İngiltərə klubu yeni hücumçu transfer etdi
160
04 Aug 2025 | 06:36

İngiltərə klubu yeni hücumçu transfer etdi

İngiltərənin “Vest Hem” klubu Kallum Uilsonun transferini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında müqavilənin müddəti gələn yaya qədərdir.

Uilson bu yay Premyer Liqanın digər təmsilçisi “Nyuksal”dan ayrıldıqdan sonra azad agent idi.

2024/2025 mövsümündə o, sabiq komandasının heyətində 22 matçda iştirak edib və bir qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Link kopyalandı!
Son xəbərlər