Xəbər lenti
18/08/2019 [00:28]:
Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - FOTO/VİDEO
18/08/2019 [00:24]:
Azərbaycanda baba nəvəsi ilə “avtoşluq” etdi - VİDEO
18/08/2019 [00:21]:
“Real Madrid” La Liqaya qələbə ilə başladı - VİDEO
18/08/2019 [00:07]:
Böyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTO
18/08/2019 [00:05]:
"Qəbələ" ölkə çempionatına məğlubiyyətlə başladı
17/08/2019 [23:59]:
Abşeronda 13 yaşlı oğlanı maşın vurub, sürücü qaçıdı
17/08/2019 [23:57]:
Xəstəlik 10 yaşlı qızı qoca qarıya çevirdi - FOTOLAR
17/08/2019 [23:55]:
Uşaq yola qaçdı, maşın vuraraq öldürdü - Ana gözəllik salonunda imiş
17/08/2019 [23:52]:
Kanala düşən maşın nişanlı cütlüyə məzar oldu - VİDEO
17/08/2019 [23:48]:
Almaxanımın 18 avqust, 18 yaşı münasibətilə- Rauf Bağbanın şeiri
17/08/2019 [23:48]:
Fransada ac müştəri sifarişini gecikdirən ofisiantı güllələdi
17/08/2019 [23:46]:
Bu yay Xəzərdə məhv olan həyatlar - FOTOLAR
17/08/2019 [23:42]:
Rəqassə Fatimənin qızı ərə getdi - FOTO/VİDEO
17/08/2019 [22:52]:
Güləşçimiz gümüş medal qazandı
17/08/2019 [22:51]:
BMT yeni dəhşətli silah növünün yayılacağından narahatdır
17/08/2019 [22:49]:
Günay Bülənt Ərsoyla eyni təyyarədə uçdu
17/08/2019 [22:49]:
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
17/08/2019 [22:46]:
Ağsuda yüksək gərginlikli elektrik xətlərinin altında yanğın oldu
17/08/2019 [22:45]:
Türkiyədəki böyük fəlakətin 20-ci ili - VİDEO
17/08/2019 [22:41]:
ABŞ mətbuatı: "Barak Obama Co Baydenin prezidentlik yarışında iştirak etməsini istəmir"
17/08/2019 [22:39]:
Səidə Sultanın açıq-saçıq videosu yayıldı - VİDEO
17/08/2019 [22:34]:
Daha bir ərəb ölkəsi qarışa bilər - iki siyasi fəal edam edildi
17/08/2019 [22:31]:
Nazirlik Xətaidə ağacları qorumaq üçün məcburi göstəriş verdi
17/08/2019 [22:10]:
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
17/08/2019 [22:02]:
Mehriban Əliyeva Müslüm Maqomayevi doğum günündə bu sözlərlə andı
17/08/2019 [21:52]:
Belarusun Müdafiə naziri: “Azərbaycanla münasibətlərimiz yüksələn xətlə inkişaf edir"
17/08/2019 [21:50]:
Zakir Həsənov Azərbaycan tankçılarının “Beynəlxalq Ordu Oyunları - 2019”da iştirakını yüksək qiymətləndirdi
17/08/2019 [20:52]:
Fərari əsgərin hərbi hissəsində yoxlama: İrəvan qurbanlıq keçi axtarır...
17/08/2019 [20:51]:
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
17/08/2019 [20:49]:
Azərbaycan tankçıları Moskvada “Tank biatlonu” müsabiqəsində sonuncu olub
17/08/2019 [20:44]:
ABŞ-da ticarət mərkəzindən 300-dən çox kirpi müsadirə edildi
17/08/2019 [20:43]:
Tunisdə prezident seçkilərində 26 namizəd iştirak edəcək
17/08/2019 [20:42]:
Kosmetik vasitələr Antarktikanı da kirlətdi - İNANILMAZ...
17/08/2019 [20:38]:
“Əsəddən icazə al…” - Moskvadan Ərdoğana şok tələb
17/08/2019 [20:32]:
Avropa Komissiyasının rəhbəri təcili xəstəxanaya yerləşdirildi
17/08/2019 [20:32]:
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
17/08/2019 [20:28]:
Göyçayda toy karvanında olan maşın qəzaya düşüb, 6 yaralı var - FOTO
17/08/2019 [20:27]:
"Bütün bunlar ürək tutması, insult və infarkt riskini xeyli artırır" - XƏBƏRDARLIQ...
17/08/2019 [20:21]:
Nəhəng meteorun düşmə anı - VİDEO
17/08/2019 [20:11]:
8 telefonla birdən oynayan sürücü yaxalandı - FOTO
17/08/2019 [19:53]:
Husilər 10 PUA ilə Səudiyyə mədənlərinə hücum etdi
17/08/2019 [19:47]:
Paşinyan Serj Sarkisyanın və erməni generallarının həbsini hazırlayır
17/08/2019 [19:43]:
Şəmkirdə kafe yandı
17/08/2019 [19:41]:
Norveç şahzadəsi Bodrumda dincəlir - FOTOLAR
17/08/2019 [19:20]:
Xruşov onun mahnısını yasaqlayıb, Brejnev ad, Əliyev xeyir-dua verib – Müslüm Maqomayevin zəngin həyat yolu
17/08/2019 [19:16]:
AİBA-nın yeni prezidentinin seçiləcəyi tarix açıqlanıb
17/08/2019 [19:05]:
DİN polis şöbəsində uşağın döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirdi
17/08/2019 [18:52]:
Kanadada səma dalğıcı möcüzəli şəkildə sağ qaldı
17/08/2019 [18:48]:
Rəngi ağ, adı yaşıl, özü uzaq ada – Tramp ona niyə tamah salıb?
17/08/2019 [18:35]:
İstanbulda leysan həyatı iflic etdi - FOTOLAR
17/08/2019 [18:02]:
Cinsi münasibətdə yaş fərqi: peşəkar, enerjili partnyor axtarışı və boşanma
17/08/2019 [17:56]:
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət etdi - FOTOLAR
17/08/2019 [17:52]:
Ucarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimir
17/08/2019 [17:50]:
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik etdi
17/08/2019 [17:47]:
"Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır"
17/08/2019 [17:41]:
“Judo Club 2012”nin gənc cüdoçuları Azərbaycan birinciliyinin qalibi oldular
17/08/2019 [17:34]:
“Ermənistan arzusundakı cavabı Kremldən almaya bilər” – “Rusiya soyuqqanlı olarsa...”
17/08/2019 [17:23]:
Öldürdüyü həyat yoldaşının valideynləri Tehranın sabiq merini bağışlayıblar
17/08/2019 [17:21]:
İran rəsmisi: "Azərbaycanla kəndlərin inkişafı sahəsində əməkdaşlığa hazırıq"
17/08/2019 [17:19]:
DİN Bakı Metropolitenində işləmək üçün mülki işçilər axtarır
17/08/2019 [16:56]:
Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR
17/08/2019 [16:38]:
İki min illik "Kleopatra ətirləri" yenidən "canlanacaq"
17/08/2019 [16:15]:
Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi
17/08/2019 [16:13]:
Məktəbli formalarının qiyməti açıqlandı
17/08/2019 [16:00]:
“Fox 8” in müxbiri təyyarə qəzasında öldü - FOTO
17/08/2019 [15:48]:
Bakıda avtomobil yandı - VİDEO
17/08/2019 [15:47]:
“Onun xəstəliyi əfsuslar olsun ki, sonradan öz başıma gəldi...”
17/08/2019 [15:03]:
Nazirlik əlilliyi olan şəxslərlə bağlı proqrama start verdi
17/08/2019 [14:59]:
Polis dövlətin ən etibarlı dayağıdır
17/08/2019 [14:50]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib- VƏKİL ELTON QULİYEVİN ŞOK ARAŞDIRMASI
17/08/2019 [14:11]:
4 gün iş, 3 gün istirahət – Azərbaycan buna hazırdırmı?
17/08/2019 [14:06]:
Rusiyalı turistlər kəskin azaldı, Kobuleti otelçiləri aksiya keçirdi - kompensasiya tələb edirlər
17/08/2019 [14:03]:
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırdı
17/08/2019 [14:00]:
Azərbaycanda gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17/08/2019 [13:59]:
Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı
17/08/2019 [13:41]:
Ata olacaqdı, balıq tutarkən boğulub öldü...
17/08/2019 [13:38]:
Düşmən snayperinin yaraladığı əsgərimizin - FOTOLAR
17/08/2019 [13:36]:
Meyxanaçı Zarina: "Qadın məclisinə getmirəm, mənə sponsorluq edən qələt eləyər" - VİDEO
17/08/2019 [13:32]:
Qubada toy karvanında qəza olub, xəsarət alan var
17/08/2019 [13:30]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirdi
Bütün arxiv bir sırada
09/02/2019 [23:40] - Araşdırma - ( 2141 dəfə baxılıb)

Milli intibah mücahidi - Əhməd bəy Ağaoğlu





XX əsrin əvvəlləri Azərbaycan tarixinə bir neçə mühüm əlamətlə daxil oldu: bu əsrdə üç ictimai inqilab, iki dünya müharibəsi baş verdi; Şərqdə ilk demokratik respublika - AXC yarandı, neftin sayəsində milli burjuaziya formalaşdı, Bakı tarixi əhəmiyyətinə görə dünya şəhərinə çevrildi; milli mətbuat, peşəkar milli teatr və dünyəvi rus-tatar məktəblərinin yaranması, Qori seminariyasının fəaliyyəti sayəsində milli maarifçilik fəlsəfi-tarixi missiyasını başa vuraraq, iki məfkurə axını - türkçülük və azərbaycançılığı yaratdı. 

Bu, “Asiyanın oyanması” dövrünün başlanğıcı, bütövlükdə türkçülüyün təşəkkül dövrü idi. Əvvəlcə M.F.Axundzadə və onun “Təmsilat”ı, sonra İsmayıl bəy Qaspıralının “Tərcüman”ı, Cəmaləddin Əfqani, Yusif Akçura... bütün türk dünyasını oyatdı.

Azərbaycanda “Türkçülüyün peyğəmbəri” (Abdulla Cövdət), Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Üzeyir bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə və “Füyuzat” meydana çıxdı. Milli burjuaziya onun lideri, böyük təəssübkeş, “millət atası” Hacı Zeynəlabdin Tağıyev “Həyat” və “Füyuzat”a sahib çıxdı. Mirzə Cəlil, Sabir və “Molla Nəsrəddin”lə bərabər bu mətbuat orqanları sayəsində Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov milli burjuaziyanın ideoloqlarına çevrildilər. Elə buna görə də Azərbaycan rus-bolşevik və daşnak orduları tərəfindən işğal olunduqdan sonra böyük iftixara layiq imzalar mühacirətdə yaşamalı oldular. Ömrünə və nəslinə ağır mühacirət həyatı qismət olmuş belə mütəfəkkirlərdən biri də Qafqazda və Rusiyada Əhməd bəy Ağayev kimi tanınan Mustafa Kamal Atatürkün silahdaşı nüfuzu qazanmış Əhməd bəy Ağaoğlu idi. Totalitar sovet rejimi, yabançı kommunist ideologiyası 70 il onların adını yalan etdi. Azərbaycanın bir neçə nəsli, xüsusən münəvvər gəncliyi onlardan xəbərsiz qaldı. Fəqət, kommunist rejiminin onlara gücü çatmadı. Tarix onları batil edə bilmədi. Zaman onların şərəfli adını, nəcib və faydalı əməllərini tarixin üzünə çıxardı. Bu gün onların uğrunda fədakarcasına mücadilə etdikləri şanlı istiqlal tarixi onlara xidmət edir. Onların ədəbi tarixi taleyinin böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Hali-vətən” şeirində belə zikr edir: 

Ucundadır dilimin, həqiqətin böyüyü.
Nə qoydular deyəyim, nə kəsdilər dilimi.
Bilirmisən cühəla, nə etdilər vatana?
Nə qoydular uyuya, nə qoydular oyana.
Durur bila-hərəkət, rəvamı bir diriyə?
Nə getmədə iləri, nə dönmədə geriyə.
Ədu qırır qapıyı, biz evdə bixəbəriz.
Nə başqa başqalarız, nə ittihad edəriz.
Ayıltmadı qələmim, şu türk ilə əcəmi.
Nə qoydular yazayım, nə qırdılar qələmi. 

XX əsrin 80-ci illərində, akademik Kamal Talıbzadə və müxbir üzvləri Ə.Mirəhmədov və A.Zamanov, Yaşar Qarayev, professorlar X.Məmmədov, B.Quliyev, N.Şəmsizadə, V.Sultanlı, mədəniyyətşünaslar X.Sofiyev, M.Süleymanlı, qeyrət və cəsarət örnəyi Əhməd bəy Ağaoğlunun həyatı, taleyi, ədəbi-mədəni irsi barəsində qiymətli tədqiqat əsərləri yazmışlar. Əziz Mirəhmədovun sağlığında yazdığı “Əhməd bəy Ağaoğlu” adlı sanballı monoqrafiyası alimin qızı, filologiya üzrə fəlsəfə doktoru Dilarə xanım Mirəhmədova tərəfindən 2014-cü ildə “Ərgünəş” nəşriyyatında çap olunmuşdur.

Əhməd bəy Ağaoğlunun mühitinə öz şəxsiyyətinə taleyinə və milli düşüncəmizin ən qiymətlisi olan zəngin ədəbi və mədəni fəlsəfi yaradıcılığına həsr olunmuş bu kitab alimin uzun illər axtarışlarının qiymətli bir yekunudur. Əhməd bəy Ağaoğlu haqqında ilk dəfə yazan da, geniş tədqiqat aparan da Əziz Mirəhmədov olub. Hələ totalitar sovet ideologiyasının basıncı zamanı o zaman Yazıçılar İttifaqının gənc katibi olan Elçinin böyük zəhmət və cəsarətlə hazırladığı “Fikrin karvanı” kitabında Əziz müəllimin Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu haqqında oçerkləri çap olunmuşdu. Azərbaycan oxucuları bu yasaq olunmuş pərdəli adlarla ilk dəfə geniş şəkildə tanış olurdular. Əlbəttə, bu əsərlərdə və eləcə də kitaba daxil olan digər oçerklərdə müəyyən ideoloji sapıntılar, ehtiyat hissi də var idi. Əziz müəllim özü sonralar özünün bəzi səhvlərini böyük ürəklə, mərdi-mərdanə şəkildə etiraf etmişdir: “Onun aşkarca bəxti gətirməmişdir. Tam son illərə qədər (bu sətirlər 1990-cı ildə yazılıb) bizdə çox vaxt Əhməd bəy Ağaoğlunun hətta adını çəkmək də qadağan və “xatalı” olmuşdur. Açığı nə etmək ki, belə xətadan, bir müddət bu sətirlərin müəllifi də yaxa qurtara bilməmişdir. Getsin o günlər gəlməsin”.

Əziz Mirəhmədov öz kitabında Əhməd bəy Ağaoğlunun görkəmli tədqiqatçı alim, publisist, ictimai xadim, pedaqoq, yazıçı, mütəfəkkir, filosof kimi təqdim edir. Və bu qənaətə gəlir ki, bu ağır zəhmət və intellekt tələb edən sahələrin hər birində Əhməd bəy Ağaoğlu öndə gedən mübariz və mükəmməl bir şəxsiyyət idi.

Əhməd bəy Ağaoğlunun müxtəlif fəaliyyət sahələrini birləşdirən bir ali idealı var idi: türkçülük. Qalan bütün problemləri o bu çevrədə həll edirdi. Əziz Mirəhmədov bu dəyərli kitabın “İslama görə müsəlmanlarda qadın”, “Milli mətbuatın tərəqqisi yolunda”, “Mollanəsrəddinçilərlə çiyin-çiyinə”, “Milli məsələ haqqında”, “Millət və millətçilik” və “Üç mədəniyyət”, “ADR parlamentin sədr müavini” bölmələrində Əhməd bəy Ağaoğlunun fəaliyyətinin millətçilik- türkçülük, islamçılıq və Avropaçılıq konteksində təhlil edir. O, XX əsrdə Şərq mənəvi dəyərləri ilə çağdaş Avropa dəyərlərini öz mütəfəkkir düşüncəsində və əsərlərində uğurlu şəkildə sintez edib, görkəmli filosof və ədibi-möhtərəm idi.

Əhməd bəy Ağaoğlu tariximizin və dünya tarixinin çox mürəkkəb bir dövründə Avropa, Rusiya və Şərq mədəniyyətləri kontekstində yetişmiş, zamanın siyasi həyatına təsir etmək imkanlarına malik şəxsiyyət idi. Təsadüfi deyil ki, milli burjuaziyanın ən böyük nümayəndəsi H.Z.Tağıyevin vəsaiti ilə çap olunan millətçi

“Həyat” qəzetinin redaktorluğu Əhməd bəy Ağaoğluna həvalə olunmuşdu. O və Əli bəy Hüseynzadə “Həyat” və “Füyuzat” vasitəsilə Azərbaycanda türkçülüyün nəzəriyyəsini formalaşdırdılar. Bu proses onun Parisdə, Bakıda, Türkiyədə, Moskvada, Sankt-Peterburqda, Tiflisdə çap olunan çox kəskin siyasi publistikasında da öz əksini tapmışdır. Əhməd bəy Ağaoğlu təfəkkürü və fəaliyyəti bir milli mühitlə qapsanılan fütühat deyildi. O, dünya miqyasında düşünən, müxtəlif siyasi baxışları bir dünyagörüşü istiqamətini toplaya bilən, zəmanəsindən yüksəkdə dayanan siyasi xadim və filosof idi. O, Nuru Paşanın müşaviri və Azərbaycan Xalq Cümhuriyyəti parlamenti sədrinin müavini kimi çox mühüm işlər görmüşdür.

Akademik Əziz Mirəhmədovun “Əhməd bəy Ağaoğlu” kitabı hər şeydən əvvəl alimin XX əsr Azərbaycan ədəbi-tarixi prosesinin bütün ədəbi ictimai ziddiyyətlərinə, siyasi proseslərinə incəliklərinə qədər dərindən bələdliyi ilə diqqəti cəlb edir və əsər əsrin digər problemlərinin öyrənilməsi baxımından qiymətlidir. O, XX əsrdə paralel mövcud olan hər iki ədəbi cərəyanın - realizmin və romantizmin qüdrətli tədqiqatçısı, arxiv mədəniyyətinə dərindən sahib olan tədqiqatçı, mətbuatşünas və mətnşünas alim idi. Buna əmin-zəminlik üçün onun “Məhəmməd Hadi” və “Azərbaycan “Molla Nəsrəddin”i” monoqrafiyalarını oxumaq kifayətdir. Onu Azərbaycan mətnşünaslıq elminin korifeylərindən biri hesab etmək olar. 60-cı illərdən sonra klassiklərin bir çoxunun əsərləri onun mətnşünas kimi fədakar əməyi sayəsində çap olunmuş, o, mətnşünaslıq nəzəriyyəsini və “Ədəbiyyatşünaslıq: ensiklopedik lüğəti”ni yaratmışdır. Əhməd bəy Ağaoğlu, onun dövrü və zəngin yaradıcılığı haqqında əsəri ancaq belə bir mötəbər tədqiqatçı yaza bilərdi. Çünki bu üç şəxsiyyət - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşov - XIX əsrin sonu - XX əsrin önlərində Azərbaycan elmi və bədii təfəkkürünü tarixi sahəsinə çıxartdığı tamamilə yeni tipli ziyalı və təfəkkür sahibləri idi. Bunun tarixi səbəblərini bir qədər əvvəl qeyd etdik. Bunun bir mühüm səbəbi də ondan ibarət idi ki, bu dövrdə Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid kimi ədəbi şəxsiyyətlər, qüvvətli milli ədəbi mühit formalaşdırmışlar. Bu zaman mətbuat ədəbi-ictimai mühitin önündə gedir, tarixin lokomotivi rolunu oynayırdı. Əziz müəllim, bu ədəbi tarixi mühiti onun meyl və situasiyaların obyektiv və subyektiv ziddiyyətlərini çox dərindən bilir, fəqət bir sovet ədəbiyyatşünası kimi təhlil edərkən bilərəkdən bəzi hallarda metodoloji və ideoloji sapıntılara yol verirdi.

Əziz Mirəhmədovun bu kitabının tədqiq, tənqid və ədəbiyyatşünaslıq əsəri kimi bir diqqətəşayan cəhəti də var: o, ədəbi-bədii irsi qiymətləndirərkən çamurluğa düşməmək üçün bədii mətnlərin poetik xarakterindən çıxış edir. Təcrübəli mətnşünas olması ona imkan verir ki, o, tədqiq və təhlil etdiyi klassikə hazır nəzəri qəliblərlə yanaşmamış, əsərin poetik mətnin bədii fəlsəfi mahiyyətini açmışdır.

Monoqrafiyada Əhməd bəy Ağaoğlunun Bakı, Kazan və İstanbulda kitab halında çap olunmuş “Axund və islam”, “Türk hüquq tarixi”, “Hüquqi-ənsiyyə”, “Dövlət və fərd”, “Sərbəst insanlar ölkəsində”, “Üç mədəniyyət”, “İngiltərə və Hindistan”, ölümündən sonra nəşr olunmuş “Mən nəyəm?”, “İran və inqilabı” “İxtilalmı, istiqlalmı”, “Sərbəst firqə xatirələri” və sair kitabları müxtəlif aspektlərdən təhlil olunmuşdur. Bu əsərlərin adı nəinki kütləvi oxuculara, heç bir çox ədəbiyyatşünaslara da tanış deyil. Bu obyektiv həqiqəti nəzərə alsaq, Əziz Mirəhmədovun “Əhməd bəy Ağaoğlu” əsərinin ədəbi tarixi, mədəni, ictimai dəyərlər haqqında təsəvvür yaratmış olarıq.

Kitabın “Şuşa, Tiflis, Peterburq, Paris” adlanan birinci bölməsi, həm tarixi, həm də müasirlik baxımından mənalıdır. Burada Əlimərdan bəyin Şuşa həsrəti, təhsil və gənclik illəri ilə bağlı nisgil dolu xatirələr yer alıb. Ümumiyyətlə, Əziz Mirəhmədovun bu kitabı həsbi-hal, xatirələr qarışıq bir üslubda çevik dildə yazılıb. Bu da kitaba tarixilik, canlılıq və maraq gətirir. Əhməd bəy Ağaoğlu Şərq xalqlarının milli azadlıq hərəkatında və mədəni yüksəlişində görkəmli xidmətləri olmuş bir ictimai xadim kimi müasir oxuculara, müstəqil Azərbaycanın əməkpərvər və münəvvər gəncliyinə tarixdə olduğu kimi tədqiq etməyə imkan verir.

Əhməd bəy Ağaoğlunun mətbuatda - istər Azərbaycan, istər rus, istərsə də Türkiyə mətbuatındakı fəaliyyəti jurnalistika tariximizin dəyərli bir mərhələsidir. Əslində, bu mövzu xüsusi tədqiqatlara möhtacdır. Əziz Mirəhmədov öz kitabında onun publisistik fəaliyyətini hərtərəfli təhlil edərək, Əhməd bəy Ağaoğlunun mətbuat vasitəsilə səkkiz tarixi-mədəni problemi həll etdiyini göstərir.

Bu məsələlərin hamısı bir ortaq məxrəcdə cəmlənir: “Şərqlə Qərbin siyasi, ictimai, iqtisadi və mədəni əlaqələrinin işıqlandırmaq, bu əlaqələrin işləməsinə kömək etmək, mətbuatın baş vəzifələrindən biri olmalıdır” (s.35). Şərq-Qərb mədəni-tarixi təmasları problemləri ümumən XX əsr mütəfəkkirlərini düşündürən başlıca problem idi. Əhməd bəy Ağaoğlunun müasiri olmuş, türkçülüyün peyğəmbəri Əli bəy Hüseynzadə “Kasablanka faciəsi və...” əsərində yazırdı: “Nə qədər ki, Avropanı beynimizdə həzm etməmişik, o zamanacan avropalıların mədəsində həzm olunmaq zorunda qalacağıq”.

Avropanın Şərq konteksində növbəti sayəsində ilk və çox mühüm addımları Əhməd bəy Ağaoğluna məxsus idi. O, Avropada da Şərqdən getmiş ictimai-fəlsəfi fikir axtarırdı, ona görə də Avropa Əhməd bəy Ağaoğluna doğma idi. Əhməd bəy Ağaoğlu XX əsr Avropasının və onun Şərqlə ilgili olan tarixi və mədəniyyətinin özünəməxsus tərzdə dərk edirdi. Bu özəllik ondan ibarətdir ki, 1) Əhməd bəy Ağaoğlu Avropa qiyafəsinə və üslubuna aludə olmur; 2) Avropanın heç də bütün xüsusiyyətlərinin Azərbaycan tarixi tərəqqisi üçün nümunə hesab etmir; 3) Azərbaycan tarixi-mədəni həyatını, milli müəyyənliyini qoruyur, etnogenezmizin dil və düşüncə tərzini əsas götürürdü; 4) Milli heysiyyəti, türkün milli qururunu və əxlaqını - “vətən əxlaqı” (Z.Göyalp) hər zaman uca tuturdu. Və Əziz Mirəhmədov müxtəlif oçerklərdən ibarət tədqiqat əsərində Əhməd bəy Ağaoğlunu bir türkçü, milli tarixi şəxsiyyət və filosof kimi təqdim edərkən bu özgün cəhətlərini ön plana çəkir. Kitabı oxuyub belə qənaətə gəlirsən ki, Ə.Ağaoğlu XX yüzilliyi və II minilliyi hazırlayıb başa çatdıran görkəmli ziyalı, ictimai və dövlət xadimi, mütəfəkkir olmuşdur. Bütün siyasi qadağalara, ideoloji basqılara həyatı məhrumiyyət və təhlükələrə qalib gələrək, o, bu milli tarixi missiyanı şərəflə yerinə yetirmişdir. Əziz Mirəhmədov və müasir istiqlal dövrü Azərbaycan oxucularına çatdırdığı başlıca fikir bundan ibarətdir.

Qeyd etməliyik ki, Əhməd bəy Ağaoğlu asan təhlilə gələn rahat həzm olunan mütəfəkkir deyildi. O, öz zəmanəsi kimi mürəkkəb və ziddiyyətli şəxsiyyət olmuşdur. Xüsusilə onun ailə, dövlət, din, əxlaq haqqındakı əsər və mülahizələrində dolaşıq, ziddiyyətli faktlar mövcuddur. Lakin başlıcası budur ki, o millilik meyarı bütün fikirləri ona doğru tarixi istiqamətə yönəldirdi. Məsələn, o, “Üç mədəniyyət” əsərində “Din deyilən şey nədir?” sualına cavab verərək yazırdı: “Din əqd ilə məhdudun arasında tənzim edən bir düsturlar məcmusundan ibarətdir. Onun məzmunu yalnız etiqadlarla ibadətə aid cəhətlər təşkil edir. Bunun xaricində hər nə varsa, dinə sonralar daxil olmuşdur”.

Əhməd bəy Ağaoğlunun ədəbi-nəzəri, sosial-mədəni və tarixi fəlsəfi görüşləri təsəvvür etmək üçün “Üç mədəniyyət” traktatını oxumaq kifayətdir. Bu əsərdə və “Sərbəst insanlar ölkəsində” kitabında Əhməd bəy Ağaoğlunun XX əsrin mürəkkəb beynəlxalq ziddiyyətlər konteksində formalaşmış milli intibah ideyaları - görüşləri əksini tapmışdır. Bu kitab onun milli mənəvi təkamülün zirvəsi, fikri inkişafının tarixi, fəlsəfi yekunu hesab etmək olar. Əziz Mirəhmədov Əhməd bəy Ağaoğlunun tarixdə hər nə varsa eləcə bütün ziddiyyətləri, mürəkkəbliyi ilə təqdim edir. Başqa sözlə, çox düzgün metodologiya ilə tarixilik prinsipi əsasında təhlil edir. Akademik bu əsərlərə düzgün mövqedən obyektiv elmi həqiqəti ortaya çıxara bilən tarixilik prinsipi ilə dialektik tərzdə yanaşmışdır.

Tarixi faktlara sadiq qalan dəqiq tədqiqatçı düşüncəsi və təcrübəsinə, intellektual alim zəkasına malik olan müdrik ağsaqqal, akademik Əziz Mirəhmədov milli mütəfəkkir Əhməd bəy Ağaoğlunun taleyinə, mühitinə və irsinə bütün ziddiyyətləri ilə nəzər salmış və nəticədə onilliklər boyu elmi nəzəri və tarixi haqqı əlindən alınmış, adı belə yasaq olunmuş bu əvəzsiz dəyərli şəxsiyyətin tarixi haqqında elmi əsaslarla bərpa etməyə nail olmuşdur. Bu kitab millətə, xalqa xidmət edən, azadlığı uca tutan, vətəninə bağlı olan insan, alim və ziyalı haqqında müasir və gələcək nəsillərə orijinal həqiqətlər aşılayan zəngin bir məxəzdir. O sübut edir ki, tarixini, vətənini, millətini, azadlığı və ədaləti sevənləri heç vaxt məğlub olmur, ölmür, mənsub olduğu millətin mənəvi yaddaşında əbədi yaşayırlar. (525-ci qəzet)


Gülşən ƏLİYEVA-KƏNGƏRLİ

Filologiya elmləri doktoru, professor 

loading...
loading...
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
Kosmetik vasitələr Antarktikanı da kirlətdi - İNANILMAZ...
8 telefonla birdən oynayan sürücü yaxalandı - FOTO
Liberiyalı senator maaşının çoxunu yerli xalqa paylayacaq - MARAQLI
Hesabın çox gəlməsinə qəzəbləndi, bara hücum etdi - AĞLASIĞMAZ...+ VİDEO
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Əsəddən icazə al…” - Moskvadan Ərdoğana şok tələb
Dünya
“Fox 8” in müxbiri təyyarə qəzasında öldü - FOTO
Dünya
Rusiya Xüsusi Təyinatlıları özlərini biabır etdi - FOTO
Cəmiyyət
10 dahinin 100 məhşur sözü...
Cəmiyyət
“Onda hər şey yüksək səviyyədədir...”
Həftənin ən çox oxunanları
Məleykə Abbaszadədən 800 ailəyə bir ömür boyu unutmayacaqları bayram hədiyyəsi...
Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər - VİDEO
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Əsgərlərimizdən düşmənə əsl Qurban Bayramı "hədiyyəsi"...
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq...
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
Düşmənin müdafiə naziri Azərbaycana yalvardı: “Dayandırın...”
Naxçıvanın keçmiş daxili işlər nazirinin Bakıda obyekti "tapıldı"... - FOTOLAR
"Prezident məhz bu keyfiyyətləri nəzərə alıb onu çökməkdə olan sistemin başına gətirdi"
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)