xidmətlərinin göstərilməsi, təhsilverənlərin sosial vəziyyətinin yaxşılaşdırılması və infrastrukturun gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüb. 
Professor Himalay Qasımov, professor İramin İsayev, professor Nailə Verdizadə, professor Nizami Xuduyev, professor Zemfira Abdullayeva, dosent Vaqif Əliyev və başqaları çıxış edərək hesabat məruzəsinin qənaətbəxş olduğunu bildiriblər. 
Elmi Şura Ü. Mehdiyevin hesabatını qəbul edib.
“ADPU-nun Cəlilabad Filialının fəaliyyəti haqqında” filialın direktoru, dosent Xudayar Sultanlı hesabat məruzəsi ilə çıxış edib. Dosent X. Sultanlı qeyd edib ki, filialda Pedaqoji fakültə və 3 kafedra - Ümumelmi fənlər kafedrası, İxtisas fənləri kafedrası, Təbiət və riyazi fənlər kafedrası fəaliyyət göstərir. Ümumilikdə filialda 95 nəfər işçil çalışır. Hazırda filialda 4 ixtisas üzrə - “İbtidai sinif müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. 4 ixtisas üzrə ümumilikdə 352 nəfər tələbə təhsil alır. Filialda 1 nəfər elmlər doktoru, professor, 15 nəfər fəlsəfə doktoru, 5 nəfər dosent, 1 nəfər dosent əvəzi, 20 nəfər baş müəllim çalışır. Filialın müəllimlərindən 2 nəfər “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb, 2 nəfər “Tərəqqi” medalı, 1 nəfər isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Son 5 ildə filial əməkdaşları 342 elmi məqalə və tezis, 22 monoqrafiya, dərslik və dərs vəsaiti, 13 proqram və metodik tövsiyə yazaraq çap etdiriblər. Filialın tələbələri pedaqoji təcrübəni qabaqcıl və tanınmış məktəblərdə keçirlər.
Filialda tələbələrin ictimai fəallığını təmin edən 3 ictimi təşkilat: Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC), Tələbə Həmkarlar Təşkilatı (THT) fəaliyyət göstərir. İctimai təşkilatların iştirakı ilə filialda davamlı olaraq şeir, rəsm, şahmat və esse müsabiqələri, fənn olimpiadaları, elmi seminarlar keçirilir, dövlət əhəmiyyətli bayram günləri qeyd edilir. Filialın tələbələri respublika konfranslarında elmi məqalə və tezislərlə çıxış edirlər. Filialda müntəzəm olaraq hər həftənin şənbə günü intellektual yarış keçirilir. Bununla yanaşı, Lənkəranda keçirilən “Azərbaycan Birincisi” layihəsində davamlı olaraq, eləcə də ADPU-da və digər universitetlərdə keçirilən intellektual yarışlarda fəal iştirak edirlər. Tələbə-gənclərin asudə vaxtlarının maraqlı və səmərəli keçməsi məqsədilə muzeylərə və tarixi abidələrə səyahətlər təşkil edilir.
Filial dövlətin təhsil siyasətinin uğurla həyata keçirilməsi üçün əzmlə çalışır. Müasir əmək bazarının tələblərinə cavab verən, milli və ümumbəşəri dəyərləri özündə birləşdirən kadrların hazırlanması, yüksək mənəvi-əxlaqi keyfiyyətləri özündə əxz edən, Vətəninə, xalqına, dövlətinə sadiq vətəndaşlar yetişdirmək filialın ən mühüm hədəflərindən biridir.
ADPU-nun Cəlilabad Filialında aparılmış monitorinqin nəticələri barədə Monitorinq qrupunun rəhbəri, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov məlumat verib. 
Elmi Şura dosent X. Sultanlının hesabatını qəbul edib.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov cari məsələlər barədə məlumat verib. Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev tədris planlarında edilən dəyişikliklər barədə məlumat verib. Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov fakültədə “Davamlı insan inkişafı” fənninin tədris olunmasını təklif edib. Dosent Ş.Pənahovun təklifi Elmi Şura üzvləri tərəfindən qəbul edilib.
Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov Elmi Şuranın qərarlarını Şura üzvlərinin diqqətinə çatdırıb. 
Sonda ADPU-nun rektoru yanında 25 nəfərdən ibarət Keyfiyyət Komissiyasının tərkibi təsdiq edilib.

Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.

loading...
loading...
Avtomobillə motosiklet toqquşdu, sürücü havaya uçdu - QORXUNC... + VİDEO
Aldıqları evin hovuzunu görüncə şok yaşadılar - MARAQLI
Xəyanət edən ərindən elə bir intiqam aldı ki,... - MARAQLI
Motosiklet sürücüləri xəstəxana morquna basqın etdi - SƏBƏB
"Yoldaşıma deyirəm ki, sənin qadanı alım, kül təpənə, mənim nəyimi sevirdin?"
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Sığorta şirkəri sübut tələb etdi, dəfn mərasimi 9 gün gecikdi- FOTOLAR
Cəmiyyət
“Bunu elə tənzimləmək lazımdır ki, sui-istifadə hallarına yol verilməsin...”
Cəmiyyət
“Qabaqlar otelə girəndə taxtabitinin əlindən yatmaq olmurdu, indi isə...”
Köşə
Məni söyəndə, sənin əlinə zurna verirlər?..
Cəmiyyət
“Alberti unutmadıqlarına görə hər kəsə təşəkkür etmək istəyirəm...”
Həftənin ən çox oxunanları
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247