Xəbər lenti
20/08/2019 [18:58]:
Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir
20/08/2019 [18:54]:
“Qarabağda azərbaycanlılardan quş tüfənglərini də yığdırırdı- indi qəhrəmanlıqdan danışır...”
20/08/2019 [18:53]:
İtaliyanın baş naziri istefa verdi
20/08/2019 [18:51]:
Zakir Həsənov: "Qəza baş verən andan həyata keçirilən tədbirlər ölkə Prezidentinin nəzarətində olub" - FOTO
20/08/2019 [18:48]:
"Demokratiyanın beşiyi"ndə müsəlman restoranını “gülləbaran” etməklə hədələdilər...
20/08/2019 [18:46]:
Qubada 10 yaşlı uşaq dəm qazından boğularaq öldü
20/08/2019 [18:30]:
Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi
20/08/2019 [18:26]:
“Azərbaycan diversantları o vaxt bizim bir postumuzu ələ keçirdi...” - Kəşfiyyat rəisi olmuş Karapetyan
20/08/2019 [18:22]:
Müğənnidən attestatsız universitetə qəbul olan tələbəyə JEST: Təhsil haqqını mən verəcəm
20/08/2019 [18:18]:
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
20/08/2019 [18:12]:
“Onun səsləndirdiyi fantastik ideyalar insanları qıcıqlandırır, çünki...”
20/08/2019 [18:05]:
Aktrisadan tənqidlərə cavab: "Əcəb edirəm, baxmayın" - FOTOLAR
20/08/2019 [17:57]:
Braziliyada silahlı şəxs sərnişinlərlə dolu avtobusu girov götürdü
20/08/2019 [17:54]:
AMEA-nın əməkdaşından yeni bəstə: "Adın gəlir ürəyimə" - VİDEO
20/08/2019 [17:52]:
Sevgilisini özündən 30 yaş kiçik qıza dəyişdi - FOTOLAR
20/08/2019 [17:47]:
"Ürəyim sıxılan kimi ərim ilə sevişirəm" deyən model çılpaq halda... -FOTO
20/08/2019 [17:43]:
5 aylıq körpəsini pəncərədən atmaq istədi - QORXUNC... + VİDEO
20/08/2019 [17:43]:
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
20/08/2019 [17:39]:
Vilayət Eyvazov: "Müvəqqəti saxlama yerləri video nəzarət və təhlükəsizlik avadanlıqları ilə təmin olunub"
20/08/2019 [17:38]:
Ağdaşda nikah yaşına çatmamış üç qız hamilə qalıb: üçü də subaydır
20/08/2019 [17:31]:
Gənc qadın metroda anidən dizlərinin üzərinə çökdü və ... - MARAQLI
20/08/2019 [17:21]:
Ermənistanda “Sibir yarası” yayıldı
20/08/2019 [17:13]:
Çimərlikdən 40 kiloqram qum götürən cütlüyə həbs şoku - MARAQLI
20/08/2019 [17:02]:
5 metrlik əl heykəli şəhər sakinlərinin kabusuna çevrildi - FOTO
20/08/2019 [16:48]:
Biri 24, digəri 34 yaşında canına qıydı...
20/08/2019 [16:40]:
"Bu yaşıma ən böyük hədiyyəm nəvəm oldu..."
20/08/2019 [16:38]:
Ölü doğuş keçirdiyi üçün 30 il cəza alan gənc qıza bəraət verildi - FOTO
20/08/2019 [16:37]:
Dişini çəkdirmək istəyən adam gözünü də itirdi - FOTO
20/08/2019 [16:35]:
Çingiz xanın çadırına zəncirlənən qadın sultan - TARİXİ FAKT
20/08/2019 [16:30]:
Millimizin sabiq baş məşqçisi İbrahimlə İbrahimoviçi qarışdırdı - VİDEO
20/08/2019 [16:28]:
Yol polisi və Ekologiya Nazirliyi Bakıda reyd keçirir - FOTOLAR
20/08/2019 [16:27]:
Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi
20/08/2019 [16:26]:
Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək
20/08/2019 [15:56]:
Prezident futbol klubu sahibindən maliyyə dilənir: Hələ belə şey olmamışdı...
20/08/2019 [15:55]:
Nüvə müharibəsi 10 illik “nüvə qışı” vəd edir –Alimlərdən Rusiya və ABŞ-a çağırış
20/08/2019 [15:53]:
Səfir hücuma məruz qalıb –Özü xəsarət alıb, saatı oğurlanıb
20/08/2019 [15:50]:
Ali məktəblərdə boş qalan yerlərlə kolleclərə keçirilən müsabiqə… –Cavablar elan olundu
20/08/2019 [15:26]:
“Onlar lüt soyunur, seksual xarakterli cinayətlər edir, xüsusi amansızlıqla qətllər törədirlər” - MÜSAHİBƏ
20/08/2019 [14:56]:
Saakaşvili: "Qarabağ Azərbaycandır!"
20/08/2019 [14:55]:
258 məhkum həbsdən qaçdı- ÖLKƏ ŞOKDA...
20/08/2019 [14:47]:
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
20/08/2019 [14:20]:
Bakıda kirayə evlər ötən aydan bahalaşıb
20/08/2019 [14:14]:
Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb
20/08/2019 [13:56]:
Düşmən Lələtəpədə itirdiyi əzalarını Avropada axtarır: Kimi əl, kimi ayaq həsrətində...
20/08/2019 [13:53]:
"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır
20/08/2019 [13:50]:
Şabrandakı yanğınla bağlı 7 nəfər xəstəxanalıq oldu
20/08/2019 [13:33]:
Şüşədəki əlli illik məktubun sahibi tapıldı- MARAQLI...
20/08/2019 [13:24]:
Göyçə gölü poliqona çevrildi: Düşmənin qadını da, uşağı da güllə atmaqda yarışır...
20/08/2019 [13:23]:
Obama, Zukerberq və Geyts Ermənistana gedir
20/08/2019 [13:21]:
Nursultan Nazarbayev bəstələdiyi mahnı üçün klip çəkdirib - VİDEO
20/08/2019 [13:16]:
Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
20/08/2019 [13:09]:
Bakı metrosuna gələn elektrik xəttində gərginliyin düşməsi “Sahil” stansiyasını işıqsız qoydu
20/08/2019 [13:06]:
BSU-da sənəd qəbulu yüksək səviyyədə gedir - FOTOLAR
20/08/2019 [12:57]:
Nazənin izləyicisini polisə verir
20/08/2019 [12:53]:
"Onların hərəkətlərinə görə utanıram, öldürəcəklərsə, gəlsinlər məni öldürsünlər...”
20/08/2019 [12:52]:
Bərdədə 42 yaşlı kişi bıçaqlandı
20/08/2019 [12:45]:
Milli Qəhrəmanın bacısı oğlu rəis təyin edildi
20/08/2019 [12:42]:
3 uşaq anasının təcavüzkardan – Amansız qisası -FOTO
20/08/2019 [12:31]:
"MİQ 29"un pilotunun nəşi tapıldı - 29 gün sonra...
20/08/2019 [12:25]:
Kəmalə İsmayılova: "Mənə kişilərdən çox, qadınlar sevgi təklifi edir" -FOTO/VİDEO
20/08/2019 [12:16]:
Gəncənin icra başçısı sənədsiz evlərlə bağlı məsələyə toxundu
20/08/2019 [12:14]:
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - FOTOLAR
20/08/2019 [12:11]:
Rusiya diplomunun Azərbaycanda tanınmasına dair saxta şəhadətnamə hazırlanıb
20/08/2019 [12:09]:
Azərbaycanı Avropa çempionatında qalib heyət təmsil edəcək
20/08/2019 [12:05]:
Almaxanım Əhmədli doğum gününü qeyd etdi
20/08/2019 [12:05]:
672 bal toplayan abituriyent ADU-nu seçib
20/08/2019 [11:58]:
Qardaşına görə ürəyindən vurulan Qəribovun ölümünə görə məhkəmə işi - kütləvi davanın TƏFƏRÜATI
20/08/2019 [11:57]:
Ermənistanda kriminal avtoritetə məxsus fondun rəhbəri ölkədən qaçmağa çalışdı
20/08/2019 [11:56]:
Azərbaycanda attestatı olmayan abituriyent tələbə oldu - MARAQLI
20/08/2019 [11:55]:
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın
20/08/2019 [11:54]:
"Nə qədər ki, peşəkar diktorluq məktəbindən söhbət gedəcək o, sönməz ulduz kimi..."
20/08/2019 [11:27]:
Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...
20/08/2019 [11:26]:
Almazbek Atambayevin həbs müddəti uzadılıb
20/08/2019 [11:23]:
Rusiyalılar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar
20/08/2019 [11:17]:
“Klon” serialının “Hade”si sevgilisi ilə fotosunu paylaşdı
20/08/2019 [11:16]:
Sumqayıtda yeni layihələri uğurla icra olunur -Zakir Fərəcov görülən işlərlə tanış oldu
20/08/2019 [11:16]:
Düşmən daha bir tarixi abidəmizin  “erməni kilsəsi” adı altında "bərpası"na başladı-FOTOLAR
20/08/2019 [11:11]:
İyulun 1-nə Azərbaycanda problemli kreditlərin həcmi 1,5 mlrd. manata yaxın olub
20/08/2019 [11:10]:
Ermənilər iriçaplı pulemyotlarla atəşkəsi pozdu
20/08/2019 [11:08]:
Onu fahişə adlandıran gəncin həbsini istəyir
Bütün arxiv bir sırada
20/04/2019 [17:28] - Müsahibə - ( 3512 dəfə baxılıb)

"İslahatları həyata keçirəcək şəxslərin özləri məhkəmə sistemini bu vəziyyətə salıb..."



Uzun müddətdir ölkədə mövcud olan durğunluq sanki müəyyən dəyişiklik dönəmi ilə əvəzlənir. Xüsusən də bu ilin ötən dövründə baş verən dəyişikliklər xüsusi qeyd oluna bilər. Sosial-iqtisadi sahədəki yeniliklər, müəyyən kadr dəyişiklikləri, məhkəmə-hüquq sistemində islahatların aparılmasına start verilməsi ölkədə yeni bir dönəmə qədəm qoyulduğunu düşünməyə əsas verir.

Moderator.az “Unikal” qəzetinə istinadən Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın müsahibəsini təqdim edir:

- Fazil bəy, öncə son dövrlər həyata keçirilən islahatlarla bağlı fikirlərinizi öyrənmək istərdik. Baş verən dəyişiklikləri necə dəyərləndirirsiz?

- Ölkədə baş verən dəyişikliklər əslində odur ki, Prezident tərəfindən gerçək bir islahat aparmaq niyyəti ortaya qoyulub. Yanvar ayından etibarən bu islahat niyyəti tam bariz şəkildə özünü göstərir. Amma gəlin görək, bu niyyət hamı tərəfindən anlaşılıbmı? Bunu söyləmək çətindir. Xüsusilə hakimiyyət komandasında xeyli qüvvələr var ki, bu islahatların həyata keçirilməsinə maneçilik törədir. Bunlar maraqlı deyillər və maraqlı tərəfi odur ki, prezident Novruz Bayramı ilə bağlı çıxışında xüsusi vurğuladı ki, əsas diqqət məhkəmə hüquq islahatlarına yönəldilir. Amma məhkəmə hüquq islahatlarını həyata keçirəcək şəxslərin özləri məhkəmə sistemini bu vəziyyətə salan qüvvələrdir. Ona görə də bunun necə həyata keçiriləcəyi açığı sual altındadır. 

- Bəs təklifiniz nədir? Sizcə, bu sahədə islahat prosesinə kimlər cəlb olunmalıdır?

- Bura daha çox parlamentin potensialını cəlb etmək lazım idi. Parlament üzvlərinin, xüsusilə müstəqil hüquqşunasların münasibəti lazım idi. Onu da qeyd etməliyəm ki, həmin qüvvələr vəkillər sistemini də alt-üst etdilər. Nümayəndəlik institutunu ləğv elədilər. Bu gün vətəndaşın normal müdafiə imkanları sıfıra enib. Çox ciddi problemlər var. Ona görə də islahat niyyəti hələ ki prezidentdən aşağı səviyyələrdə əngəllə qarşılanır. Digər sahələrdə də elədir. Məsələn, iş adamları və sahibkarların yoxlanmasının qadağan olunması ilə bağlı müəyyən təkliflər var idi. Bu barədə prezident tərəfindən sərəncam da verildi ki, sahibkarları yoxlamaq olmaz. Onlara imkan yaratmaq lazımdır ki, daha da inkişaf etsinlər, böyüsünlər. Amma bu gün sahibkarlardan soruşsan, yenə də həmin manelər qalır.Yaxud tikinti və başqa sektorlarda fəaliyyət sərbəstliyi veriləcəkdi ki, bu sahədə də nəzərdə tutlanlar baş vermədi. Heç kəs öz sahəsində müstəqil fəaliyyət göstərmək imkanına malik deyil. Müstəqil təşəbbüs imkanı boğulur. Ona görə də islahatlar kompleks, real məzmun daşımalıdır. Ölkə prezidentinin də istədiyi odur. Amma aşağılarda buna manelər çox olduğuna görə də islahatın nəticələrini hələ ki görmək olmur.

- Amma islahatların dərinləşməsi qaçılmazdır. O zaman aşağıların buna maneə törətməsinin qarşısını necə almaq olar?

- Birinci növbədə islahatın öz kadrlarını tapmaq lazımdır. Bu da olduqca önəmli məsələdir. İkinci növbədə, ümumiyyətlə, hakimiyyət eşalonunda olan insanlar müəyyən dərəcədə öz imtiyazlarından imtina etməyi göz önünə almalıdırlar. Çünki imtiyazdan imtina etmədən islahat aparmaq olmaz. Aşağı səviyyədə problemlərin çoxu inhisarçılıqla, korrupsiya ilə bağlıdır. Bunlara qarşı müəyyən cəbhə açmaq üçün mütləq yuxarı eşalondakılar bundan imtina etməli, bu imtiyazlardan uzaqlaşmalıdırlar. Uzaqlaşmadıqda islahatın həyata keçirilməsi  düzgün deyil.

- Fazil bəy, bir məqam müşahidə olunur ki, hansısa iri ranqlı məmur işdən çıxarılanda aşağılarda ona yaxın olan çoxlu kadrları zərərsizləşdirilir. Sanki məmurlar özlərinə zəncir yaradır, özləri yuxarıda otururlar, aşağılarda da öz adamları olur. Bəlkə elə problemin kökündə bu amil dayanır?

- Məsələ təkcə onunla bağlı deyil. Azərbaycanın çoğrafi şərtləri və geosiyasi vəziyyəti elədir ki, hər an təhlükə yaşayan bir ölkədir, Şimaldan, cənubdan problemlər yaşayır. Daxildə o islahatları həyata keçirmək üçün beynəlxalq faktorları nəzərə almaq lazımdır. Amma birinci növbədə cəmiyyətdə siyasi azadlıqdan öncə iqtisadi azadlığın yolları düşünülməlidir. Çünki iqtisadi rifahı normal olmayan cəmiyyətdə siyasi azadlıqlar ölkədə müəyyən dərəcədə təlatümlər yarada bilər. Ona görə birinci növbədə Azərbaycan hakimiyyəti ildırımla məşğul olmamalıdır, ildırım ötürənlə məşğul olmalıdır. İldırım onsuz da təbiət hadisəsidir, hər zaman olacaq. İldırım ötürən isə iş adamıdır, sahibkardır. Bunları dövlət dəstəkləməlidir. Yoxsula pul verməklə məsələ çözülmür. Yoxsula pul verərsən, onu xərcləyər, bir aya bitər. Amma sahibkara pul verdikdə, sahibkara imkan yaratdıqda sahibkar iş yeri açacaq, qalıcı olaraq həmin o yoxsula iş verəcək, onu yoxsulluqdan çıxaracaq. Deməli, ildırım əvəzinə, ildırım ötürənə dəstək vermək lazımdır. Çünki ildırım yerə düşəndə ən az ildırım ötürənə görə cəmiyyəti zədələmir, insanı sıradan çıxarmır. 

- Belə bir məqamda cəmiyyət, eləcə də müxalifət nə etməlidir?

- Belə bir məqamda cəmiyyətin də üzərinə yük düşür. Bu istiqamətdə cəmiyyət olaraq, eləcə də bütün müxalifət partiyaları prezidentə dəstək verməlidir ki, islahatı dərinləşdirsin, ona mane olan qüvvələrə bəhanə yaranmasın ki, müəyyən dərəcədə bu məhdudlaşdırılsın. Bu baxımdan, mən hesab edirəm ki, ölkədə birinci iqtisadi azadlıqlar genişlənməlidir. Ardınca isə tədricən siyasi azadlıqlara keçib daha intensiv addımlar atılmalıdır.

- Son zamanlar görürük ki, hansısa hadisə olanda aidiyyatı məmurlar buna müdaxilə edə bilmir. Adekvat reaksiya olmur. Sonda prezident məsələyə müdaxilə edir, problemin həlli istiqamətində tədbirlər görür. Bu, nəyin nəticəsidir?

- Bu, bilavasitə sistemin lazımınca işləməməyinin nəticəsidir. Məsələn deyək ki, "Diqlas" yanır. Bu, bir sığorta hadisəsidir. Bu, prezidentə aid olan məsələ deyil. Amma nə baş verdi? Prezident gördü ki, sahibkar ortada qalıb. Gəldi məcbur olub onlara dəyən zərəri ödədi. Sübut olundu ki, ölkədə siğorta sistemi çöküb.  Sığorta sistemini yenidən ağıllı formada dirçəltmək lazımdır.Ya zəlzələ oldu. Zəlzələdə problem nədir? Evlər sığortalanmalıydı. Bunu da sığorta şirkəti ödəməliydi. Bu da baş vermədi. Çünki bu sahədə də sistem çöküb.Təhsil müəssisələrində olan müəyyən problemlərin prezidentin öz üzərinə götürməsinə gərək yoxdur. Bunlar məktəb çərçivəsində həll olunmalı məsələdir. Məktəblərdə funksiyaların doğru yerinə yetirilməsinə ehtiyac var. Prezident deyir ki, sahibkarı yoxlamaq olmaz, amma sahibkarları qeyri-rəsmi yoxlayırlar, onlardan pul tuturlar. Müxtəlif vasitələrlə onun vəsaitini mənimsəyirlər, onlara təzyiq edirlər. Məhkəmə sistemi tam ədalətsiz olduğuna görə, sahibkar onlara müraciət etmir. Bilir ki, onun əleyhinə qərarlar çıxarılacaq. Məhkəmələrdə korrupsiya problemləri özünü qabarıq şəkildə göstərir. Bunlar ona görə prezidentin müdaxiləsi ilə nəticələnir ki, sistem buna lazımi səviyyədə reaksiya verə bilmir, uminiteti pozulub. Biz ona görə elə etməliyik ki, sistem işləsin. Prezident bütün xırda məsələlərə görə müdaxilə eləməsin. Ölkədə ən birinci məhkəmə islahatından başlamaq lazımdır. Əgər məhkəmələrdə qərarlar hüquqa uyğun çıxarılmırsa, iş adamının, vətəndaşın hüququnu qoruya bilmirsə, hakim korrupsiya ilə qərar çıxarırsa, onda ədalətə güvənmək olmaz. Ona görə bu sahədə ciddi işlər görülməlidir. Ondan sonra bu kimi məsələlərə müdaxiləyə ehtiyac qalmayacaq.

- Fazil bəy, hər bir ölkənin inkişafı üçün siyasi institutların, siyasi proseslərin önəmi böyükdür. Bu prizmadan yanaşsaq, hazırda siyasi baxımdan hansı islahatları aparmaq olar?

- Hazırda ölkədə bütövlükdə siyasi islahatların əsas problemlərindən biri partiya demokratiyasının ölümcül vəziyyətdə olmasıdır. Partiya demokratiyası artıq işləmir. Artıq növbəti seçkilərə proporsional seçki sistemi ilə bağlı müddəalar əlavə etməliyik ki, partiya təmsilçiliyi önə çəkilsin. Bu olmadığına görə də həm parlamentdə elitarlığı tətbiq etmək mümkün deyil, həm də lazımi kadrların dövlət tərəfində iştirak etməsi çətin olur. Ona görə bütün gücü partiya demokratiyasının gücləndirilməsinə sərf etmək lazımdır. Çünki kütlə demokratiyasının inkişafı heç də o demək deyil ki, layiqli insanlar gələcəkdə müəyyən mövqe başına gələcəkdir. Çünki mojaritar dairədə bir ziyalı ilə biznesmen müqayisə olunsa, o pullu adam öz pulu ilə vətəndaşı ələ alacaq. Yenə o ziyalı seçilməyəcək. Bu seçimin partiyalar vasitəsi ilə edilməsi layiqli adamların seçilməsinə imkan yaradacaq. Ona görə siyasi islahatlar birinci növbədə partiyaların güclənməsindən başlanmalıdır. Yeni Azərbaycan Partiyası belə partiya modeli ilə fəaliyyət göstərməyə meyilli deyil. Bu partiya da dövlət qurumu kimi fəaliyyət göstərir. Biz onu da partiya modelinə qaytarmalıyıq ki, hakim partiya kimi öz funksiyasını yerinə yetirsin. Müxalifət partiyaları da bununla öz işlərini faydalı istiqamətdə yerinə yetirə bilər.

loading...
loading...
5 aylıq körpəsini pəncərədən atmaq istədi - QORXUNC... + VİDEO
Gənc qadın metroda anidən dizlərinin üzərinə çökdü və ... - MARAQLI
Çimərlikdən 40 kiloqram qum götürən cütlüyə həbs şoku - MARAQLI
5 metrlik əl heykəli şəhər sakinlərinin kabusuna çevrildi - FOTO
Ölü doğuş keçirdiyi üçün 30 il cəza alan gənc qıza bəraət verildi - FOTO
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Qarabağda azərbaycanlılardan quş tüfənglərini də yığdırırdı- indi qəhrəmanlıqdan danışır...”
Siyasət
“Onun səsləndirdiyi fantastik ideyalar insanları qıcıqlandırır, çünki...”
Cəmiyyət
Şüşədəki əlli illik məktubun sahibi tapıldı- MARAQLI...
Gündəm
Göyçə gölü poliqona çevrildi: Düşmənin qadını da, uşağı da güllə atmaqda yarışır...
Cəmiyyət
"O, muğama özüylə yeni bir era gətirdi..."
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
"Qarış-qarış da olsa öz ərazilərimizi düşməndən təmizləyirik" - Hərbi ekspert...
“Sənin ərin hara baxır?” - Müğənni aləmi bir-birinə qatdı -FOTOLAR
Sərhədçilərimiz hücuma keçdi - Düşmən mövqeləri nəzarətə götürüldü
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
“Naxçıvanın Günnüt ərazisi də özümüzün idi, ora işğal olunmamışdı ki, sadəcə..."
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
“Bu, düşmənə ciddi xəbərdarlıqdır” – “Güzəşt olmayacaq!”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)