Xəbər lenti
21/09/2019 [01:26]:
Tramp İrana qarşı “ən yüksək səviyyəli sanksiya” tətbiq etdi: "Uşaqlar, başlayın..."
21/09/2019 [00:41]:
Nazirlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ
21/09/2019 [00:40]:
Rusiya Ermənistanla dəmir yolu əlaqəsini kəsir
21/09/2019 [00:01]:
HDP həmsədri Səlahəddin Dəmirtaşın 4 il 8 aylıq həbsinə qərar verildi
21/09/2019 [00:00]:
Azərbaycanlı müğənni “Rihannasayağı” pozlarına görə tənqid edildi - FOTOLAR
20/09/2019 [23:59]:
Günəş sistemində partlayış
20/09/2019 [23:57]:
Ermənistan Qarabağda hərbi təlimlər keçirəcək - danışıqlardan bir gün sonra
20/09/2019 [23:57]:
Aşıqlar Elnarə Abdullayevanı dediyi "Xanımdan aşıq olmaz" sözünə peşman etdi - VİDEO
20/09/2019 [23:14]:
Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir
20/09/2019 [23:07]:
Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası - QANUN DƏYİŞİR
20/09/2019 [23:03]:
Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEO
20/09/2019 [22:59]:
Dağıstanda həbsxanada məhkumlar qiyam qaldırdı - VİDEO
20/09/2019 [22:57]:
“Bu, yeni ərimdir” deyib, oğlumun qarşına çıxa bilmərəm” – FOTOLAR
20/09/2019 [22:53]:
Xırdalanda 7 yaşlı uşağı maşın vurdu
20/09/2019 [22:09]:
Mələk Heydərovadan bikinili FOTOLAR -(18+ layihə…)
20/09/2019 [21:41]:
“Sülh göyərçini” aksiyası çərçivəsində 246 nömrəli məktəb-liseydə tədbir keçirilib
20/09/2019 [21:33]:
Şəki şəhərində “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində seminar keçirilib
20/09/2019 [21:24]:
"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
20/09/2019 [21:23]:
Prezident İlham Əliyev: "Bundan sonra da neft gəlirləri sosial məsələlərə yönəldiləcək"
20/09/2019 [21:22]:
Məhkəmə Koçaryanı zaminə buraxmadı
20/09/2019 [21:19]:
Penitensiar Xidmət: İkram Rəhimov aclıq aksiyası keçirmir
20/09/2019 [21:19]:
ABŞ İran Milli Bankına sanksiya tətbiq edib
20/09/2019 [21:16]:
Telefonun bəxş etdiyi xəstəliklər - Alimlər həyəcan təbili çalır...
20/09/2019 [21:14]:
Hansı hallarda böyrəklərin təmizlənməsinə ehtiyac var? - ƏLAMƏTLƏR...
20/09/2019 [21:13]:
Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib
20/09/2019 [21:12]:
Prezident: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"
20/09/2019 [21:10]:
Prezident İlham Əliyev: “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir"
20/09/2019 [21:05]:
Azay Quliyev seçicilərini qəbul edib
20/09/2019 [20:10]:
Ermənistanda dələduz Sorosa abidə qoyuldu-"Bu, Paşinyan hakimiyyətinin rəmzidir"-FOTO+VİDEO
20/09/2019 [19:43]:
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib - FOTOLAR
20/09/2019 [19:38]:
Millət vəkili Əhməd Ağaoğlu ilə bağlı konfransda Türk dünyasına çağırış edib - FOTOLAR
20/09/2019 [19:32]:
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib
20/09/2019 [19:27]:
Qayda pozan piyadalara kim nəzarət edəcək? - Nazirlikdən Açıqlama
20/09/2019 [19:01]:
Gül almaq üçün dayandı, qəzaya səbəb oldu - FOTO
20/09/2019 [18:41]:
Aptekdən rüşvət alan müfəttiş işdən çıxarıldı
20/09/2019 [18:40]:
Kamal Abdulla Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb
20/09/2019 [18:18]:
Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır?
20/09/2019 [18:04]:
İlham Əliyev Elmin İnkişafı Fonduna icraçı direktor təyin etdi
20/09/2019 [18:03]:
İlham Əliyev maltalı həmkarını təbrik etdi
20/09/2019 [18:03]:
Deputat “Şöhrət” ordeni ilə təltif olundu
20/09/2019 [18:00]:
Ermənistanda istefa edəcək növbəti şəxslər kimlər olacaq? - ADLAR
20/09/2019 [17:43]:
BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb - FOTOLAR
20/09/2019 [17:38]:
16 yaşlı gənci qətlə yetirdilər- Şahidlər polisə zəng etmək əvəzinə, bunu telefona çəkdi-FOTOLAR
20/09/2019 [17:35]:
Kuryer məktəblini  intihardan xilas etdi -FOTO
20/09/2019 [17:30]:
Azərbaycanın yeni kamikadze PUA-ları - FOTO/VİDEO
20/09/2019 [17:28]:
Paşinyan atasını həbs etdirdi, Sərkisyan oğlunu general etdi
20/09/2019 [17:26]:
İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi
20/09/2019 [17:08]:
Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi
20/09/2019 [16:45]:
Qocalmağın qarşısını almağın sirri açıqlandı
20/09/2019 [16:45]:
Müdafiə Nazirliyində Kollegiya iclası - Zakir Həsənov Prezidentin tapşırıqlarını diqqətə çatdırdı
20/09/2019 [16:42]:
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
20/09/2019 [16:35]:
Arif Babayev təkrar əməliyyat olunacaq
20/09/2019 [16:32]:
"Qoşunlar irimiqyaslı döyüş əməliyyatları üzrə tapşırıqları uğurla icra ediblər"
20/09/2019 [16:29]:
Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"
20/09/2019 [16:27]:
Cavad Zərif: "İran müharibə istəmir"
20/09/2019 [16:00]:
Bakıda iki azyaşlı qıza təcavüz edən 43 yaşlı kişi məhkəmə qarşısında
20/09/2019 [15:59]:
“Mənimlə evləndiyi üçün onu Azərbaycana deportasiya etdilər...” - Belaruslu qız...
20/09/2019 [15:58]:
Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ
20/09/2019 [15:56]:
Ermənistanda kişi çatışmazlığı - Paşinyan ciddi problemi təlxək açıqlamaları ilə gözdən salır
20/09/2019 [15:55]:
“Qalib olacağıma ümidim yox idi, çünki...” - Müsabiqədə birinci yeri tutan kənd müəllimi...
20/09/2019 [15:46]:
“Böhtan və bu cür yaramaz hallar məsuliyyət yaradır...”
20/09/2019 [15:44]:
Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib
20/09/2019 [15:43]:
"Bir çox xarici güclər və onların yerli əlaltıları bu sazişin baş tutmasını istəmirdilər"
20/09/2019 [15:38]:
Bu da Rəfael Cəbrayılovun girovda olan deputat vəsiqəsi – Foto
20/09/2019 [15:35]:
"Mavi balina” oynayan yeniyetmə intihar edib
20/09/2019 [15:35]:
“Nar”-ın baş sponsorluğu ilə intellektual yarış start götürür
20/09/2019 [15:08]:
Dünya Kubokunda Azərbaycanın iki məşhur şahmatçısı üz-üzə
20/09/2019 [15:06]:
Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO
20/09/2019 [15:05]:
Prezidentin tapşırığına Şəkidə 4 il 4 aydır ki, əməl olunmur
20/09/2019 [15:03]:
Bakıda daha bir sürücü yol polisinə hücum etdi - ANBAAN VİDEO
20/09/2019 [15:00]:
Rusiyada azərbaycanlıların olduğu mikroavtobus qəzaya uğradı: Ölənlər var
20/09/2019 [14:52]:
Aqrar sektorda 200-ə yaxın vergi ödəyicisinin fəaliyyəti aktivləşdirilib
20/09/2019 [14:49]:
Orduda psixoloqların sayı artırılır: Əsgərlərin “dəli olmaq” ehtimalını önləmək üçün..!
20/09/2019 [14:49]:
“Qarabağ” 70-ci pillədə qərarlaşıb –UEFA klub reytinqi
20/09/2019 [14:46]:
Heydər Əliyev prospekti istiqamətində hərəkət tam məhdudlaşdırılacaq
20/09/2019 [14:44]:
Azərbaycanın qadın cüdoçusu Qran-pridə finala yüksəlib
20/09/2019 [14:42]:
Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
20/09/2019 [14:38]:
"İndiyədək mühafizəyə cəlb olunan heç bir yaşayış evi və digər obyekt sahibi zərərçəkmişə çevrilməyib"
20/09/2019 [14:35]:
"Əsrin müqaviləsi" imzalanandan indiyədək Azərbaycana 265 mlrd. dollar investisiya yatırıldı
20/09/2019 [14:33]:
Hərəkətin təhlükəsizliyinə zəmanət gücləndirilir
Bütün arxiv bir sırada
13/05/2019 [16:51] - Araşdırma - ( 1288 dəfə baxılıb)

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ



(I Hissə )

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU),
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

XIX əsr Azərbaycan Türk mütəfəkkiri Mirzə Fətəli Axundzadə (1812-1878) Şəkidə anadan olmuşdur. 1845-ci ilin oktyabrında Tiflisdə şeyxülislam, Tiflis axundu Məhəmmədəli və başqa 23 nəfərin imzası ilə yazılmış M.F.Axundzadəyə aid «şəhadətnamə»də yazılır: «Onun nəsli türkmən tayfasındandır. Bu nəsil uzun zamanlar Azərbaycanda yaşayıb, ölkənin nəcib adamlarından sayılıb, həmişə xalq arasında əziz tutulmuşlar» (14, 222). 1814-cü ildə atası Mirzə Məhəmmədtağı ailəsini doğma yurdu olan Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə aparmışdır. 13 yaşınadək Xamnədə yaşayan Mirzə Fətəli Mollaxanada təhsil almışdır ki, Şəkiyə geri döndükdən sonra da Axund Hacı Ələsgərin sayəsində dini elmləri öyrənməyə davam etmişdir. 1832-ci ildə Gəncə mədrəsəsində dini təhsil alarkən M.Ş.Vazehin tövsiyəsi ilə dünyəvi elmləri də öyrənməyə başlayan Mirzə Fətəli 1834-cü ilin noyabrından Tiflisdə Qafqazın baş hakimi Rozenin dəftərxanasında Şərq dilləri mütərciminin şagirdi vəzifəsində çalışmağa başlamışdır. Beləliklə, əvvəlcə mütərcim kimi işə başlayan Axundzadə 1836-cı ilin sonlarından etibarən pedaqoji fəaliyyət də göstərir; Tiflis qəza məktəbində Azərbaycan Türk dili müəllimi vəzifəsinə təyin olunur. 1840-cı ilin aprelində Zaqafqaziya ölkəsi idarəsinin Baş dəftərxanasının mütərcimi vəzifəsinə təyin olunan Axundzadə sonralar bu sahədə yüksək vəzifələrə çəkilməklə yanaşı, Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin üzvü seçilmiş və Qafqaz ordu hissəsində hərbi qulluğa təyin olunmuşdur. Onun başlıca fəlsəfi və ictimai-siyasi əsəri “Kəmalüddövlə məktubları” və bir sıra məqalələri, müəyyən qədər də “Aldanmış kəvakib”dir.
O, bütün mü¬səl¬man Şərqində, o cümlədən Azərbaycan xalqının fəlsəfi fikir tarixində modernizmin, yəni demokratik və liberal ən¬ənə¬lə¬rin banisi hesab olunur. Buna səbəb kimi də M.F.Axund¬zadənin mü¬səlman mütəfəkkirləri arasında ilk dəfə Qərb mədə¬niy¬yə¬ti¬nə, Qərb fəlsəfəsinə aid anlayışları, yəni «liberalizm», «de¬mo¬kra¬tiya», «parlament», «sivilizasiyon», «patriot», «revolyusiya» və sairəni şərh etməsi, eyni zamanda Avropa dəyərlərinin İslam Şər¬qi ölkələrində də tətbiq olunmasının zəruriliyini gös¬tər¬məsi irəli sürülür. Bəzi tədqiqatçılara görə, M.F.Axundzadənin elmi-fəlsəfi, ictimai-siyasi, bədii, publisistik yaradıcılığı xalqa xidmətlə bağlı olmuş, onun elmi-fəlsəfi irsi bir xalqın mədəniyyəti ilə məhdudlaşmamış və bəşəri xarakter daşımış¬dır. Bu cür baxışın müəlliflərinə görə, Axundzadə müsəlman mütəfəkkirləri arasında ilk dəfə olaraq siyasi, sosial, dini problemlərə daha cəsarətlə, tənqidlə yanaşmışdır ki, bu da onun eyni dövrdə yaşadığı başqa mütəfəkkirlərdən başlıca üstün¬lüyü, fərqi idi. Həmin tədqiqatçılar hesab edirlər ki, dövründəki dini xürafatı, mövhumatı, bir çox ruhanilərin, mollaların riyakarlığını daha cəsarətlə tənqid edən Axundzadə mövcud reallıqları dərindən dərk etmiş, Qərbi Avropa dəyərlərini mənim¬səməyə çalışmış və bir sıra islahatçı təkliflərlə çıxış etmişdir. 
Hesab edirik ki, M.F.Axundzadənin yaradıcılığı təfsir edilərkən bəzi məqamlar, o cümlədən onun İslam dininə olan radikal tənqidi münasibətinin, bunun müqabilində Qərb mədəniyyətinə və irançılığa isə ifrat müsbət yanaşmasının əsil mahiyyəti nəzərdən qaçırılmışdır. Bu səbəbdəndir ki, Sovetlər Birliyi dönəmində M.F.Axundzadə birmənalı şəkildə materializmin, ateizmin, inqilabi-demokratiyanın Azərbaycanda banisi sayıldığı halda, indi də bəzi tədqiqatçılar onu yeri gəldi-gəlmədi milli ideoloqa çevirir, yaxud da az qala İslam ideoloqu etməyə cəhd göstərirlər. Əlbəttə, M.F.Axundzadənin Azərbaycan türklərinin tarixində, milli mənəviyyatında oynadığı mühüm rolu inkar etmək mümkün deyil. Ancaq bu, heç də onun yaradıclığında məhdud olan və milli məsələlərlə ayaqlaşmayan məqamları qeyd etməyimizə əngəl olmamalıdır. Ümumiyyətlə, Axundzadə ideyalarının Azərbaycan milli fəlsəfəsinə təsiri baxımından yeri və rolunu üç mərhələyə bölmək olar: 1) XIX əsrin sonu, XX əsrin əvvəlləri (1920-ci ilə qədər), 2) Sovetlər Birliyi dönəmi (1920-1991), 3) Azərbaycan Cümhuriyyətinin dövlət müstəqilliyi bərpa edildikdən sonra (1991-...).
İlk mərhələ də (XIX əsrin sonu, XX əsrin əvvəlləri) Axundzadə daha çox milil fəlsəfi təfəkkür prosesində müsbət rol oynamışdır. Fikrimizcə, buna əsas səbəb həmin dövrdə Axundzadənin «Kəmalüddövlə məktubları» əsərindən demək olar ki, xalqın, o cümlədən ziyalıların xəbərsiz olması idi. Ola bilsin ki, bu dövrdə Axundzadənin bəzi məqalələrində İslama münasibətdə tənqidi mövqe tutması bəlli imiş, ancaq bu, «Kəmalüddövlə məktubları» ilə müqayisə oluna bilməz. Ona görə də, ilk mərhələdə H.b.Zərdabi, F.b.Köçərli, Ə.M.Topçubaşov, Ə.b.Haqverdiyev, Y.V.Çəmənzəminli, Hüseyn Minasazov, Həmzət bəy Şirvanski və başqaları Azərbaycan türklərinin inkişafında Axundzadənin yerini və rolunu dəyərləndirərəkən, «Kəmalüddövlə məktubları»ndan xəbərsiz olublar. 
F.Köçərli «Azərbaycan türklərinin ədəbiyyatı» əsərində Axundzadənin əlifba islahatını, türkcə komediyalarını yüksək qiymətləndirmiş, onu zəmanəsinin Tolstoyu, Musa Bigiyevi adlandıraraq Azərbaycan türklərinin oyanışında misilsiz xidmətlər göstərdiyini yazmış; H. Minasazov 1903-cü ildə «Tiflisskiy Listok» qəzetində nəşr olunan «Mirzə Fətəli Axundov» məqaləsində mütəfəkkiri millətin inkişafı uğurunda mübarizə aparan ziyalı kimi qələm vermiş; H.Şirvanski isə Axundzadəni «həyatımızın qaranlıq dövründə fikir köləliyinə, iradə tabeliyinə, nadanlığa və qaranlığa hücüm edən fədəkar döyüşçü», «mübariz filosof» kimi dəyərləndirmişdir. 
Sovet dövründə Axundzadəyə diqqət, onun islama qarşı yönəlmiş və daha çox «farsçılıq» təsiri bağışlayan, rusların isə bolşevik ideologiyasına uyğunlaşdırdığı «Kəmalüddövlə məktubları» ortaya çıxdıqdan sonra (1924) artmışdır. Belə ki, Sovetlər dönəmindəki ilk axundzadəşünaslar (C.Məmmədquluzadə, Hənəfi Zeynallı, Mikayıl Rəfili, Əmin Abid və b.) «Kəmalüddövlə»yə əsaslanaraq onun ideyalarını marksizm-leninizmə uyğun şəkildə şərh etməyə çalışmışlar. H.Zeynallıya görə Axundzadə bütün türk-tatar aləmini dindən azad olmağa, avropalaşmağa dəvət etmiş, Mikayıl Rəfilinin fikrincə isə Axundzadə rus ziyalıları ilə bağlı olmuş, dini tənqid edərək fransız materialistlərinin yolunu davam etdirmişdir. 
1940-cı illərdən başlayaraq isə Axundzadə H.Hüseynov, M.C.Cəfərov, Feyzulla Qasımzadə, M.M.Qasımov, Ə.Əhmədov, Ə.Mirəhmədov, Şeydabəy Məmmədov, İ.Rüstəmov, F.Q.Köçərli, Y. Qarayev və başqaları tərəfindən materializmin, ateizmin, inqilabi-demokratiyanın Azərbaycanda banisi, ideoloqu kimi qiymətləndirilmişdir. H.Hüseynov «XIX əsrdə Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən» (1949) əsərində «Kəmalüddövlə»ni Axundzadənin ən dəyərli əsəri hesab edərək, onu mübariz ateist və materialist və inqilabi-demokratiyanın banisi saydığı halda, Feyzulla Qasımzadə Axundzadədən inqilabçı-demokrat kimi danışmış, islamı tənqid etməsinin səbəblərini göstərmiş və milli şüurun formalaşmasında rolundan bəhs etmişdir. Şeydabəy Məmmədov isə «M.F.Axundovun dünyagörüşü» (1962) monoqrafiyasında Axundzadəni dini-sxolastik Şərq fəlsəfəsinə zərbə vuran və Azərbaycanda mübariz materializmin əsaslarını qoyan bir filosof olduğunu irəli sürmüşdür. 
Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra (1991) isə bəzi tədqiqatçılar (Yaşar Qarayev, S.Xəlilov, F.Q.Köçərli, Həmid Məmmədzadə, Əlikram Tağıyev, Azər Mustafayev, Məmməd Balayev, Həsən Həsənov və b.) Axundzadənin milli bir ideoloq olduğunu sübuta yetirmək üçün yazırlar ki, Axundzadə İslam dinini tənqid etməklə də, İslam xalqlarının mənafeyini düşünmüşdür! Bəzi tədqiqatçılara görə, Axundzadə ilə başlayan maarifçilk hərəkatının inkar olunması 150-200 illik bir düşüncə tərzinin üstündən qara xətt çəkmək deməkdir. Onlara görə, Axundzadənin yaradıcılığında bəzi məhdud cəhdlər, Avropaya həddən arıtq aludəçilik olmuşudr ki, bunu da dövrün xarakteri və tələbləri ilə bağlamaq lazımdır. Bu baxımdan akademik Firudin Köçərli «M.F.Axundovun dünyagörüşü» (1999) monoqrafiyasında artıq Axundzadəni inqilabçı-demokrat deyil, milil demokrat adlandırır, onun demokrat idealları uğurunda mübarizə aparmasından, eyni zamanda Axundzadənin milli maarifçiliyin, milli dilin, milli şüurun, milli dövlətçilik ənənələrinin yaranmasında rolundan bəhs etdiyi halda, S.Xəlilov hesab edir ki, Axundzadə «öz milli mahiyyətini dərindən dərk etdiyindən və məhz millətini ürəkdən sevdiyindən ətalətdən xilas olmağa və sivilizasiyanın yeni nailiyyətlərinə yiyələnməyə səsləyir, öz həmvətənləri arasında maarifçilik ideyalarını yaymağa çalışırdı». S.Xəlilova görə, Axundzadə «…fransız maarifçilərinin, rus inqilabçı demokrat¬larının, dekabristlərin inqilabi ruhunu və maarifçilik missiyasını Şərqə təqdim etməklə və düşüncə tərzləri, biliklər və mədəniyyətlər arasında körpü atmaqla Azərbaycan üçün misilsiz xidmət göstərmişdir». Yaşar Qarayev də yeni dövrdə, Axundzadə ilə bağlı yazdığı məqalələrində artıq onu inqilabçı-demokrat, materializmin ideoloqu kimi deyil, milil demokrat, milləti yaradan, milli ideologiyanın banisi kimi dəyərləndirir. Axundzadənin gördüyü işləri Nizami Gəncəvi, Məhəmməd Füzuli dühasının miqyasları ilə müqayisə edir, onun milli dilin formalaşmasında müstəsna xidmətindən bəhs edir, milli əməllərini bir Akademiya, universitetin gördüyü işlər kimi qiymətləndirir.
Sözün açığı, 2007-ci ildə nəşr olunmuş “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü” kitabımızda, Rəsulzadənin ideya sələflərindən bəhs edərkən biz də, mövcud ədəbiyyatın təsiri altında Axundzadənin yaradıcılığına çox yüksək münasibət bəsləmişik: “Yeni və ən yeni dövrdə çağdaş Azərbaycanın ən böyük filosofu, mütəfəkkiri M.F.Axundzadənin bütün elmi-fəlsəfi, ictimai-siyasi, bədii, publisistik yaradıcılığı xalqa xidmətlə bağlı olmuş, onun elmi-fəlsəfi irsi bir xalqın mədəniyyəti ilə məhdudlaşmamış və bəşəri xarakter daşımışdır. Axundzadə Azərbaycan (quzeyli, güneyli) mütəfəkkirləri arasında ilk dəfə olaraq ictimai-siyasi, sosial, dini və s. problemlərə daha cəsarətlə, tənqidlə yanaşmışdır. Axundzadənin onunla eyni dövrdə yaşamış başqa mütəfəkkirlərdən başlıca üstünlüyü, fərqi də məhz bu, olmuşdur. Onun başlıca fəlsəfi əsəri olan «Hind şahzadəsi Kəmalüddövlənin İran şahzadəsi Cəlalüd¬dövləyə məktubları və Cəlalüddövlənin ona cavab məktu¬bu» bütün mənalarda yenilikçi, realist, tənqidi, düşündürücü və s xarakter daşımış, belə demək mümkündürsə yeni dövr Azərbaycan fəlsəfəsinin təməl prinsiplərini müəyyənləşdir¬mişdir”.
Hazırda M.F.Axundzadəni irsinin obyektiv araşdırılması ilə bağlı fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin hələ 1992-ci ildə qələmə aldığı «VII-XVI əsrlərdə Azərbaycan fəlsəfəsi tarixindən» monoqrafiyasında irəli sürdüyü obyektiv fikirlərlə razılaşmamaq olmur. Z.Quluzadəyə görə, Axundzadə bir çox böyük milli əməlləri ilə yanaşı, bir sıra məsələlərin dəyərləndirilməsində qeyri-dəqiqliyə, tarixi məhdudiyyətlərə yol vermişdir. Bu baxımdan, hazırda Axundzadə irsinə obyektiv münasibət bəsləməyin zərurliyini Z.Quluzadə nisbətən doğru göstərə bilmişdir. Biz də, Axundzadənin yaradıcılığını, o cümlədən onun fəlsəfi və ictimai məsələlərdə tutduğu mövqeyi araşdıraraq bütün böyük əməllərlə bərabər, bəzi məhdudiyyətləri aşkara çıxarmış və münasibətimizi bildirmişik.

Hesab edirik ki, Axundzadənin fəlsəfi və ictimai görüşlərini dərindən təhlil etmədən hər hansı nəticələr çıxartmaq doğru deyildir. Bu anlamda onun maarifçilikdən tutmuş fəlsəfi düşüncələrinə qədər hər bir məqam diqqətlə təhlil olunmalı, Axundzadənin Azərbaycan Türk fəlsəfəsindəki yeri obyektiv şəkildə dəyərləndirilməlidir. Bunun üçün də Axundzadənin fəlsəfi və ictimai fikir tariximizdəki yerini aşağıdakı şəkildə şərh olunmasını doğru hesab edirik:

1) İctimai-siyasi baxışlarında Şərq-İslam-Türk mədəniyyəti ilə Qərb-Rus-Fars mədəniyyətinin qoyuluşu və həll yolları,
2) Fəlsəfi baxışlarında din məsələsinin qoyuluşu və materalizm məsələsi.

loading...
loading...
Hansı hallarda böyrəklərin təmizlənməsinə ehtiyac var? - ƏLAMƏTLƏR...
Azərbaycan nefti: Lənət, yoxsa nemət..?
81 yaşlı qadın bankomatdan pulunu oğurlamaq istəyənin “dərsini verdi” - FOTO/VİDEO
Bu ölkədə evlilikdən kənar münasibət qadağan ediləcək - MARAQLI
Qütblərarası savaş və ya dialoq niyə alınmır... - BAXIŞ BUCAĞI
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
16 yaşlı gənci qətlə yetirdilər- Şahidlər polisə zəng etmək əvəzinə, bunu telefona çəkdi-FOTOLAR
Cəmiyyət
“Qalib olacağıma ümidim yox idi, çünki...” - Müsabiqədə birinci yeri tutan kənd müəllimi...
Gündəm
Ermənilər Xankəndidəki xəstəxanaya Belarusda istehsal olunmuş qurğu gətirdi-FOTOLAR
Müsahibə
"Konsertimdən sonra xərçəng xəstəsi olan bir insan sağalıb, bundan böyük savab varmı?"
Cəmiyyət
“Məsələyə nə qədər ki, el bizim, sirr bizim prizmasından yanaşacağıq problemlər qaçılmaz olacaq...” -Psixoloq...
Həftənin ən çox oxunanları
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötdü
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
“Ona heç nə olmadı, mənimsə 2 övladım anasız qaldı”: Müəllimin bədbəxt etdiyi xadimə...
"Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi" - Köçəryandan maraqlı etiraf...
25 yaşlı qızı “öldürən” “Maserati” sürücüsü video yaydı
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
28 erməni fahişə saxlanıldı- VİDEO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247