Xəbər lenti
22/09/2019 [00:57]:
"Heç kim "BP"dən soruşmur ki, nə üçün Bakının göbəyində zəhərli maddələrdən istifadə edirlər?”
22/09/2019 [00:37]:
"“Parabeyin” onlara ağır söyüşlər söydükdən sonra tapancasını polis rəisinə tuşladı..."
21/09/2019 [23:01]:
İran hava məkanına girən bütün PUA-ları vuracaq
21/09/2019 [22:34]:
Prostat genişlənməsi: Əksər kişilərin “qorxulu yuxusu” - Əlamətləri, müalicəsi...
21/09/2019 [22:03]:
Azərbaycan ağırlıqqaldıranı dünya çempionatında 3 yanaşmanın hamısını boşa verib
21/09/2019 [21:48]:
2500 km üzən pinqivin əldən düşmüş halda tapıldı - MARAQLI
21/09/2019 [21:47]:
Paytaxtda qollu heç-heçə qeydə alınıb, “Sabah” uduza-uduza gedir - VİDEO
21/09/2019 [21:36]:
Ərdoğan: “İdlib mövzusunda Ankara razılaşmasının pozulacağını düşünmürəm”
21/09/2019 [21:35]:
Bakıda küləyin sürəti 40 m/s-yə çatıb - YENİLƏNİB
21/09/2019 [21:32]:
Göygöldə maşın aşdı - FOTO
21/09/2019 [21:29]:
Mütəxəssislərdən xəbərdarlıq: "UŞAQLARINIZI QIDIQLAMAYIN"
21/09/2019 [21:26]:
Rövnəq Abdullayev: Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır
21/09/2019 [21:24]:
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
21/09/2019 [21:22]:
Dörd ayaqlı, üç qollu qız uşağı doğuldu, həkimlər deyir ki... - FOTOLAR
21/09/2019 [21:04]:
Körpələrini görmək istəyərkən başqa bir üzlə qarşılaşdılar - MARAQLI
21/09/2019 [20:47]:
"Azərbaycan "Əsrin müqaviləsi"ni bu gün bağlasaydı, şərtlər daha ağır olardı" - VİDEO
21/09/2019 [20:28]:
Rəsmi Yerevan: "İndi Əliyevlə Paşinyan arasında görüşə ehtiyac yoxdur"
21/09/2019 [20:22]:
Banda üzvləri Bakıda adam oğurladılar, “baqaja” qoyub apardılar- "Dedi dili uzanıb, kəsmək lazımdır"
21/09/2019 [20:15]:
Tərtərdə 36 yaşlı kişini döydülər
21/09/2019 [20:10]:
Abşeronda qəzaya düşən avtomobil alov topuna döndü - VİDEO
21/09/2019 [20:07]:
Tualetdə telefondan istifadə təhlükəlidir
21/09/2019 [20:05]:
Bərdədə güclü külək elektrik təsərrüfatına ziyan vurdu
21/09/2019 [19:15]:
Türkan Vəlizadə bu dəfə açıq paltarda - FOTO
21/09/2019 [19:08]:
Türkiyədə oteldə 2 azyaşlı qaynar yağdan yandı - VİDEO
21/09/2019 [19:04]:
Erməni qızın gözlərindən  yaş əvəzinə daş tökülür...-FOTOLAR
21/09/2019 [18:58]:
"Güclü külək bəzi ərazilərdə toz dumanı yaradıb"
21/09/2019 [18:54]:
Goranboyda qəza: altı kənd qazsız qaldı - FOTO
21/09/2019 [18:29]:
Türkiyə polisi əməliyyat keçirib, 2806 nəfər saxlanıldı
21/09/2019 [18:27]:
Xəzərdə dalğanın hündürlüyü 5,2 metrə çatdı
21/09/2019 [18:23]:
Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a yola düşdü
21/09/2019 [18:17]:
“Vaxtilə Rəsulzadə ermənilər haqqında nahaq yerə demirdi ki...”
21/09/2019 [17:59]:
Ermənistanda qalmaqal: qubernatorun köməkçisi polkovniki döydü
21/09/2019 [17:55]:
“Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi
21/09/2019 [17:52]:
Nəsimiyə həsr olunan beynəlxalq konfransa məqalə qəbulu davam edir
21/09/2019 [17:47]:
İran, Çin və Rusiya donanmaları Hind okeanında - GƏRGİNLİK PİK HƏDDƏ
21/09/2019 [17:45]:
Ərdoğan: "ABŞ-la qarşı-qarşıya gəlməyi arzulamırıq"
21/09/2019 [17:42]:
Gerasimov Putinə lətifə danışdı - VİDEO
21/09/2019 [17:35]:
Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB
21/09/2019 [17:28]:
Bakının girişində güclü toz dumanı müşahidə olunur - VİDEO
21/09/2019 [17:26]:
Pentaqon “MIM-104 Patriot” zenit-raket kompleksinin gücsüzlüyünü etiraf etməyə məcbur oldu
21/09/2019 [17:20]:
Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu
21/09/2019 [17:18]:
“Yox dediyim üçün itlə qapımda dayanmışdı...”- Model tanış olduğu kişilərdən danışdı-FOTOLAR
21/09/2019 [16:57]:
Suriyalı həkim Şuşada pulsuz müayinə və əməliyyatlar keçirəcək
21/09/2019 [16:53]:
Səudiyyə özü qazdığı "Yəmən quyusu"na yuvarlanır...
21/09/2019 [16:52]:
Polis və prokurorluq azyaşlı Fəridə görə hərəkətə keçdi, cinayət işi başlandı
21/09/2019 [16:49]:
“Qarabağ probleminin həlli yolu qərarlaşıb: Bu yol hərbi yoldur!”
21/09/2019 [16:48]:
Prezident Musa Şəkiliyevi orden ilə təltif edib
21/09/2019 [16:46]:
Ərdoğan ABŞ-a getdi
21/09/2019 [16:42]:
Ağcabədidə qəza törədən avtomobil yanıb, sürücü öldü
21/09/2019 [16:39]:
Ermənistanın XİN başçısı azərbaycanlı girovların azad ediləcəyini istisna etməyib
21/09/2019 [16:31]:
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
21/09/2019 [16:20]:
Sevilən müəllim olmağın bir neçə maraqlı metodu- Mütləq sınayın
21/09/2019 [16:18]:
Nüsrət Londonda restoran açır FOTOLAR
21/09/2019 [16:13]:
Ər-arvad İrandan Azərbaycana narkotik gətirmək istədi
21/09/2019 [16:12]:
Güclü külək Bakıda altı ağacı aşırdı - FOTO
21/09/2019 [16:04]:
“Ərəbləri hansı 3 səbəbdən sevməliyik?..”-  “Tarqovı”ya gedəndə mütləq oxuyun...
21/09/2019 [16:02]:
Koreya səfiri “Qobu Park”da köçkünlərə dəstək verməyə gəldi -FOTOLAR
21/09/2019 [15:59]:
Zaqatalada fındıq oğruları tutuldu
21/09/2019 [15:58]:
Prezident təqaüdçüsü: "Oxuyan üçün kənd və ya şəhərin fərqi yoxdur"
21/09/2019 [15:56]:
Nesilcanın meyiti təhvil verildi- Kəsilən ayağının yanında dəfn ediləcək (FOTOLAR)
21/09/2019 [15:45]:
Azərbaycan və Rusiya gömrük orqanları arasında növbəti işçi görüş keçirildi
21/09/2019 [15:43]:
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər üçün daha bir imtahan keçirilib
21/09/2019 [15:38]:
Ramiz Əzizbəyli :“Yaşamaq istəyirəm”
21/09/2019 [15:12]:
Hər kəsin yaşamadığı ömür -Polis ömrü...
21/09/2019 [15:11]:
Tokatda tarix yazılır... -Hulusi Kılıç afrikalıları ata yurduna apardı
21/09/2019 [15:08]:
Bakı metrosunda həyəcanlı anlar: tüstülənmə oldu, qatar boşaldıldı
21/09/2019 [15:07]:
İlham Əliyev Xələf Xələfovu təltif etdi
21/09/2019 [15:06]:
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava - VİDEO
21/09/2019 [15:05]:
BAMF prezidenti Cenevrədə qaçqın və məcburi köçkünlərin hüquqlarına dair bəyanat verib
21/09/2019 [14:57]:
“Bu gün hökumət uşaqpullarını verə bilmirsə, heç olmasa...”
21/09/2019 [14:54]:
Əli Əhmədov: "Ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içində hiss edir"
21/09/2019 [14:48]:
ADU-nun tələbələrinə ŞAD XƏBƏR: 10 nəfər xüsusi təqaüd alacaq
21/09/2019 [14:44]:
Tanınmış cərrahdan Ali Məhkəmənin mətbuat katibinə CAVAB MƏKTUBU...
21/09/2019 [14:29]:
"Hakim “Leş Tofiq”ə bəraət qazandırsa, nə qədər ömrüm var onu biabır edəcəm..."
21/09/2019 [14:28]:
Mətbuat və siyasətçilər "Əsrin müqaviləsi" barədə nə deyirdilər?
21/09/2019 [14:26]:
“UNEC ikili diplom proqramları” sərgisi keçirildi
21/09/2019 [14:24]:
Prezident icra başçısını ordenlə təltif etdi
21/09/2019 [14:09]:
Olimpiya çempionumuz Tokio Olimpiadasına vəsiqə qazandı
21/09/2019 [13:58]:
O vaxt T.Qasımov Minsk Qrupuna niyə razılıq verdi? - E.Namazovdan eşitmədikləriniz
21/09/2019 [13:50]:
“Xeyrixahlıq özündə artıq olanı deyil, özünün möhtac olduğunu paylaşmaqdır”
Bütün arxiv bir sırada
18/05/2019 [18:31] - Gündəm - ( 5184 dəfə baxılıb)

Laçınlı ana və kəlbəcərli idmançı “torpaqlarımıza azadlıq!” çağırışı etdi-FOTOLAR-

“Cənab Prezident!  Qoy bizim üzərimizdən “qaçqın” damğası götürülsün, Siz də  tarixdə bir qəhrəman rəhbər kimi qalın!..” 
“Biz, sadəcə, Sizdən torpaqlarımızın azad edilməsi üçün şərait yaradılmasını istəyirik!..”  


 Xəbər verdiyimiz kimi, bu gün -18 may Laçının ermənilərə işğal etdirilməsinin 27-ci ildönümündə minlərlə  Azərbaycan vətəndaşı Şəhidlər Xiyabanını ziyarət edib. 

Moderator.az xəbər verir ki, şəhidlərin məzarını ziyarət etdikdən sonra Şəhidlər abidəsi qarşısına toplaşaraq torpaqlarımızın azad edilməsi üçün ürək sözlərini səsləndirənlər  arasında bir Laçınlı ana və kəlbəcərli  idmançının çıxışları daha təsirli olub.

“Laçınımız yoxdursa, Şuşamız yoxdursa, Kəlbəcərimiz yoxdursa,  biz də yoxuq...” 

Laçın rayonunun Hoçaz kəndindən olan 65 yaşlı ana göz yaşları içində üzünü Azərbaycan xalqına, Azərbaycan Prezidentinə, dünya azərbaycanlılarına, türk dünyasına tutaraq torpaqlarımızın azadlığı üçün qəti tədbir görməkdən ötrü  hərəkətə keçməyin vacibliyini vurğulayıb:
“Biz hələ neçə il bu Xiyabana gəlib eyni sözləri təkrarlayb, “inşallah, tezliklə torpaqlarımızı azad edəcəyik” deyib, şəkil çəkdirib gedəcəyik? Hanı o “tezliklə”?! Artıq  o torpaqların, Laçının, Kəlbəcərin, Şuşanın o yurdlarda doğulmuş sakinləri bir-bir dünyadan köçür. İndiyədək neçə doğma, qohum-əqrəbanı, dostu, tanışı Laçınsız,  Qarabağsız, torpaqsız  haqq dünyasına yola salmışıq. Bu yaxınlarda qardaşım da “Torpaq, Qarabağ, Laçın!” deyərək gözlərini yumdu. Niyə doğmalarımız, əzizlərimiz torpaq dərdini özü ilə o dünyaya apramalıdır? Niyə?!.  

Ay  dünya azərbaycanlıları, xahiş edirəm, yalvarıram gəlin  Prezidentimizin, dövlətimizin ətrafında birləşək, torpaqlarımızı azad edək. Öncə bizə Vətən, torpaq gərəkdir. Nə edirik o varı-dövləti, evi-eşiyi, torpağımız yoxdursa?  Mənim Laçınım yoxdursa, Şuşam yoxdursa, Kəlbəcərim yoxdursa, mən də yoxam,  sən də yoxsan, biz də yoxuq. Niyə bizim torpaqlarımız 30 il erməni əsarətində qalmalıdır? O torpaqlarda doğulmuş köhnə nəsillər ölüb gedəndən sonra Qarabağın dərdini kim çəkəcək?.. 

27 ildir mən ağlayıram, 27 ildir dərd çəkirəm, niyə axı? Nədən ötrü? Axı bu ermənilər kimdir ki, bizim torpağımıza sahib çıxsın? Niyə bizim yüz minlərimiz çöllərə səpələnməli, nəslimiz, kökümüz itməlidir? Niyə erməni mənim torpağımın havasını udmalı, suyunu içməlidir? Mən isə öz doğma torpağıma həsrət qalmalıyam?..

Niyə biz, bizə yalandan “dost” deyə-deyə ermənilərə havadarlıq edən Rusiyanın, ABŞ-ın, Fransanın dediyi ilə oturub-dururuq? Axı onlar bizə dost deyil?  Niyə özümüz həll etmirik məsələmizi? Bizim güclü ordumuz, iqtisadiyyatımız, milyarderlərimiz var. Niyə çəkici bir yerə vurub torpaqlarımızı azad etmirlər? Sizdən  xahiş edirəm, sizə yalvarıram, qarşınızda diz çökürəm, gəlin, bütün çəkişmələri kənara qoyub birləşin, torpaqlarımızı azad edək! Niyə mənim atamın Laçındakı məzarı 27 ildir ki, ziyarət olunmur? Niyə axı? Niyə?!.”

"Bizə heç nə verməyin, çörəkpulunu da istəmirik, ancaq torpağımızı istəyirik!,."

Kəlbəcər rayonunun Mollabayramlı kəndindən məcburi köçkün, Uşu-sando və Muay-tay üzrə federasiyalarının üzvü, bu döyüş növləri üzrə dünya ikincisi, beynəlxalq dərəcəli hakim, məşqçi Vüqar Əsədov üzünü dövlət başçısına tutaraq hər an torpaqlarımız uğrunda vuruşub ölməyə hazır olduğunu bildirib:

“Xahiş edirik, cənab Prezident bu xalqın, bu köçkünlərin, bu anaların səsini eşidin. Hamı birləşib sizin arxanızda dursun. Sizi bir bütöv xalq olaraq beynəlxalq güclərin təzyiqlərindən qoruyaq, siz də Ali Baş Komandan kimi səfərbərlik, “hücum” əmri verin, gedək torpaqlarımızı azad edək. Döyüşə atılaq, ya ölək, ya da torpaqlarımızı azad edək. Əks halda bir müddət sonra Azərbaycan deyilən torpaq qalmayacaq... 

Müdafiə naziri Zakir Həsənova minnətdarıq, daim müharibədən, torpaqların azad edilməsindən danışır. Amma artıq  bıçaq sümüyə dirənib, cənab general! Artıq sözdən, şüarlardan konkret əmələ keçməyin, hücuma keçməyin vaxtıdır. Hələ çox gecikmişik. 

Mənim 46 yaşım var, beynəlxalq yarışların qalibi olan idmançı, məşqçiyəm. 4 il 6 ay torpaqlarımız uğrunda döyüşlərdə iştirak etmişəm. Və bu gün də bir müharibə veteranı, bir idmançı kimi yenidən döyüşlərə atılmağa hazıram. Biz dünyanın müxtəlif ölkələrindəki yarışlarda dəfələrlə erməniləri məğlub edirik. Ermənilərin iştirak etdiyi yarışlarda özümüzə, bir-birimizə  söz veririk ki, öləcəyik, ancaq rinqdən məğlub çıxmayacağıq... 

Mən öz torpağıma getmək istəyirəm, öz kəndimə, öz evimə getmək istəyirəm. Prezidentimiz sağ olsun, bizə, mənə ev tikib verib. Amma mən o evi də istəmirəm, onu tələbələrə, yeni ailə quranlara, bakı sakinlərinə bağışlayıram. And olsun Allaha, biz öz torpağımızda çadırda yaşamağa hazırıq. Bizə heç nə verməyin, çörəkpulunu da istəmirik. Ancaq torpağımızı, Kəlbəcərimizi, Laçınımızı, Şuşamızı, Ağdamımızı istəyirik. Biz əsl kişilərin dövrünə, öz yurdu, torpağı olan, o dağlara, yaylaqlara, meşələrə, bulaqlara sahiblənən kişilərin dövrünə qayıtmaq istəyirik... 
Qoy cənab Prezidentimiz xalqı dinləsin, desin ki, ey xalqım bir günlüyə Azadlıq meydanını verirəm sənin ixtiyarına, çıx orda sözünü söylə, məndən, beynəlxalq təşkilatlardan torpağı, Qarabağın azadlığını tələb et! Cənab Prezident Sizin xalqın rifah halının az olsa da, yüksəlməsinə səbəb olan islahatlarınızı alqışlayırıq, biz veteranlar, biz idmançılar üçün xeyli işlər görmüsüz. Bunlardan razıyıq.  İndi də bir vətəndaş kimi xahiş və tələb edirik, bizə şərait yaradın öz torpaqlarımıza gedək.  Lap əliyalın gedək. Qoy lap bizi öldürsünlər. Amma dünya bilsin ki, bu xalq biqeyrət deyil, o, öz torpaqlarını azad etmək istəyir. Cənab prezident, biz qətiyyən Sizin hakimiyyətin əleyhinə çıxmırıq. Sadəcə, Sizdən torpaqlarımızın azad edilməsi üçün şərait yaradılmasını istəyirik. 18 yaşından 60 yaşına kimi ümumxalq səfərbərliyi elan edin, ətrafınızda birləşək, gedək  torpaqlarımızı azad edək. Bizim üzərimizdən bu mənfur “qaçqın” damğası götürülsün, sizin də adınız tarixdə torpaqlarını düşməndən azad etmiş, əsl  xalqsevər, vətənsevər bir qəhrəman rəhbər kimi qalsın... ” 

Laçın rayonunun Çıraqlı kəndindən məcburi köçkün, Azərbaycan Uşu -sanda və Muay-tay Federasiyasının üzvü, baş məşqçi, “Laçın” döyüş klubunun rəhbəri Xəyyam Həsənov  və digər idmançı gənc və yeniyetmələr də torpaqlarımızın azadlığına  yönəlmiş bu çıxışlara dəstək veriblər.

Sultan Laçın 


loading...
loading...
2500 km üzən pinqivin əldən düşmüş halda tapıldı - MARAQLI
Mütəxəssislərdən xəbərdarlıq: "UŞAQLARINIZI QIDIQLAMAYIN"
Körpələrini görmək istəyərkən başqa bir üzlə qarşılaşdılar - MARAQLI
Abşeronda qəzaya düşən avtomobil alov topuna döndü - VİDEO
Hansı hallarda böyrəklərin təmizlənməsinə ehtiyac var? - ƏLAMƏTLƏR...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Prostat genişlənməsi: Əksər kişilərin “qorxulu yuxusu” - Əlamətləri, müalicəsi...
Kriminal
Banda üzvləri Bakıda adam oğurladılar, “baqaja” qoyub apardılar- "Dedi dili uzanıb, kəsmək lazımdır"
Dünya
“Yox dediyim üçün itlə qapımda dayanmışdı...”- Model tanış olduğu kişilərdən danışdı-FOTOLAR
Dünya
Nesilcanın meyiti təhvil verildi- Kəsilən ayağının yanında dəfn ediləcək (FOTOLAR)
Müsahibə
“Bu sevgi mənə o qədər stimul verir ki...”
Həftənin ən çox oxunanları
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
“Mənimlə evləndiyi üçün onu Azərbaycana deportasiya etdilər...” - Belaruslu qız...
Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötdü
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
“Ona heç nə olmadı, mənimsə 2 övladım anasız qaldı”: Müəllimin bədbəxt etdiyi xadimə...
"Siz OMON-un özbaşınalıqlarının qarşısını alın, mənim işlərimə qarışmağa ixtiyarınız yoxdur"
Tramp İrana qarşı “ən yüksək səviyyəli sanksiya” tətbiq etdi: "Uşaqlar, başlayın..."
"Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi" - Köçəryandan maraqlı etiraf...
25 yaşlı qızı “öldürən” “Maserati” sürücüsü video yaydı
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247