Xəbər lenti
20/09/2019 [13:39]:
Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turunun vaxtı açıqlandı
20/09/2019 [13:36]:
Dünyada hər 11 saniyədə bir körpə və ya hamilə qadın ölür –Hesabat
20/09/2019 [13:35]:
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi
20/09/2019 [13:31]:
"Konsertimdən sonra xərçəng xəstəsi olan bir insan sağalıb, bundan böyük savab varmı?"
20/09/2019 [13:31]:
Bakıda taksi sürücüsü yol polisinə hücum etdi - VİDEO
20/09/2019 [13:28]:
Tramp “Facebook”un rəhbərini Ağ evdə qəbul etdi –Sirli görüş
20/09/2019 [13:28]:
Deputatdan borc qalmaqalı ilə bağlı - Açıqlama
20/09/2019 [13:25]:
“Əsrin müqaviləsi” ilə bağlı poçt markaları buraxıldı - FOTOLAR
20/09/2019 [13:24]:
“Azərbaycandilli məktəblər üçün ana dilində dərsliklər Gürcüstanda nəşr olunmalıdır” –Ombudsman
20/09/2019 [13:22]:
Gürcüstanda mikro həbsxanalar yaradılacaq
20/09/2019 [13:18]:
Komitə sədri: Gələn il maaşlar, müavinətlər, pensiyalar artırılacaq
20/09/2019 [13:11]:
Azərbaycan nefti: Lənət, yoxsa nemət..?
20/09/2019 [13:04]:
Sabah hava necə olacaq?
20/09/2019 [13:01]:
“Məsələyə nə qədər ki, el bizim, sirr bizim prizmasından yanaşacağıq problemlər qaçılmaz olacaq...” -Psixoloq...
20/09/2019 [12:56]:
AYB şair və yazıçıları söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul edib
20/09/2019 [12:48]:
Deputat borca görə deputat vəsiqəsini girov qoydu
20/09/2019 [12:43]:
İlham Əliyev Neftçilər Günü ilə bağlı mərasimdə
20/09/2019 [12:35]:
Ermənilər Bakıda meydan sulayır: DİN-ə müraciət edildi
20/09/2019 [12:27]:
"Siz OMON-un özbaşınalıqlarının qarşısını alın, işlərimə qarışmağa ixtiyarınız yoxdur"
20/09/2019 [12:12]:
Masallıda qoyun oğurlayan kişi və qadın saxlanıldı
20/09/2019 [12:09]:
Ermənistanda qızıl yatağına görə tətil başladı
20/09/2019 [12:09]:
Bakıda 21 yaşlı gəlin sevgilisi ilə qaçdı
20/09/2019 [12:07]:
Mehriban Əliyeva onları təbrik etdi: Sizinlə fəxr edirik
20/09/2019 [12:05]:
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışları - FOTO/VİDEO
20/09/2019 [12:04]:
"Sosial şəbəkələrdə söyüş, təhqir və böhtan..." - Canlı
20/09/2019 [11:58]:
Nəsiman Yaqublu Polşada keçirilən XV Beynəlxalq Prometey konfransında iştirak edib
20/09/2019 [11:58]:
“Ermənilər istəyir lap Marsda səfirlik açsın...”
20/09/2019 [11:55]:
Məmmədyarovla Mnatsakanyan arasında keçiriləcək görüşün tarixi məlum oldu
20/09/2019 [11:51]:
“Mən yaltaq və rüşvətxor ola bilmədim... - cəzamı kəsin!..”
20/09/2019 [11:50]:
Daha bir erməni hərbi qulluqçu qəza törədib - 1 ölü
20/09/2019 [11:48]:
“Musa Yaqubla həm qələm, həm də deputat yoldaşı olmuşuq...”
20/09/2019 [11:45]:
Hacı Əliyev: "Görüşlərə psixoloji hazır deyildim"
20/09/2019 [11:04]:
“Milli ali təhsil sistemi bazar iqtisadiyyatı tələblərinə uyğun mütəxəssis hazırlamalıdır”
20/09/2019 [10:55]:
Bu halda Rusiyaya hər yerdən hücum edərik - General
20/09/2019 [10:53]:
Gəncə iğtişaşları zamanı qətlə yetirilən polkovnikin ailəsindən Prezidentə: "Qanını yerdə qoymayın!
20/09/2019 [10:51]:
Rusiya “İsgəndər”lərini sınaqdan keçirdi
20/09/2019 [10:46]:
Bakıda Ermənistan məhsulu: "Bazarstor"dan açıqlama - Foto
20/09/2019 [10:43]:
“Çöpçülər uşağın boğazına üfürərkən özündə olan infeksion xəstəlikləri ona keçirir...”
20/09/2019 [10:40]:
Konfutsi İnstitutu Çin sərgisində iştirak edib
20/09/2019 [10:15]:
Bakıda Ermənistan məhsulu satılır - Fotolar
20/09/2019 [10:13]:
İranla müharibə başlasa, daha haralara od düşəcək?
20/09/2019 [10:11]:
"Şimal-Cənub" nəqliyyat dəhlizi Azərbaycana hansı dividentlər vəd edir? - RƏYLƏR
20/09/2019 [10:09]:
Qarabağdakı ermənilər İstanbula sərbəst gedib-gəlirlər?..
20/09/2019 [10:07]:
Hacı ilk təsəlliverici görüşdə qalib gəldi
20/09/2019 [10:01]:
“Əsrin müqaviləsi”nin 25-ci ili
20/09/2019 [09:58]:
Almaniya səfirliyi Seymur və Nigar Həziyə viza verməkdən İMTİNA ETDİ
20/09/2019 [09:56]:
Günahı özümüzdə axtaraq...
20/09/2019 [09:35]:
Qarabağ danışıqlarına yeganə alternativ - müharibə qapıda
20/09/2019 [08:55]:
Melaniya Tramp Vaşinqton Abidəsinin açılışında - VİDEO
20/09/2019 [08:52]:
Tramp Zukerberqlə internetin tənzimlənməsini müzakirə etdi
20/09/2019 [08:49]:
Şvartsnegger Stallone ilə bıçaqlarını ölçdü – VİDEO
20/09/2019 [07:43]:
ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTO
20/09/2019 [07:35]:
Ömər xəstəxanada rastlaşdığı Baş naziri səhiyyədəki problemlərə görə “yuyub sərdi”…-FOTO+VİDEO 
20/09/2019 [06:40]:
Aşura gecəsi İmam Hüseynin(ə) davranışı  insanlara hansı dərsləri verdi?..
20/09/2019 [01:17]:
81 yaşlı qadın bankomatdan pulunu oğurlamaq istəyənin “dərsini verdi” - FOTO/VİDEO
19/09/2019 [23:56]:
Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötdü
19/09/2019 [23:46]:
Ötən il neçə nəfər valideynlik hüququndan məhrum edilib? - STATİSTİKA
19/09/2019 [23:44]:
Sosis, kolbasa və Palma yağı... - XƏRÇƏNG RİSKİ
19/09/2019 [23:30]:
Dikdaban ayaqqabılar altında qalan 23 illik diktatorun qürbətdəki ölümü...
19/09/2019 [23:02]:
ABŞ Həsən Ruhaniyə və İranın XİN rəhbərinə viza verib
19/09/2019 [23:00]:
"Qarabağ" "Sevilya"ya Bakıda böyük hesabla uduzdu - YENİLƏNİB
19/09/2019 [22:23]:
Üç nəfəri avtomobil vurdu: biri azyaşlıdır
19/09/2019 [22:12]:
Erkan Özoral: "Türkiyədən Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması xəbəri həqiqəti əks etdirmir"
19/09/2019 [21:52]:
Alman jurnalistlər “İŞİD”-çilərin saxlanıldığı  türmədən reportaj hazırladı - FOTO+VİDEO
19/09/2019 [21:34]:
ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır
19/09/2019 [21:33]:
“Qarabağ” İspaniya La Liqasının liderinə qarşı - YENİLƏNİB
19/09/2019 [21:20]:
Bakı Nəqliyyat Agentliyi niyə tənqid edilir: İctimai qınağı körükləyənlərin niyyətləri...
19/09/2019 [20:42]:
"Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb - FOTO+VİDEO
19/09/2019 [20:40]:
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib - SİYAHI
19/09/2019 [20:38]:
“Qarabağ” - “Sevilya” oyunu üçün heyətlər açıqlandı
19/09/2019 [20:35]:
Müdafiə xərclərinin artması yeni silahların alınması mənasına gəlmir - AÇIQLAMA
19/09/2019 [20:34]:
Kərim Kərimova Prezidentin fərdi təqaüdü təyin olundu
19/09/2019 [20:32]:
Bu ölkədə evlilikdən kənar münasibət qadağan ediləcək - MARAQLI
19/09/2019 [20:31]:
18 yaşlı qızı qaçıran, onu atıb, başqası ilə evlənən meyxanaçı: İndidə də modellə... – FOTOLAR
19/09/2019 [20:26]:
Adnan Oktar hakim qarşısında: “Bizdə qəyyumluq sistem var”
19/09/2019 [20:24]:
Məşhur sosial şəbəkə ulduzu avtomobil qəzasında öldü - VİDEO
19/09/2019 [20:19]:
Xırdalanda 4 yük avtomobili yandı
19/09/2019 [20:17]:
Bərdədə yol kənarında dayanan piyadanı avtomobil vurdu
19/09/2019 [20:15]:
Ermənistanda Konstitusiya Məhkəməsi hakiminin impiçment prosesi başladı
19/09/2019 [20:08]:
Qütblərarası savaş və ya dialoq niyə alınmır... - BAXIŞ BUCAĞI
Bütün arxiv bir sırada
14/02/2019 [13:53] - Siyasət - ( 8384 dəfə baxılıb)

“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF

Ayaz Mütəllibov: “27 il əvvəl məni qınayanların çoxu etiraf edir ki, o vaxt AXC liderləri yanlış addım atıb...”


Düz 27 il öncə bu gün- 1992-ci il fevralın 14-də Belarus paytaxtı Minskdə keçirilən MDB ölkələri başçılarının sammitində bəlkə də keçmiş sovet respublikaları arasında ən çox Azərbaycan üçün həlledici bir məsələ həll edilirdi. Respublika rəhbərliyinin yenicə formalaşan Milli Ordunun MDB Baş Komandanlığı tərkibində MDB üzvü olan ölkələrin Müdafiə Şurasına daxil olması haqqında sazişə imza atıb-atmaması gündəmdə idi. Məlum olduğu kimi, Azərbaycan həmin sənədə imza atmadı və cəmi 11 gün sonra erməni faşistləri keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Xocalı soyqırımını törətdi. Görəsən, sözügedən gün Azərbaycan rəhbəri bəhs edilən sənədə qol çəksəydi, hadisələr necə inkişaf edərdi?  Xocalı faciəsi baş verərdimi?..

 

Həmin sammitdə ölkəmizi təmsil etmiş Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Moderator.az əməkdaşı ilə telefon söhbətində bu haqda sualı belə cavablandırıb:

 

-Sözsüz ki, biz Minskdə xatırlatdığınız sənədi imzalasaydıq, proseslər tamam başqa məcraya yönələr və  Xocalı faciəsi də baş verməzdi.  Şübhəsiz ki, Qarabağın işğalı da bu səviyyədə baş verməzdi. Bu şərtlə ki, həmin qərardan sonra özünü demokratik müxalifət hesab edən Xalq Cəbhəsi liderləri konstruktiv mövqe tutaydı. Bunu bilmək üçün heç siyasətçi olmaq lazım deyil...

 

Bilirsiz, həmin vaxt  Qarabağ uğrunda deyil, yalnız hakimiyyət maraqlarl uğrunda mübarizə aparan məlum qüvvələrin təzyiqi altında cəmiyyətdə belə bir yanlış fikir formalaşdırılmışdı ki, bu əgər biz müstəqil dövlət olmuşuqsa, xarici hərbi qüvvələr mütləq Azərbaycan ərazisindən çıxarılmalı və  Rusiya ilə heç bir hərbi ittifaqa getməməliyik. Yəni belə qüvvələr real, gerçək beynəlxalq və daxili siyasi duruma uyğun siyasət yürütmək lazım olduğu ilə hesablaşmaq istəmirdi...

 

Və həmişə deyirəm ki, o vaxt heç kim qarşımızda heç bir şərt qoymamışdı. O dövrdə - biz milli ordunun yalnız kağız üzərində mövcud olduğu bir vaxtda və Qarabağda baş verənlərin fonunda MDB Baş Komandanlığının tərkibinə daxil olmaq barədə təklifə getməli idik. Bu hadisələr 1991-ci ilin dekabrı və 1992-cu ilin fevralı ərəfəsinə, yəni SSRİ dağıldıqdan sonra yeni geosiyasi reallıq şəraitində Müstəqil Dövlətlər Birliyinin yaradılması dövrünə düşürdü. Məlumdur ki, Rusiya Federasiyası beynəlxalq birliyin artıq keçmiş subyekti olan SSRİ-nin süqutundan sonra onun  varisi oldu. Amma Rusiya Federasiyası İttifaq dağılandan sonra sərhədsiz qalmışdı. Onun perimetri üzrə keçmiş müttəfiq respublikaların timsalında müstəqil dövlətlər yaranmışdı. Rusiya rəhbərliyi qarşısında problemlərlə dolu bir vəziyyət yaranmışdı... Belə məsələlər müəyyən mərhələdə MDB ölkələrinin fəaliyyətinin əlaqələndirilməsini tələb edirdi. Məhz bu məqsədlə MDB-nin müvafiq institutları, o cümlədən MDB Baş Komandanlığı  yanında müdafiə nazirləri Şurası yaranmışdı. AXC-nin təzyiqi altında biz bu Şuranın tərkibinə daxil olmadıq...

 

Azərbaycan üçün çox məsuliyyətli bir dövrdə, yəni özümüzü müstəqil qorumaq imkanlarımız olmadığı bir şəraitdə,  MDB kollektiv təhlükəsizlik sisteminə daxil olmaqdan imtina etməyimiz, əlbəttə ki, Rusiya rəhbərliyində müvafiq reaksiya doğurmaya bilməzdi. Yadımdadır ki, həmin gün, səhv etmirəmsə, fevralın əvvəlində Rusiya prezidenti B.Yeltsin mənə zəng edərək xahiş etdi ki, respublika silahlı qüvvələrinin (dediyim kimi, onlar o vaxt mövcud deyildi) MDB kollektiv təhlükəsizlik sisteminə daxil olmasından imtina edilməməsi barədə onun xahişini deputatlara çatdırım. Rusiya lideri onda mənə bildirdi: "Mən bilirəm ki, indi siz deputatlar qarşısında çıxış edirsiniz, ona görə də zəng etdim ki, xahişimi onlara çatdırasınız". O, eyni zamanda bildirdi ki, Xankəndidə yerləşən 366-cı motoatıcı alayın buraxılması haqqında tapşırıq verib. Həmin vaxt biz  366-cı alayın Xankəndindən çıxarılması məsələsini ciddi qoymuşduq. Təəssüf ki, bizim deputatlar, xalqın qulluqçuları öz razılığını vermədilər.  Biz MDB-nin bütün institutlarında heç olmasa, müvəqqəti olsa da, iştirak etməli idik ki, bizim imtinamızın gələcək mənfi nəticələrinin qarşısını ala bilək...

 

O  qaynar günlərdə cəbhəçilərə deyirdim ki, mənə vaxt verin, Rusiyadan qəti üz döndərməyə, rus ordusunu burdan çıxarmağa tələsməyək. Bu, yanlış siyasətdir. Qoyun bir özümüzə gələk, tədricən ordumuzu formalaşdıraq, Qarabağın işğalının qarşısını alaq, dirçələk, sonra Moskva qarşısında şərtlərimizi qoyarıq. Axı bizə heç kim şərt qoymağı qadağna etmirdi...  Məhz bu məntiqlə də Silahlı Qüvvələrin məsləhətli əsaslarla MDB Baş Komandanlığının tərkibinə daxil olması haqqında sazişin imzalanması hüququnun mənə verilməsini deputatlardan xahiş etmişdim. Yenə təəssüf ki, korporativ maraqlara əsaslanaraq mənimlə mübarizə aparan müxalifət, həmin dövrun, belə deyək, parlamenti Azərbaycan Respublikasının MDB-yə daxil olması haqqında sazişin ratifikasiyasını, yəni sazişin altında mənim imzamı təsdiq etməkdən imtina etdi...

 

Bu minvalla 1992-ci il fevralın 14-də isə Minskdə MDB-nin növbəti iclasında mən 1991-ci ilin dekabrında MDB-yə daxil olmaqla  bağlı etdiyim uğuru təkrarlaya bilmədim. Parlamentimiz Baş Komandanlıq tərkibində MDB üzvü olan ölkələrin Müdafiə Şurasına Azərbaycan Ordusunun daxil olması haqqında sazişin imzalanması üçün mənə səlahiyyətlər verilməsi xahişi ilə ona olan müraciətimi qəbul etməyərək mənə belə bir səlahiyyət vermədi. Nəticədə etibarı ilə mən bu sazişi imzalamadım və bununla da hiss etdim ki, AXC-nin radikal və nataraz  gedişləri sayəsində biz özümüzü pis vəziyyətə saldıq...

Təsəvvür edin ki, biz sözügedən sazişə imza atsaydıq və 366-cı alay Xankəndindən çıxarılsaydı, ermənilər Xocalıya hücumu təşkil edə bilərdimi? Təəssüf ki, əksi oldu və nəticədə Yeltsinin onsuz da bizə olan mənfi münasibəti daha kəskin xarakter aldı. Erməni faşistləri də bu şəraitdən məharətlə yararlandı...

 

-Ayaz müəllim, bu məqamda təbii sual yaranır: bəs haqlı haqlı olduğunuza  belə əmin idinizsə, niyə siz özünüz Minskdə bəhs edilən sənədi imzalamadınız?  

 

-Bunun  cavabı çox sadədir. İstəmirdim ki, bir vaxtlar dəbdə olan məsələ kimi mənim opponentlərim mənə “xalq düşməni” etiketini yapışdırsınlar. Ancaq bu gün çox eşirdirəm ki, 27 il öncə mənim MDB-yə daxil olmaq, eyni zamanda hərbi qüvvələrimizi də müvəqqəti olaraq həmin Birliyin komandanlığına daxil etmək  haqqındakı fikrimə qarşı çıxanlar etiraf edirlər ki, o vaxt AXC liderləri yanlış addım atıblar...

 

P.S. Keçmiş AXC liderlərinin mövzu barədə fikirlərini dinləməyə hazırıq...

 

Sultan Laçın 

loading...
loading...
Azərbaycan nefti: Lənət, yoxsa nemət..?
81 yaşlı qadın bankomatdan pulunu oğurlamaq istəyənin “dərsini verdi” - FOTO/VİDEO
Bu ölkədə evlilikdən kənar münasibət qadağan ediləcək - MARAQLI
Qütblərarası savaş və ya dialoq niyə alınmır... - BAXIŞ BUCAĞI
Köhnə avtobusu üzgüçülük hovuzuna çevirdilər - MARAQLI
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Müsahibə
"Konsertimdən sonra xərçəng xəstəsi olan bir insan sağalıb, bundan böyük savab varmı?"
Cəmiyyət
“Məsələyə nə qədər ki, el bizim, sirr bizim prizmasından yanaşacağıq problemlər qaçılmaz olacaq...” -Psixoloq...
Cəmiyyət
“Musa Yaqubla həm qələm, həm də deputat yoldaşı olmuşuq...”
Cəmiyyət
Ömər xəstəxanada rastlaşdığı Baş naziri səhiyyədəki problemlərə görə “yuyub sərdi”…-FOTO+VİDEO 
Cəmiyyət
"Qızlarımıza tövsiyəm odur ki, heç vaxt Rusiyadan gələn oğlanlara inanmasınlar..."
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
"Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi" - Köçəryandan maraqlı etiraf...
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
“Ona heç nə olmadı, mənimsə 2 övladım anasız qaldı”: Müəllimin bədbəxt etdiyi xadimə...
“Putinin təbrik məktubundan sonra müxalif media əsas diqqətini Birinci xanıma yönəltdi...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247