Xəbər lenti
18/08/2019 [21:08]:
Premyer Liqada kuryoz hadisə...
18/08/2019 [21:06]:
Sinəsi göründü, üç yüz min adam bəyəndi - FOTO
18/08/2019 [21:03]:
İspaniyada meşə yanğını, 2000-ə yaxın insan təxliyyə edildi - VİDEO
18/08/2019 [21:02]:
Prezident: “Gürcüstan öz qərarı ilə səhvə yol verib”
18/08/2019 [21:00]:
Fransanın birinci xanımının başına iş gəldi
18/08/2019 [20:24]:
Azərbaycan XİN Sudanı sülh sazişi ilə əlaqədar təbrik edib
18/08/2019 [20:12]:
““AR OLSUN” adlı bir jurnal açaq, xalqımızın adını batıran məmurların adını ora daxil edək"
18/08/2019 [20:11]:
FAO-nun sabiq baş katibi vəfat etdi
18/08/2019 [20:11]:
“İçmə balam, biz işmirik, ölürük?..”
18/08/2019 [20:08]:
Keti Perri ilə bağlı daha bir təcavüz iddiası
18/08/2019 [20:05]:
Dünya çempionumuz Fərhad Poladovun düşdüyü qəzadan yeni görüntü - VİDEO
18/08/2019 [20:03]:
İrlandiyada Katolik kilsəsi əmlaklarını satışa çıxarır
18/08/2019 [20:00]:
İmamoğluna irad: “Sel zamanı hardaydınız?” -VİDEO
18/08/2019 [19:57]:
DYP avtomobilinin qarşısında “avtoş”luq edən taksinin görüntüləri - VİDEO
18/08/2019 [19:54]:
Xaçmazda qəza: beş yaralı
18/08/2019 [19:52]:
“Grace 1” neft tankeri Hibraltarı bu gün axşam tərk edə bilər
18/08/2019 [19:50]:
Gürcüstanın baş naziri qadın olacaq - FOTO
18/08/2019 [19:41]:
İsrail İran hədəflərini vurdu, İraq hava məkanını bağladı
18/08/2019 [19:37]:
Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verdi
18/08/2019 [19:36]:
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
18/08/2019 [19:31]:
FHN dağlıq ərazidə köməksiz qalan şəxsi xilas edib
18/08/2019 [18:51]:
Dağıstan Xəzərdə kilkə ovuna başlayacaq
18/08/2019 [18:49]:
Xilasedicilər Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırıb
18/08/2019 [18:40]:
Fatih Terim Hasan Şaşın istefasını qəbul etmədi
18/08/2019 [18:37]:
"Zərdüştə vurduğu şilləyə görə Həmidovu ölüm cəzası, ya da 15 il həbs gözləyirdi"
18/08/2019 [18:26]:
Merkel Berlində Consonla görüşəcək
18/08/2019 [18:22]:
Yüksək təzyiqi olanlar üçün ən yaxşı qida tapıldı – İngilis dietoloqlar...
18/08/2019 [18:22]:
Əfsanəvi oyunçu futbolu buraxdı
18/08/2019 [18:03]:
Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə FOTOLARINI PAYLAŞDI...
18/08/2019 [17:50]:
Adolf Hitlerin 1945-ci ilin mayında ölmədiyi ilə bağlı yeni məlumat yayıldı - FOTO
18/08/2019 [17:44]:
DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqladı
18/08/2019 [17:43]:
Millət vəkili Afrikadan olan təşkilat rəhbərlərinə köçkün qadınlardan danışdı - FOTOLAR
18/08/2019 [17:35]:
Qax sakini Şəkidə faciəvi şəkildə öldü
18/08/2019 [17:06]:
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
18/08/2019 [17:03]:
4 milyona dinozavr skeleti satılır
18/08/2019 [17:01]:
Rusiyada 10-cu sinif şagirdi bir ailəni qətlə yetirdi
18/08/2019 [16:49]:
Ucar rayonunda insanları qorxuya salan naməlum məxluq tutuldu? - Rəsmi açıqlama
18/08/2019 [16:44]:
Avtomobilini işə salmaq üçün mikroçipi dərisinin altına yerləşdirdi – FOTO/VİDEO
18/08/2019 [16:07]:
İlk cinsi əlaqəyə qədər oğlanlara bu peyvənd olunmalıdır – Papilloma virusunun xərçəng təhlükəsi
18/08/2019 [16:03]:
İki yaşlı uşağı "tok" vurdu - Azərbaycanda bədbəxt hadisə
18/08/2019 [16:03]:
İŞİD Kabildə toyda törədilən terror aktına görə məsuliyyəti üzərinə götürdü
18/08/2019 [16:00]:
Bikinili fotosu 1 milyon topladı
18/08/2019 [15:55]:
Ağırçəkili şəxsi evdən çıxarmaq üçün FHN-ni çağırdılar
18/08/2019 [15:49]:
Otla dolu maşın yanır - FOTO/VİDEO
18/08/2019 [15:45]:
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"
18/08/2019 [15:08]:
İki ölkə ABŞ-a qarşı anlaşdı - Yeni gəlişmə
18/08/2019 [15:07]:
İmran Xandan dünyaya çağırış: Nüvə arsenalı...
18/08/2019 [15:05]:
Əsəd rejimi humanitar yardımlardan silah kimi istifadə edir - sensasion sənədlər yayıldı
18/08/2019 [14:59]:
“Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu
18/08/2019 [14:59]:
Rusiyanın müdafiə naziri Avropada və Asiyada ABŞ-a sərt cavab veriləcəyini söyləyib
18/08/2019 [14:59]:
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR
18/08/2019 [14:56]:
İsmayıl Abdullayev şərhçilikdən uzaqlaşdırıldı - Efirdə dediyi bu sözlərə görə
18/08/2019 [14:19]:
Gəncləri öz qurbanına çevirən estetik əməliyyatlar...
18/08/2019 [14:14]:
Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib...
18/08/2019 [14:12]:
5 yaşlı uşağı duşa bağlayıb, işgəncə verdilər -VİDEO
18/08/2019 [14:07]:
Şəmkirdə sərxoş ər qaynanasının evini yandırıb, 2 yaşlı körpə ölüb, xəsarət alanlar var - YENİLƏNİB
18/08/2019 [14:06]:
Ermənistan “140 hektar torpaq almışıq” dedi, Azərbaycan MN istehzalı cavab verdi - "Gülüş doğurur..."
18/08/2019 [14:03]:
"Mançester Siti" "Tottenhem"lə heç-heçə edib
18/08/2019 [13:51]:
3 ayda 2-ci dəfə ana oldu
18/08/2019 [13:50]:
Buraya qadınların girişi qadağandır: 2000 kişinin yaşadığı adanın sirri - FOTOLAR
18/08/2019 [13:48]:
"İlham Əliyev də Mehriban Əliyevanı birinci vitse prezident təyin etməklə..."
18/08/2019 [13:42]:
Şəmkirdə baş verən faciədə yanan qadın və anasının vəziyyəti açıqlandı
18/08/2019 [13:37]:
Şair Oqtay Rza vəfat etdi
18/08/2019 [13:34]:
Vilayət Eyvazovdan yeni rəis təyinatı
18/08/2019 [13:29]:
İki yaşlı oğlunun ölümünə səbəb olan atayla bağlı - Rəsmi açıqlama
18/08/2019 [12:20]:
Bill Geytsin hansı təxminləri həyata keçib?
18/08/2019 [12:16]:
Zəlzələ kahinindən ŞOK xəbərdarlıq
18/08/2019 [12:13]:
Bakı metrosunda sərnişinin halı pisləşdi
18/08/2019 [12:01]:
Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər
18/08/2019 [11:43]:
“Kriminal dünyanın tacı” - Heç kim ölümünə inanmadı
18/08/2019 [11:30]:
Türkiyədə ağır qəza - 37 yaralı
18/08/2019 [11:04]:
Banqladeşdə yanğın 50 min insanı evsiz qoydu
18/08/2019 [10:57]:
Duzdan çox istifadə etmək ömrü qısaldır - XƏBƏRDARLIQ...
18/08/2019 [10:43]:
Futbola baxan “saqqallı” qızlar saxlanıldı
18/08/2019 [10:40]:
Bu gün 40 dərəcə isti olacaq
18/08/2019 [10:30]:
Bu gün dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir
18/08/2019 [10:22]:
Düşmən snayper tüfənglərindən istifadə etməklə atəşkəsi pozdu
18/08/2019 [10:12]:
Xanım ofisianta bəxşiş olaraq avtomobil hədiyyə etdilər- MARAQLI...
18/08/2019 [10:09]:
Qadın uşaqlarını iki ay yarımlıq ara ilə dünyaya gətirdi
18/08/2019 [10:08]:
“Paşinyan bu təxribatçı çıxışı ilə Minsk Qrupunu yox elədi və Ermənistanı müharibəyə sürükləyir...”
Bütün arxiv bir sırada
23/04/2019 [17:11] - Cəmiyyət - ( 1169 dəfə baxılıb)

Akademik Zərifə Əliyeva oftalmologiya elminin tərəqqisinə böyük töhfələr verib



Aprelin 23-də AMEA-nın Əsas binasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunan “Alim qadın – Böyük ana akademik Zərifə Əliyeva” adlı tədbir keçirilib.

AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. O, oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən söz açıb. Bildirib ki, Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım mənalı ömür yolu keçib. O, görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb və atasının ömür yolu Zərifə xanım üçün əsl həyat məktəbi olub.

“Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir” – deyən AMEA-nın vitse-prezidenti onun həyat yolunun hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün mənəviyyat dərsi, kamillik məktəbi olduğunu vurğulayıb. Qeyd edib ki, əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayan görkəmli alim bütün ömrünü oftalmologiyaya həsr edib, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

İ.Həbibbəyli bildirib ki, akademik Zərifə Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır. Oftalmoloq-alim peşəkarlığı, istedadı ilə yanaşı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini və məhəbbətini qazanıb.

Zərifə xanımın həm də görkəmli ictimai xadim olduğunu diqqətə çatdıran İ.Həbibbəyli onun keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, həmçinin Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olduğunu, “Əməkdar elm xadimi” fəxri adına layiq görüldüyünü bildirib.

AMEA-nın vitse-prezidenti vurğulayıb ki, Zərifə Əliyeva Azərbaycana İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaq. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. Akademik Zərifə Əliyevanın işıqlı obrazı heç zaman ürəklərdən silinməyəcək.

Sonra İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək bildirib ki, Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar.

AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə isə çıxışında qeyd edib ki, Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

R.Mirzəzadə vurğulayıb ki, Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Gözəl bir ailədə doğulan Zərifə Əliyeva çox qayğıkeş ana olub və ölkəmizə layiqli övladlar yetişdirib.

Tədbirdə millət vəkili, siyasi elmlər doktoru, dosent Qənirə Paşayeva da çıxış edərək görkəmli oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Azarbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşmişdir.

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı olmaq kimi böyük bir məsuliyyəti şərəflə daşıyan Zərifə xanım, həm də həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənmiş, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırmışdır.

Qeyd edib ki, Zərifə xanım elmi yaradıcılığında hər zaman ciddi problemlərə toxunmuş, göz xəstəliklərinin qarışını almaq və onları ən effektiv yolla müalicə etmək üçün əlindən gələni etmişdir. Alimin bu gün də aktual olan elmi araşdırmaları və əldə etdiyi nailiyyətlər bir daha onun uzaqgörənliyini, böyük hədəflərə nail olduğunu sübut edir.

Məruzəçinin sözlərinə görə, görkəmli alimin göz xəstəliyi ilə bağlı ən çox önəm verdiyi məsələlərdən biri profilaktik tədbirlərin görülməsi, xəstəliyin qarşısının vaxtında alınması idi. Onun dissertasiya işi də oftalmologiyanın ən önəmli məsələlərinə həsr olunmuşdur.

Q.Paşayeva bu kimi tədbirlərin keçirilməsinin Zərifə xanımın zəngin elmi fəaliyyətinin gənc alimlərə çatdırılması baxımından əhəmiyyətli olduğunu söyləyib. Bildirib ki, böyük alimin illər öncə söylədiyi “Həkim xəstənin ağrılarını öz ağrıları kimi yaşamalıdır” fikri bu gün də olduqca aktualdır. Z.Əliyeva həqiqi alim kimi bütün çətinliklərdən keçmiş, vətən qarşısında ziyalı məsuliyyəti, dərin biliyi və dünya görüşü sayəsində mühüm elmi nailiyyətlərə imza atmışdır.

O, həmçinin Zərifə xanım Əliyevanın gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, Zərifə xanım keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim idi.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova insanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım Əliyevanın tibb elminin ən uca pillələrinə yüksəldiyini, nümunəvi bir həyat yolu keçdiyini vurğulayıb. Qeyd edib ki, fədakar alim və qayğıkeş insan Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Alim AMEA-nın üzvü olub, uzun illər Biologiya və Tibb Elmləri Bölməsini təmsil edib.

İ.Hüseynova bildirib ki, tanınmış oftalmoloq Z.Əliyeva eyni zamanda həmvətənlərinin qayğısına qalan humanist insan idi. Onun həyat ideyaları və şəxsiyyəti bu gün müasir Azərbaycan gəncliyi üçün bir örnəkdir. Azərbaycan xalqına xas müsbət keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmlənib.

Daha sonra çıxış edən AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, b.e.d. Ulduz Həşimova oftalmoloq-alimin həyatının böyük bir hissəsinin Fiziologiya İnstitutu ilə bağlı olduğunu söyləyib. Qeyd edib ki, 1979-cu ildə Zərifə Əliyevanın təklifi ilə AMEA Fiziologiya İnstitutunda Görmə orqanının fiziologiyası və peşə patologiyası problem laboratoriyası yaradılıb, həmin laboratoriyada az intensivli zərərli istehsal amillərinin görmə orqanına fizioloji, klinik, funksional, histoloji təsir mexanizmlərinin öyrənilməsi üzrə multidissiplinar araşdırmalar aparılıb. Bu elmi tədqiqatların nəticəsində Z. Əliyeva bir neçə monoqrafiya, o cümlədən bütün dünyada qəbul edilmiş “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliklərinin profilaktikası” monoqrafiyalarını çap etdirib.

U.Həşimova bildirib ki, gözün əlvan təbəqəsinin dəyişikliyinin xarakterinə əsasən orqanizmin xəstəliklərinin diaqnostikasında yeni bir istiqamətin – iridodiaqnostikanın əsasını qoyan Z.Əliyeva bu istiqamətin inkişafına bir sıra elmi məqalələr həsr edib. Akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzi bu gün qabaqcıl tibb müəssisəsi kimi dünya miqyasında tanınır, Zərifə xanımın adına layiq elmi və praktiki işlər həyata keçirir.

Tədbirdə “Modern inkişaf və ailə” cəmiyyətinin sədri, Nəsimi rayon Ağbirçəklər cəmiyyətinin sədri, YAP Respublika Qadınlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyeva çıxış edərək görkəmli alimlə bağlı xatirələrdən danışıb. O, Zərifə xanım Əliyevanın elmin çətin yollarında inamla irəliləyərək uca zirvələrə yüksəldiyini,

çox məsuliyyətli, ibrətamiz, nümunəvi həyat yaşadığını diqqətə çatdırıb. Bildirib ki, həyatda belə böyük sevgi qazanmaq, özündən sonra nurlu xatirələr qoyub getmək -çox az adamın taleyinə yazılır. Akademik Zərifə xanım Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır. Onun işıqlı xatirəsi xalqımızın ürəyində əbədi yaşayacaqdır.

Sonda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Pənah Hacıyev oftalmoloq-alim Zərifə Əliyevaya həsr olunan “Ana” şeirini səsləndirib.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.






loading...
loading...
Fatih Terim Hasan Şaşın istefasını qəbul etmədi
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
Kosmetik vasitələr Antarktikanı da kirlətdi - İNANILMAZ...
8 telefonla birdən oynayan sürücü yaxalandı - FOTO
Liberiyalı senator maaşının çoxunu yerli xalqa paylayacaq - MARAQLI
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
““AR OLSUN” adlı bir jurnal açaq, xalqımızın adını batıran məmurların adını ora daxil edək"
Cəmiyyət
“İçmə balam, biz işmirik, ölürük?..”
Cəmiyyət
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"
Dünya
İmran Xandan dünyaya çağırış: Nüvə arsenalı...
Cəmiyyət
“Kriminal dünyanın tacı” - Heç kim ölümünə inanmadı
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər - VİDEO
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Əsgərlərimizdən düşmənə əsl Qurban Bayramı "hədiyyəsi"...
Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq...
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
Düşmənin müdafiə naziri Azərbaycana yalvardı: “Dayandırın...”
Naxçıvanın keçmiş daxili işlər nazirinin Bakıda obyekti "tapıldı"... - FOTOLAR
"Prezident məhz bu keyfiyyətləri nəzərə alıb onu çökməkdə olan sistemin başına gətirdi"
"Qarış-qarış da olsa öz ərazilərimizi düşməndən təmizləyirik" - Hərbi ekspert...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)