“Bu sualın cavabını bilsəydim, özümü dünyanın ən xoşbəxt adamı sanardım...”
Siyasət
Oxunub: 5053
27 Feb 2019 | 20:18
“Bu sualın cavabını bilsəydim, özümü dünyanın ən xoşbəxt adamı sanardım...”

Xocalı faciəsindən düz 8 il öncə, yəni 1984-cü ildə, el dilində desək, hələ “dünyanın guya düz vaxtında” ermənilər tərəfindən Azərbaycanın bir kəndi tamamilə yer üzündən silinib. Həmin kəndin adını yalnız  ömrünün yetkin illərini Dağlıq Qarabağ və ya Ağdam rayonunda yaşamış azərbaycanlılar bilər... 

 

Moderator.az əməkdaşı həmin kəndin adına Xocalı soyqırımıyla bağlı 26 il öncə yazılmış rəsmi bir sənəddə rast gəlib. Məhz bu diqqətəlayiq fakt bizi həmin sənədi bütövlükdə oxucularımızın müzakirəsinə buraxmaq qərarına gəlməyə vadar etdi. Söhbət   1993-cü il fevralında  Milli Məclisin iclasında qəbul ounmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat istintaq komissiyasının RƏYİ”ndən gedir. Hələlik sənəd müəlliflərinin, komissiya üzvlərinin adlarını çəkməyəcəyik. Təbii ki, bilənlər biləcək. Ancaq ümumi oxucu kütləsi kimisə təbliğ etmək məqsədi güddüyümüzü düşünməsin deyə, həmin adları sonda açıqlayacağıq. Deyə bilmərik ki,  DEPUTAT-İSTİNTAQ KOMİSSİYASININ RƏYİndə Xocalı və 1988-1992-ci illərdə Qarabağda və  ümumiyyətlə, Azərbaycanda yaşanmış ictimai-siyasi və hərbi olaylar tam obyektiv əks etdirilib.  Lakin 26 il əvvəl  neçə-neçə insanın zəhməti sayəsində qəbul olunmuş və  bəhs edilən faciələr barədə ilk rəsmi sənədlərdən olan həmin sənədi yenidən ictimaiyyətin müzakirəsinə çıxarmaq hələ də bir sıra məqamları qaranlıq qalan Dağlıq Qarabağ hadisələrinin və xüsusən, bu günlərdə növbəti 27-ci ildönümünü yaşayacağımız Xocalı faciəsinin bəzi gizlinlərinin üzə çıxmasına səbəb ola bilər. Bu sənəd son iki onillikdə, demək olar ki, qəzet və saytlarda dərc edilməyib, ictimailəşdirilməyib. Mümkündür ki, 25-26 il öncə sözügedən rəylə tanış olmuş adamlar, o cümlədən tanınmış siyasət nümayəndələri, ziyalı,  hərbçi və qazilər, hətta sənəd müəlliflərinin özləri belə, bu gün həmin sənədi yenidən nəzərdən keçirdikdən sonra hansısa fakt, olay, məqam, proses barədə tamamilə fərqli şərhlər versin. Öncədən bildirək ki, oxucuların, həmçinin materialda adları çəkilən şəxslərin, o dövr olaylarının şahidi olmuş hər bir kəsin fikir və mülahizələrini də  təqdim etməyə hazırıq.

Beləliklə, sözügedən materialı müzakirənizə təqdim edirik:

 

 (Əvvəli bu linkdə://www.moderator.az/news/260652.html)

 

“Əziz rəhbərimiz, Xocalı əhalisi Xocalını tərk etsə, onda Stepanakertlə Əsgəran arasındakı yol açılacaq...”

 

“...Hələ ötən il (1992-ci il-S.L.) dekabr ayının 25-də, yəni Xocalı faciəsindən düz iki ay əvvəl Xocalı rayonunun prokuroru Atakişi Atakişiyev  Prezident A.Mütəllibovun və baş prokuror M.Babayevin ünvanına teleqram  göndərmişdi:

 

“... Biz də hər şey qurtarıb, bizi başa düşün, nə demək istəyirik. Artıq xalq Xocalını tərk etmək istəyir. Xalq rəhbərliyə də münasibətini dəyişib. Bizə Müdafiə Nazirliyindən də bu günə kimi bir nəfər kömək və başqa şey göndərilməmişdir. Əziz rəhbərimiz, Xocalı əhalisi Xocalını tərk etsə, onda Stepanakertlə(Xankəndi-S.L.) Əsgəran arasındakı yol açılacaq. Aeroport və dəmir yolu vağzalında azərbaycanlıların gördüyü işlər hədər gedəcək. Əziz rəhbərimiz, bilirsiniz ki, Xocalı camaatına heç bir dəqiq məlumat verən yoxdur. Xocalıya düzgün məlumat çatdırılmır. Biz Sizdən artıq dərəcədə xahiş edirik ki, bizə... kömək edəsiniz. Xocalıda heç bir idarə, müəssisə, məktəb, kolxoz, sovxoz işləmir... Yaralılara təcili yardım və yaxud cərrahiyyə əməliyyatı aparmaq üçün heç bir şərait yoxdur... Adi sarğı materialı yoxdur... Biz Sizdən təxirə salınmadan kömək və ümid gözləyirik. Əziz rərhbərlərim, sonra bizim üçün gec olacaq, bizə təcili kömək edin...”

 

Teleqramın üzərində A.Mütəllibovun dərkənarı:

“y. Həsənov H.Ə., y. Mehdiyev T. y. Kərimov. T., y. Hüseynov İ.- Xahiş edirəm, əməli kömək edin.”

 

Bağışlayın ki, sizin diqqətinizi bir fakta bir daha cəlb edirik – bu, faciədən düz iki ay əvvəl olub. Hələ çox şey eləmək olardı, hələ çox şeyi çatdırmaq olardı. Heç bir əməli kömək edilmədi...

 

Gəlin, açıq danışaq, özünütənqiddən çəkinməyək; həyəcanlı siqnallar, xəbərdarlıqlar burada da olurdu. Parlamentin divarları arasında da, sessiya vaxtı da, Qarabağla əlaqədar parlament müşavirəsində də. Müxalifətin həyəcanı çox güclü idi. Elə o biri deputatlar da, xüsusilə, sərhəd rayonlarından olan deputatlar acı, amma dəqiq informasiylara verirdilər. Lakin bütün bunlara baxmayaraq bu problem bizim üçün əsl mənada, BAŞLICA, ƏSASLI, KÖKLÜ-KÖMƏCLİ problem olmamışdı. Düzdü, Qarabağ problemi xüsusi parlament yığıncaqlarının, geniş iclasların, komissiya iclaslarının müzakirə mövzusu olurdu, gündəliyin başında iri hərflərlə yazılırdı. Amma FAKTİK olaraq biz ona hələ də diqqətlə yanaşmamışıq,  ona görə ki, həmişə müzakirə vaxtı başqa mövzuya keçirdik. Çox  vaxt da xırda, lüzumsuz məsələlər barədə höcətləşirdik. Ən başlıcası isə heç vaxt ağır qarşıdurma yükünü çiyinlərimizdən atıb bizim hamımız üçün vacib olan məsələnin həlli naminə, öz parlament borcumuzu yerinə yetirmək xatirinə, müvəqqəti də olsa, birləşə bilmirdik. Hətta bəzi müdrik deputatlarımız Qarabağın başı üzərində təhlükə olduğunu, Qarabağın əldən çıxacağını müdrikcəsinə göstərsələr də, bəzi ikiüzlü deputatlar rəhbərliyə xoş gəlsin deyə, “Qarabağ indiki qədər bizim olmayıb” deyərək süni qarşıdurma yaradırdı. Əksər depuatatlar da buna əl çalırdılar. Əlbəttə, biz heç də parlamentimizin o vaxtkı fəalıiyyətinə qiymət vermək niyyətində deyilik, qarşımıza elə bir məqsəd qoymamışıq. Həm də komissiyanın, yəqin ki, belə bir hüququ yoxdur. Amma buna daxili bir ehtiyac duyduq. Əvvəla, ona görə ki, biz özümüz də, komissiya üzvlərinin, demək olar ki, hamısı həmin parlamentin üzvləriyik. Və aydın məsələdir ki, özümüzü də nəzərdə tuturuq. İkincisi, biz özümüz də parlament üzvləri ilə birgə başımızın üstünü alan təhlükə, fəlakət barədə həyəcan siqnallarına, xəbərdarlıqlara hay vermədiyimizə, sözdə yox (dildən pərgarıq, sözdə həmişə, hər şeyə hay vermişik), konkret əməli  təkliflər vermədiyimizə görə cavabdehik...

 

Bir epizodu sizə xatırlatmaq istərdik. Burada sessiya vaxtı deputatlardan kimsə Prezidentə sual verdi:

 

“Şuşanın, Xocalının təhlükəsizliyinə təminat olacaqmı? Olacaqsa, necə?”

 

A.Mütəllibov cavab verdi:

“Bu sualın cavabını bilsəydim, özümü dünyanın ən xoşbəxt adamı hesab edərdim...”

 

Biz parlament olaraq bu cavaba lazımi dərəcədə qiymət verə bilmədik. Bu cavabın yalnız bir tərəfini görə bilirdik – dövlət başçısının kədərli səmimiyyətini. Yəqin ki, elə imiş, mübahisə etmirik. Lakin bizi bu cavabda başqa bir məsələ maraqlandırmalı idi, həyəcanlandırmalı, narahat etməli idi: hakimiyyət qurumunun acizliyinin etirafı. Yersiz ədəbi kəlmə üçün üzr istəyirik, ancaq  Prezidentin bu cavabının məzmunundan bəlli olurdu ki, Xocalının(elə Şuşanın da) kitabı bağlanıb. Bizim borcumuz idi, o anda bunu dərk edək və qətiyyətlə bu bəlanın qarşısını almağa səy göstərək. Amma biz dərk edə bilmədik...

Gəlin, fikrimizin axırını dəyişək. Necə olsa, deputat deputatdır – özü kimi 350 nəfərdən biridir. Prezident isə prezidentdir. O, bütün ölkə üçün yeganə başçıdır. Müdafiə naziri də bir nəfərdir. Və onlara gələn informasiya axınını, deputatlara gələn informasiya ilə müqayisə eləmək olmaz...

 

Özünüz bir götür-qoy edin. Söhbət  Azərbaycan rəhbərliyinə gələn o informasiyalardan gedir ki, onlar faciənin yaxınlaşmasına həftələr, saatlar qaldığını xəbər verirdi...

 

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin 14 fevral 1992-ci il tarixli arayışından fraqmentlər:

 

“Xocalı şəhərinin vəziyyəti barədə.

Hazırda şəhərdə aşağıdakı qüvvə və vəsait vardır:

-yerli batalyon – 80 nəfər;

-Milli Ordunun hərbi qulluqçuları- 20 nəfər;

-aeroportun keşiyi həvalə olunmuş yerli milis əməkdaşları – 60 nəfər;

-avtomat silahlar -200-250 vahid;

-“BRDM” - 1 vahid(mərmi yoxdur);

-artilleriya topu(102 mm kalibrli) -1 vahid(mərmiləri qurtarır);

-“AQS-17” – 1 vahid;

-“PD-25” qurğular – 4 vahid.

 

Mövcud vəziyyət barədə general-mayor Şahin Musayevə( Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) məlumat verilib...

 

(Davamı var)

 

Təqdim etdi: Sultan Laçın

Oxşar xəbərlər
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev