Xəbər lenti
16/09/2019 [00:29]:
"Qırıcı son ana kimi, suya daxil olana qədər tam işlək vəziyyətdə olub..."
16/09/2019 [00:08]:
"Qafqaz hərəkatı dünən də, bu gün də, gələcək üçün də tayı-bərabəri olmayan tarixi örnəkdir"
15/09/2019 [23:26]:
4 yaşında dünyanın ən gözəl qızı seçilmişdi, baxın indi necə görünür! - FOTOLAR
15/09/2019 [23:16]:
S-400 raketdən müdafiə sisteminin sonuncu partiyası Türkiyəyə çatıb
15/09/2019 [23:12]:
Azərbaycan torpağı PKK tərəfdarına verilməyəcək- Qərar
15/09/2019 [23:05]:
Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi - Fotolar
15/09/2019 [22:31]:
Salyanda 3 yaşlı uşağı avtomobil vurub
15/09/2019 [22:27]:
Azərbaycan klubu Dünya Kubokunun qalibi oldu
15/09/2019 [22:24]:
Neftin qiyməti kəskin artacaq – PROQNOZ
15/09/2019 [22:22]:
Ərdoğan Trampla Amerika “Patriot”unun alınması məsələsini müzakirə edəcək
15/09/2019 [22:20]:
“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır...”- VİDEO
15/09/2019 [22:18]:
"Su-35" və "Be-200" təyyarələri İstanbul səmasında sınaq uçuşlar edib
15/09/2019 [21:59]:
Almaniyada əlillər evində yanğın olub, ölən və xəsarət alanlar var
15/09/2019 [21:54]:
Türkiyə-Suriya sərhədində partlayış olub, azı 12 nəfər öldü
15/09/2019 [21:28]:
Türkiyədə Nəsimiyə həsr edilən beynəlxalq elmi simpozium keçirildi - FOTOLAR
15/09/2019 [20:55]:
Atasıyla eyni yaşda və tarixdə şəhid oldu - FOTO
15/09/2019 [20:54]:
Qusar sakini yararsız parçaları sənət əsərinə çevirir - FOTO
15/09/2019 [20:48]:
Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır
15/09/2019 [20:15]:
Azərbaycan güləşçisi Rafiq Hüseynov dünya çempionatında gümüş medal qazanıb
15/09/2019 [20:02]:
Tərtərin cəbhə kəndində yaşayan ailənin üçəm oğlu oldu
15/09/2019 [19:57]:
Osmanlının təhlükəyə qarşı tikdirdiyi Gəncə qalasını Çar Rusiyası eyni qorxudan dağıtdı - FOTO
15/09/2019 [19:37]:
Türkiyə Vitse-prezidenti Bakıya gəlib
15/09/2019 [19:16]:
Azərbaycandakı ən qədim məbəd Rusiya işğalı zamanı necə kilsəyə çevrildi? - VİDEO
15/09/2019 [19:04]:
"Sənin 10 milyon izləyicin yoxdur ki, ancaq mənim var, məni dəli etmək istəyirsən?"
15/09/2019 [18:20]:
“Gənclər arasında vətənpərvərliyin təbliği” adlı layihənin dördüncü tədbiri keçirilib
15/09/2019 [18:06]:
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?
15/09/2019 [18:00]:
Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı
15/09/2019 [17:48]:
Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirildi - FOTO/VİDEO
15/09/2019 [17:46]:
Bakıda ilk dəfə Lavaş və Qutab festivalı keçirildi - VİDEO
15/09/2019 [17:10]:
Gəncədə yük maşını körpünü keçə bilmədi - VİDEO
15/09/2019 [16:53]:
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
15/09/2019 [16:50]:
İnsulin alan xəstələr ehtiyatlı olsun: Ölüm təhlükəsi var!
15/09/2019 [16:31]:
Zurabişvilinin oğlu Makron administrasiyasının əməkdaşı oldu
15/09/2019 [16:30]:
Vahid Ələkbərovun şəhərə gəlişinə görə şam ağaclarını və otları rənglədilər
15/09/2019 [16:29]:
Avropa İranla ticarət üçün yaradılacaq mexanizmə 15 milyard dollar ayıracaq
15/09/2019 [16:28]:
İranda qadınlar stadionda futbol izləyə biləcəklər
15/09/2019 [16:26]:
KİV: Səudiyyə Ərəbistanına neft nəqlinin bərpası üçün bir həftə lazımdır
15/09/2019 [16:23]:
ABŞ-ın Gürcüstandakı səfirliyi qarşısında aksiya keçirilir
15/09/2019 [16:23]:
Səfir: "Bakının azad edilməsi bütün Türk dünyası üçün əlamətdar hadisə idi"
15/09/2019 [16:05]:
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
15/09/2019 [15:50]:
Arvadına işgəncə verən kişiyə ağır cəza- FOTOLAR
15/09/2019 [15:27]:
"İl ərzində 20 min tələbəyə distant təhsil verə biləcək UNEC EXTERN yaratmışıq"
15/09/2019 [15:00]:
Azərbaycanda avtobusda qadınlar arasında saçyoldu oldu - VİDEO
15/09/2019 [14:50]:
Qulu Məhərrəmli: "Bu gün PAYTAXT günü elan olunmalıdır"
15/09/2019 [14:43]:
Qədim türk şəhəri Bakı... – Ərdoğanın müşaviri
15/09/2019 [14:40]:
Amerikalı senator İranın neft emal zavodlarını vurmağa çağırdı
15/09/2019 [14:35]:
Nazilə əri ilə şəklini paylaşdı - “Məndən 8 yaş böyükdür”
15/09/2019 [14:33]:
Beyləqana yeni icra müavini təyin olundu
15/09/2019 [14:29]:
Artıq çəkisinə görə məktəbdən çıxardılar
15/09/2019 [14:24]:
Tunisin sabiq Prezidentinin həyat yoldaşı vəfat etdi
15/09/2019 [13:56]:
Ayı İsmayıllı sakininə həyətində hücum etdi
15/09/2019 [13:54]:
Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”
15/09/2019 [13:53]:
Muqabe mavzoleydə dəfn ediləcək
15/09/2019 [13:41]:
Özbəkistanın Türk Şurasına gəlişi ilə bağlı BƏYANAT
15/09/2019 [13:23]:
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO
15/09/2019 [12:54]:
İran generalı: "ABŞ-la müharibəyə daim hazır vəziyyətdəyik"
15/09/2019 [12:53]:
SON DƏQİQƏ! Sərnişin avtobusu AŞDI - 1 ölü, 40 yaralı var / FOTO
15/09/2019 [12:50]:
Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ
15/09/2019 [12:48]:
Sabiq millət vəkili vəfat etdi - FOTOLAR
15/09/2019 [12:45]:
Tunisdə prezident seçkiləri keçirilir
15/09/2019 [12:40]:
Xurafatdan vəhdətə aparan missiya - Builki Aşura hansı məqamlarla yadda qaldı?
15/09/2019 [12:23]:
İlk dərs günü ölkə ərazisində 30 dərəcəyədək isti olacaq
15/09/2019 [12:21]:
Azərbaycanda yeni turizm məktəbi yaradılacaq
15/09/2019 [12:10]:
Bu il Bakı şəhəri üzrə 14 məzun məktəbi qızıl medalla bitirib
15/09/2019 [12:07]:
“Azərişıq” son 4,8 ildə elektrik enerjisi üzrə texniki itkiləri 2 dəfəyə qədər azaldıb
15/09/2019 [11:57]:
Rusiyada vertolyot itib
15/09/2019 [11:39]:
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
15/09/2019 [11:30]:
İslam Abbasov dünya çempionatına qələbə ilə start verib - YENİLƏNİB
15/09/2019 [11:20]:
Mehriban Əliyeva məktəbliləri Bilik günü münasibəti ilə təbrik edib
15/09/2019 [11:19]:
"Başımız bədənimizə qaytarıldı, amma onu yaxşı işlədə bilmədiyimizdən bu dəfə ürəyimizi itirdik"
15/09/2019 [11:15]:
Sabirabadda maşın su kanalına aşıb, sürücü ölüb
15/09/2019 [11:09]:
Müəllimə 15 yaşlı şagirdinə intim təklif etdiyi üçün saxlanıldı - FOTOLAR
15/09/2019 [11:03]:
“Yenidən Müsavat başqanı olmaq fikrim yoxdur, bu məsələdə spekulyasiyaları düzgün saymıram”
15/09/2019 [10:48]:
Bu gün "Qarabağ" və "Neftçi" komandaları qarşılaşacaq
15/09/2019 [10:30]:
Tehran Ər-Riyada qarşı neft savaşına başladı: Husilərin “Aramco”-ya hava hücumlarının iç üzü
15/09/2019 [10:30]:
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
15/09/2019 [10:28]:
Rəsul Çunayev dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
15/09/2019 [10:27]:
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
15/09/2019 [10:24]:
Əzrayılın erkək-dişiliyi...
15/09/2019 [10:14]:
Çürük kartof   4 adamı öldürdü…
Bütün arxiv bir sırada
20/05/2019 [09:37] - Cəmiyyət - ( 790 dəfə baxılıb)

Fəzail Ağamalı: “Onlar Azərbaycana xəyanət edən insanlardırlar”



“Elə bir dairənin, şəbəkənin içinə giriblər ki, istəsələr də, ordan çıxa bilməyəcəklər”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə paytaxtımızın gözəl məkanlarından birində, Filarmoniya bağındakı çayxanada görüşdük. Sözümüzü yerə salmayıb görüş təklifinə razılıq verdiyi üçün minnətdarlıq etmək istəyirdim ki, uzun illərdən sonra çoxsaylı xatirələrinin olduğu bir məkana dəvət etdiyim üçün təşəkkürünü bildirdi. Ardınca da 70-ci illərdən üzü bu tərəfə “inqilab beşiyi” olan bu məkanla bağlı ilginc xatirələrini danışdı. Söhbətimiz hərlənib bu günümüzə gəldi və mətləbə keçdik:

- Fəzail bəy, futbol azarkeşisiniz?

- Əvvəlki kimi yox. İndi artıq daha elitar, daha baxımlı, gözəl oyunlara baxmağa üstünlük verirəm. 

- “Çelsi”-"Arsenal" matçına bilet almısınız?

- Yox. Həmin gün mən əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq Sankt-Peterburqda MDB Parlament Assambleyasının toplantısında iştirak etməliyəm. Milli Məclisdən digər həmkarlarımızla birlikdə mayın 29-da Sankt-Peterburqa uçmalıyıq. Çox təəssüf edirəm ki, final oyununu meydançadan izləyə bilməyəcəyəm.

- İki ingilis klubundan hansını şanslı sayırsınız?

- Məncə, “Çelsi” daha şanslıdır.

16467648-76ae-434b-a7db-9515b38aaabe.jpg (148 KB)
- Bu proqnoz bir az da Mxitaryanın komandasına antipatiyadan irəli gəlmir ki?

- Yox. Doğrusu, mən heç bu günə qədər bilmirdim ki, orda bir erməni var. Əslində erməni hər yerdə var, hətta burnumuzun ucunda da. Dünyanın hər yerinə yayılmış bir etnosdur. Olsun. Mənə görə, hər şeydən öncə futbol siyasət deyil, idmandır. Ancaq bu oyunla bağlı siyasi gəlişmələr də oldu.

- Bəli. Elə onu soruşmaq istəyirdim. Böyük Britaniya XİN-in bəyanatı...

- Heç gözləmədiyimiz bir şantaj, Azərbaycan reallığını əks etdirməyən, qeyri-obyektiv münasibət idi.

- Həmkarınız Siyavuş Novruzov da yaxşı dedi ki, neftimizi daşıyanda Azərbaycan təhlükəli deyildi, amma indi...

- Siyavuş Novruzov onu çox gözəl ifadə elədi. Azərbaycan neftinin xeyli hissəsi bp-nin xətti ilə həm istehsal olunur, həm də burada böyük gəlir götürülür. Bp də Böyük Britaniyanın büdcəsinə xeyli vergi ödəyir, bu, unudulmamalıydı. Digər tərəfdən, axı onlar bilməmiş deyillər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslam Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək səviyyəli tədbirlərin, sivilizasiyalararası dialoqların yüksək səviyyədə keçirilməsinə nail olub, təşkilatçılıqda xüsusi brendə imza atıb. Ona görə də burada təəccüblü odur ki, Böyük Britaniya kimi nüfuzlu ölkənin daxilində Azərbaycana qarşı bəyanatla çıxış etdilər. Bir gün iddia etdilər ki, guya Azərbaycanda səhər yeməyini yemək olmaz, zəhərlənə bilərsən. Buna təkzib veriləndən sonra hava limanı ilə bağlı bəhanələr etdilər. Siyavuş müəllim əsaslı arqumentlərlə onların fikirlərini tamamilə alt-üst etdi ki, necə olur Azərbaycan neftini daşıyanda, Əfqanıstandakı NATO qüvvələri ilə bağlı Azərbaycanın hava məkanından istifadə edəndə, yaxud terrorizmə qarşı mübarizədə səmamızdan yararlananda sən təhlükə barədə düşünmürsən, indi nə oldu birdən-birə “təhlükə” yada düşdü?

37eb917c-fe45-4bc8-8eb0-f88da7657720.jpg (202 KB)
- Bu daş haradan atılır, sizcə?

- Burda ermənilərin böyük rolu, xristian təəssübkeşliyi var. Çünki Britaniyanın rəsmi hakimiyyəti ilə Azərbaycan hakimiyyətinin yüksək münasibətləri mövcuddur.

- Amma hər halda Britaniya XİN-in bəyanatı oldu...

- XİN-in bəyanatı da istər-istəməz bu nəticəyə gəlməyə imkan verir ki, erməni barmağı ABŞ Dövlət Departamentində olduğu kimi, Böyük Britaniya XİN-də də var.

- Erməni faktorunu çox böyütmürük ki? 

- Yox. Mənim düşüncəmə görə, ermənilərin bu şəkildə müdafiəsinin arxasında, şübhəsiz ki, dünyaya yayılan və kifayət qədər maliyyə imkanları olan, maliyyəsini erməni məsələsinə sərf edən erməni diasporu var. Onlar onilliklərdən bəri kifayət qədər formalaşıblar, təşkilatlanıblar. İkincisi, xristian təəssübkeşliyi var, bunu da unutmaq olmaz. Erməni təəssübkeşliyində bu amil ciddi rol oynamaqdadır. Burada Azərbaycanı zəif görmək istəyən ayrı-ayrı dövlətlərin maraqları da ola bilər. Azərbaycan gücləndikcə, böyük nüfuza malik olduqca, imkanları artdıqca ölkəmizə qarşı qısqanclıq, bu tip qeyri-obyektiv mövqelər də zaman-zaman yer almaqdadır. Düşünürəm ki, bu kimi hallar bundan sonra da davam edəcək.

- Bəlkə, biz də üzərimizə düşəni etmirik, necə bilirsiniz?

- Azərbaycan dövləti beynəlxalq miqyasda Ermənistan üzərində çox güclü diplomatik üstünlüyə malikdir, bunu etiraf etməliyik. İnformasiya müharibəsində də biz əvvəlki illərdən fərqli olaraq, daha üstün imkanlara malikik. Ölkə prezidentinin həyata keçirmiş olduğu hücum diplomatiyası özünün konkret bəhrələrini verib, bunu faktlarla da sübut etmək olar. Məsələn, beynəlxalq təşkilatların, demək olar ki, hamısında Azərbaycanın mövqeyi müdafiə olunub, BMT Təhlükəsizlik Şurasında, Avropa Parlamentində, ATƏT və NATO Parlament assambleyalarında, Avropa Şurasında, İslam Konfransı Təşkilatında, Qoşulmama Hərəkatında Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın ərazi bütövlüyü təsbit edilib. Eyni zamanda, Azərbaycanın strateji xarakter daşıyan, yüksək səviyyəli əməkdaşlıq etdiyi ölkələrin hər birində də bu, istənilən formada ifadə olunmaqdadır, Azərbaycanın ərazi bütövlüyü etiraf olunub. Məhz bu, Azərbaycanıda ulu öndərimizdən başlayaraq, bu günə qədər həyata keçirilmiş xarici siyasətin ciddi nəticələridir, bunu etiraf etmək lazımdır. Lakin biz cəmiyyətlə işləməliyik, aparıcı, söz sahibi olan dövlətlərin cəmiyyətləri ilə işləmək lazımdır. Bunun üçün Milli Məclisimiz parlament səviyyəsində işləməlidir, bu işi daha da gücləndirməlidir. Eyni zamanda, mətbuat olaraq siz dostlarınızı tapmalısınız. Təkcə Azərbaycan auditoriyası üçün yazılarla kifayətlənməli deyilsiniz, dostlarınızın vasitəsilə həqiqətlərimizdən bəhs edən yazıları xarici mediada dərc etdirməyə çalışmalısınız. Bax bu istiqamətdə boşluq var. QHT təmsilçilərimizlə dünyanın aparıcı ölkələrində olan QHT-lər arasındakı münasibətlər daha sıx qurulmalıdır.

- Bəlkə, QHT-lərimizin fəaliyyəti, xaricdən maliyyə əldə etməsi ilə bağlı məsələyə yenidən baxılsa, bu, ümumi işin xeyrinə olar, onların əlləri açılar. Bu barədə fikriniz necədir?

- Əgər bu məsələyə baxmalı olsaq, yenə də... İfadəm bəlkə də bir az etikadan kənardır, buna görə üzr istəyirəm, damarı boş adamlar ola bilər, yenə də gedib hansısa qüvvələrin təsiri altına düşə bilərlər. Ən müxtəlif fondların təsiri altına düşərək, onların sifarişini yerinə yetirə bilərlər. Necə ki, bu gün biz Milli Şurada onun ifadəsini görməkdəyik. Bu yaxınlarda prezidentin Belçika səfəri ilə bağlı Avropadakı ermənilər, antimilli qüvvələrlə Azərbaycandakı Milli Şuranın təmsilçiləri Cəmil Həsənli ilə Əli Kərimlinin mövqeləri üst-üstə düşdü.  Sanki bir nöqtədən idarə olunurlar. Əslində elə belədir. Burada da üç mühüm amil: erməni diasporu, xristian təəssübkeşliyi və maraqlı dövlətlərin Azərbaycanı zəif görmək istəyi rol oynayır. Özü də bütün istiqamətlərdən - həm siyasi platformalarda, həm QHT-lər səviyyəsində, həm media səviyyəsində, həm Avropadakı antimilli qüvvələr, həm də elə Böyük Britaniya XİN-i səviyyəsində total, geniş miqyas daşıyan bir cəbhə fəaliyyət göstərməkdədir. Bunun üçün, əlbəttə, biz bütün imkanlarımızı səfərbərliyə almalıyıq. Bunu təkcə iqtidar, prezident, yaxud XİN eləsin, deməməliyik. Əlbəttə, onlar da üzərinə düşənləri edirlər. Lakin biz də özümüz deyib, özümüz eşitməli deyilik. Biz aparıcı dünya dillərində materiallar hazırlayıb, onları yaymalıyıq. Monoqrafiyalar, elmi-tədqiqat əsərləri də yazılsın, ancaq bunlar kitabxanalara gedir, çox məhdud auditoriyanı əhatə edir. Lakin publikaya işləmək üçün biz ayrı-ayrı ölkələrin KİV-i ilə hökmən əlaqələr qurmalıyıq, onlarla yüksək səviyyədə, operativ və işgüzar əlaqələr yaratmalıyıq ki, Azərbaycan həqiqətlərini yaya bilək. Elə işləməliyik ki, Fransada bir pensiyaçı qarşısına pivəni qoyub qəzet oxuyanda orada Azərbaycanla bağlı həqiqətləri ifadə edən yazılarla tanış olmaq imkanı qazansın. Bu isə kütləvilikdir. Belə üsullarla biz ermənilərin xristian dünyasında müdafiəsini xeyli dərəcədə neytrallaşdıra bilərik.

c13252ea-af27-47ab-b55e-067b9a0cb0e4.jpg (135 KB)
“Elə işləməliyik ki, Fransada bir pensiyaçı qarşısına pivəni qoyub qəzet oxuyanda orada Azərbaycanla bağlı həqiqətləri ifadə edən yazılarla tanış olmaq imkanı qazansın”

- Avropa İttifaqı ilə imzalanmalı olan sazişdən bu aralar çox danışıldı. Necə hesab edirsiniz, bizi Avropaya doğru addım atmağa qoymayan qüvvələrmi var? Bəlkə, hakimiyyətin öz daxilində bununla bağlı yekcins fikirlər yoxdur? Yaxud Avropa özü hələ Azərbaycandan məsafə saxlamağa üstünlük verir?

- Məncə, burada xristian amili var. Baxın, Türkiyə uzun illərdir ki, Avropa Birliyinin üzvü olmağa çalışır. Ən müxtəlif bəhanələrlə ona imkan vermirlər. Ermənistan işğalçı ölkədir. İqtisadiyyati, onun Avropaya vermiş olduğu hər hansı töhfə yox dərəcəsindədir. Bununla müqayisədə Azərbaycan daha demokratikdir, daha böyük iqtisadi inkişaf səviyyəsindədir. Azərbaycan bu gün dünya üçün, bəşəriyyət üçün ciddi töhfələr verməkdədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox ciddi rol oynamaqdadır. Tərəfdaş kimi sözünün sahibidir, məsuliyyətlidir, etibarlı tərəfdaşdır. Ancaq bütün bunların heç biri Ermənistanda yoxdur, heç Gürcüstanda da yoxdur. Onları dərhal qəbul etdilər, Azərbaycandan fərqli olaraq. Azərbaycana qarşı hələ də məhdudiyyətlər qoya-qoya gedirlər. Mən burada başlıca səbəbi xristian təəssübkeşliyində görürəm. Bu xristian klublarına Azərbaycan kimi demokratik, Avropa dəyərlərinə üstünlük verən ölkəni bu məkanın bir hissəsi kimi, müsəlman olduğuna, İslamı dəyərlərin daşıyıcısı olduğuna görə yaxın qoymaq istəmirlər. İkincisi - mən ermənilərin rolunu şişirtmək istəmirəm - amma məncə, erməni diasporu və onun maliyyələşdirdiyi erməni lobbisinin də müəyyən təsiri var. Əlbəttə ki, Avropa İttifaqı və bura daxil olan dövlətlərin maraqları da öz sözünü deyir.

- Fəzail bəy, Avropada yaşayan və Azərbaycan hakimiyyəti ilə savaş aparan azərbaycanlılarla bağlı proseslər hara qədər davam edəcək? Bu qarşılıqlı deyişmələr, əndazəni aşan polemikalar, təbii ki, milli maraqlarımıza uyğun deyil, bu mənzərə yalnız düşmənin ürəyincədir. Həm də belələri bizim üçün itirilmiş vətəndaşlar, itirilmiş soydaşlar sayılır indiki halda. Onları yenidən qazanmaq, başqa qüvvələrə “yem” olmaması üçün nə təklif edərdiniz? 

- Tamamilə doğrudur, onlar Azərbaycan üçün itirilmiş insanlardır. Onların Azərbaycanla, Azərbaycan dövləti ilə hər hansı bir bağlılığı yoxdur, bunu tam məsuliyyətlə deyirəm. Onlar ermənilərin təsiri altında olan qüvvələrin, fondların maliyyələşdirdiyi və Azərbaycana xəyanət edən insanlardır, bu, birmənalıdır.  

-Bəs, bunun cavabı necə olacaq? Məsələn, deputat həmkarınız Səməd Seyidov bu günlərdə mühacir azərbaycanlıları Vətənə qayıtmağa çağırmışdı.

- Qayıtsınlar! Əgər onların iradələri çatırsa, özlərində güc tapırlarsa, qayıdıb Azərbaycan qanunları qarşısında cavab versinlər. Onların günahsız olduqları sübut olunarsa, yaxud da etdikləri səhvi etiraf edib Azərbaycan xalqından üzr istəsələr, məncə, bu, problemin həllinin bir yolu olar. Ancaq onlar gələcəkmi, Azərbaycan xalqından üzr istəyəcəkmi, mən buna inanmaq istəyərdim, ancaq inana bilmirəm. Çünki onlar elə bir dairənin, şəbəkənin içərisinə giriblər ki, istəsələr də, oradan çıxa bilməyəcəklər. Brüsseldə biz bunların 3-4 nəfərinin sifətini gördük. Youtube-də onların bəzi çıxışlarına qulaq asdım, sonadək dinləyə bilmədim. Çünki olduqca mənasız, düşük fikirlər idi: “Baxın, baxın, maşına baxın, AzTV-yə baxın”, daha nələr... Bu cür səviyyəsiz fikirlərlə onlar Azərbaycan xalqının nifrətini qazandılar. Nə demək istədikləri də bəlli deyildi. O mənada düşünmürəm ki, onlar Azərbaycan üçün hər hansı problem yaradacaqlar. Onlardan fərqli olaraq, prezidentin Brüsselə səfərini müdafiə edən, ona “xoş gəldin” deyən, transparantlarla qarşılayan çoxsaylı yurddaşlarımız bizi fərəhləndirdi, bizdə qürur hissi doğurdu. Düşünürəm ki, getdikcə bu tendensiya artacaq. Fikrimcə, bir il bundan əvvəl təyin olunan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu sahədə fəaliyyəti hiss olunmaqdadır. Biz onun uğurlu fəaliyyətini hamımız gözləyirik. Arzu edirik ki, bu fəaliyyət geniş miqyas alsın və Azərbaycan diasporu bütün dünyada söz sahibi olsun. Görünən budur ki, artıq buna doğru ciddi addımlar atılmaqdadır.(musavat.com)

loading...
loading...
Əzrayılın erkək-dişiliyi...
Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası...
Siqaret çəkərkən ölümdən döndü - QORXUNC...
Bombalı paketi açan rektorun əli qopdu - QORXUNC... + VİDEO
Hamiləlikdə yaşanan stress baxın nəyə səbəb olur - ARAŞDIRMA
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır...”- VİDEO
Maraqlı
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
Dünya
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
Hadisə
Müəllimə 15 yaşlı şagirdinə intim təklif etdiyi üçün saxlanıldı - FOTOLAR
Siyasət
“Yenidən Müsavat başqanı olmaq fikrim yoxdur, bu məsələdə spekulyasiyaları düzgün saymıram”
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
"Bir dəfə Heydər Əliyev iclas keçirəndə indiki icra hakimiyyəti başçılarından biri deyib ki..."
“Eşşək” ləqəbli oliqarx-deputatın qızının toyunda qanunsuz atəşfəşanlıq- Polis hərəkətə keçdi...
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
“Əli Nağıyevdən bir peşəkar kimi gözləntim böyükdür”
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247