Xəbər lenti
18/08/2019 [14:59]:
“Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu
18/08/2019 [14:59]:
Rusiyanın müdafiə naziri Avropada və Asiyada ABŞ-a sərt cavab veriləcəyini söyləyib
18/08/2019 [14:59]:
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR
18/08/2019 [14:56]:
İsmayıl Abdullayev şərhçilikdən uzaqlaşdırıldı - Efirdə dediyi bu sözlərə görə
18/08/2019 [14:19]:
Gəncləri öz qurbanına çevirən estetik əməliyyatlar...
18/08/2019 [14:14]:
Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib...
18/08/2019 [14:12]:
5 yaşlı uşağı duşa bağlayıb, işgəncə verdilər -VİDEO
18/08/2019 [14:07]:
Şəmkirdə sərxoş ər qaynanasının evini yandırıb, 2 yaşlı körpə ölüb, xəsarət alanlar var - YENİLƏNİB
18/08/2019 [14:06]:
Ermənistan “140 hektar torpaq almışıq” dedi, Azərbaycan MN istehzalı cavab verdi - "Gülüş doğurur..."
18/08/2019 [14:03]:
"Mançester Siti" "Tottenhem"lə heç-heçə edib
18/08/2019 [13:51]:
3 ayda 2-ci dəfə ana oldu
18/08/2019 [13:50]:
Buraya qadınların girişi qadağandır: 2000 kişinin yaşadığı adanın sirri - FOTOLAR
18/08/2019 [13:48]:
"İlham Əliyev də Mehriban Əliyevanı birinci vitse prezident təyin etməklə..."
18/08/2019 [13:42]:
Şəmkirdə baş verən faciədə yanan qadın və anasının vəziyyəti açıqlandı
18/08/2019 [13:37]:
Şair Oqtay Rza vəfat etdi
18/08/2019 [13:34]:
Vilayət Eyvazovdan yeni rəis təyinatı
18/08/2019 [13:29]:
İki yaşlı oğlunun ölümünə səbəb olan atayla bağlı - Rəsmi açıqlama
18/08/2019 [12:20]:
Bill Geytsin hansı təxminləri həyata keçib?
18/08/2019 [12:16]:
Zəlzələ kahinindən ŞOK xəbərdarlıq
18/08/2019 [12:13]:
Bakı metrosunda sərnişinin halı pisləşdi
18/08/2019 [12:01]:
Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər
18/08/2019 [11:43]:
“Kriminal dünyanın tacı” - Heç kim ölümünə inanmadı
18/08/2019 [11:30]:
Türkiyədə ağır qəza - 37 yaralı
18/08/2019 [11:04]:
Banqladeşdə yanğın 50 min insanı evsiz qoydu
18/08/2019 [10:57]:
Duzdan çox istifadə etmək ömrü qısaldır - XƏBƏRDARLIQ...
18/08/2019 [10:43]:
Futbola baxan “saqqallı” qızlar saxlanıldı
18/08/2019 [10:40]:
Bu gün 40 dərəcə isti olacaq
18/08/2019 [10:30]:
Bu gün dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir
18/08/2019 [10:22]:
Düşmən snayper tüfənglərindən istifadə etməklə atəşkəsi pozdu
18/08/2019 [10:12]:
Xanım ofisianta bəxşiş olaraq avtomobil hədiyyə etdilər- MARAQLI...
18/08/2019 [10:09]:
Qadın uşaqlarını iki ay yarımlıq ara ilə dünyaya gətirdi
18/08/2019 [10:08]:
“Paşinyan bu təxribatçı çıxışı ilə Minsk Qrupunu yox elədi və Ermənistanı müharibəyə sürükləyir...”
18/08/2019 [10:05]:
Qazaxıstanda 5,4 maqnituda gücündə zəlzələ olub
18/08/2019 [10:04]:
Kraliçadan şahzadə Meqana növbəti qadağa: "Cırıq" cins geymə
18/08/2019 [10:02]:
Şəmkirdə yanğın zamanı 2 yaşlı uşaq ölüb
18/08/2019 [09:41]:
"Əmioğlu, eşitmişəm hamıya etdiyiniz cinayətlərdən danışırsınız, bəlkə birini də mənə danışasınız"
18/08/2019 [09:28]:
Putin ikinci prezidentlə həbsxanada görüşəcəkmi?
18/08/2019 [09:24]:
Neftçalada 24 yaşlı gənc intihar etdi
18/08/2019 [09:23]:
Gürcüstan ABŞ ilə hərbi əməkdaşlığı genişləndirir
18/08/2019 [09:20]:
Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
18/08/2019 [09:07]:
ABŞ-a məxsus PUA Rusiya sərhədində
18/08/2019 [09:01]:
Tramp təsadüfən tərəfdarını təhqir etdi
18/08/2019 [08:59]:
Əsəbiləşəndə sakitləşməyin ən sadə yolu
18/08/2019 [08:56]:
Rusiyada siqaret çəkənlərin maaşı azaldılacaq
18/08/2019 [08:56]:
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
18/08/2019 [08:54]:
Argentina Prezidenti yeni maliyyə naziri təyin etdi
18/08/2019 [08:53]:
Krımda unikal sarkofaq tapıldı
18/08/2019 [08:50]:
İsrailə 3 raket atıldı
18/08/2019 [08:26]:
Soçi aeroportunda işdən çıxarılan ermənilər rəhbərliyi şantaja keçdilər
18/08/2019 [08:24]:
Milyarder-sutenyorun müəmmalı ölümü ətrafında qalmaqal səngimir
18/08/2019 [08:19]:
Poroşenko Rusiyanın qorxularını açıqladı
18/08/2019 [08:17]:
Əfqanıstanda toyda partlayış olub: 63 nəfər ölüb - YENİLƏNİB
18/08/2019 [08:13]:
ABŞ-da təyyarə evin üstünə düşdü
18/08/2019 [08:11]:
Poroşenko Ukraynadan 8 milyard dollar çıxarıbmış
18/08/2019 [08:10]:
İran yeni ZRK ilə Rusiya və ABŞ-a meydan oxuyur
18/08/2019 [00:28]:
Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - FOTO/VİDEO
18/08/2019 [00:24]:
Azərbaycanda baba nəvəsi ilə “avtoşluq” etdi - VİDEO
18/08/2019 [00:21]:
“Real Madrid” La Liqaya qələbə ilə başladı - VİDEO
18/08/2019 [00:07]:
Böyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTO
18/08/2019 [00:05]:
"Qəbələ" ölkə çempionatına məğlubiyyətlə başladı
17/08/2019 [23:59]:
Abşeronda 13 yaşlı oğlanı maşın vurub, sürücü qaçıdı
17/08/2019 [23:57]:
Xəstəlik 10 yaşlı qızı qoca qarıya çevirdi - FOTOLAR
17/08/2019 [23:55]:
Uşaq yola qaçdı, maşın vuraraq öldürdü - Ana gözəllik salonunda imiş
17/08/2019 [23:52]:
Kanala düşən maşın nişanlı cütlüyə məzar oldu - VİDEO
17/08/2019 [23:48]:
Almaxanımın 18 avqust, 18 yaşı münasibətilə- Rauf Bağbanın şeiri
17/08/2019 [23:48]:
Fransada ac müştəri sifarişini gecikdirən ofisiantı güllələdi
17/08/2019 [23:46]:
Bu yay Xəzərdə məhv olan həyatlar - FOTOLAR
17/08/2019 [23:42]:
Rəqassə Fatimənin qızı ərə getdi - FOTO/VİDEO
17/08/2019 [22:52]:
Güləşçimiz gümüş medal qazandı
17/08/2019 [22:51]:
BMT yeni dəhşətli silah növünün yayılacağından narahatdır
17/08/2019 [22:49]:
Günay Bülənt Ərsoyla eyni təyyarədə uçdu
17/08/2019 [22:49]:
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
17/08/2019 [22:46]:
Ağsuda yüksək gərginlikli elektrik xətlərinin altında yanğın oldu
17/08/2019 [22:45]:
Türkiyədəki böyük fəlakətin 20-ci ili - VİDEO
17/08/2019 [22:41]:
ABŞ mətbuatı: "Barak Obama Co Baydenin prezidentlik yarışında iştirak etməsini istəmir"
17/08/2019 [22:39]:
Səidə Sultanın açıq-saçıq videosu yayıldı - VİDEO
17/08/2019 [22:34]:
Daha bir ərəb ölkəsi qarışa bilər - iki siyasi fəal edam edildi
17/08/2019 [22:31]:
Nazirlik Xətaidə ağacları qorumaq üçün məcburi göstəriş verdi
17/08/2019 [22:10]:
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
17/08/2019 [22:02]:
Mehriban Əliyeva Müslüm Maqomayevi doğum günündə bu sözlərlə andı
Bütün arxiv bir sırada
11/02/2019 [19:56] - Cəmiyyət - ( 2503 dəfə baxılıb)

"Rektor dəhlizin o başından görünəndə tələbələr az qala siçan deşiyi axtarırlar..."



Dostoyevski deyir: «Gözəllik bəşəriyyəti xilas edəcək». Və min illərdi Tanrının lütfilə bizə bəxş etdiyi gözəllik bəşəriyyəti xilas edə bilmir. Adəm tamahını saxlaya bilməyib o almanı üzüb cənnəti korlayandan üzü bəri onun övladları da bəşəriyyəti xilas edəcək gözəlliyi məhv etməklə, dağıtmaqla məşğuldu. O gözəllikdən məhrum olan insanlar da Tanrının Adəmə qəzəbləndiyi gündən qorxu içində yaşayıb və yaşamaqdadırlar.

… Uşaqlar atalarından, ataları müdirlərindən, müdirlər idarə rəislərindən, idarə rəisləri nazir müavinlərindən, nazir müavinləri nazirlərdən, nazirlər dövlət başçılarından, dövlət başçıları da namərd dövlətlərin başçılarından, namərd dövlətlərin başçıları da bir-birlərindən qorxur…

«Nəsimi» filmində ƏmirTeymur deyir ey, kiçik həşəratlar böyük həşəratlardan qorxur, böyük həşəratlar… NASA da bir tərəfdən bütün bəşəriyyəti qorxudur: «Filan planetlər toqquşacaq, Yerin başına Yerdən də böyük daş düşəcək, on ildən sonra Yer kürəsi od tutub yanacaq və sair və ilaxır». Bir sözlə, dünya Əmir Teymurun sözü ilə desək, qorxu üstündə bərqərar olub, Nəsiminin arzuladığı sevgi üstə yox.

Ulu Cavid də deyir: «Mənim Tanrım gözəllikdi, sevgidi». Amma Tanrımız gözəlliklə sevgi deyil, qorxu olub. Göydən yerə enən səmavi kitablarda da sevgidən çox qorxudan söhbət açılır: qıl körpü belədən keçdi, cəhənnəm əzabında qovrulacaqsız, qır qazanı… filan-bəşməkan! Müsəlmanı da, xristianı da, yəhudisi də, bütpərəsti də Tanrı qorxusu altında yaşayır, Tanrı sevgisi altında yox. Tanrıya sevgiylə bağlananların sayı Tanrıdan qorxanların sayının yanında kiçik astronomik rəqəmdi.
Nizami də deyir: «Eşqdir mehrabı uca göylərin, eşqsiz, ey dünya, nədir dəyərin?» Bax, bir-birimizə bu eşq yoxdur deyə, dünya da dəyərdən düşüb. Göylərin mehrabı olan eşq yerlərdə yoxdu, yenməyə qoymuruq, elə qalıb özündənrazı dövlətlərin dəlmə-deşik elədiyi göylərdə.

Filosoflar, yazıçılar, şairlər, rəssamlar, bəstəkarlar, heykəltəraşlar min illərdi insanlara sevgi aşılamaq istəyirlər, gözəllik aşılamaq istəyirlər, amma gücləri çatmır. Ona görə ki, təkcə ABŞ-ın və ya Rusiyanın bir hərbi bazasındakı silahların sayı dünya bərqərar olandan insanlığı xilas etmək istəyən yuxarıda sadaladığım yaradıcı insanların sayından dəfələrlə artıqdı.


Çoxdandı insanlara sevgi, məhəbbət aşılamaq istəyən, insanların içindəki o qorxunu öz sevgisi ilə məhv eləmək istəyən bir yazıçı dostum haqqında, özü də 47 illik bir dostum haqqında nə isə yazmaq istəyirdim. Amma ürəyim istəyən kimi alınmırdı. Bəlkə heç bu dəfə də alınmayacaq, amma hər halda qəlbimdəkiləri oxucularımla bölüşmək istədim. Amma bu yazımda onu bir yazıçı kimi deyil, qəribə də olsa bir rektor kimi təqdim etmək istəyirəm. Yazıya da məhz ona görə qorxu söhbəti ilə başladım.
Kamal Abdulla!

Tələbə müəllimdən qorxur, dekandan qorxur, müəllim dekandan, kafedra müdirindən, dekan da, kafedra müdiri də rektordan. Rektor dəhlizin o başından görünəndə tələbələr az qala siçan deşiyi axtarırlar. Lap elə müəllimlərin özlərinin də rəngi qaçır. Niyə, qardaş?! Bu niyə belə olmalıdı axı?!
Rektor bu elm ocağının Zərdüştüdü, bu ocağın istisinə qızınan, bu ocaqdan od alan tələbələrin atasıdı, tələbələr ondan qorxmamalıdı, əksinə, onu bir ata kimi sevməlidilər. Amma day qorxmamalıdılar.
Universitetdə oxuyanda…

… o vaxt bir universitet vardı, Azərbaycan Dövlət Universiteti. Tələbələr də forslanardılar ki, onlar Azərbaycan Dövlət Universitetində oxuyurlar. Hətta belə bir bayatı da gəzirdi dillərində:
Əzizinəm, dilən, gəz,
Əlini aç, dilən, gəz.
İnstitutlarda xan olunca,
Universitetdə dilən-gəz!

Şükürlər olsun ki, ADU-nun varisi Bakı Dövlət Universiteti bu gün də ali təhsil ocaqlarının xanıdı.
… bir dekanımız vardı, Ağamusa Axundov. Uşaqlar onu bir ata kimi sevirdilər. Tələbələrin ümid yeriydi, güman yeriydi. Niyə? Çünki o da uşaqları bir övlad sevgisi ilə sevirdi. Tələbələrin problemini öz problemi bilirdi. Əzazil müəllimlər vardı, uşaqları imtahandan kəsməkdən ləzzət alardılar. Ağamusa müəllim belə müəllimlərlə döşləşirdi. Günahı kəsilən tələbələrdə yox, həmin müəllimlərdə görürdü, deməli, sən yaxşı dərs deməmisən ki, tələbə onu mənimsəyə bilməyib. Tələbələrin tərəfini saxlayardı. Hər bir tələbə çəkinmədən Ağamusa müəllimə yaxınlaşıb problemini, dərdini, hətta ailə problemini danışa bilərdi. O da həmin tələbənin problemini həll etməyə çalışardı.
Kamal Abdullanın da dekanı olub Ağamusa Axundov. Bəlkə ondan əxz edib bir çox şeyləri.
Kamal Abdulla! Rektor Kamal Abdulla!

Slavyan Universiteti çox gənc universitetdi. Əvvəllər Xarici Dillər Universitetinin tərkibində olub (o vaxt institut idi), sonra ayrılıb Rus dili və Ədəbiyyatı İnstitutu adlandırıldı. Yəni bu institut rus dili və ədəbiyyatı üzrə ixtisaslaşmışdı. Sonra Slavyan Universiteti adlandı. Və Kamal Abdulla da rektor təyin olundu. Çox qısa bir zaman kəsiyində bu universitet ölkəmizin ən nümunəvi və öndə gedən ali təhsil ocaqlarından birinə çevrildi. Universitetin dil miqyası genişləndi və demək olar ki, bütün Avropa dillərini əhatə elədi. Təhsilin səviyyəsi çox yüksəldi. Əgər araşdırma aparsaq görərik ki, bu gün Avropada çalışan gənc diplomatlarımızın əksəriyyəti bu ali təhsil ocağının və Xarici Dillər Universitetinin yetirmələridi.

Bu gün bu sahədə əsas missiya Azərbaycan Diplomatik Akademiyasının üzərinə düşür. Akademiya bu missiyanın öhdəsindən layiqincə gəlir. Amma adlarını çəkdiyim universitetlər də üzərlərinə düşən missiyanı davam etdirirlər.

Bir dəfə Monteneqrodaydım. Getdim bizim həmin ölkədəki konsulluğumuza. Orda gənc bir diplomatla tanış oldum, 24-25 yaşı olardı. Beş dil bilirdi. Dil bilmək olar, amma bu gənc diplomat həm də geniş dünyagörüşünə, yüksək siyasi savada malik idi. Məlum oldu ki, ağdamlıdı, atası Qarabağ savaşında şəhid olub, babası saxlayıb. Və Slavyan Universitetinin yetirməsidi. Elə fəxrlə deyirdi ki, Kamal Abdullanın tələbəsi olmuşam. İnsanlar Harvard, Oksford, Sarbona universitetlərini bitirmələri ilə fəxr elədikləri kimi həmin gənc də Kamal Abdullanın universitetini bitirməsi ilə fəxr edirdi.
Tələbələr Kamal müəllimi görəndə qaçıb gizlənmirdilər. Ona görə ki, Kamal müəllim o tələbələrin dostuydu, əziziydi, atasıydı. Hər bir tələbə istədiyi vaxt rektora yaxınlaşıb, biz Ağamusa müəllimə yaxınlaşıb problemimizi dediyimiz kimi, öz problemini deyə bilərdi. Yəni qəbul günü, qəbul saatı yoxudu.

Universitetin həyətində bir çayxana vardı, hərdən o çayxananın yanından Kamal müəllimlə birgə keçib binaya daxil olurduq. Təbii ki, tələbələr ehtiram əlaməti olaraq qalxıb bir salam verərdi. Və bir də görürdün ki, Kamal müəllim qayıtdı oturdu tələbələriylə bir stol arxasında çay sifariş elədi, başladı tələbələrlə söhbət eləməyə. Elmdən, təhsildən, sənətdən, ədəbiyyatdan, tələbələrin problemlərindən elə səmimi söhbətlər edirdi ki, kənardan baxan inanmazdı ki, tələbələrlə çay süfrəsi arxasında əyləşən onların rektorudu.

Nə qədər istedadlı, yaradıcı gənclər vardı üz tutmuşdu Slavyan Universitetinə. Yaradıcı gənclərin məbədinə çevrilmişdi bu universitet. Bəzən hətta Kamal müəllim bu yaradıcı gənclərin nazıyla da oynayırdı. Bir Yaradıcılıq fakültəsi də yaratmışdı. Mən o fakültədə istedadsız gənc görmədim. Tez-tez ədəbi müzakirələr olurdu, bu müzakirələrə tanınmış yazıçılar, şairlər, tənqidçilər, ədəbiyyatşünaslar dəvət edilirdi. Mən də hərdən bu müzakirələrdə iştirak edirdim. Bəzən Kamal müəllimin əsərinin də müzakirəsi keçirilirdi. Tələbələr qalxıb heç nədən çəkinmədən rektorlarının əsərini sərt tənqid də edirdilər. Təbii ki, tənqidi heç kim qəbul etmədiyi kimi, Kamal müəllim də o tənqidləri qəbul etməsə də çox diqqətlə dinləyirdi, müəyyən izahlar verirdi. Bir də gördün bir gənc yazarın yeni bir kitabını müzakirə edirlər, rektor da gəlib oturub tələbələrin arasında, sonra o da öz sözünü deyir.
Bu yaradıcı gənclərin mətbuatda dərc olunmalarına, kitablarının işıq üzü görməsinə əlindən gələn köməyi əsirgəmirdi. Təkcə iş bununla bitmirdi. Həmin yaradıcı gənclərin hardasa işlə təmin edilməsində də xüsusi rol oynayırdı. Eləcə də tələbələrinin sonrakı taleyi ilə maraqlanırdı, onların işlə təmin olunmasına şərait yaradırdı. Adını çəkmək istəmirəm, sevilən radioların birində tanınmış bir jurnalist xanım çalışır. Bir dəfə söhbət əsnasında dedi:

- Fəhlə işləyirdim, arxasız bir gənciydim. Kənddən gəlmişdim, rusca da bilmirdim, Slavyan Universitetinə daxil oldum. Kamal müəllim mənə atalıq elədi. Təhsilimi başa vurandan sonra gördü yaxşı oxuyuram məni məcbur elədi ki, magistraturaya qəbul olum. Məni universitetdə işlə təmin elədi, dekan müavininə qədər yüksəltdi. Hazırda çalışdığım işə görə də ona borcluyam.
Bəli, Slavyan Universiteti bir elm, təhsil məbədi idi. Rusiyanın prezidenti Vladimir Putindən tutmuş Avropa ölkələrinin bir çox dövlət və hökumət başçıları da Bakıya səfərləri zamanı bu məbədi də ziyarət edirdilər. Bu məbəddə həyat qaynayırdı. Həyat sevgiylə dolu idi, qorxu ilə yox.
Bəlkə məhz elə bu sadalanan keyfiyyətlərə görə Möhtərəm Prezidentimiz İlham Əliyev Kamal Abdullanı dövlət müşaviri kimi çox yüksək bir vəzifəyə təyin elədi: millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri.

Bu gün dünyada dinlər bir-birinə düşmən səviyyəsindədi, millətlər az qala bir-birinin qanını içir, multikulturalizm ayaqlar altında qalıb, Azərbaycanda isə müxtəlif dinlər bir ailə kimi yaşayır. Heç bir etnik ayrı-seçkilik yoxdu, hamı Azərbaycan adlı bir çələngin çiçəkləridi. Azərbaycan multikulturalizm sahəsində dünyaya bir nümunədi.

Təbii ki, bu Möhtərəm Prezidentimizin müdrik siyasətinin nəticəsidir. Kamal Abdulla da həmin o müdrik siyasətə öz səmimiliyini, insanlara sevgisini, tolerantlığını qatdı.
Kamal Abdulla filologiya elmləri doktorudu, akademikdi. Ən başlıcası, qəlbi insanlığa sevgi dolu bir yazıçıdı, özü də dünya şöhrətli bir yazıçı.

P.S. Bu məqaləni təxminən iki il öncə yazmışdım. Çox təəssüf ki, həmin vaxt Kamal müəllim xahiş elədi ki, çap eləməyim. İndi arxivimə baxanda məqalə qarşıma çıxdı. Fikirləşdim ki, çap eləsəm yaxşıdı. Ona görə ki, Kamal Abdulla bu gün də rektordu – Azərbaycan Dillər Universitetinin rektorudu. Və Kamal müəllim Slavyan Universitetində necə işləyibsə, bu gün də Dillər Universitetində həmin ənənəni davam etdirir: səmimi, mehriban, tələbələrin atası və həm də tələbkar! ("Ədalət" qəzeti)

loading...
loading...
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
Kosmetik vasitələr Antarktikanı da kirlətdi - İNANILMAZ...
8 telefonla birdən oynayan sürücü yaxalandı - FOTO
Liberiyalı senator maaşının çoxunu yerli xalqa paylayacaq - MARAQLI
Hesabın çox gəlməsinə qəzəbləndi, bara hücum etdi - AĞLASIĞMAZ...+ VİDEO
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Əsəddən icazə al…” - Moskvadan Ərdoğana şok tələb
Dünya
“Fox 8” in müxbiri təyyarə qəzasında öldü - FOTO
Dünya
Rusiya Xüsusi Təyinatlıları özlərini biabır etdi - FOTO
Cəmiyyət
10 dahinin 100 məhşur sözü...
Cəmiyyət
“Onda hər şey yüksək səviyyədədir...”
Həftənin ən çox oxunanları
Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər - VİDEO
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Əsgərlərimizdən düşmənə əsl Qurban Bayramı "hədiyyəsi"...
Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq...
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
Düşmənin müdafiə naziri Azərbaycana yalvardı: “Dayandırın...”
Naxçıvanın keçmiş daxili işlər nazirinin Bakıda obyekti "tapıldı"... - FOTOLAR
"Prezident məhz bu keyfiyyətləri nəzərə alıb onu çökməkdə olan sistemin başına gətirdi"
"Qarış-qarış da olsa öz ərazilərimizi düşməndən təmizləyirik" - Hərbi ekspert...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)