Bakıda “Azərbaycanda xeyriyyəçilik ənənələri” mövzusunda konfrans keçirilib
Dekabrın 5-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Bakı şəhərində “Azərbaycanda xeyriyyəçilik ənənələri” mövzusunda konfrans keçirilib. Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı
giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini
Ceyhun Əliyev ölkəmizdə xeyriyyəçilik ənənəsinin dərin tarixi köklərə bağlı
olduğunu bildirdi. İcraçı direktor müavini diqqətə çatdırdı ki, xeyriyyəçilik
sadəcə maddi deyil, mənəvi meyarlarla da ölçülməlidir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə,
xüsusilə “Heydər Əliyev Fondu” vasitəsilə bir çox xeyriyyəçiliklə bağlı
genişmiqyaslı layihələrin icra olunduğu qeyd edən C.Əliyev xüsusilə gənc nəslin
xeyriyyəçilik ənənəsini öyrənərək davam etdirməsinin əhəmyyətinə toxundu.
“Azərbaycanın
xeyriyyəçiləri və xeyriyyəçilik” mövzusunda məruzə ilə çıxış edən tarix üzrə fəlsəfə
doktoru Abbas Qurbanov xalqımızın tarixən xeyriyyəçiliklə bağlı gördüyü işlər
haqqında məlumat verdi. Azərbaycanın xeyriyyəçilərinin cəmiyyətin inkişafı və mənəvi
dəyərlərin təbliğində gördüyü işlər haqqında danışan A.Qurbanov gənclərin belə
nümunələrdən bəhrələnməsinin əhəmiyyətini qeyd etdi.
“Xeyriyyəçiliyin
mahiyyəti və xeyriyyəçilik işinin təşkili” mövzusunda Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin əməkdaşı Tural Vəlizadə çıxış etdi. T.Vəlizadə dünya təcrübəsində
xeyriyyəçilik, xeyriyyəçiliyin müasir formaları və vasitələri ilə bağlı
iştirakçılarla fikirlərini bölüşdü.
Daha
sonra Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə günümüzdə
sosial şəbəkələrin xeyriyyəçilik işində təşviqedici rolu barədə məruzə söylədi.
S.Verdizadə bildirdi ki, sosial şəbəkələr neqativ yox, pozitiv tendensiyalara
xidmət etməlidir. Natiq diqqətə çatdırdı ki, gənc nəslin nümayəndələri sosial şəbəkələrdən
istər xeyriyyəçilik, istərsə də digər fəaliyyət sahələri üzrə səmərəli istifadə
etməyi bacarmalıdır.
Konfransda
QHT rəhbərləri və gənclərlə geniş fikir mübadiləsi aparıldı.
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247