Bədxahlarınız həyatınızı asanlaşdıra bilər...
Köşə
Oxunub: 3759
04 Jan 2019 | 10:43
Bədxahlarınız həyatınızı asanlaşdıra bilər...

Yəqin ki, hər bir insanın həyatında onun ən xırda uğurlarına belə həsəd və paxıllıqla yanaşan,  fəaliyyətinə kölgə salmağa çalışan, onu dedi-qoduların hədəfinə çevirməyə cəhd edən kimlərsə mövcuddur. Şübhəsiz, insanın ətrafında bədxahların olması onun yaşam və fəaliyyətinə bilavasitə təsir göstərməsə də, bu cür şəxslərin mövcudluğunu yada salmağın, hiss etməyin özü belə insanda kifayət qədər psixloji rahatsızlıq, daxili gərginlik yaradır. 

Lakin nə qədər inanılmaz olsa da, sizdə neqativ hislər yaradan, yolunuzda əngəl olaraq gördüyünüz bu insanlar həyatınızı asanlaşdıra bilər. Etməli olduğunuz tək şey hadisələrə fərqli rakursdan və bir qədər yumorist yanaşmaq, onlardan düzgün yararlanmaqdır.

 

Pulsuz mühasiblik və ödənişsiz statistik xidmət

 

Bu qəbil insanların ən mühüm özəlliklərindən biri onların günlük, həftəlik və aylıq gəlirlərinizi heyrətamiz dəqiqliklə izləməsi, bu gəlirlərin vaxtaşırı hesabını aparmasıdır. Məsələn, əgər aylıq maaşınızdan əlavə hansısa gəliriniz olubsa, hardansa mükafat, hədiyyə, əlavə zəhmət haqqı kimi müəyyən məbləğ almısınızsa, əmin ola bilərsiniz ki, aldığınız bütün bu pullar bədxahlarınız tərəfindən heyrətamiz dəqiqliklə hesablanmaqdadır. Bundan başqa, gündəlik xərcləriniz, övladlarınız və digər yaxınlarınızın xəstəxana, məktəb və s. məsrəfləri üçün sərf etdiyiniz vəsaitlər də onların hesab sisteminə daxildir. Bu isə o deməkdir ki, siz həmin şəxslərdən pulsuz mühasib kimi istifadə edə, gəlir və məsrəflərinizlə bağlı hansısa anlaşılmazlıq və çaşqınlıqla üzləşsəniz, onlardan yardım ala bilərsiniz. Və  əmin ola bilərsiniz ki, onlar sizin bütün suallarınıza dəqiq rəqəmlərlə cavab verəcəklər.

 

Haşiyə 1.Jurnalist olaraq ara-sıra qatıldığım müsabiqələrdə aldığım 100-200 manatlıq pul mükafatının dövlətdən 150 min manatlıq ev alan, 50 min manatlıq avtomobil sürən, hər ay xarici ölkələrə səfər edən şəxslər tərəfindən necə incə həssaslıqla izləndiyinin, bu informasiyanın necə böyük ağrı hissi ilə digər şəxslərlə paylaşıldığının dəfələrlə şahidi olmuşam. Və etiraf edim ki, onların aylıq qazancımla  bağlı hazırladıqları hesabat mənim öz hesabatımdan hər dəfə heyrətamiz dəqiqliyi ilə fərqlənib.

 

Təhlükəsizliyinizə verilən zəmanət

 

Bədxahlarınıza məxsus özəlliklərdən biri də onların sizi hər zaman izləməsi, harda, hansı məkanda olduğunuz, nə iş gördüyünüzü daim diqqət mərkəzində saxlamağı ilə bağlıdır. Bu, ilk baxışdan narahatverici görünsə də, bunun üstün tərəfləri də mövcuddur. Məsələn, davamlı olaraq diqqət mərkəzində qalmağınızı, harada nə iş görməyinizlə bağlı xəbərlərin dərhal ictimaiyyiləşməsini öz təhlükəsizliyinizin qarantı hesab edərsiniz. Belə ki, onlar sizi az qala 24 saat nəzarət altında saxlamaqla əslində pulsuz mühafizə xidmətini həyata keçirməkdədir. Odur ki, sabah başınıza hər hansı arzuedilməz hadisə gəlsə də, sizin heç bir halda xəbərsiz-ətərsiz yoxa çıxmaq ehtimalınız yoxdur. Unutmayın ki, nə olursa-olsun sizin harada olmağınızdan, nə ilə üzləşməyinizdən xəbərdar olan ən az bir adam var və o bu informasiyaları anındaca xəttin digər başındakı şəxslərə ötürməkdədir.

 

Haşiyə 2.Jurnalist fəaliyyətimlə bağlı üzləşdiyim maraqlı məqamlardan biri məhz bu cür nəzarət sistemi ilə bağlıdır. Məsələn, dəfələrlə olub ki, yer aldığım müsabiqələrlə bağlı mükafatlandırma mərasimlərimdəki iştirakım, oradakı oturuş tərzim, hətta üzümdəki mimika və cizgilərə qədər  məlumatlar üfiqi və şaquli parametrlər üzrə elə sürətlə ötürülüb ki, bu sürət qarşısında sadəcə və sadəcə ehtiramla baş əyməli olmuşam.  Və anlamışam ki, heç nə - nə ən mükəmməl kosmik kəşfiyyat, nə ən peşəkar xüsusi xidmət orqanı bu fövqəlizləmə sistemi ilə rəqabət aparmaq qüdrətinə malik deyil.

Ödənişsiz xatırlatma xidməti, yaxud daha heç nə itirməyəcəksiniz!

 

Bədxahlarınıza məxsus xüsusiyyətlərdən biri də onların sizin əşya və əmlakınızla bağlı hər şeyi ən xırda təfərrüatına qədər yadda saxlamağıdır. Bu isə o deməkdir ki, siz onların timsalında ödənişsiz xatırlatma xidmətindən istifadə edə bilərsiniz. Məsələn, əgər axşam çıxartdığınız corabı səhər hara qoyduğunuzu xatırlaya bilmirsinizsə, o zaman əminliklə bədxahlarınızdan birinə müraciət edə bilərsiniz. Əmin ola bilərsiniz ki, o sizin corablarınızın yerini, onu çıxartdığınız saata qədər deyəcək. Başqa sözlə desək, əslində sizə xatırlatma xidməti, yaddaş dəftərçəsi lazım deyil. Və siz istəsəniz belə daha heç nə itirə, nəyisə yaddan çıxarda bilməyəcəksiniz.

 

Xırda yanlışlıqların böyük səhvlərə çevrilməsini əngəlləyən sistem!

 

Ətrafınızdakı bədxah insanların sizə verəcəyi ən mühüm faydalardan biri də onların sizə xırda yanlışlıqlarınızı göstərməkə böyük səhvlərə gedib çıxmağınızı əngəlləməyidir. Sizi gözdən salmaq, gördüyünüz işlərin əhəmiyyətini azaltmaq, ətrafdakı insanlarda sizin bacarığınıza inamsızlıq yaratmaq üçün atdığınız hər addımı, gördüyünüz hər bir işi kin və paxıllığın nəhəng lupası altında amansızcasına tədqiq edən bu insanlar, ən xırda nöqsanınızı belə dərhal tapıb ictimaiyyilədirir ki, bu da sizə bu nöqsanları yerindəcə həll etmək, böyük səhvlərdən qaçmaq imkanı verir. Təbii, bu imkandan necə istifadə edəcəyiniz sizdən asılıdır.

 

Gözəl, nəcib ruhlu insanları xatırlamaq məcburiyyəti!

 

Bədxahlarınızın sizə münasibətinin digər bir faydası isə onların nəcib ruhlu insanları davamlı olaraq sizlərə xatırlatmağıdır. Xəbislərin üzərinizə düşən kölgəsi qeyri-iradi olaraq sizə yaxından-uzaqdan tanıdığınız bütün işıqlı insanları, onların bədxahlıq tanımayan qəlblərinin əzəmətini daim sizin yadınıza salacaq ki,  bu da həmin insanları daha yaxşı qiymətləndirməkdə sizə kömək edəcək. Və siz bu müqayisə fonunda anlayacaqsınız ki, hətta ən qatı qaranlıqda belə nəcib simaları yada salmaq bu zülmətə meydan oxumaq, həyatın, insanlığın gəlcəynə ümidlə baxmaqda kömək edir.

Bir sözlə, düşündüyünüzün əksinə olaraq, bədxahlarınız həyatınızı asanlaşdıra bilər. Madam ki, onlardan yaxa qurtarmaq mümkün deyil, qoy onlar həyatınızı yalnız asanlaşdırmağa xidmət etsin.

 

Seymur ƏLİYEV

E-mail: [email protected]

Oxşar xəbərlər
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:41
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
19 Apr 2024 | 12:16
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:41
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
19 Apr 2024 | 12:16
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”