Xəbər lenti
17/09/2019 [12:17]:
Ucar sakinindən külli miqdarda narkotik götürüldü - FOTOLAR
17/09/2019 [12:14]:
UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçiriləcək
17/09/2019 [12:12]:
Təhsilin sosial tələbata çevrilməsi zəruri məsələdir
17/09/2019 [12:10]:
DİM dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan etdi
17/09/2019 [12:05]:
DİM dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan etdi...
17/09/2019 [12:02]:
“Konsertimdə Nəsimiyə müraciət etdim, amma bu gün Afətlə Samini gündəmə gətirmək düzgün deyil...”
17/09/2019 [11:49]:
“Kəfənimi kipriyinlə tikərsən...”
17/09/2019 [11:32]:
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
17/09/2019 [11:26]:
Azərbaycanlı modellər türk dizaynerinin dəfiləsinə qatılıblar - FOTOLAR
17/09/2019 [11:22]:
“Nəvələrimin toyunu görmək üçün Allahdan ömür istəyirəm...”
17/09/2019 [11:14]:
Türkiyənin Təkaltı dağından Ermənistana bayraq mesajı: "Vaxt gələcək, o ərazilər də..."
17/09/2019 [11:07]:
Keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə şübhli bilinən şəxs tutuldu
17/09/2019 [10:58]:
Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - AÇIQLAMA
17/09/2019 [10:55]:
Azərbaycanda genişmiqyaslı təlimlərin ikinci günü - VİDEO
17/09/2019 [10:53]:
ADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilib
17/09/2019 [10:53]:
“Ermənistanın bu günki hakim dairələrindən hər şey gözləmək olar..."
17/09/2019 [10:50]:
“Bütün dünya başını itirdiyi bir zamanda biz başımız uğrunda mübarizədən qalib çıxa bildik”
17/09/2019 [10:47]:
VK rəhbərliyi Türk-AV-ın baş assambleyasının 3-cü zirvə toplantısında iştirak edib
17/09/2019 [10:39]:
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
17/09/2019 [10:32]:
İsrail növbədənkənar seçkilərə gedir
17/09/2019 [10:28]:
Vüqar Bayramov: “Hökumət neftin qiymətini 50 dollar götürməliydi”
17/09/2019 [10:23]:
АDU bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib- SİYAHI
17/09/2019 [10:19]:
Rəsmi İrəvan təlaşda: “Rusiya bu dəfə əhali üçün də qazın qiymətini qaldıracaq?!.” 
17/09/2019 [10:10]:
“Hindistanla gərginlik yaşayan Pakistanın yanında olmağa borlcuyuq, çünki...”
17/09/2019 [09:38]:
Səudiyyənin neft zavodlarındakı partlayış birjaları da “alovlandırdı”
17/09/2019 [09:34]:
Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır - Araşdırma (Video)
17/09/2019 [09:32]:
“Google”un fəaliyyətində problem yaranıb
17/09/2019 [09:18]:
Gürcüstan Amerikanın tank daşıyan gəmisini ərazi sularına buraxmadı... 
17/09/2019 [09:02]:
Əli Kərimli-İlqar Məmmədov debatı - moderator kim olsun?
17/09/2019 [09:01]:
“Paşinyanın ətrafında elə bir tor qurulur ki...” - politoloq
17/09/2019 [08:59]:
Qabil Hüseynli: “Xarici təhlükələrin içərisində təkcə Azərbaycanda siyasi hakimiyyət məsələsi yox, həm də...”
17/09/2019 [08:57]:
Əliməmməd Nuriyev: "Siyasi məhbus "siyahı"sı bitməyəcək, çünki gəlir mənbəyidir"
17/09/2019 [08:54]:
Hacıqabulda evakuator “Kamaz”a çırpıldı, sərnişinin ayaqları kəsildi
17/09/2019 [08:52]:
“Taxt oyunları” 10 “Emmi” aldı – FOTO
17/09/2019 [08:39]:
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək - AFİŞA
17/09/2019 [08:38]:
Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub
17/09/2019 [08:13]:
Gənc karateçilərimiz Macarıstandan 3 qızıl, 5 bürünc gətiriblər
17/09/2019 [08:13]:
28 erməni fahişə saxlanıldı- VİDEO
17/09/2019 [08:12]:
Donald Tramp: ABŞ İran tərəfi ilə münaqişədən yayınır
17/09/2019 [08:11]:
Putin Ankarada "Quran"dan sitat gətirdi - VİDEO
17/09/2019 [07:15]:
Həccə gedənlərdən rüşvət alan cinayətkar məmur qrupu ifşa olundu...
17/09/2019 [06:16]:
Niyə İmam Hüseyn (ə) kufəlilərin dəvətini qəbul etdi?..
16/09/2019 [23:38]:
BMW yoldan çıxıb aşdı, Qax sakini xəsarət aldı - FOTO
16/09/2019 [23:33]:
"Ankarada baş tutan üçtərəfli görüş Türkiyənin siyasi qələbəsidir" - Siyasi analitik...
16/09/2019 [23:24]:
Rusiya, İran və Türkiyə liderlərinin növbəti görüşü Tehranda baş tutacaq
16/09/2019 [23:03]:
Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər
16/09/2019 [23:00]:
Daha bir boksçumuz dünya çempionatının 1/8 finalında
16/09/2019 [22:22]:
Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” şüarını təkrarladı və Brayzaya cavab verdi...
16/09/2019 [21:58]:
Sumqayıtda kitab yarmarkası keçirilib- FOTO/VİDEO
16/09/2019 [21:47]:
Argentinada yeddi balina sahilə çıxdı, biri öldü: xilasetmə əməliyyatından VİDEO
16/09/2019 [21:42]:
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16/09/2019 [21:14]:
Rus parlamentindən ilginc görüntülər - FOTOLAR
16/09/2019 [21:09]:
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirildi - FOTO+VİDEO
16/09/2019 [21:08]:
Çoban itləri haqda kitab yazır, iclasda şeir oxuyur və naziri qandallayır... - VİDEO
16/09/2019 [20:49]:
“ŞAH”I ƏLƏ KEÇİRMƏK ÜÇÜN MƏMUR-HAKİM İŞBİRLİYİ...
16/09/2019 [20:36]:
Prezident və xanımı bədii gimnastika üzrə dünya çempionatının açılışında...- FOTO
16/09/2019 [20:36]:
Ermənilər Laçının Bozlu kəndində təmir olunmuş  məktəb binasının açılışını etdi – FOTOLAR
16/09/2019 [20:34]:
Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı açıq elan edilib
16/09/2019 [20:33]:
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
16/09/2019 [20:30]:
Mehriban Əliyevanın tapşırığı ilə Gəncədə bu məktəblər təmir edildi - FOTO
16/09/2019 [20:28]:
Gəncədə qonşuları tərəfindən döyülən bacılar və iki kişi xəstəxanalıq oldu
16/09/2019 [20:15]:
Sağsağanın hücum etdiyi 76 yaşlı kişi həyatını itirdi - QORXUNC...
16/09/2019 [20:04]:
Yeni doğuş keçirən qadının qoxusu baxın nəyə səbəb olur - MARAQLI ARAŞDIRMA
16/09/2019 [19:50]:
Elmar Məmmədyarov Romada FAO-nun direktoru ilə görüşdü - FOTO
16/09/2019 [19:40]:
AÇG-də yeni platformanın inşası ilə bağlı altı müqavilə imzalanıb
16/09/2019 [19:34]:
Azərbaycan Naxçıvan MR-in iqtisadi təhlükəsizliyini daha da gücləndirmək istəyir
16/09/2019 [19:27]:
BNA: Qaydanı pozan sürücü işdən çıxarılıb, avtobus isə xətdən kənarlaşdırılıb
16/09/2019 [19:19]:
DİN-də Kollegiya iclası: Vilayət Eyvazov nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verdi
16/09/2019 [19:17]:
"Ölüm-dirim savaşındakı bir şəxsin əlindən tutmaq əvəzinə, ona bu sualı ünvanlamaq..."
16/09/2019 [19:08]:
İnfarktın qarşısını alan qidalar - SİYAHI...
16/09/2019 [19:01]:
Oksana və Nigarın hind rəqsi ad günü gecəsiə damğa vurdu - FOTO + VİDEO
16/09/2019 [18:55]:
"Qəm-qüssə mənim vəzir-vəkilimdir, hərəsi bir tərəfimdə əyləşib..." - VİDEO
16/09/2019 [18:52]:
"Birinci dəfədir ki, bu məsələ haqqında danışıram, sən məni niyə təhqir etməlisən?"
16/09/2019 [18:42]:
Mingəçevirdə uşaq evindən oğurluq edildi
16/09/2019 [18:38]:
Yeni doğulan uşağın ağzına silah saldı - AĞLASIĞMAZ...+ VİDEO
16/09/2019 [18:29]:
Əməliyyatdən əvvəl hər kəsi göz yaşlarına boğdu - VİDEO
16/09/2019 [18:27]:
Sükan arxasında yuxuya gedən sürücü qəzada öldü - VİDEO
16/09/2019 [18:04]:
Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur - VİDEO
16/09/2019 [18:01]:
Evlilikdən kənar cinsi münasibətin qarşısını almaq üçün baxın nə etdi - MARAQLI
16/09/2019 [18:01]:
Türkiyənin vitse-prezidenti: "Paşinyanın Qarabağla bağlı dediklərini təəccüblə izlədik"
Bütün arxiv bir sırada
18/05/2019 [14:27] - Araşdırma - ( 2545 dəfə baxılıb)

İberiyanın Türk əslli dövlət və din xadimləri: I-X əsrlər



İudeya mənşəli baqrationların XI əsrdə hakim olduqları İberiyanı eradan öncə III əsrdən VII əsrə qədər türk əsilli Kərəm, Asparux, Çin Bakur, Qorq Aslan nəsilləri idarə etmişdir. Xristian adı Vaxtanq olan Qorq Aslan (446-499) onların son nümayəndəsidir. Bu barədə Aran mənşəli tarixçi Cavanşir “Qorq Aslanın həyatı” əsərində geniş məlumat vermişdir (Джуаншериани 1986, s. 3-150).
Qorq Aslan Bərdə hakimi Bakurun bacısı oğlu idi (İoселиани 1866, s. 91, 94; Джуаншериани 1986, s. 58, 59). Əslən Çin Türküstanından olan Bakur nəsli eranın əvvəllərində Cənubi Qafqaza köçmüş, Albaniya və İberiya xalqlarını Sasani zülmündən xilas etmişdir.
Qorq Aslan dayısı Bakurun tapşırığı ilə hələ gənc yaşlarında sasanilərin Hund səfərində iştirak etmiş, cəsur bir döyüşçü kimi ad-san qazanmışdı (Вермишев 1904, s. 115). Onun döyüşlərdə qazandığı zəfərlər “Qorq Aslan” dastanından əks olunmuşdur. Ancaq çar VI Vaxtanqın (1675-1737) sərəncamı ilə epos gürcü dilinə tərcümə olunanda bu fəsil mətndən çıxarılmışdır (Сенковский 1859, s. 173; Вермишев 1904, s. 89); İlhami Cəfərsoy, 2014, s. 77-78.
Səfərdən dönəndən sonra Qorq Aslan Albaniyanın patyaxtı Bərdək (Bərdə ərəb variantıdır) şəhərinə qayıtdı. Bakur ona 12 minlik qoşun verdi. O 12 minlik Aran süvarisinin köməyi ilə İberiyanın kiçik tayfalarını özünə tabe etdi. Yunanları ölkədən qovub çıxartdı. Üç il ərzində Kala (sonrakı Tiflis) ilə Qırmızı körpü arasındakı Ucar, Kərəm, Uruz, Şatverdi, Alaverdi şəhərlərini tutdu. Ucar şəhərini öz iqamətgahına çevirib, tutduğu digər şəhərlərə yepiskoplar təyin etdi (Джуаншериани 1986. s. 63, 80, 83, 91; İlhami Cəfərsoy 2014, s. 77-78). İndi o şəhərlərin adını Gürcüstanın xəritələrində tapmaq mümkün deyil. Çünki baqrationlar onların adını dəyişmiş, Kərəm şəhərinin adını Qremi, Uruz şəhərinin adını Rustavi eləyiblər. 
Qorq Aslan ölkəni öz qılıncı altında birləşdirəndən sonra özünə arxası aslan, önü qurd başı formasında dəbilqə düzəltdirdi və Aran hakiminin vassalı kimi İberiyanı idarə etməyə başladı (Патканов 1883. s. 218; Хаханов 1895. s. 294). 
VI Vaxtanqın (1675-1737) mirzələri Qorq Aslanın adını Qorqasal, daha sonra Qorqasar formasında tanınmaz hala saldılar. Ancaq ilkin mənbələrin bəzilərindən onu poza bilmədikləri üçün cidanı çuvalda gizlətmək mümkün olmadı. V əsrdə qələmə alınmış “Kartlinin dönməsi”ndə Vaxtanqın adı Qorqasal deyil, Qorq Aslandır. Elə eposun Çərkəz variantında da İberiya hakimi Qorq Aslan adlandırılır (Патканов 1883. s. 217; Картлись-Цховреба 1905. s. 132).
Erməni və gürcü dilçiləri aslan adının türklüyünü dana bilməsələr də, iddia edirlər ki, qorq fars sözüdür. Hind-avropa dillərində yırtıcı heyvan anlamında qorq sözü yoxdur. Onlar canavara volk, volf deyirlər.
Qorq türk sözüdür və Qorqut adının, qorxutmaq feilinin köküdür. O söz İran dillərinə türk dillərindən keçmişdir.
Qorq Aslanın atının adı Dayça idi. Əbu Osman Cahiz əl-Bəsri (VIII əsr) yazır ki, türklər sürətlə qaçan və qaça-qaça yerində dönüb geri qayıda bilən döyüş atlarına day deyirlər. Day və dayça heyvam adları bu gün də Azərbaycan dilində işlənir. V-VI əsr salnaməçiləri dayça sözünü taiçi, tatçik kimi də yazıya almışlar. Erməni və gürcü mətnşünasları təsdiq edirlər ki, tayça, tatçik at adı türklərdə də vardır (Джуаншериани 1986. s. 116).
Qorq Aslan yalnız ana tərəfdən yox, ata tərəfdən də türk idi. Akademik Mari Brosse 1828-ci ildə Parisin Asiya Cəmiyyətinə məruzəsində sübuta yetirmişdir ki, Qorq Aslan gürcü deyildi, hansısa türk tayfasının başçısı idi.
Sonra bu işi Baron Brambaus ləqəbli Senkovski davam etdirdi. Nəticə olaraq bildirdi ki, yalnız Qorq Aslan yox, ondan qabaq İberiyanın çoxlu tayfalarını öz qılıncı altına toplamış Asparuk, Bakur, Ər Şuşa, Bars xan, Uruz, Kuzu, Kərəm və b. gürcü deyildilər, İberiyanın elitar türk nəsillərinin başçıları idilər (Сенковский VI.1859.s.164; Хантадзе 1970. s. 83). VI Vaxtanqın salnaməçi keşişləri Bars xanın adını Varsxen, ermənilər Vazqen kimi yazmaqla bir müddət tədqiqatçıların diqqətini yayındıra bildilər.
Knyaz İlya Çavçavadze XIX əsrin sonlarında qələmə aldığı “Erməni alimləri və ağlayan daşlar” kitabında yazır ki, ermənilər gürcülərin yazılı abidələrini məhv ediblər. Ona cavab olaraq X.A.Vermişev 1904-cü ildə Sankt-Peterburqda “Gürcü-erməni münasibətlərinin tarixinə dair materiallar” kitabını nəşr etdirdi.
X.A.Vermişev əldə olan erməni və gürcü yazılı abidələrinə, akademik N.Y.Marra, Mari Brosseyə, türk əsilli gürcü mətnşünasları Saracişviliyə, Əliqulaşviliyə və b. istinadən sübuta yetirdi ki, ermənilər gürcülərin yox, türklərin yazılı daşlarını pozublar. Bir halda ki, Tiflis şəhəri ilə Qırmızı körpü arasında XI əsrə qədər gürcülər yox, albanlar və türklər yaşayırdılar (Вермишев 1904. s. 6, 9, 29, 126), V-VI əsrlərdə İberiyada Xəzər dilində danışırdılar (Леонти Мровели 1970. s. 27), bu necə ola bilər?
Yaxşı ki, İberiyada yerli xalqlarının çoxunun Xəzər dilində danışdığını mən yazmamışam, əslən Albaniyanın Uruz nəslindən olan Murovlu Leonti yazıb. Əgər mən yazsaydım, əyinlərinə multi tumanlar geyinən, gözlərinə kultural sürmələr çəkən bəziləri pişiyim ağaca dırmaşdırardılar.
Mən indiyəcən yazmamışam və ölənə qədər yazmayacağam ki, V əsrə aid Bolnisi kitabəsi ilə Mingəçevir şamadanı eyni əlifba ilə yazılmışdır. Alban hərfləri ilə yazılan Mingəçevir şamadanı üzərində (Шанидзе 1938, s. 6, 8, 44) tanqri sözü aydın oxunur.
Ermənilər həmin yazıları pozmasaydılar, gürcülər bizdən David Qaraca monastırını istəyə bilməzdilər.
 1872-ci ildə Kaxetidən tapılan IV əsrə aid bir sinə daşına ibrit əlifbası ilə yazılıb: – Bu qəbir əziz ata İequdundur. Onu Qorq da adlandırırdılar (Апакидзе 1968. s. 184-195).
İequd Qorqun yevrey adıdır. Bu məlumat onu göstərir ki, totemi qurd olan türklər Qafqaz və Ön Asiyada xristianlıqdan qabaq yaşamışlar. Onların yaşadıqları mahallar qədim mənbələrdə bəzən Qorqien, bəzən Qordien adlanır (Хоренский 1809. s. 83; Патканов 1879. s. 25).
Qorq Aslanın ulu babalarından biri türkcə Asparux totem adı daşıyırdı. O, III əsrdə İberiya üzərində hökmran olmuşdur (Ломтатидзе 1953. s. 293). Həmin Asparux Parfiya qoşun başçısı Bakurun nəvəsi idi (Шопен 1866. s. 261).
Asparux öləndə Almaz dağının döşündə eristavların qəbiristanında dəfn edildi. Arxeoloqlar onun sinə daşında şəkli olan qəbrini keçən əsrin 30-cu illərində tapmışlar (История Грузии 1946. s. 74).
Asparux taxta çıxanda öz nəslinin dilini dövlət dili səviyyəsinə qaldırdı. Onun nəslinin dili Şimali Qafqazdakı karaçay və balkarların dili kimi idi.
Həmin balkarların bir hissəsi VII əsrdə Asparux xanın başçılığı altında Qara dənizin qərb sahilini tutmuş, Dunay Bulqar dövlətinin əsasını qiymuşdu. Ümumiləşmiş elmi düşüncəyə görə, balkarlar qədim bulqar türklərinin son qalıqlarıdır (Баскаков 1979, s. 243).
Asparux türk dillərində qurddan böyük hansısa yırtıcı heyvanın adıdır. Çin salnamələrində Şabolixo kimi yazıya alınan Göy Türk xanının totem adı Asparux olmuşdur.

İberiyanın Çin Bakur nəslindən çar və yepiskopları

Çin Bakur nəslindən I Bakur (231-296), II Bakur (514-528), III Bakur (557-570)-ci illərdə İberiyada çarlıq etmişdir (İoселиани 1866. s. 18). Onlar İberiyanı Sasani ağalığından azad etmiş, Vaxtanq Qorq Aslanın zamanında (446-499) Marqvi və Takveri vilayətlərinin eristavları olmuşlar (Джуаншериани 1986, s. 83, 91).
Erməni və gürcü tarixçiləri iddia edirlər ki, Azərbaycan türkləri Cənubi Qafqaza XI əsrdə gəlmişdir. Köhnə nəsil qafqazşünasların əsərləri və qədim  yazılı mənbələr onların iddialarının əsassız olduğunu göstərir.
Azərbaycan xalqının əcdadları Ön Asiya və Qafqaz mədəniyyətinin yaradıcılarıdır. Onlar bu coğrafi məkanda neçə-neçə dövlətlər qurmuş, mədəniyyətlər yaratmışlar. Səlcuqlar gələndə onlar öz soydaşlarına qoşuldular və indiki Türkiyəni yenidən türkləşdirdilər. 
Bəzi icmalar isə xristian olaraq qaldılar, tədricən erməniləşdilər, gürcüləşdilər, yunanlaşdılar. Bakur belə nəsillərdən biridir. Kerop Patkanov hələ 1883-cü ildə yazırdı: Əlimizdə olan mənbələr göstərir ki, Bakur türk nəslidir (Патканов 1883. s. 253).
488-ci ildə Kaqan Katuk kəndinin patriarxı Bakur Bərdə yaxınlığında keçirilən Albaniya kilsə məclisində iştirak etmiş, öz qəbiləsi adından məclisin qərarını imzalamışdı (Albaniya tarixi 1993, s. 72, 75).
Bakur nəslinin başqa bir patriarxı VIII əsrin ortalarında Albaniya katolikosu seçilmişdir. O, katolikos seçilənə qədər Girdman vilayətinin yepiskopu olmuşdu (Albaniya tarixi 1993. s. 145, 176, 177). Gürcülər Albaniyanın tarixi vilayəti olan  Girdmanı Qardabani adlandırırlar. Qardabani rayonu indi Gürcüstanın tərkibindədir və David Qaraca kompleksinə yaxın ərazidədir.
İstambul arxiyepiskopu Malaxiya Ormanyan yazır ki, Albaniya katolikosu Bakur ermənilərə yox, İberiya katolikosu Kuriona (Kür qəbiləsinin patriarxına) meyl edirdi (Орманян 1913. s. 45). Kür yalnız Qafqazın ən böyük çayının adı deyildir, İberiyanın arxaik türk etnoslarından biridir. Onların adı ilə biz qonşu ölkəni Gürcüstan, ruslar Qruziya adlandırırlar.
Bakur nəslinin patriarxlarından biri V əsrdə Albaniyanın Sunik vilayətinin hakimi olmuşdur (Армения и Рим 1843. s. 325). Ermənilərin Sunik adlandırdıqları vilayətin əsil adı Su idi. Orada suya tapınan türklər yaşayırdılar. Eradan öncə VIII əsrə aid Urartu qaya yazılarında Sunik vilayəti Su+inia adlandırılır.
İudeya mənşəli baqrationlar İberiyaya hamıdan sonra gəldilər və Bakur nəslinə qənim kəsildilər. O nəsilə ki, İberiyada xristian mədəniyyətinin əsasını qoymuş, çoxlu kilsələr, monastırlar tikdirmişdi. Onların himayəsi altında monastırlarda salnamələr yazılır, müqəddəs kitabların üzü köçürülürdü.
Çar Georginin zamanında İberiyanın min illik dövlətçiliyini yaradan,  xristian ruhunu yüksəldən bu elitar nəsil böyük repressiyalara məruz qaldı. 1117-ci ildə çar Georginin əmrilə onların adı kilsə salnamələrindən pozuldu. Minlərlə gənc oğlanlar və qocalar şikəst edildilər (Армения и Рим 1843. s. 251-252).
Bakurların sağ qalan süvariləri Gəncəyə Şəmsəddin Eldənizin yanına qaçdılar. O zaman ermənilərin Dvin adlandırdıqları Dəvəli şəhərində güclü zəlzələ baş vermiş, şəhər yerlə yeksan olmuşdu.
Baqrationların çar və eristavları bunu eşidən kimi köməksiz əhalinin üzərinə qoşun yeritdilər. Yaralıları öldürdülər. Sağ qalanları döyə-döyə məcbur etdilər ki, torpaq altında qalan qızıl-gümüşü çıxartsınlar.
Dəfinələr tapılandan sonra Baqratın törəmələri qadınların paltarını soyundurdular. Atların qabağında Tiflisə qədər ayaqyalın, lüt-üryan qovdular. Əsirlər şəhərin körpüsünə yaxınlaşanda gürcü qadınları onların qarşısına çıxdılar və öz paltarlarını soyunub, müsəlman qadınlarına geyindirdilər.
Ümid edirik ki, prezident Salome Zurabişvili hansı qüvvələrinsə təhrikilə yaradılan David Qaraca probleminin çözülməsində öz əcdadlarının – böyük hörmətə layiq gürcü qadınlarının tarixi fədakarlığını göz önünə gətirəcəkdir.

Dəyərli Salome xanım!

Bizim – Azərbaycan türklərinin qəlbində gürcü xalqına Sənan və Xumar, Əli və Nino sevgisi vardır. Biz sadəcə olaraq qonşu deyilik, Cənubi Qafqazda xristian mədəniyyətinin yaradıcılarıyıq.
Davidlə yanaşı Albaniyaya, İberiyaya gələn 13 suriyalı müqəddəs atanın çoxu xristian türk idi. Onlar müqəddəs torpaqlara buradan getmişdilər. İsa Məsihə tapınaraq öz vətənlərinə qayıtdılar.
Müqəddəs atalardan biri Kolagirən kəndini salıb, orada eyni adlı monastır tikdirmişdir (İoселиани 1858. s. 3). Siz sonralar onu Kolagiri etdniz.
Arçil “Çar Teymurazın həyatı” əsərində yazır ki, Kara Yazı çölündə Karay adlı türk boyu yaşayırdı (Грузия и Армения 1848. s. 83. Меликсетбеков 1939. 5, 13).  Həmin karayların Tövratçı qanadı indi də özünü Karay, Karaim adlandırır (Гаркавец 1933. s. 52, 58). Siz onların yurdunda tikilən kilsəni Kareci adlandırırsınız.
David Qaraca monastırında yük heyvanlarının bağlandığı tövləyə eşitutuk deyilirdi (İoселиани 1585. s. 4). Eş(şək) və tut(maq) bizim sözlərimizdir.
Mroval Mta monastırının divarlarında türk və uyğur əlifbaları ilə dualar var idi (Меликсетбеков 1940. s. 153-158). Mroval Mta kilsəsində İsa Məsihə dua etməyə türklər də gəlirdilər (Чубинашвили 1943. s. 18). Siz o duaları mağaranın divarından sildiniz.
Həmin dualarda tanqri-tanrı, guclu-güclü, acalsez-ölümsüz, ari-təmiz, galgil-gəl, xaça çəktənk-xaça çəkilmiş (Шанидзе 1938. s. 44) sözləri var idi. Siz onları da pozdunuz.
Davidlə birlikdə Suriyadan vətənə qayıdan müqəddəs atanın birinin adı Şatberdi, biri Alaverdi idi. Onların inşa etdikləri kilsələrin adını çəkirsiniz (Джанашвили 1900. s. 20), ancaq o patriarxların etnik kimliyi barədə susursunuz.
Çox hörmətli Salome xanım! Azərbaycanla Gürcüstan üz-üzə dursalar, çox şeyi itirərlər. Biz yanaşı yaşamalıyıq. Qara dənizlə Xəzər dənizinin arasını mübahisə məkanına yox, bolluq, bərəkət, dinclik məkanına çevirməliyik.

 
Kərəm – Kaxetidə: 1. qədim qala, 2. kilsə, 3. knyaz nəsli. Gürcülər indi Kərəm qalasını Qremi adlandırırlar və iddia edirlər ki, qala XVI əsrdə salınmışdır. Halbuki o, Makedoniyalı İsgəndərin zamanında İberiyanın paytaxtı idi (Хаханов 1901.s.99). Başqa bir Kərəm şəhəri və məbədi Amuria ilə Niqianın arasında salınmışdı (Ибн-Хордадбех 1986.s.98, 319). 

 

Ucar – Kaxetidə: 1. qədim qala, çar Vaxtanq Qorq Aslanın iqamətgahı, 2. kilsə, 3. mahal (Анчабадзе 1959.s.30). Qalanı İveriya çarı Bakurun nəvəsi Asparux (262-265) bərpa etmişdir (Шопен 1866.s.261). Ucarma qalası Albaniyanın Ucar nəslinə məxsus idi (İоселиани Платон. Род киязей Чолакаевых. Тифлис, 1866). Baqrationlar Albaniyanın Kax və Kux mahallarını XI əsrdə işğal etmişlər.

 

Dudu – Դոդո – 1. David Qaraca kompleksində, 2. Hələb şəhəri yaxınlığında monastır.


Uzunlar monastırı – İberiyanın qərbində Daşər mahalında VI əsrə aid:
1. kənd, 2. monastır. Gürcülərin Odzun adlandır¬dıqları monastır
Uzunlar kəndinin salındığı dağda tikilmişdir (Еремян 1958.s.218). Kəndin adı “Badri Yamanidze” nağılında Odzun deyil, Uzundur (Хаханов 1897.s.166). Uzunlar qədim türk etnosudur. Onların adı
Çin salnamələrində Usun formasında yazıya alınmışdır. Dədəmiz Qorqudun kita¬bındakı Uşun Qoca Uzunlar nəslinin ilk
patriarxlarında biridir.


İlhami Cəfərsoy
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru [email protected]
050-616-09-00

loading...
loading...
Azərbaycanlı modellər türk dizaynerinin dəfiləsinə qatılıblar - FOTOLAR
Sağsağanın hücum etdiyi 76 yaşlı kişi həyatını itirdi - QORXUNC...
Yeni doğuş keçirən qadının qoxusu baxın nəyə səbəb olur - MARAQLI ARAŞDIRMA
Yeni doğulan uşağın ağzına silah saldı - AĞLASIĞMAZ...+ VİDEO
Əməliyyatdən əvvəl hər kəsi göz yaşlarına boğdu - VİDEO
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
Siyasət
Türkiyənin Təkaltı dağından Ermənistana bayraq mesajı: "Vaxt gələcək, o ərazilər də..."
Siyasət
“Ermənistanın bu günki hakim dairələrindən hər şey gözləmək olar..."
Cəmiyyət
Putin Ankarada "Quran"dan sitat gətirdi - VİDEO
Cəmiyyət
“Dəyişikliyi təkcə saçımda etmişəm...”
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
“Əli Nağıyevdən bir peşəkar kimi gözləntim böyükdür”
Bu da Pərviz Bülbülənin özündən hündür qızı - FOTO
"Məlumat gəldi ki, Ayaz Mütəllibovun bir maşın silahı Corat qəbiristanlığında gizlədilib..."
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247