Xəbər lenti
18/08/2019 [21:36]:
Kılıçdaroğlu iqtidarın Suriya siyasətini sərt tənqid etdi - "Orada nə işin var?"
18/08/2019 [21:28]:
Gəncədə avtoqəza olub, xəsarət alanlar var
18/08/2019 [21:24]:
Şuşa-Laçın yolunda  daha bir erməni o dünyalıq oldu...
18/08/2019 [21:11]:
Fətəli xan Xoyski – Erməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri
18/08/2019 [21:08]:
Premyer Liqada kuryoz hadisə...
18/08/2019 [21:06]:
Sinəsi göründü, üç yüz min adam bəyəndi - FOTO
18/08/2019 [21:03]:
İspaniyada meşə yanğını, 2000-ə yaxın insan təxliyyə edildi - VİDEO
18/08/2019 [21:02]:
Prezident: “Gürcüstan öz qərarı ilə səhvə yol verib”
18/08/2019 [21:00]:
Fransanın birinci xanımının başına iş gəldi
18/08/2019 [20:24]:
Azərbaycan XİN Sudanı sülh sazişi ilə əlaqədar təbrik edib
18/08/2019 [20:12]:
““AR OLSUN” adlı bir jurnal açaq, xalqımızın adını batıran məmurların adını ora daxil edək"
18/08/2019 [20:11]:
FAO-nun sabiq baş katibi vəfat etdi
18/08/2019 [20:11]:
“İçmə balam, biz içmirik, ölürük?..”
18/08/2019 [20:08]:
Keti Perri ilə bağlı daha bir təcavüz iddiası
18/08/2019 [20:05]:
Dünya çempionumuz Fərhad Poladovun düşdüyü qəzadan yeni görüntü - VİDEO
18/08/2019 [20:03]:
İrlandiyada Katolik kilsəsi əmlaklarını satışa çıxarır
18/08/2019 [20:00]:
İmamoğluna irad: “Sel zamanı hardaydınız?” -VİDEO
18/08/2019 [19:57]:
DYP avtomobilinin qarşısında “avtoş”luq edən taksinin görüntüləri - VİDEO
18/08/2019 [19:54]:
Xaçmazda qəza: beş yaralı
18/08/2019 [19:52]:
“Grace 1” neft tankeri Hibraltarı bu gün axşam tərk edə bilər
18/08/2019 [19:50]:
Gürcüstanın baş naziri qadın olacaq - FOTO
18/08/2019 [19:41]:
İsrail İran hədəflərini vurdu, İraq hava məkanını bağladı
18/08/2019 [19:37]:
Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verdi
18/08/2019 [19:36]:
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
18/08/2019 [19:31]:
FHN dağlıq ərazidə köməksiz qalan şəxsi xilas edib
18/08/2019 [18:51]:
Dağıstan Xəzərdə kilkə ovuna başlayacaq
18/08/2019 [18:49]:
Xilasedicilər Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırıb
18/08/2019 [18:40]:
Fatih Terim Hasan Şaşın istefasını qəbul etmədi
18/08/2019 [18:37]:
"Zərdüştə vurduğu şilləyə görə Həmidovu ölüm cəzası, ya da 15 il həbs gözləyirdi"
18/08/2019 [18:26]:
Merkel Berlində Consonla görüşəcək
18/08/2019 [18:22]:
Yüksək təzyiqi olanlar üçün ən yaxşı qida tapıldı – İngilis dietoloqlar...
18/08/2019 [18:22]:
Əfsanəvi oyunçu futbolu buraxdı
18/08/2019 [18:03]:
Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə FOTOLARINI PAYLAŞDI...
18/08/2019 [17:50]:
Adolf Hitlerin 1945-ci ilin mayında ölmədiyi ilə bağlı yeni məlumat yayıldı - FOTO
18/08/2019 [17:44]:
DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqladı
18/08/2019 [17:43]:
Millət vəkili Afrikadan olan təşkilat rəhbərlərinə köçkün qadınlardan danışdı - FOTOLAR
18/08/2019 [17:35]:
Qax sakini Şəkidə faciəvi şəkildə öldü
18/08/2019 [17:06]:
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
18/08/2019 [17:03]:
4 milyona dinozavr skeleti satılır
18/08/2019 [17:01]:
Rusiyada 10-cu sinif şagirdi bir ailəni qətlə yetirdi
18/08/2019 [16:49]:
Ucar rayonunda insanları qorxuya salan naməlum məxluq tutuldu? - Rəsmi açıqlama
18/08/2019 [16:44]:
Avtomobilini işə salmaq üçün mikroçipi dərisinin altına yerləşdirdi – FOTO/VİDEO
18/08/2019 [16:07]:
İlk cinsi əlaqəyə qədər oğlanlara bu peyvənd olunmalıdır – Papilloma virusunun xərçəng təhlükəsi
18/08/2019 [16:03]:
İki yaşlı uşağı "tok" vurdu - Azərbaycanda bədbəxt hadisə
18/08/2019 [16:03]:
İŞİD Kabildə toyda törədilən terror aktına görə məsuliyyəti üzərinə götürdü
18/08/2019 [16:00]:
Bikinili fotosu 1 milyon topladı
18/08/2019 [15:55]:
Ağırçəkili şəxsi evdən çıxarmaq üçün FHN-ni çağırdılar
18/08/2019 [15:49]:
Otla dolu maşın yanır - FOTO/VİDEO
18/08/2019 [15:45]:
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"
18/08/2019 [15:08]:
İki ölkə ABŞ-a qarşı anlaşdı - Yeni gəlişmə
18/08/2019 [15:07]:
İmran Xandan dünyaya çağırış: Nüvə arsenalı...
18/08/2019 [15:05]:
Əsəd rejimi humanitar yardımlardan silah kimi istifadə edir - sensasion sənədlər yayıldı
18/08/2019 [14:59]:
“Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu
18/08/2019 [14:59]:
Rusiyanın müdafiə naziri Avropada və Asiyada ABŞ-a sərt cavab veriləcəyini söyləyib
18/08/2019 [14:59]:
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR
18/08/2019 [14:56]:
İsmayıl Abdullayev şərhçilikdən uzaqlaşdırıldı - Efirdə dediyi bu sözlərə görə
18/08/2019 [14:19]:
Gəncləri öz qurbanına çevirən estetik əməliyyatlar...
18/08/2019 [14:14]:
Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib...
18/08/2019 [14:12]:
5 yaşlı uşağı duşa bağlayıb, işgəncə verdilər -VİDEO
18/08/2019 [14:07]:
Şəmkirdə sərxoş ər qaynanasının evini yandırıb, 2 yaşlı körpə ölüb, xəsarət alanlar var - YENİLƏNİB
18/08/2019 [14:06]:
Ermənistan “140 hektar torpaq almışıq” dedi, Azərbaycan MN istehzalı cavab verdi - "Gülüş doğurur..."
18/08/2019 [14:03]:
"Mançester Siti" "Tottenhem"lə heç-heçə edib
18/08/2019 [13:51]:
3 ayda 2-ci dəfə ana oldu
18/08/2019 [13:50]:
Buraya qadınların girişi qadağandır: 2000 kişinin yaşadığı adanın sirri - FOTOLAR
18/08/2019 [13:48]:
"İlham Əliyev də Mehriban Əliyevanı birinci vitse prezident təyin etməklə..."
18/08/2019 [13:42]:
Şəmkirdə baş verən faciədə yanan qadın və anasının vəziyyəti açıqlandı
18/08/2019 [13:37]:
Şair Oqtay Rza vəfat etdi
18/08/2019 [13:34]:
Vilayət Eyvazovdan yeni rəis təyinatı
18/08/2019 [13:29]:
İki yaşlı oğlunun ölümünə səbəb olan atayla bağlı - Rəsmi açıqlama
18/08/2019 [12:20]:
Bill Geytsin hansı təxminləri həyata keçib?
18/08/2019 [12:16]:
Zəlzələ kahinindən ŞOK xəbərdarlıq
18/08/2019 [12:13]:
Bakı metrosunda sərnişinin halı pisləşdi
18/08/2019 [12:01]:
Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər
18/08/2019 [11:43]:
“Kriminal dünyanın tacı” - Heç kim ölümünə inanmadı
18/08/2019 [11:30]:
Türkiyədə ağır qəza - 37 yaralı
18/08/2019 [11:04]:
Banqladeşdə yanğın 50 min insanı evsiz qoydu
18/08/2019 [10:57]:
Duzdan çox istifadə etmək ömrü qısaldır - XƏBƏRDARLIQ...
18/08/2019 [10:43]:
Futbola baxan “saqqallı” qızlar saxlanıldı
18/08/2019 [10:40]:
Bu gün 40 dərəcə isti olacaq
18/08/2019 [10:30]:
Bu gün dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir
Bütün arxiv bir sırada
20/05/2019 [10:12] - Reportaj - ( 3191 dəfə baxılıb)

Rafiq Hüseynlinin xanımına axırıncı sözü qızı ilə bağlı olub - Məşhurların son günü



Moderator.az xəbər verir ki, Modern.az saytı “Məşhurların son günü” rubrikasına davam edir. Rubrikada hər kəsin tanıdığı simaların ölümündən az öncə ailəsinə, övladlarına dediyi son sözlər və ya vəsiyyəti barədə danışılır.

Rubrikamızın  ikinci təqdimatı Azərbaycan Televiziyasının məşhur diktoru, mərhum Xalq artisti, professor, Dövlət Mükafataı Laureatı  Rafiq Hüseynliyə həsr olunur. 

Rafiq Hüseynli 1946-ci ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışmağa başlayır. Və televiziyaya elə bağlanır ki, buranı tərk etməyi ağlından belə, keçirmir. 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayır. Beləcə AzTV-də diktor olaraq qalan Rafiq Hüseynli bütün varlığını seçdiyi peşəyə həsr edir. İllərdən sonra öz səsiylə tamaşaçıların sevimlisinə çevrilir... Və Xalq artisti fəxri adı da alır. Ona professor elmi adı verilir, Dövlət Mükafataı Laureatı olur.

Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynli bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmağa nail olur...

Rafiq müəllim 26 oktyabr 2017-ci ildə xərçəngdən dünyasını dəyişib. Leyli adlı qızı yadigar qalıb. 

“Rafiq Hüseynlinin son günü” barədə Modern.az-a həyat yoldaşı Səbinə Hüseynli danışır…


Səbinə xanım deyir ki, Rafiq müəllim çox maraqlı insan olub. Ondan dostlarıyla bağlı çox maraqlı xatirələr qalıb: 

“Dostlarına çox bağlı insan idi. Demək olar ki, bütün maraqlı xatirələri elə məhz dostlarıyla əlaqədardır. Rafiq Hüseynli həm də çox ailəcanlı insan idi”. 


Həyat yoldaşının sözlərinə görə, qızını dəlicəsinə sevən Rafiq müəllim demək olar ki, onunla nəfəs alırdı.


“Ailədəki Rafiq Hüseynli ilə efirdəki Rafiq Hüseynli bir-birindən fərqlənirdi. Təbii ki, evdəki rahatlığı efirdə etmək olmur. Rafiq Hüseynli çox səmimi və mədəni inan idi. İstər efirdə, istər dostlarıyla, istərsə də ailədə mədəniyyəti necə var idisə, eləydi. Rafiq Hüseynli olduğu kimi insan idi. Efirdə olduqca ciddi görünsə də, əslində zarafatcıl idi. Görünüşündə zəhmlilik vardı, lakin ailədə və dostlarıyıla çox şən, deyib-gülən idi”.


Səbinə xanım Rafiq müəllimin tələbəsi olub. O, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (İndiki Prezident yanında Dövlət İdarəmilik Akademiyası) təhsil alarkən Rafiq Hüseynli onlara “Nitq mədəniyyəti” fənnini tədris edirmiş. 

“Hər kəs üçün Rafiq Hüseynovlinin mühazirələri çox maraqlı gəlirdi. Bəzi tələbələrimiz vardı, onlar mühazirələrdən sıxılar, dərsə girməzdilər. Amma “Nitq mədəniyyəti” fənninin mühazirələrini Rafiq Hüseynlinin oxuyacağını biləndə ilk gündən dərsi boş qoymadılar. Rafiq müəllim ilk gündən qrupa girəndə tələbələrə “uşaqlar, mən sizi incidən deyiləm. İstəyirsiniz oturun, dinləyin, dərsi müzakirə edək və söhbətləşək. İstəmirsinizsə çıxa bilərsiniz. İmtahanda gəlib dərsinizi danışsanız, qiymətinizi alacaqsınız” dedi. 
O, sərbəstliyi sevən, ruhu azad insan idi. Rafiq müəllimin bu sözlərindən sonra bütün tələbələr onun mühazirələrində iştirak edirdir. Rafiq Hüseynli öz şəxsiyyəti və sevgisi ilə sənətinə maraq oyadırdı. Bunu hər adam bacarmır”.


Səbinə xanım deyir ki, Rafiq müəllimlə tanışlıqdan sonra o da televizyada işləmək istəyirmiş. 3-cü kursda oxuyarkən o vaxt fəaliyyət göstərən “Sara” televiziyasına gedib. 4 nəfər qız müsabiqədən keçiblər. Onlara deyilib ki, sizi ya diktorlar Roza Tağıyeva (Rafiq Hüseynlinin birinci həyat yoldaşı), ya da Rafiq Hüseynli hazırlayacaq. 
Səbinə xanım insitutdan tanıdığı və pərəstişkarı olduğu müəllimini - Rafiq Hüseynlini seçir. 

“3-4 ay idi ki, təlimlər davam edirdi. Bu vaxtlarda Rafiq Hüseynli artıq uzun müddət idi evliliyini bitirmişdi, azad insan idi. Bir müddət sonra onun mənə sevgi etirafı oldu”.

Rafiq Hüseynli evlilik təklifi ilə Səbinə xanımı şoka salmışdı: “Mən onsuz da onun pərəstişkarı idim. Onun həm özünə, həm sənətinə çox böyük hörmətim var idi”. 

Rafiq Hüseynli 2013-cü ildən ağ ciyər xərçəngindən əziyyət çəkirdi. Xəstəlikdən gec xəbərdar olduğuna görə, bədxassəli şiş olduqca böyümüşdü. Həkimlər əməliyyat olunmasını məsləhət görürdülər. 

Səbinə Hüseynli: “İlk gündən birinci xanım Mehriban Əliyeva bizdən kömyini əsirgəmədi. Bilən kimi “Rafiq Hüseynli ya ölkəmizdə, ya da xaricdə hansı klinikanı istəyirsə, oraya aparılsın. Təki Rafiq müəllim sağalsın” dedi. Buna görə ömrümün sonuna kimi Mehriban xanım Əliyevaya minnətdar olacam”. 

4 il müddətində (2013-2017) Heydər Əliyev Fondunun dəstəyi ilə Rafiq Hüseynli müayinələrdən keçirildi, müalicələr aldı, 3 dəfə əməliyyat olundu. 


“Rafiq müəllimin 4 il müddətində həyatda qalması sanki Allah tərəfindən bir hədiyyə idi aləmiz üçün. Çünki qızımız Leyli hələ çox balacaydı o zamanlar. Onun sadəcə 12 yaşı var idi. Ən azından Leyli atasını 16 yaşına kimi görə bildi”. 


Xanımı deyir ki, Rafiq Hüseynli mübariz insan idi. Son anına qədər xəstəliklə mübarizə apardı. Heç vaxt ümidini üzmədi: 

“Rafiq müəllim hələ 23 il əvvəl 17 yaşlı oğlunu itirmişdi. Onda 38-39 yaşı olarmış. O, Roza xanımla erkən yaşlarında ailə həyatı qurmuşdu. Bu xəstəliyini biləndən sonra deyərdi ki, “əgər 23 il əvvəl olsaydı, bəlkə də buna sevinərdim”. Oğlunu itirəndən sonra həyat ona çox mənasız gəlirdi. Lakin qızı Leyli anadan olandan sonra Rafiq müəllim həyata tutunmağa çalışırdı, istəyirdi daha çox yaşasın. Qızının böyüməyini, uğurlarını görmək istəyirdi. Təbii ki, hər bir ata qızının xoşbəxtliyini, uğurlarını, nailiyyətlərini görməyi arzulayar... Rafiq müəllim də həmçinin”.


Rafiq Hüseynovlinin Səbinə xanımdan yeganə istəyi məhz qızıyla, onun ali təhsil alması, bacarıqlarıyla bağlı idi. Çünki Rafiq Hüseynli balaca qızındakı istedadı görə bilirdi. 


Leyli hazırda rəssamlıq üzrə təhsil alır və ingilis dilini öz ana dili kimi bilir.


Rafiq müəllim həyatının son günlərində Almaniyada xəstaxanada yatanda onun baş ucundan ayrılmayan Səbinə xanım həyat yoldaşı keçinəndən sonra bərk sarsıldı. Atasının ölümünü qızına 3 gün söyləməyən Səbinə xanım Bakıya dönməyi gözləyirdi. Çünki bu xəbər çox ağır olacaqdı 16 yaşlı Leyli üçün. Səbinə xanım qara xəbəri qızına səhər deməyi düşünürmüş. Amma gecə boyu atası üçün darıxıb yatmayan Leyli ondan “Ana, atanı niyə tək qoyub gəldin?” deyə soruşanda Səbinə xanım həqiqəti deməyə məcbur olur. 

“Çox stressli günlər idi. Leylini atasının yoxluğuna alışdırmaq çətin idi”.

Rafiq müəllimin son günlərindən danışan Səbinə xanım deyir ki, Almaniyada olarkən məşhur diktor artıq danışa bilmirmiş:

“Axırıncı dəfə onun səsini Türkiyədə xəstəxanada olarkən eşitmişdim. Onun son sözləri “Səbinə, özündən də, qızımdan da muğayat ol” oldu”.

Səbinə xanım deyir ki, Rafiq Hüseynli şəxsiyyət olaraq özünü təsdiqləmiş, təkbaşına, sənətinə vurğunluğu və peşəkarlığı ilə “Rafiq Hüseynli məktəbi” yaratmışdı:

“Cavanlıqdan çox çətin günlər yaşamışdı Rafiq müəllim. Bəzən dost dediyi insanlar tərəfindən zərbələr almışdı. Bunlara baxmayaraq, o, bütün çətinliklərə sinə gərmişdi. Güclü şəxsiyyət idi. Rafiq Hüseynli həm də çox gözəl pedaqoq idi. Belə düşünürəm ki, Rafiq Hüseynlidən dərs alan tələbələr çox şanslı tələbələr olub”.

loading...
loading...
Fatih Terim Hasan Şaşın istefasını qəbul etmədi
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
Kosmetik vasitələr Antarktikanı da kirlətdi - İNANILMAZ...
8 telefonla birdən oynayan sürücü yaxalandı - FOTO
Liberiyalı senator maaşının çoxunu yerli xalqa paylayacaq - MARAQLI
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
““AR OLSUN” adlı bir jurnal açaq, xalqımızın adını batıran məmurların adını ora daxil edək"
Cəmiyyət
“İçmə balam, biz içmirik, ölürük?..”
Cəmiyyət
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"
Dünya
İmran Xandan dünyaya çağırış: Nüvə arsenalı...
Cəmiyyət
“Kriminal dünyanın tacı” - Heç kim ölümünə inanmadı
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər - VİDEO
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Əsgərlərimizdən düşmənə əsl Qurban Bayramı "hədiyyəsi"...
Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq...
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
Düşmənin müdafiə naziri Azərbaycana yalvardı: “Dayandırın...”
Naxçıvanın keçmiş daxili işlər nazirinin Bakıda obyekti "tapıldı"... - FOTOLAR
"Prezident məhz bu keyfiyyətləri nəzərə alıb onu çökməkdə olan sistemin başına gətirdi"
"Qarış-qarış da olsa öz ərazilərimizi düşməndən təmizləyirik" - Hərbi ekspert...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)