Xəbər lenti
18/08/2019 [14:19]:
Gəncləri öz qurbanına çevirən estetik əməliyyatlar...
18/08/2019 [14:14]:
Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib...
18/08/2019 [14:12]:
5 yaşlı uşağı duşa bağlayıb, işgəncə verdilər -VİDEO
18/08/2019 [14:07]:
Şəmkirdə sərxoş ər qaynanasının evini yandırıb, 2 yaşlı körpə ölüb, xəsarət alanlar var - YENİLƏNİB
18/08/2019 [14:06]:
Ermənistan “140 hektar torpaq almışıq” dedi, Azərbaycan MN istehzalı cavab verdi - "Gülüş doğurur..."
18/08/2019 [14:03]:
"Mançester Siti" "Tottenhem"lə heç-heçə edib
18/08/2019 [13:51]:
3 ayda 2-ci dəfə ana oldu
18/08/2019 [13:50]:
Buraya qadınların girişi qadağandır: 2000 kişinin yaşadığı adanın sirri - FOTOLAR
18/08/2019 [13:48]:
"İlham Əliyev də Mehriban Əliyevanı birinci vitse prezident təyin etməklə..."
18/08/2019 [13:42]:
Şəmkirdə baş verən faciədə yanan qadın və anasının vəziyyəti açıqlandı
18/08/2019 [13:37]:
Şair Oqtay Rza vəfat etdi
18/08/2019 [13:34]:
Vilayət Eyvazovdan yeni rəis təyinatı
18/08/2019 [13:29]:
İki yaşlı oğlunun ölümünə səbəb olan atayla bağlı - Rəsmi açıqlama
18/08/2019 [12:20]:
Bill Geytsin hansı təxminləri həyata keçib?
18/08/2019 [12:16]:
Zəlzələ kahinindən ŞOK xəbərdarlıq
18/08/2019 [12:13]:
Bakı metrosunda sərnişinin halı pisləşdi
18/08/2019 [12:01]:
Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər
18/08/2019 [11:43]:
“Kriminal dünyanın tacı” - Heç kim ölümünə inanmadı
18/08/2019 [11:30]:
Türkiyədə ağır qəza - 37 yaralı
18/08/2019 [11:04]:
Banqladeşdə yanğın 50 min insanı evsiz qoydu
18/08/2019 [10:57]:
Duzdan çox istifadə etmək ömrü qısaldır - XƏBƏRDARLIQ...
18/08/2019 [10:43]:
Futbola baxan “saqqallı” qızlar saxlanıldı
18/08/2019 [10:40]:
Bu gün 40 dərəcə isti olacaq
18/08/2019 [10:30]:
Bu gün dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir
18/08/2019 [10:22]:
Düşmən snayper tüfənglərindən istifadə etməklə atəşkəsi pozdu
18/08/2019 [10:12]:
Xanım ofisianta bəxşiş olaraq avtomobil hədiyyə etdilər- MARAQLI...
18/08/2019 [10:09]:
Qadın uşaqlarını iki ay yarımlıq ara ilə dünyaya gətirdi
18/08/2019 [10:08]:
“Paşinyan bu təxribatçı çıxışı ilə Minsk Qrupunu yox elədi və Ermənistanı müharibəyə sürükləyir...”
18/08/2019 [10:05]:
Qazaxıstanda 5,4 maqnituda gücündə zəlzələ olub
18/08/2019 [10:04]:
Kraliçadan şahzadə Meqana növbəti qadağa: "Cırıq" cins geymə
18/08/2019 [10:02]:
Şəmkirdə yanğın zamanı 2 yaşlı uşaq ölüb
18/08/2019 [09:41]:
"Əmioğlu, eşitmişəm hamıya etdiyiniz cinayətlərdən danışırsınız, bəlkə birini də mənə danışasınız"
18/08/2019 [09:28]:
Putin ikinci prezidentlə həbsxanada görüşəcəkmi?
18/08/2019 [09:24]:
Neftçalada 24 yaşlı gənc intihar etdi
18/08/2019 [09:23]:
Gürcüstan ABŞ ilə hərbi əməkdaşlığı genişləndirir
18/08/2019 [09:20]:
Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
18/08/2019 [09:07]:
ABŞ-a məxsus PUA Rusiya sərhədində
18/08/2019 [09:01]:
Tramp təsadüfən tərəfdarını təhqir etdi
18/08/2019 [08:59]:
Əsəbiləşəndə sakitləşməyin ən sadə yolu
18/08/2019 [08:56]:
Rusiyada siqaret çəkənlərin maaşı azaldılacaq
18/08/2019 [08:56]:
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
18/08/2019 [08:54]:
Argentina Prezidenti yeni maliyyə naziri təyin etdi
18/08/2019 [08:53]:
Krımda unikal sarkofaq tapıldı
18/08/2019 [08:50]:
İsrailə 3 raket atıldı
18/08/2019 [08:26]:
Soçi aeroportunda işdən çıxarılan ermənilər rəhbərliyi şantaja keçdilər
18/08/2019 [08:24]:
Milyarder-sutenyorun müəmmalı ölümü ətrafında qalmaqal səngimir
18/08/2019 [08:19]:
Poroşenko Rusiyanın qorxularını açıqladı
18/08/2019 [08:17]:
Əfqanıstanda toyda partlayış olub: 63 nəfər ölüb - YENİLƏNİB
18/08/2019 [08:13]:
ABŞ-da təyyarə evin üstünə düşdü
18/08/2019 [08:11]:
Poroşenko Ukraynadan 8 milyard dollar çıxarıbmış
18/08/2019 [08:10]:
İran yeni ZRK ilə Rusiya və ABŞ-a meydan oxuyur
18/08/2019 [00:28]:
Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - FOTO/VİDEO
18/08/2019 [00:24]:
Azərbaycanda baba nəvəsi ilə “avtoşluq” etdi - VİDEO
18/08/2019 [00:21]:
“Real Madrid” La Liqaya qələbə ilə başladı - VİDEO
18/08/2019 [00:07]:
Böyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTO
18/08/2019 [00:05]:
"Qəbələ" ölkə çempionatına məğlubiyyətlə başladı
17/08/2019 [23:59]:
Abşeronda 13 yaşlı oğlanı maşın vurub, sürücü qaçıdı
17/08/2019 [23:57]:
Xəstəlik 10 yaşlı qızı qoca qarıya çevirdi - FOTOLAR
17/08/2019 [23:55]:
Uşaq yola qaçdı, maşın vuraraq öldürdü - Ana gözəllik salonunda imiş
17/08/2019 [23:52]:
Kanala düşən maşın nişanlı cütlüyə məzar oldu - VİDEO
17/08/2019 [23:48]:
Almaxanımın 18 avqust, 18 yaşı münasibətilə- Rauf Bağbanın şeiri
17/08/2019 [23:48]:
Fransada ac müştəri sifarişini gecikdirən ofisiantı güllələdi
17/08/2019 [23:46]:
Bu yay Xəzərdə məhv olan həyatlar - FOTOLAR
17/08/2019 [23:42]:
Rəqassə Fatimənin qızı ərə getdi - FOTO/VİDEO
17/08/2019 [22:52]:
Güləşçimiz gümüş medal qazandı
17/08/2019 [22:51]:
BMT yeni dəhşətli silah növünün yayılacağından narahatdır
17/08/2019 [22:49]:
Günay Bülənt Ərsoyla eyni təyyarədə uçdu
17/08/2019 [22:49]:
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
17/08/2019 [22:46]:
Ağsuda yüksək gərginlikli elektrik xətlərinin altında yanğın oldu
17/08/2019 [22:45]:
Türkiyədəki böyük fəlakətin 20-ci ili - VİDEO
17/08/2019 [22:41]:
ABŞ mətbuatı: "Barak Obama Co Baydenin prezidentlik yarışında iştirak etməsini istəmir"
17/08/2019 [22:39]:
Səidə Sultanın açıq-saçıq videosu yayıldı - VİDEO
17/08/2019 [22:34]:
Daha bir ərəb ölkəsi qarışa bilər - iki siyasi fəal edam edildi
17/08/2019 [22:31]:
Nazirlik Xətaidə ağacları qorumaq üçün məcburi göstəriş verdi
17/08/2019 [22:10]:
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
17/08/2019 [22:02]:
Mehriban Əliyeva Müslüm Maqomayevi doğum günündə bu sözlərlə andı
17/08/2019 [21:52]:
Belarusun Müdafiə naziri: “Azərbaycanla münasibətlərimiz yüksələn xətlə inkişaf edir"
17/08/2019 [21:50]:
Zakir Həsənov Azərbaycan tankçılarının “Beynəlxalq Ordu Oyunları - 2019”da iştirakını yüksək qiymətləndirdi
17/08/2019 [20:52]:
Fərari əsgərin hərbi hissəsində yoxlama: İrəvan qurbanlıq keçi axtarır...
17/08/2019 [20:51]:
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
Bütün arxiv bir sırada
18/01/2019 [16:58] - Araşdırma - ( 1940 dəfə baxılıb)

“Elmi dərəcələri ifadə edən termin təkmilləşdirilməlidir…”

Bəhram Zahidov: “ “Elmi dərəcələr və elmi adlar haqqında” Qanunun hazırlanması və qəbul edilməsi hazırda çox vacibdir…”  


 Azərbaycan Respublikasında elm və təhsillə bilavasitə bağlı olan ki­çik bir faktı diqqətə çatdırmaqla elmi və ya ədəbi dilimizin inkişafının və mükəm­məl­ləş­di­ril­məsinin hər zaman və hər yerdə son dərəcə vacib olduğunu bir daha xatırlatmaq is­tər­dim. Bu? sadə bir məsələdir. Lakin sadə olduğu qədər də, yüzlərlə digər faktlar üçün bir nümunədir, formalaşmaqda olan qüsurlu ənənədir və qarşısı təxirəsalınmadan alınmalıdır. Məsələ bundan ibarətdir ki, hələ SSRİ dövründə formalaşmış qaydaya, ha­belə sonradan, müstəqillik illərində Ulu Öndər Heydər Əliyev tərəfindən 21 fevral 2003-cü il tarixli 857 nömrəli Fərmanla təsdiq olunmuş “Azər­baycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haq­qın­da”, “Alimlik dərəcələrinin və elmi adların verilməsi qay­da­la­rı haqqında” Əsasnamələrdə konkret elm sahəsi göstərilmək şərti ilə, “elmlər namizədi” və ya “elmlər doktoru” adlanan elmi də­rə­cələr müəyyən edilmişdir. 19 iyun 2009-cu il tarixli Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu qüvvəyə mindikdən sonra bu adlarda təcrübi olaraq müəyyən dəyişikliklər baş vermişdir. Bu xüsusilə, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli “Təhsil haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanından sonra müşahidə edilməyə başlanılmışdır. Halbuki həmin Fərmanda elmi dərəcələrin hazırda yazıldığı kimi – məsələn, “fəlsəfə üzrə fəlsəfə doktoru”, yaxud “fəlsəfə üzrə elmlər doktoru” kimi yazılması barədə heç bir konkret göstəriş olmamışdır, Fərman Qanunun təcrübi olaraq tətbiqi barədə xeyirxah bir məqsəd daşımışdır. Müşahidə edilən mövcud vəziyyət heç bir qanuna və ya başqa normativ-hüquqi akta əsaslanmasa da, lakin onlarla alimin, o cümlədən dilçi alimlərin gözü qarşısında yalnış bir təcrübə formalaşmaqdadır. Bu isə yolverilməz bir haldır.


Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun  1.0.15, 1.0.18, 23.3.1 və 23.3.2[1] maddələrində doktoranturada verilən yüksək elmi dərəcə, elm sahəsi göstərilməklə “fəlsəfə doktoru”, ən yüksək elmi dərəcənin isə, elm sahəsi göstərilməklə “elmlər doktoru” kimi adlandırılması qaydası müəyyən edilmişdir. Fikrimizcə, bu, tamamilə anlaşılan bir məna ifadə etməkdədir.


Azərbaycan dilinin qrammatikasını və “Təhsil haqqında” Qanunun elementar tələblərini bilən insanlar yaxşı dərk edirlər ki, Qanunun hər iki maddəsində, şərt kimi irəli sürülən “elm sahələri” ifadəsi, əslində uğurlu tapıntı hesab oluna bilməz. Çünki hər hansı bir elmi dərəcə, geniş mənada “elm sahələri”ni cəm şəkildə deyil (müstəsna hallar istina edilməklə), konkret bir elm sahəsini əhatə edir. Əgər yüksək elmi dərəcə hesab olunan “fəlsəfə doktoru”nda konkret desək, məsələn, “fəlsəfə üzrə fəlsəfə doktoru” ifadəsi əvvəllər işlədildiyi kimi, “fəlsəfə elmləri namizədi” mənasını ifadə etməklə, müəyyən mənada dilin ahənginə uyğun gəlirsə, ən yüksək elmi dərəcə hesab olunan “elmlər doktoru” dərəcəsində elm sahəsi göstərilərkən “üzrə” qoşmasının əlavə edilməsi və işlədilməsi tamamilə mənasız və yersizdir. Dilimizin qrammatikasına və ahəng qanununa uyğun deyildir. Elmi dərəcənin adını və sahəsini göstərməklə yazmaq əvəzinə, hazırda əlavə edilən “üzrə” qoşması, əslində  “elm sahəsi” ifadəsini ehtiva etmir, ona heç bir aidiyyatı yoxdur və beləliklə də mənasız bir söz səciyyəsi daşıyır. Bu baxımdan ən yüksək elmi dərəcənin, məsələn “fəlsəfə elmləri doktoru” (əvvəllər də belə ifadə edilirdi) kimi işlədilməsi daha düzgün hesab olunmalı idi. Çox təəssüf ki, “Təhsil haqqında” Qanunun qəbulundan sonra, nədənsə, bu gün ölkədə yüksək elmi dərəcə, gülüş doğuran bir formada, məsələn, “fəlsəfə üzrə fəlsəfə doktoru” kimi yazılırsa, təəssüflə qeyd edilməlidir ki, ən yüksək elmi dərəcə hesab edilən “elmlər doktoru”, heç bir məntiqə uyğun olmadan “üzrə” qoşması əlavə edilməklə, məsələn, “fəlsəfə üzrə elmlər doktoru”, yaxud “tibb üzrə elmlər doktoru” kimi işlədilməyə başlanılmışdır. Bu qayda kim tərəfindən, hansı normativ aktla müəyyən edilmişdir,  aydın deyildir. Burada “üzrə” qoşmasının hansı mənanı ifadə etməsi də  aydın deyildir. Əgər bu, elm sahəsini göstərmək məqsədi ilə işlədilirsə, onda “Təhsil Qanunu”nun tələblərinə müvafiq olaraq bu, məsələn “fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru” kimi, yaxud “fəlsəfə elmləri doktoru” kimi işlədilməli idi. Çünki, Qanunun 23.3.1 maddəsində “fəlsəfə doktoru” dərəcəsi üçün elm sahəsinin göstərilməsinin vacibliyi nəzərdə tutulmuşdur. Əslində isə “üzrə” qoşması, “elm sahələri” ifadəsini əvəz etmir. Buna görə də elmi dərəcənin, məsələn “fəlsəfə üzrə fəlsəfə doktoru” kimi yazılması tamamilə mənasızdır və gülüş doğurur. Təəssüflə qeyd edilməlidir ki, elmin və təhsilin müxtəlif sahələri ilə məşğul olan çoxsaylı alimlər, hətta dilçilər belə, heç bir məntiqə, heç bir dil qanununa uyğun olmadan, ən yüksək elmi dərəcə hesab edilən “elmlər doktoru” ifadəsinə yersiz olaraq “üzrə” qoşmasını da əlavə etməklə, anlaşılmaz bir vəziyyətlə indiyə qədər  razılaşırlar, heç kim səsini çıxartmır. Etiraf edim ki, ünsiyyətdə olduğum alimlərin böyük əksəriyyəti mövcud vəziyyətin qüsurlu olduğu fikri ilə razılaşsalar da, onun aradan qaldırılmasına heç bir təşəbbüs göstərməmişdirlər. Soruşuram, “hüquq elmləri doktoru” ifadəsinin nəyi pis idi ki, indi onu “hüquq üzrə elmlər doktoru” kimi işlədirlər?


Beləliklə, fikrimi yekunlaşdıraraq hesab edirəm ki, “Təhsil haqqında” Qanunun tələblərinə riayət edilərək, doktoranturada verilən yüksək elmi dərəcə, elm sahəsi göstərilməklə, məsələn, “fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru” ən yüksək elmi dərəcə isə, elm sahəsi göstərilməklə, “fəlsəfə elmləri doktoru” kimi yazılması daha düzgün, qanuni və məntiqi hesab edilməlidir. Bütün bu qüsurların aradan qaldırılması və verilən təklifin reallaşdırılması üçün “Təhsil haqqında” Qa­nunun tətbiqini təmin etmək barədə müvafiq göstəriş verilməklə, hesab edirəm ki, məsələnin həllini təmin etmək mümkündür. Forma ardınca gedərək “fəlsəfə doktoru” ifadəsinin dövriyyəyə buraxılması, bu gün milli elmimizə heç bir yenilik və töhfə gətirmədiyi kimi, etiraf edim ki, “üzrə” qoşmasının da ən yüksək elmi dərəcə adından çıxarılması şübhəsiz ki, elmə heç bir yenilik və töhfə gətirməyəcəkdir. Bununla belə göstərilən dəyişikliyin heç olmasa, dövlət di­li­­mizə – ana dilimizə hörmət xatirinə aparılması məqsədəuyğun olardı. Bu, müəyyən ter­min­lə­rin dövlət dilinin tələblərinə uyğunlaşdırılması ilə bağlı olan fikirlərimin bir hissəsidir. Bü­tün bun­larla yanaşı, hərdən öz-özümə fikirləşir və cavab tapa bilmirəm ki, bu gün çox­saylı ixtisasları, elm sahələrini, elmi dərəcələri, elmi adları müvafiq olaraq “ri­ya­ziy­yat üzrə fəl­sə­fə doktoru”, “baytarlıq üzrə fəlsəfə doktoru”, “fəlsəfə üzrə fəlsəfə dok­to­ru”, “si­ya­sət üzrə fəl­sə­fə doktoru” və s. kimi təqdim etmək, başqa sözlə, bütün elmlərin süni surətdə fəl­sə­fələş­di­ril­mə­si, alimlərin isə filosoflaşdırılması elmimizə və təhsilimizə nə kimi töhvələr vermişdir? Bütün “bu islahatlar”ın ma­hiy­yəti, məzmunu və əhəmiyyəti nə olmuşdur? Əlbəttə, bu suallar hər bir elm və təhsil işçisini cid­di düşünməyə səfərbər edir. Başqa qabaqcıl ölkələrin təcrübəsində də, bütün elm sahələrinin fəlsəfələşdirilməsi və  alimlərin filosoflaşdırılması kimi yanlış təcrübəyə rast gələ bilməzsiniz. Fəlsəfə elminin elementar tələblərindən başı çıxmayan və xəbəri olmayan baytar həkiminə, yaxud hər hansı başqa bir elm sahəsi üzrə müdafiə etmiş tədqiqatçıya, məsələn, “baytarlıq üzrə fəlsəfə doktoru” adının verilməsi nəyə və kimə lazımdır? 


Azərbaycan Respublikasının dünya birliyinə sıx inteqrasiyası və bütün sahələrdə əlaqələrin intensiv surətdə genişlənməsi, yüksək inkişaf və tərəqqi artıq bir reallıqdır və heç kim bunu şübhə altına ala bilməz. Bu fakt beynəlxalq ekspertlər tərəfindən də dəfələrlə etiraf edilmişdir. Belə bir vəziyyətdə ölkədə elmi titulların, onların adlarının, verilmə şərtlərinin, me­xa­nizm­lə­rinin, standartlarının dünyada qəbul edilmiş tələblərə (bu sahədə YUNESKO-nun me­yarları örnək ola bilər) uyğunlaşdırılması sahəsində təxirəsalınmadan tədbirlər görülməsi bu gün çox vacibdir. Bu tələbatı dərindən bilən və yüksək qiymətləndirən ölkə rəhbərliyinin, o cümlədən, prezident adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin və humanitar siyasət şöbəsinin müdiri Fərəh xanım Əliyevanın AAK-da olması, müvafiq kadr dəyişiklikləri etməsi və ümumiyyətlə AAK qarşısında mühüm vəzifələr qoyması, tamamilə vaxtında atılmış bir addım hesab olunmalıdır. Əminəm ki, elmi adların təkmilləşdirilməsi ilə bağlı təklifimiz də islahatlar zamanı nəzərə alına bilər. Aydındır ki, elmi adlar və elmi dərəcələr, insan hüquqlarının, o cümlədən insanın əqli mülkiyyət hüququnun, təhsil hüququnun, yaradıcılıq azadlığının reallaşdırılması ilə sıx bağlıdır. Buna görə də hesab edirəm ki, ölkədə “Elmi dərəcələr və elmi adlar haqqında” Qanunun hazırlanması və qəbul edilməsi hazırda çox vacib və aktualdır.

 

Bəhram Zahidov,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, hüquq elmləri doktoru, professor, AAK-nın hüquq elmləri üzrə ekspert Şurasının üzvü.

 



[1] Təhsil haqqında Qanun. B., 2012. S. 6, 34-35

loading...
loading...
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
Kosmetik vasitələr Antarktikanı da kirlətdi - İNANILMAZ...
8 telefonla birdən oynayan sürücü yaxalandı - FOTO
Liberiyalı senator maaşının çoxunu yerli xalqa paylayacaq - MARAQLI
Hesabın çox gəlməsinə qəzəbləndi, bara hücum etdi - AĞLASIĞMAZ...+ VİDEO
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Əsəddən icazə al…” - Moskvadan Ərdoğana şok tələb
Dünya
“Fox 8” in müxbiri təyyarə qəzasında öldü - FOTO
Dünya
Rusiya Xüsusi Təyinatlıları özlərini biabır etdi - FOTO
Cəmiyyət
10 dahinin 100 məhşur sözü...
Cəmiyyət
“Onda hər şey yüksək səviyyədədir...”
Həftənin ən çox oxunanları
Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər - VİDEO
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Əsgərlərimizdən düşmənə əsl Qurban Bayramı "hədiyyəsi"...
Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq...
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
Düşmənin müdafiə naziri Azərbaycana yalvardı: “Dayandırın...”
Naxçıvanın keçmiş daxili işlər nazirinin Bakıda obyekti "tapıldı"... - FOTOLAR
"Prezident məhz bu keyfiyyətləri nəzərə alıb onu çökməkdə olan sistemin başına gətirdi"
"Qarış-qarış da olsa öz ərazilərimizi düşməndən təmizləyirik" - Hərbi ekspert...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)