Xəbər lenti
05/07/2020 [14:00]:
Elektron icazə portalında problem yaranıb, sahibkarlar qeydiyyatdan keçə bilmir
05/07/2020 [13:33]:
Buffon yeni rekorda imza atdı
05/07/2020 [13:32]:
Daha bir rayon su böhranı ilə üz-üzədir
05/07/2020 [13:32]:
“Sobsan”dakı dəhşətli yanğından sonra nazirlik araşdırmalara başladı - RƏSMİ AÇIQLAMA
05/07/2020 [13:23]:
Çurbanovun “xüsusi” səlahiyyətləri, Andropovla Şelokovun çəkişməsi- külə dönən sənədlər...
05/07/2020 [13:14]:
2 və 3 iyulda keçirilən imtahanların nəticələri elan olunub
05/07/2020 [13:13]:
Tənəffüs aparatına qoşulu qalmağın “lüksü” - Məclis həvəskarlarının diqqətinə!
05/07/2020 [13:01]:
Ona görə gənclərimiz Quba ilə Qubadlını səhv salır...
05/07/2020 [12:56]:
3M və ya VƏTƏNDAŞ ANLAYIŞI...
05/07/2020 [12:50]:
"Ümidləri neft-qaz satışından gələn gəlirlərə bağlamaq çox təhlükəlidir, biz yubanırıq"
05/07/2020 [12:39]:
Vahid Əhmədov səhhətindəki problemlə bağlı Türkiyəyə aparılıb
05/07/2020 [12:30]:
“Qaçmamışam, huşumu itirmişdim"- 3 nəfərin ağır xəsarət almasına səbəb olan sürücü
05/07/2020 [12:24]:
TIR aşdı, içindəki 15 min toyuğun beş mini tələf oldu - VİDEO
05/07/2020 [12:22]:
Marsın ən böyük kraterinin görüntüləri heyran etdi - VİDEO
05/07/2020 [11:58]:
Braziliya millisinin keçmiş baş məşqçisi koronavirusa yoluxub
05/07/2020 [11:55]:
DYP: Xüsusi karantin rejimini pozan 1818 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
05/07/2020 [11:53]:
Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ
05/07/2020 [11:48]:
Ermənistanda daha 706 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər ölüb
05/07/2020 [11:31]:
Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO
05/07/2020 [11:27]:
İldırım 150 illik məbədi külə çevirdi - VİDEO
05/07/2020 [11:25]:
Mayk Tayson görünüşü ilə pərəstişkarlarını təəccübləndirdi – FOTO
05/07/2020 [11:23]:
"Virusu son dövrdə yayan da, yayılmanı sürətləndirən də nevroz, qorxu, vahimədir"
05/07/2020 [11:21]:
Bakıda istirahət mərkəzində karantini pozan qadınlar saxlanıldı
05/07/2020 [11:17]:
"İyulda əhalini və sahibkarları dəstəkləmək üçün vəsait ayrılmasa, bunun bədəlini..."
05/07/2020 [10:40]:
Naftalanda ər arvadını öldürüb, ögey qızını ağır yaraladı - TƏFƏRRÜAT
05/07/2020 [10:32]:
“Diplomatiyadakı nailiyyətlərdə Azərbaycan diasporunun əhəmiyyətli rolu var”
05/07/2020 [10:29]:
Magistral yolda iki yük maşını toqquşub - FOTO/VİDEO
05/07/2020 [10:24]:
Rusiyada rəsmilər anomal istilər barədə xəbərdarlıq edib
05/07/2020 [10:23]:
Gəlir vergisi tutulmayan ölkələr hansılardır?
05/07/2020 [10:00]:
Bu ilin üçüncü Ay tutulması sona çatıb
05/07/2020 [09:58]:
Naftalanda ana və qızını bıçaqlayan şəxs saxlanıldı
05/07/2020 [09:53]:
Türkiyə bizə meydan oxuyur - Afina
05/07/2020 [09:51]:
“Koronavirus ABŞ kəşfiyyatının ən böyük əməliyyatıdır” - SENSASİON İDDİA
05/07/2020 [09:42]:
Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır
05/07/2020 [09:41]:
Yaponiyada daşqınlar nəticəsində azı 18 nəfər həlak olub - FOTO
05/07/2020 [09:37]:
Atəşkəs rejimi 43 dəfə pozulub
05/07/2020 [09:35]:
Yaxın onillikdə ən çox yayılacaq kibertəhlükələr açıqlandı
05/07/2020 [09:08]:
Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını ağır yaralayıb
05/07/2020 [08:43]:
İtaliyalı modeldən ABŞ-ın Müstəqillik Günü ilə bağlı fərqli paylaşım - FOTO
05/07/2020 [08:41]:
Ermənistanda hərbçilər yol qəzasına düşdü, xəsarət alanlar var
05/07/2020 [08:31]:
Bakıda fabrikdə yanğın söndürülüb, xəsarət alanlar var
05/07/2020 [08:28]:
Astarada dənizdə çimərkən batan şəxs xilas edilib
05/07/2020 [08:24]:
Növbəti Ay tutulması başlayıb
05/07/2020 [07:51]:
Ölümdən dünyaya qayıtmaq istəyi: möminlər niyə istəyir, müşriklər niyə?..
05/07/2020 [01:52]:
"Ağıl dəryası" 4 min dollar dəyərində 2.5 kq ağırlığında qızıl qoruyucu maska taxır...
05/07/2020 [01:13]:
"Yaxın günlərdə İrəvan Hökumətinin gerbini və himnini də ictimaiyyətə təqdim edəcəyik..."
05/07/2020 [00:16]:
Azərbaycanda ictimai yer, küçə və bulvarlarda 5 nəfərdən artıq toplaşmaq qadağan edilib
05/07/2020 [00:15]:
Bu gündən 16 şəhər və rayonda vətəndaşlar küçəyə icazə ilə çıxa biləcəklər
05/07/2020 [00:14]:
“Sobsan” boya fabrikindəki yanğın davam edir: Kəmaləddin Heydərov da hadisə yerindədir – YENİLƏNİB+FOTO/VİDEO
05/07/2020 [00:13]:
Səhiyyə Nazirliyindən Binəqədidəki yanğınla bağlı AÇIQLAMA
04/07/2020 [23:54]:
COVID-19-a yoluxmuş alim xəstəxanaya yerləşdirilmir - ŞİKAYƏT
04/07/2020 [23:53]:
Bakıda "Sobsan" boya fabrikinin sexi yanır - YENİLƏNİB-3
04/07/2020 [23:49]:
Sərt karantin rejimi müəllimlərin işə qəbulu imtahanını təxirə sala bilərmi? - Açıqlama
04/07/2020 [23:39]:
Çindən gəlib Bakı Limanından keçən daha bir qatar Ankaraya çatıb
04/07/2020 [23:16]:
FHN “Sobsan” boya fabrikindəki yanğının görüntülərini yayımladı - FOTO/VİDEO
04/07/2020 [22:50]:
"Azərbaycanda koronavirusdan ölənlər 1.2% təşkil edir"
04/07/2020 [22:40]:
"Ermənistan rəhbərliyinin bu kimi addımları işğalın möhkəmləndirilməsinə xidmət edir”
04/07/2020 [22:30]:
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
04/07/2020 [22:00]:
SSRİ-ni və rus çarını unuda bilməyən Putinin hikkəsi Rusiyaya nə vəd edir..?
04/07/2020 [21:57]:
“Sobsan” boya fabrikindəki yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA
04/07/2020 [21:48]:
Boya fabrikindəki yanğın davam edir: Nazir müavini və icra başçısı hadisə yerinə gəldi – YENİLƏNİB+VİDEO
04/07/2020 [21:44]:
Sərt karantinin tətbiq olunduğu ərazilərdə SMS icazə almaq üçün təlimat - VİDEO
04/07/2020 [21:27]:
İclas zamanı çılpaq görüntülənən bələdiyyə üzvü istefa verdi - VİDEO
04/07/2020 [21:00]:
Hamilə qadın sel fəlakəti zamanı uşaq dünyaya gətirdi - VİDEO
04/07/2020 [20:46]:
SON DƏQİQƏ: Bakıda zavodda güclü partlayış - YANĞIN BAŞLAYIB... / VİDEO
04/07/2020 [20:44]:
Karantini pozub icazəsiz hərəkətdə olan sürücü qəza törətdi: Betona və başqa maşına çırpıldı - FOTO
04/07/2020 [20:42]:
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
04/07/2020 [20:42]:
Bakıda güclü yanğın - FOTOLAR + VİDEO
04/07/2020 [20:40]:
Koronavirusla bağlı məhdudiyyətlərə görə daha bir qorxulu xəstəlik yayılır
04/07/2020 [20:34]:
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
04/07/2020 [20:10]:
"MİQ imtahanın keçirilmə tarixlərinə və formatına dair müxtəlif ssenarilər hazırlanır"
04/07/2020 [20:06]:
"Hətta bu gün belə bəzi insnalar xəstəliyin nə dərəcədə təhlükə olduğunu anlamırlar"
04/07/2020 [20:00]:
Azərbaycanda daha 534 nəfərin koranavirusa yoluxduğu aşkarlandı – Altı nəfər öldü
04/07/2020 [19:53]:
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək - ŞƏRTLƏR
04/07/2020 [19:51]:
İki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsinin üçüncü ildönümü Türkiyə mətbuatında - VİDEO
04/07/2020 [19:49]:
İki yaşlı Zəhranın erməni silahlı qüvvələri tərəfindən öldürülməsinin üç ili tamam olur - FOTO
04/07/2020 [19:48]:
"Vətən bölünmədiyi kimi, onun mənafeyi, milli maraqlarımız da bölünməzdir"
04/07/2020 [19:26]:
Şəmkirdə karantin qaydalarını pozaraq təşkil edilən yas mərasimi yarımçıq dayandırıldı - VİDEO
04/07/2020 [19:24]:
Vilayət Eyvazovdan DYP-də kadr dəyişikliyi
04/07/2020 [18:53]:
Bu xəstələrə limonlu çay içmək olmaz - SƏBƏB
Bütün arxiv bir sırada
09/01/2019 [11:42] - Köşə - ( 4111 dəfə baxılıb)

“Bəlkə daşı-divarı bəzəmək yerinə  ayağımızın altını bərkidək?..- Axı çökürük!..”

Yolkamızın ucalığı ilə yox, mənəviyyatımızın ucalığı, maaşlarımızın yüksəkliyi ilə fəxr etməliyik...
Sultan Laçın

...Bir gün Kəbə Evinin hacibləri(qapıçı, xidmətçi)  dövrün xəlifəsi  Ömər ibn Əbdüləzizin(717-720-ci illər) qəbuluna gələrək müraciət edirlər ki, özündən öncəki xəlifələr kimi Kəbənin yeni, daha bər-bəzəkli, bahalı örtüyünün hazırlanması və bunun üçün pul ayrılması barədə əmr versin. Xəlifə onlara belə cavab verir:

 

-Mən hesab edirəm ki, Kəbənin örtüyünə xərclənəcək məbləğ ac qarınları  doyuzdurmaq üçün  xərclənməlidir. Çünki bu iş Allah Evinin örtüyündən də vacibdir...


Tarixi faktlar da göstərir ki, dünyaya məhz bu cür, əsl müsəlman hökmdarı kimi yanaşması sayəsində xəlifə Əbdüləzizin apardığı iqtisadi islahatlar nəticəsində əhalinin yaşayış səviyyəsi qalxdı və xilafətdə praktiki olaraq miskin qalmadı. İnsanlar elə yaxşı yaşayırdılar ki, zəkat verməyə yoxsul tapmaq çətin olurdu. Məmur özbaşınalığını aradan qaldırmaq üçün o, bütün dövlət məmurlarının məvacibini qaldırdı. Bundan əlavə, xilafətin bütün əyələtlərinə Ömərin bu əmri göndərilmişdi: "Kimə zülm edilibsə, yanıma icazəsiz girsin". Maraqlısı budur ki, qanun şikayətçinin məsаfədən asılı olaraq, 100 dirhəmdən 300 dirhəmə qədər olan yol xərclərinin ödənilməsini də nəzərdə tuturdu...

Alim və tədqiqatçılar tam təminata götürülmüşdülər. Ömər hesab edirdi ki: " Maliyyə problemləri elmi axtarışları yayındırmamalıdır".

Ömər ədalətsiz idarə edənləri və dövlət vəsaitlərini israf edən əmir və məmurları vəzifədən kənarlaşdırırdı. Dinindən asılı olmayaraq borclu olan hər xilafət sakini dövlətin təşkil etdiyi xüsusi fondların hesabına borcunun verilməsi zəmanətini alırdı. Ailə qurmaq istəyib, buna imkanı olmayan hər kəs xəzinədən lazımi məbləği alırdı... Və s. və i.a.

 

...Bu gün dünyada və təəssüf ki, daha çox bir sıra müsəlman hesab edilən ölkələrdə  o qədər israfçıılığa, yersiz, mənasız xərclərə yol verilir ki...  Vaxtilə xəlifə Ömər ibn Əbdüləzizin xilafətdəki acları doyurmağı  örtüyünü dəyişməkdən üstün tutduğu Kəbənin ətrafında nə qədər möhtəşəm tikililər ucaldılıb, neçə məscidlər, müqəddəslərin məzarları qızıla, brilyanta bəzlənib. Amma  Fələstində, Yəməndə, Suriyada, Əfqanıstanda, İraqda, Liviyada, neçə-neçə Afrika ölkəsində və s. milyonlarla müsəlman, körpə, uşaq, qadın, qoca aclıqdan, susuzluqdan əzab çəkir, dünyasını dəyişir... Yəməndə müharibədən, aclıqdan, susuzluqdan, xəstəlikdən zülmlər çəkən binəva müsəlmanın nəyinə lazımdır ki, Dubayda  Bürc xəlifəsi, Malayziyada filan göydələn  dünyada ən uca tikililərdir...

 

Nə yazıqlar ki, Azərbaycan da Şərq dünyasını da ağuşuna almış bu mənasız zahiri gözəllik yarışmalarından kənarda qalmır... Elə hər şey qadınlarımızın gözəlliyinə münasibətdən başlayır. Türk, müsəlman qadınlarını lütləndirib milyonlarla yad kişinin önünə çıxarırıq ki, bunlar arasında “ən gözəl”ini seçin... Amma batini gözəllik çoxumuzu əsla maraqlandırmır; şəhvət və şöhrət hissi hər şeyi üstələyir...

 

Halbuki, ön planda xalqın dolanışığı və mənəvi yüksəlişi olmalıdır. Əgər rayonda yaşayan bir yoxsul ailə sahibi ayda  80-100  manata qənaət edib  uşağı ilə bərabər Bakı bulvarına gəlib  Bayraq meydanına gedə bilmirsə, onun nəyinə lazımdır ki, burada ucaldılmış Azərbaycan bayrağı dünyada ən ucalardan biridir və ya paytaxtımızdakı yolka MDB məkanında ikincidir... (Hələ Bakının özündə yaşayanların xeyli hissəsi də ayda-ildə bir dəfə övladlarıyla şəhərə gəzməyə çıxmağa cürət edir)...

 

Yaxud, 30 ilə yaxındır, torpağını, dədə-baba evinin xarabalığını, dağını, meşəsini, çəmənini görmək eşqi ilə ürəyi infarkt olan vətənpər qaçqının, köçkünün paytaxtdakı 33(!) mərtəbəli “alov qüllələri”nin möhtəşəmliyi, gözəlliyi nəyinə gərəkdir...  Onu maraqlandırmır ki, bayrağımız dünyada ikinci, yolkamız MDB-də ikinci yeri tutur. Ona Murovun, Dəlidağın, Kirsin,  İşıqlı dağın, Hoçazın, Sarıbabanın, Ziyarət dağının gözəlliyi lazımdır... O qaçqın da, ölkəmizin hər bir qeyrətli vətəndaşı da  həmin Azərbaycan bayrağının adı çəkilən zirvələrdə dalğalanacağı günü gözləyir...

 

Əlbəttə, şəhərlərə, o cümlədən Bakıya zahiri gözəllik, təmizlik gərəkdir. Şəhər xaricdən gələn qonaqları cəlb etməlidir ki, büdcəmizə gəlir gətirən turistlərin sayı artsın. Fəqət, öncə ac qarınları doyurmaq gərəkdir. Bayrağımızın, göydələnlərimizin  ucalığından öncə mənəviyyatımızın, əxlaqımızın, həmçinin, qazancımızın, maaşımızın yüksəkliyi  vacibdir... Və Allah gözəlliyi, təmizliyi sevsə də, israfçılığı, haramçılığı sevmir...

 

Son 15-20 ildə Azərbaycanda  vacib, əhəmiyyətli tikinti, təmir işləri ilə yanaşı, kifayət qədər lazımsız, yersiz xərclərə də  yol verilib və bu gün də  həmin tendensiya davam edir. Təəssüf ki, burada korrupsioner məmurların haram gəlir götürmək üçün məsələn, yolların asfalt, səkilərin daş örtüyünün uzaqbaşı, 2-3 ildən bir dəyişdirilməsinə şərait yaratmaq, filan tikintinin tenderini udub oradan milyonlar “qatlamaq” marağı da özünü göstərir... 

 

Hansısa yüksək vəzifəli məmur bizimlə razılaşmırsa, buyursunlar, dərviş-libas olaq, yanımıza da bir neçə neytral, obyektiv,  gözükölgəli olmayan xarici mütəxəssis götürək və Bakıdan başlayaraq şəhərlərimizi, yollarımızı, küçələrimizi, səkilərimizi gəzək, binalarımıza, parklarımıza və s. bir-bir baxaq və harada israfçılığa, artıq xərclərə yol verildiyini göstərək...

 

Məlumunuz olsun ki, biz sözü kimlərəsə yarınmaq, kimlərəsə bədxahlıq etmək niyyəti ilə deyil, yalnız Allah rizası üçün deyirik. Bəli, şükür Allaha, Azərbaycanda yaxın ətrafdakı Suriya, İraq, Əfqanıstan və s. kimi xaos, qırğın hökm sürmür. Amma kifayət qədər problemlər var.  Sözsüz ki, ən böyük problem torpaqlarımızın işğaldan azad edilməsidir. Bunu da  beynəlxalq güclərin ümidinə buraxmışıq.  Amma digər problemləri müstəqil(!) ölkə kimi özümüz həll etmək iqtidarındayıq. Bunlar əsasən  mənəvi və iqtisadi, kommunal sahələrdədir. Mənəvi-əxlaqi sahəyə dəyər vermək üçün televiziyalardakı verilişlərə, barlardakı, gecə klublarındakı, otellərdəki, sauna, massaj salonlarındakı və s. hoqqalara baxmaq kifayərdir. Demək olar ki, 30-40 ilin Azərbaycanı ilə müqayisədə ciddi çöküş gedir... 

 

İqtisadi sahədə neft-qazdan gələn gəlirləri,  bayrağımızın, yolkamızın ucalığını müəllimin, həkimin, alimin və s. zəhmət haqqı ilə, eləcə də aqrar sahənin inkişafı ilə obyektiv müqayisə etsək, yenə çöküş getdiyini görərik...

 

Kommunal sahədə son onilliklərdə xeyli texnoloji uğurlar əldə edilib. Amma paytaxta və digər iri şəhərlərimizə, rayon mərkəzlərinə bir az yağış, qar yağan kimi “yeraltı” problemlər üzə çıxır. Yəni, yağış kanalizasiya sistemi ölkədə bərbad vəziyyətdədir...

 

O günləri Sumqayıtda 50-60 ildi təmir olunmamış, dəyişdirilməmiş kanalizasiya xətləri ucbatından çökən bir yolu görəndən sonra bir daha əmin oldum ki, bu sahədə sözün əsl mənasında çökürük. Belə hallar son illər, son aylar Bakıda da dəfələrlə baş verib... Odur ki, beynimə ani olaraq bir çağırış gəldi: “Bəlkə üz-gözümüzə, üst-başımıza, çölə-bacaya, daşa-divara bəzək vurmaq yerinə, ayağımızın altını bərkidək. Axı çökürük!..”

 

Bunu sadə, ibtidai savadlı bir vətəndaş, dağda çoban  da anlayır ki, qeyd etdiyimiz lüzumsuz tikililər-filanlara, təmirlərə, korrupsiya əməliyyatlarına,   hər bayramda-tədbirdə göyə sovrulan atəşfəşanlıqlara çəkilən milyonlar hesabına şəhərlərimizin kanalizasiya sistemini də yüksək səviyyədə qurmaq, eləcə də rayonlarda kənd təsərrüfatının inkişafına,  maaşlarımızın, pensiyalarımızın indikindən azı 3 dəfə çox artımına nail olmaq mümkün idi. Yəni həm gerçək, həm məcazi mənada ayağımızın altını bərkidə bilərdik...

 

Məddahlar, yaltaqlar baş qaldıra bilər ki, əşşi, bunlar kimdir e, gözləri Azərbaycanın inkişafını götürməyən xarici, daxili güclərlə əlbirdirlər. Möhtərəmlər, İmamlardan biri buyurur ki, mənim əsl dostum günahlarımı, səhvlərimi gizlədərək məni yalandan tərifləyən yox, onları üzümə söyləyib məni doğru yola yönəldəndir...  Bizlər üçün Allahdan sonra ən yaxın dost dövlətimiz, xalqımızdır. Odur ki, gördüyümüz, anladığımız nöqsanları deməyi özümüzə borc bilirik... Gerisi isə təqdiri-ilahidir... Və sizin dediyinizin əksinə, ölkədəki səhv və nöqsanları, günahları, haramçılıqları, korrupsiya, məmur özbaşınalığı və s. hallarını  gizlətdikcə onlar toplaşaraq düşmən güclərin əlində ölkədə  xaos yaratmaq üçün partadılacaq "bomba"ya çevrilir...     

 

 

 

 

loading...
İclas zamanı çılpaq görüntülənən bələdiyyə üzvü istefa verdi - VİDEO
Hamilə qadın sel fəlakəti zamanı uşaq dünyaya gətirdi - VİDEO
"MİQ imtahanın keçirilmə tarixlərinə və formatına dair müxtəlif ssenarilər hazırlanır"
"Bu ittihamlar ya sübut edilməli, ya onları irəli sürənlər qanun qarşısında cavab verməlidirlər"
“Səhhətim yaxşı deyil, ayaqlarımda ağrılar var...”
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
"İyulda əhalini və sahibkarları dəstəkləmək üçün vəsait ayrılmasa, bunun bədəlini..."
Siyasət
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
Hadisə
İranda daha bir partlayış baş verdi...
Dünya
"Stalinin adı ilə bağlı hər nə varsa, toxunmaq yasaqdır"
Gündəm
“Bütün səfir və konsulların fəaliyyəti yoxlanılmalıdır”
Yazar
İlham İsmayıl
Ermənilər bizdən niyə razılıq edirlər?!
Həftənin ən çox oxunanları
Aygün Kazımovanın yarıçılpaq videosu yayıldı - VİDEO (18+)
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
Ərini başqa qadınla tutan, doğuş sancısıyla səhnəyə çıxan, şüşə gözlü Xalq artisti...
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
"Vəfa Quluzadəni Rəsulzadənin portretini çıxarıb yerinə Heydər Əliyevinkini asan yerdə tutdum..."
Zirəddin koronavirusun yox olacağı dəqiq tarixi AÇIQLADI
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247