Xəbər lenti
17/09/2019 [12:17]:
Ucar sakinindən külli miqdarda narkotik götürüldü - FOTOLAR
17/09/2019 [12:14]:
UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçiriləcək
17/09/2019 [12:12]:
Təhsilin sosial tələbata çevrilməsi zəruri məsələdir
17/09/2019 [12:10]:
DİM dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan etdi
17/09/2019 [12:05]:
DİM dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan etdi...
17/09/2019 [12:02]:
“Konsertimdə Nəsimiyə müraciət etdim, amma bu gün Afətlə Samini gündəmə gətirmək düzgün deyil...”
17/09/2019 [11:49]:
“Kəfənimi kipriyinlə tikərsən...”
17/09/2019 [11:32]:
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
17/09/2019 [11:26]:
Azərbaycanlı modellər türk dizaynerinin dəfiləsinə qatılıblar - FOTOLAR
17/09/2019 [11:22]:
“Nəvələrimin toyunu görmək üçün Allahdan ömür istəyirəm...”
17/09/2019 [11:14]:
Türkiyənin Təkaltı dağından Ermənistana bayraq mesajı: "Vaxt gələcək, o ərazilər də..."
17/09/2019 [11:07]:
Keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə şübhli bilinən şəxs tutuldu
17/09/2019 [10:58]:
Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - AÇIQLAMA
17/09/2019 [10:55]:
Azərbaycanda genişmiqyaslı təlimlərin ikinci günü - VİDEO
17/09/2019 [10:53]:
ADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilib
17/09/2019 [10:53]:
“Ermənistanın bu günki hakim dairələrindən hər şey gözləmək olar..."
17/09/2019 [10:50]:
“Bütün dünya başını itirdiyi bir zamanda biz başımız uğrunda mübarizədən qalib çıxa bildik”
17/09/2019 [10:47]:
VK rəhbərliyi Türk-AV-ın baş assambleyasının 3-cü zirvə toplantısında iştirak edib
17/09/2019 [10:39]:
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
17/09/2019 [10:32]:
İsrail növbədənkənar seçkilərə gedir
17/09/2019 [10:28]:
Vüqar Bayramov: “Hökumət neftin qiymətini 50 dollar götürməliydi”
17/09/2019 [10:23]:
АDU bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib- SİYAHI
17/09/2019 [10:19]:
Rəsmi İrəvan təlaşda: “Rusiya bu dəfə əhali üçün də qazın qiymətini qaldıracaq?!.” 
17/09/2019 [10:10]:
“Hindistanla gərginlik yaşayan Pakistanın yanında olmağa borlcuyuq, çünki...”
17/09/2019 [09:38]:
Səudiyyənin neft zavodlarındakı partlayış birjaları da “alovlandırdı”
17/09/2019 [09:34]:
Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır - Araşdırma (Video)
17/09/2019 [09:32]:
“Google”un fəaliyyətində problem yaranıb
17/09/2019 [09:18]:
Gürcüstan Amerikanın tank daşıyan gəmisini ərazi sularına buraxmadı... 
17/09/2019 [09:02]:
Əli Kərimli-İlqar Məmmədov debatı - moderator kim olsun?
17/09/2019 [09:01]:
“Paşinyanın ətrafında elə bir tor qurulur ki...” - politoloq
17/09/2019 [08:59]:
Qabil Hüseynli: “Xarici təhlükələrin içərisində təkcə Azərbaycanda siyasi hakimiyyət məsələsi yox, həm də...”
17/09/2019 [08:57]:
Əliməmməd Nuriyev: "Siyasi məhbus "siyahı"sı bitməyəcək, çünki gəlir mənbəyidir"
17/09/2019 [08:54]:
Hacıqabulda evakuator “Kamaz”a çırpıldı, sərnişinin ayaqları kəsildi
17/09/2019 [08:52]:
“Taxt oyunları” 10 “Emmi” aldı – FOTO
17/09/2019 [08:39]:
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək - AFİŞA
17/09/2019 [08:38]:
Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub
17/09/2019 [08:13]:
Gənc karateçilərimiz Macarıstandan 3 qızıl, 5 bürünc gətiriblər
17/09/2019 [08:13]:
28 erməni fahişə saxlanıldı- VİDEO
17/09/2019 [08:12]:
Donald Tramp: ABŞ İran tərəfi ilə münaqişədən yayınır
17/09/2019 [08:11]:
Putin Ankarada "Quran"dan sitat gətirdi - VİDEO
17/09/2019 [07:15]:
Həccə gedənlərdən rüşvət alan cinayətkar məmur qrupu ifşa olundu...
17/09/2019 [06:16]:
Niyə İmam Hüseyn (ə) kufəlilərin dəvətini qəbul etdi?..
16/09/2019 [23:38]:
BMW yoldan çıxıb aşdı, Qax sakini xəsarət aldı - FOTO
16/09/2019 [23:33]:
"Ankarada baş tutan üçtərəfli görüş Türkiyənin siyasi qələbəsidir" - Siyasi analitik...
16/09/2019 [23:24]:
Rusiya, İran və Türkiyə liderlərinin növbəti görüşü Tehranda baş tutacaq
16/09/2019 [23:03]:
Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər
16/09/2019 [23:00]:
Daha bir boksçumuz dünya çempionatının 1/8 finalında
16/09/2019 [22:22]:
Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” şüarını təkrarladı və Brayzaya cavab verdi...
16/09/2019 [21:58]:
Sumqayıtda kitab yarmarkası keçirilib- FOTO/VİDEO
16/09/2019 [21:47]:
Argentinada yeddi balina sahilə çıxdı, biri öldü: xilasetmə əməliyyatından VİDEO
16/09/2019 [21:42]:
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16/09/2019 [21:14]:
Rus parlamentindən ilginc görüntülər - FOTOLAR
16/09/2019 [21:09]:
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirildi - FOTO+VİDEO
16/09/2019 [21:08]:
Çoban itləri haqda kitab yazır, iclasda şeir oxuyur və naziri qandallayır... - VİDEO
16/09/2019 [20:49]:
“ŞAH”I ƏLƏ KEÇİRMƏK ÜÇÜN MƏMUR-HAKİM İŞBİRLİYİ...
16/09/2019 [20:36]:
Prezident və xanımı bədii gimnastika üzrə dünya çempionatının açılışında...- FOTO
16/09/2019 [20:36]:
Ermənilər Laçının Bozlu kəndində təmir olunmuş  məktəb binasının açılışını etdi – FOTOLAR
16/09/2019 [20:34]:
Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı açıq elan edilib
16/09/2019 [20:33]:
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
16/09/2019 [20:30]:
Mehriban Əliyevanın tapşırığı ilə Gəncədə bu məktəblər təmir edildi - FOTO
16/09/2019 [20:28]:
Gəncədə qonşuları tərəfindən döyülən bacılar və iki kişi xəstəxanalıq oldu
16/09/2019 [20:15]:
Sağsağanın hücum etdiyi 76 yaşlı kişi həyatını itirdi - QORXUNC...
16/09/2019 [20:04]:
Yeni doğuş keçirən qadının qoxusu baxın nəyə səbəb olur - MARAQLI ARAŞDIRMA
16/09/2019 [19:50]:
Elmar Məmmədyarov Romada FAO-nun direktoru ilə görüşdü - FOTO
16/09/2019 [19:40]:
AÇG-də yeni platformanın inşası ilə bağlı altı müqavilə imzalanıb
16/09/2019 [19:34]:
Azərbaycan Naxçıvan MR-in iqtisadi təhlükəsizliyini daha da gücləndirmək istəyir
16/09/2019 [19:27]:
BNA: Qaydanı pozan sürücü işdən çıxarılıb, avtobus isə xətdən kənarlaşdırılıb
16/09/2019 [19:19]:
DİN-də Kollegiya iclası: Vilayət Eyvazov nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verdi
16/09/2019 [19:17]:
"Ölüm-dirim savaşındakı bir şəxsin əlindən tutmaq əvəzinə, ona bu sualı ünvanlamaq..."
16/09/2019 [19:08]:
İnfarktın qarşısını alan qidalar - SİYAHI...
16/09/2019 [19:01]:
Oksana və Nigarın hind rəqsi ad günü gecəsiə damğa vurdu - FOTO + VİDEO
16/09/2019 [18:55]:
"Qəm-qüssə mənim vəzir-vəkilimdir, hərəsi bir tərəfimdə əyləşib..." - VİDEO
16/09/2019 [18:52]:
"Birinci dəfədir ki, bu məsələ haqqında danışıram, sən məni niyə təhqir etməlisən?"
16/09/2019 [18:42]:
Mingəçevirdə uşaq evindən oğurluq edildi
16/09/2019 [18:38]:
Yeni doğulan uşağın ağzına silah saldı - AĞLASIĞMAZ...+ VİDEO
16/09/2019 [18:29]:
Əməliyyatdən əvvəl hər kəsi göz yaşlarına boğdu - VİDEO
16/09/2019 [18:27]:
Sükan arxasında yuxuya gedən sürücü qəzada öldü - VİDEO
16/09/2019 [18:04]:
Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur - VİDEO
16/09/2019 [18:01]:
Evlilikdən kənar cinsi münasibətin qarşısını almaq üçün baxın nə etdi - MARAQLI
16/09/2019 [18:01]:
Türkiyənin vitse-prezidenti: "Paşinyanın Qarabağla bağlı dediklərini təəccüblə izlədik"
Bütün arxiv bir sırada
19/05/2019 [10:31] - Siyasət - ( 3664 dəfə baxılıb)

İşğalçı ölkədə demokratiya oyunu: Erməninin Paşinyanına da lənət, Koçaryanına da...



Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan zaminlik əsasında həbsdən azad olundu. Koçaryanın azad olunması Ermənistanda siyasi situasiyanı dəyişə bilərmi? “Məxməri inqilab”ın bir yaşı təzəcə tamam olub və adətən avtoritar rejimlərdən demokratiyaya keçid tarixən bütün ölkələrdə ağrılı keçir, hakimiyyətlər dəyişə bilir, amma ən əsası odur ki, demokratiya geri dönmür. Bu gün “ərəb baharı”nı yaşayan müsəlman ölkələri belə daxili çəkişmədən boğulsa belə, demokratiya ağır günlərini yaşasa da, keçmiş rejimlər geri dönmür. Mövcud avtoritar rejimlər bu vəziyyətdən öz təbliğatlarında istifadə edib, keçid dövründəki kataklizmləri bəhanə gətirməklə, diktatura sabitliyinə önəm verirlər və düşünürlər ki, xalq da bu problemləri görüb, avtoritar rejimi dəstəkləyəcək. 

Ermənistanda da Koçaryanın azad edilməsini az qala köhnə rejimin, konkret olaraq Qarabağ klanının yenidən hakimiyyətə qayıdacağı kimi düşünənlər var və Rusiya liderinin bu istiqamtdə israrını yada salıb, Moskvanın təzyiqi ilə azadlığa çıxanın, eyni təsirlə hakimiyyətə qayıdacağını proqnozlaşdıranlar tapılır. Amma, bu belə olmayacaq. 
 
Koçaryanın azad olunmasına zaminlik edən keçmiş və indiki separatçı rejimin prezidentləri Arkadi Qukasyanın və Bako Saakyanın xahişi əvvəlcə Nikol Paşinyana şəxsən Saakyan tərəfindən müraciət edilmişdi. Paşinyan bu addımı “mənəvi cəhətdən başa düşdüyünü, amma siyasi baxımdan bir sıra suallar yaratdığını” deməklə, suyun şimaldan bulandığının fərqində olduğuna işarə vurdu və Rusiya jurnalistləri qarşısında çıxış edərkən Qarabağda müharibənin qarşısını almağa “Rusiyanın rıçaqları çoxdur” ifadəsini boşuna işlətmədi. Paşinyan bununla ona təzyiq vasitəsi kimi Qarabağda müharibə olarsa, Rusiyanın razılığı ilə olacağına işarə vurub və özünü şimaldan bir növ sığortalayıb.  Ən əsası, Ermənistan əhalisi bu keçid dövründə müəyyən sosial – iqtisadi problemlər yaşasa da, 20 illik Qarabağ klanının avtoritar, korrupsioner, rüşvətxor hakimiyyətinin geri dönməsinin tam əleyhinədir və Paşinyan hakimiyyətdən getsə belə keçmiş rejimin nümayəndələrinin, konkret olaraq Qarabağ klanının yenidən hakimiyyətə gəlməsinə heç cür imkan verməyəcək. Bu cür klan hakimiyyətləri adətən qalan əhaliyə qarşı o qədər qəddarlıq edirlər ki, perspektivdə hətta onların içərisindən çıxacaq dürüst bir siyasətçiyə belə səs verməzlər. Ermənistan əhalisi də hal-hazırda bu cür əhval-ruhiyyəyə kökləniblər. Xalqın bu günədək Paşinyanı dəstəkləməsi indiki hakimiyyətin ən güclü silahıdır, həm də yalnız bu yox.
 Ermənistanda əhalinin əksəriyyətinin Qərbə və qərb dəyərlərinə meyllənməsi, diasporanın təsiri, indiki hakimiyyətin də Avropa ilə son bir ildə daha sıx əməkdaşlığı Paşinyanın ikinci böyük silahıdır. ABŞ və Avropa ölkələri Ermənistandakı mövcud hakimiyyəti tam dəstəkləyir və eyni zamanda təlimatlandırır. Həbsdə olarkən Koçaryanın “Reuters” agentliyinə göndərdiyi məktubda onun müxalifətə qoşulub mübarizə aparmaq barədə niyyətlərini bildirməsi də Qərbə mesaj idi. Koçaryan Rusiya ilə yanaşı Qərblə də əməkdaçlıq edəcəyinə işarə vurmaqla Qərbdən dəstək almaq məqsədini gizlətməmişdi. Koçaryana cavab gecikmədi və ABŞ-ın İrəvandakı yeni səfiri Linn Treysi iki gün əvvəl fəaliyyət proqramı haqqında danışarkən - “Ermənistanda demokratiya indiki kimi möhkəm olmayıb”- dedi və əlavə etdi ki, “Ermənistan coğrafi və tarixi baxımdan Rusiya ilə əlaqəli olsa da, dəyərlərinə görə Qərbə bağlıdır”. Paşinyanın ikinci güclü silahı Qərbin dəstəyini qazanmasıdır. 
 
Üçücü prezident Serj Sarkisyan necə, Koçaryanla birləşib Paşinyan hakimiyyətdən uzaqlaşdıra bilərmi? Serj Sarkisyan Ermənistanda o qədər mənfi imicə malikdir ki, onun kimisə dəstəkləməsi əks-effekt verəcək və burda Koçaryanın əleyhinə işləyəcək. Bu adamların ümidi nə İrəvan erməniləridir, nə də Qarabağ erməniləri. Uzaqbaşı hər ikisinin bel bağladığı yer Moskvadır. Kremlin gücü burda yetərli ola bilərmi?
Rusiya faktoru nə qədər təsirli olsa da Koçaryanı və onun tərəfdarlarından kimisə, hətta Paşinyanı saya salmayan indiki prezident Armen Sarkisyanı da hakimiyyətə gətirə bilməsi, yuxarıda qeyd olunan iki güclü silah qarşısında zəifdir.  Kremldə mövcud vəziyyəti təhlil edənlər Paşinyanla dil tapmağa daha çox üstünlük verirlər və hələ ki, buna da nail olublar. İkincisi, “şeytan təsvir etdikləri qədər də qorxulu deyil”(не так страшен чёрт, как его малюют). Burda bir haşiyəyə çıxmağı vacib hesab edirik. Təəssüf ki, bizdə belə bir qorxunu yaradıblar və hər zaman belə bir zərərli təbliğat aparırlar: “Biz Qarabağı azad etməyə başlasaq, Rusiya qoşunları Yalamadan daxil olacaq”. Bu təslimçi təbliğata “ələbaxan media”da tez-tez rast gəlmək olar və belələri fikirlərini əsaslandırmaq üçün-”aprel döyüşlərində Rusiya qoşunları Yalamada sərhəddə toplaşmışdı”-yalanını uydurur və xalqı Qarabağı azad etmək tələbindən çəkindərməklə məşğuldurlar.
Koçaryanın zaminliyinə qalxan Qukasyan və Saakyanı müttəhim kürsüsündə Koçaryanla yanaşı oturdub başa saldılar ki, zamin durduqları şəxs qanunu pozan hərəkətlər etdikdə onların belə bir kürsüdə əyləşməsi mümkündür. Ona görə də Koçaryanın azadlığa çıxan kimi partiya yaradıb, siyasətə qatılması qanunla məhdudlaşdırılıb.
Koçaryan da, Paşinyan da bir-birlərinə düşmən ola bilərlər, amma onların hər ikisinin ümumi düşməni bizik-Azərbaycandır. Qarabağı işğal etmiş düşmən ölkədə baş verən siyasi kataklizmlər onları zəiflədir və bu hal bizi gücləndirməlidir. Biz necə, güclənirikmi? Bizim gücümüzü xalqa arxalanan diplomatiyamız və ordumuz göstərməlidir. Nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyətə gəldiyi vaxtdan indiyədək, Azərbaycan onun hakimiyyətdə möhkəmlənməsi üçün Qarabağ cəbhəsində gərginlik yaratmayıb. Həzərə alınıb ki, Qarabağ müharibəsinin quzğunları ilə müqayisədə yeni hakimiyyətlə fərqli danışıq prinsipləri ola bilər və Qərbin də Paşinyan hakimiyyətinə dəstəyi açıq bilindiyindən, bütövlükdə düzgün siyasi xətt aparılıb. Amma, zaman dəyişir və özü ilə neqativ sürprizlər gətirir. Düşmənin zəif yerini və zamanı düzgün qiymətləndirib, hər an həlledici addımlar atmağa hazır olmaq lazımdır. 

Moderator.az-ın analitik qrupu

loading...
loading...
Azərbaycanlı modellər türk dizaynerinin dəfiləsinə qatılıblar - FOTOLAR
Sağsağanın hücum etdiyi 76 yaşlı kişi həyatını itirdi - QORXUNC...
Yeni doğuş keçirən qadının qoxusu baxın nəyə səbəb olur - MARAQLI ARAŞDIRMA
Yeni doğulan uşağın ağzına silah saldı - AĞLASIĞMAZ...+ VİDEO
Əməliyyatdən əvvəl hər kəsi göz yaşlarına boğdu - VİDEO
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
Siyasət
Türkiyənin Təkaltı dağından Ermənistana bayraq mesajı: "Vaxt gələcək, o ərazilər də..."
Siyasət
“Ermənistanın bu günki hakim dairələrindən hər şey gözləmək olar..."
Cəmiyyət
Putin Ankarada "Quran"dan sitat gətirdi - VİDEO
Cəmiyyət
“Dəyişikliyi təkcə saçımda etmişəm...”
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
“Əli Nağıyevdən bir peşəkar kimi gözləntim böyükdür”
Bu da Pərviz Bülbülənin özündən hündür qızı - FOTO
"Məlumat gəldi ki, Ayaz Mütəllibovun bir maşın silahı Corat qəbiristanlığında gizlədilib..."
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247