Xəbər lenti
07/06/2020 [03:50]:
Levon Ter-Petrosyan da həyəcan təbili çaldı
07/06/2020 [02:54]:
“İnsanların yanlış istiqamətləndirilməsinə hesablanmış bütün tendensiyalara qarşı mübarizə aktualdır”
07/06/2020 [00:38]:
“Ermənistan cəhənnəmdə addımlayır” - Paşinyan
07/06/2020 [00:29]:
Üzərinə şkaf aşan 2 yaşlı uşaq öldü
07/06/2020 [00:27]:
Eyvanda kabab bişirmək istəyi yanğınla nəticələndi - VİDEO
06/06/2020 [23:54]:
Karantini pozanlar polisi görüb evlərinə qaçdı - VİDEO
06/06/2020 [23:45]:
“Azərbaycanda artıq milyonerlər yox, milyaderlər var...”
06/06/2020 [23:41]:
Braziliya ÜST-dən çıxmağı düşünür
06/06/2020 [23:32]:
"Siz yalnız Elçibəyin adının kölgəsində layiq olmadığınız önəminizi saxlaya bilərsiniz..."
06/06/2020 [23:02]:
"Biz İbadla birlikdə savaşdığı torpaqları onun sayəsində görmüş olduq..." - VİDEO
06/06/2020 [23:01]:
Darıxma, Fərqanə...
06/06/2020 [22:32]:
"Azərbaycanda ilk dəfə proktorinq sistemi tətbiq etməklə distant imtahan keçirəcəyik" - VİDEO
06/06/2020 [22:09]:
Sumqayıtda kütləvi bıçaqlanma baş verib, ölən və yaralı var
06/06/2020 [22:07]:
"Sülhəddin Əkbər hətta Heydər Əliyevdən Naxçıvan MTN-in şefi təyin olunmasını xahiş etmişdi"
06/06/2020 [22:07]:
Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verib
06/06/2020 [22:04]:
“Facebook” sosial şəbəkədə irqçiliklə mübarizəyə başladı
06/06/2020 [22:02]:
UNİCEF-in Azərbaycan nümayəndəliyi və BDU "İnklüziv təhsil: əlilliyə fərqli baxış" mövzusunda onlayn görüş keçirib
06/06/2020 [22:00]:
UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi
06/06/2020 [21:57]:
Xalq artisti Məleykə Əsədova: “Ürəyimdə problemlər yaranıb” - VİDEO
06/06/2020 [21:38]:
Ölmüş insanların kəllə sümüklərini çıxararaq su içirlər - MARAQLI...+ FOTOLAR
06/06/2020 [21:34]:
Ağdaşda “Niva” aşdı, sürücü öldü
06/06/2020 [21:32]:
Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası
06/06/2020 [21:29]:
Qazaxıstan prezidentinin mətbuat katibi koronavirusa yoluxdu
06/06/2020 [20:43]:
"“Uçitel”in apardığı siyasət 3-4 il davam edərsə, Azərbaycan tam müstəqil dövlətə çevriləcək"
06/06/2020 [20:37]:
Dünyanın ən zəngin adamından ABŞ-dakı etirazlara dəstək - MARAQLI
06/06/2020 [20:21]:
Eyvandan 2 metrlik nəhəng ilan çıxdı - FOTO
06/06/2020 [20:18]:
Ordunun bir hissəsi Vaşinqtondan çıxarıldı
06/06/2020 [20:14]:
Küçəyə çıxmaq qadağasını heçə sayan vətəndaşların polis görərkən etdikləri - VİDEO
06/06/2020 [20:10]:
Yalan danışanların bir çox xəstəliklərə  düçar olduğu bilindi - Amerika alimləri...
06/06/2020 [20:09]:
ABŞ tarixində bir ilk - Ağ Ev blokadaya alındı...
06/06/2020 [19:56]:
Türkiyədə 275 metr hündürlüyü olan su anbarı inşa edilir
06/06/2020 [19:55]:
“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının vaxtı açıqlandı
06/06/2020 [19:54]:
Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır
06/06/2020 [19:46]:
Aparıcının etdiyi hərəkət izləyənləri güldürdü - VİDEO
06/06/2020 [19:41]:
OPEC+ neft hasilatının azalmasını bir ay uzadıb - YENİLƏNİB
06/06/2020 [19:23]:
“Düşmən nə ordumuzun təlimlərinə, nə də DSX-nın addımlarına adekvat reaksiya verə bilmir”
06/06/2020 [19:18]:
Elçibəyin kürəkənindən Sülhəddin Əkbərin ittihamlarını suya düşürən fotosübut...
06/06/2020 [19:10]:
Kürdəmirdə 20 yaşlı oğlan göldə batıb
06/06/2020 [19:08]:
Dünya neft ehtiyatları 1,5 milyard barel artdı
06/06/2020 [19:02]:
ABŞ-da çevriliş təhlükəsi! - Pentaqon Trampa qarşı
06/06/2020 [18:55]:
Azərbaycanda karantin rejimini pozan 900-ə yaxın şəxs cərimələnib
06/06/2020 [18:45]:
Britaniya nəşri 2014-cü ildə Bakıdan qovulan Berti Foqtsa atılan aftafadan yazdı...
06/06/2020 [18:25]:
ABŞ-da son sutkada 1200 nəfər COVİD-19-dan ölüb
06/06/2020 [18:24]:
Şou-biznesin əkiz bacıları: “Açıq-saçıq görüntü ilə gündəmə gəlməmişik” - VİDEO
06/06/2020 [18:19]:
Komissiya yaranmalı, Nikol dindirilməlidir - Vanetsyan
06/06/2020 [18:18]:
Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ
06/06/2020 [18:10]:
Ermənilər Qarabağa 3-cü yolun xəritəsini də təqdim etdi- Yenə Laçından keçir...FOTO
06/06/2020 [18:06]:
Pərvin Abıyeva: “Daha çox kişilərlə dostluq edirəm, çünki...” - VİDEO
06/06/2020 [18:03]:
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 379 yeni yoluxma - RƏSMİ
06/06/2020 [18:02]:
Biz Londonda məskunlaşırıq, ermənilər Qarabağda...
06/06/2020 [17:17]:
Azərbaycanın bəzi rayonlarına dolu yağır - FAKTİKİ HAVA
06/06/2020 [17:09]:
“Zənnimcə, cərimələrin tətbiqi zərurətdən yarandı və bu, yoluxanların sayını azaldacaq”
06/06/2020 [17:03]:
Şəbnəm Tovuzlunun bu videosu hamını təəccübləndirdi - VİDEO
06/06/2020 [16:51]:
Türkiyədən Yunanıstanın “müharibə” təhdidinə cavab: Ordumuz istənilən an…
06/06/2020 [16:48]:
Vaqif Aydınoğlu ikinci dəfə ata oldu - FOTO
06/06/2020 [16:43]:
Dalana dirənən Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolu axtarır - Fərid Şəfiyev
06/06/2020 [16:10]:
Biz Avropa Şurasının erməni şurasına çevrilməsinə təəssüf edirik
06/06/2020 [16:00]:
Hamiləlik və laktasiya dövründə COVID-19 riski: Hansı qaydalara riayət olunmalıdır?
06/06/2020 [15:55]:
Rəqqasə Renka karantin qaydalarını pozduğu üçün cərimələndi - RƏSMİ
06/06/2020 [15:49]:
“Yeni bələdiyyə sədri kəndimizdə ilklərə imza atdı...” - FOTOLAR
06/06/2020 [15:44]:
Azərbaycanda deputatın yaxın qohumu koronovirusdan öldü
06/06/2020 [15:44]:
“Oğlumun adını əbədiləşdirmək üçün bu addımı atdım” - Şəhid atası oğluna muzey tikir...
06/06/2020 [15:43]:
Bu şəxslər küçəyə çıxsalar cərimələnəcəklər - RƏSMİ
06/06/2020 [15:42]:
“Taliban" 38 əfqan əsgərini azad edib
06/06/2020 [15:39]:
ABŞ-ın məşhur meydanında Corc Floydun xatirəsi anılır - VİDEO
06/06/2020 [15:34]:
“Azərbaycanla bağlı xırda bir məsələni şişirdən Avropa Şurası kimi qurumların ABŞ-la bağlı susqunluğu təəssüf doğurur”
06/06/2020 [15:27]:
Çəkilişində rejissorun, operatorun, fotoqrafın həlak olduğu filmimiz - "Mən ki gözəl deyildim"in faciəvi kadr arxası
06/06/2020 [15:22]:
Türkiyədə erməni muzeyi açıldı - İlk dəfə
06/06/2020 [15:19]:
Nigeriya OPEC+ sazişi üzrə yerinə yetirilməyən öhdəliyi kompensasiya edəcək
06/06/2020 [15:17]:
Oğlundan imtina edən, işə pijamada gedən, iki dəfə dəfn olunan azərbaycanlı alim...
06/06/2020 [15:12]:
"Mən hər zaman fikrimi azad və birbaşa deyən şəxs olmuşam..."
06/06/2020 [15:08]:
Putin turizm sahəsinin kurasiyasını dəyişdi...
06/06/2020 [15:05]:
Yardımlı və Bərdədə 7 tondan çox çətənə kolu məhv edilib
06/06/2020 [15:02]:
ABŞ-la Rusiya arasında Yaxın Şərq davası...
06/06/2020 [15:01]:
ABŞ Avropanı Rusiya qarşısında müdafiəsiz qoydu: Qərb rus məhşəri ilə üz-üzə...
06/06/2020 [15:00]:
Gəncə sakinindən 2,3 kq narkotik götürüldü
06/06/2020 [15:00]:
Afrikanın bir nömrəli terrorçusu öldürüldü...
06/06/2020 [14:48]:
"Təsəvvür edin ki, Ali Baş Komandan savaşdan öncə xalqın əhval-ruhiyyəsini öyrənmək istəyir..."
06/06/2020 [14:44]:
Liviya ordusu yeni əməliyyata başladı - Kod adı “Zəfər yolları...”
06/06/2020 [14:41]:
"AŞPA hətta özünün qəbul etdiyi qətnamənin icrasını belə Ermənistandan tələb etmir..."
Bütün arxiv bir sırada
12/03/2019 [20:37] - Araşdırma - ( 3693 dəfə baxılıb)

“Elələri olub ki, özünü düşmənlə birlikdə qumbara ilə partladıb…”

“Faciə günü xocalılılara kimsə  deyib ki,  milli televiziyada xəbər verilib ki, Naxçıvaniki bizimkilər tutub...”
Xocalını bir gün yox,  azad edilənədək, qisası alınanadək hər gün anmalıyıq…


Moderator.az 1992-ci ilin yazından başlanılmış araşdırmalar əsasında 1993-cü ilin fevralında  Milli Məclisin iclasında qəbul ounmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat- istintaq komissiyasının RƏYİ”nin hələ 27 il sonra – bu gün də  mübahisələr doğuran əsas, diqqətəlayiq məqamlarını diqqətinizə çatdırmaqda davam edir. Məqsəd ilk növbədə Xocalı faciəsini daim ictimaiyyətin gündəmində saxlamaqdır. Yəni, biz bütövlükdə bəşəriyyətə,  türk-müsəlman dünyasına, xalqımıza qarşı bu soyqırım aktını bir gün, bir həftə yox, o şəhərimiz, o yurdlarımız düşməndən azad edilənədək, orada amansız işgəncələrə məruz qalmış, qətlə yetirilmiş soydaşlarımızın qisası alınan günədək hər gün anmalıyıq...

 

Bir daha təkrar edirik; deyə bilmərik ki,  DEPUTAT-İSTİNTAQ KOMİSSİYASININ RƏYİndə Xocalı və 1988-1992-ci illərdə Qarabağda və  ümumiyyətlə, Azərbaycanda yaşanmış ictimai-siyasi və hərbi olaylar tam obyektiv əks etdirilib.  Lakin 26-27 il öncə  neçə-neçə insanın zəhməti sayəsində tərtib olunmuş və  bəhs edilən faciələr barədə ilk rəsmi sənədlərdən olan həmin sənədi yenidən ictimaiyyətin müzakirəsinə çıxarmaq hələ də bir sıra məqamları qaranlıq qalan bəzi gizlinlərin üzə çıxmasına səbəb ola bilər. Bu sənəd son iki onillikdə, demək olar ki, qəzet və saytlarda dərc edilməyib, ictimailəşdirilməyib. Mümkündür ki, 25-26 il öncə sözügedən rəylə tanış olmuş adamlar, o cümlədən tanınmış siyasət nümayəndələri, ziyalı,  hərbçi və qazilər, hətta sənəd müəlliflərinin özləri belə, bu gün həmin sənədi yenidən nəzərdən keçirdikdən sonra hansısa fakt, olay, məqam, proses barədə tamamilə fərqli şərhlər versin. Bu baxımdan oxucuların, həmçinin materialda adları çəkilən şəxslərin, o dövr olaylarının şahidi olmuş hər bir kəsin fikir və mülahizələrini də olduğu kimi təqdim etməyə hazırıq. Və xahiş edirik ki,  təqdim etdiyimiz sənəddə razılaşmadığınız məqamlar barədə bizə məlumat verməkdən çəkinməyəsiniz... 


(Əvvəli bu linkdə:http://www.moderator.az/news/262042.html:)


"Mili Ordunun iki əsgərini biri-birinə sarıyıb yerindəcə od vurub yandırıblar...”

 

“Bilavasitə Xocalıya hücum barədə və əhalinin soyqırımı barədə bütün xalq bilir. Buna görə də əsas faktlar və bəzi dəlillər üzərində dayanacağıq.

Məlum olduğu kimi, hər hansı bir əməliyyatdan əvvəl əmr verilir – özü də yazılı şəkildə. Beynəlxalq müşahidəçilər nə erməni yaraqlılarının, nə də 366-cı alayın komandanlığından nə  bir əmr, nə bir başqa sənəd tapa bildilər. Bu da təbii olaraq, Xocalıya hücum əməliyyatının quldurcasına,  vəhşicəsinə, qeyri-insanı bir səciyyədə olduğuna bir daha dəlalət edir.

Fevralın 25-də axşamdan xeyli keçmiş,  təxminən saat 23:00-da Xocalıya ardı-arası kəsilmədən toplardan atəş açmağa başladılar. Demək olar ki, elə ilk məqamdan kazarma və əsas müdafiə postları məhv edildi. Bir faktı  böyük təəssüflə qeyd etməliyik ki,  müdafiə postlarının tezbazar məhv edilməsinə, dəqiq məhvinə operativ şəraitin düşmən tərəfindən dəqiq öyrənilməsi bais olmuşdur. Dolayısı ilə də olsa, bunu 366-cı alayın bölmələri arasında radio-dalğa tutmanın maqnit yazısının 2-ci hissəsi təsdiq edir. Fraqmentlər veririk:

 

“Mən- 13-əm. Kəşfiyyat vasitələrini yerbəyer eləmişəm. Nişançı da nişan almağa hazırdır(İndi sizə aydın olacaq ki, söhbət topçu nişançıdan getmir, agentdən gedir, müəyyən siqnallarla atəşi  lazımi obyektə yönəldir) . Təkcə elə etmək lazımdır ki, Xocalıda onu həbs etməsinlər. Dəqiq vaxt barədə məni xəbərdar edin ki, mən də yerliləri xəbərdar edim ki, onu, nişançını aradan çıxarsınlar. Qəbul”.

-“Mən başa düşdüm. Qəbul”.

-“Həmişə rabitədə ol ki, əgər vəziyyət mürəkkəbləşsə, dərhal əməliyyat qrupunu xəbərdar edə bilim”.

 

Beləliklə, bu mətndən bəlli olur ki, düşmən kəşfiyyatçıları bir neçə nəfərdir. Nişançı özü, bir də onu vaxtında aradan çıxarmağa kömək edənlər...

 

Xocalılılar, bildiyiniz kimi, ciddi müqavimət göstərə bilmədilər. Qüvvələr olduqca qeyri-bərabər idi. Əhali vahimə içində, ümidsiz halda, ev-eşiklərini, əmlaklarını atıb, uşaqlarının əlindən tutub şəhəri tərk etməyə başladılar.

Qaçqınların Ağdam səmtinə axını əsasən iki istiqamətdə idi. Bir istiqamətdə Əsgəranın sol tərəfindən, o biri isə sağ tərəfindən, Qarqar çayı boyunca idi. Çoxları çayı keçib pənah aparmışdılar. Adamların böyük bir qrupu isə Naxçıvanik kəndi istiqamətində qaçırdılar; güman edirdilər ki, oranı bizim döyüşçülər tutublar. Sən demə, həmin gün səhər xocalılılara  deyibmişlər ki,  milli televiziyada xəbər verilib ki, Naxçıvaniki bizimkilər tutub. Bu informasiyanın izini biz tapa bilmədik – nə televiziyada, nə Müdafiə Nazirliyində, nə “Azərinform”da, nə Daxili İşlər Nazirliyində, nə də Prezidentin mətbuat mərkəzində. Ümid edirik ki, prokurorluq orqanlarının bəlkə bu məsələdə bəxti gətirdi...

Qaçqınlar barədə biz sonra danışacağıq. Təkcə bunu demək istəyirik ki, onları getdikləri istiqamətin hamısında pusqu gözləyirdi. Hücum, əhalinin qırğını, şəhərin darmadağın edilməsi bütün gecəni davam eləmişdi. Təyyarə meydanını qoruyanların hamısı, demək olar ki, kimdə silah vardısa, başda Emil Hacıyev(yəqin ki, çapda texniki səhv gedib, söhbət Əlif Hacıyevdən gedir-S.L.) olmaqla, dairəvi müdafiə düzəldib, az müddət də olsa, qaçqınları daldalamağa çalışmışdılar. Onların, demək olar ki, hamısı həlak oldular, ancaq əvvəlcədən təyyarə meydanının dispetçer pultunu partlada bilmişdilər...

 

Əhalinin bir qismi qaça bilməmişdi – təxminən 300 nəfər. Nə qədər bizə ağır olsa da, hücum vaxtı, şəhər işğal ediləndə, eləcə də ermənilər pusquya düşmüş qaçqınları əsir alanda da baş vermiş bir neçə faktı sadalamalıyıq.

Adamları, o cümlədən uşaqları, qadınları diri-diri ZTR-lərin  təkərləri altına qoyub əzirdilər. Elə qəddarları da olub ki, böyükləri də, uşaqları da əsir alanda dərhal başlarını kəsirmişlər. Deyirmişlər ki, qurban kəsirlər...

 

Bir qayda olaraq qadınların qulağından sırğaları ətqarışıq dartıb qoparırmışlar. Üzüyü barmaqdan çıxara bilməyəndə barmaqlarını sındırırmışlar. Ölülərin barmağını kəsib üzüyü götürürmüşlər. Çoxlarını elə əsir alınanda üst paltarlarını, çəkmələrini çıxarmağa məcbur edirmişlər.

 

Cavan, sağlam kişiləri(söhbət silahsızlardan gedir) çox vaxt yerindəcə güllələyirmişlər. Mili Ordunun iki əsgərini biri-birinə sarıyıb yerindəcə od vurub yandırıblar...

 

Bizimkilərdən elələri də olub ki, bütün patronlarını atıb qurtarandan sonra, ya axırıncı gülləni özünə vurmuş ya da özünü düşmənlə birlikdə qumbara ilə partladıb...”

 

(Davamı var)

 

Təqdim etdi: Sultan Laçın

"Siz yalnız Elçibəyin adının kölgəsində layiq olmadığınız önəminizi saxlaya bilərsiniz..."
"Biz İbadla birlikdə savaşdığı torpaqları onun sayəsində görmüş olduq..." - VİDEO
"Azərbaycanda ilk dəfə proktorinq sistemi tətbiq etməklə distant imtahan keçirəcəyik" - VİDEO
Ölmüş insanların kəllə sümüklərini çıxararaq su içirlər - MARAQLI...+ FOTOLAR
Dünyanın ən zəngin adamından ABŞ-dakı etirazlara dəstək - MARAQLI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
Elçibəyin kürəkənindən Sülhəddin Əkbərin ittihamlarını suya düşürən fotosübut...
Dünya
ABŞ-da çevriliş təhlükəsi! - Pentaqon Trampa qarşı
Gündəm
Ermənilər Qarabağa 3-cü yolun xəritəsini də təqdim etdi- Yenə Laçından keçir...FOTO
Cəmiyyət
"Mən hər zaman fikrimi azad və birbaşa deyən şəxs olmuşam..."
Cəmiyyət
61 yaşı tamam olan nazir Milləti Qarabağ töhmətindən qurtaracaq... - TƏBRİK
Yazar
İlham İsmayıl
Biz Londonda məskunlaşırıq, ermənilər Qarabağda...
Oqtay Qorçu
Pandemiya gündəliyi...
Sultan Laçın
“Elə bildim, qaçqınlar “Qaçqınkom”un qarşısında  Qarabağın azadlığı tələbilə aksiya keçirir...”
Həftənin ən çox oxunanları
Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR
Elçibəyin Klintona Kəlbəcərlə bağlı yazdığı məxfi məktub: Prezident amerikalı həmkarından nə istəyib?
"Əli Nağıyev istədiyinin 10 faizini hələ həyata keçirə bilməyib, çünki..."
Vilyam Hacıyevin bağlamaları kimə çatacaqmış? - 2 başçını bitirən bir "əməliyyat"...
Etibar Məmmədovun 4 iyun qiyamında rolu və “xəyanəti” nədən ibarət olub..? - TARİX...
“Əvvəllər Yaşarla bağlı etiraf məsələsinə gələndə hardasa əsəbiləşirdim, amma indi..”
Rusiyaya səs salan azərbaycanlı müğənni: “Gəncədə dörd manata ofisiant işləyirdim” - VİDEO
“İyunun 2-də Pənah Hüseynə bildirmişəm ki, bunu etmək olmaz, nəticəsi sizin üçün pis olacaq”
"Bura hər an "İkinci Qarabağ" ola bilər..."
"Bir nazirin 2 aydan bir gedib rayonda 20-30 adamı qəbul etməsi ilə iş alınmaz..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247