Xəbər lenti
18/08/2019 [15:08]:
İki ölkə ABŞ-a qarşı anlaşdı - Yeni gəlişmə
18/08/2019 [15:07]:
İmran Xandan dünyaya çağırış: Nüvə arsenalı...
18/08/2019 [15:05]:
Əsəd rejimi humanitar yardımlardan silah kimi istifadə edir - sensasion sənədlər yayıldı
18/08/2019 [14:59]:
“Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu
18/08/2019 [14:59]:
Rusiyanın müdafiə naziri Avropada və Asiyada ABŞ-a sərt cavab veriləcəyini söyləyib
18/08/2019 [14:59]:
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR
18/08/2019 [14:56]:
İsmayıl Abdullayev şərhçilikdən uzaqlaşdırıldı - Efirdə dediyi bu sözlərə görə
18/08/2019 [14:19]:
Gəncləri öz qurbanına çevirən estetik əməliyyatlar...
18/08/2019 [14:14]:
Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib...
18/08/2019 [14:12]:
5 yaşlı uşağı duşa bağlayıb, işgəncə verdilər -VİDEO
18/08/2019 [14:07]:
Şəmkirdə sərxoş ər qaynanasının evini yandırıb, 2 yaşlı körpə ölüb, xəsarət alanlar var - YENİLƏNİB
18/08/2019 [14:06]:
Ermənistan “140 hektar torpaq almışıq” dedi, Azərbaycan MN istehzalı cavab verdi - "Gülüş doğurur..."
18/08/2019 [14:03]:
"Mançester Siti" "Tottenhem"lə heç-heçə edib
18/08/2019 [13:51]:
3 ayda 2-ci dəfə ana oldu
18/08/2019 [13:50]:
Buraya qadınların girişi qadağandır: 2000 kişinin yaşadığı adanın sirri - FOTOLAR
18/08/2019 [13:48]:
"İlham Əliyev də Mehriban Əliyevanı birinci vitse prezident təyin etməklə..."
18/08/2019 [13:42]:
Şəmkirdə baş verən faciədə yanan qadın və anasının vəziyyəti açıqlandı
18/08/2019 [13:37]:
Şair Oqtay Rza vəfat etdi
18/08/2019 [13:34]:
Vilayət Eyvazovdan yeni rəis təyinatı
18/08/2019 [13:29]:
İki yaşlı oğlunun ölümünə səbəb olan atayla bağlı - Rəsmi açıqlama
18/08/2019 [12:20]:
Bill Geytsin hansı təxminləri həyata keçib?
18/08/2019 [12:16]:
Zəlzələ kahinindən ŞOK xəbərdarlıq
18/08/2019 [12:13]:
Bakı metrosunda sərnişinin halı pisləşdi
18/08/2019 [12:01]:
Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər
18/08/2019 [11:43]:
“Kriminal dünyanın tacı” - Heç kim ölümünə inanmadı
18/08/2019 [11:30]:
Türkiyədə ağır qəza - 37 yaralı
18/08/2019 [11:04]:
Banqladeşdə yanğın 50 min insanı evsiz qoydu
18/08/2019 [10:57]:
Duzdan çox istifadə etmək ömrü qısaldır - XƏBƏRDARLIQ...
18/08/2019 [10:43]:
Futbola baxan “saqqallı” qızlar saxlanıldı
18/08/2019 [10:40]:
Bu gün 40 dərəcə isti olacaq
18/08/2019 [10:30]:
Bu gün dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir
18/08/2019 [10:22]:
Düşmən snayper tüfənglərindən istifadə etməklə atəşkəsi pozdu
18/08/2019 [10:12]:
Xanım ofisianta bəxşiş olaraq avtomobil hədiyyə etdilər- MARAQLI...
18/08/2019 [10:09]:
Qadın uşaqlarını iki ay yarımlıq ara ilə dünyaya gətirdi
18/08/2019 [10:08]:
“Paşinyan bu təxribatçı çıxışı ilə Minsk Qrupunu yox elədi və Ermənistanı müharibəyə sürükləyir...”
18/08/2019 [10:05]:
Qazaxıstanda 5,4 maqnituda gücündə zəlzələ olub
18/08/2019 [10:04]:
Kraliçadan şahzadə Meqana növbəti qadağa: "Cırıq" cins geymə
18/08/2019 [10:02]:
Şəmkirdə yanğın zamanı 2 yaşlı uşaq ölüb
18/08/2019 [09:41]:
"Əmioğlu, eşitmişəm hamıya etdiyiniz cinayətlərdən danışırsınız, bəlkə birini də mənə danışasınız"
18/08/2019 [09:28]:
Putin ikinci prezidentlə həbsxanada görüşəcəkmi?
18/08/2019 [09:24]:
Neftçalada 24 yaşlı gənc intihar etdi
18/08/2019 [09:23]:
Gürcüstan ABŞ ilə hərbi əməkdaşlığı genişləndirir
18/08/2019 [09:20]:
Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
18/08/2019 [09:07]:
ABŞ-a məxsus PUA Rusiya sərhədində
18/08/2019 [09:01]:
Tramp təsadüfən tərəfdarını təhqir etdi
18/08/2019 [08:59]:
Əsəbiləşəndə sakitləşməyin ən sadə yolu
18/08/2019 [08:56]:
Rusiyada siqaret çəkənlərin maaşı azaldılacaq
18/08/2019 [08:56]:
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
18/08/2019 [08:54]:
Argentina Prezidenti yeni maliyyə naziri təyin etdi
18/08/2019 [08:53]:
Krımda unikal sarkofaq tapıldı
18/08/2019 [08:50]:
İsrailə 3 raket atıldı
18/08/2019 [08:26]:
Soçi aeroportunda işdən çıxarılan ermənilər rəhbərliyi şantaja keçdilər
18/08/2019 [08:24]:
Milyarder-sutenyorun müəmmalı ölümü ətrafında qalmaqal səngimir
18/08/2019 [08:19]:
Poroşenko Rusiyanın qorxularını açıqladı
18/08/2019 [08:17]:
Əfqanıstanda toyda partlayış olub: 63 nəfər ölüb - YENİLƏNİB
18/08/2019 [08:13]:
ABŞ-da təyyarə evin üstünə düşdü
18/08/2019 [08:11]:
Poroşenko Ukraynadan 8 milyard dollar çıxarıbmış
18/08/2019 [08:10]:
İran yeni ZRK ilə Rusiya və ABŞ-a meydan oxuyur
18/08/2019 [00:28]:
Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - FOTO/VİDEO
18/08/2019 [00:24]:
Azərbaycanda baba nəvəsi ilə “avtoşluq” etdi - VİDEO
18/08/2019 [00:21]:
“Real Madrid” La Liqaya qələbə ilə başladı - VİDEO
18/08/2019 [00:07]:
Böyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTO
18/08/2019 [00:05]:
"Qəbələ" ölkə çempionatına məğlubiyyətlə başladı
17/08/2019 [23:59]:
Abşeronda 13 yaşlı oğlanı maşın vurub, sürücü qaçıdı
17/08/2019 [23:57]:
Xəstəlik 10 yaşlı qızı qoca qarıya çevirdi - FOTOLAR
17/08/2019 [23:55]:
Uşaq yola qaçdı, maşın vuraraq öldürdü - Ana gözəllik salonunda imiş
17/08/2019 [23:52]:
Kanala düşən maşın nişanlı cütlüyə məzar oldu - VİDEO
17/08/2019 [23:48]:
Almaxanımın 18 avqust, 18 yaşı münasibətilə- Rauf Bağbanın şeiri
17/08/2019 [23:48]:
Fransada ac müştəri sifarişini gecikdirən ofisiantı güllələdi
17/08/2019 [23:46]:
Bu yay Xəzərdə məhv olan həyatlar - FOTOLAR
17/08/2019 [23:42]:
Rəqassə Fatimənin qızı ərə getdi - FOTO/VİDEO
17/08/2019 [22:52]:
Güləşçimiz gümüş medal qazandı
17/08/2019 [22:51]:
BMT yeni dəhşətli silah növünün yayılacağından narahatdır
17/08/2019 [22:49]:
Günay Bülənt Ərsoyla eyni təyyarədə uçdu
17/08/2019 [22:49]:
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
17/08/2019 [22:46]:
Ağsuda yüksək gərginlikli elektrik xətlərinin altında yanğın oldu
17/08/2019 [22:45]:
Türkiyədəki böyük fəlakətin 20-ci ili - VİDEO
17/08/2019 [22:41]:
ABŞ mətbuatı: "Barak Obama Co Baydenin prezidentlik yarışında iştirak etməsini istəmir"
17/08/2019 [22:39]:
Səidə Sultanın açıq-saçıq videosu yayıldı - VİDEO
17/08/2019 [22:34]:
Daha bir ərəb ölkəsi qarışa bilər - iki siyasi fəal edam edildi
Bütün arxiv bir sırada
18/01/2019 [13:51] - Müsahibə - ( 3831 dəfə baxılıb)

Nəcməddin Sadıkov: “Ermənistana fürsət verilib ki, düşünsün”

“Düşmənin vacib kommunikasiya marşrutlarına nəzarət imkanı verən strateji yüksəklikləri azad etdik”


Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov “Milli Məclis” jurnalının suallarını cavablandırıb. 


Moderator.az saytı həmin müsahibəni təqdim edir.

 

- Cari ildə 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Ötən dövr ərzində həyata keçirilən səmərəli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən yaxşı təchiz edilmiş və döyüş qabiliyyətli ilk 50 ordusu sırasına daxil olub. Ordu quruculuğu sahəsində gö­rü­lən işlər və əldə edilən nəticələr haqqında nə söyləmək olar?

 

- Beş il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordunun əsaslı şəkildə yenilənməsi kursunu tutmaqla müdrik qərar qəbul etdi. Ölkə başçımız  bu çətin vəzifəni yüksək hazırlıqlı, bilikli və tələbkar rəhbər olan general-polkovnik Zakir Həsənova tapşırdı. Respublikada bu gün hər kəs, hətta skeptik köklənmiş müxalifətçilər belə ordumuzun qısa müddət ərzində böyük nəticələr qazandığını etiraf edir. Bütün birləşmə və hərbi hissələrin döyüş hazırlığı və döyüş qabiliyyəti ən yüksək səviyyəyə qaldırılıb. Birləşmə, hərbi hissə və əlahiddə bölmələrin dislokasiya yerlərinin infrastrukturu inşa edilib və ya 80 faiz yenilənib. Şəxsi heyətin məişət şəraiti, qidalanması, geyim forması ilə təmin edilməsi və digər bütün təminat növləri ilə bağlı problemlər tam həcmdə həllini tapıb.

 

Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Dövlətin diqqət və qayğısı sayəsində son illər 1400-dək hərbi qulluqçu Bakı, Gəncə və Naxçıvan şəhərlərində daimi mənzillə təmin edilib, ölkənin digər bölgələrində isə 2000-dək hərbi qulluqçuya xidməti mənzillər verilib. Bu istiqamətdə işlər bu gün də davam etdirilir. Ali Baş Komandanın tapşırığına əsasən yaxın vaxtlarda 500-dək hərbi qulluqçunun daimi mənzillə təmin edilməsi nəzərdə tutulub.

 

Ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi islahatlar Azərbaycanda bütün sahələrin inkişafına güclü təkan verdi və hərbi xərcləri ciddi şəkildə artıran Prezidentimiz dərhal ordunun ən müasir silah və texnika nümunələri ilə təchizatına istiqamət götürdü. Bu istiqamətdə artım gələn ildə də gözlənilir. 2019-cu ildə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsinə 3 milyard 37 milyon manatın ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 4,6 faiz çoxdur.

Hərbi qulluqçuların sırf döyüş hazırlığı ilə məşğul olmaları üçün dövlət tərəfindən bütün lazımi şərait yaradılır. Ordumuzun müasir silah və hərbi texnika ilə təchiz edilməsi, həmçinin onun yüksək döyüş ruhu bu gün təcavüzkar erməni işğalçıları üzərində böyük üstünlüyə nail olduğumuzu deməyə imkan verir.

 

Ölkədə vətənpərvərlik görünməmiş həddədir. Biz ona nail olduq ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı hərbi xidmətdən keçir, o cümlədən qadınlar həvəslə hərbi xidmətə qoşulurlar, orduda müddətdən artıq həqiqi hərbi xidmət edən vətəndaşların sayı isə 21 min nəfərə çatıb.

 

Bu il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi, habelə Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibəti ilə keçirilən paradlar ordumuzun bütün gücünü və qüdrətini bir daha nümayiş etdirdi. Həmin paradlarda tərəfimizdən 240 ədəddən artıq hərbi texnika, gəmi, 70-dən çox uçuş vasitəsi, ən müasir zirehli texnika, ən yeni raket və artilleriya qurğuları, hava hü­cumundan mü­dafiə sistemləri, helikopterlər və pilotsuz uçuş aparatları nümayiş etdirildi.

 

Silahlı Qüvvələrimizin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində ölkəmizin iqtisadi inkişaf tempi böyük rol oynadı. Dinamik iqtisadi inkişafla yanaşı, güclü ordunun yaradılması müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir.

 

- Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərib. Aprel dö­yüşləri və Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək gücündə olduğunu nümayiş etdirdi. Bununla bağlı nə deyə bilərsiniz?

 

- 2016-cı ilin aprelində bütün bu deyilənlər sözdə deyil, döyüşdə nümayiş etdirildi. Aprel əks-həmlə əməliyyatı Silahlı Qüvvələrdə keçirilən islahatların nə qədər uğurlu olduğunu növbəti dəfə sübut etdi. Bu əməliyyatda ordumuzun əsas məqsədi qoşunların təmas xəttinin bilavasitə yaxınlığında yerləşən, Azərbaycanın yaşayış məntəqələrini məqsədyönlü şəkildə atəşə tutan erməni silahlı birləşmələrinin atəş mövqeləri və nöqtələrinin məhv edilməsi idi. Biz dinc əhalinin təhlükəsizliyinin təmin edilməsinə çalışırdıq və bu məqsədə nail olduq. Dinc əhalini atəşə tutan düşmən nəinki məhv edildi, hətta üstünlük təşkil edən yüksəklik və mövqelərdən də çıxarıldı. Qoşunların genişmiqyaslı iştirakı olmadan belə biz işğal edilmiş 2000 hektardan çox ərazini azad etdik, eyni zamanda, Ağdərə-Madagiz və Horadiz-Cəbrayıl istiqamətlərindəki ərazinin böyük bir hissəsini və yolları əməliyyat nəzarətinə götürdük.

 

Aprel döyüşləri zamanı Silahlı Qüvvələrimizin rəşadətinə ən yüksək qiyməti ölkə Prezidenti cənab İlham Əliyev verdi. Onun “Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi” deyərək səsləndirdiyi fikirlər sizin sualınıza tam cavab verir.

 

Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi növbəti dəfə idrakın səsinə qulaq asmadı, münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ona verilmiş fürsətdən istifadə etmədi və danışıqlarda yenidən qarşıdurma yolunu seç­di.

 

2018-ci ildə rəşadətli ordumuz ermənilər tərəfindən zəbt olunmuş 11 min hektar Naxçıvan torpağını azad edərək bir daha qəhrəmanlıq və şücaət göstərdi. Böyük həcmdə mühəndis və kəşfiyyat işi aparıldı. Naxçıvan əməliyyatı yüksək ustalıq və peşəkarlıqla həyata keçirildi. Biz düşmənin vacib kommunikasiya marşrutlarına nəzarət imkanı verən strateji yüksəklikləri azad etdik. Bu əməliyyat bir daha sübut etdi ki, Azərbaycan Ordusu güclüdür və onun qarşısında qoyulan istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır.

 

Bu gün Ermənistanın daxilində yaranmış çətin siyasi vəziyyəti nəzərə alaraq Prezidentimiz Ermənistan Respublikası hökumətinin yeni başçısına fürsət verir ki, düşünsün və Azərbaycanın zəbt edilmiş torpaqlarını sülh yolu ilə azad etsin. Ermənistanda hər kəs anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın istənilən əmrini yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə hazırdır və işğal edilmiş əraziləri azad etməyə qadirdir. Ermənistanda elə zənn etməsinlər ki, vaxtı uzatmaqla danışıqlardakı status-kvonu qoruyub saxlaya biləcəklər.

 

- Azərbaycan güclü müdafiə sənayesi yaradıb. Bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. İstehsal edilən rəqabətə davamlı məhsullar Silahlı Qüvvələrimizlə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir. Bununla  bağlı fikirlərinizi bilmək maraqlı olardı.

 

- Uzaqgörən və hörmətli Prezidentimizin qayğısı ilə müdafiə təyinatlı hərbi sənayenin ən müasir infrastrukturu yaradılır. Biz hərbi təyinatlı məhsulların tamamilə xaricdən alınmasından asılı ola bilmərik.  Qısa müddət ərzində respublikamızda hərbi texnikanın, silahların, döyüş sursatlarının, hərbi-texniki əmlakın və təchizatın, yüksək keyfiyyətli əşya və ərzağın ən müasir nü­munələrinin istehsalı həyata keçirilir. Azərbaycanda 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda ordumuzun təchiz olunduğu 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal edilir. Eyni zamanda, biz hərbi təyinatlı məhsulları Yaxın Şərq, Cənubi-Şərqi Asiya, Afrika və Avropanın 10-dan çox ölkəsinə ixrac edirik. İxrac olunan məhsulların həcmi ildən-ilə artır.

 

Bununla yanaşı, Azərbaycanda güclü zirehli maşınlar da istehsal olunur. Bu zirehli maşınlardan şəxsi heyət üçün nəqliyyat vasitəsi, səyyar komanda məntəqəsi, gözətçi avtomobillər və s. kimi istifadə edilir.

Bizim zərbə və döyüş-kəşfiyyat pilotsuz uçuş aparatları dünyada geniş şöhrət qazanıb. Yeni nəsil “Zərbə” pilotsuz uçuş aparatı özü­nün ən yüksək texnoloji səviyyəsi və imkanları ilə böyük heyranlıq doğurur.

Mən başqa ölkələrdə rəsmi səfərlərdə oluram. Orada qoşunları və hərbi zavodları ziyarət edərkən müdafiə təyinatlı məhsullarımızın xarici analoqlarından nəinki geri qalmadığının, hətta onları üstələdiyinin şahidi oluram. Təsadüfi deyil ki, Cənubi Koreya, İraq, Afrika ölkələri də  Azərbaycandan silah alıcıları sırasındadırlar. Bu, bir daha onu göstərir ki, Azərbaycanın istehsal etdiyi hərbi məhsullar dünyanın ən yüksək standartlarına cavab verir.

 

2014-cü ildən Azərbaycanda “ADEX” Beynəlxalq müdafiə sərgisi keçirilir. Regionda təşkil olunan böyük, genişmiqyaslı bu tədbir Azərbaycanın müdafiə sənayesi kompleksinin, müasir silah və avadanlığın gücünü, qüdrətini nümayiş etdirmək üçün geniş imkanlar açır.

 

“ADEX” dünya bazarlarına ixrac üçün təklif edilən hərbi-sənaye kompleksinin müxtəlif sahələri üzrə hərbi texnikanın ən yeni nümunələri, müasir müdafiə texnologiyaları ilə tanış olmaq imkanı yaradır. Artıq bu sərgi silahların ən son nü­munələrinin nü­mayişi və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində sazişlərin imzalanması üçün gö­zəl platformaya çevrilib. Son “ADEX-2018” sərgisi cari ilin sentyabr ayında Bakıda keçirilmiş və xeyli sayda xarici ölkələrdən olan mü­dafiə sənayesi şirkətləri və müəssisələrini cəlb etmişdir.

 

- Respublikamız bir çox ölkələrlə hərbi-texniki sahədə əməkdaşlığı uğurla davam etdirir.  Bu əməkdaşlığın əhəmiyyəti nədən ibarətdir?

 

- Regionun xüsusiyyətləri, siyasi durum və cəbhəboyu zonadakı vəziyyət nəzərə alınmaqla, həmçinin düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədi ilə Azərbaycan Ordusunun silahlanmasına inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli dö­yüş  texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar daxil edilir.

Prezidentimizin qərarı ilə Azərbaycan bu gün Rusiya, Belarus, Ukrayna, Çin kimi ənənəvi tərəfdaşları ilə yanaşı, NATO-ya üzv ölkələr - Türkiyə, İspaniya, Böyük Britaniya, habelə İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə ən fəal şəkildə əməkdaşlıq edir. Bizim hərbi-texniki əlaqələrimiz ən yüksək səviyyədə, strateji maraqlara cavab verən istiqamətdə inkişaf edir. Hərbi-texniki əməkdaşlıq üzrə fəaliyyət göstərən daimi komissiyalar fəal işləyir.

 

Bundan əlavə, Azərbaycan Ordusunun hərbçiləri xarici ali hərbi məktəblərdə və kurslarda təhsil alır, müxtəlif mütəxəssislərin və xüsusi təyinatlı qüvvələrin yarışlarında, eləcə də sərgilərdə və forumlarda, sülhyaratma əməliyyatlarında, nazirlər və baş qərargah səviyyəsində keçirilən iclas və konfranslarda fəal iştirak edirlər.

 

Bu, bizim yüksək nüfuzumuzdan, dünyadakı mürəkkəb hərbi-siyasi vəziyyətin istənilən çağırışlarına cavab vermək və ən çətin məsələləri həll etmək bacarığımızdan xəbər verir. Beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən bütün tədbirlərdə biz lazımi təcrübə toplayır, vərdiş və peşəkarlığımızı artırırıq.

Bu yaxınlarda mən ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyons ilə görüşərkən o, bizim Əfqanıstandakı  sülhməramlı qüvvələrimizə ən yüksək qiymət verərək vurğuladı ki, Azərbaycan hərbçiləri nü­munəvi xidmətləri ilə bu ölkədə həyata keçirilən missiyada fərqlənirlər.

 

- Azərbaycan Ordusunun səciyyəvi xüsusiyyətlərindən biri də yüksək vətənpərvərlik ruhudur. Məhz bu mühüm keyfiyyət ordunun döyüş qabiliyyətində öz əksini necə tapır?

 

- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində müasir və güclü silah və hərbi texnika ilə təchiz olunan Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhu, hərbi-vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlığı, psixoloji dayanaqlığı və intizamı bu gün, həqiqətən də, yüksək səviyyədədir.

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi məqsədi ilə bütün birlik, birləşmə, hərbi hissə və bölmələrdə şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsi və mənəvi-psixoloji hazırlığı istiqamətində məqsədyönlü iş aparılır.

 

Azərbaycan Ordusunun şəxsi heyətinin hərbi-vətənpərvərlik tərbiyəsinin əsas keyfiyyətləri Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanına, Konstitusiyaya və hərbi borca sədaqət; nümunəvi davranış və xidmət yoldaşları ilə dostluq münasibətlərinin qurulması; özü­nə qarşı tələbkarlıq və qarşıya qoyulmuş tapşırıqların vaxtında, dəqiq yerinə yetirilməsi kimi yüksək qabiliyyətlərin formalaşdırılmasıdır.

 

Bu gün Azərbaycan Ordusunda, o cümlədən müdafiənin ön xəttində hərbi xidmət keçmək üçün optimal şərait yaradılıb. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində səmərəli iş aparılır. Hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi xidmətin nü­fuzu, ölkə və xalq qarşısında öz borcunun yerinə yetirilməsi tələbatı təbliğ olunur, müxtəlif mədəni-kütləvi tədbirlər keçirilir, ordu ilə cəmiyyət arasında əlaqələrin genişləndirilməsinə yönəldilən “Açıq qapı” günləri və bir sıra digər tədbirlər həyata keçirilir.

Bu gün Azərbaycan Ordusunun dövlət və qeyri-hökumət təşkilatları, ictimaiyyət və media nü­mayəndələri ilə əməkdaşlığının inkişafına bö­yük əhəmiyyət verilir.

 

Biz cəmiyyət üçün açığıq. Bu baxımdan Azərbaycan Ordusunun fəaliyyəti, ordu quruculuğunda aparılan islahatlar, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, habelə hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində tərəfimizdən görülən işlər barəsində ictimaiyyətin məlumatlandırılmasına xüsusi diqqət yetirilir.

 

- Maraqlı və məzmunlu müsahibəyə görə çox sağ olun. Sizə minnətdarlığımızı bildiririk.

 

- Buyurun. Siz sağ olun.


loading...
loading...
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
Kosmetik vasitələr Antarktikanı da kirlətdi - İNANILMAZ...
8 telefonla birdən oynayan sürücü yaxalandı - FOTO
Liberiyalı senator maaşının çoxunu yerli xalqa paylayacaq - MARAQLI
Hesabın çox gəlməsinə qəzəbləndi, bara hücum etdi - AĞLASIĞMAZ...+ VİDEO
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Əsəddən icazə al…” - Moskvadan Ərdoğana şok tələb
Dünya
“Fox 8” in müxbiri təyyarə qəzasında öldü - FOTO
Dünya
Rusiya Xüsusi Təyinatlıları özlərini biabır etdi - FOTO
Cəmiyyət
10 dahinin 100 məhşur sözü...
Cəmiyyət
“Onda hər şey yüksək səviyyədədir...”
Həftənin ən çox oxunanları
Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər - VİDEO
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Əsgərlərimizdən düşmənə əsl Qurban Bayramı "hədiyyəsi"...
Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq...
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
Düşmənin müdafiə naziri Azərbaycana yalvardı: “Dayandırın...”
Naxçıvanın keçmiş daxili işlər nazirinin Bakıda obyekti "tapıldı"... - FOTOLAR
"Prezident məhz bu keyfiyyətləri nəzərə alıb onu çökməkdə olan sistemin başına gətirdi"
"Qarış-qarış da olsa öz ərazilərimizi düşməndən təmizləyirik" - Hərbi ekspert...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)