Məmur nəfsinə qurban edilmiş dövlət maraqları - "Yeni Həyat"ın yeni sərgüzəştləri
Oxunub: 2844
18 Mar 2019 | 12:16
 Məmur nəfsinə qurban edilmiş dövlət maraqları  -

Ən ağır iqtisadi böhran keçirən dövlətlər belə, qısa müddət ərzində bəzi islahatlar aparmaqla vəziyyətdən çıxa bilirlər. Torpağının önəmli qismi işğal olunan ölkələrin də mövcudluğunu qorumaq, iqtisadi yüksəlişlə dünyanın aparıcı gücünə çevrilmək, daha sonra isə hərbi sahədə uduzduqlarını iqtisadi uğurlarıyla geri qaytarmaq şansları var. Bunun ən bariz nümunəsi II Dünya müharibəsindəki məğlubiyyətilə iki yerə bölünmüş Almaniyanın 50 ildən sonra bir güllə atmadan özünü bərpa edə bilməsidir. Bu gün Yaponiya da eyni siyasətlə Kuril adalarını Rusiyadan geri almağa çalışır.

Dövlətlərin tamamən yoxoluşu isə hüquq sistemdəki tənəzzüllə başlar. Hüquq sistemini düzgün qura bilməyən dövlətlər iqtisadiyyatdan tutmuş mədəniyyətə, sosial həyatdan hərbi sistemə qədər dövləti dövlət edən bütün mexanizmlərini itirməyə məhkumdurlar. Nədən ki, dövlət ilk növbədə iqtisadi, mədəni, sosial və s. sahələrdəki münasibətləri tənzimləyən mexanizm deməkdir və bu mexanizmin mühərrikini qanunlar toplusu təşkil edir. Adına hüquq deyilən bu mühərrik yoxdursa, dövlətin özü də yoxdur. Bəlkə də Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürk “Mülkün təməli Ədalətdir” deyərkən, məhz bu həqiqəti nəzərdə tuturdu.

Nə yazıq ki, yuxarıdakı misallarda qeyd etdiyimiz kimi, torpağının 20%-ni itirmiş, yanlış iqtisadi siyasətlərlə ağır böhran vəziyyətinə düşmüş Azərbaycanda dövlətin təməli sayılan ədalət sistemi də yarıtmaz vəziyyətdədir. Bu da dövlətinin taleyini düşünən hər kəsi, o cümlədən ölkə rəhbərliyini narahat etməli, ədalətin bərpası, Konstitusiyamızla təsbit olunan hüquqi dövlətçiliyimizin bərqərar olması uğrunda mübarizəyə səsləməlidir. Çünki bu sahədə vəziyyət düzəlmədikcə, nə iqtisadi dirçəlişə, nə vətəndaşların insan kimi yaşamasına, nə də itirdiyimiz torpaqları geri qaytarmağa ümid edə bilərik.

Azərbaycanın hüquq sistemindəki problemlər qanunların mahiyyətindən çox, onu həyata keçirən insanlarımızın öz işinə məsuliyyətsiz yanaşmalarından irəli gəlir. Hakimlərin ədalətsiz qərarları Avropa İttifaqının təşviqilə qəbul edilən qanunlarımızı işləməz hala gətirir, dərəbəylik ənənələrini formalaşdırır, nəticədə dövlətimizin təməlləri sarsılır, vətəndaşlarımız narazı salınır, iqtisadiyyatımızın inkişafı əngəllənir, bütün yerli və əcnəbi iş adamlarını Azərbaycana investisiya qoymağa çağıran ölkə başçısının siyasətini heçə endirir. Bu mənada

 

Azərbaycan məhkəmələrində çıxarılan hər ədalətsiz qərar təkcə hansısa iş adamına deyil, həm də dövlətimizə, onun liderinə xəyanətdir.

 

“Hürriyyət” qəzetinin əldə etdiyi bəzi sənədlər Azərbaycan məhkəmələri tərəfindən iqtisadiyyatımıza, dövlətçilik ənənələrimizə vurulmuş zərbənin kiçik bir hissəsini tam çılpaqlığı ilə oraya qoyur. Atalar demişkən, bir dənizin duzlu və ya duzsuz olduğunu anlamaq üçün onun bütün suyunu deyil, sadəcə bir qətrəsini içmək kifayət etdiyi kimi, hüquq sistemimizin necə çalışdığına qərar vermək üçün də bu sənədlərlə tanış olmaq yetərlidir. Gəlin, növbəti araşdırma silsiləmizin ilk yazısında hüquq sistemimizin iç üzünü gözlər önünə sərən bu sənədlərlə qısaca tanış olaq.

Redaksiyamıza müraciət edən bir iş adamının bildirdiyinə görə, o, 2004-cü ilin 11 noyabrında “Mərmər” ASC-nın 4.7 hektar ərazisini satın alır. Bakı şəhəri, Xətai royanu, Əhmədli yaşayış sahəsi, Zığ şosesi 5/1 ünvanında yerləşən bu qeyri-yaşayış ərazisi Bakı “Mərmər” ASC-nin səhmdarlarının qərarı ilə ona satılmışdır. Şikayətçinin iddialarını təsdiqləyən sənədlər də mövcuddur. Mərmər ASC ilə iş adamı arasında  bağlanmış alqı-satqı müqaviləsinə əsasən, satılan həmin əraziyə 46814.3 kv.m. torpaq sahəsi, 33.9 kv. m. “A” tikintisi, 17.8 kv. m. “B” tikintisi, 5.6 kv. m. “C” tikintisi, 328.8 p.m. dəmir yolu xətti, 1 ədəd dəmir darvaza, 99175 p.m. daş hasar, 1 ədəd daşdoğruyan qurğu daxildir. Mülkün yeni sahibi ilə 21 may 2007-ci il tarixində bağlanmış təhvil-təslim aktında da eyni sözlər təkrarlanır.

 

Rafiq Cəlilov - dövlətdən 10 dəfə çox qazanan dövlət məmuru

Sənədlərdən aydın olur ki, Zayıdov familyalı iş adamı həmin mülkiyyəti öz balansına keçirmək üçün qanunun tələb etdiyi bütün mərhələlərdən keçmiş, hətta Azərbaycan Respublikası Bakı İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən öz adına poçt ünvanı belə almışdır. Qısası, bütün hüquqi prosedurları tamamlayan Zayıdovun mülkiyyət haqqının tanınması Dövlət Əmlak Komitəsinin əngəlinə ilişir. 29.04.2014-ci il tarixində özəlləşdirmə üçün şəxsən Komitə sədri Kərəm Həsənova göndərilən məktuba müsbət cavab verilmir.

Şikayətçi bunun səbəbini belə izah edir:

“Dövlət Komitəsinin bizdən istədiyi məbləğ xeyli yüksək olduğuna görə mülkün özəlləşdirilməsinə imkanım çatmadı. Söhbət burada dövlət rüsumundan getmir. Biz tələb olunan dövlət rüsumunu ödəməyə razı idik. Bizdən isə astoromik miqyasda rüşvət tələb olunurdu. Bunu ödəyəcək gücümüz isə yox idi”.

Şikayətçinin dediyinə görə, ondan tələb olunan rüşvət dövlət rüsumundan 10 dəfə çox imiş və bunu tələb edən isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov imiş. Dövlətin verdiyi yetkilərdən istifadə edərək, dövlətdən 10 dəfə çox qazanmaq istəyən Əmlak Komitəsinin rəhbərlərinin bu qanunsuz tələbləri ucbatından öz mülkiyyətini özəlləşdirə bilməyən şikayətçi əsl sürprizlərlə bir neçə ildən sonra qarşılaşacaq, “O olmasın, bu olsun” filmində deyildiyi kimi, “bir qızın iki adaxlısı” sindromu ilə üzləşəcəkdi. Daha konkret desək, Əmlak Komitəsi vətəndaşın satın aldığı və müxtəlif sənədlərlə mülkiyyət hüququnun təsdiqləndiyi həmin ərazini bir başqasına satacaqdı.

İş adamı bu həqiqəti “Yeni Həyat” MMC yetkililərinin həmin əraziyə gəlib müəyyən işlər görmək istəməsindən sonra anlayır. Tərəflər arasında mübahisə məhkəmə çəkişməsiylə nəticələnir. Maraqlıdır ki, 2018-ci ilin iyulunda Xətai Rayon Məhkəməsinə mülkiyyət hüququnun bərpası ilə müraciət edən isə iş adamı yox, onun 4.7 hektar ərazisini ələ keçirən qarşı tərəf olur. Necə deyərlər, “yersiz gəldi, yerli qaç”.

Mülkiyyətin yeni iddiaçısı kimi Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edən isə “Yeni Həyat” MMC-nin sahibi Babək Babayev yox, internet üzərində axtarış verməyimizə baxmayaraq, haqqında təfsilatlı hər hansı məlumata rast gəlmədiyimiz “Bağçasaray” MTK-nın rəhbəri Baxşıyev Akif Barat oğlu olub. Elə bu faktın özü də həmin MTK-nin əslində qondarma bir şirkət olduğunu təsdiqləyir. Görünür, gələcək fəaliyyətində hüquqi məsuliyyətdən yayınmaq üçün Babək Babayevə bu cür “ilan tutan Seyid Əhməd əli” lazım imiş.

 

Haşiyə

 

Bizim bu şübhələrimizi gələcək yazılarımızda “Yeni Həyat” şirkətinin alıcılarına yaşatdığı problemlərdən bəhs edərkən üzərində duracağımız faktlar da təsdiqləyir. Araşdırmamızın bu hissəsində həmin faktlardan yalnız biri üzərində dayanmaq istərdik. İnternet resurslarından əldə etdiyimiz məlumatlara əsasən, 2016-ci ilin sentyabr ayında “Yeni Həyat” şirkəti özünü müflis etdirmək fikrinə düşüb. Azinforum.az məlumatına görə, sentyabr ayının 28-i saat 9-00-da 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Hökümə Babayevanın sədrliyi ilə "Yeni Həyat” Məhdud Məsuliyyətli  Cəmiyyətin özünü müflis elan  etməsilə bağlı iddia ərizəsinə baxılıb. Səbəb şirkətin vətəndaş Mahmudov Abuzər Məhəmməd oğluna verilməli olduğu 420 min ABŞ dollarını ödəməkdən yayınmaq istəməsi imiş. Şirkət bu öhdəliyini yerinə yetirməmək üçün hətta özünü müflis elan etməkdən belə çəkinmirmiş. İddiaçının bildirdiyinə görə, “Yeni Həyat”ın sahibi Babək Babayev ona açıq şəkildə deyirmiş ki,  “hara lazımdır pul xərcləyəcəm, ancaq sənə bir manat da verməyəcəm”. 

Hüquqi öhdəliklərindən bu cür “qətiyyətli metodlarla” yayınmaqdan çəkinməyən Babək Babayevin qondarma şirkətlərlə öz fəaliyyətini davam etdirməsi heç də təəccüblü görünmür.

 

Vətəndaş Zayıdovun “Yeni Həyat”la problemlərinə geri dönərsək, “Bağçasaray” MTK-nın qaldırdığı məhkəmə iddiasına Xətai Rayon Məhkəməsində baxılmış və 16.02.2018-ci il tarixli 2(011) – 1347/2018 saylı qətnamə ilə haqqında bəhs edilən torpaq sahəsi iddaçının mülkiyyətinə verilmişdir. Məhkəmə qətnaməsində sahəsi 4.7 ha olan ərazinin hüdudları daxilində yerləşən və DİN-nin Baş Dövlət Yol Polisi tərəfindən istifadə edilən avtodayanacağın da digər obyektlər kimi dərhal boşaldılmasına qərar verilmişdir. Məhkəmə qətnaməsindən gec xəbər tutan cavabdeh prosesdə iştirak etməməsinin səbəbini ona çağırış vərəqəsinin çatdırılmamasıyla əsaslandırır. Dediyinə görə, sənədlərdə yaşadığı məkan kimi ayrı yer göstərilsə də, əslində o, Bakıda məskunlaşıbmış. Məhkəmə isə çağırış məktublarını rəsmi ünvana göndərirmiş. O səbəbdən də həmin çağırışlar barədə məlumatı olmayıb. Dolayısıyla, Xətai Rayon Məhkəməsi prosesi cavabdehin iştirakı olmadan yürüdüb və məlum mübahisəli qətnaməni çıxarıb.

Min bir əziyyətlə aldığı mülkiyyətinin əlindən çıxmasını görən Zayıdov dərhal Bakı Apellyasiya Məhkəməsinə müraciət edir. Apellyasiya məhkəməsinin 20 noyabr 2018-ci il tarixli İş № 2(103)-10938/2018 saylı qətnaməsi də Zayıdovun əleyhinə olur. Hakim Mərdanova Xumar Afət qızının sədrliyi keçirilən prosesin yekun qərarında deyilir:

“İddiaçı Zayıdov Sübhan Əflan oğlunun apellyasiya şikayəti təmin edilməsin.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(011)-611/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın”.

 

Apellyasiya məhkəməsi öz qərarını belə əsaslandırıb:

“Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur”.

Azərbaycan məhkəmələri məmura rüşvət verməyən vətəndaşı cəzalandırır

Halbuki, şikayətçinin əlində Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən mülkiyyətin ilk sahibi Bakı “Mərmər” ASC-yə 26 avqust 2004-cü ildə verdiyi № 006906 saylı Textiniki pasport, Bakı şəhər İcra Hakimiyyətinin ozamankı Hacıbala Abutalıbovun 16.11.2007-ci il tarixli,  № 7-972/17 saylı məktubu, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarəedilməsi ürə Dövlət Komitəsinin “Mərmər” ACS-yə 01.07.2007-ci il tarixində göndərdiyi № 08-2/4075 saylı arayışı, alqı-satqı, təhvil-təslim aktları və s. kimi daşdan keçən sənədlər mövcuddur və şikayətçi bütün bu dəlillərini bütün məhkəmə instansiyalarına təqdim edib. Hakimlər isə həmin sənədləri əsaslı saymır. Niyə? Belə çıxır ki, Sübhan Zayidovun Dövlət Əmlak Komitəsinin sədr müavini Rafiq Cəlilova zamanında dövlət rüsumundan 10 qat artıq rüşvət vermədiyi üçün.

 

Məhkəmə sənədləriylə tanışlığımız zamanı hakimlərin öz qərarlarını bir arqumentlə əsaslandırdıqlarını görürük – iş adamının 2004-cü ildə satın aldığı torpaq sahəsi əslində “Mərmər” ASC-yə aid deyilmiş. Halbuki, tərəflər arasında bağlanan alqı-satqı müqaviləsinə görə, mülkiyyətin ASC-yə aid olduğunu təsdiqləyən xeyli sənədlər var: Azərbaycan Respublikasının Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 10/2-118 nömrəli 20.09.2003 –cü il tarixli arayışı, Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən 30.12.2004-cü il tarixində verilmiş 0102-A1-1313 nömrəli Dövlət Qeydiyyatı Haqqında Şəhadətnamə, eyni nazirliyin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsinin 30.12.2002-ci il tarixli Kommersiya Təşkilatlarının Dövlət Reyestrindən Çıxarışı, Əmlakın İnventarlaşdırılması Bürosunun 26.08.2004-cü il tarixli  Texnik Pasportu və s.

10 illik “gəlin”in təzə adaxlısı

“Yeni Həyat”ın törəmə şirkəti olan “Bağçasaray” isə bənzər sənədləri 2014-cü ildə, yəni həmin mülkiyyət Zayıdova satıldıqdan 10 il sonra əldə edib. Yəni faktiki olaraq, 10 illik bir mülkiyyətin üzərində oturub və onu özəlləşdirə bilib. Məhkəmə instansiyaları isə şirkətin bu “uğuru”nun əsl səbəbini, Dövlət Əmlak Komitəsinin “bir qızın iki adaxlısı” siyasətinin altında yatan hikməti araşdırmaqdansa, qərarı “köhnə adaxlı”nın əleyhinə çıxarıb (Məhkəmələrin qərar çıxarkən əsaslandıqları arqumentlər üzərində gələcək yazılarımızda ayrıca dayanacağıq).

Zayıdovun bildirdiyinə görə, onların mülkiyyət çəkişməsi artıq Ali Məhkəmənin icraatındadır. Ən fundamental insan haqqı - mülkiyyət hüququ tapdalanan şikayətçi hələ də ümidini itirməyib, son məhkəmə instansiyasından ədalətli qərar gözləyir. Biz də şikayətçinin dövlətin ədalətinə itməyən ümidinə qatılır və ölkənin siyasi iradəsinin hansısa məmur acgözlüyünə qurban gedən dövlət imicimizin düzəldiləcəyinə inanırıq. Çünki bu dövlət hamımızındır və Azərbaycan iqtisadiyyatı yalnız xarici və daxili investisiyalar hesabına dirçələ, inkişaf edə bilər. Bu isə yalnız və yalnız mülkiyyət hüquqlarına hörmət edilən ölkələrdə mümkündür.

 

Zənnimizcə, ölkə başçısı İlham Əliyev də bu fikirdədir, məhz bu səbəbdən də ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılmasına can atır. Prezidentin iqtisadi inkişafımızla bağlı bu hədəflərini dəfələrlə ən yüksək kürsülərdə səsləndirməsi də fikrimizi təsdiqləyir. Ölkə başçısının sözügedən mülkiyyət çəkişmələrinin yaşandığı illərə təsadüf edən çıxışlarının birində - regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafıına dair Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dilə gətirdiyi bu sözlər də onun investisiya mühitinin yaxşılaşdırılması strategiyasına verdiyi önəmə işıq tutur:

 “İnvestisiyaların təşviqi sistemi artıq yaradılıb, tətbiq edilir. Müvafiq qərar qəbul edilmişdir. Biz xarici investisiyaları daha da çox cəlb etməliyik. İnvestisiyaların təşviqi məsələsi burada mühüm rol oynayır. Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda investisiya iqlimi müsbətdir. Əgər belə olmasaydı, xarici firmalar Azərbaycana 100 milyard dollar investisiya qoymazdılar. Biz isə çalışmalıyıq ki, indi xarici sərmayəni qeyri-neft sektoruna, ixracyönümlü məhsulların istehsalına yönəldək”.

Bir mülkiyyətin “iki adaxlısı” olan ölkələrdə, sözsüz ki, ölkə başçımızın qeyd etdiyi “müsbət investisiya mühiti”ndən danışmaq mümkün deyil. Odur ki, Azərbaycan məhkəmələri Prezidentin sözlərinə kölgə salmaq istəyən səhvlərini düzəltməli və vətəndaşların ən fundamental insan haqlarından sayılan mülkiyyət hüququ barədə ədalətli qərar verməlidirlər. Əks halda, bu kimi hallar yalnız hansısa iş adamının insan hüquqlarına deyil, həm də ölkə rəhbərinin iqtisadi siyasətinə zərbə kimi qiymətləndirilə və xarici investorları ölkəmizdən qaçıra bilər.

 (ardı var)

 

Heydər Oğuz

 

P.S. əvəzi: Gələcək yazılarımızda: “Yeni Həyat” şirkətinin sahibinin arxasında kimlər dayanır və o, kimlərin adından istifadə edir?

Məhkəmə instansiyalarının söykəndiyi arqumentlər nə dərəcədə əsaslıdır?

“Yeni Həyat” alıcılarına necə həyat bəxş edib?

 

Qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq.

     

 Məmur nəfsinə qurban edilmiş dövlət maraqları <i style= - "Yeni Həyat"ın yeni sərgüzəştləri" src="//old.moderator.az/fotobaza/original/116.jpeg"> Məmur nəfsinə qurban edilmiş dövlət maraqları <i style= - "Yeni Həyat"ın yeni sərgüzəştləri" src="//old.moderator.az/fotobaza/original/117.jpeg"> Məmur nəfsinə qurban edilmiş dövlət maraqları <i style= - "Yeni Həyat"ın yeni sərgüzəştləri" src="//old.moderator.az/fotobaza/original/118.jpeg"> Məmur nəfsinə qurban edilmiş dövlət maraqları <i style= - "Yeni Həyat"ın yeni sərgüzəştləri" src="//old.moderator.az/fotobaza/original/119.jpeg"> Məmur nəfsinə qurban edilmiş dövlət maraqları <i style= - "Yeni Həyat"ın yeni sərgüzəştləri" src="//old.moderator.az/fotobaza/original/120.jpeg"> Məmur nəfsinə qurban edilmiş dövlət maraqları <i style= - "Yeni Həyat"ın yeni sərgüzəştləri" src="//old.moderator.az/fotobaza/original/121.jpeg"> Məmur nəfsinə qurban edilmiş dövlət maraqları <i style= - "Yeni Həyat"ın yeni sərgüzəştləri" src="//old.moderator.az/fotobaza/original/122.jpeg">
Oxşar xəbərlər
19:26, Bu gün
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
19:19, Bu gün
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
19:03, Bu gün
Həddindən artıq duz olan QİDALAR
19:01, Bu gün
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18:55, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18:53, Bu gün
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18:35, Bu gün
Mediasiyanın imkanları...
18:15, Bu gün
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18:13, Bu gün
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18:10, Bu gün
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
17:58, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
17:55, Bu gün
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
17:44, Bu gün
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
17:42, Bu gün
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
17:37, Bu gün
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
17:34, Bu gün
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
17:32, Bu gün
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
17:24, Bu gün
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
17:22, Bu gün
Sabiq nazir həbsdə qaldı
17:21, Bu gün
Azay Quliyev Almaniyaya səfər edəcək
16:58, Bu gün
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
16:36, Bu gün
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
16:33, Bu gün
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
16:31, Bu gün
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
16:20, Bu gün
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
16:18, Bu gün
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
16:16, Bu gün
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
16:06, Bu gün
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
16:02, Bu gün
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
15:56, Bu gün
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
15:54, Bu gün
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:52, Bu gün
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
15:40, Bu gün
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
15:36, Bu gün
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
15:31, Bu gün
Zəngilanda silah-sursat aşkarlanıb
15:23, Bu gün
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
11:41, Bu gün
Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir
11:37, Bu gün
Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
11:33, Bu gün
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
11:32, Bu gün
Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb
11:31, Bu gün
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
11:29, Bu gün
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb
11:27, Bu gün
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
11:16, Bu gün
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
10:59, Bu gün
Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq
10:56, Bu gün
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
10:54, Bu gün
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
10:51, Bu gün
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
10:50, Bu gün
Baytarlıq preparatlarının hansı hallarda heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyi açıqlanıb
10:48, Bu gün
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:46, Bu gün
Azərbaycanlı yeniyetmə çempion oldu
10:28, Bu gün
Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb
10:23, Bu gün
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
10:20, Bu gün
Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir
10:09, Bu gün
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
09:59, Bu gün
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
09:57, Bu gün
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
09:44, Bu gün
Xankəndidə qumbara və avtomatlar tapılıb
09:43, Bu gün
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
09:32, Bu gün
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
09:26, Bu gün
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
09:24, Bu gün
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
09:13, Bu gün
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
09:11, Bu gün
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
09:05, Bu gün
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO
GÜNLÜK
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 19:48
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
17 Apr 2024 | 19:53
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Apr 2024 | 19:40
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
17 Apr 2024 | 20:13
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 19:48
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
17 Apr 2024 | 19:53
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Apr 2024 | 19:40
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
17 Apr 2024 | 20:13
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”