Bəstəkar Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş xalq çalğı alətləri ifaçılarının I Respublika müsabiqəsində Sumqayıt Musiqi Kollecinin II kurs tələbəsi Gülməmmədov Xasay Sərdar oğlu “Tar ifaçılığı” nominasiyası üzrə III yerə layiq görülüb.
Moderator.az xəbər verir ki, müsabiqədə sərgilədiyi yüksək ifaçılıq qabiliyyətinə görə X.Gülməmmədov Azərbaycan Milli Konservatoriyasının diplomu ilə təltif olunub.
Məlumat üçün qeyd edək ki, bu, əməkdar müəllim, dosent, tanınmış pedaqoq Rasim Quliyevin rəhbərliyi altında fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin çoxsaylı uğurlarından biridir. Belə ki, bundan öncə də Sumqayıt Musiqi Kollecinin tələbələri həm respublika, həm də beynəlxalq müsabiqələrdə müvəffəqiyyətlə çıxış edib, diplom və hədiyyələrlə mükafatlandırlıb.
Xatırladaq ki, Sumqayıt Musiqi Kolleci həm də təcrübəli pedaqoqları ilə tanınır. Kollecin direktor müavini Yaşar Məmmədov, əməkdar incəsənət xadimi Məmmədağa Kərimov və s. bu qəbildən olan pedaqoqlar hesab edilir.
Seymur ƏLİYEV