“Vəzirov istehza ilə dedi ki,  Xankəndində səni öldürsələr - abidəni qoyarıq!..” 
Siyasət
Oxunub: 4962
08 Jan 2019 | 19:22
“Vəzirov istehza ilə dedi ki,  Xankəndində səni öldürsələr - abidəni qoyarıq!..” 

Moderator.az 1979-cu ildən 1991- ci il noyabrın 20-də -  görkəmli dövlət xadimləri, ziyalılar, hərbçilər və jurnalistləri aparan vertolyotun Qarakənd səmasında vurulduğu günədək  DQMV İcraiyyə Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyən (tarix boyu DQMV-də azərbaycanlılar üçün ən yüksək vəzifəni tutan, Vilayət partiya komitəsinin 11  büro üzvündən yeganə azərbaycanlı)  Fərrux Hüseynovun Qarabağ gündəliyinin ən vacib və maraqlı qeydlərini qısa şərhlərimizin müşayiəti ilə oxucuların diqqətinə çatdırır

 

(Əvvəli bu linkdə://www.moderator.az/news/253830.html)

 

“Ermənilər kabinetimə doluşub məni təpiklə, dəyənəklə o qədər döydülər ki, dişlərimin hamısı töküldü...”

 

“...1989-cu il aprelin son günləri idi. Vəzirovun DQMV-nin erməni büro üzvləri  öncə bəhs etdiyim biabırçı, utancverici görüşündən təxminən iki həftə keçmişdi...  28 aprel (Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edildiyi və sovet hakimiyyətinin qurulduğu gün- S.L.) və 1 May beynəlxalq zəhmətkeşlər günü münasibəti ilə Xankəndində  təntənəli mərasim keçirilirdi.  Artıq Moskva Dağlıq Qarabağda  Xüsusi İdarəetmə Komitəsi yaratmış və Arkadi Volski Komitəyə sədr təyin olunmuşdu. O, açıq-aşkar ermənilərə dəstək verirdi. Həmin tədbirdə Volskiyə dedim ki, Arkadi İvanoviç, burada hamınız  1 Maydan danışırsınız, axı bu yığıncaq həm də 28 aprel - Azərbaycanda  sovet hakimiyyətinin qurulması münasibəti ilə təşkil olunub. Bəs niyə 28 apreli heç kəs xatırlamır?  Cavab verdi ki, Fərrux müəllim, bilirsiniz, indi şərait başqadır... Volski mənə cavab verən məqamda gördüm ki, Paqosyana göz vurur. Kremlin adamının erməni birinci katibə göz vurması o demək idi ki,  yəni  bu, çox danışır,  başını əkin, getsin...  

 

Tədbir başa çatdı.  Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə Xankəndində ucaldılmış abidəni ziyarət edib işə qayıtdıq. Mən də gəldim kabinetimə. Elə təzəcə oturmuşdum ki, bir dəstə erməni icazəsiz-filansız qapını açıb hay-küylə, söyüşlə doluşdu içəri.  Onlardan biri dedi ki, Sumqayıt qaçqınıyam və başladı məni söyməyə. Üstümə bağırdı ki, nə qədər  əlimiz sənin qanına bulaşmayıb, çıx  get buradan. Masamın altında ehtiyat üçün 50-60 sm-lik   armatur saxlayırdım. Əyildim ki , özümü müdafiə üçün onu götürüm.  Ancaq çatdıra bilmədim. Ermənilər hamısı tökülüşdü  üstümə. Var gücləri ilə bədənimə, başıma, üz-gözümə təpik, yumruq,  milis dəyənəyi ilə və s. zərbələr endirməyə başladılar.  Dişlərimin hamısı ağzıma töküldü(o vaxtdan bəri protez gəzdirirəm).  Bu minvalla məni təpikləyə-təpikləyə bayıra çıxardılar. Dedilər ki, bu saat buranı tərk etməlisən. Ağzım- burnum qan içində Volskinin yanına getdim və ermənilərin başıma gətirdiyini ona danışdım. O isə həmin quldur, millətçi erməniləri tapıb cəzalandıracağına söz vermək əvəzinə, dedi ki, mən səni xəbərdar etmişdim ki, vaxtında buradan çıx get,  onlar səni bir təhər edəcəklər...

 

Mən Azərbaycan KPMK-nın 1-ci katibi, respublikanın rəhbəri Vəzirova telefon açıb  vəziyyətin ağır olduğunu, həyatımın təhlükə altında qaldığını ona anlatdım.  Cavabında respublika rəhbəri mənə rus dilində belə dedi: “Tы  что, хочешь дезертировать? Убьют тебя, памятник поставим!”(Nədi, sən fərarilik etmək istəyirsən? Səni öldürsələr -sənə abidə qoyarıq)...

 

Bu hadisədən sonra Xankəndindən  məcburən  çıxdım. Amma vəzifəmdə qalırdım, yəni yenə də Vilayət İcraiyyə Komitəsi sədrinin birinci müavini idim. Şuşa rayon Partiya Komitəsində mənə bir otaq ayırdılar. 1990- cı ilin mayına qədər orada fəaliyyət göstərdim...

 

1990-cı ilin əvvəllərində Dağlıq Qarabağda Polyaniçkonun rəhbərliyi ilə Respublika Təşkilat Komitəsi fəaliyyətə başladı  Polyaniçko mənim və digər azərbaycanlıların Xankəndinə - öz iş yerlərimizə qayıtmağımıza şərait yaratdı.  Beləliklə, vəzifəmi yenidən Xankəndində, öz kabinetimdə icra etməyə başladım...                                                                                                                 

 

“Xankəndindəki kabinetimdə  kiflənmiş çörək qırıntılarını yeyib bir təhər  dolanırdım...”

 

...1991 -ci ilin sentyabr-oktyabr aylarıydı.Vəziyyət günü-gündən gərginləşirdi. Artıq Polyaniçko  Təşkilat Komitəsi rəhbərliyindən çıxmış,  Komitənin qərargahı Ağdama köçürülmüşdü.  Rəhmətlik Zülfü Hacıyev komitəyə yeni sədr təyin olunmuşdu. Amma respublika rəhbərliyi Xankəndindən çıxmağıma  icazə vermədi. Bildirdilər ki, sən Vilayət İcraiyyə Komitəsi sədrinin birinci müavini kimi orada qalmalı, oturmalısan bayrağımızı yanında və onu qorumalısan(Həmin bayrağı mən Bakıda məskunlaşdığım mənzilimdə saxlayıram)...

 

...Sürücüsüz qalmışdım, Şuşadan  Xankəndinə gedib- gəlmək çox təhlükəli idi.. Noyabrda vəziyyət elə bir həddə çatdı ki, yeməyə çörək tapmırdım. Xankəndində, bir nəfər də olsun, azərbaycanlı  qalmamışdı. Əvvəllər  Təşkilat Komitəsində çalışan əsgərlərə, zabitlərə Ağdamdan yemək bişirtdirib gətirtdirirdik. Ancaq indi həmin hərbçilər mənə bir tikə çörək də vermirdilər. Kiflənmiş qırıntıları yeyib bir təhər  dolanırdım...

 

“Rəhmətlik Tofiq İsmayılovla  İrəvan vasitəsi ilə telefon əlaqəsi  yaratdım...”                                                                                   

 

...Telefonlarımı da kəsmişdilər. Moskvaya, Bakıya rabitə çıxışı bağlanmışdı. Yalnız Yerevana rabitə çıxışı var idi. Zəng etdim Yerevana, Yerevandan Moskvaya, Moskvadan Bakıya, Bakıdan isə Respublikanın ilk Dövlət Katibi- rəhmətlik  Tofiq İsmayılovun evinə calaşdırdılar. Bax belə bir çətinliklə Tofiq müllimlə danışa bildim. Evində idi, dedim, Tofiq müəllim, tək-tənha qalmışam burada, millətçi, daşnak ermənilərin arasında...  Siz dövlət katibisiniz, xahiş edirəm  icazə verin, mən buradan çıxım. Dedi ki, Fərrux,  əsla Xankəndindən çıxma(Allah ona rəhmət eləsin), sən dövlətimizin təmsilçisi kimi orada olmalısan. Əlavə etdi ki, arxayın ol,  Azərbaycan hökuməti olaraq arxanda duracağıq, indi gedirəm işə, on dəqiqəyə telefonlarını açdıracam və yanına hökumət adamları da göndərəcəm... 

 

Doğrudan da, az keçməmiş, telefonlarım bərpa olundu. Birbaşa hökumət telefonu ilə  zəng vurdum Tofiq müəllimə. Bildirdim ki, telefonlarım  bərpa olundu, sizə təşəkkür edirəm. Dövlət katibi dedi ki, artıq  göstəriş vermişəm, Respublika Baş prokurorunun böyük köməkçisi, Daxili İşlər nazirinin müavini, Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini sabah gələcəklər Xankəndinə. Bu günlük bir təhər döz. Amma təşkil elə, onları aeroportda qarşılasınlar...

 

“Rəhmətlik Şükür Rzayev və digər yoldaşlarla birgə kabinetimdə döşəmənin üstündən  buşlat, odeyal saldıq ki, yataq...”

 

Ertəsi gün, səhv etmirəmsə, 1991-ci il noyabrın 14-də Respublika Baş prokurorunun  böyük köməkçisi mərhum Şükür Rzayev və  Daxili İşlər Nazirliyinin məsul işçisi Asif Eminov Xankəndi şəhərinə  gəldi. Çox çətinliklə hərbi komendaturadan hərbçilər yolladım və  onları aeropotdan mənim kabinetimədək müşayiət etdilər. Özləri ilə çörək, yemək gətirmişdilər. Kabinetimdə oturduq, yedik, toxtadıq... Rəhmətlik Şükür müəllim və digər yoldaşlarla birgə döşəmənin üstündən buşlat (hərbi gödəkçə), odeyal saldıq ki, yataq... Yatmamışdan əvvəl  Şükür Rzayev dedi ki,  Fərrux müəllim, Vilayət Prokurorunun birinci müavinini çağırtdırmaq lazımdır. Zəng elədim həmin vəzifəni daşıyan Ayrapetyana ki, Respublika Prokurorunun  böyük köməkçisi Şükür Rzayev səni çağırır, tez bura gəl.  Erməni prokuror müavini gəldi mənim kabinetimə. Şükür müəllim Ayrapetyana dedi ki, get Manuçarovun işi ilə bağlı sənədləri hazırla. Sabah gələcəm yoxlamağa, görüm, onunla bağlı cinayət işi niyə bağlanıb. Manuçarov daş karxanasının direktoru idi və eyni zamanda “Krunk”un  liderlərindən biri idi. Manuçarovu və onun əlaltısı olan bir neçə ermənini bizimkilər tutub  Şuşa türməsinə salmışdılar. Ancaq sonradan Moskvanın diktəsi və təyziqi ilə onlar azadlığa buraxılmışdı. Nə isə.... Şükür Rzayev belə deyəndə Ayrapetyan  cavab verdi ki, əşşi, Şükür müəllim, nə danışırsız, sabah hara  gəlirsiniz, sizi də, məni də orada güllələyərlər...

 

(Davamı var)

 

Təqdim etdi: Sultan Laçın
Oxşar xəbərlər
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:28, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:17, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:43, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
GÜNLÜK
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 16:40
İdarəetmədən çıxan avtomobil “Maklerlər bağı”na girdi - VİDEO
17 May 2024 | 16:44
2023-cü ildə Azərbaycanda qeydə alınan abort sayı açıqlandı
17 May 2024 | 16:54
Ukrayna Novorossiysk, Tuapse və Sevastopol şəhərlərini güclü hücuma məruz qoyub
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 16:52
Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərin NƏZƏRİNƏ
17 May 2024 | 16:48
Azərbaycanın turizm imkanları Çində sərgilənir - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 16:40
İdarəetmədən çıxan avtomobil “Maklerlər bağı”na girdi - VİDEO
17 May 2024 | 16:44
2023-cü ildə Azərbaycanda qeydə alınan abort sayı açıqlandı
17 May 2024 | 16:54
Ukrayna Novorossiysk, Tuapse və Sevastopol şəhərlərini güclü hücuma məruz qoyub
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 16:52
Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərin NƏZƏRİNƏ
17 May 2024 | 16:48
Azərbaycanın turizm imkanları Çində sərgilənir - FOTO