Xəbər lenti
20/08/2019 [00:15]:
Məktəb çantalarının ağırlığı ilə bağlı - Qərar
20/08/2019 [00:12]:
Gömrükdə 74 500 ədəd aksiz markası aşkarlandı
20/08/2019 [00:11]:
Keçmiş DTK-MTN zabitindən "istifadə etdiyi" erməni agentlə bağlı ilginc açıqlamalar...
20/08/2019 [00:07]:
“Fənərbağça” mövsümə darmadağınla başladı
19/08/2019 [23:58]:
Dəmir yolu ilə sərnişin daşınmasında artım oldu
19/08/2019 [23:54]:
Atası təhsil almasına qarşı çıxdı, o isə evi tərk etdi
19/08/2019 [23:51]:
Bəşəriyyətin yaranma tarixinə təkrar baxış - FOTO
19/08/2019 [23:47]:
ABŞ qadağan olunmuş qanadlı raketi sınaqdan keçirdi
19/08/2019 [23:29]:
13 yaşlı uşaq benzindən zəhərləndi
19/08/2019 [23:25]:
Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi
19/08/2019 [23:22]:
3.5 illik bakteriyanı bədəninə yeritdi "Son iki ildir qripə yoluxmadım"
19/08/2019 [23:22]:
Deputatın saxlanılan qardaşı oğlu kimdir? - FOTO
19/08/2019 [23:20]:
Zelenskinin ofisindən Netanyahunun xanımının hərəkəti ilə bağlı - Açıqlama
19/08/2019 [23:16]:
Roberto Bordin: "Bu enişdən qısa müddətdə qurtulmağa cəhd göstərəcəyik"
19/08/2019 [23:08]:
Qubada səhərdən başlayan yanğın davam edir: 20 hektar ərazi yandı
19/08/2019 [22:58]:
Uşağın cinsiyyətinə əvvəlcədən qərar veriləcək... MARAQLI ARAŞDIRMA
19/08/2019 [22:17]:
"AXC hakimiyyətinin çoxsaylı səhvlərdən biri də agentura şəbəkəsinin açıqlanmaması idi"
19/08/2019 [22:16]:
Millət Vəkili Qusarda sərhəd mühafizəçiləri ilə görüşdü
19/08/2019 [21:52]:
“Mədəmi bulandıran şeylər vardı” demişdi – Ayrılığın səbəbi bilindi
19/08/2019 [21:50]:
Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb
19/08/2019 [21:35]:
Məktəbdə dəhşətli hadisə: Daun sindromlu uşaq təcavüzə uğradı...
19/08/2019 [21:28]:
Rusiyanın əməkdar artisti intihar etdi
19/08/2019 [21:21]:
Qəzəbli buğa 59 yaşlı kişini öldürdü - QORXUNC... + VİDEO
19/08/2019 [21:15]:
Bizneslə məşğul olan qadınların sayı 12 faiz artdı
19/08/2019 [21:13]:
Ərdoğanla xanımı əl-ələ antik kəndi gəzdilər - FOTOLAR
19/08/2019 [21:09]:
Neftçalada bir nəfəri elektrik cərəyanı öldürdü
19/08/2019 [21:06]:
İran Rusiyanın S-300-ünün analoqunu yaratdı
19/08/2019 [21:04]:
Türkiyədə nazir müavini qəzada öldü
19/08/2019 [21:03]:
Millət vəkili Qusarda sərhəd mühafizəçiləri ilə görüşdü - FOTOLAR
19/08/2019 [21:02]:
Elmar Məmmədyarovun oğlu evləndi - Gəlin əcnəbidir -FOTOLAR
19/08/2019 [20:53]:
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhəddə gəldi
19/08/2019 [20:52]:
Vilayət Eyvazovdan növbəti TƏYİNAT
19/08/2019 [20:50]:
Masallıda 11 gün əvvəl toyu olan şəxs çayda boğulub - FOTO
19/08/2019 [20:46]:
“O vaxt İlyas İsmayılov buna görə cinayət məsuliyyətinin müəyyən olunmasını təklif etmişdi, amma...”
19/08/2019 [20:23]:
Bakı polisinin Feysbuk səhifəsi fəaliyyətə başladı
19/08/2019 [20:22]:
İlham Əliyev 1 fərman, 2 sərəncam imzaladı
19/08/2019 [20:21]:
Qəzaya düşən pilotumuzun dəfni keçirilir? - Açıqlama
19/08/2019 [19:58]:
Ermənilər İmamverdi ilə Allahverdinin kəndinin yolunu asfaltlamağa başladı - FOTO
19/08/2019 [19:37]:
"Müsavatı maliyyələşdirməyimiz barədə deyilənlər əsassızdır" - "Babək “Sirab” ASC-nin İdarə Heyətinin sədri
19/08/2019 [19:20]:
Gələn il parlamentə buraxılmayacaq deputatların siyahısı yayıldı
19/08/2019 [19:12]:
Məlahət Abbasova da ATV-dən getdi
19/08/2019 [18:49]:
İran parlamenti ABŞ-a qarşı plan hazırlayır
19/08/2019 [18:21]:
“Boşanacağımı bilmirdim” - Xloe vətəninə döndü
19/08/2019 [18:20]:
Azərbaycanda neft hasilatı azalıb
19/08/2019 [18:16]:
"WhatsApp" da barmaq izinə keçir
19/08/2019 [18:10]:
Elnur Eltürk: "Bunu bilməyənlər "Vikipediya"da yanlış məlumatlar yerləşdirə..."
19/08/2019 [18:09]:
“Kepro” lazer epilyasiya mərkəzində gözünə xəsarət yetirilən xanımdan ilginc İTTİHAM...
19/08/2019 [18:08]:
Göygöl polisinə yeni rəis təyin olundu
19/08/2019 [18:03]:
““Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
19/08/2019 [18:01]:
Cavad Zərif: “Rəsmi Tehran ABŞ ilə danışıqlarda maraqlı deyil”
19/08/2019 [17:58]:
Məktəblərdə smartfon qadağası
19/08/2019 [17:56]:
Millət vəkilinin qoçuluq etdiyinə görə saxlanılan oğlu - FOTOLAR
19/08/2019 [17:54]:
Gəncədə saxta içkilər: sex bağlandı - FOTO
19/08/2019 [17:52]:
Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi
19/08/2019 [17:48]:
Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR
19/08/2019 [17:44]:
Azərbaycan-Gürcüstan sərhədindəki razılaşdırılmamış sahələrdə ölçmə işləri aparılacaq
19/08/2019 [17:39]:
Ermənistan sərhədçiləri azərbaycanlı fermerin 12 baş mal-qarasını oğurladı
19/08/2019 [17:37]:
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi”nin açılış mərasimi olub
19/08/2019 [17:17]:
Vilayət Eyvazov əsgərlərlə nahar etdi - FOTO
19/08/2019 [17:14]:
Quba və Şabranda meşə yanğını artdı
19/08/2019 [17:09]:
Deputatın oğlu və qardaşı oğlu haqda həbs qətimkan seçildi
19/08/2019 [17:04]:
Cazibədar taekvandoçu paylaşımları ilə diqqət mərkəzində - FOTOLAR
19/08/2019 [16:59]:
Beş il ərzində donuzdan insana ürək transplantasiyası mümkün olacaq - Açıqlama...
19/08/2019 [16:52]:
Qadını intim şəkilləri ilə şantaj edən şəxs saxlanıldı
19/08/2019 [16:28]:
Mənim doğma universitetim...
19/08/2019 [16:26]:
129 qrupun iştirakıyla PKK-ya qarşı “Kıran əməliyyatı” başlanıldı - FOTOLAR
19/08/2019 [16:26]:
Rus “Kim Kardaşyan” şəkilləriylə İnstaqramda sərvət qazanır- FOTOLAR
19/08/2019 [16:12]:
Dünya universitetlərinin reytinqi açıqlandı
19/08/2019 [16:00]:
Suriya Türkiyənin hərbi karvanını bombaladı: 3 ölü, 12 yaralı
19/08/2019 [15:16]:
Gələn il vahid məktəbli formalarında yenilik olacaq
19/08/2019 [15:15]:
"Deputat nazirə dedi ki, Süleymana Xalq artisti fəxri adı verməyin..."
19/08/2019 [15:15]:
İstanbulda dənizlə quru birləşir... - İmamoğlunun ilk sınağı+Fotolar
19/08/2019 [15:13]:
Rusiyada dəhşətli cinayət - Yeniyetmə ailəsinin bütün üzvlərini baltaladı - VİDEO
19/08/2019 [15:06]:
“Putin dedi ki, sənin internetin başdan ayağa dezinformasiyadır...”
19/08/2019 [15:04]:
Ötən il göz xəstəlikləri ilə bağlı 37181 əməliyyat həyata keçirilib
19/08/2019 [14:29]:
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
19/08/2019 [14:28]:
“Ey insanlar! Köməyə gəlin, burada bizim Allahımızı öldürmək istəyirlər!..” 
19/08/2019 [14:26]:
Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq
19/08/2019 [14:23]:
Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi
19/08/2019 [14:19]:
Tarix İnstitutunda İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş olub
Bütün arxiv bir sırada
19/04/2019 [16:17] - Cəmiyyət - ( 1084 dəfə baxılıb)

ALDO FERRARİ Kimdir və onu “DƏYİŞMƏK” mümkündürmü?

Bu tədqiqatımı Aprel şəhidlərimizin əziz ruhuna ithaf edirəm


Ad, soyad... Bunlar bizim rəsmi. mənəvi-tarixi kodlarımızdır. Bizi bunlarla tanıyırlar. Amma onlar həm də çox şərtidirlər. Məsələn, eyni ad və soyadı onlarla, hətta yüzlərlə insan daşıya bilər. Yaxud ad-soyadı dəyişmək, təxəllüslə əvəz etmək mümkündür. Həmçinin də ad-soyadlarını siyasi təhlükəsizlik üçün dəyişənlər nəsli vardır. Əsas ad-soyadın sahibinin şəxsiyyəti, mövqeyi, təmsil etdiyi millət, sahib olduğu ideyalar, boynunda yük missiyasıdır.

Məhz bu məntiqi müəyyənliklə də İtaliyada doğulmuş, İtaliyada bütün təhsil etaplarını adlamış Aldo Ferrarinin mənim üçün İtaliyada doğulması, İtalyan olması, italyan ad-soyadı daşıması, o ölkədə vəzifəsi və s. məsələlər əsas şərt deyil, mühüm olan onun mənim mənsub olduğum xalqa, millətə, tariximə, vətəndaşı olduğum dövlətə münasbətidir ki, bununla o mənim üçün ya var, ya yoxdur! Beləcə mənim üçün Aldo Ferrari ilə əməkdaşlığı onun ad-soyadı deyil, missiyası, dünən və bu günki fəaliyyət dairəsi şərtləndirir.

İndisə gəlin tanış olaq, Aldo Ferrari kimdir? O bizim dostumuzdur, yoxsa düşmənimiz?! Nəhayət o bizimlə əməkdaşlığa layiqdir ya yox?!

Aldo Ferrari 1961-ci ildə İtaliyanın Ankona vilayətində doğulub. O, vikipediyalarda ixtisasca əsasən rus tədqiqatçısı, rusşünas kimi qeyd olunsa da İtaliyanın Venesiya universitetində və həmçinin də bütün Avropada Erməni tarixi və mədəniyyəti tədqiqatçısı kimi məşhurdur. 1980-ci illərdən - (yəni 24-25 yaşlarından) italiyada erməni memarlığı sərgisinə baxdıqdan sonra erməni dili və tarixi ilə məşğul olmağa başlayıb. İtaliyanın Milan universitetində beynəlxalq siyasət istiqamətində Qafqaz və Mərkəzi Asiya üzrə proqram rəhbəridir. 1999-cu ildə Milanın Kotolik universitetində “İmperiya sərhədləri. Ermənistan Rusiya imperiyasında(1801-1917)” mövzusunda doktorluq dis-sertasiyası müafiə edib və bu iş 2000-ci ildə eyni adda monoqrafiya kimi çap olunub. Aldo Ferrarinin elmi rəhbəri Türkiyə katolikləri cəmiyyətinin rəhbəri, erməni tarixçi, filosofu Levon Zekiyandır. Onlar birlikdə İtaliya “erməni tədqiqatları” assosiasiyasını yaradıblar.

Aldo Ferrari “İtaliya ermənişünaslarının baxışları” jurnalının baş redaktorudur. Aldo Ferrari eyni zamanda İtaliya Ermənişünaslıq simposiumlarının koordinatoru, “Araks”cəmiyyətinin ermənişünaslıq assosiasiyasının müdiridir. 2001-ci ildən, yəni 40 yaşından Beynəlxalq erməni tədqiqatları assosiasiyasının üzvüdür. O, həmçinin İtaliyada Mərkəzi Asiya və Qafqazı öyrənən assosiasiyanın vitse-prezidentidir. Milanda Beynəlxalq Siyasi tədqiqatlat İnstitutunun tədqiqatçısı, geosiyasət üzrə professordur.

Aldo Ferrari 2000-ci ildən başlayaraq ağlagəlməz dinamik sürətlə, ermənilərin qondarma“tarixini” eramızdan əvvəlki dönəmlərdən bu günə kimi və ən əsas məsələ, Azərbaycan həqiqətlərinin ziddinə, tarixi saxtalaşdırmaqla, müqəddəs vətən torpaqlarımızı gəlmə erməni işğalçılarının ərazisi kimi əsaslandırmaqla, erməni genosidi xülyasını bütün qələm imkanları ilə sübut etməklə, hətta daha qədim tarixlərə aparmaqla, Türk, Azərbaycan xalqını, dövlətimizin daxili və xarici siyasətini qaralamaqla, qədim Türk məskənlərinin ermənilərin xeyrinə tarixini yazmaqla, Urartu “davaları” aparmaqla, müasir tarixin və hətta gündəlik məsələlərin şərhində bizim dövlətin əleyhinə, həmçinin bütünlüklə xalis erməni mövqeyindən çıxış etməklə məşhurdur.


İtalyan əsilli, “qanımda bir qram erməni izi yoxdur”-yazan (http://www.aniv.ru/archi-ve/35/ot-artsahskogo-dvorjanstva-do-geopolitiki-kavkaza-aldo-ferrari/) erməni tarixçisi və əsl erməni xislətli Aldo Ferrarinin əsərlərinin adları onun alim tədqiqatçı mövqeyini bir daha təsdiq edir. Bilmirəm, Aldo Ferrarinin onlarla erməni tarixini “qarış-qarış” izləyən əsərlərinin adlarını sadalayım, ya yox?! Bu yazı ilə qarşımda dayanan məqsədin qabarıqlıqla ifadə olunması olduğu üçün onları açıqlamalı olsam, Aldo Ferrarini təbliğ etmiş olacağam. Açıqlamasam, məsələnin nə qədər ciddi, milli mənəvi-psixoloji baxımdan nə dərəcədə acınaqcaqlı olduğunu tam aydınlığı ilə ifadə edə bilməyəcəyəm. Şərhim adi səslənəcək. Hər halda tədqiqatçı arqumentlərinin əsaslandırılması üçün dəlillərdən çıxış etməlidir. Ona görə də düşünürəm ki, Aldo Ferrarini, - bu erməni tədqiqatçısı, missionerini dərindən tanımaq üçün bu məqalədə onun əsərlərinin bəzilərinin adlarını çəkmək, istinadlar vermək labüddür. 

Tanış olun: A. Ferrarinin Monoqrafiya və elmi traktatları: “Ermənistan, “Xristianlıq sərhədi” (2016); “Qafqazın Rusiyanı qarşılaması(2015); “Hökmranlıq axtarışı. XVIII-XIX əsrin ortalarında Ermənistanda kübarlıq, peyğəmbərlik və monarxiya(2011)”; “Ararat və durnalar. Erməni tarixi və mədəniyyəti tədqiqatları (2008)”; “Qafqazın qısa tarixi”(2007); “Qafqaz. Avropa sərhədində xalqlar və münaqişə”(2005); ”İmperiyanın sərhədində. Ermənilər Rusiyada (1801-1917)” (2000); “Erməni tarixi və mədəniyyəti haqqında”(2003); “Ermənilər və Venesiya: Şahrimanyaznovdan Miximara kimi” (2004); “Qafqaz . Avropa sərhəddində xalqlar və konfliktlər”(2005). Jurnal məqalələrindən: “Müasir Ermənistan: milli dirçəliş və irəli dəstəklərdə uğursuz canlanma”(2018); “Türkiyədə və Azərbaycanda erməni abidələrinə səyahət” (2016); “Orta və Şərqi Avropa ölkələrində erməni kolo-niyalarının rolu” (2008); “Erməni əlifbası, min illik mədəniyyətin "nümunəsi"(2008); “XVIII əsrdə Ermənistanda Elita və monarxiya. İran və Qafqazda yeni tədqiqatlara giriş” (2004); “Dində və cəmiyyətdə Türkiyə və erməni xalqının soyqırımı” (2002); “Gizli Faciə”(1998); “Ermənilər və Böyük Pyotrun Fars Ekspedisiyası” (1996);“Ermənistan, “Xristianlıq sərhədi” (2016); “Qafqazın Rusiyanı qarşılaması”(2015); “Hökmranlıq axtarışı. XVIII-XIX əsrin ortalarında Ermənistanda kübarlıq, peyğəmbərlik və monarxiya (2011),“San Lazzaro, Zibaldone-dəki Venedik Erməni adası, vol. "(2014); “Pavel Florensky tərəfindən Slavic araşdırmasında Ermənilər” (2014) ; “İmparatorluğun sərhəddində. Rusya'daki Erməniler (1801-1917) (2000); “ Mərkəzi və Şərqi Avropada Erməni kolonlarının QUADERNI DELLA CASA ROMENA DI VENEZIAdakı rolunun modernləşməsi”(2008) ; “Ean Potockin və BAZMAVEPdəki Yeni Hayastan” (2006); “Rusiya, Birinci Dünya Müharibəsi və erməni genosidi. Məhv olmuş ölkə. Erməni genosidindən 100 il sonra”(2017) və onlarla yenə erməni mövqeyindən olan məqalə, kitablara resenziyalar, ön sözlər, müsahibələr və s.və i.a.

Aldo Ferrarinin əsərlərinin bu qısa siyahisi deməyə əsas verir ki, o, əsl erməni tarixçisidir, bu sahədə ermənilərin güvəndiyi, onları Avropada təmsil edən güclü, inanılmış bir nümayəndədir. Bunu o, özü də bir erməni saytına verdiyi müsahibədə açıq şəkildə ifadə edir: “Bizdə, İtaliyada məsələ ciddi qoyulub. Dilin öyrənilməsi sözsüz olaraq mühümdür. Mən qrabarın öyrənilməsi ilə başladım. İndi müasir tarixlə məşğul oluram deyə,- gözəl amma çətin olan bu dili bir az unuduram”( http://www.aniv.ru/arc-hive/35/ot-artsahskogo-dvorjanstva-do-geopolitiki-kavkaza-aldo-ferrari/).

Aldo Ferrarinin əsərlərində tarixi saxtalaşdırma mövqeyi, hadisələrə yanaşma cəhətləri isə onun həm də daxilən, psixoloji olaraq ermənilərin “adamı” olduğunu, başqa cür desək, elmi obyektivlikdən birmənalı surətdə uzaq, hər bir məsələyə erməni gözü ilə baxdığını, bütün şüuru ilə “erməni” olduğu bəlli edir.

Bunu əyani şəkildə sübut etmək üçün Aldo Ferrarinin əsərlərindən misalları geniş şəkildə diqqətə çatdırmaq istərdim. Lakin əsərlər italyan dilindədir və onları mən internet tərcümə sistemi vasitəsi ilə çevirib oxuduğum üçün bu məqalədə ya ümumi şəkildə məsələnin məğzini açıqlamalıyam, ya da mətni professionallıqla redaktə ilə təqdim etməliyəm. Birinci halda tarixçi deyiləm və tərcümə ilə aydın olan fikri tarixçilərimiz kimi tutarlı şəkildə ifadə edə bilmirəm, ikinci halda A.Ferrari əsərlərini əziyyətlə olsa da ciddi tərcümə, redaktə ilə təqdim etməyi onun xeyrinə, saxtalaşdırılmış tarixin təbliğatına faydalı bir iş hesab edirəm. Bu baxımdan yaxşı olardı ki, tarixçilərimiz A.Ferrarinin ermənipərəst tarix yazılarını cavablandırsınlar və fikrimcə, bizim belə əsərlərə vaxtında qiymət verməməyimiz, onların müəlliflərini susdurmamağımız, erməni əks təbliğatının meydanını daha genişləndirir. Ancaq yeri gəldikcə bəzi ciddi məqamları göstərəcəyəm. Əslində onların hamısı nöqtə-vergülünə kimi və ən qədim tarixlərdən bu günə kimi ermənilərin xeyrinə olan iddialar, təbliğat təkərləridir…“Arsaq dvoryanlığından Qafqazın geosiyasətinə kimi” müsahibəsində onun bu xisləti irəli sürdüyü “ideya” ilə bir daha təsdiqlənir: “İtaliya və həmçinin də Avropada çoxları anlayır ki, tarixi ermənistanla indiki xırda respublika uyğun gəlmir. Bu ziddiyyət genosiddən sonra “qafqaz” olmuş ermənistanda tarixi və siyasi proseslərin düzgün anlaşılmasına ciddi əngəl ola bilər. Mənə elə gəlir ki, “Zaqafqaziya” rusmərkəzləşmə baxışını ifadə edir. Buna görə də mən, eyni zamanda başqa avropa alimləri tarixi İran və Anadolu ilə əlaqəsi olan ermənistandan - “subqafqaz” ölkəsindən danışmağa üstünlük veririk”. http://www.aniv.ru/archive/35/ot-artsahskogo-dvorjanstva-do-geopolitiki-kavkaza-aldo-ferrari/

Emənilərin 100 il boyu yaradıb şar kimi dünyaya uçurduqları dəlillərlə təsdiqlənməyən qondarma Genosid məsələsini A.Ferrarinin daha da uzaq tarixlərə aparması, daha da qara rənglərlə boyaması, Türkiyə və Azərbaycanda daha yeni-yeni erməni abidələri, məskənləri “tapıntıları” da ciddi şəkildə cavablanmalıdır.

Məsələn, Ferrari qondarma Genosid mövzusunun İtaliyada güclənməsini sevinclə qarşılayır, “erməni qenosidinin İtaliya parlamenti ilə bərabər, bir çox şəhərlərin qanunvericlik orqanlarında da qəbul edilməsini, müasir illərdə 20-30 il əvvəllə, həmçinin də Rusiya ilə müqayisədə ermənistan haqqında elmi məruzə üçün auditoriya tapmağın daha asan olduğunu” (http://www.aniv.ru/archive/35/ot-artsahskogo-dvorjanstva-do-geopolitiki-kavkaza-aldo-ferrari/)- qürurla vurğulayır.

Yuxarıda sadalananlar A.Ferrarinin İtalyan doğulsa da xilqətən, xislətən xalis erməni və əsl missiyasının erməni məsələsini dünyada təbliğ etmək, Azərbaycanı isə gözdən salmaqdan ibarət olduğunu təsdiq edir.

Azərbaycanda Aldo Ferrari ilə əməkdaşlıq sütunu

Mən bunları qeyd etməklə təəssüflə bildirmək istəyirəm ki, Azərbaycanda bu adamla - erməni tarixçisi, erməni tədqiqatları assosiasiyası prezidenti və ermənilərə bağlı digər titul-vəzifələrin sahibi Aldo Ferrari ilə əməkdaşlıq edənlər vardır.

Əvvəla, alimlərin əməkdaşlığı elmi istiqamətində bir ana mövzunu yerinə yetirməkdən ibarətdir. Ancaq göründüyü kimi A.Ferrari erməni tarixçisi, erməni tədqiqatçısıdır. İkinci, bir tərəfdən elmi əməkdaşlığın ilkin şərti tərəflərin eyni elmi sahəni təmsil etmələridir və bunun üçün onların əvvəlcə bir-birlərini alim, sahə üzrə mütəxəssis kimi tanıyıb dəyərləndirmələri labüddür. Bu baxımdan da Aldo Ferrarini bizimkilərin tanıyıb onunla əməkdaşlığa baş vurması və bu əlaqələri bu günə kimi davam etdirməsi böyük təəccüb və təəssüf hissi doğurur. Əməkdaşlıq həm də dostluq deməkdirsə, Aristoteldən yerinə düşən bir misal: “Dost iki bədəndə yaşayan bir ruhdur”. İkincisi A.Ferrari italyandır və əməkdaşlıq etdiyi cəmiyyət bizim torpaqlarımızı işğal etmiş, xalqımızı amansız soyqırıma məruz qoymuş, deməli bizim düşməniz olan ermənilərdir. İndi məntiqlə nə alınır?!

Onu da xüsusilə vurğulamaq istərdim ki, A.Ferrari lap başlanğıcda, ilk rəsmi görüşlərində -- 2015-ci ilin oktyabr ayında İtaliyanın Ka-Foskari Universitetində Asiya və Aralıq dənizi tədqiqatları fakültəsində “Azərbaycan və İtaliya multikulturalizminin perspektivləri” mövzusunda təşkil olunmuş konfransda onu “öyrənib” -tanımadan əməkdaşlığa başlayan “bizimkilərə” özünü qısa və aydın surətdə təqdim etmişdir. “Bizim ölkəmizdə multikulturalizm elementləri mövcud deyil, Mən bilmirəm bizim ölkəmizdə multikulturalizm sahəsində diskurs aparmağa dəyər dəyməz, çünki İtaliyanın birləşməsi 150 il əvvəl olmuşdur. Biz daha yaxşısı, Zöhrə Əliyeva ilə ölkənizn iki hissəyə bölünməsi və bunun bu günə qədər davam etməsi kimi ciddi regionçuluqdan danışaq”(http://www.azerbaijannews.eu/site/il-multiculturalismo-nuovo-punto-di-incontro-fra-italia-ed-azerbaijan).

Bu üç cümləlik çıxışda A.Ferrari bu əməkdaşlığın ana mövzusunu qəbul etmədiyini açiq şəkildə bildirir. O, “çıxışının” axırıncı, yekun hissəsində də sanki ona yalvarırlar, “Müəllim və tələbələrimizi ölkənizə göndərmək məsələsinə gəlincə, olar, indi də , gələcəkdə də mümkündür”-deyir ki, bütün bu mövqe əməkdaşlığın körpüsünün özülünün boşluğundan xəbər verir. Konkretlik üçün onun çıxışını orqinal variantında da təqdim edirəm. L’elemento della multiculturalità manca però all’interno del nostro paese, così come ha fatto opportunamente notare il professor Aldo Ferrari, docente di Studi Caucasici della “Ca Foscari”. “Non so se questo discorso del multiculturalismo possa essere allargato anche al nostro paese – ha evidenziato – considerando che l’unità d’Italia è avvenuta oltre 150 anni fa. Piuttosto potremmo parlare di un regionalismo assai spinto, dal momento che le differenze fra le due parti del paese continuano ancora oggi ad esistere. (Francesco Montanino http://www.azerbaijannews.eu/site/il-multiculturalismo-nuovo-punto-di-incontro-fra italia-ed-azerbaijan/)


Bundan başqa əsl alim-ziyalı ölkəsinə, çalışdığı universitetə xarici dövlətdən qonaq gələn və əməkdaşlıq niyyəti ilə qonaq gələn bir qrupu xoş sözlərlə salamlayar ki, yuxarıdakı cümlələrdə (elə yuxarıdakı fotodakı üz cizgilərində) Zöhrə Əliyevaya ünvanlanan vurğu ironiyadan başqa bir fikir və ya hiss ifadə etmir. A.Ferrarinin həmin konfransda Azərbaycanın İtaliya səfirliyinin əməkdaşı Samir Allahverdiyevin, Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin iştirak etdiyi halda adi bir işi, əməkdaşlıq məramlı institutun Beynəlxalq əlaqələr üzrə ictimai əlaqələndiricisinə müraciətlə ərazi məsələsi qədər ciddi mövzunun müzakirəsini təklif etməsi isə artıq açıq münasibətsizliyi, hörmətsizliyi. əsas da erməni mövqeyini təsdiq edir.

Burada haşiyə çıxaram qeyd etmək istəyirəm ki, mən təxminən iki ay əvvəl təsadüfən Aldo Ferrarinin fəaliyyət sahəsi ilə tanış olduqda və haqlı iradımı, narazılığımı yazılı surətdə bildirdikdə mənə “Aldo Ferrarini tanıyırıq. Nə olsun?! Azərbaycan əhalisinin 90 faizini ermənilər təşkil edən Fransada necə böyük işlər görür... Biz istəyirik ki, A.Ferrari Azərbaycanlıların yaxşı adam olduğunu anlasın”!.. -- cavabı verildi .

Bu yazını yazmağa başlamışdım ki, bir həmkarımdan “A. Ferrarini dəyişəcəyik. Aldo Ferrari düzələcək, o bizim xeyrimizə yazacaq...” , xəbərini eşitdim.

Doğurdanmı?! Bəs hanı, A.Ferrari erməni tədqiqatlarını, erməni təbliğatını, bu istiqamətdə də bizim əleyhimizə yazılarını, fəaliyyətini davam etdirməkdədir... Onunla beş il qızğın surətdə əməkdaşlıq edənlərə daha neçə il lazımdır ki, onu dəyişdirə bilsinlər?.. Ancaq əminliklə deyirəm ki, onu nə oxuyublar, nə tanıyırlar. “Düzələcəyinə” ehtimalları da “başdan etmə”-yə bənzəyir..

2015-2019-cu illər... Budur, Azərbaycan- İtaliya multikulturalizm əlaqələrinin ilk tədbirindən 5 il keçir. Ancaq A.Ferrari o il, bu il eyni adamdı. Eyni erməni tədqiqatçısı, eyni erməni mövqeli lobbiçidir

Məsələn, Ölkəmizə gəlib getdiyi 5 ildə, az qala bizə gələcəyi həftə, bizdən getdiyi gün, bizimkilər orda olarkən yenə erməni mövqeyindən çıxışlar etmişdir və etməkdədir. Bu linkdəki biblioqrafik dəlillər qənaətimi bir daha təsdiqləyir. (https://translate.goog-le.com/translate?hl=ru&sl=it&u=https://www.unive.it/data/persone/5591704/curricul-um&prev=search). Hətta çox maraqlıdır ki, o, bizimkilərlə ilk görüşü günündə də Sona Arutyunyan adlı bir erməninin “erməni genosidi italyan ədəbiyyatında” adlı kitabının prezintasiyasında iştirak edib. Yəni baxın ki, öz missiyasına saatbasaat sadiqlik nümayiş etdirib.

Məsələn, “Ermənistan, “Xristianlıq sərhədi”, bu A.Ferrarinin bizimkilərlə əməkdaşlığa başladıqdan sonra – 2016 –cı ildə çap olunmuş monoqrafiyasıdır. Bunlar da : “Türkiyədə və Azərbaycanda erməni abidələrinə səyahət” (2016); ”İran və farslar Raffinin Melikutivvennerində”(2017); “Rusiya, Birinci Dünya Müharibəsi və erməni genosidi. Məhv olmuş ölkə. Erməni genosidindən 100 il sonra”(2017; “Müasir Ermənistan: milli dirçəliş və irəli dəstəklərdə uğursuz canlanma”(2018) onun həmin istiqamətdə çoxsaylı jurnal məqalələrindəndir. Dəyişdiyi görünürmü? Bizə tərəf olacağına ümid qığılcımları hiss olunurmu? Hanı bəs bizdən yazacaqdı?!

Aldo Ferrari təkcə erməni tarixçisi deyil, Azərbaycan və onun siyasi hakimiyyəti əleyhinə lobbiçilik edən biridir…

Hələ Aldo Ferrarinin 2016-ciı ildə aprel ayında Azərbaycan xalqının, Azərbaycan tarixinin ziddinə, əziz şəhid ruhlarımızı incidən, bizi dünyada vəhşi millət kimi tanıdan “Daş yuxular” romanının müəllifi Əkrəm Əylisliyə qahmar

çıxması, onun məktubunu Incontri di Civiltà festivalında oxuması faktı (https://-www.balcanicaucaso.org/eng/Areas/Azerbaijan/Akram-Aylisli-s-Dream-169657)..

Bu da maraqlıdır ki, Ə.Əylisli o festivala gedərkən saxlanılmışdı. Beləsə onun məktubu İtaliyaya, Festival rəhbərliyinə necə yetişmşdi? Əcaba, bəs Nobel mükafatı festivalında bir başqa adam yox idi elə bu A.Ferrari oxuyurdu məktubu?!

2016-cı ildə çap olunmuş “Türkiyədə və Azərbaycanda erməni abidələrinə səyahət” məqaləsində Van şəhəri daxil olmaqla Türkiyənin geniş Anadolu ərazisini, habelə Naxçıvan Muxtar Respubliklasını erməni tədqiqatları marağı ilə gəzib həqiqətdən uzaq erməni tarixi yazan A. Ferrarinin aşağıdakı iqtibasdakı qənaətləri əminəm ki, vətən təəssüblü hər bir vətəndaşımızda ikrah və nifrət hissi doğuracaqdır. “Belə ağrı-acılı ssenari təkcə Türkiyəyə deyil, Azərbaycana da, o cümlədən Naxişevana (az. Naxçıvan ) da aiddir. Bu region minillər boyu erməni mədəniyyətini formalaşdıran, eyni zamanda xüsusilə tarixi Ermənistanının XVII-XVIII əsrlədə dünya iqtisadiyya-tında mühüm rol oynayan iqtisadi şəbəkənin yaranmasında əhəmiyyətli bir hissəsidir. Sovet vaxtında Azərbaycana verilən Naxijevan və onun erməni əhalisi da-vamlı olaraq itib getmişdir və hazırda burda əhali bütünlüklə azərbaycanlılardan ibarətdir. Onun bədii irsi ağır vəziyyətə salınmışdır. Əsas da Culfada ermənilərin əsas incəsənət məskəni xaçkar məzarlığı qəsdən məhv edilmişdir” (https://iris.uni-ve.it/retrieve/handle/10278/3686327/100138/Viaggiomemoria.pdf).

A. Ferrari tarixə qara ləkə kimi iz salan, açıq surətdə dünya ictimaiyyətinə Azərbaycan torpaqlarını erməni məskənləri kimi təqdim edən bu fikirlərini Əkrəm Əylisli ilə bağlı düşüncələri ilə davam etdirir ki, bu artıq onun saxta tarixçiliyindən başqa, psixoloji olaraq ermənilərə satıldığının və əsas da xalqımızın iradəsi ilə bir nəbz kimi eyni döyünən Azərbaycan siyasi idarəçiliyinə düşmənçiliyindən xəbər verir: “... Bu regionda Azərbaycanlı, Naxçıvanlı, Bakı rejiminin izlədiyi, romanına görə vətən xaini kimi günahlandırılan yazıçı Əkrəm Əylislinin yazdığı kimi çox əhəmiyyətli kilsələr və başqa erməni sənət irsi də ciddi təhlükə altındadır. Bundan başqa Əylisli erməni kilsələrinin qalmış olduğu yerlərə bir səyahətdir. Allahın nəzərindən uzaq və diqqətdən kənarda qalsalar belə, öz nəhəngliklərini itirmədilər. Əlbəttə Əylis müsəlmanları hər biri dağlarla əhatələnmiş bu dörd kilsənin memarlığını görmədilər. Ancaq yüksəklikdə Dağlar qoynundakı ilahi harmoniyanı tutmaq üçün erməni olmaq, tatixi bilmək vacib deyildi”(Əylisli, 2015,60)”.

Bundan başqa, Əkrəm Əylislinin doğulduğu kəndi də erməni məskəni kimi tanıtmaq təşəbbüsü onun bizimlə əməkdaşlıq etsə də, çörəyimizi yeyib, suyumuzu içsə də heç vaxt dəyişməyəcəyini açıq ifadə edir. “yazıçı Əylisli təxəllüsünü doğulduğu kəndin adından götürmüşdür ki. bu kənd də qədim Erməni şəhəri Aqulisdir”.https://iris.-unive.it/retrieve/handle/10278/3686327/100138/Viaggiomemoria.pdf..

A.Ferrarinin dostumuz olmayıb, olmayacağını onun 2016-cı il aprel döyüşləri ilə bağlı dərhal erməni saytına verdiyi müsahibə də açıq şəkildə təsdiq edir. O döyüşlərin başlamasını öz düşüncəsinə görə belə şərh edir: “Niyə indi? Çünki Azərbaycan ermənilərin işğal etdiyi bölgəni özünə tabe etmək üçün gücünü göstərmək istəyir. Yaxud da Azərbaycan əhalsinin diqqətini daxili problemlərdən (neftin qiymətinin düşməsi ilə əlaqədar iqtsadi böhrandan) yayındırmaq üçün hücum edib. Lakin o bu hücuma görə məsuliyyət daşıyır”. (https://agensir.it/europa/2016/04/05/nagorno-karabakh-the-implications-are-too-dangerous-to-wage-war/)

A. Ferrari bu eksklyuziv müsahibədə də imkan tapıb erməni qondarma genosidini yada salır və Papanın həmin ərəfədə Ermənistana vizitini onun qondarma genosidi tanıması ilə izah edir.

Aldo Ferrari erməni himayədarlarına sığınıb, əməkdaşlıq etdiyi bizimkiləri qarşısında çox zəif görüb dövlətimiz, ölkə siyasəti, ümimiyyətlə, müasir Azərbaycan siyasi

idarəçiliyi haqqında da istədiyini deməkdən çəkinmir. Məsələn, “Arsaq dvoryanlığından Qafqazın geosiyasətinə kimi” müsahibəsində “İndi Gürcüstan Avropaya dönüş şəkli ilə daha çox maraq doğurur. Belə bir fikir yaranıb ki, Gürcüstanda əsl mənada demokratiya mövcuddur. ... Ancaq bu mənada ermənistanda demokratiyanın çatışmamazlıqları var, Azərbaycanda isə, danışılası heç nə yoxdur” ( http://www-.aniv.ru/archive/35/ot-artsahskogo-dvorjanstva-do-geopolitiki-kavkaza-aldo-ferrari/).

Beləcə, bu italyan əsilli erməni tədqiqatçısi, Ka-Foskari universitetinin erməni dili və ədəbiyyatı müəllimi, İtaliya erməni tədqiqatları assosiasiyasının prezidenti, nə bilmək olar gizli erməni Aldo Ferrari 30 ildən çoxdur ki, bizim əleyhimizə fəaliyyət göstərir, beləcə, o, bizim dostumuz deyil, düşmənimizdir.

50 il də keçsə Zöhrə Əliyeva Aldo Ferrari ilə xalqımız, ölkəmiz xeyrinə heç nəyə nail ola bilməyəcəkdir

Onu dövlətin ciddi strukturu - elmi müəssisəsi ilə əməkdaşlıq üçün tapan, onunla əməkdaşlıq düşünən, onu “taptığını” şəstlə bildirən, hər il onunla əməkdaşlıq üçün öz dairəsinin adamlarını aparan və onu ölkəyə gətirən Zöhrə Əliyeva necə arxada qalan 5 ildə dövlətçiliyimiz, elmimiz, milli məsələmiz müstəvisində müsbət bir nəticəyə nail olmamışdır, qarşıdan gələn 50 ildə heç bir uğur qazanmayacaqdır!

Diqqətli oxucuda Zöhrə Əliyeva kimdir?-sualı yarana bilər və buna görə də qeyd edim ki, onun adı alimdir. Elmlər namizədidir. Xaricdə özünü AMEA-nın elmlər doktoru, professor kimi təqdim etsə də 10 ildir filologiya ixtisası üzrə təqdim etdiyi doktorluq dissertasiyasının Diplomunu əsaslı səbəblərə görə almayıb. Onun institutda vəzifəsi direktorun özünün də dediyi kimi adi tərcüməçidir. Dil bilməsinə gəlincə, yalnız fransız dilini və sinxron deyil, əvvəlcədən əlində olan materialı çevirməklə bilir... Pafoslu “xarici əlaqələr şöbəsinin” müdiri titulu ilə institut üçün yaratmış olduğu əməkdaşlığın bir nümunəsi də budur- Aldo Ferrari!...

Onu da qeyd edim ki, iradlarımı məni Avropaya aparmamağı ilə əlaqələndirən Zöhrə Əliyeva bu qənaətində bütünlüklə yanlışdır. Doğrudur mənim Avropada da və hər bir ölkədə xalqımın elmi fikrini dövlətimin alimi kimi təmsil etməyə haqqım da, hüququm da var, normal şüura malik hər bir alim kimi onlarla səfərim də var! Ancaq mən Avropaya Z.Əliyeva və onun qrupu kimi heç vaxt getmərəm və buna cəhd etmərəm!

Adam, - alim prezidenti müşayət edən alimlərin heyətində, nazirlərin, deputatların və digər mötəbər şəxslərin qrupunda təmsil olunmağı arzular, daha adi tərcüməsinin, -Z.Əliyevanın qrupunda yox ki! Beləcə, mən Zöhrə Əliyevanı (Zoyanı) A.Ferrarini “tanımadan” yaxşı, dərindən tanıdığım üçün onunla cənnətə belə getməyi heç vaxt fikrimdən keçirməmişəm və düşünmərəm də!..

Bir ciddi məsələni də burada qeyd etmək istəyirəm. Belə ki, Zöhrə Əliyevanın – adi tərcüməçi və ya xaric üzrə əlaqələndirici kadr Ulu Öndər Heydər Əliyevin 95 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Romada keçirilən yubiley mərasimində alim kimi iştirak edib. Ölkəmizdə Heydər Əliyev tədqiqatçıları, elə Fəlsəfə institutunda rəsmi “Heydər Əliyev irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsi, onun müdiri və başqa ixtisaslaşmış əməkdaşları olduğu halda maraqlı deyilmi niyə Azərbaycan elmini Zöhrə Əliyeva təmsil edir?! Mövzusu da tamamilə uyğunsuz bir mövzu və onun Avropada çoxdan “dinlənmiş” bir çıxışı... Ancaq institutda Heydər Əliyev tədbirlərində ya heç iştirak etmir, ya da sözü var ki, danışsın?! Deməli, onun Avropaya “elmi” ezamiyyətləri şəxsi səyahətləri üçün planlaşdırılır ki, bunun da adı saxtakarlıqdır.

Zöhrə Əliyevanın və əlbəttə ki, institutun Aldo Ferrari ilə əməkdaşlığının əgər ana mövzusu Multikulturalizmdirsə, A.Ferrari və ümumiyyətlə, “bizim” qrup bu sahədə konkret olaraq hansı işi görüblər? Çox böyük məsuliyyət hissi ilə deyirəm ki, direktor İlham Məmmədzadəni çıxmaqla “həmin qrup” A.Ferrarini, digər avropalı alimləri sözsüz olaraq alim olmadıqlarına “güldürməkdən” başqa heç nəyə qadir olmayıblar. Onların adlarını və vəzifələrini açıqlamıram!.. Açıqlamalı olsam daha başqa suallar və onlara ağır cavablara cığırlar açılacaqdır... İkinci bir tərəfdən axı elə ilk görüşdə A.Ferrari aydın şəkildə bəyan edib ki, “mənim ölkəmdə bu mövzuya 150 il əvvəl son qoyulub, buna ehtiyac görmürəm!”... Belədə nə, nədir 5 illik gediş-gəlişin məqsədi?

Bu da Aldo Ferrarinin Zöhrə Əliyevanın təşkilatçılığı ilə 2018-ci ildə Fəlsəfə İnstitutunda keçirilmiş adı “Beynəlxalq konfrans”-ın (http://philosophy.edu.az/index.php?-newsid=116) savadsızlıqdan doğan başdan-başa nöqsanlarla dolu Materiallarında yer almış “Səkkizinci (?-X.Q) əsrin Zaqafqaziya Multikulturalizmi : Tiflis səhifəsi” məruzəsi. (”Səkkizinci” – 18-ci yazılmalıdır yəqin ki...-X,Q,) Onu da qeyd edim ki, Materiallarda Aldo Ferrarinin məqaləsi direktor İ.Məmmədzadənin məqaləsindən sonra yerləşdirilmişdir. Deməli, o, böyük hörmət sahibi kimi dəyərləndirilir və əməkdaşlıq canlı, möhkəm, “ümidvericidir”.

Aldo Ferrari məruzəsində ilk növbədə Tiflisdə 1897 və 2009-cu illərdə yaşayan millətlərin faizini göstərərkən Azərbaycanlıları hər iki tarixdə 2 faiz göstərmişdir. Ermənilərə gəldikdə XIX əsrdə 29 faiz, 2009-cu ildə 8 faiz . Halbuki, Ferrari əgər bütöv Tiflis quberniyası üzrə əhali sayını 1897-ci il siyahiyə alma nəticələrini azərbaycanlıların sayına görə obyektivliklə hesablasaydı düzgün rəqəm 10.2. ermənilərdə 29% deyil, 18 faiz, Tiflis qəzası üzrə isə Azərbaycanlıların sayını 5.9 % ermənilərin sayını 29 yox, 24.7 göstərməliydi. ( https://az.wikipedia.org/wiki/Tiflis_quberniyas%C4%B1)

İkincisi, Ferrari əməkdaşlıq etdiyi adamların onun məruzəsini diqqətlə izləməyəcəyindən, təqdim etdiyi materialı oxumayacaqlarından əminliklə həqiqəti hətta azərbaycanlılarla üzbəsurət danaraq vurğulayır ki, “Tiflis XIX əsrdə heç də müxtəlif millətlərin toplumu deyildi, hardasa mozaik yaxud transqafqaz multikulturalizminin kiçik bir cənnəti idi, Gürcülər və ermənilər bir də sovet Gürcüstanının müstəqil milli siyasətindən ibarət kiçik bir cənnət”. Göründüyü kimi Azərbaycanlılardan söhbət getmir. Azərbaycanlılar guya XIX əsr Tiflis həyatında mövcud olmamışlar.

Başqa bir misal, “Tbilisi şəhərində (qəza idi o vaxtlar- X,Q) rus və erməni dilləri mədəni plyuralizmin gözəl nümunəsi idi və müxtəlif etnik qruplar uzun əsrlər boyu öz identikliklərindən qopmadan birlikdə yaşayirdilar”. Buyurun, yenə Azərbaycan dili Tiflisdə işlənilməmiş kimi təqdim olunur. Acınacazqlısı hətta bizim öz məkanıızda. Aldo Ferrari öz erməni təbliğatı missiyasından gözümüzün önündəcə çıxış edərək Tiflis quberniyasına daxil olan Axalçixe(18%) Borçalı (29.4%)Zaqatala(34.4%), elə Tiflis qəzalarıında(5.9%) yaşayan ümumi əhali sayına görə ermənilərdən daha çox sayda olan Azərbaycanlıların “mədəni plyuralizmdə” paylarını açıq surətdə danır. Əsl statistikaya görə Tiflis Quberniyasında azərbaycanlıların ümumi say faizi əgər 10.2. təşkil edibsə, ermənilər 16.7% təşkil etməklə bu nəticədən cəmi 6 faiz çox olublar.

... Ferrarinin Azərbaycanlıların adını çəkməməsi onun erməni mövqeyli tədqiqatçı missiyasını təsdiq edir ya yox? Əməkdaş və xüsusən gəldiyi ölkədə alim qonaq olan belə saxtakarlığa yol verər?! Onun özü kimi Zöhrə Əliyeva Ferrarinin məqaləsinin adından tutmuş məqalənin içindəki bir çox ciddi fakt-dəlil, texniki nöqsanları belə görmədən, anlamadan, üstəlik də mətni italyan dilində (konfransın ümumi dili olur və italyan dili bu şərtə daxil deyil) daxil etmişdir.


Aldo Ferrari, həmin konfrans materiallarındakı yazısında 1826-ci ilə qədər “gedib çıxaraq” özünün erməni təbliğatı mövqeyindən “ermənilərin Tiflisdə çoxluq təşkil etdiyini, bu şəhərin Rus imperiyasında ermənilərin siyasi, iqtisadi və mədəniyyət mərkəzi olduğunu, “erməni burjuaziyasının ənənəvi olaraq özündə Gürcüstanı və bütünlüklə Zaqafqaziyanı təmsil etdiyini” və bunu onların XIX əsrdə də qoruyub saxladıqlarını, habelə onların universitetlərindən, jurnal və qazetlərindən” fəxrlə bəhs edir. Ferrarinin çıxışı, həmçinin onun əsasında olan məqaləsi “ Səkkizinci əsrin Zaqafqaziya Multikulturalizmi : Tiflis səhifəsi” adlansa da, onun geniş materialında ermənistan və ermənilərlə müqayisədə Tiflisə demək olar ki, cüzi yer ayrılmışdır. Zaqafqaziya, həmçinin Tiflisin mədəni inkişafında xüsusi tarixi kolorit təşkil edən Azərbaycana, azərbaycanlılara, bizim maddi-mənəvi irsimizin bu regionun inkişafına təsiri məsələsinə guya izimiz belə yoxdur, -kimi tamamilə toxunmamış, ümumiyyətlə, heç olmasa konfransın ev sahibliyi etikasına görə Respublikamıza, Bakı və digər bölgələrimizin mədəniyyət hadisələrinə diqqət ayırmamış, şərh etdiyi məsələlərdə isə birmənalı surətdə ermənilərin təsirini qabartmışdır. Məsələn, A. Ferrari M.F.Axundovun Tiflis həyatı və fəaliyyətindən bəhs edir və mütəfəkkirin yaradıcılığına, hətta onu Zaqafqaziyada və bütün dünyada məşhurlaşdıran komediyalarının yaranmasına ermənilərin güclü təsirini xüsusilə vurğulayir. Onun, aşağıdakı iqtibasda yer alan misal gətirdiyi fikirlər də sözsüz olaraq bizim auditoriyaya heç də xoş təəssürat bəxş edə bilməz! “Ermənilər, gürcülər, çərkəzlər, farslar dağınıq meydanlara axın etdi; onların sırasında gənc rus səlahiyyətliləri Karabağ aygırlarının arxasına keçdi "1. (“Armeni, georgiani, circassi, persiani si accalcavano su una piazza dalla pianta irregolare; in mezzo a loro si aggiravano giovani funzionari russi in groppa a

stalloni del Karabach”). Diqqət edilərsə burada müxtəlif millətlərin adı kimi Qarabağdan gəlmiş Azərbaycanlıların adı yazılmamışdır, əksinə müəyyənlik kəsb etməyən Karabağ aygırları sözü yazılmışdır. Bu atlara aid ifadə olsa belə onları sürənlər də bir millətdir və bu sözsüz olaraq Azərbaycanlılardır. Digər tərəfdən məgər bütün adı çəkilən millətlər atsız olmuşlar və ya Qarabağ ayğırları adamsız olmuşdur?!.http://philosophy.edu.az/index.php?newsid=296;file:///C:/Users/user/Downloads-/Beynlxalq-elmi-konfransn-toplusu%20(1).pdf

Beləliklə, bu məqaləni oxuduqca A. Ferrarinin öz erməni tədqiaqatlarının bir parçasını kosmetik redaktə ilə hazırladığı aydın hiss olunur.

--- “Aldo Ferrari, bizə tərəf işləyəcəkmiş!”... Doğurdanmı yuxarıda adları sadalanan, misallar gətirdiyimiz, hələ 2018-ci ildə yazılmış, necə deyərlər, mürəkkəbi qurumamış erməni mövqeli əsərlərin müəllifini dəyişə biləcəklərini düşünürlər?! Bəs nə vasitə ilə?! Budur 2018-ci il, üstəlik Bakıda məruzə edir və “dəyişmədiyi, dəyişməyəcəyi” də göz önündə!..

Bir də bizdə qızıl kimi dəyərli, mənalı atalar sözləri, misallar var.

... “Quyuya su tökməklə quyu sulu olmaz! Yaxud “Qarı düşmən dost olmaz!”! Bəli, beləcə, gözləməyin! Aldo Ferrarinin 58 yaşdan sonra yazdığı erməni külliyyatını tarixdən siləcəyinə nə inanın, nə ümidlənin! “Dəvənin boynu düzələndə Ferrari də düzələr”.

Hələ bu məsəlimizdən ucalan mənalar var ...

“Əkil Bəkil quş idi.

Divara qonmuş idi.

Getdim onu tutmağa,

o məni tutmuş idi” ...

Bəli, bilmək olmaz kim kimi tutub, tutur... Kim kimi ələ alır... Kim kimin xeyrinə yazır, yazacaq?! Nəhayət bilmək olmaz, kim kimi dəyişdirir, dəyişdirəcək...

Bu da maraqlıdır ki, görəsən Aldo Ferrari bu dayaz, saxta əməkdaşlıq üçün ölkəmizə gələndə haralara baş vurur?.. Yeni erməni abidələri axtarır, ya daha başqa xainlikləri düşünür?! Bu 5 ildə bir cümlə Azərbaycan həqiqətlərindən yazmayan Aldo Ferrari əksinə Əkrəm Əylisli məsələsindən hayqıqır, aprel döyüşlərini tənqid edir, Azərbaycanı hüquqi və mənəvi müqəddəs torpaqlarını işğal etmiş ermənilər üzərinə hücum edib ikicə kəndini onlarla şəhidinin qanı bahasına azad ediyini belə çox görür əməkdaşlıq etdiyi alimlərin mənsub olduğu xalqa! Azərbaycanı atəşkəsi pozduğuna görə hədələyir, Türkiyədə gizli ermənilərin adlarını, əsərlərini şəstlə təqdim edir...

Əcaba bəlkə o özü də elə həmin gizli ermənilərdəndir niyə ona, “day-day” deyirsiz axı? İldə bir neçə dəfə elmi-intellekt cəhətdən A.Ferrarinin bir dəqiqəyə susdura biləcəyi adamlar yığışıb gedir İtaliyaya. Adını konfrans, seminar deyib, hansı daşı, hansı dağın üstünə qoyurlar bəlli deyil. Sonra onlar yığışıb gəlirlər. Adını yenə konfrans qoyub, multikultualizmə nə gün ağlayırlar, naməlum. Əsas da buyurun, açın baxın internet saytlarına.... Hansı ilə maraqlanırsan “Bu səhifə mövcud deyil!” MƏLUMATI ÇIXIR...Elə “srağıgün”-fevralda –Xocalı soyqırımımız günlərində “qrup” yığışıb gedib Avropaya- Fransaya –konfrans-seminara... Hətta institut saytında Fransada Xocalı soyqırımımızdan da çıxışlar edildiyi göstərilir. Amma fransızların saytında bu tədbirin səhifəsi açılmır... Həm də konfrans, konfransdı, seminar-seminar... Seminara da o miqdarda dövlət vəsaiti... ?! Hələ ölkə elmini mənəvi baxımdan təmsil etmək məsuliyyəti var. Məgər kimi oldu xaricə, avropa alimlərinin önünə alim kimi çıxarmaq olar?! Bəli, hər adamın alim adı ilə xaricə konfrans, seminara getməsi kimi elə tanımadan, oxumadan, mövqeyini, amalını, məqsədini bilmədən Aldo Ferrarilərlə əməkdaşlıq etmək də ciddi narahatçılıq doğuran məsələdir.

Bu xalqımıza, torpaqlarına həsrət həmvətənlərimizə, şəhidlərimizin əziz ruhuna, elmi inkişaf etdirmək məqsədli almlərə hörmətsizlikdir. Bundan başqa A. Ferrari ilə əməkdaşlıq – onu qəbul etmək deməkdir ki, belədə axı onun bütün külliyyatı Azərbaycan tarixçilərinin, elə başda görkəmli alim, akademik Ramiz Mehdiyevin əsərlərində sübut etdikləri ilə daban-dabana ziddir. Fikrimcə, xalqımızın tarixini ciddi arqumentlər, dərin elmi-obyektiv dəlillərlə sübuta yetirmiş akademik Ramiz Mehdiyevin əsərlərini – alim mövqeyini qəbul edən, hər halda bunu təcəssüm etdirən bizimkilər A.Ferrari ilə qətiyyən əməkdaşlıq etməməlidirlər. Multikulturalizm adı ilə başlayan bu əməkdaşlığın formal xarakteri Ferrarinin multikulturalizm məsələsi haqqında yenə ermənilərin xeyrinə çıxışlar etməsindən də bəllidir. Buyurun tanış olun: A.Ferrarinin İtaliya Erməni tədqiqatları Assosiasiyasının təşkil etdiyi qondarma erməni genosidi tədbirlərində “bizimlə” əməkdaşlıq edən böyük ehtimallarla “bu gizli erməninin” mövzuları: 1. 21-22 fevral, 2019-cu il Beynəlxalq Konfrans. “Erməni incəsənəti. Mürəkkəb tarix və yeni perspektivlər”; 2. “Anu. Multikultural şəhərdirmi? Nikolay Marr və qədim erməni paytaxtının yenidən açılışı”.(11 aprel 2019-cu il., saat 15.45. http://www.italiarmenia.it/sito/).

Ümumiyyətlə, Multikulturalizm adından istifadə etməklə şəxsi maraqlara xidmət etmək yolverilməzdir. Hələ üstəlik institutda qanuni, rəsmi “Multikulturalizm və Tolerantlıq fəlsəfəsi” şöbəsi olduğu halda sahə üzrə olmayan bir qrup adam Aldo Ferrari kimi bizim dövlətə, xalqa zidd mövqeli adamlarla onları öyrənmədən, tanımadan əməkdaşlıq edir ki, bu Azərbaycanın daxili və xarici siyasətinə, Azərbaycan elminə, ölkədə sistemli inkişaf xətti tutmuş multikulturalizm siyasətinə heç bir nüfuz gətirmir, əksinə tarixə qara ləkələr kimi daxil olur.

Aldo Ferrari daha nələr yazmalı, nə çıxışlar etməli, öz lobbiçiliyi ilə nə işlər görməlidir ki...

“Bizimkilər” ürəklərinə toxdaqlıq verərək, ya bütünlüklə perspektivsiz əməkdaşlıqlarına haqq qazandırmaq, hərəkətlərini ört-basdırmaq istəyərək hələlik bir azacıq diqqət yetirib peşəsini, mövqeyini, şəxsiyyətini, əsas da bizim dövlətə, bizim xalqa, millətə münasibətini müəyyən etdiyimiz Aldo Ferrarinin “düzələcəyini” düşünür, onun dövlətimizin, milli siyasətimizin ziddinə olan mövqeyindən geri çəkiləcəyinə ümid edirlərsə, böyük fiasko!... Ferrari – onun özü kimi yanaşma aparsaq bəlkə də bu “gizli” erməni heç vaxt dəyişə bilməz! Dəyişməz ümumiyyələ, onu Zöhrə Əliyeva və onun qrupunda olan ən güclü bir tək alim İlham Məmmədzadə də dəyişə bilməz! Azərbaycanın bütün tarixçiləri, politoloqları onun cavabını elmi surətdə verə bilərlər! Ancaq onlar da onu dəyişə bilməzlər! O artıq öz sözünü deyib, onu geri qaytarmaq mümkünsüzdür. Bir də niyə də dəyişsin?! Onun bizim qarşımızda belə bir öhdəliyi yoxdur ki...

Haşiyə çıxaraq bir detalı da burada qeyd etmək istəyirəm. Bu AMEA Rəyasət Heyətinin 2017-ci ildə İtaliyanın Elmi Tədqiqatlar Bürosu ilə birgə Qrant layihəsi ilə bağlıdır. Beləki, mən də həmin Layihədə iştirak etmək üçün ərizə vermişdim. Mövzum “Tarixi abidələr, qayaüstü petroqliflər, folklor, xalq yaradıcılığı və digər milli-mənəvi qaynaqlarda “dialoq - multikulturalizm fəlsəfəsi” idi. Şərtə görə İtaliyadan ortaqlar tamaq lazımdı. Layihənin üzvü olan professor İlham Məmmədzadə Aldo Ferrari ilə(mən o vaxt tanımırdım Aldo Ferrarini- iki aydı maraqlanıb, oxuyuram...) yazışdı. O, bizi tam arxayın etdi ki, “bizim İtaliya tərəfdən ortağımız olmağa razıdırlar və bu məsələni çalışdığı fakültədə müzakirə edib, rəsmiləşdiriblər”. Mən də başqa ortaqlar axtarmadım. Nəticələr açıqlandıqda isə məlum oldu ki, Aldo Ferrari rəsmi məktubu İETB-na heç təqdim etməyib. Bu bir! İkincisi, professor İlham Məmmədzadə “niyə belə olduğunu”- ondan soruşduqda o cavab yazdı ki, “biz axı arxeoloq deyilik...”. İndi, artıq onu tanıdıqdan sonrakı “ağlımla” düşünürəm ki, A.Ferrari Layihənin ümumi adını oxuyub rəsmiləşdirdikdən sonra görünür ki, mətnə göz gəzdirmiş və burada bir istiqamət - “Azərbaycan Qobustan qayaüstü abidələrində qədim türk ailəsinin dialoq təfəkkürü” poliolit dövrü və “türk” məsələsi onun erməni mövqeyinə heç uyğun gəlmədiyi üçün bizimlə əməkdaşlıqdan imtina etmişdir... Bundan başqa indi onun əsərləri ilə tanış oluram, xalis tarixi mövzuda əsərlərdir. Belədə məgər o mənəvi abidələr, arxeoloji tədqiqatlar, fəlsəfi antropologiyadan xəbərsizdir?! Hələ üstəlik Türkiyə və Azərbaycanda abidələrə səyahət edib dağları, qayaları “qazmır”?!..

Buyurun bu da onun ən xırda addım da belə erməni tədqiqatçısı dəyişməzliyinə tutarlı misal !..

Ancaq dəyişərsə, Ferrari Fərari olar! Fərarinin isə o cəbhədə də, bu cəbhədə də üzü qara olar! Hələ öz cəbhəsi məhv edər onu! Yəni boş yerə ümidlənməyin!..

Heç məsələ onun dəyişməsində də deyil ! Əsas o, hələ rəsmən İtalyan ola-ola peşə sahəsi –ermənişünaslığa necə şüuru, qəlbi ilə sədaqətlidir, bzimkilər də öz dövlətlərinin mövqelyində olmalı, öz vətənlərini, Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olduqlarını, 25 faiz vətən torpaqlarımızın işğalçı ermənilərin ayaqları altında qaldığını, yüzlərlə şəhidimizin, qazimizin, qaçqın, didərginimizin, Xocalı kimi baisi ermənilər olan soyqırım - sağalmaz yaramızın olduğunu unutmamaları, “ Ferrarilərə işlərinin – (Avropaya səfərlər etmək) xətrinə dayı” deməməlidirlər! Bundan başqa Fəlsəfə institutu əməkdaşlıq üçün tarixçilər deyil, filosoflar “axtarib tapmalıdır”. Hazırda isə Zöhrə Əliyeva səfirliklər vasitəsi ilə ƏMƏKDAŞLIQLARA nail olur ki, əslində elmi əməkdaşlıqlar sahə üzrə məqsəd və vəzifələrin aydın əks olunduğu rəsmi Anlaşma Memorandumları kimi hüquqi sənəd əsasında reallaşmalıdır.

… Məlumatıma görə Aldo Ferrari Zöhrə Əliyevanın təqdimatı ilə 02-03 may tarixlərində Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvətlidir.

Əgər bu məlumat doğrudursa qəribə deyilmi, bu erməni tarixçisi niyə gəlir bizə? Daha dəqiq desəm, hansı üzlə gəlir bizim ölkəyə?! Başqa tərəfdən sual yaranır, o, onlarla dövlətdən olan yüzlərlə qonaq ilə bizim tarixi yurd-yuvamız – müqəddəs torpaqlarımızı ermənilərin işğal etməsindən danışacaq, yoxsa yenə ermənilərin qondarma “əbədi məskənlərindən”, saxta erməni genosidindən danışacaq? Bəlkə fürsətdən istifadə edib əlinə mikrafon keçirib, lap elə yerindən qalxıb torpaqlar ermənilərdə, Sülhdən, Dialoqun labüdlüyündən söz açacaq?! Yeri gəlmişkən, o, 24 aprel - ermənilərin qondarma Genosid hay-həşirindən düz bir həftə sonra “genosidçilər” hesab etdiyi xalqın görüşünə hansı əhval-ruhiyyə ilə gələcək?!

Heç onu demirəm ki, hətta beləsindən həqiqi və mənəvi təxribat, terror da gözləmək olar…

Bu ilin yanvar ayının 19-da İtaliyada Aldo Ferrarinin iştirakı ilə “Yerevandan məktub”( Presentazione del libro "Lettere da Yerevan" 19 gennaio 2019 con Giorgio Macor, Pietro Kuciukian e Aldo Ferrari) kitabının təqdimatı olub. Bu kitabda 3 yarımfəsil 1988-ci il Sumqayıt hadisələrinə həsr olunub ki, bunlarda və ümumiyyətlə bütün kitabdakı materiallarda Azərbaycanlılar və Türklər vəhşi, qatil xalq-millət kimi dünyaya təqdim olunublar. Göründüyü kimi bizimkilərin əməkdaşlıq etdiyi A.Ferrari bu “təqdimatın” birbaşa tərəfdarıdır (https://it.gariwo. net/archivio-documenti/turchiaeuropage-nocidio-armeno/) .

... Bu günlərdə Aldo Ferrari öz ölkəsində ciddi məşğuldur. Onun başı rəhbəri olduğu assosasiyanın QONDARMA erməni genosidi gününə həsr olunmuş, 16 martdan 16 may tarixinə kimi davam edəcək tədbirlər planının həyata keçirilməsinə (koordinatordur) qarışıqdır.

Məqamı olduğu üçün qeyd edim ki, bu günlər bütün dünyada onun da böyük dəstəyi ilə keçirilən qondarma erməni genosidi tədbirləri qardaş Türkiyəmizə də yol alıb... Medya səhifələrində rastlaşdığım bir məlumatda türkiyəli professor İbrahim Öztek bunu bildirib: “İmperalist dövlətlərin ərköyün xidmətçiləri olan ermənilər, hər il olduğu kimi, 24 aprel 2019-cu il tarixi üçün də bütün dünyada qondarma erməni soyqırımı mövzusunda hazırlıqlarını davam etdirməkdədir. O gün İstanbula da gələcəklər, Taksimdə, Bəyoğluda, Heydərpaşada şamlar yandıracaqlar, şəkillər asacaqlar, “türklər bir milyon yarım ermənini yox etdi” deyəcəklər, hər cür təhqiri gözümüzün içinə baxa-baxa edəcəklər. Bəlkə İstanbulda özlərinə yüksək səviyyəli işbirlikçiləri də tapacaqlar. Sonra da qollarını yelləyə-yelləyə gəldikləri kimi gedəcəklər. Bu insanların kimliyi və məqsədi aydındır, onlar bizim sərhədlərimizdən içəri buraxılmamalıdır”. https://axar.az/news/-toplum/366368.html.

Diqqət edin! Türkiyəli alim açıq bildirir: “Bu insanların kimliyi və məqsədi aydındır, onlar bizim sərhədlərimizdən içəri buraxılmamalıdır”.

Yoxsa Aldo Ferrarinin kimliyi və məqsədi aydın deyil?!

Bəs Zöhrə Əliyeva onu niyə ölkəmizə dəvət edir?!

Zöhrə Əliyeva onunla əməkdaşlıqda niyə israrlıdır!?

... Aldo Ferrari daha nələr yazmalı, nə çıxışlar etməli, öz lobbiçiliyi ilə nə işlər görməlidir ki, ona bizimkilər inanmasınlar! Onunla əməkdaşlıq etməsinlər?! Məntiq var! Ermənilər onillər boyu yetşdirdikləri tərəfdaşlarının əbədi düşmən hesab etdikləri Azərbaycanlılarla-Türklərlə 5 il ərzində əməkdaşlıq etdiyini yoxsa bilmirlər?! Belədə bəlkə onlara bu əməkdaşlıq maraqlı olduğu üçün davam etməsinə qarşı çıxmırlar?!..

Çox xarakterik bir məsələni də bu məqamda yada salmaq istəyirəm. Belə ki, bir neçə il əvvəl müğənni Aygün Kazımovanın adı ermənilərlə iş birliyində hallandı. Məlum oldu ki, Gürcüstanlı erməni əsilli Ramozzo Romani müğənniyə stilist xidməti göstərib... Hava Limanından da geri qaytarmışdılar o s t i l i s t i … Mətbuat az qala müğənnini xalq düşməninə çevirmişdi... Ramozzo Romani də erməni ad-soyadı deyil. Peşəsi də tarixçi, erməni patriotu deyil, müğənnilərin səhnə bəzəyi işlərini həll edən Stilistdir! Elə burdaca erməni tarixçisi, bütün şüur varlığı ilə ermənilərə xidmət edən İtalyan Aldo Ferrari ilə adi stilistin təhlükəlilik dərəcəsininin eyni olmadığını diqqətə çatdırmaq istəyi-rəm. İndi müqayisə edin ... Sitilistlə əməkdaşlıq təhlükəlidir, erməni tarixçisi, tədqiqat-çısı ilə əməkdaşlığa YAŞIL İŞIQ və onu Zöhrə Əliyeva dövlətin ən mötəbər tədbiri -- 02-03 may tarixlərində Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edir. Kaş bu məlumat yalan olaydı…

“Aldo Ferrari kimdir və onu dəyişmək mümkündürmü” tədqiqat yazımı yekunlaşdırarkən təhlil- qiymətləndirməmi oxuyub, AMEA-nı, Fəlsəfə institutunu, həmkarlarını tənqid etdi, deyib narazı olacaq şəxslərə Sözüm budur: Bir anlıq Aprel şəhidlərimizin və bütün vətən şəhidlərinin analarının, balalarının, bacılarının və onlara yanan vətəndaşlarımızın acısını hiss etsinlər! İşğal altında inildəyən torpaqlarımızı düşünsünlər! Həm də Aldo Ferrarinin heç çox uzağa getməyək elə bu aprel günlərində İtaliyada qondarma erməni genosidi adı ilə Türk millətini, Azərbaycan xalqını necə vandal, qatil adlandıranlarla dolu bütün tədbirlərin təşkilatçı-koordinatoru olduğunu, əleyhimizə olan məruzələrlə şıdırğı çıxışlar etdiyini düşünsünlər. Onda A.Ferrarilərlə əməkdaşlıq etməyin də, onları tənqid etməyin də nə demək olduğunu anlayarlar” !..

Beləliklə, erməni tədqiqatçısı, erməni lobbiçisi Aldo Ferrari və tərəfdaşların hər birinin əsərlərini oxumadan, mövqelərini, missiyalarını öyrənmədən, xilqətlərinə, xislətlərinə bələd olmadan və həm də “Multikulturalizm” adından sui-istifadə etməklə əməkdaşlıq edənlər məsuliyyət hissini yaddan çıxarmamalıdırlar.

Xatirə QULİYEVA
fəlsəfə elmləri doktoru, dosent.

PS, Müqəddəs dinimizin elçisi, Məhəmməd peyğəmbər(s.s.) buyurub: “Alimin qələminin mürəkkəbi min şəhidin qanına bərabərdir”. Çalışaq bu ali buyuruğa- torpaqlarımız uğrunda şəhid olmuş, qazi olmuş həmvətənlərimizə xatir Sadiq və Layiq olaq!

loading...
loading...
3.5 illik bakteriyanı bədəninə yeritdi "Son iki ildir qripə yoluxmadım"
Məktəbdə dəhşətli hadisə: Daun sindromlu uşaq təcavüzə uğradı...
Deputatın oğlu və 5 qohumu saxlanıldı - VİDEO
Fatih Terim Hasan Şaşın istefasını qəbul etmədi
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Ermənilər İmamverdi ilə Allahverdinin kəndinin yolunu asfaltlamağa başladı - FOTO
Dünya
Rus “Kim Kardaşyan” şəkilləriylə İnstaqramda sərvət qazanır- FOTOLAR
Cəmiyyət
"Deputat nazirə dedi ki, Süleymana Xalq artisti fəxri adı verməyin..."
Dünya
Rusiyada dəhşətli cinayət - Yeniyetmə ailəsinin bütün üzvlərini baltaladı - VİDEO
Cəmiyyət
“Onun ölüm xəbəri mənim üçün çox gözlənilməz oldu...”
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
Düşmənin müdafiə naziri Azərbaycana yalvardı: “Dayandırın...”
Naxçıvanın keçmiş daxili işlər nazirinin Bakıda obyekti "tapıldı"... - FOTOLAR
"Qarış-qarış da olsa öz ərazilərimizi düşməndən təmizləyirik" - Hərbi ekspert...
Sərhədçilərimiz hücuma keçdi - Düşmən mövqeləri nəzarətə götürüldü
Qadın polisin seks görüntüləri yayıldı - Ölkədə qalmaqal - FOTOLAR
“Naxçıvanın Günnüt ərazisi də özümüzün idi, ora işğal olunmamışdı ki, sadəcə..."
“Sənin ərin hara baxır?” - Müğənni aləmi bir-birinə qatdı -FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)