Xəbər lenti
18/08/2019 [17:50]:
Adolf Hitlerin 1945-ci ilin mayında ölmədiyi ilə bağlı yeni məlumat yayıldı - FOTO
18/08/2019 [17:44]:
DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqladı
18/08/2019 [17:43]:
Millət vəkili Afrikadan olan təşkilat rəhbərlərinə köçkün qadınlardan danışdı - FOTOLAR
18/08/2019 [17:35]:
Qax sakini Şəkidə faciəvi şəkildə öldü
18/08/2019 [17:06]:
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
18/08/2019 [17:03]:
4 milyona dinozavr skeleti satılır
18/08/2019 [17:01]:
Rusiyada 10-cu sinif şagirdi bir ailəni qətlə yetirdi
18/08/2019 [16:49]:
Ucar rayonunda insanları qorxuya salan naməlum məxluq tutuldu? - Rəsmi açıqlama
18/08/2019 [16:44]:
Avtomobilini işə salmaq üçün mikroçipi dərisinin altına yerləşdirdi – FOTO/VİDEO
18/08/2019 [16:07]:
İlk cinsi əlaqəyə qədər oğlanlara bu peyvənd olunmalıdır – Papilloma virusunun xərçəng təhlükəsi
18/08/2019 [16:03]:
İki yaşlı uşağı "tok" vurdu - Azərbaycanda bədbəxt hadisə
18/08/2019 [16:03]:
İŞİD Kabildə toyda törədilən terror aktına görə məsuliyyəti üzərinə götürdü
18/08/2019 [16:00]:
Bikinili fotosu 1 milyon topladı
18/08/2019 [15:55]:
Ağırçəkili şəxsi evdən çıxarmaq üçün FHN-ni çağırdılar
18/08/2019 [15:49]:
Otla dolu maşın yanır - FOTO/VİDEO
18/08/2019 [15:45]:
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"
18/08/2019 [15:08]:
İki ölkə ABŞ-a qarşı anlaşdı - Yeni gəlişmə
18/08/2019 [15:07]:
İmran Xandan dünyaya çağırış: Nüvə arsenalı...
18/08/2019 [15:05]:
Əsəd rejimi humanitar yardımlardan silah kimi istifadə edir - sensasion sənədlər yayıldı
18/08/2019 [14:59]:
“Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu
18/08/2019 [14:59]:
Rusiyanın müdafiə naziri Avropada və Asiyada ABŞ-a sərt cavab veriləcəyini söyləyib
18/08/2019 [14:59]:
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR
18/08/2019 [14:56]:
İsmayıl Abdullayev şərhçilikdən uzaqlaşdırıldı - Efirdə dediyi bu sözlərə görə
18/08/2019 [14:19]:
Gəncləri öz qurbanına çevirən estetik əməliyyatlar...
18/08/2019 [14:14]:
Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib...
18/08/2019 [14:12]:
5 yaşlı uşağı duşa bağlayıb, işgəncə verdilər -VİDEO
18/08/2019 [14:07]:
Şəmkirdə sərxoş ər qaynanasının evini yandırıb, 2 yaşlı körpə ölüb, xəsarət alanlar var - YENİLƏNİB
18/08/2019 [14:06]:
Ermənistan “140 hektar torpaq almışıq” dedi, Azərbaycan MN istehzalı cavab verdi - "Gülüş doğurur..."
18/08/2019 [14:03]:
"Mançester Siti" "Tottenhem"lə heç-heçə edib
18/08/2019 [13:51]:
3 ayda 2-ci dəfə ana oldu
18/08/2019 [13:50]:
Buraya qadınların girişi qadağandır: 2000 kişinin yaşadığı adanın sirri - FOTOLAR
18/08/2019 [13:48]:
"İlham Əliyev də Mehriban Əliyevanı birinci vitse prezident təyin etməklə..."
18/08/2019 [13:42]:
Şəmkirdə baş verən faciədə yanan qadın və anasının vəziyyəti açıqlandı
18/08/2019 [13:37]:
Şair Oqtay Rza vəfat etdi
18/08/2019 [13:34]:
Vilayət Eyvazovdan yeni rəis təyinatı
18/08/2019 [13:29]:
İki yaşlı oğlunun ölümünə səbəb olan atayla bağlı - Rəsmi açıqlama
18/08/2019 [12:20]:
Bill Geytsin hansı təxminləri həyata keçib?
18/08/2019 [12:16]:
Zəlzələ kahinindən ŞOK xəbərdarlıq
18/08/2019 [12:13]:
Bakı metrosunda sərnişinin halı pisləşdi
18/08/2019 [12:01]:
Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər
18/08/2019 [11:43]:
“Kriminal dünyanın tacı” - Heç kim ölümünə inanmadı
18/08/2019 [11:30]:
Türkiyədə ağır qəza - 37 yaralı
18/08/2019 [11:04]:
Banqladeşdə yanğın 50 min insanı evsiz qoydu
18/08/2019 [10:57]:
Duzdan çox istifadə etmək ömrü qısaldır - XƏBƏRDARLIQ...
18/08/2019 [10:43]:
Futbola baxan “saqqallı” qızlar saxlanıldı
18/08/2019 [10:40]:
Bu gün 40 dərəcə isti olacaq
18/08/2019 [10:30]:
Bu gün dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir
18/08/2019 [10:22]:
Düşmən snayper tüfənglərindən istifadə etməklə atəşkəsi pozdu
18/08/2019 [10:12]:
Xanım ofisianta bəxşiş olaraq avtomobil hədiyyə etdilər- MARAQLI...
18/08/2019 [10:09]:
Qadın uşaqlarını iki ay yarımlıq ara ilə dünyaya gətirdi
18/08/2019 [10:08]:
“Paşinyan bu təxribatçı çıxışı ilə Minsk Qrupunu yox elədi və Ermənistanı müharibəyə sürükləyir...”
18/08/2019 [10:05]:
Qazaxıstanda 5,4 maqnituda gücündə zəlzələ olub
18/08/2019 [10:04]:
Kraliçadan şahzadə Meqana növbəti qadağa: "Cırıq" cins geymə
18/08/2019 [10:02]:
Şəmkirdə yanğın zamanı 2 yaşlı uşaq ölüb
18/08/2019 [09:41]:
"Əmioğlu, eşitmişəm hamıya etdiyiniz cinayətlərdən danışırsınız, bəlkə birini də mənə danışasınız"
18/08/2019 [09:28]:
Putin ikinci prezidentlə həbsxanada görüşəcəkmi?
18/08/2019 [09:24]:
Neftçalada 24 yaşlı gənc intihar etdi
18/08/2019 [09:23]:
Gürcüstan ABŞ ilə hərbi əməkdaşlığı genişləndirir
18/08/2019 [09:20]:
Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
18/08/2019 [09:07]:
ABŞ-a məxsus PUA Rusiya sərhədində
18/08/2019 [09:01]:
Tramp təsadüfən tərəfdarını təhqir etdi
18/08/2019 [08:59]:
Əsəbiləşəndə sakitləşməyin ən sadə yolu
18/08/2019 [08:56]:
Rusiyada siqaret çəkənlərin maaşı azaldılacaq
18/08/2019 [08:56]:
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
18/08/2019 [08:54]:
Argentina Prezidenti yeni maliyyə naziri təyin etdi
18/08/2019 [08:53]:
Krımda unikal sarkofaq tapıldı
18/08/2019 [08:50]:
İsrailə 3 raket atıldı
18/08/2019 [08:26]:
Soçi aeroportunda işdən çıxarılan ermənilər rəhbərliyi şantaja keçdilər
18/08/2019 [08:24]:
Milyarder-sutenyorun müəmmalı ölümü ətrafında qalmaqal səngimir
18/08/2019 [08:19]:
Poroşenko Rusiyanın qorxularını açıqladı
18/08/2019 [08:17]:
Əfqanıstanda toyda partlayış olub: 63 nəfər ölüb - YENİLƏNİB
18/08/2019 [08:13]:
ABŞ-da təyyarə evin üstünə düşdü
18/08/2019 [08:11]:
Poroşenko Ukraynadan 8 milyard dollar çıxarıbmış
18/08/2019 [08:10]:
İran yeni ZRK ilə Rusiya və ABŞ-a meydan oxuyur
18/08/2019 [00:28]:
Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - FOTO/VİDEO
18/08/2019 [00:24]:
Azərbaycanda baba nəvəsi ilə “avtoşluq” etdi - VİDEO
18/08/2019 [00:21]:
“Real Madrid” La Liqaya qələbə ilə başladı - VİDEO
18/08/2019 [00:07]:
Böyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTO
18/08/2019 [00:05]:
"Qəbələ" ölkə çempionatına məğlubiyyətlə başladı
17/08/2019 [23:59]:
Abşeronda 13 yaşlı oğlanı maşın vurub, sürücü qaçıdı
Bütün arxiv bir sırada
22/04/2019 [12:04] - Müsahibə - ( 8147 dəfə baxılıb)

“Bakıya gələcək erməni jurnalistləri hava limanından aparıb Müdafiə Nazirliyinə təhvil vermək lazımdır”



Qarabağ danışıqlarının Moskva raundunda əldə olunan razılaşmalar Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Moderator.az xəbər verir ki, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində olduqca ilginc fikirlər söyləyib.

- Eldar bəy, Paris, Moskva və indi də Vaşinqton. Bu trayektoriyada davam etdirilən Qarabağ danışıqları sizə nə deyir, vaxt uzadılır, yoxsa ciddi bir proses var?

- Əgər biz bu görüşləri, bu aktivliyi diplomatik siyasi proses kimi qiymətləndirsək, onda bir nəticəyə gələcəyik: fəallıq var, bu da onunla bağlıdır ki, Ermənistanda yeni hakimiyyət formalaşıb. Bu hakimiyyətin nə xarici siyasəti, nə Qarabağla bağlı niyyəti hələ axıra kimi bəlli deyil. Böyük oyunçular, xüsusən də Rusiya və ABŞ, Avropa Birliyinin adından Fransa çalışırlar ki, yeni yaranmış bu durumu dəqiqləşdirsinlər, balans nədən ibarətdir, Paşinyan hakimiyyəti prosesə hansı yenilik gətirəcək, bunu nəzarətdə saxlasınlar, lazım gələndə də bunu öz xeyirlərinə istifadə edə bilsinlər. Yəni xarici siyasət baxımından proses çox fəaldır, regionda geosiyasi rəqabət baxımından əsas güc mərkəzləri çalışır ki, bu məqamda bütün bu prosesi incəlikləri ilə nəzarətdə saxlasınlar. Ancaq biz bu görüşlərə Qarabağ probleminin həlli baxımından yanaşsaq, burada heç bir yenilik baş vermir. Bu, daha çox regionda nüfuz savaşı və geosiyasi oyunlar baxımından maraq doğura bilər. Bizim torpaqlarımızın azad olunması ilə bağlı hansısa ümidverici yanaşma yoxdur. Əksinə, Ermənistanın yeni hakimiyyəti əvvəlkilərdən də sərt yanaşma ortalığa qoyur. Hətta Sərkisyanın və Köçəryanın vaxtilə Dağlıq Qarabağın ətrafında işğal olunmuş ərazilərlə bağlı dediyi tezisləri də təkrarlamaqdan da çəkinirlər. Yəni keçmiş prezidentlər heç olmasa, 3-5 ildən bir deyirdilər ki, o torpaqlar bizim deyil, Ağdam ermənilərin vətəni deyil və s. Paşinyan isə daxildə özünü arxayın hiss etmir, ölkə daxilində təzyiqlərdən çəkinir, ona görə də daha sərt mövqe ortaya qoyur. Bu baxımdan mən bu danışıqlarda torpaqlarımızın azad olunması ilə bağlı heç bir irəliləyiş görmürəm. Əksinə, təhlükə görürəm. O mənada ki, yenidən bizi növbəti 10-15 illik “xalqları sülhə hazırlayaq” şüarı ilə faktiki olaraq konflikti dondurmağa cəhdlər başlayır. Bizim diplomatiyamız yenidən bu siyasi tələyə düşməyə imkan versə, bu, bizim çox böyük diplomatik məğlubiyyətimiz olacaq.

 - Bundan əvvəlki illərdə hətta 3-5 rayonun işğaldan azad olunması təşəbbüsləri də tələ kimi qiymətləndirilib. Azərbaycanın son vaxtlarda sərgilədiyi mövqeyində sərtlik aydın müşahidə olunurdu - xüsusilə də Moskva görüşü ərəfəsində. Rusiyadakı danışıqlardan sonra isə fərqli mənzərəni hiss edirik. Nə baş verdi, Lavrov nazirlərin qulağına nə pıçıldadı ki, yenidən humanitar əlaqələr, jurnalistlərin gediş-gəlişindən danışılmağa başlandı, sərt ritorika səngidi? Bəlkə, hansısa ciddi tənzimləmə prosesi gedir, sadəcə, açıqlanmır?

- Gəlin dediyiniz məsələləri bir az xırdalayaq. Hansısa bəyanatlara, baş vermiş hadisələrə qiymət vermək üçün biz prosesin son 20 ildə nə cür inkişaf etdiyini nəzərə almalıyıq. Bu gün qarşımıza çıxan məsələlər yeni deyil. Biz vaxtilə də belə bəyanatları və təklifləri görmüşük. Söhbət nədən gedir? Vaxtilə ermənilər Qarabağ probleminin həlli ilə bağlı iqtidarlı-müxalifətli 3 şərt irəli sürdülər. Ermənistan parlamentində Qarabağla bağlı dinləmələr oldu və iqtidar partiyası ilə müxalifət partiyaları bir yerdə  sənəd imzaladılar və 3 prinsip müəyyənləşdirdilər. Həmin 3 prinsip çərçivəsində onlar Qarabağ probleminin həllinə dəstək verəcəklərini bəyan etdilər. Bu üç prinsip nədən ibarətdir? Xankəndi birbaşa Bakıya tabe olmasın. Dağlıq Qarabağla Ermənistan arasında nəqliyyat dəhlizi olsun və rahat gediş-gəliş olsun. Və Dağlıq Qarabağdakı erməni icmasının təhlükəsizliyi təmin olunsun. Faktiki olaraq Madrid prinsipləri bu üç prinsipin üçünü də özündə əhatə edir. Erməni tərəfinin bütün tələbləri orda nəzərə alınıb. Hətta Dağlıq Qarabağa müvəqqəti status, yaxud keçid statusu nəzərdə tutulub. Bu, o deməkdir ki, həmin müddətdə Dağlıq Qarabağ birbaşa Azərbaycana tabe olmayacaq. Müstəqil də olmayacaq. Ancaq müvəqqəti olaraq keçid statusu adı ilə Azərbaycanın tabeçiliyində olmayacaq. Dəhliz məsələsi də öz həllini tapıb, Laçın dəhlizi işləyəcək və Ermənistanla Dağlıq Qarabağ arasında çox rahat gediş-gəliş olacaq. Təhlükəsizlik təminatı da öz yerində. Həm çoxtərəfli, həm BMT Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi, həm üç həmsədr ölkələrin təhlükəsizlik təminatı...

Sülh prosesi olsa, Azərbaycan da öz tərəfindən hərbi təhlükəsizlik məsələlərində öz tərəfindən müəyyən addımlar atmalıdır. Yəni iqtidarlı-müxalifətli ermənilərin irəli sürdüyü üç şərtin üçü də Madrid prinsiplərinə daxil edildi və orda öz əksini tapdı. Ancaq nə baş verdi? Ermənilər buna nail olan kimi, tələblərini ikiqat artırdılar və dedilər ki, Dağlıq Qarabağın ətrafında işğal olunmuş əraziləri azad etmirik, onlar “Dağlıq Qarabağ respublikasının konstitusiyasına” daxil edilib və status məsələsi də öz həllini tapmayana, Azərbaycan Dağlıq Qarabağın “müstəqilliyini” tanımayana qədər onlar sülh sazişinə imza atmayacaqlar. Deməli, onlar 10-15 il bütün dünya ictimaiyyətini və Azərbaycanı aldatdılar. İrəli sürdükləri 3 şərti qəbul etdirən kimi, öz tələblərini ikiqat artırdılar. Həmin müddətdə də “xalqları sülhə hazırlayaq” şüarı onlarla, yüzlərlə humanitar aksiyalar keçirildi. Ermənistandan Azərbaycana jurnalistlər gəlirdi, bütün siyasi qüvvələrlə, Prezident Aparatındakı məsul şəxslərlə müsahibələr olurdu, ictimaiyyətlə görüşlər keçirilirdi. Dağlıq Qarabağdan da nümayəndələr gəlirdi, bizdən də ora gedənlər çox idi. Telekörpü yaratmışdılar, onlarla verilişlər gedirdi, debatlar hazırlanırdı. Deməli, bütün bu, “xalqları sülhə hazırlayaq”, 3 şərtə əməl olsunsun və s. hamısı boş söhbət idi. Nəticədə bəlli oldu ki, ermənilərin dediyi sülh o deməkdir ki, Azərbaycan həm Dağlıq Qarabağı unutmalıdır, həm ətrafda işğal olunmuş 7 rayon haqqında səs-səmirini çıxartmamalıdır. Onların aləmində sülh o deməkdir ki, elə indiki cəbhə xətti dövlətlərarası sərhəddə çevrilir və bütün işğal olunmuş ərazilər də ermənilərin nəzarətində qalır.

- O zaman indiki kimi, ermənilərin Qarabağda məskunlaşması da yox idi...

- Bəli. Coğrafi adları dəyişirlər, məskunlaşma aparırlar. İndi təsəvvür edin, biz bütün bunları yaşamışıq və görmüşük, nəticə də çıxartmışıq. Aprel döyüşləri bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tərəfi belə yanaşma ilə barışmaz və torpaqlar azad olunmalıdır. Azad olunmasa, Azərbaycan ərazilərini müharibə yolu ilə azad edəcək. İndi bütün bunları görəndən, bu prosesləri yaşayandan sonra mən anlaya bilmirəm, Azərbaycan diplomatiyası niyə son görüşlərdə verilən bəyanatlara belə rahat, soyuqqanlılıqla, hətta müsbət nəticə kimi baxır? Hansı humanitar aksiyalardan söhbət gedir? Yenə də ermənilər gələcəklər, bizimkilər də gedəcəklər, görüşlər keçirəcəklər, nəticədə də erməni tərəf deyəcək ki, nə Dağlıq Qarabağı, nə də ətraf rayonları qaytarırıq. Bu, növbəti siyasi tələdir.

- Amma rəsmi Bakının Moskva razılaşmasından geri çəkilməsi düzgün qəbul olunmaz və beynəlxalq aləmdə bizim əleyhimizə işləyər. Belə olan halda nə etməyi təklif edirsiniz?

- Mən hesab edirəm ki, Ermənistandan humanitar aksiya çərçivəsində gələn dəstələri nə Azərbaycan jurnalistləri, nə də siyasətçiləri, ictimai xadimləri ilə görüşdürmək lazım deyil.  Bakıya gələcək erməni jurnalistləri elə təyyarə meydanından aparıb Azərbaycan Müdafiə Nazirliyinə təhvil vermək lazımdır. Azərbaycan ordusunun müasir silahları onlara göstərilməlidir. Başa salınmalıdır ki, torpaqlar azad olunmasa, bütün bu silahları sizin başınıza çırpacağıq. Bundan sonra onları aeroporta aparıb geri qaytarmaq lazımdır. 

- Bəs Azərbaycandan necə, nümayəndə heyətləri Ermənistana, yaxud Qarabağa getsinmi?

- Vallah, mənimçün bu, əvvəllər də mənasız proses idi. Şəxsən məni dəfərlərlə dəvət etmişdilər, həm Ermənistana, həm də Dağlıq Qarabağa... Müxtəlif proqramlar hazırlayırdılar, deyirdilər təhlükəsizliyə təminat veririk, yüksək səviyyədə dövlət qurumları səni qəbul edəcək və s. Hər dəfə mənim cavabım belə olurdu ki, torpağımız işğaldan azad olunacaq, qaçqınlarımız öz yurdlarına qayıdacaq, inşallah, mən ondan sonra səfər edə, belə görüşlər keçirə bilərəm. Yəni belə çox təkliflər olmuşdu.

- Eldar bəy, indiki situasiyada konkret olaraq nə təklif edirsiniz? Azərbaycan hansı mövqedən çıxış etməlidir ki, proseslərdə diktə edən tərəfə çevrilsin?

- Mən indi ermənilərin bu həyasızlığını görərək elə sizin qəzetə təklif edirəm ki, artıq Azərbaycanın  20 ildə apardığı danışıqlar, nəzərə alaraq tamamilə başqa bir siyasət yürütmək lazımdır. Söhbət nədən gedir? Birincisi, ermənilər israrla deyirlər ki, referendumun vaxtı, günü təyin olsun, onun sualları müəyyənləşsin və Dağlıq Qarabağın “müstəqilliyi” bu yolla təmin olunsun. Orda biz başqa məsələlər haqqında danışa bilərik. Üç həmsədr ölkənin hər birində belə bir referendum keçirilməsi qadağandır. ABŞ Konstitusiyası imkan vermir ki, ABŞ-ın hansısa ştatı referendum keçirsin, ölkənin tərkibindən çıxsın. Fransa Konstitusiyası buna imkan vermir, bu, qadağandır. Rusiyada nəinki qadağandır, cinayət məcəlləsində maddə var. Həmin maddə ilə artıq 10-a yaxın adam həbs olunub cinayət məsuliyyətinə cəlb olunub. Çünki şüar irəli sürüblər ki, Rusiyanın hansısa vilayəti, respublikası referendum keçirib ölkədən ayrılmaq istəyir. Əgər üç həmsədr ölkənin üçündə də bu, qadağandırsa, hətta buna görə cinayət işi qaldırılırsa, onlar necə Azərbaycandan tələb edə bilərlər ki, ölkədə belə bir referendum keçirilsin? Ümumiyyətlə, Azərbaycan diplomatiyası o məsələni gündəlikdən birdəfəlik çıxartmalıdır!

İkincisi, erməni tərəfi hansı addımlar atırsa, hansı siyasət yürüdürsə, ona adekvat cavab vermək lazımdır. Ona görə ki, Qarabağ probleminin həlli ilə bağlı üç prinsipdən biri xalqların bərabərlik prinsipidir. Erməni tərəfi deyirsə ki, Ermənistan ordusu Azərbaycan torpaqlarında Dağlıq Qarabağ ermənilərinin qarantı kimi dayanıb, Azərbaycan ordusu da Göyçə mahalına, yaxud azərbaycanlıların vaxtilə yaşadığı başqa rayonlara girib, deportasiya olunmuş azərbaycanlıların oraya qayıtmasının və yaşamasının qarantı olmalıdır. Əgər ermənilər Dağlıq Qarabağla Ermənistan arasında hansısa dəhlizin fəaliyyət göstərməsi və bu dəhlizin beynəlxalq sülhməramlı qüvvələrin nəzarətində, ya da öz nəzarətlərində olmasını tələb edirlərsə, deməli, Naxçıvanla Azərbaycanın digər hissəsini birləşdirən dəhliz olmalıdır. O dəhlizə ya Azərbaycan nəzarət etməlidir, ya da beynəlxalq sülhməramlı qüvvələr. Biz bu danışıqlarda bir addım da geriyə çəkilə bilmərik! Atalar misalı var: özün-özünə hörmət eləmirsənsə, sənə kim hörmət edəcək? Biz ermənilərin bu tələblərini görərək buna adekvat cavab vermiriksə, deməli, biz özümüz-özümüzə hörmət qoymuruq. Özümüzə hörmət qoymuruqsa, dünya bizə hörmət qoyacaqmı, bizim ərazimizə gəlib haqlarımızı müdafiə edəcəkmi?

loading...
loading...
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
Kosmetik vasitələr Antarktikanı da kirlətdi - İNANILMAZ...
8 telefonla birdən oynayan sürücü yaxalandı - FOTO
Liberiyalı senator maaşının çoxunu yerli xalqa paylayacaq - MARAQLI
Hesabın çox gəlməsinə qəzəbləndi, bara hücum etdi - AĞLASIĞMAZ...+ VİDEO
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
Cəmiyyət
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"
Dünya
İmran Xandan dünyaya çağırış: Nüvə arsenalı...
Cəmiyyət
“Kriminal dünyanın tacı” - Heç kim ölümünə inanmadı
Dünya
“Əsəddən icazə al…” - Moskvadan Ərdoğana şok tələb
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər - VİDEO
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Əsgərlərimizdən düşmənə əsl Qurban Bayramı "hədiyyəsi"...
Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq...
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
Düşmənin müdafiə naziri Azərbaycana yalvardı: “Dayandırın...”
Naxçıvanın keçmiş daxili işlər nazirinin Bakıda obyekti "tapıldı"... - FOTOLAR
"Prezident məhz bu keyfiyyətləri nəzərə alıb onu çökməkdə olan sistemin başına gətirdi"
"Qarış-qarış da olsa öz ərazilərimizi düşməndən təmizləyirik" - Hərbi ekspert...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)