“Azərbaycan milləti həm okean kimi müdrik və təmiz, həm də heç nəyi heç kəsə bağışlamayan millətdir...”
Araşdırma
Oxunub: 4696
03 Jan 2019 | 13:14
“Azərbaycan milləti həm okean kimi müdrik və təmiz, həm də  heç nəyi heç kəsə bağışlamayan millətdir...”

 

 

 

Araşdırmaçı professor, keçmiş “KQB” polkovniki Rövşən Novruzoğlunun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış  və tezliklə kitab halında nəşr olunacaq “Ölüm hüceyrələri və ya genetik ölüm...” adlı tədqiqat  əsərində  əsasən  XX əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSRİ adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi “modern” impeiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genefondu üzərində apardığı  vəhşi qətliam və zorakılıqlarla müşayiət olunan amansız və qeyri-insani gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarını soykökümüzdə iz buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir. Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsl genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışıb və çalışmaqdadır...

 

Moderator.az aktuallığını nəzərə alaraq həmin təhqiqat əsərinin ən maraqlı məqamlarını oxucuların ixtiyarına buraxır:

 

(Əvvəli bu linkdə://www.moderator.az/news/253463.html)

 

 

“Rayonda vəbadan həlak olan uşaqlar xəlvəti yollarla şəhərdən kənara daşınır və yandırılırdı...”

 

“Məlumata görə, Bərdə yaşayış məntəqəsində ilk sınaq virusu 1955-ci il noyabrın 19-da saat 14.20-dəqiqədə uşaq bağçasında və rayonun 1 saylı məktəbində tətbiq edildi. Bərdəlilər isə bütün bunlardan xəbərsiz idi…

 

Azərbaycan səhiyyə sisteminə gəlincə, o, sanki iflic olmuşdu. Beş həkimin imzası ilə (professor A.Sadıqovun, D.Məhəmmədovun, N.Maksimovun, J.Miriyevin, S.Atabəyovun) Azərbaycan KP MK-ya, Səhiyyə Nazirliyinə, Elmlər Akademiyasına, Dövlət Təhlükəsizlik Komitəsinə həyəcanlı məktublar, teleqramlar yola salındı. Lakin cavab yox idi. Məlumata görə, Bərdədə 1 gündə 134 uşaq vəba virusuna yoluxdu. Rayonun müəyyən yaşayış məntəqələri çənbərə alındı, giriş və çıxışlar qadağan olundu.  Azərbaycan mətbuatı isə həmin vaxt, təəssüf ki, elə təbliğat aparırdı ki, guya bu bəlanın qarşısını almaq üçün Moskvadan güclü həkim qrupları gəlib (?).

 

Qrupun tərkibində olan SSRİ Müdafiə Nazirliyi Baş Hərbi Kəşfiyyat İdarəsinin polkovniki, toksikoloq S.A.Tixonov Moskvaya, şəxsən ölkə başçısı N.S.Xruşşova ünvanladığı məktubunda bildirirdi:

 

«… Çox hörmətli Nikita Sergeyeviç, vaksinlər və preparatlar (yəni h.b.dərmanları - R.N.) özünü doğrultmadı. Uşaqlar və onların valideynləri kütləvi surətdə qırılıb məhv olur…»

 

Məlumata görə, 1955-ci il noyabrın 26-da alınan bu məktub, gecə saat 2-də (Moskva vaxtı ilə) Siyasi Büroda müzakirəyə çıxarıldı. Müzakirələr nəticə vermirdi. Azərbaycana gəlincə, onun ərazilərini Qazax-Ağstafa istiqamətlərindən vərəmin yeni sindromları, Bərdə istiqamətindən isə vəba virusları bürüməkdə idi.  Epidemiya dalğası böyüyürdü. Bakıya yollar bağlansa da, şəhərdə artıq qəribə bir vahimə var idi. Amma hamı susurdu. Səbəbləri araşdırmaq qadağan idi...

 

Araşdırma materiallarına görə, Bərdənin yaşayış məntəqələrində bütün işlər dayandırılmışdı, vəbadan həlak olan uşaqlar xəlvəti yollarla şəhərdən kənara daşınır və yandırılırdı. Bunun üçün valideynlərə kompensasiyalar paylanılırdı. Mən bütün bunları təsvir etməkdə çətinlik çəkirəm. Hər bir faktın arxasında isə göstərici dayanır...

 

Məlumata görə, Azərbaycana gətirilən 1 milyon vaksin özünü doğrultmadı. 1955-ci il dekabrın 17-dən başlayaraq ərazilərdə Ukrayna və Belorusiyadan olan həkim briqadaları göründü...


Azərbaycanda vəba və vərəm viruslarının yayılmasında iştirak edən professor həbsxanada vəfat etdi...


Araşdırma materiallarına görə, 1955-ci il dekabrın 3-də professor İ.D. Jakov Kremldən qovulan kəşfiyyat zabiti M.A.Aleksandrova yeni bir məktub göndərir:

 

«… İstəyirəm sənin əlini sıxam, dostum. Sən nə yaxşı ki, tarixin bu faciəsində iştirak etmədin. Vaksinlər özünü doğrultmadı. Bəlkə də heç vaksinlər yox idi, olmayıb. Kim bilir… Üç gündən sonra bu məsələni müzakirə etmək üçün yanına Moskvaya gələcəm. İndi ki, Stalin yoxdur. Heç olmasa, sərbəst düşüncələrimizi bir-birimizlə bölüşə bilərik…»

 

«Məxfi qovluq»larda saxlanılan çox maraqlı bir arayış var. Həmin arayışın məxfi qrifi olmasa da çox maraqlı idi. Həmin arayış kəşfiyyat zabiti M.A.Aleksandrov tərəfindən yazılmışdı. Məktubda deyilirdi:

 

«… Mən bu məktubu  Dövlət Təhlükəsizlik Komitəsinə (?) verdiyim izahatdan sonra yazıram. Leninqraddan yanıma gəlmək istəyi olan professor M.D.Jakovla görüşə bilmədim. Çünki onun mənə yazdığı məktub DTK-da saxlanılmışdı… İki gündən sonra eşitdim ki, professor İ.D.Jakov həbs olunub. Özü də dövlət sirlərini yaydığı üçün… (?)

 

Mənim həyatda xilaskarım olan, xüsusi istedad sahibi professor İ.D.Jakov həbsindən 17 gün sonra həbsxanada vəfat etdi…»

 

Azərbaycanda isə genetik layihələr bir-birini əvəz etməkdə idi…


Bərdədə vəbadan ölənlərin kütləvi şəkildə quyularda  basdırılmasını yəhudi kinooperator lentə alırdı...                              

                         

Araşdırma materiallarına görə, Bərdədə və Qazax-Ağstafa ərazilərində baş verən hadisələr, nəticəsiz elmi-tədqiqat işləri cinayətdən başqa bir şey deyildi. Azərbaycan tərəfi isə hələ də susurdu. Vərəm və vəbadan ölənlərin sayı isə 14 min 197 nəfər idi. Onun da 6 min 39 nəfəri hamilə və yaxud südəmər körpəsi olan qadınlar idi. Elə bil, hamı iflic olmuşdu. Bir adam yox idi ki, soruşsun: bütün bunların səbəbləri səbəbkarı kimdir? Moskvada isə (1953-cü ilin avqustun 19-da) Sərhəd Qoşunlarının klubunda Bərdənin Sonalar düzündə (bu düz indiki Nadirli və Divanlı kəndlərini əhatə edirdi) qazılmış boş çalalara tökülən və tələm-tələsik üstü basdırılan meyitlərlə bağlı hərbi kəşfiyyatın çəkiliş qrupunun rəhbəri, kinooperator, polkovnik İdoman Sandoiç Bregerin lentə aldığı sənədli filmə baxış təşkil olunmuşdu. Səhiyyə Nazirliyindən dəvət olunmuş mikrobioloq,professor Daniyel Markoviç Yegiyaryan  kəşfiyyat generalı, nazirliyin hərbi-sənaye komplekslərinə başçılıq edən Sergey Aleksandroviç Kamuşov, (o, regionlarda baş verən və mənbəyi bilinməyən xəstəliklərin səbəb və nəticələrini tədqiq edən, araşdıran idarənin rəisi idi), dövrün tanınmış ginekoloqu, Kreml xəstəxanasının həkimi, professor Liza Sadıxovna Amosova, bundan əlavə, beş general-leytenant, iki akademik, SSRİ XİN-nin 4 şöbə müdiri də iştirak edirdi.

 

20 dəqiqəlik filmdən sonra keçmiş İttifaqın rəhbəri, Siyasi Büronun ideoloqu, Sov.İKP MK-nın Baş katibi N.S.Xruşşov hamının sifətinə ani də olsa nəzər saldı... Lentə baxan rəsmilər isə gülümsünürdülər...

 

N.Xruşşov: “ Mən Azərbaycan millətini döyüş səngərlərindən tanıyıram...”

 

“Siz - N.S.Xruşşov dedi, bütün olub-keçənləri unutmayın. Bu Azərbaycan milləti həm okean kimi müdrik və təmiz, həm də heç nəyi heç kəsə bağışlamayan bir millətdir. Onların biz rusları görməyə gözləri yoxdur. Onlar ömür boyu zəncirli kölə olub, səhralarda satılıb. Bunu mən demirəm. Bunu məşhur rus diplomatı Aminal Karisey deyib (Oxuculara xatırladaq ki, A.Karisey I Pyotrun dövründə at tövlələrinə başçılıq edirdi. Hardan oldu diplomat?  Küt və sərsəm Nikita Sergeyeviç ömrü boyu Azərbaycan xalqına qarşı qisasçılıq hissi ilə yaşayıb). “O millət haqqında çox mətləblər var. Elə mətləblərdi ki, şəxsən onu bəlalardan xilas edib. Mən o milləti döyüş səngərlərindən tanıyıram. O biri tərəfdən də hansı səbəbə görə Bərdə və Ağstafa, Qazax yaşayış məntəqələrində çəkilişləri yəhudi aparsın? Moskvada bir rus kinorejissoru tapmadınız?...” deyən N.S.Xruşşov bunu da təkid edirdi ki, bu kinofilm arxivin “Tam məxfi” rəfinə aid olan hissəsində saxlanılsın. İstifadəsinə icazə verilməsin. Özgə millətlərin baxması qadağandır!..”

 

 (Davamı var)

 

Təqdm etdi: Sultan Laçın

 

Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."