Xəbər lenti
31/05/2020 [23:23]:
Paşinyan haqqında ŞOK İTTİHAMLAR – Rusiyadan alınan silahlar qara bazarda satılır!
31/05/2020 [23:15]:
Türkiyədə koronavirus 4 540 nəfərin ölümünə səbəb oldu
31/05/2020 [22:55]:
Minnesota ştatında komendant saatının vaxtı uzadıldı
31/05/2020 [22:34]:
Umudov qaragüruhçuları “əks- fənd”ə saldı: “Biz zəifləmirik, əksinə, güclənirik və... !”
31/05/2020 [22:26]:
Milli üzvü darmadağını ehtiyat oyunçular skamyasında izlədi
31/05/2020 [22:12]:
Elçibəyin Klintona Kəlbəcərlə bağlı yazdığı məxfi məktub: Prezident amerikalı həmkarından nə istəyib?
31/05/2020 [21:34]:
Gənclərə sanksiya: evlənməyən, çox sevişən, uşağı olmayan VERGİ ÖDƏYƏCƏK
31/05/2020 [21:11]:
Nazirlik “Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərlərilə görüşdü
31/05/2020 [21:10]:
“Məni susdura bilməyəcəksiniz” - Fəzail Ağamalı
31/05/2020 [21:08]:
Ağdamda şadlıq sarayı yanıb
31/05/2020 [21:07]:
Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş təsdiqləndi
31/05/2020 [21:06]:
Messi: “Futbol heç vaxt əvvəlki kimi olmayacaq”
31/05/2020 [21:06]:
“Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub” - Hicran Hüseynova
31/05/2020 [21:04]:
Ağstafda minik maşını körpüdən aşıb, xəsarət alanlar var
31/05/2020 [21:03]:
Karantin həkimlərindən TƏBİB-ə ETİRAZ: “Niyə bizi də düşünən yoxdur?”
31/05/2020 [21:01]:
“Ordu ilə bağlı bütün tənqidi fikirlər qapalı müzakirə edilməlidir”
31/05/2020 [20:57]:
Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı
31/05/2020 [20:42]:
“Qadın istənilən halda xəyanəti bağışlamalıdır“
31/05/2020 [20:36]:
Göyöldə yük maşını sürüyə çırpıldı, onlarla qoyun tələf oldu, çoban yaralandı
31/05/2020 [20:31]:
Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi
31/05/2020 [20:28]:
“Yarən”dən eşq etirafı
31/05/2020 [20:17]:
ABŞ-da iğtişaşlar davam edir: Qarət, xaos, insanlar qorxu içində - VİDEO
31/05/2020 [20:15]:
Deputatların KİV və sosial şəbəkələrdə fəallığı barədə hesabat hazırlanacaq
31/05/2020 [20:04]:
Haftar ordusu Türkiyə PUA-larını vurdu
31/05/2020 [20:00]:
Məşhur model etirazçılara görə rekord məbləğ ödədi - MARAQLI...+ FOTOLAR
31/05/2020 [19:53]:
Milli Məclisdə xüsusi iş qaydası tətbiq edilib
31/05/2020 [19:51]:
Xalq artisti Röya açıq-saçıq paylaşımı ilə fit bədənini nümayiş etdirdi - VİDEO
31/05/2020 [19:27]:
Pizza sifariş edənlər qapını açdıqları zaman bu mənzərə ilə qarşılaşdı - MARAQLI...+ FOTOLAR
31/05/2020 [19:19]:
Göyçayda 10-cu sinif şagirdi kanalda batıb
31/05/2020 [19:18]:
Milli Məclis sabah tibbi maska taxmamağa görə cərimələri müzakirə edəcək
31/05/2020 [19:16]:
Ünvanlı sosial yardımın verilməsi 1 ilə endirilir
31/05/2020 [19:14]:
Bərdədə yeni üzən nasos stansiya istifadəyə verilib
31/05/2020 [19:10]:
Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb
31/05/2020 [19:07]:
"Ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə ehtiyac var"
31/05/2020 [18:59]:
Bakıda ana və azyaşlı oğlunu maşın vurdu
31/05/2020 [18:58]:
Mayk Tayson 25 il öncə nokauta saldığı boksçu ilə qarşılaşa bilər
31/05/2020 [18:40]:
Nazirlik yoxlama apardı - 744 obyektdə nöqsan aşkarlandı
31/05/2020 [18:38]:
Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasının gündəliyi açıqlandı
31/05/2020 [18:37]:
Azərbaycanda problemli kreditlər azalıb
31/05/2020 [18:12]:
Paşinyanın beynəlxalq silah qaçaqmalçılığında iştirakına dair faktlar açıqlandı
31/05/2020 [18:06]:
Müxalif lider Minskdə saxlanıldı
31/05/2020 [18:04]:
"AZAL toydan da, vaydan da pul qazanır"
31/05/2020 [17:50]:
İran “qara qutu”nu Ukraynaya təhvil verməkdən imtina etdi
31/05/2020 [17:46]:
İyunda hava necə olacaq?
31/05/2020 [17:43]:
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı
31/05/2020 [17:27]:
“Səhərə kimi Neftçalada qız toyunda çıxış edirdim” - VİDEO
31/05/2020 [17:27]:
Özbəkistan - Qırğızıstan sərhədində münaqişə - sakinləri arasında toqquşma olub
31/05/2020 [17:24]:
“İmkanı yoxdur, 30 qəpik verib maska alsın, daha 50 manat cərimə olunmasın”
31/05/2020 [17:21]:
Eldar Mahmudovun uşaqları Londonda 17 milyonluq əmlak alıb
31/05/2020 [17:19]:
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
31/05/2020 [17:16]:
Milli Məclisdə 9 şöbə ləğv olunub - Spiker açıqladı
31/05/2020 [17:15]:
Bərdədə heyvan leşləri su kanalına atıldı - RƏSMİ AÇIQLAMA
31/05/2020 [17:13]:
"Sosial şəbəkələr son zamanlar mənəvi terror platformasına çevrilib" - Vüqar Rəhimzadə
31/05/2020 [17:08]:
Millət vəkili 90 günlük viza sisteminin ləğv olunmasının əhəmiyyətindən danışıb - VİDEO
31/05/2020 [16:55]:
Milli Məclis tibbi maskaya görə cərimələrlə bağlı qərar qəbul etdi
31/05/2020 [16:51]:
82 deputat Milli Məclisin növbədənkənar sessiyasının çağırılmasını istəyib
31/05/2020 [16:51]:
Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclaslarının vaxtı açıqlanıb
31/05/2020 [16:17]:
Dünyada və Azərbaycanda orta aylıq əmək haqqı – STATİSTİKA
31/05/2020 [16:12]:
Qənirə Paşayevadan Ramil Səfərova dəstək - “Yüz minlərlə soydaşın yanındadır”
31/05/2020 [15:55]:
Mübariz Mənsimovun şirkəti müflis olub? - “Palmali Holding”dən AÇIQLAMA
31/05/2020 [15:52]:
Məşhur prodüser daha dörd təcavüzdə ittiham olunur
31/05/2020 [15:49]:
"Bakcell" yeni irihəcmli internet paketini təqdim edib
31/05/2020 [15:46]:
“Naxçıvandan xeyli insan Türkiyəyə işləməyə gedir” - Ziyafət Əsgərov
31/05/2020 [15:41]:
"Sosial şəbəkələr şər qüvvələrin əlində şər platformasına çevrilir"
31/05/2020 [15:40]:
Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olundu
31/05/2020 [15:36]:
"Ramil Səfərova dil uzadanlar ermənilərin əlinə dəstəvuz verirlər..."
31/05/2020 [15:13]:
Uçuşlar bərpa olunur: yoluxmanın qarşısı necə alınacaq? – AÇIQLAMA
31/05/2020 [15:11]:
Nuran Abdullayev: "Karantində 1 həftə qalmaq kifayətdir"
31/05/2020 [15:08]:
İctimai Liderlər Platformasının təmsilçiləri ölkə əhalisinə müraciət ünvanladı
31/05/2020 [14:59]:
Ayının infarktı...
31/05/2020 [14:51]:
Ermənilər arvadlı-kişili Azərbaycanı hədələyirlər...
31/05/2020 [14:28]:
Deputat 190 manatın iyunda da verilməsini TƏKLİF ETDİ
31/05/2020 [14:26]:
Zahid Orucdan “Parlament müxalifəti” haqqında qanun təklifi
31/05/2020 [14:22]:
Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edildi
31/05/2020 [14:16]:
Uşaqlar Günü 36 dərəcə isti olacaq
31/05/2020 [14:07]:
Etirazçılar Ağ Evin qapısında, Tramp orduya əmr verdi - Fotolar
31/05/2020 [14:04]:
“Düşmən bu dəfə böyük itkilər verib tamamilə məğlub olacaq” - MN
31/05/2020 [14:00]:
“Səni noyabrda Prezidentlikdən göndərəcəyik”
31/05/2020 [13:56]:
“Deputatların çoxu başını telefondan qaldırmır...”
31/05/2020 [13:47]:
“Türkiyədəki tələbələrimiz çətinliklə qarşılaşıb”
Bütün arxiv bir sırada
13/02/2019 [10:39] - Köşə - ( 5120 dəfə baxılıb)

“Bu dünya elə belə gəlib, belə də gedəcək?” - Getməyəcək!

"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"
İlham İsmayıl

Başqa sabitlik yox, atəşkəsdən sonra Qarabağın işğalının sabit olaraq qalması və bu sabitliyin və sükutun fonunda ölkənin sabit durumu ilə fəxr etmək və bunu örnək göstərmək çox təəccüblü gəlir: Qarabağ işğal altındadır və Azərbaycan sabit ölkədir? Hansı dövlət torpağı işğal olunanda “yerdə qalanına şükür”, deyib sabitlikdən danışır? Fələstin, Kipr, Ukrayna, Gürcüstan, Moldova özlərini “sabitliyin cənnətində” hiss edirlərmi? Tələbə olanda Azərbaycan tarixi müəllimi Rusiyanın Azərbaycanı işğal etməsini (o vaxt işğal yox, birləşdirmək yazılırdı), Azərbaycanın ikiyə bölünməsini tarixi şans adlandırır və sonra da Azərbaycanda sovet hakimiyyətinin qurulmasını  xoşbəxtliyimiz kimi deyir, müqayisə üçün də Cənubi Azərbaycanın pis gündə yaşamasından danışırdı. Sözünü bitirəndə müəllimə belə bir sual verdim: müəllim bir qardaş xoşbəxtdir, o birisi bədbəxt, belə olanda, ana özünü necə hiss edir? Yəni bütöv Azərbaycan özünü xoşbəxt sayırmı? Müəllim:  “bura provakator sualların yeri deyil”- deyib, uzun – uzadı beşillik plandan, keçici qırmızı bayraqlardan, Brejnevdən danışdı. Indi Qarabağ işğal altındadı, amma “atlanan qozlu bağa”- xoşbəxt sabitlikdən danışır. Qarabağ düşmən əlindədirsə, Azərbaycan vətəndaşı  hansı sabitliklə və necə xoşbəxt ola bilər?
  
Ölkədə Qarabağ ətrafında baş verən siyasi prosesləri yasalayanlar (təhlil edənlər yox), hər zaman sabitlikdən danışır, siyasi kataklizmlərin yaşandığı ərəb ölkələri, Latın Amerikası ölkələri ilə müqayisələr aparıb,  Qarabağ sükutunu, səssizliyini  yüksək dəyərləndirir, uyğun gəlməsə belə, hətta təbii fəlakətlərin baş verdiyi ölkələri də sitat gətirib, bizdə selin, daşqının, zəlzələnin olmadığına şükr etməyi tövsiyyə edirlər. Lap yaxşı. Qarabağı azad edin, sonra bu sabitliklə lap başımızda qoz qırın, amma Qarabağ azad olsun. Sabitlik bütövlükdə insanların adət etdiyi şəraitə alışqanlığıdır və ruhən tənbəlləşmiş adamlar nəyisə dəyişməyi fikirləşmirlər. Qarabağ sabitliyi ilə, yəni işğalı ilə xalqı alışqan etmirlərmi? Bəlkə xalqları sülhə hazırlamaq elə budur? Ona görə də vəziyyətə alışqan xalq, sabitlik haqqında deyilənləri məcburən olsa da, qəbul edir. Heç tacir Əsgər kimi “bu dünya elə belə gəlib, belə də gedəcək?” sualını da vermirlər, əksinə, kimsə danışanda  tacir Əsgərin dediyini sual cümləsi kimi yox, əmr cümləsi kimi səsləndirirlər. Qarabağdan danışanda, torpaqların azad olunması üçün ayağa qalxmaqdan söhbət düşəndə, kəndlisindən akademikinə kimi insanların əlini yellədib: “Qarabağ getdi ee.., Qarabağı unut”, “dünya Qarabağı verib erməniyə”, “Rusiya ömründə Qarabağı bizə verməz” kimi sözləri yəqin sizlər də çox eşitmisiniz.  Öz aləmlərində “müdrik” kəlam işlətdiklərini, dünyanın gedişatından daha yaxşı hali olduqlarını göstərmək istəyən  bu adamlar, əslində özlərinin “sabit” durumları ilə, siyasi dildə desək,”status-kvo”ları ilə qane olanlardır və işğaldan torpaq azad etmənin ağır, mürəkkəb yollarından qorxduqları üçün bu mövzuda danışmağa imkan vermirlər.
 
Qarabağ problemində vəziyyətin bizim üçün “sabit və ağır” olaraq qalması ən çox Ermənistanı qane edir. Düşmən rahat şəkildə daxili və xarici siyasətini davam etdirir və bu siyasət sabit şəkildə deyil, ciddi dəyişikliklərlə müşahidə olunur. Bizdən arxayın olub ölkədə ”məxməri inqilab” edirlər, Rusiyaya meydan oxuyub istədiklərini alırlar, beynəlxalq aləmin simpatiyasını qazanırlar. Ona görə ki, bizdəki sabit Qarabağ durumundan narahat deyillər. 
 
İndiki vəziyyəti təhlil edib, əvvəlki dövrlə müqayisə edəndə Qarabağ siyasətində nə qədər gerilədiyimizin fərqində olmammaq mümkün deyil. Ermənistandakı hakimiyyət dəyişikliyi düşmənin xaricdə tərəfdarlarının sayını artırıb. Bəzilərinin gözlədiyinin əksinə olaraq Rusiya ilə daha yaxın münasibətlər yaranıb, həm də Rusiya sanki günahkardır, günahını yumaq üçün də Ermənistanın nazı ilə oynayır. RF XİN –in müavini Karasin “qazı və başqa strateji məhsulları” ermənilərə güzəştlə verdiklərini sevinclə qeyd edir. İrəvanda Qriboyedovun heykəlinin açılışında  Qarabağ probleminin ”istisnasız olaraq” sülh yolu ilə həll olacağını deyib, erməniləri ən çox qorxduqları müharibə variantından arxayın salır. Müdafiə naziri Şoyqu bu günlərdə “İsgəndər” raketi azmış kimi,  yeni nəsil SU 30 qırıcı təyyarələr hədiyyə edib, Ermənistan silahlı qüvvələrinin ” rəqibə daha dəqiq zərbələr endirmək gücünə malik olduğunu” bildirir. Rəqib də bizik. Şoyqunun vətəni Tuvada isə bizim oliqarxlardan biri onunla şərikli obyektlər tikir. 
 
Bu günkü vəziyyətə baxanda bir vaxtlar deyilmiş fikrin əksinə olaraq - Qarabağın heç vaxt indiki kimi bizdən uzaqlaşdığını görməmək mümkün deyil. İmitasiyalarla yalnız özümüzü aldadırıq. Nəticəsi olmayan tədbirlərlə nə düşmənə, nə beynəlxalq aləmə təsir edə bilmərik. Axı, biz nədən düşmənə bu qədər arxayın olmaq üçün şərait yaratmışıq? 

Biz Qarabağ sabitliyini pozmağa məhkumuq. Düşmənin ən böyük qorxusu, bizim Qarabağ sükutunu istər diplomatiyada, istər cəbhədə pozmağımızdır. Əgər vətənimizi işğaldan azad etmək istəyiriksə və bu istəyimizi həyata keçirməyi qarşımızda məqsəd qoyuruqsa Qarabağ sükutunu, sabitliyini pozmalıyıq. Yoxsa, Paşinyan hər gün söylədiyi yalanları müxtəlif interpretasiyalarla təkrar edəcək. O yerə çatıb ki, Paşinyan parlamentdəki çıxışında Dağlıq Qarabağın azərbaycanlı icması haqqında danışarkən mənasız bir nəticəyə gəlib: ”Azırbaycan hakimiyyəti nə dərəcədə Azərbaycan xalqı adından danışıqlar aparmağa səlahiyyətlidir“ kimi öz aləmində bizi çıxılmaz vəziyyətə saldığını bildirir. Son iki gündə Qarabağla əlaqədar parlamentdəki: “Azərbaycan tərəfi xalqı müharibəyə hazırlayırsa, biz də adekvat hərəkət etməliyik”-, deməsinə baxmadan, ona praktik şəkildə real güc göstərilməsə, yəni “Qarabağ sabitliyi” pozulmasa, o hər zaman demaqoqcasına danışmaqda davam edəcək.  Yalnz güc qarşısında bizə yalnız erməni yox, havadarları da minnətçi düşəcək. Biz ermənini danışıqlara dəvət etməməliyik. Biz məcbur etməliyik ki, düşmən yalvarıb bizi danışığa çağırsın. Bir sözlə, Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!
 
İlham İsmayıl

“Səhərə kimi Neftçalada qız toyunda çıxış edirdim” - VİDEO
"Ramil Səfərova dil uzadanlar ermənilərin əlinə dəstəvuz verirlər..."
Koronavirus peyvəndi insanlar üzərində sınanacaq - MARAQLI
Məşhur qəssabın qardaşı görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
16 santimetrlik kəpənək görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
Məşhur model etirazçılara görə rekord məbləğ ödədi - MARAQLI...+ FOTOLAR
Cəmiyyət
“Deputatların çoxu başını telefondan qaldırmır...”
Cəmiyyət
Amerikalı alim "toyuq qripi" barədə ciddi düşünməyə çağırır
Dünya
ABŞ-ın 25 böyük şəhərində komendant saatı tətbiq olunub
Dünya
Paşinyan hakimiyyətinin sonu necə olacaq?
Yazar
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
"Bəlkə fiziki məsafə və sosial yaxınlıq?...  -Hə, cənab oliqarx vətəndaşlar?.."
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
Rusiyanın yalanı üzə çıxdı...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247