Xəbər lenti
04/06/2020 [19:49]:
İlham Əliyev Necdet Ünüvara “Dostluq” ordeni verdi
04/06/2020 [19:45]:
Necdet Ünüvar “Dostluq” ordeni ilə təltif edildi
04/06/2020 [19:41]:
Hamilə fili bu şəkildə öldürdülər - İnsanlığın bitdiyi an...
04/06/2020 [19:34]:
Metropoliten də həftəsonu qadağası ilə bağlı açıqlama yaydı
04/06/2020 [19:24]:
Prezident bu qanuna dəyişiklik etdi
04/06/2020 [19:23]:
“Abituriyentlər və valideynlərinin testdən keçməsi haqda tələb yoxdur”
04/06/2020 [19:19]:
BDU-da 2 gün davam edən Respublika virtual elmi konfrans öz işini yekunlaşdırıb
04/06/2020 [19:17]:
DSX Keşikçidağdakı vəziyyətlə bağlı məlumat yaydı
04/06/2020 [19:16]:
Şeyxulislam nə üçün hədəfə alınıb? 
04/06/2020 [19:14]:
Azərbaycanda məktəblərdən xəstəxana kimi istifadə olunur? - RƏSMİ
04/06/2020 [19:12]:
Naxçıvana uçuşlarla bağlı TƏBİB sədrindən - Açıqlama
04/06/2020 [19:10]:
“Guya başqa xəstəlikdən ölənə “COVİD-19” arayışı verilir”
04/06/2020 [18:37]:
Masallıdan avtomobilin yük yerində Bakıya gələn şəxs həbs edildi
04/06/2020 [18:19]:
"Azərbaycan mənşəli toponimlər mərhələ-mərhələ erməniləşdirilərək təcavüzə məruz qalıb" -Vüqar Rəhimzadə
04/06/2020 [18:16]:
Azərbaycanda vergi güzəştlərinin tətbiqi infoqrafikada təqdim olunub - VİDEO
04/06/2020 [18:14]:
1918-ci ildə İrəvanı Ermənistana verməmək olardımı? - Əliyev tarix müzakirəsi başlatdı, alimlər nə deyir…
04/06/2020 [18:09]:
Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ
04/06/2020 [18:08]:
"Dünya çox yaxşı bilir ki, İlham Əliyev Qarabağı ermənilərə heç zaman güzəşt etmiyəcək" 
04/06/2020 [18:01]:
Hesablama Palatası: Azərbaycan vətəndaşları adambaşına 1 000 dollar borcludur
04/06/2020 [17:59]:
Paşinyanın komandasından daha bir məmur istefa verdi
04/06/2020 [17:56]:
ÜST ikinci dalğanın tarixini açıqladı
04/06/2020 [17:54]:
Jurnalistlərin iş rejimi necə olacaq?
04/06/2020 [17:53]:
Azərbaycanda uçuşlar bu ay bərpa edilməyəcək
04/06/2020 [17:52]:
“Vəzirov utanmadan qaçdı və ardında qalaq-qalaq cəsəd qoydu”
04/06/2020 [17:52]:
TƏBİB-dən abituriyentlərdən koronavirus testi istənilməsi məsələsi ilə bağlı AÇIQLAMA
04/06/2020 [17:50]:
Özəl şirkətlər də sabah 2-yə qədər işləyəcək? - Rəsmi açıqlama
04/06/2020 [17:49]:
ÜST: Sərt karantin rejiminin nəticəsi 10-14 gün sonra bilinəcək
04/06/2020 [17:44]:
İcazəsi olan şəxslərin işə necə gedəcəyi bilindi - RƏSMİ + VİDEO
04/06/2020 [17:37]:
Daha uzunmüddətli qapanmalara gedə bilərik - Operativ Qərargahdan XƏBƏRDARLIQ
04/06/2020 [17:30]:
Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama
04/06/2020 [17:27]:
Alternativ yollarla rayonlara getməyə cəhd göstərənlər bilməlidirlər ki... - RƏSMİ
04/06/2020 [17:24]:
Ağalar Vəliyevin seçicilərlə görüşdü - FOTOLAR
04/06/2020 [17:23]:
Qadağa günlərində insanlar dərmanı neçə alacaq? - RƏSMİ CAVAB
04/06/2020 [17:18]:
“Qapanma tam olacaq, aptek və marketlər də işləməyəcək” - Ramin Bayramlı
04/06/2020 [17:15]:
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq
04/06/2020 [17:08]:
Daha 262 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü
04/06/2020 [17:05]:
Şəhərlərarası sərnişindaşımada ciddi izolyasiya qaydaları olacaq - RƏSMİ
04/06/2020 [17:01]:
Azərbaycanda nazirlər iclasa maska ilə getdi - FOTO
04/06/2020 [16:54]:
Pandemiyaya görə işsiz qalan fahişələr üçün pul toplandı...
04/06/2020 [16:47]:
Meyitdən transplantasiya məqsədilə götürüləcək orqan və hüceyrələrin siyahısı müəyyənləşdi
04/06/2020 [16:45]:
Azərbaycanda könüllü vergi bəyanetməsi artıb
04/06/2020 [16:43]:
Gürcüstan “Keşiçkidağ” ərazisinə əlavə sərhəd polisi cəlb edə bilər
04/06/2020 [16:42]:
18 yaşına çatmayanlardan sümük iliyi və kök hüceyrələrinin transplantasiyasına icazə veriləcək
04/06/2020 [16:40]:
Gürcüstan müxalifəti “Keşiçkidağ” gərginliyinə görə hökuməti qınadı
04/06/2020 [16:39]:
Türkiyədə koronavirusdan ölən azərbaycanlıların sayı açıqlandı - RƏSMİ
04/06/2020 [16:38]:
Vladimir Zelenski karantin rejimini pozduğuna görə cərimə ödəyəcək
04/06/2020 [16:35]:
“Əhali hökumət üçün başqa seçim qoymadı”
04/06/2020 [16:15]:
“ASAN xidmət” mərkəzləri sabah saat 14:00-dan bazar ertəsinədək işləməyəcək
04/06/2020 [16:14]:
Yeni “Nu poqodi”də Canavarın 3D görüntüsü təqdim olunub - FOTO
04/06/2020 [16:13]:
“Onu gətirdik ki, bizimlə birləşib  qiyamın yatırılmasında bizə kömək etsin və…” 
04/06/2020 [16:06]:
ECB uçot dərəcəsini sabit saxlayıb
04/06/2020 [16:04]:
İranda sutka ərzində üç mindən çox koronavirusa yoluxma halı aşkarlandı
04/06/2020 [16:02]:
Azərbaycanda canlı donordan götürüləcək orqanlar müəyyənləşdi
04/06/2020 [16:00]:
Messi La Liqanın bərpasından sonra ilk oyunu buraxa bilər
04/06/2020 [15:59]:
"Məni döyür, stola bağlayırdı" - Oğlundan azərbaycanlı müğənni ilə bağlı iddia
04/06/2020 [15:58]:
Donorluq və transplantasiya haqqında qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edildi
04/06/2020 [15:54]:
Ağcabədinin Sarıcalı kəndində yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
04/06/2020 [15:52]:
Putin qəzəbləndi, məmurların “xəstə” olub-olmadığını soruşdu - FOTO
04/06/2020 [15:51]:
“Ağcabədi-2” elektrik yarımstansiyası istifadəyə verildi - YENİLƏNİB
04/06/2020 [15:50]:
Səhiyyə Komitəsi 3 qanun layihəsini plenar iclasa tövsiyə etdi
04/06/2020 [15:46]:
Effekt az olarsa, məhdudlaşdırılma artırılacaq - AÇIQLAMA
04/06/2020 [15:29]:
Prezident Ağcabədidə yol tikintisinə pul ayırdı
04/06/2020 [15:28]:
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM
04/06/2020 [15:25]:
İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI
04/06/2020 [15:16]:
“Baş verənləri sosial mediadanmı öyrənəcəyik?” - Putin icraçılara əsəbiləşdi...
04/06/2020 [14:32]:
Sabah bu şəhərlərdə dövlət qurumları saat 14:00-dək işləyəcək
04/06/2020 [14:31]:
Sabah AMİP Qərərgahında keçirilməsi nəzərdə tutulan tədbir təxirə salındı - AÇIQLAMA
04/06/2020 [14:30]:
Buraxılış imtahanlarının vaxtı dəyişdirildi
04/06/2020 [14:27]:
“icaze.e-gov.az” portalı yenidən aktivləşdirilir
04/06/2020 [14:25]:
“İndiki halda ümidlərin nə qədər doğru olacağını söyləməyə çətinlik çəkirəm...”
04/06/2020 [14:23]:
Zakir Qaralovun vəzifədə çalışan qohumları - SİYAHI
04/06/2020 [14:22]:
Baş nazir karantin rejiminin yenidən sərtləşdirilməsindən danışır - CANLI YAYIM
04/06/2020 [14:20]:
Həftəsonu qadağaları iyunun 13-15-də də tətbiq olunacaq
04/06/2020 [14:12]:
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi - RƏSMİ
04/06/2020 [14:11]:
"Əli Nağıyev istədiyinin 10 faizini hələ həyata keçirə bilməyib, çünki..."
04/06/2020 [14:10]:
Baş nazir əhaliyə müraciət etdi
04/06/2020 [13:54]:
Qapın döyülür, açıb görürsən ki, qapında iki timsah didişir - VİDEO
04/06/2020 [13:43]:
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli yenə dəyişir
04/06/2020 [13:41]:
Rus icması Nyu-Yorkda patrul dəstələri yaradıb -FOTOLAR
04/06/2020 [13:40]:
“Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir -VİDEO
Bütün arxiv bir sırada
18/04/2019 [16:49] - Siyasət - ( 1108 dəfə baxılıb)

"Türkiyənin dostları sevindi ki, ölkədə diktatura, avtoritar rejimin yaranması mümkün deyil"



Seçkilər azad, şəffaf və ədalətli keçiriləndə demokratiya qalib gəlir. Bunu martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərinə də şamil etmək olar. Bütün ziddiyyətlər küçələrə çıxmadan, vətəndaş qarşıdurması yaradılmadan, polislərlə dinc etirazçılar arasında toqquşma olmadan qanunun aliliyi çərçivəsində öz həllini tapdı. Bunu həm də Türkiyədə demokratik prinsiplərin oturuşduğunun göstəricisi saymaq olar. 

Əlbəttə, bunu İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədlərə verilən səslərin və etibarsız bülletenlərin sayılması bir daha təsdiqlədi. Belə ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 4 milyon 169 min 765 səs, Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs toplayıb. Onlar arasında səs fərqi 13 min 729 səs olub. 194 min 678 seçki qutusundakı səslər sayılaraq başa çatıb. 57 milyon 93 min 410 seçicidən 48 milyon 340 min 184-ü səsvermədə iştirak edib və 46 milyon 431 min 717 səs etibarlı olub. “Cumhur İttifakı” 51,64 faiz (AKP 44,33 faiz, MHP 7,31 faiz), “Millet İttifakı” 37,57 faiz (CHP 30,12 faiz, İyi Partiya isə 7,45 faiz) səs toplayıb. Xalqların Demokratik Partiyası isə 4,24 faizlə 4-cü olub. Ümumi mənzərəyə nəzər yetirsək, hakim siyasi partiyanın 2014-cü ildə bələdiyyələrə keçirilən seçkilərdə bir qədər səs itirdiyini, əsas müxalifət partiyası CHP-nin isə səslərinin sayını artırdığını görmək olar. Çünki həmin il AKP 45,6 faiz, CHP 27,8 faiz səs qazanmışdı. 2018-ci ildə keçirilən parlament seçkiləri ilə müqayisədə isə AKP və CHP səslərinin sayını artırmış kimi görünür. Bu siyasi kampaniyada seçicilər səslərinin 42,56 faizini AKP-yə, 22,64 faizini isə CHP-yə vermişdi. 2018-ci ildə keçirilən prezident seçkisinin nəticələrinə görə, AKP səslərinin sayını birmənalı şəkildə artırıb. Onun namizədi Rəcəb Tayyib Ərdoğan səslərin 52,59 faiz, CHP-nin namizədi Mühərrəm İncə isə 30,64 faizini qazanmışdı. 2017-ci ildə konstitusiyaya edilən dəyişiklərlə bağlı keçirilən referendumun nəticəsi də hakim partiyaya verilən səsdə dəyişikliyin olmadığını təsdiqləyir. Dəyişikliklər paketinin təşəbbüsçüsü və müəllifi AKP olduğundan referendumda qoyulan mövzunun lehinə 51,4 faiz, əleyhinə isə 48,6 faiz səs verilmişdi. İstanbul əyaləti üzrə nəticə də AKP-nin xeyrinədir. Əyalətin 39 rayonundan 24-də hakim partiya, 14-də CHP, birində isə MHP qalib gəlib. Ankarada 25 rayon bələdiyyəsindən 19-nu hakim partiya, 3-nü CHP, 3-nü də MHP qazanıb.



Hər halda, son seçkilər və Əkrəm İmamoğlu Türkiyə tarixində xüsusi olaraq qeyd ediləcək. Buna səbəb İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədə verilən səslərlə bağlı şikayət olub. Türkiyə tarixində ilk dəfə şikayəti 1946-cı ildə Cümhurriyyət Xalq Partiyası edib. 2014-cü ilin bələdiyyə seçkilərində AKP 84 şikayət ərizəsi ilə müraciət etmiş, onlardan 7-si qəbul olunmuşdu. CHP-nin isə 44 etirazından 4-ü üzrə yoxlama aparılmışdı. Builki seçkilərdə cəmi 522 şikayət edilib. Onların 13-ü qəbul olunub. Şikayətin qəbul edilmədiyi yerlərdən biri İğdırdır. Bu bölgədə Xalqların Demokrat Partiyasının (HDP) namizədi Yaşar Akkuş 50,1 faiz səslə qalib, MHP-nin və “Cumhur İttifakı”nın namizədi İsa Yaşar Tezel isə 46,68 faiz səslə məğlub elan olunub. Bu əyalət Azərbaycan Respublikası üçün daha əhəmiyyətli sayılır. Ötən illərin təcrübəsi sübut edir ki, Türkiyə, Azərbaycan və İranın sərhəd bölgələrində HDP, yaxud terrorçu PKK-ya yaxın başqa qüvvələr qalib elan olunanda onlar Ermənistanla yaxınlıq etməyə çalışırlar. Elə ötən illərdə Qars şəhərində “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikilməsi və sonradan sökülməsi bunu təsdiqləyir. Hadisələr onu da təsdiqləyib ki, PKK yönlülərin Türkiyədə seçkilərdə qalib elan olunmaları terrorçularla Ermənistan arasında əlaqələrin güclənməsinə səbəb olur. Onlar Azərbaycanla Türkiyə arasındakı bölgələrdə yerli hakimiyyəti ələ keçirməyə səy göstərirlər. Bununla perspektivdə Azərbaycanla Türkiyə arasındakı bölgələrə nəzarət etməyə və Ermənistana arzuladıqları çıxışı əldə etməyə çalışırlar. Onların sərhədboyu fəallığı həm də terrorçuların Azərbaycana yaxın ərazidə yerləşməsinə səbəb ola bilər. Bu baxımdan, həmin bölgələrdə hakimiyyətə gələn siyasi qüvvələr Azərbaycan üçün az maraq daşımır.



Beləliklə, bu bələdiyyə seçkiləri hakim siyasi elitaya, müxalifətə, Türkiyəni sevən və sevməyənlərə bir sıra ismarıclar verdi. Hakim partiyanın İstanbul şəhərini uduzması 2023-cü ildə keçiriləcək parlament və prezident seçkiləri üçün ciddi siqnaldır. Bu, o deməkdir ki, ölkənin siyasi cəhətdən ən fəal şəhərinin seçiciləri mövcud hakimiyyətə müxalif mövqedədir. Çünki İstanbul dünyanın gözü sayılan şəhərlərdən bir olmaqla yanaşı, həm də Türkiyənin siyasi səhnəsinin mənzərəsi və təyinedicisidir. Son 5 ildə müxalifətin qazandığı səslər onların daha çox yerindəsayan olması təsirini bağışlayırdı. Ancaq İstanbul, Ankar şəhərlərini CHP-nin qazanması müxalifətin gücləndiyinin göstəricisi sayıla bilər. Bu həm də ölkə siyasətinə yeni və gənc qüvvələrin gəldiyindən xəbər verir. Odur ki, növbəti seçkilərin hakim partiyaya daha çətin olacağını da ehtimal etmək mümkündür.

Nəhayət, Türkiyənin dostları baş verənlərdən sevindi. Çünki bir daha sübut edildi ki, ölkədə diktatura, avtoritar, hərbi rejimlərin yaranması mümkün deyil. O da sübut olundu ki, hakim siyasi qüvvə demokratik prinsiplərə sadiqdir. Düşmənləri onu aşağılamq üçün Türkiyədə demokratiyanın məhv olacağını və bununla da ona hücum etmək üçün əllərinə bəhanə düşəcəyini gözləyirdilər. Bu dəfə də Cümhuriyyətin siyasi elitası onları sevindirmədi. Eyni zamanda seçkilər müsəlman ölkəsində demokratiyanın təntənəsi kimi də yadda qaldı. Türkiyə bütün müsəlmanlar və bir çox göstəricilərinə görə Qərbə yaxşı örnək ola biləcək siyasi prosesi uğurla başa vurdu. Bununla da cəmiyyətdə demokratiya bir az da dərinləşdi.

Sədrəddin Soltan, politoloq

Hamilə fili bu şəkildə öldürdülər - İnsanlığın bitdiyi an...
“Baş verənləri sosial mediadanmı öyrənəcəyik?” - Putin icraçılara əsəbiləşdi...
Zakir Qaralovun vəzifədə çalışan qohumları - SİYAHI
Rusiyada 200-dən çox bələdiyyə üzvü referendumun dövlət çevirilişi olduğunu bəyan etdi
Rusiya ABŞ-ı aldada bilmədi  
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
Pandemiyaya görə işsiz qalan fahişələr üçün pul toplandı...
Cəmiyyət
“İndiki halda ümidlərin nə qədər doğru olacağını söyləməyə çətinlik çəkirəm...”
Dünya
Qapın döyülür, açıb görürsən ki, qapında iki timsah didişir - VİDEO
Cəmiyyət
Rus icması Nyu-Yorkda patrul dəstələri yaradıb -FOTOLAR
Dünya
ABŞ polisi diz çökür 
Yazar
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
“Elə bildim, qaçqınlar “Qaçqınkom”un qarşısında  Qarabağın azadlığı tələbilə aksiya keçirir...”
Həftənin ən çox oxunanları
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Elçibəyin Klintona Kəlbəcərlə bağlı yazdığı məxfi məktub: Prezident amerikalı həmkarından nə istəyib?
ABŞ hər iki ölkəni “bombalayacaq”: Pentaqon sülhə “razı deyil”!
"Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."
Niyə Əbülfəs Qarayevin işdən qovulmasına ən çox sevinən Bərdə camaatıdır...?
Rusiyaya səs salan azərbaycanlı müğənni: “Gəncədə dörd manata ofisiant işləyirdim” - VİDEO
"Qarayevin qonağı olan Jerar Depardye gördüklərindən o qədər heyrətə gəlmişdi ki..."
“İyunun 2-də Pənah Hüseynə bildirmişəm ki, bunu etmək olmaz, nəticəsi sizin üçün pis olacaq”
“Əvvəllər Yaşarla bağlı etiraf məsələsinə gələndə hardasa əsəbiləşirdim, amma indi..”
“Qarabağ probleminin həlli sazişi imzalanmışdı, lakin Gəncə qiyamını eşidən ermənilər dedilər ki...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247