Xəbər lenti
20/08/2019 [00:15]:
Məktəb çantalarının ağırlığı ilə bağlı - Qərar
20/08/2019 [00:12]:
Gömrükdə 74 500 ədəd aksiz markası aşkarlandı
20/08/2019 [00:11]:
Keçmiş DTK-MTN zabitindən "istifadə etdiyi" erməni agentlə bağlı ilginc açıqlamalar...
20/08/2019 [00:07]:
“Fənərbağça” mövsümə darmadağınla başladı
19/08/2019 [23:58]:
Dəmir yolu ilə sərnişin daşınmasında artım oldu
19/08/2019 [23:54]:
Atası təhsil almasına qarşı çıxdı, o isə evi tərk etdi
19/08/2019 [23:51]:
Bəşəriyyətin yaranma tarixinə təkrar baxış - FOTO
19/08/2019 [23:47]:
ABŞ qadağan olunmuş qanadlı raketi sınaqdan keçirdi
19/08/2019 [23:29]:
13 yaşlı uşaq benzindən zəhərləndi
19/08/2019 [23:25]:
Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi
19/08/2019 [23:22]:
3.5 illik bakteriyanı bədəninə yeritdi "Son iki ildir qripə yoluxmadım"
19/08/2019 [23:22]:
Deputatın saxlanılan qardaşı oğlu kimdir? - FOTO
19/08/2019 [23:20]:
Zelenskinin ofisindən Netanyahunun xanımının hərəkəti ilə bağlı - Açıqlama
19/08/2019 [23:16]:
Roberto Bordin: "Bu enişdən qısa müddətdə qurtulmağa cəhd göstərəcəyik"
19/08/2019 [23:08]:
Qubada səhərdən başlayan yanğın davam edir: 20 hektar ərazi yandı
19/08/2019 [22:58]:
Uşağın cinsiyyətinə əvvəlcədən qərar veriləcək... MARAQLI ARAŞDIRMA
19/08/2019 [22:17]:
"AXC hakimiyyətinin çoxsaylı səhvlərdən biri də agentura şəbəkəsinin açıqlanmaması idi"
19/08/2019 [22:16]:
Millət Vəkili Qusarda sərhəd mühafizəçiləri ilə görüşdü
19/08/2019 [21:52]:
“Mədəmi bulandıran şeylər vardı” demişdi – Ayrılığın səbəbi bilindi
19/08/2019 [21:50]:
Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb
19/08/2019 [21:35]:
Məktəbdə dəhşətli hadisə: Daun sindromlu uşaq təcavüzə uğradı...
19/08/2019 [21:28]:
Rusiyanın əməkdar artisti intihar etdi
19/08/2019 [21:21]:
Qəzəbli buğa 59 yaşlı kişini öldürdü - QORXUNC... + VİDEO
19/08/2019 [21:15]:
Bizneslə məşğul olan qadınların sayı 12 faiz artdı
19/08/2019 [21:13]:
Ərdoğanla xanımı əl-ələ antik kəndi gəzdilər - FOTOLAR
19/08/2019 [21:09]:
Neftçalada bir nəfəri elektrik cərəyanı öldürdü
19/08/2019 [21:06]:
İran Rusiyanın S-300-ünün analoqunu yaratdı
19/08/2019 [21:04]:
Türkiyədə nazir müavini qəzada öldü
19/08/2019 [21:03]:
Millət vəkili Qusarda sərhəd mühafizəçiləri ilə görüşdü - FOTOLAR
19/08/2019 [21:02]:
Elmar Məmmədyarovun oğlu evləndi - Gəlin əcnəbidir -FOTOLAR
19/08/2019 [20:53]:
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhəddə gəldi
19/08/2019 [20:52]:
Vilayət Eyvazovdan növbəti TƏYİNAT
19/08/2019 [20:50]:
Masallıda 11 gün əvvəl toyu olan şəxs çayda boğulub - FOTO
19/08/2019 [20:46]:
“O vaxt İlyas İsmayılov buna görə cinayət məsuliyyətinin müəyyən olunmasını təklif etmişdi, amma...”
19/08/2019 [20:23]:
Bakı polisinin Feysbuk səhifəsi fəaliyyətə başladı
19/08/2019 [20:22]:
İlham Əliyev 1 fərman, 2 sərəncam imzaladı
19/08/2019 [20:21]:
Qəzaya düşən pilotumuzun dəfni keçirilir? - Açıqlama
19/08/2019 [19:58]:
Ermənilər İmamverdi ilə Allahverdinin kəndinin yolunu asfaltlamağa başladı - FOTO
19/08/2019 [19:37]:
"Müsavatı maliyyələşdirməyimiz barədə deyilənlər əsassızdır" - "Babək “Sirab” ASC-nin İdarə Heyətinin sədri
19/08/2019 [19:20]:
Gələn il parlamentə buraxılmayacaq deputatların siyahısı yayıldı
19/08/2019 [19:12]:
Məlahət Abbasova da ATV-dən getdi
19/08/2019 [18:49]:
İran parlamenti ABŞ-a qarşı plan hazırlayır
19/08/2019 [18:21]:
“Boşanacağımı bilmirdim” - Xloe vətəninə döndü
19/08/2019 [18:20]:
Azərbaycanda neft hasilatı azalıb
19/08/2019 [18:16]:
"WhatsApp" da barmaq izinə keçir
19/08/2019 [18:10]:
Elnur Eltürk: "Bunu bilməyənlər "Vikipediya"da yanlış məlumatlar yerləşdirə..."
19/08/2019 [18:09]:
“Kepro” lazer epilyasiya mərkəzində gözünə xəsarət yetirilən xanımdan ilginc İTTİHAM...
19/08/2019 [18:08]:
Göygöl polisinə yeni rəis təyin olundu
19/08/2019 [18:03]:
““Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
19/08/2019 [18:01]:
Cavad Zərif: “Rəsmi Tehran ABŞ ilə danışıqlarda maraqlı deyil”
19/08/2019 [17:58]:
Məktəblərdə smartfon qadağası
19/08/2019 [17:56]:
Millət vəkilinin qoçuluq etdiyinə görə saxlanılan oğlu - FOTOLAR
19/08/2019 [17:54]:
Gəncədə saxta içkilər: sex bağlandı - FOTO
19/08/2019 [17:52]:
Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi
19/08/2019 [17:48]:
Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR
19/08/2019 [17:44]:
Azərbaycan-Gürcüstan sərhədindəki razılaşdırılmamış sahələrdə ölçmə işləri aparılacaq
19/08/2019 [17:39]:
Ermənistan sərhədçiləri azərbaycanlı fermerin 12 baş mal-qarasını oğurladı
19/08/2019 [17:37]:
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi”nin açılış mərasimi olub
19/08/2019 [17:17]:
Vilayət Eyvazov əsgərlərlə nahar etdi - FOTO
19/08/2019 [17:14]:
Quba və Şabranda meşə yanğını artdı
19/08/2019 [17:09]:
Deputatın oğlu və qardaşı oğlu haqda həbs qətimkan seçildi
19/08/2019 [17:04]:
Cazibədar taekvandoçu paylaşımları ilə diqqət mərkəzində - FOTOLAR
19/08/2019 [16:59]:
Beş il ərzində donuzdan insana ürək transplantasiyası mümkün olacaq - Açıqlama...
19/08/2019 [16:52]:
Qadını intim şəkilləri ilə şantaj edən şəxs saxlanıldı
19/08/2019 [16:28]:
Mənim doğma universitetim...
19/08/2019 [16:26]:
129 qrupun iştirakıyla PKK-ya qarşı “Kıran əməliyyatı” başlanıldı - FOTOLAR
19/08/2019 [16:26]:
Rus “Kim Kardaşyan” şəkilləriylə İnstaqramda sərvət qazanır- FOTOLAR
19/08/2019 [16:12]:
Dünya universitetlərinin reytinqi açıqlandı
19/08/2019 [16:00]:
Suriya Türkiyənin hərbi karvanını bombaladı: 3 ölü, 12 yaralı
19/08/2019 [15:16]:
Gələn il vahid məktəbli formalarında yenilik olacaq
19/08/2019 [15:15]:
"Deputat nazirə dedi ki, Süleymana Xalq artisti fəxri adı verməyin..."
19/08/2019 [15:15]:
İstanbulda dənizlə quru birləşir... - İmamoğlunun ilk sınağı+Fotolar
19/08/2019 [15:13]:
Rusiyada dəhşətli cinayət - Yeniyetmə ailəsinin bütün üzvlərini baltaladı - VİDEO
19/08/2019 [15:06]:
“Putin dedi ki, sənin internetin başdan ayağa dezinformasiyadır...”
19/08/2019 [15:04]:
Ötən il göz xəstəlikləri ilə bağlı 37181 əməliyyat həyata keçirilib
19/08/2019 [14:29]:
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
19/08/2019 [14:28]:
“Ey insanlar! Köməyə gəlin, burada bizim Allahımızı öldürmək istəyirlər!..” 
19/08/2019 [14:26]:
Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq
19/08/2019 [14:23]:
Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi
19/08/2019 [14:19]:
Tarix İnstitutunda İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş olub
Bütün arxiv bir sırada
24/04/2019 [13:33] - Siyasət - ( 895 dəfə baxılıb)

Azərbaycan-Avropa əlaqələri: 101 yaşlı əməkdaşlıq...



Azərbaycanla Avropa arasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin, əməkdaşlığın yüz illərlə yaşı var. Məhz 101 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhurriyyətinin bayrağındakı qırımız rəng də müasirləşmək, avropalaşmaq anlamını daşıyır. Bu o deməkdir ki, Avropa ilə əməkdaşlıq, ona inteqrasiya Azərbaycan dövlətinin təməl prinsiplərindəndir. İndiki dövrdə də Avropa İttifaqı (Aİ) daha çox Avropanı təmsil edir. Bu baxımdan, Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi, ticari, mədəni, siyasi və sosial əlaqələr davam etməkdədir. Azərbaycan müstəqilliyini, respublikanın bərpasını elan etdiyi vaxtdan bəri bir sıra sahələrdə, xüsusilə enerjidaşıyıcları məsələsində İttifaqla əməkdaşlığını genişləndirir. Hətta onun bu istiqamətdə təhlükəsizliyinin təmin olunmasında aparıcı yerlərdən birinə malikdir.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair bəzi razılaşmalara nəzər yetirək. Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra 1991-ci ildən Aİ ölkə iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olub. Bu müddət ərzində İttifaqla münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib.

Azərbaycanla Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerjidaşıyıcları istiqamətində əməkdaşlıq və danışıqların davamlı aparılması təşkil edir. Bu çərçivədə 2006-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Brüsselə səfəri zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” tərəflər arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaratdı. Bu Memorandumun əsas məqsədləri Aİ-nin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir. 2007-ci il yanvarın 1-dən TACİS proqramı Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) ilə əvəz olunub. Daha geniş mandat və əhatə dairəsinə malik olan AQTA AQS Fəaliyyət Planlarının həyata keçirilməsi üçün əsas maliyyə alətidir. AQTA üç başlıca strateji məqsədi ehtiva edir: demokratiya və insan hüquqlarının təşviqi, bazar iqtisadiyyatına keçidin asanlaşdırılması və davamlı inkişafın təşviqi, habelə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişafı.

“Yeni İpək Yolu” adlandırılan TRACECA proqramı Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirən bir proqramdır. TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) Brüsseldə 1993-cü il mayın 3-də keçirilmiş 8 təsisçi dövlətin - 5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz ölkələri ticarət və nəqliyyat nazirlərinin konfransında təsis olunub. Proqramın məqsədi qeyd edilən dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək və Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir. Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü Aİ Xarici İşlər Nazirlərinin 2008-ci il mayın 26-da Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülüb. Hazırda 2014-2020-ci illər üzrə Aİ-nin yardımları Avropa Qonşuluq Aləti üzrə davam etdirilir. Bu çərçivədə illik maliyyə yardımları hər il Azərbaycanla imzalanan Fəaliyyət Proqramları vasitəsilə həyata keçirilir. 2014-2017-ci illər üzrə maliyyə yardımının əsas istiqamətləri belə olub: regionların və kənd yerlərinin inkişafı, ədliyyə sahəsində islahatlar, təhsil və bacarıqların inkişafı prioritetləri.

Eyni zamanda Azərbaycan və Avropa İttifaqı arasında insan hüquqları və demokratikləşdirmə sahəsində əməkdaşlığa dair çoxsaylı görüşlər, toplantılar keçirilib. Məsələn, 2015-ci ilin avqust-sentyabr ayları ərzində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Avropa İttifaqı ilə birlikdə Milli Məclisə seçkilərdə namizədlərin qeydiyyat prosedurunun daha da gücləndirilməsi və seçkilərlə bağlı müraciətlərə baxılmasına dair genişmiqyaslı təlim və seminarlar təşkil edib.

Enerji sahəsində əməkdaşlığa gəldikdə isə Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı olmaqla, hazırda Aİ-nin neft tələbatının 5 faizini ödəyir. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır. 2006-cı ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu müvafiq sahədə ikitərəfli əməkdaşlığın bünövrəsini qoyub. Sözügedən Memorandum 4 əməkdaşlıq sahəsini müəyyənləşdirib: qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin gücləndirilməsi, enerji səmərəliliyi, texniki əməkdaşlıq və təcrübə mübadiləsi. Azərbaycan-Aİ enerji əməkdaşlığı, sadəcə, Anlaşma Memorandumu ilə məhdudlaşmır. 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Prezident İlham Əliyev Bakı şəhərində Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalamışdı. Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına gətirə biləcək və Aİ-nin enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oynaya biləcək strateji təşəbbüsdür. Xəzər hövzəsindən, xüsusilə "Şahdəniz-2" yatağından təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin infrastrukturu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik boru xəttinin inşasını əhatə edir. Nəticə etibarilə Azərbaycan qazı Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Nəhəng "Şahdəniz-2" yatağı ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ölkələrinə isə 10 milyard kubmetr qaz nəql edəcək.

Tərəflər arasında ticarət əlaqələri hazırda Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənir. Aİ Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur. 2016-cı ilin yanvar-sentyabr ayı göstəricilərinə əsasən, Aİ-nin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 37,12 faiz (4 milyard 730 milyon dollar) olub. Aİ Azərbaycanın ixracatında da 45,87 faiz, idxalında isə 27,89 faiz payla ən böyük ticarət tərəfdaşıdır. Aİ-nin Azərbaycana ixracı, əsasən, maşınqayırma və nəqliyyat avadanlıqarı, Azərbaycanın Aİ-yə ixracı, əsasən, neft və təbii qaz olub (ümumi ixracın 98 faizi). Azərbaycanın Aİ ölkələri arasında ən böyük ticarət tərəfdaşları İtaliya (1,445 milyard dollar, 30,5 faiz), Almaniya (768 milyon 70 dollar, 16,25 faiz) və Britaniyadır (449 milyon 71 dollar, 9,5 faiz).

Tərəflər arasında elmi-mədəni əlaqələrin də genişlənməsi istiqamətində görülmüş işlər var. Aİ-nin “Erasmus+” proqramı Azərbaycanın ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır. Bu layihə Azərbaycan müəllim və tələbələrinə 3-12 ay müddətinə Aİ-yə üzv ölkələrin ali təhsil müəssisələrində təhsil almaq və ya staj keçmək imkanları təqdim edir. 2015-ci ildə Azərbaycandan, təxminən, 250 tələbə və müəllim heyəti bu proqram çərçivəsində Avropada olmuş, 85 avropalı tələbə və müəllim Azərbaycana gəlmişdi.

Ümumiyyətlə, Azərbaycan Avropa ilə əməkdaşlığı genişləndirmək üçün daha böyük potensiala malikdir. Ancaq Azərbaycanın Dağlıq Qarabağ toprpaqlarının işğal altında saxlanılması bu potensialın reallaşmasına mane olur. İttifaq ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir, Dağlıq Qarabağdakı separatçıları tanımamaqla münaqişənin həllinə töhfə verməyə çalışır. Ancaq bu istiqamətdə daha böyük işlər görməyə hər cür imkanı var. İlk növbədə, təcavüzkara təzyiq etmək kimi imkana malikdir.

Göründüyü kimi, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bundan başqa, Azərbaycan İttifaqdan humanitar və ya başqa yardımlar almır. Odur ki, respublika İttifaqla bütün məsələlərin müzakirəsində azad və müstəqildir. Bu baxımdan, tərəflər arasında əlaqələri və əməkdaşlığı başqa dövlətlər, o cümlədən Gürcüstan, Moldova və Ukrayna ilə müqayisəsi qüsurludur. Azərbaycanın qarşılıqlı ticarət sahəsində əməkdaşlıq etdiyi sahələrdə bu ölkələr Avropa İttifaqından yardımlar alır.

Beləliklə, Azərbaycanla Avropa arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyi istisna edilmir. Üç rəngli bayrağı qırmızı boyası da 101 ildir bunu təsdiqləyir.


Sədrəddin Soltan, politoloq

loading...
loading...
3.5 illik bakteriyanı bədəninə yeritdi "Son iki ildir qripə yoluxmadım"
Məktəbdə dəhşətli hadisə: Daun sindromlu uşaq təcavüzə uğradı...
Deputatın oğlu və 5 qohumu saxlanıldı - VİDEO
Fatih Terim Hasan Şaşın istefasını qəbul etmədi
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Ermənilər İmamverdi ilə Allahverdinin kəndinin yolunu asfaltlamağa başladı - FOTO
Dünya
Rus “Kim Kardaşyan” şəkilləriylə İnstaqramda sərvət qazanır- FOTOLAR
Cəmiyyət
"Deputat nazirə dedi ki, Süleymana Xalq artisti fəxri adı verməyin..."
Dünya
Rusiyada dəhşətli cinayət - Yeniyetmə ailəsinin bütün üzvlərini baltaladı - VİDEO
Cəmiyyət
“Onun ölüm xəbəri mənim üçün çox gözlənilməz oldu...”
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
Düşmənin müdafiə naziri Azərbaycana yalvardı: “Dayandırın...”
Naxçıvanın keçmiş daxili işlər nazirinin Bakıda obyekti "tapıldı"... - FOTOLAR
"Qarış-qarış da olsa öz ərazilərimizi düşməndən təmizləyirik" - Hərbi ekspert...
Sərhədçilərimiz hücuma keçdi - Düşmən mövqeləri nəzarətə götürüldü
Qadın polisin seks görüntüləri yayıldı - Ölkədə qalmaqal - FOTOLAR
“Naxçıvanın Günnüt ərazisi də özümüzün idi, ora işğal olunmamışdı ki, sadəcə..."
“Sənin ərin hara baxır?” - Müğənni aləmi bir-birinə qatdı -FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)