Xəbər lenti
16/09/2019 [23:38]:
BMW yoldan çıxıb aşdı, Qax sakini xəsarət aldı - FOTO
16/09/2019 [23:33]:
"Ankarada baş tutan üçtərəfli görüş Türkiyənin siyasi qələbəsidir" - Siyasi analitik...
16/09/2019 [23:24]:
Rusiya, İran və Türkiyə liderlərinin növbəti görüşü Tehranda baş tutacaq
16/09/2019 [23:03]:
Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər
16/09/2019 [23:00]:
Daha bir boksçumuz dünya çempionatının 1/8 finalında
16/09/2019 [22:22]:
Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” şüarını təkrarladı və Brayzaya cavab verdi...
16/09/2019 [21:58]:
Sumqayıtda kitab yarmarkası keçirilib- FOTO/VİDEO
16/09/2019 [21:47]:
Argentinada yeddi balina sahilə çıxdı, biri öldü: xilasetmə əməliyyatından VİDEO
16/09/2019 [21:42]:
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16/09/2019 [21:14]:
Rus parlamentindən ilginc görüntülər - FOTOLAR
16/09/2019 [21:09]:
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirildi - FOTO+VİDEO
16/09/2019 [21:08]:
Çoban itləri haqda kitab yazır, iclasda şeir oxuyur və naziri qandallayır... - VİDEO
16/09/2019 [20:49]:
“ŞAH”I ƏLƏ KEÇİRMƏK ÜÇÜN MƏMUR-HAKİM İŞBİRLİYİ...
16/09/2019 [20:36]:
Prezident və xanımı bədii gimnastika üzrə dünya çempionatının açılışında...- FOTO
16/09/2019 [20:36]:
Ermənilər Laçının Bozlu kəndində təmir olunmuş  məktəb binasının açılışını etdi – FOTOLAR
16/09/2019 [20:34]:
Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı açıq elan edilib
16/09/2019 [20:33]:
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
16/09/2019 [20:30]:
Mehriban Əliyevanın tapşırığı ilə Gəncədə bu məktəblər təmir edildi - FOTO
16/09/2019 [20:28]:
Gəncədə qonşuları tərəfindən döyülən bacılar və iki kişi xəstəxanalıq oldu
16/09/2019 [20:15]:
Sağsağanın hücum etdiyi 76 yaşlı kişi həyatını itirdi - QORXUNC...
16/09/2019 [20:04]:
Yeni doğuş keçirən qadının qoxusu baxın nəyə səbəb olur - MARAQLI ARAŞDIRMA
16/09/2019 [19:50]:
Elmar Məmmədyarov Romada FAO-nun direktoru ilə görüşdü - FOTO
16/09/2019 [19:40]:
AÇG-də yeni platformanın inşası ilə bağlı altı müqavilə imzalanıb
16/09/2019 [19:34]:
Azərbaycan Naxçıvan MR-in iqtisadi təhlükəsizliyini daha da gücləndirmək istəyir
16/09/2019 [19:27]:
BNA: Qaydanı pozan sürücü işdən çıxarılıb, avtobus isə xətdən kənarlaşdırılıb
16/09/2019 [19:19]:
DİN-də Kollegiya iclası: Vilayət Eyvazov nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verdi
16/09/2019 [19:17]:
"Ölüm-dirim savaşındakı bir şəxsin əlindən tutmaq əvəzinə, ona bu sualı ünvanlamaq..."
16/09/2019 [19:08]:
İnfarktın qarşısını alan qidalar - SİYAHI...
16/09/2019 [19:01]:
Oksana və Nigarın hind rəqsi ad günü gecəsiə damğa vurdu - FOTO + VİDEO
16/09/2019 [18:55]:
"Qəm-qüssə mənim vəzir-vəkilimdir, hərəsi bir tərəfimdə əyləşib..." - VİDEO
16/09/2019 [18:52]:
"Birinci dəfədir ki, bu məsələ haqqında danışıram, sən məni niyə təhqir etməlisən?"
16/09/2019 [18:42]:
Mingəçevirdə uşaq evindən oğurluq edildi
16/09/2019 [18:38]:
Yeni doğulan uşağın ağzına silah saldı - AĞLASIĞMAZ...+ VİDEO
16/09/2019 [18:29]:
Əməliyyatdən əvvəl hər kəsi göz yaşlarına boğdu - VİDEO
16/09/2019 [18:27]:
Sükan arxasında yuxuya gedən sürücü qəzada öldü - VİDEO
16/09/2019 [18:04]:
Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur - VİDEO
16/09/2019 [18:01]:
Evlilikdən kənar cinsi münasibətin qarşısını almaq üçün baxın nə etdi - MARAQLI
16/09/2019 [18:01]:
Türkiyənin vitse-prezidenti: "Paşinyanın Qarabağla bağlı dediklərini təəccüblə izlədik"
16/09/2019 [17:58]:
Azərbaycan səkkiz ayda 335 milyon dollarlıq neft məhsulları ixrac edib
16/09/2019 [17:54]:
Edvard Snouden məmurlara "WhatsApp" və "Telegram"dan imtina etməyi tövsiyə edib
16/09/2019 [17:52]:
Çin parlamentinin Daimi Komitəsinin rəhbəri Azərbaycana səfər edəcək
16/09/2019 [17:52]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ
16/09/2019 [17:49]:
AMEA-nın iki institutuna direktor seçilib
16/09/2019 [17:48]:
“Saudi Aramco” ehtiyat yataqların istismarına başlayır
16/09/2019 [17:48]:
İzdivac verilişində məşhurlaşan Naz Mila haqqında bilmədiklərimiz - FOTOLAR
16/09/2019 [17:47]:
Şahin Mustafayev: "Azərbaycanda 3 mindən çox Türkiyə kapitallı şirkət fəaliyyət göstərir"
16/09/2019 [17:46]:
"Ölmək istəmirik" deyib özlərini bu hala saldılar - AĞLASIĞMAZ...
16/09/2019 [17:46]:
Prezident: “Təhsilin səviyyəsinin qaldırılması gündəlikdə duran vacib məsələlərdəndir”
16/09/2019 [17:45]:
UEFA “Qarabağ”a dörd milyon avro verdi
16/09/2019 [17:44]:
"Azərbaycanın Dostları" adlı sosial şəbəkə istifadəyə verilib
16/09/2019 [17:43]:
“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi”
16/09/2019 [17:38]:
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi
16/09/2019 [17:36]:
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Lənkərandakı qətllə bağlı məlumat yaydı
16/09/2019 [17:33]:
Bilik günündə Kəlbəcərli aztəminatlı ailələr və tələbələrlə görüş keçirildi
16/09/2019 [17:26]:
"Bu barədə çox yazıb, çox demişik, bunun üçün sadəcə inqilab etmək lazımdır..."
16/09/2019 [16:49]:
Putin Ankaraya gedib
16/09/2019 [16:37]:
“ADY Express” daha bir yeni növ yükləri Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmasına cəlb edib
16/09/2019 [16:31]:
Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib
16/09/2019 [16:20]:
Bakı Dövlət Universitetində Bilik Günü keçirilib - FOTOLAR
16/09/2019 [16:02]:
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
16/09/2019 [16:02]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirlib
16/09/2019 [15:57]:
Metropolitençilərin birincilərə bayram sürprizi - FOTO
16/09/2019 [15:53]:
“Ərim mənim kimi qadını itirdiyinə görə başına döyür” - Qız qaçırmanın qurbanı olan qadın...
16/09/2019 [15:53]:
İlk dərs günü polis gücləndirilmiş iş rejimində çalışıb
16/09/2019 [15:44]:
“Əhsənüt-təvarix” əsərinin I cildi Azərbaycan dilində nəşrə hazırlanır
16/09/2019 [15:43]:
Şikayətçi vətəndaş Prezidentə MÜRACİƏT ETDİ
16/09/2019 [15:40]:
78 il ağacdan asılı qalmış aviabomba tapıldı-FOTO
16/09/2019 [15:25]:
"Qarabağda məğlub olmuş bir xalqın övladlarının fasiləsiz təhsildən başqa nicatı yoxdur"
16/09/2019 [15:21]:
Türkiyə və İran prezidentləri arasında görüş başlayıb
16/09/2019 [15:15]:
Birincilər polisin qonağı oldu
16/09/2019 [15:10]:
Millət vəkili türk gəncliyinə çağırış edib
16/09/2019 [15:03]:
Bakının Xəzər rayonunda binaların dam örtükləri təmir olunur
16/09/2019 [14:58]:
Azərbaycanın İstanbuldakı baş konsulu Ekrem İmamoğlu ilə görüşüb
16/09/2019 [14:22]:
“Dəyişikliyi təkcə saçımda etmişəm...”
16/09/2019 [14:05]:
LDU-da yeni tələbə yataqxanasının və tədris korpuslarının açılışı olub
16/09/2019 [13:52]:
Prezident: "Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatıb"
16/09/2019 [13:50]:
“O qədər mehriban davranırdı ki, bu günə qədər onu unutmamışam...”- Xalq artisti ilk müəlliməsindən danışdı...
16/09/2019 [13:39]:
Azərbaycanda minik avtomobillərinin istehsalı 4,8 dəfə artıb
16/09/2019 [13:35]:
Cəlil Xəlilov: “Onun vəfatı Azərbaycan xalqı üçün böyük itkidir”
16/09/2019 [13:25]:
BSU-da Bilik günü təntənəli şəkildə qeyd olunub - FOTOLAR
Bütün arxiv bir sırada
18/03/2019 [14:27] - Cəmiyyət - ( 2097 dəfə baxılıb)

Qazaxda şəhid oğlu olan bəydən ibrətamiz addım

Toy libasında atasını və digər şəhidləri ziyarət etdilər


Dünən, 17 mart 2019-cu il tarixində Qazax rayon Daş Salahlı kəndində yaddaqalan və əlamətdar toy mərasimi keçirilib.

 

"Sherg.az” xəbər verir ki, bu kənddən olan Şəhid Fidat Məmmədovun oğlu Ulvi Məmmədov ailə həyatı qurub.

 

Mərasimdə kənd əhli, F.Məmmədovun cəbhə yoldaşları, bəyin ürək və gərək dostları iştirak ediblər. Şəhid oğlunun özünə etdiyi toyu unudulmaz və möhtəşəm edən bəyin təşəbbüsü və dostlarının dəstəyi ilə həyata keçirilən bir xoşməramlı,eyni zamanda təsirli, qürurverici, duyğulu bir hadisə olub.

 

Belə ki, bəy gəlin gətirən zaman toy kortejinin evə deyil, Şəhidlər Xiyabanına yol almasını istəyib. Və bu istəkdən sonra bəyin dostları şəhid oğlunun arzusunu yerinə yetirərək toy kortejini şəhidlər xiyabanına sürüblər. Lakin təkcə gəlin maşını Şəhidlər Xiyabanına daxil olub, sonra səbəbkarlar  toy libasında başda F.Məmmədov olmaqla 12 qəhrəmandan ibarət olan Daş Salahlı şəhidlərini ziyarət ediblər.

 

Bəy və gəlin, bəyin qohum-əqrəbası və dostları şəhid məzarları üstünə qərənfillər düzüblər. Cəmi Şəhidlərimizin ruhuna dualar oxunub, salavatlar çevriləndən sonra kortej yola düzələrək evə gəlib. Bəy və gəlinimiz Şəhidin ocağına qədəmlərini yenə də bəy və dostlarının təşəbbüsü ilə sifariş verilən dahi Məhəmməd Hüseyn Şəhriyarın "Azərbaycan” şeirinə bəstələnən mahnı ilə sədaları altında basıblar.

 

Və bütün məclis əhli ayağa qalxaraq bu GÜLLƏRİ alqış atəşinə tutublar. Bundan başqa F. Məmmədovun silahdaşları, çiyindaşları da mərasimdə aktiv iştirak ediblər. 

 

Səbəbkarlara xeyir-dua verdikdən sonra onlar da "Azərbaycan” mahnısını sifariş verib bəylə gəlini və ümumən F.Məmmədovun ailəsini rəqsə dəvət ediblər. 


Bundan sonra bəyin dostları da çıxışlar edərək bu, milli və vətənpərvər ovqatı düz toyun sonuna qədər davam etdiriblər.

 

Bəyin ən aktiv dostarından olan Həsənov Qara "Sherg.az”a açıqlamasında qeyd edib ki, o, bu toya məxsusi hazırlaşıb:

 

"Bu yurdda, bu ocaqda toyun olmasını səbirsizliklə gözləyirdik. Bura elə bir kişinin, elə bir qəhrəmanın həyatı, yurdudur ki, burada insan yalnız qürur duya bilər, yaxşı mənada təsirlənə bilər. F. Məmmədov peşəkar döyüşçü olaraq bu vətən və xalq yolunda sözün həqiqi mənasında son damla qanına qədər savaşıb. Böyük rəşadətlər və inanılmaz döyüş nümunələri gösərib.

 

 

Və "Malış” ləqəbli bir əsgəri düşmənin pəncəsindən alaraq onu əsirlikdən xilas edib. Bu döyüş zamanı ağır yaralanıb. Yəni son damla qanına qədər vuruşub. F. Məmmədov öz qanını, canını bu torpaqdan, bu millətdən, bu vətəndan əsirgəməyən qəhrəman bir kişi olub. Sənə kişi deyirəm eee, qardaş ! Belə bir ifadə var: torpağa su qatarsan, palçıq olar, qan qatarsan vətən olar. Fidat əmim və digər qəhrəmanlarımız bu torpağa öz qanlarını qataraq Vətənə çeviriblər.

 

Əlbəttə, F.Məmmədov tək bu evin, bu ocaq, bu yurdun deyil, F. Məmmədov bütöv Respublikanındır, türk dünyasındır. Bu mənada hesab edirəm ki, F.Məmmədov kimi böyük şücaətlər göstərərək şəhidlik zirvəsinə ucalanların yalnız doğum günü olur. Belə ucalıqların ölüm günü olmur. Ona görə ki, bu millət, bu xalq şəhidlərimizi daim dərin ehtiramla yad edir. Onlar bizim bütün varlığımıza hopublar. Şəhidlərimiz bizim düşüncələrimizdə, beyin və qəlblərimizdə taxt qurublar. Mən elə bilirəm ki, şəhidlərimiz dünyanın ən müqəddəs, ən duru, ən saf insanlarıdırlar. Onlar dahidirlər”.

 

Q.Həsənov bəy və gəlinin şəhidlərimizi ziyarət etməsindən də söz açdı:

 

"Əlbəttə, bu fikir Ülvi qardaşımızın daim yaddaşında idi. Toydan bir neçə gün əvvəl mənə və digər dostlarına bildirmişdi. Biz dostlar - Mən, Vüqar, elə sənin özün, Nadir, Xəliddin, Arzu, Amil, Firudin və başqaları Ülvinin bu istəyini gerçəkləşdirməyə bilməzdik. Ona görə də, biz bu işi cani- könüldən təşkil etdik. Əlbəttə, bəyimiz və biz dostlar bu addımımızla bütün dünyaya bir ismarıc verdik ki, Azərbaycanda çox vətənpərvər gənclik yetişib. Bu gəncliyin vətənpərvərlik ruhunu, milli damarını, vətənə olan sevgisini və döyüş əzmini sındırmaq mümkün deyil. Çünki bu vətən bir dəfə məşəqqət dolu məşum hadisələr yaşayıb.

 

Biz gənclər bu ağrını ikinci dəfə xalqımıza, vətənimizə yaşatmağa haqqımız yoxdur. Əminəm ki, günü bu saat, bu dəqiqə, bu an Ali Baş Komandan cənab İlham Əliyev irəli komandası verərsə, nəinki bu toyda, bu rayonda olan gənclər ölkənin bütün gəncləri silaha sarılmağa hazırdırlar. Biz bunun ən bariz nümunəsini aprel qələbəmizdə gördük. İnanıram ki, şəhidlərimizin qanını yerdə qoymayacağıq.

 

Və biz Ali Baş Komandanın o əmrini səbirsizliklə gözləyirik. Vətən daim qorunmağa ehtiyac duyandır. Biz vətəni sevməyi də bacarırıq, onu qorumağı da... Öz adıma və elə sənin də yerinə söz verirəm ki, səfərbərlik elan olunarsa, ən azı 12 nəfər düşməni murdar edəcəm ! Amin ! Sonda bir daha uca Allahdan Ülvi qardaşıma xoşbəxt, firavan və mənalı ömür arzulayıram. Allah Ülvi qardaşımıza bir oğul nəsib eləsin, o da balasına atasının adını qoysun və Fidat əmimin də ruhu şad olsun !”

 

Qeyd edək ki, Məmmədov Fidat Əhməd oğlu 20 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbdə təhsil alıb. 1978-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olub. 1980-1981-ci illərdə Bakıda 6 saylı texniki peşə məktəbində təhsil alıb. 1993-cü il yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində gedən döyüşlərdə qəhrmancasına şəhid olub.

 

P.S.Ülvi, Xoşbəxt ol ! Sənin dəyərin, insanı keyfiyyətin, xarakterin adında ifadə olunub. Ülvi kimi qal, Həcər qeyrətli Anana, yarına, qardaşına və doğmalarına həmişə olduğun kimi Ülvi ol ! 

 

 P.S. Daş Salahlı Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işlərinə görə, Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova minnətdarlıq ifadə edirik. Amma cənab başçıdan mühüm və zəruri bir xahişimiz də odur ki, o qızıl vaxtından ayırıb, bir neçə dəqiqəlik də olsa, ümumən Qazax şəhidlərinin ailələrində baş verən məclislərə qatılsın ! Bu gün şəhid ailələrinə maddi dəstəklə yanaşı, mənəvi, insani diqqət də göstərilməlidir. İnanırıq ki, cənab başçı bizim bu təşəbbüsü, xahişi müsbət qiymətləndirəcək. Bir daha təşəkkürlərimizi ifadə edirik !

 

Bu yazını bitirəndə artıq göz yaşlarım klaviaturanı döyəcləyirdi

     

loading...
loading...
Sağsağanın hücum etdiyi 76 yaşlı kişi həyatını itirdi - QORXUNC...
Yeni doğuş keçirən qadının qoxusu baxın nəyə səbəb olur - MARAQLI ARAŞDIRMA
Yeni doğulan uşağın ağzına silah saldı - AĞLASIĞMAZ...+ VİDEO
Əməliyyatdən əvvəl hər kəsi göz yaşlarına boğdu - VİDEO
Evlilikdən kənar cinsi münasibətin qarşısını almaq üçün baxın nə etdi - MARAQLI
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
"Ankarada baş tutan üçtərəfli görüş Türkiyənin siyasi qələbəsidir" - Siyasi analitik...
Cəmiyyət
“Dəyişikliyi təkcə saçımda etmişəm...”
Cəmiyyət
"Bu kitab ədəbiyyatın yeni bir növü kimi oxuculara təqdim olunub, düşünürəm ki..."
Cəmiyyət
"Əgər ömür yolumu seçmək imkanı öz iradəmə bağlı olsaydı, yenə də belə düşünərdim"
Cəmiyyət
Övladlarını birinci sinifə yola salan məhşurlar...- FOTO
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
“Eşşək” ləqəbli oliqarx-deputatın qızının toyunda qanunsuz atəşfəşanlıq- Polis hərəkətə keçdi...
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
“Əli Nağıyevdən bir peşəkar kimi gözləntim böyükdür”
Bu da Pərviz Bülbülənin özündən hündür qızı - FOTO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247