Xəbər lenti
27/02/2020 [22:50]:
YAP-ın siyahısını görəndə ilk sualım bu oldu ki, buna görəmi növbədənkənar seçkilər keçirilir?
27/02/2020 [22:38]:
Məşhur aparıcı keçmş millət vəkilini studiyadan qovdu - MARAQLI... + VİDEO
27/02/2020 [22:33]:
"Formula 1": İkinci günün qalibi Sebastyan Vettel oldu
27/02/2020 [22:31]:
Araqdan koronavirusa qarşı istifadə etmək olar - Rusiyalı virusoloq alimdən məsləhət...
27/02/2020 [22:29]:
Diabet xəstəliyindən əməliyyatla xilas olmaq mümkündür - Şəkər xəstələrinə fürsət...
27/02/2020 [22:09]:
İtaliyada koronavirusdan ölənlərin sayı 17-yə çatdı
27/02/2020 [22:03]:
Gürcü nazir Ermənistanda: Hərbi sənəd imzalandı...
27/02/2020 [22:01]:
“Hamının maskadan istifadə etməsinə ehtiyac yoxdur” - TƏBİB rəsmisi
27/02/2020 [21:29]:
Rusiya İrana uçuşları məhdudlaşdırdı
27/02/2020 [21:26]:
Xocalı soyqırımı Tokatda möhtəşəm bir konfransla anıldı - FOTOLAR
27/02/2020 [21:25]:
Koronavirusa görə məktəblərin bağlanacağı xəbərinə - Rəsmi cavab
27/02/2020 [21:22]:
İrandan gələn şəxslərin müayinəsi üçün FHN-in çadırlardan ibarət səyyar hospitalları yaradılır
27/02/2020 [21:15]:
Prinsipsiz Paşinyanın prinsipləri...
27/02/2020 [21:08]:
Azərbaycanda koronavirusa görə qərargah yaradıldı
27/02/2020 [21:07]:
İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim etdi
27/02/2020 [21:05]:
İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir
27/02/2020 [21:03]:
Heyranı olduğu müğənniyə bənzəmək üçün gözünə döymə vurdurdu, kor oldu...
27/02/2020 [21:02]:
Türkiyə səfiri Ərdoğanın Bakı səfərini “Haber Global”a şərh etdi - VİDEO
27/02/2020 [20:32]:
Papa Fransisk koronavirusa yoluxub? - MARAQLI...+ FOTOLAR
27/02/2020 [20:16]:
Balıq tutmaq istəyərkən toruna baxın nə düşdü - MARAQLI... + VİDEO
27/02/2020 [20:10]:
ABŞ hərbi hava qüvvələri dünyanı mat qoymaqda davam edir: Uçan avtomobillər gəlir!
27/02/2020 [19:50]:
Çinli həkim ölümə meydan oxudu - İBRƏTAMİZ... + VİDEO
27/02/2020 [18:51]:
Paşinyanın portreti aşkar edilmiş iki məktəb rəhbərinə xəbərdarlıq edildi...-FOTO
27/02/2020 [18:48]:
Qapıçının vurduğu son dəqiqə qolu komandasına həyat verdi - VİDEO
27/02/2020 [18:48]:
Prezidentin köməkçisi də koronavirusa yoluxdu...
27/02/2020 [18:46]:
İrandan qayıdan Gürcüstan vətəndaşları ölkələrinə buraxılmadı
27/02/2020 [18:36]:
Düşmən ön xəttə qadınlardan ibarət xüsusi təyinatlılar yerləşdirə bilər
27/02/2020 [18:36]:
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
27/02/2020 [18:34]:
"Ədalətin kiçildiyi ölkələrdə yalnız günahlar və günahkarlar böyük görünürlər" - MÜRACİƏT
27/02/2020 [18:10]:
“Bu təhlükə yalnız Azərbaycan deyil, bütün dünya iqtisadiyyatını “vur"a bilər” – SOS!
27/02/2020 [18:02]:
Koronavirusa qarşı xüsusi kostyum hazırlandı - FOTO
27/02/2020 [17:45]:
Ərdoğan: “Üç şəhidimiz var, qarşı tərəfin itkisi çox böyükdür”
27/02/2020 [17:40]:
Bakıda elektrik enerjisinin verilişi bərpa edildi - YENİLƏNİB
27/02/2020 [17:37]:
İrandan gələn vətəndaşları altı saat gözlədən xəstəxana ilə bağlı RƏSMİ AÇIQLAMA
27/02/2020 [17:35]:
Bakıda işıqlar niyə sönüb? - RƏSMİ AÇIQLAMA
27/02/2020 [17:34]:
İranda koronavirusdan üzərliklə qorunurlar - VİDEO
27/02/2020 [17:21]:
Yerə zibil atan adam 11 il sonra hakim qarşısına çıxarıldı...
27/02/2020 [17:17]:
"Səfərbərlik ediriksə, ilk növbədə intellektual potensialımızı səfərbər edək..."
27/02/2020 [17:17]:
Dövlət Sirri Kəmaləddin Heydərova etibar edildi - Prezidentdən Fərman
27/02/2020 [17:15]:
Gürcüstan DİN: “Qırmızı körpü”də sərnişinlər intensiv müayinə olunurlar
27/02/2020 [17:13]:
İtaliyada koronavirusdan ölənlərin sayı 14-ə çatdı
27/02/2020 [17:12]:
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb
27/02/2020 [17:10]:
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
27/02/2020 [17:09]:
Bakı Nəqliyyat Agentliyi işıqların sönməsi ilə əlaqədar hərəkətə keçdi
27/02/2020 [17:07]:
Valideynsiz uşaqların övladlığa götürülməsi qaydası təsdiqləndi
27/02/2020 [17:06]:
Gürcüstanda koronavirus aşkarlanan şəxs etnik azərbaycanlıdır
27/02/2020 [16:53]:
Gürcüstanın Səhiyyə naziri: “Ölkədə koronavirusun sürətlə yayılma ehtimalı yoxdur”
27/02/2020 [16:50]:
"Ötən dövr ərzində bu yatırımların dəyəri artaraq 3,5 milyard Çin yuanına bərabər olub”
27/02/2020 [16:48]:
Metroda 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur - YENİLƏNİB
27/02/2020 [16:48]:
Koronavirusdan ölənlərin başqa xəstəlikləri də olub
27/02/2020 [16:47]:
“Rusiyanın dəstəyi olmasa, Əsəd ayaqda dura bilməz”
27/02/2020 [16:46]:
İranda koronavirusdan ölənlərin sayı sürətlə çoxalır
27/02/2020 [16:45]:
Paytaxtın bir hissəsi işıqsız qaldı: "Azərişıq" Bakı küləyinin qarşısında mağmın durumda...
27/02/2020 [16:42]:
Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində qəza baş verib - FOTO
27/02/2020 [16:38]:
"Türkiyə ilə Azərbaycanın tezlikləri biri-birini daha rahat tutduğuna görə..." - VİDEO
27/02/2020 [16:33]:
Pənah Hüseyn PA şöbə müdiri Ədalət Vəliyevlə görüşüb...
27/02/2020 [16:23]:
QHT Şurası könüllülüyün təbliğinə dair ayrıca qrant müsabiqəsi elan edəcək - FOTOLAR
27/02/2020 [15:53]:
Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə hansı tədbirlər nəzərdə tutulub?
27/02/2020 [15:52]:
Martın 1-də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının I mərhələsi keçiriləcək - DİM
27/02/2020 [15:51]:
"Xocalıdan vertolyotla sakinlər əvəzinə,  “Jiquli”lərini çıxarmağa qoymadığım şəxslər məni şərləməyə çalışdı...”
27/02/2020 [15:47]:
"Böyük Atatürkün sağlığında onun ədəbi fəaliyyətindən söz açılmayıb və buna görə..."
27/02/2020 [15:41]:
AKP sözçüsü: “Türkiyə bu terror dövlətini darmadağın etdi”
27/02/2020 [15:38]:
Pakistanda çəyirtkə hücumunun qarşısını almaq üçün Çin 100 min ördək göndərir - MARAQLI...
27/02/2020 [15:36]:
Koronavirusdan ölənlərin yaşı - STATİSTİKA
27/02/2020 [15:32]:
“Bunsuz Qarabağda müharibəyə başlamaq bizi Rusiyanın təzyiqləri ilə üz-üzə qoya bilər”
27/02/2020 [15:16]:
Ali Baş Komandan 3 generalı "Rəşadət" ordeni ilə təltif etdi və istefaya göndərdi...
27/02/2020 [15:13]:
Çılğın, emosional, 1 il nazir olan, 9 il həbsdə yatan, istiqlalçı deputat, "mürəkkəb fiqur"...
27/02/2020 [14:57]:
“Mən terrorizmlə mübarizənin ən çətin vaxtlarında oxşarlarımdan imtina etdim...”
27/02/2020 [14:55]:
Putin hansı telefonlara üstünlük verdiyini açıqladı
27/02/2020 [14:50]:
Silahla selfi çəkmək istəyi özünə də baha başa gəldi, 10 yaşlı uşağa da...
27/02/2020 [14:50]:
Koronavirusa yoluxan şəxs Azərbaycan gömrüyündə belə yoxlanılıb - ANBAAN VİDEO
27/02/2020 [14:43]:
"İmzalanan mühüm sazişlər Azərbaycan və Türkiyəyə böyük siyasi və iqtisadi dividendlər gətirəcək”
27/02/2020 [14:34]:
Çörəyin çörəkçiyə, zərgərliyin zərgərə həvalə edilməməsinin bədəli... - XAOS VƏ SƏKSƏKƏ...
27/02/2020 [14:00]:
Azərbaycanda polisə müqavimət göstərən şəxs MƏHV EDİLDİ...
27/02/2020 [13:54]:
Novruz bayramından sonra Ermənistanda səfərbərlik ediləcəyi açıqlandı...
27/02/2020 [13:27]:
“Xocalı” abidəsi ziyarət olunub
27/02/2020 [13:15]:
"DTX-nın əməliyyatlarından məlum olur ki, onlar ancaq pul yığmaqla məşğuldurlar, hansı ki..."
27/02/2020 [12:48]:
“Xocalı soyqırımından bir gün sonra 10 döyüşçü ilə mühasirədən çıxdıq”
27/02/2020 [12:16]:
Hindistanda müsəlmanları hücum edən irqçilər məscidləri hədəf aldılar- FOTOLAR
27/02/2020 [12:09]:
“Mir Yusifə Xalq artisti adı verdilər, o, da çılpaq qızlarla enerji içkilərini reklam edir...”
Bütün arxiv bir sırada
20/03/2019 [10:44] - Cəmiyyət - ( 3117 dəfə baxılıb)

Şıxəli Qurbanovun müəmmalı ölümü: Onu Novruz bayramına görə izləyirdilər



Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, şairi, filosof  alimi, dövlət və ictimai xadimi Şıxəli Qurbanov (1925-1967) Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra Böyük Vətən müharibəsində iştirak edib. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1958-1963-cü illərdə “Rəis məşğuldur”, “Birdən belə olmaz” adlı satirik əsərləri Musiqili Komediya Teatrında səhnəyə qoyulub. “Sənsiz” tamaşası isə ölümündən az sonra – 1967-ci ilin iyunun 2-də tamaşaya qoyulub. Bu əsər Stalinizmin qurbanlarına həsr edilmişdi.

Ş. Qurbanov 1954-1955-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1955-1957-ci illərdə 26 Bakı Komissarları rayonunun və Voroşilov rayon Partiya Komitəsinin Birinci katibi vəzifəsində işləyib. 26 mart 1957 - 24 may 1967-ci illərdə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri olub. Eyni zamanda o, 1966-1967-ci illərdə Azərbaycan KP MK-nın katibi və Büro üzvü olub.

Ş.Qurbanov bu vəzifələrdə işlədiyi dövrdə özünü millətini, vətənini, onun tarixini sevib dəyərləndirən şəxs kimi təsdiq edib. Onun ciddi səyi ilə 1950-ci illərdə Azərbaycan Mətbuatının banisi Həsən bəy Zərdabinin unudulmuş məzarı axtarılıb tapılıb və Fəxri Xiyabanda yenidən dəfn edilib.

Ş.Qurbanov MK katibi vəzifəsində olarkən 1967-ci ildə yaradıcı gənclər üçün “Ulduz”  jurnalı çap edildi, bundan əvvəl 1966-cı ildə isə İranda yaşayan böyük şair  Şəhriyarın “Heydərbabaya salam”  poeması Bakıda çap olundu. 

Ş.Qurbanov 1960-cı illərdə Azərbaycanın milli ruhlu ziyalıları ilə sıx əlaqə saxlayır, onlara dəstək olmağa çalışırdı.

Siyasi fəaliyyətinə görə 1960-cı illərin sonlarında həbs edilmiş Rafiq Turabxanoğlu xatirələrində yazır ki, biz bir neçə Azərbaycan millətçi və ziyalıları ilə birlikdə tez-tez onunla görüşür, Azərbaycandakı vəziyyətlə bağlı fikir mübadiləsi edirdik. (O, bu ziyalılardan Nigar Rəfibəylinin və Əzizə Cəfərzadənin adını qeyd edir).

1967-ci ilin martından isə Ş.Qurbanovun xüsusi fəallığı ilə Azərbaycanda bolşeviklərin 1920-ci illərdə rəsmi olaraq qadağan etdiyi Novruz bayramı keçirildi. 1967-ci ilin 20 martında Bakıdakı Qız Qalası ətrafında keçirilən bu möhtəşəm Novruz bayramı Moskvadakı Sovet rəhbərliyini narahat etdi. Ş. Qurbanovu Moskvaya dəvət edib, izahat verməsini tələb etdilər. O, yazdığı 22 səhifəlik izahatda Novruz  bayramının dinlə heç bir əlaqəsi olmadığını sübut etdi.

Bu hadisədən sonra Ş.Qurbanova qarşı üç dəfə qəsd edilsə də, o, sağ qaldı. 1967-ci ilin mayın 24-də sui-qəsd olaraq, dişini müalicə edən həkim tərəfindən vurulan iynə (bu iynə öldürücü sianid turşusu imiş) onun həyatına son qoydu.

Ş.Qurbanovun həyat yoldaşı Xavər xanım qeyd edir ki, o, Azərbaycan KP MK-nın 1967-ci ilin iyununda keçiriləcək növbədənkənar plenumunda Birinci katib seçilməli idi. Lakin buna imkan verilmədi. Ş.Qurbanov Fəxri Xiyabanda dəfn edildi.

Ş. Qurbanovun  ölümündən sonra xanımı Xavər Qurbanova Moskvaya gedib şikayət edir. SSRİ  Prokurorluğundan gələnlər isə həqiqəti üzə çıxarmırlar. Qəzetdə isə Ş.Qurbanovun “anafilaktik şok”dan ölməsi ilə bağlı dörd nəfər  mütəxəssisin imzası ilə məlumat dərc edilmişdi.

Ş.Qurbanovun dəfnində çoxlu sayda insan iştirak edirdi.

Bu hadisədən bir il sonra – 1968-ci ildə Bakıda Azərbaycan Dövlət Universiteti tələbələrinin keçirmək istədikləri kütləvi Novruz  bayramını dövlətin göstərişi ilə milislər dağıdır, yandırılmış tonqalı isə yanğınsöndürənlər söndürürlər. Tələbələrlə qarşıdurmada milislər də yaralanır. Həbs edilən tələbələri isə Vəli Axundovun göstərişi ilə azad edirlər.

Qeyd edək ki, sonrakı illərdə də tələbələr, ziyalılar hər Novruz bayramında Şıxəli Qurbanovun məzarını ziyarətə gəlirdilər. Xalq şairi B.Vahabzadə, alim X.Məmmədov da bura gələnlər arasında olardı. 
Şıxəli Qurbanov bütün varlığı ilə milli ruha, milli tarixə bağlı bir şəxsiyyət idi. Ana xətti ilə Bakının Novxanı torpağına bağlı olan Ş.Qurbanovun yazdığı bir şeirin misraları buradakı məzarlıqda uyuyan, 1918-ci ildə Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunun sıralarında Bakının və Azərbaycanın çoxlu sayda bölgələrini düşmənlərdən azad edən qəhrəman Türk əsgərinin məzar daşına həkk edilib:

Eşidib fəryadın Azərbaycanın,
Tərəddüd etmədən dada yetişdim.
Xalqımın yolunda keçib canımdan,
Əbədi şöhrətə-şana yetişdim.

Azərbaycan KP MK-nın Katibi və Azərbaycan SSR Ali Sovetinin 
deputatı Şıxəli Qurbanovun vəfatı ilə bağlı Azərbaycan KP MK və 
Azərbaycan SSR Nazirlər Sovetinin tədbirləri haqqında qərarı
(24 may, 1967-ci il, Protokol №45)


1. Azərbaycan KP MK-nın katibi, Azərbaycan SSR Ali Sovetinin sədri Ş.Q.Qurbanovun dəfninin təşkil edilməsi üçün hökumət komissiyası yaradılsın: Əmirov Ə.D. (sədr), İbrahimov  M.İ., Qədirov  Ə.M., Tahirova T.Ə., Qaşqay M.Ə., Ələsgərov S.E.
2. Ş.Q.Qurbanov Fəxri Xiyabanda dəfn edilsin.
3. Dəfn xərcləri dövlətin hesabına ödənilsin.
Azərbaycan KP MK-nın Birinci katibi: V. Axundov
Azərbaycan Nazirlər Sovetinin sədri: E. Əlixanov

1967-ci ilin iyunun 2-də Azərbaycan KP MK-nın Bürosu Azərbaycan KP MK katibi Ş. Qurbanovun ölüm səbəbinin öyrənilməsi ilə bağlı qərar qəbul edir və bu işin 1967-ci ilin 17 iyununa qədər yerinə yetirilməsi Ə. D. Əmirova tapşırılır.

1967-ci ilin iyunun 2-də Azərbaycan KP MK-nın və Azərbaycan Nazirlər Sovetinin verdiyi qərarda  Ş. Qurbanovun adının əbədiləşdirilməsi qeyd olunurdu: 

1) Azərbaycan Dövlət Musiqili Komediya Teatrına və Zaqataladakı yeni orta məktəbə onun adı verilsin; 
2) Bakı Şəhər Sovetinə Bakının küçələrindən birisinə Ş.Qurbanovun adının verilməsi tapşırılır;
3) Respublika  Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutuna Ş.Qurbanovun əsərlərini çapa hazırlamaq, Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuat Komitəsinə 1968-ci ildə onun elmi, dram və bədii əsərlərindən ibarət olan, 50 çap vərəqi həcmində 2 cildliyi nəşr etmək tapşırılır;
4) Bakı Şəhər İcraiyyə Komitəsinə və Azərbaycan Rəssamlar İttifaqının Bədii Fonduna 1967-ci ilin sonuna qədər Ş.Qurbanovun məzarı olan ərazini qaydaya salmaq və qəbirüstünü hazırlamaq tapşırılır.
Bu, dövlətin rəsmi qərarı idi və tez bir zamanda  yerinə yetirildi. 

Belə “aldadıcı” hallar isə Sovet rejimində əvvəldən mövcud idi. Yəni, tanınmış bir şəxs lazım gələndə aradan götürülür, onun adı isə “əbədiləşdirilir”. Əslində bu işin əsası 1934-cü ildə qoyulmuşdu. Sovet dövlətinin tanınmış xadimi S. M. Kirov aradan götürüldü (çünki o, son partiya qurultayında Baş katibliyə seçkidə Stalindən çox səs toplamışdı və bu da Stalini narahat etmişdi) və tezliklə həqiqətin unutdurulması üçün “həkim komissiyası” yaradıldı, adı “əbədiləşdirildi”.

NƏSİMAN YAQUBLU
TARİX ELMLƏRİ DOKTORU

Məşhur aparıcı keçmş millət vəkilini studiyadan qovdu - MARAQLI... + VİDEO
Papa Fransisk koronavirusa yoluxub? - MARAQLI...+ FOTOLAR
Balıq tutmaq istəyərkən toruna baxın nə düşdü - MARAQLI... + VİDEO
Çinli həkim ölümə meydan oxudu - İBRƏTAMİZ... + VİDEO
Pakistanda çəyirtkə hücumunun qarşısını almaq üçün Çin 100 min ördək göndərir - MARAQLI...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Siyasət
"Səfərbərlik ediriksə, ilk növbədə intellektual potensialımızı səfərbər edək..."
Gündəm
"Xocalıdan vertolyotla sakinlər əvəzinə,  “Jiquli”lərini çıxarmağa qoymadığım şəxslər məni şərləməyə çalışdı...”
Maraqlı
"Böyük Atatürkün sağlığında onun ədəbi fəaliyyətindən söz açılmayıb və buna görə..."
Maraqlı
“Mən terrorizmlə mübarizənin ən çətin vaxtlarında oxşarlarımdan imtina etdim...”
Hadisə
Silahla selfi çəkmək istəyi özünə də baha başa gəldi, 10 yaşlı uşağa da...
Yazar
İlham İsmayıl
“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”
Seymur Əliyev
DSX-nın bu torpaqdan pay umanlara verəcəyi yeganə hədiyyə budur: Ölüm!
Seymur Verdizadə
Sən hər gün əliəyrilik edirsən, o, beş ildə bir dəfə...
Sultan Laçın
Azərbaycanda ədalət naminə vəzifədən imtina edə bilən neçə məmur var?..
Leyla Namazova
“28 il öncə Xocalıda təkcə Xocalı sakinləri qətlə yetirilmədi...”
Həftənin ən çox oxunanları
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
ABŞ-ın növbəti prezidenti Qarabağı qaytaracaq
“Azərbaycan Qarabağı unutsa, yaxşıdır”- “Meşə tülküsü” belə dedi...
Ərdoğanın Qarabağla bağlı bəyanatı Ermənistanı qorxuya salıb
"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"
“Lazım gəlsə, Paşinyanı güllələyərəm!..”- Erməni general
Azərbaycanda kişi arvadını xəyanət üstündə yaxaladı - VİDEO
"Əlimdə çox ciddi və təkzibolunmaz faktlar var, onlar bundan qorxmalı, mən deyil..."
Ermənilər Yerusəlimə iddialarını rəsmən bildirdilər: Yəhudi-erməni davası ola bilərmi?
Sünnət zamanı uşağın cinsiyyət üzvünü dibindən kəsdilər: Səhiyyəmizin günü + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247