Xəbər lenti
18/08/2019 [08:54]:
Argentina Prezidenti yeni maliyyə naziri təyin etdi
18/08/2019 [08:53]:
Krımda unikal sarkofaq tapıldı
18/08/2019 [08:50]:
İsrailə 3 raket atıldı
18/08/2019 [08:26]:
Soçi aeroportunda işdən çıxarılan ermənilər rəhbərliyi şantaja keçdilər
18/08/2019 [08:24]:
Milyarder-sutenyorun müəmmalı ölümü ətrafında qalmaqal səngimir
18/08/2019 [08:19]:
Poroşenko Rusiyanın qorxularını açıqladı
18/08/2019 [08:17]:
Əfqanıstanda toyda partlayış olub: 63 nəfər ölüb - YENİLƏNİB
18/08/2019 [08:13]:
ABŞ-da təyyarə evin üstünə düşdü
18/08/2019 [08:11]:
Poroşenko Ukraynadan 8 milyard dollar çıxarıbmış
18/08/2019 [08:10]:
İran yeni ZRK ilə Rusiya və ABŞ-a meydan oxuyur
18/08/2019 [00:28]:
Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - FOTO/VİDEO
18/08/2019 [00:24]:
Azərbaycanda baba nəvəsi ilə “avtoşluq” etdi - VİDEO
18/08/2019 [00:21]:
“Real Madrid” La Liqaya qələbə ilə başladı - VİDEO
18/08/2019 [00:07]:
Böyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTO
18/08/2019 [00:05]:
"Qəbələ" ölkə çempionatına məğlubiyyətlə başladı
17/08/2019 [23:59]:
Abşeronda 13 yaşlı oğlanı maşın vurub, sürücü qaçıdı
17/08/2019 [23:57]:
Xəstəlik 10 yaşlı qızı qoca qarıya çevirdi - FOTOLAR
17/08/2019 [23:55]:
Uşaq yola qaçdı, maşın vuraraq öldürdü - Ana gözəllik salonunda imiş
17/08/2019 [23:52]:
Kanala düşən maşın nişanlı cütlüyə məzar oldu - VİDEO
17/08/2019 [23:48]:
Almaxanımın 18 avqust, 18 yaşı münasibətilə- Rauf Bağbanın şeiri
17/08/2019 [23:48]:
Fransada ac müştəri sifarişini gecikdirən ofisiantı güllələdi
17/08/2019 [23:46]:
Bu yay Xəzərdə məhv olan həyatlar - FOTOLAR
17/08/2019 [23:42]:
Rəqassə Fatimənin qızı ərə getdi - FOTO/VİDEO
17/08/2019 [22:52]:
Güləşçimiz gümüş medal qazandı
17/08/2019 [22:51]:
BMT yeni dəhşətli silah növünün yayılacağından narahatdır
17/08/2019 [22:49]:
Günay Bülənt Ərsoyla eyni təyyarədə uçdu
17/08/2019 [22:49]:
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
17/08/2019 [22:46]:
Ağsuda yüksək gərginlikli elektrik xətlərinin altında yanğın oldu
17/08/2019 [22:45]:
Türkiyədəki böyük fəlakətin 20-ci ili - VİDEO
17/08/2019 [22:41]:
ABŞ mətbuatı: "Barak Obama Co Baydenin prezidentlik yarışında iştirak etməsini istəmir"
17/08/2019 [22:39]:
Səidə Sultanın açıq-saçıq videosu yayıldı - VİDEO
17/08/2019 [22:34]:
Daha bir ərəb ölkəsi qarışa bilər - iki siyasi fəal edam edildi
17/08/2019 [22:31]:
Nazirlik Xətaidə ağacları qorumaq üçün məcburi göstəriş verdi
17/08/2019 [22:10]:
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
17/08/2019 [22:02]:
Mehriban Əliyeva Müslüm Maqomayevi doğum günündə bu sözlərlə andı
17/08/2019 [21:52]:
Belarusun Müdafiə naziri: “Azərbaycanla münasibətlərimiz yüksələn xətlə inkişaf edir"
17/08/2019 [21:50]:
Zakir Həsənov Azərbaycan tankçılarının “Beynəlxalq Ordu Oyunları - 2019”da iştirakını yüksək qiymətləndirdi
17/08/2019 [20:52]:
Fərari əsgərin hərbi hissəsində yoxlama: İrəvan qurbanlıq keçi axtarır...
17/08/2019 [20:51]:
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
17/08/2019 [20:49]:
Azərbaycan tankçıları Moskvada “Tank biatlonu” müsabiqəsində sonuncu olub
17/08/2019 [20:44]:
ABŞ-da ticarət mərkəzindən 300-dən çox kirpi müsadirə edildi
17/08/2019 [20:43]:
Tunisdə prezident seçkilərində 26 namizəd iştirak edəcək
17/08/2019 [20:42]:
Kosmetik vasitələr Antarktikanı da kirlətdi - İNANILMAZ...
17/08/2019 [20:38]:
“Əsəddən icazə al…” - Moskvadan Ərdoğana şok tələb
17/08/2019 [20:32]:
Avropa Komissiyasının rəhbəri təcili xəstəxanaya yerləşdirildi
17/08/2019 [20:32]:
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
17/08/2019 [20:28]:
Göyçayda toy karvanında olan maşın qəzaya düşüb, 6 yaralı var - FOTO
17/08/2019 [20:27]:
"Bütün bunlar ürək tutması, insult və infarkt riskini xeyli artırır" - XƏBƏRDARLIQ...
17/08/2019 [20:21]:
Nəhəng meteorun düşmə anı - VİDEO
17/08/2019 [20:11]:
8 telefonla birdən oynayan sürücü yaxalandı - FOTO
17/08/2019 [19:53]:
Husilər 10 PUA ilə Səudiyyə mədənlərinə hücum etdi
17/08/2019 [19:47]:
Paşinyan Serj Sarkisyanın və erməni generallarının həbsini hazırlayır
17/08/2019 [19:43]:
Şəmkirdə kafe yandı
17/08/2019 [19:41]:
Norveç şahzadəsi Bodrumda dincəlir - FOTOLAR
17/08/2019 [19:20]:
Xruşov onun mahnısını yasaqlayıb, Brejnev ad, Əliyev xeyir-dua verib – Müslüm Maqomayevin zəngin həyat yolu
17/08/2019 [19:16]:
AİBA-nın yeni prezidentinin seçiləcəyi tarix açıqlanıb
17/08/2019 [19:05]:
DİN polis şöbəsində uşağın döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirdi
17/08/2019 [18:52]:
Kanadada səma dalğıcı möcüzəli şəkildə sağ qaldı
17/08/2019 [18:48]:
Rəngi ağ, adı yaşıl, özü uzaq ada – Tramp ona niyə tamah salıb?
17/08/2019 [18:35]:
İstanbulda leysan həyatı iflic etdi - FOTOLAR
17/08/2019 [18:02]:
Cinsi münasibətdə yaş fərqi: peşəkar, enerjili partnyor axtarışı və boşanma
17/08/2019 [17:56]:
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət etdi - FOTOLAR
17/08/2019 [17:52]:
Ucarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimir
17/08/2019 [17:50]:
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik etdi
17/08/2019 [17:47]:
"Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır"
17/08/2019 [17:41]:
“Judo Club 2012”nin gənc cüdoçuları Azərbaycan birinciliyinin qalibi oldular
17/08/2019 [17:34]:
“Ermənistan arzusundakı cavabı Kremldən almaya bilər” – “Rusiya soyuqqanlı olarsa...”
17/08/2019 [17:23]:
Öldürdüyü həyat yoldaşının valideynləri Tehranın sabiq merini bağışlayıblar
17/08/2019 [17:21]:
İran rəsmisi: "Azərbaycanla kəndlərin inkişafı sahəsində əməkdaşlığa hazırıq"
17/08/2019 [17:19]:
DİN Bakı Metropolitenində işləmək üçün mülki işçilər axtarır
17/08/2019 [16:56]:
Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR
17/08/2019 [16:38]:
İki min illik "Kleopatra ətirləri" yenidən "canlanacaq"
17/08/2019 [16:15]:
Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi
17/08/2019 [16:13]:
Məktəbli formalarının qiyməti açıqlandı
17/08/2019 [16:00]:
“Fox 8” in müxbiri təyyarə qəzasında öldü - FOTO
17/08/2019 [15:48]:
Bakıda avtomobil yandı - VİDEO
17/08/2019 [15:47]:
“Onun xəstəliyi əfsuslar olsun ki, sonradan öz başıma gəldi...”
17/08/2019 [15:03]:
Nazirlik əlilliyi olan şəxslərlə bağlı proqrama start verdi
17/08/2019 [14:59]:
Polis dövlətin ən etibarlı dayağıdır
17/08/2019 [14:50]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib- VƏKİL ELTON QULİYEVİN ŞOK ARAŞDIRMASI
Bütün arxiv bir sırada
24/04/2019 [10:20] - Araşdırma - ( 1519 dəfə baxılıb)

İki “dəniz”in qovuşduğu şəhər: Sumqayıt-Qafqazın Osakası



Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur. Lakin siz bu reportajda öz əsrarəngizliyi, füsunkarlığı ilə Osakadan heç də geri qalmayan, Qafqazın Osakası hesab edə biləcəyimiz bir şəhərdən – onun sadəcə bir hissəsi olan bulvarından bəhs edəcəyik. İnanırıq ki, oxuduqlarınız bu şəhəri daha yaxından tanımaqda və sevməkdə kömək edəcək.

 

106 hektarlıq cənnət və ya “gənclər şəhəri”nin möcüzəsi

 

Bu il ölkəmizin ən böyük, eləcə də iqtisadi baxımdan ən çox tərəqqi edən şəhərlərindən biri olan Sumqayıtın 70-ci ildönümüdür. Əsası 1949-cu ildə qoyulan, son üç ildə ciddi yenidənqurma və abadlıq  işlərinin aparıldığı Sumqayıt şəhəri öz simasını sürətlə dəyişməkdə, müasirləşməkdə, gözəlləşməkdədir. Sumqayıtın son üç ildə necə, hansı sürətlə dəyişdiyini anlamaq üçün sadəcə şəhər bulvarını ziyarət etmək kifayətdir.

Hər şeydən öncə qeyd edək ki, bu gün əsl cənnət təsiri bağışlayan, təbiət və insan əməyinin bütün gözəlliklərini özündə birləşdirən Sumqayıt bulvarının indi yerləşdiyi məkan şəhərin ən baxımsız ərazilərindən biri olub. Kanalizasiya və çirkab sularının axıdıldığı, zibil təpəliklərinin “göz deşdiyi”, üfunət iyinin baş çatlatdığı bu ərazi son illərə qədər şəhərin ən yaralı yerlərindən biri sayılırdı. Lakin 2016-cı ildə heç kimin gözləmədiyi, ağlına belə gəlmədiyi bir möcüzə reallaşdı. 2016-cı ildə şəhərin ən baxımsız yerində heç kimin gözləmədiyi halda 106, 1 hektarlıq ərazidə əsl cənnət meydana çıxdı. Məlum ərazidə böyük bulvar kompleksi inşa edildi ki, bu kompleksə müasir ictimai iaşə obyektləri, idman meydançaları, yaşıllıqlar, avtodayanacaqlar, dambalar, velosiped yolu və s. daxildir.

Sahil boyunca kilometrlərlə uzanan, öz rəngarəngliyi, ruh oxşayan gözəllikləri ilə diqqət çəkən bulvarın hər qarışında şəhərin bu günü və sabahını düşünən insanların sevgi və əməyi duyulur. Bulvara minlərlə ağac və kolun qazandırdığı gözəllik isə sözün həqiqi mənasında göz oxşayır.

 

“Yaşıl dəniz”, yaxud qızılgül səltənəti...

 

Sumqayıt bulvarına seyr edərkən diqqət çəkən ən mühüm məqamlardan biri burada qazon sahəsinin, gül və ağac “dənizinin” on hektarlarla ərazini əhatə etməsidir. Məhz yaşıl sahənin böyüklüyü səbəbi ilə mavi Xəzərin sahilinə sığınan bulvar ərazisində yaşıllıqdan ibarət dəniz formalaşıb ki,  bu da şəhəri iki dənizin qovuşduğu məkana çevirir. Göy və yaşıl rənglərin ahəngdarlığını yaradan, bulvar ərazisin qeyri-adi gözəllik qazandıran bu mənzərə kilometrlərlə davam edir.

"Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbəri Yavər Vəliyev bizimlə söhbətində bulvar ərazisində əkilən gül və ağacların sayı ilə bağlı heyrət doğuran rəqəmlər səsləndirdi. Y.Vəliyevin sözlərindən bəlli oldu ki, bulvar ərazisində 180 minə yaxın qızılgül, habelə bir o qədər ağac və kol əkilib. Yaşıllıqların salınması zamanı 30-a qədər müxtəlif ağac növündən istifadə edilib ki, bunların arasında həm yerli, həm də xaricdən gətirilən ağaclar mövcuddur. Bütövlükdə xaricdən, xüsusilə də İtaliya və Türkiyədən gətirilən ağaclar üstünlük təşkil edir. Belə ki, bulvar ərazisində əkilən ağaclaırn 80%-i məhz adıçəkilən ölkələrdən gətirilib. Bundan başqa, Abşeron iqlimi üçün ideal hesab ediln zeytun ağaclarının da sayı yetərincə.

Bulvar ərazisində qızılgüllərlə yanaşı mövsümü güllərin əkilməsinə də xüsusi fikir verilir. Cari ilin yanvarından aprelinə kimi bulvar ərazisində 70 min mövsümü gül əkilib. Sumqayıt bulvarında 25 minə yaxın həmişəyaşıl gül mövcuddur ki, bu da mövsümdən asılı olmayaraq bulvarın yaşıl görüşünüşünü təmin edir. Bütövlükdə 106, 1 hektarlıq bulvar ərazisinin yarısını – 53,1 hektarını yaşıllıqlar təşkil edir. Elə bu səbəbdən də Sumqayıt bulvarı ilin bütün fəsillərində “yaşıl dəniz”i, yaxud qızılgül səltənətini xatırladır. Burada hər şey təbiətdən – onun ilkinliyindən, əbədiliyindən, sonsuzluğundan və insan ruhuna doğmalığından xəbər verir.

 

Sumqayıt bulvarında “İslandiya rüzgarı” : fontanlar, bulaqlar və daha nələr...

 

Sumqayıt bulvarının çoxsaylı özəlliklərindən biri də burada fontan və bulaqların bolluğudur. Öz gözəlliyi və çoxuğu ilə qeyzer və bulaqlar yurdu olan İslandiyanı yada salan Sumqayıt bulvarına sözügedən fontanlar qeyri-adi gözəllik qazandırır. Hazırda buvar ərazisində 6 ədəd fontan mövcuddur ki, onların hamısı işlək vəziyyətdədir və günün müvafiq saatlarında fəaliyyət göstərir.

Bulvar ərazisində bulaqların sayı fontanlarla müqayisədə daha çoxdur. Bulvar ərazisində 8 bulaq mövcuddur ki, bu bulaqlar 24 saat ərzində insanları yüksək keyfiyyətli su ilə təmin edir.

Bulvarda 3 sanitar qovşağı da mövcuddur ki, bu sanitar qovşaqları dekorativ kol və ağaclarla əhatələnib.

Bir sözlə, bulvar ərazisində yaşıllıqlar kimi fontan və bulaqlar da bu məkanın vahid gözəlliyinin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Su və yaşıllığın hər addımda bir-birini tamamlayan vəhdəti bütün dünyada qeyzer və bulaqların vətəni kimi tanınan İslandiyanı yada salır. Sumqayıt bulvarını seyr etdikcə insana elə gəlir ki, Avropada yerləşən, okean və dənizlərlə əhatələnən gözəl İslandiya təbiətinin bir parçasını  hansısa sirli qüvvəsə “udub” və “həmin  parça” məhz burada – özünün 70 illiyinə hazırlaşan bu şəhərdə üzə çıxıb.

 

Istirahət və idmanı birləşdirən məkan

 

Sumqayıt bulvarında insanların istirahət ilə yanaşı, onların idmanla məşğul olması üçün də geniş şərait yaradılıb. Belə ki, buvar ərazisində iki mini futbol meydançası var ki, futbol həvəskarları bu meydançaların imkanlarından istifadə edə, asudə vaxtlarını səmərəli şəkildə dəyərləndirə bilirlər.

Sumqayıt bulvarında tennis həvəskarları üçün tennis meydançası da inşa edilib. Hansı ki, tennis həvəskarları müasir tələblər səviyyəsində qurulan bu meydanın imkanlarından istədikləri zaman istifadə edə bilərlər.

Bulvarda velosiped idmanının inkişafı üçün də bütün lazımi şərait yaradılıb. Bulvar ərazisində 3 metr enində velosiped yolu var ki, Sumqayıtdan başlayıb Novxanıya kimi davam edən bu yolun ümumi uzunluğu 12,7 km-dir.

Bulvar ərazisində velosiped yolunun mövcudluğu insanların idmanın bu növünə marağını artırmaqla yanaşı, şəhərin ekoloji durumuna da müsbət təsir göstərir. Velosipedin şəhər mühitində  ekoloji baxımdan ən təmiz nəqliyyat növü olduğunu nəzərə alsaq, buvardakı velosiped yolunun gələcək perspektvinin indikindən daha böyük əhəmiyyət kəsb etdiyi aydın olar.

 

Bayraq Muzeyi – dövlətçilik tariximizə işıq tutan milli-mənəvi abidə...

 

Sumqayıt bulvarında öz əzəməti ilə diqqət çəkən möhtəşəm tikililərnə biri də üçmərtəbəli Bayraq Muzeyidir. Tikintisi 2017-ci ilin fevralında başlayan və sentyabrında başa çatan muzeyin ümumi ərazisi 10 min kvadratmetrdir. Muzeydə iki sərgi zalı mövcuddur ki, burada 6 bölmə fəaliyyət göstərir.

Bayraq Muzeyinin ən mühüm özəlliklərindən biri də muzeydə dövlətçilik tariximiz, milli özünüdərkimiz baxımından vacib əhəmiyyət kəsb edən eksponatların nümayiş edilməsidir. Bu eksponatlar arasında ölkəmizin xanlıqlar dövrünə aid xəritələr, bayraqlar, metal sikkələr, kağız pullar, gerblər və s. nümayiş olunur. Bayraq Muzeyində həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də sovet Azərbaycanı ilə bağlı da ekspozisiyalar mövcuddur ki, bu da ölkə tarixinə bir küll halında, bütöv, tam şəkildə nəzər salmağa imkan verir. Əslində Sumqayıt bulvarının ümumrespublika əhəmiyyətinin bir isbatı da buradakı Bayraq Muzeyində sadəcə Sumqayıt tarixi ilə deyil,  bütün ölkə tarixi ilə bağlı eksponatların nümayiş edilməsidir.

Onu da vurğulayaq ki, 2017-ci ilin 15 dekabr tarixində istifadəyə verilən Bayraq Muzeyinin açılışında prezident İlham Əliyev də iştirak edib.

Bayraq Muzeyi şəhər sakinləri, xüsusilə də yeniyetmələr, orta məktəb şagirdləri və tələbələr  tərəfindən sıx-sıx ziyarət edilir ki, bu da gənc nəslin tariximizə bağlılığı, milli dəyərlər ruhunda tərbiyəsi baxımından olduqca əhəmiyyətlidir.

 

Müasir ictimai iaşə müəssisələri, təhlükəsiz qida, nümunəvi xidmət

 

Sumqayıt bulvarında insanların rahatlığını təmin etmək məqsədi ilə ictimai iaşə müəssisələri də fəaliyyət göstərir. Bulvar ərazisində müasir standartlara cavab verən restoran və kafelər fəaliyyət  göstərir ki, bu ictimai iaşə müəssisələrində vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir.

Bulvar ərazisində təsadüfi şəxslər tərəfindən vətəndaşlara keyfiyyətsiz qida məhsullarının satışını əngəlləmək, qida zəhərlənməsi və s. kimi arzuedilməz halların yaşanmasına yol verməmək üçün əraziyə ciddi nəzarət olunur.

Bulvar ərazisindəki insanların sadəcə qida təhlükəsizliyini deyil, həm də fiziki təhlükəsizliyini təmin etmək baxımından da bütün zəruri addımlar atılıb. Belə ki, bulvar ərazisinə həm texniki vasitələrin, həm də mühafizə xidmətinin vasitəsi ilə ciddi nəzarət olunur. Bu isə insanlara tam təhükəsiz şəraitdə istirahət etməyə, dənizin, təbiətin gözəlliklərindən zövq almağa imkan verir.

Ümumilikdə, bulvardakı gözəllik və təmizliyin qorunub saxlanılmasında "Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün şəxsi heyətinin, eləcə də bu qurumun rəhbəri Yavər Vəliyevin böyük əməyi mövcuddur ki, bulvara gələn, onun gözəlliyindən zövq alan şəxslərin bu insanlara ən azından bir təşəkkür borcunun olduğu şübhəsizdir.

 

Avropanı ovsunlayan, Ispaniya və Fransada mükafatla təltif edilən şah əsər

 

Sumqayıt bulvarı ilə bağlı ən maraqlı və qürurverici məqamlardan biri də onun Avropanı belə heyrətləndirməsi, bir sıra beynəlxalq mükafatlara layiq görülməsidir. Xatırladaq ki, 2017-ci ilin 3 iyul tarixində İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən “Global Trade Leaders Club”un 24-cü Beynəlxalq Üstünlük və Liderlik Forumunda Sumqayıt bulvarı “İnternational Award for Excellence & Lidership” mükafatına layiq görülüb. Mükafat adıçəkilən təsisatın baş katibi Rikardo Lopes tərəfindən şəxsən təqdim edilib. Lakin bu, Sumqayıt bulvarının Avropada əldə etdiyi son uğur olmayıb. Elə həmin ilin 16 oktyabr tarixində Sumqayıt bulvarı Parisdə keçirilən forumda da “Global Trade Leaders Club”un “Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”na layiq görülüb.

Məlumat üçün qeyd edək ki, “Global Trade Leaders Cluv” dünya biznesini araşdıran 3 ən böyük təsisatdan biri hesab edilir və bu sahənin ən nüfuzlu qurumlarından biridir.

Heç şübhə yoxdur ki, genişlənməkdə və gözəlləşməkdə olan Sumqayıt bulvarı bundan sonra da beynəlxalq forumlarda ən yüksək mükafatlara layiq görüləcək, ölkəmizin adını ucaltmaqda, onun gözəlliklərini tanıtmaqda davam edəcəkdir. 

 

1200 nəfərlik yay səhnəsi və Muğam Mərkəzi

 

Sumqayıt bulvarında insanların mədəni istirahət üçün də lazımi şərait yaradılıb. Bulvarda 1200 tamaşaçı tutan yay səhnəsi var ki, bu səhnənin köməyi ilə mədəni tədbirlər keçirmək, konsertlər, teatr tamaşaları təşkil etmək mümkündür.

Sumqayıt bulvarında inşası davam edən və yalnız şəhər deyil, bütün ölkə miqyasında mühüm əhəmiyyət kəsb edən obyektlərdən biri də Muğam Mərkəzidir. Bu Mərkəzin inşası cari ilin sonlarına – Sumqayıt şəhərinin 70 illiyinə qədər başa çatdırılması və istifadəyə verilməsi nəzərədə tutulur.

Ölkə ziyalıları, xüsusilə də mədəniyyət və incəsənət xadimləri hesab edir ki, Sumqayıtda belə bir mərkəzin fəaliyyətə başlaması ölkədə milli-mədəni irsimiz olan muğamın inkişafına təkan verəcək, digər regionlar üçün də nümunə olacaqdır.

Xatırladaq ki, milli musiqimizin incisi sayılan muğamın təbliği və inkişafı Heydər Əliyev Fondunun uzun illərdir ki, mədəniyyət sahəsində həyata keçirdiyi prinsipial siyasətin mühüm tərkib hissəsdiir. Bu baxımdan Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən belə bir mərkəzin inşa edilməsini həm də Heydər Əliyev Fondunun məlum siyasətinə verilən dəstək hesab etmək olar.

 

Xəzərin ənginliyinə uzanan körpü: Gəmilər Sumqayıtı buradan salamlayacaq...

 

Sumqayıt bulvarı ilə bağlı ən mühüm özəlliklərədn biri də bulvar ərazisindən Xəzərin ənginliyinə doğru iki nəhəng dambanın inşasıdır. Hansı ki, bu dambalardan birinin uzunluğu 520 metr, digər dambanın uzunluğu isə 150 metrdir.

Gəmilərin yanaşması üçün 800 metr uzunluğunda körpü inşa edilib. 10 metr yüksəkliyində estakada salınıb.

Bulvar ərazisinə özünəməxsus gözəllik qazandıran bu körpü və dambaların yaxın gələcəkdə gəmilər üçün əsl sığınacağı çevrilməsi gözlənilir. Başqa sözlə desək, bəlli bir müddətdən sonra Sumqayıt bulvarının sahilinə yan alan ağ yelkənli gəmilər gənclər şəhərini buradan salamlayacaq. Bu isə bulvarın şəhər sakinlərinə yeni görkəmdə təqdimatı demək olacaq.

Sumqayıt bulvarındakı körpü estetik baxımdan da əsl zövq mənbəyidir. Xüsusilə də küləkli havalarda özünü körpünün daş divarlarına çırpan mavi ləpələrin şahə qalxan görünüşünə tamaşa etmək insanda sözlə ifadəsi mümkün olmayan xoş ovqat, ülvi hislər doğurur. Həmçinin, dambalarla çarpışan ləpələrə baxmaq əsəb sarsıntısının, ruhi gərginliyin də ən yaxşı təbii müalicə hesab edilə bilər.

Ərazidə müasir işıqlandırma sistemi və oturacaqlar da quraşdırılıb ki, bu da sakinlərə axşam saatlarında da bulvarın gözəlliklərindən faydalanmağa imkan verir.

 

 “Sumqayıt möcüzəsi”nin müəllifi: Fədakarlığı ilə tarix yazan şəxsiyyət...

 

Sumqayıt bulvarından, bu bulvarın sonsuz gözəlliklərindən bəhs edərkən toxunulması gərəkən ən başlıca məqam heç şübhəsiz bu möcüzənin müəllifi, onun əsl fədakarlıq nümunəsi sayıla biləcək əməyidir. Sumqayıt bulvarının yaradılması məhz bu insanın – Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı ilə bağlıdır. Məhz onun səyi, Sumqayıt zəhmətkeşlərinin əməyi sayəsində hər kəsdə dərin heyranlıq doğuran belə bir möcüzə meydana çıxıb.

Bulvarın əsasının qoyulduğu gündən onun istifadəyə verildiyi günə qədər hər gün işlərin gedişatı ilə maraqlanmaq, öz tövsiyyə və tapşırıqlarını vermək üçün bulvar ərazisinə gələn Z.Fərəcov, bu gün də bulvarın genişləndirlməsi, daha da gözəlləşməsi istiqamətində durmadan çalışmaqdadır.

Z.Fərəcovun ən böyük əsərlərindən biri olan Sumqayıt bulvarının respublika miqyaslı önəmini sübut edən ən mühüm göstəricilərdən biri də ölkə başçısı İlham Əliyevin bulvarın açılışında şəxsən iştirak etməsi faktıdır. Xatırladaq ki, 27 sentyabr 2016-cı il tarixində Sumqayıta səfər edən ölkə başçısı bulvarın açılışında iştirak edib, görülən işləri yüksək qiymətləndirib. Ölkə başçısının bu addımı Sumqayıt bulvarının önəmi ilə yanaşı, həm də Z.Fərəcovun böyük əməyinə verilən tarixi qiymətdir.  Heç şübhə yoxdur ki, günümüzün insanları ilə yanaşı, gələcək nəsillər də icra başçısının bu əməyini dərin rəğbət və təşəkkür hissi ilə xatırlayacaq, minnətdarlıq duyğusu ilə yad edəcəklər.

 

Yeni möcüzələrin astanasında...

 

Sumqayıt bulvarı ilə bağlı perspektivdə duran maraqlı məsələrdən biri də bulvarın daha da genişləndirilməsi planı ilə bağlıdır. Belə ki, bulvarı genişləndirmək, daha çox insanın bulvardan istifadəsini təmin etmək məqsədi ilə bulvarın şimal istiqmaətinə doğru daha 1 km genişləndirilməsi nəzərdə tutulur. 

Bu isə möcüzənin hələ bitmədiyini, əksinə, Sumqayıtın yeni möcüzələr astanasında olduğunu göstərir. Və biz ulu öndər Heydər Əliyevin “xoşbəxtlər şəhəri” kimi xarakterizə etdiyi Sumqayıtdan elə bu təəssüratla da ayrılırıq. Onun yeni möcüzələrinə şahid olacağımız, yeni uğurlarına sevinəcəyimiz ümidi ilə...

 

Seymur ƏLİYEV

 

 


loading...
loading...
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
Kosmetik vasitələr Antarktikanı da kirlətdi - İNANILMAZ...
8 telefonla birdən oynayan sürücü yaxalandı - FOTO
Liberiyalı senator maaşının çoxunu yerli xalqa paylayacaq - MARAQLI
Hesabın çox gəlməsinə qəzəbləndi, bara hücum etdi - AĞLASIĞMAZ...+ VİDEO
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Əsəddən icazə al…” - Moskvadan Ərdoğana şok tələb
Dünya
“Fox 8” in müxbiri təyyarə qəzasında öldü - FOTO
Dünya
Rusiya Xüsusi Təyinatlıları özlərini biabır etdi - FOTO
Cəmiyyət
10 dahinin 100 məhşur sözü...
Cəmiyyət
“Onda hər şey yüksək səviyyədədir...”
Həftənin ən çox oxunanları
Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər - VİDEO
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Əsgərlərimizdən düşmənə əsl Qurban Bayramı "hədiyyəsi"...
Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq...
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
Düşmənin müdafiə naziri Azərbaycana yalvardı: “Dayandırın...”
Naxçıvanın keçmiş daxili işlər nazirinin Bakıda obyekti "tapıldı"... - FOTOLAR
"Prezident məhz bu keyfiyyətləri nəzərə alıb onu çökməkdə olan sistemin başına gətirdi"
Mircəfər Bağırovu heyrətləndirən aktyor - Əliağa Ağayevin qeyri-adi ÖLÜMÜ
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)