Xəbər lenti
19/09/2019 [22:23]:
Üç nəfəri avtomobil vurdu: biri azyaşlıdır
19/09/2019 [22:12]:
Erkan Özoral: "Türkiyədən Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması xəbəri həqiqəti əks etdirmir"
19/09/2019 [21:52]:
Alman jurnalistlər “İŞİD”-çilərin saxlanıldığı  türmədən reportaj hazırladı - FOTO+VİDEO
19/09/2019 [21:34]:
ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır
19/09/2019 [21:33]:
“Qarabağ” İspaniya La Liqasının liderinə qarşı - YENİLƏNİB
19/09/2019 [21:20]:
Bakı Nəqliyyat Agentliyi niyə tənqid edilir: İctimai qınağı körükləyənlərin niyyətləri...
19/09/2019 [20:43]:
Buzovnada zəncirvari yol qəzası olub, 4 nəfər yaralanıb
19/09/2019 [20:42]:
"Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb - FOTO+VİDEO
19/09/2019 [20:40]:
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib - SİYAHI
19/09/2019 [20:38]:
“Qarabağ” - “Sevilya” oyunu üçün heyətlər açıqlandı
19/09/2019 [20:35]:
Müdafiə xərclərinin artması yeni silahların alınması mənasına gəlmir - AÇIQLAMA
19/09/2019 [20:34]:
Kərim Kərimova Prezidentin fərdi təqaüdü təyin olundu
19/09/2019 [20:32]:
Bu ölkədə evlilikdən kənar münasibət qadağan ediləcək - MARAQLI
19/09/2019 [20:31]:
18 yaşlı qızı qaçıran, onu atıb, başqası ilə evlənən meyxanaçı: İndidə də modellə... – FOTOLAR
19/09/2019 [20:26]:
Adnan Oktar hakim qarşısında: “Bizdə qəyyumluq sistem var”
19/09/2019 [20:24]:
Məşhur sosial şəbəkə ulduzu avtomobil qəzasında öldü - VİDEO
19/09/2019 [20:19]:
Xırdalanda 4 yük avtomobili yandı
19/09/2019 [20:17]:
Bərdədə yol kənarında dayanan piyadanı avtomobil vurdu
19/09/2019 [20:15]:
Ermənistanda Konstitusiya Məhkəməsi hakiminin impiçment prosesi başladı
19/09/2019 [20:08]:
Qütblərarası savaş və ya dialoq niyə alınmır... - BAXIŞ BUCAĞI
19/09/2019 [20:08]:
Köhnə avtobusu üzgüçülük hovuzuna çevirdilər - MARAQLI
19/09/2019 [19:30]:
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib”
19/09/2019 [19:27]:
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb
19/09/2019 [19:18]:
Başında 10 santımetrlik "şeytan buynuzu" çıxdı - QORXUNC...
19/09/2019 [18:59]:
“Azərbaycan öz hesabına yaşayır” - Siyavuş Novruzov
19/09/2019 [18:57]:
Naxçıvanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb
19/09/2019 [18:51]:
"Son iki ildə Azərbaycanda vəkil qurumlarının sayı artaraq 81-ə çatıb"
19/09/2019 [18:44]:
Sevgili olduqları deyilən Nanə ilə Üzeyir Azərbaycanı TƏRK ETDİ - FOTOLAR
19/09/2019 [18:35]:
İngiltərə Bankı faiz dərəcəsini dəyişdirməyib
19/09/2019 [18:34]:
TDƏŞ-in xarici işlər nazirlərinin növbədənkənar görüşü keçirilib
19/09/2019 [18:32]:
Elmar Məmmədyarov: "Türk Şurası doğru yoldadır"
19/09/2019 [18:29]:
Nazirlikdən işsiz vətəndaşlarla bağlı - AÇIQLAMA
19/09/2019 [18:25]:
"Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirildi
19/09/2019 [18:20]:
BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı keçirilib
19/09/2019 [18:14]:
Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə vermədi - Foto
19/09/2019 [18:11]:
İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib
19/09/2019 [18:11]:
“Bu məsələ sizi maraqlandırmasın və...” - General Mövlam Şıxəliyevdən əcaib açıqlama...
19/09/2019 [18:06]:
Meyxanaçının arvadı: "Orxan ailəsini hansısa küçə pozğununa dəyişib"
19/09/2019 [18:01]:
Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istədilər
19/09/2019 [17:09]:
İrəvanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin müzakirə olunduğu bilindi...
19/09/2019 [16:48]:
Xəstələrdən “bıçaq pulu” alan cərrah Elnarə Məmmədova həbs edildi
19/09/2019 [16:47]:
Təkbaşına toxuduğu kilimləri Amerikaya qədər göndərir- MARAQLI...
19/09/2019 [16:45]:
Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması... Və müəmmalı “Maybach”i
19/09/2019 [16:27]:
Altı yaşlı uşaq beş gün anasının cansız bədəniylə bir evdə qaldı- FOTOLAR
19/09/2019 [16:18]:
Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parça-parça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
19/09/2019 [16:13]:
“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi - FOTOLAR
19/09/2019 [16:03]:
Kıvanç Tatlıtuğun başı dərddə: beş il həbs oluna bilər
19/09/2019 [15:45]:
"Qızlarımıza tövsiyəm odur ki, heç vaxt Rusiyadan gələn oğlanlara inanmasınlar..."
19/09/2019 [15:43]:
Paytaxtda bir çox ağac qəsdən qurudulur - RƏSMİ
19/09/2019 [15:43]:
Azad Kərimli: "Tibb Universitetini bitirənlər onkoloq olmaq istəmir"
19/09/2019 [15:40]:
“O, məni küçə pozğununa dəyişib” - Meyxanaçının arvadından AÇIQLAMA - FOTO
19/09/2019 [15:35]:
TANAP-la indiyədək nəql edilən qazın həcmi açıqlandı
19/09/2019 [15:26]:
ADAU-da yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçirilib
19/09/2019 [15:12]:
Avropada səfirliklərini bağlayan düşmən İsraildə səfirlik açacağını bəyan etdi...
19/09/2019 [15:06]:
“Mən o müğənnilərə artist deyə bilmərəm” - Murad Arif
19/09/2019 [15:00]:
Qəddar erməni nazirin layiqli sonu –Onu da şefi Beriya kimi güllələyiblər
19/09/2019 [14:50]:
Azərbaycanlı həkim on il pasiyentin boynunda qalmış iynəni kənarlaşdırıb (FOTO/VİDEO)
19/09/2019 [14:44]:
Azərbaycanda “uşaqpulu” 3 yaşadək uşaqlara verilə bilər - Komitədən TƏKLİF
19/09/2019 [14:33]:
Sabirabadda qarayaraya tutulanlardan təzə XƏBƏR VAR
19/09/2019 [14:31]:
İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR
19/09/2019 [14:25]:
"Dedim ki, məktəb teatra, sirkə bilet satmaq üçün yer deyil axı, təhsil ocağıdır..."
19/09/2019 [14:20]:
Keçmiş erməni hərbi qulluqçusu etiraz olaraq mənzilini yandırıb – DETALLAR
19/09/2019 [14:19]:
Fərəc Quliyevdən müxalif düşərgədə "bomba həyəcanı" yaradacaq atmacalı şərh...
19/09/2019 [14:15]:
Bakıda dəhşətli qəza törədən məmur və avtomobili -FOTO
19/09/2019 [14:05]:
Somali ordusu 3 ərazini "Əş-Şəbab"dan azad edib
19/09/2019 [14:01]:
DÇ-də dava salan Hacı Əliyevlə bağlı yeni qərar - Ləğv edildi
19/09/2019 [14:01]:
BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb
19/09/2019 [13:47]:
Hüseyn Abdullayevin məhkəməsində gərginlik - Təcili yardım çağırıldı...
19/09/2019 [13:37]:
Vladimir Putin Nikol Paşinyanın görüş təklifini rədd edib
19/09/2019 [13:35]:
“Qanunvericilikdə nə göstərilirsə, metropoliten bunu qeyri-şərtsiz icra edir...”
19/09/2019 [13:35]:
“Bizdə istefa verən yoxdu - elə bilirik, 5 nazir getməklə Ermənistan dağılacaq...”
19/09/2019 [13:21]:
“28 il ordunun yanında dayanmağımdan peşmanam” VİDEO - Erməni əsgərin anası
19/09/2019 [13:21]:
Qurduğu sistemlə elektrik xərclərindən xilas oldu - MARAQLI
19/09/2019 [13:17]:
“Heç kim bizi bu ölkədə baş verəcəklərlə qorxutmasın...”
19/09/2019 [13:12]:
"Qəzetçinin əlinə mandat verməklə onu dəyişmirsən, yararlılıq imkanlarını böyüdürsən"
19/09/2019 [13:06]:
Sabahın hava proqnozu açıqlanıb
19/09/2019 [13:02]:
“Mən yaradıcı dostlarıma arzu etmirəm ki, onlar bu xəstəliyə tutulsunlar...”
19/09/2019 [12:59]:
Abşeronda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib
19/09/2019 [12:54]:
“Pensiya artımı parlamentin yaşlı deputatlarına aid deyil” - Hadi Rəcəbli
19/09/2019 [12:50]:
Rumıniyada erməni dili ilə bağlı qanun qəbul olundu
Bütün arxiv bir sırada
21/05/2019 [16:41] - Araşdırma - ( 1203 dəfə baxılıb)

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ



(II Hissə )

Axundzadə yaradıcılığında Bakıxanovun, Zakirin, Vazehin yolunu davam etdirərək onlar kimi milli maarifçilik missiyasını yerinə yetirməyə çalışsa da, ancaq onlardan fərqli bir yol da tutmuşdur. Belə ki, Axundzadənin maarifçiliyində Şərq-İslam-Türk mədəniyyətinin ifrat dərəcədə tənqidi müqabilində Qərb-Rus-Fars mədəniyyətinin də ideallaşdırılması özünü büruzə verir. Biz buna ən bariz örnək kimi, onun 1850-ci illərdə bir-birinin ardınca yazdığı komediyalarını və bir povestini göstərə bilərik. İlk baxışda Axundzadənin Qərb mədəniyyətindən təsirlənərək yazdığı bu əsərlərində əsas məqsədinin avamlığı, cəhaləti, nadanlığı ifşa etmək, xalq arasında mövcud olan xoşagəlməz adət və ənənələri tənqid etdiyini düşünə bilərik. Bunu, Axundzadə özü də belə izah etmişdir: «Bu əsərlərdə mənim müsəlman camaatı arasında mövcud olan bəzi xoşagəlməz adətlərə və ənənələrə qarşı istehza yolu ilə etirazımı görənlər, bu etirazı mənim təəssübsüzlüyümə və xalqıma qarşı məhəbbətimin olmamasına yozmasınlar gərək! Çünki bu etirazlardan məqsədim ibrət dərsi verməkdir ki, başqaları bu kimi pis adətlərdən çəkinsinlər!». 
Ancaq onun komediyalarında yaratdığı obrazlar (Hacı Qara, Dəvriş Məstəli şah, Tarverdi, Heydər bəy və b.) cəmiyyətin şüurun¬da özünüaşağılama kompleksinin yaranmasına səbəb olurdu. Bu komediyaları oxuyan hər bir kəs belə nəticə çıxara bilərdi ki, Azərbay¬can xalqı əsasən avam, na¬dan, hiyləgər, boşboğaz, yalançı, xəsis və sair kimi tiplərdən ibarət bir cəmiyyətdir. Məsələn, «Hacı Qara» komediyasında məlum olur ki, Heydər bəy əvvəlcə varlı-karlı olsa da, sonra var-dövləti əlindən çıxır, ancaq o, halal yolla pul qazanmağı özünə ar bilərək qaçaqçılıq-quldurluq edir: «Guya ki, mən Banzor ermənisiyəm ki, gərək gündüz axşamadək kotan sürəm, ya lənbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə cərçilik edəm. Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və kümçü görünməyib! Mənim atam Qurban bəy onu etməyib; mən ki, onun oğlu Heydər bəyəm, mən də etməyəcəm!». Bununla da, Axundzadə iddia edirdi ki, bu xalqın bəyləri, xanları qaçaq-quldurluqdan başqa bir işə yaramırlar, deməli onları maarifləndirmək, tərbiyələn¬dir¬mək lazımdır. Axundzadə çar Rusiyasının divanbəyisinin dilindən açıq şəkildə xalqı vəhşi tayfa adlandırıb tərbiyəsini vacib buyururdu: “Ey camaat, sizdən ötrü indi ibrət olsun! Dəxi vaxtdır inanasınız ki, siz vəhşi tayfa deyilsniz! Sizə eybdir yaman işlərə qoşulmaq”. 
Üstəlik, M.F.Axundzadənin komediyalarındakı tək-tük müsbətə meyilli qəhrəmanları da mədə¬niy¬yət, ədəb-ərkan öyrənmək üçün Avropaya getmək istəyirər. Eyni zamanda Axundzadə komediyalarında islamda qadın məsələsini də önə çəkmiş, qadınların türk-islam cəmiyyətindəki yerinə diqqət yetirmişdir. Belə ki, şərəfnisələrin, şəhrəbanuların, pərzadların, şölələrin, pərilərin, tükəzlərin və başqalarının timsalında türk-müsəlman qadınlarının vəziyyətini əks etdirməyə çalışmışdır. Ancaq bu məsələdə də bəzən ifrat varan Axundzadə Azərbaycan türk-müsəlman qadınlarını həddən artıq mövhumatçı, qorxaq kimi qələmə vermişdir. Deməli, Axundzadə bir tərəfdən komediya¬larında özünün təbrincə desək, “xoşagəlməz” Şərq-İslam-Türk adət-ənənələrini tənqid edir, digər tərəfdən nicat yolunu da Qərb-Rus-Fars mədəniyyətini mənimsəməkdə görürdü. Bu mənada, istər çar Rusiyasının, istərsə Sovet Rusiyasının Axundzadəyə olan «sevgisi»nin kökündə Şərq, o cümlədən Türk və İslam mədəniy¬yətini inkar, Qərb-Rus-Fars mədəniyyətini iqrar etməsi dayanırdı.
Hesab edirik ki, bu anlamda Axundzadənin «Aldanmış kəvakib» povesti (1857) də, komediyalarının ruhundan çox da uzağa getməmişdir. Bu povestini Səfəvilər dövründəki tarixi bir hadisə əsasında qələmə alan Axundzadə öz-özlüyündə feodal idarə üsulunu, zülmkar hakimlərin ictimai eyblərini kəskin tənqid atəşinə tutmuşdur. Burada Axundzadə despot və ədalətli şahı bir-birinə qarşı qoymuş, bununla da xalqa hakimiyyətin hansı şəkildə idarə olunması məsələlərini anlatmağa çalışmışdır. Əgər komediyalarında Axundzadə xalqda olan xoşagəlməz adət-ənənələri, cahilliyi, avamlığı tənqid etmək yolu ilə onları maarifləndirmək, mədəni səviyyəsini qaldırmaq yolu tutursa, povestində hakimiyyətə, dövlət məmurlarına qarşı da eyni xətti davam etdirir. 
Türkcə yazdığı komediyalar və povestindən sonra Axund¬zadə¬nin əlifba islahatını ortaya atması da təsadüfi deyil, əksinə iki mədəniyyət (Qərb-Rus-İran və Şərq-İslam-Türk) arasında tutduğu mövqeyin davamı idi. O, öncə ərəb əlifbasında islahatların aparılması fikrini irəli sürmüşdü ki, bunu da əsaslandırarkən ərəb əlifbasının türk-tatar dilinə uyğunlaşmadığını və bir sıra problemlər törətdiyini yazmışdır: «Tatar (türk – F.Ə.) əlifbasında saitlər olmadığından, tatar (türk – F.Ə.) savadına yiyələnmək həm tatarların (türklərin – F.Ə.) özləri, həm də tatar dilini (türk dilini – F.Ə.) öyrənmək istəyən qeyri-tatarlar (türk olmayanlar – F.Ə.) üçün olduqca çətindir. Və əksinə, tatar əlifbasının (türk əlifbasının – F.Ə.) səslərin əksəriyyətini ifadə edə bilməməsi tatarlar (türklər – F.Ə.) üçün tatar (türk – F.Ə.) dərslikləri vasitəsilə xarici dillərə yiyələnməyi qeyri-mümkün edir. Beləliklə, tatar (türk – F.Ə.) əlifbası elə bir səddir ki, tatarları (türkləri – F.Ə.) qalan dünyadan ayırır və digər tərəfdən, bütün qalan xalqlara tatar ədəbiyyatından istifadə etməyə imkan vermir. Yalnız ərəb əlifbasından istifadə edən dillərdən birini öyrənməli olanlar yaxşı bilir ki, bu cür əlifba nə qədər çox çətinlik yaradır». 
Axundzadə yazırdı ki, təkcə o yox, başqaları da ərəb əlifbasının tatar dilinə yaramadığını anlayıb və bu sahədə islahatlar aparmaq istəyiblər. O yazır: «Qafqazda bir sıra adamlar ərəb əlifbasının tatar dili (türk dili – F.Ə.) üçün yaramadığını çoxdan dərk ediblər və onun başqası ilə əvəz edilməsi və ya onun öz vəzifəsinə uyğun olması üçün müvafiq surətdə dəyişdirilməsinin zəruri olduğu haqda qənaətə gəliblər. Yuxarıda dediyimiz kimi, əlifbanın bu cür təkmilləşdirilməsi cəhdləri də edilib, lakin əlifba islahatı tərəfdarlarının fikir və əməyi, bir qayda olaraq, nəinki cəmiyyətdə rəğbətlə qarşılanmayıb, hətta həmişə müsəlman dairələrində elə qəzəb oyadıb ki, müəlliflər o qədər pisliyə, rixşəndə və istehzaya məruz qalıb ki, indiyə qədər edilmiş cəhdləri heç biri bir nəticəyə gətirib çıxarmayıb».
Qeyd edək ki, Axundzadə ərəb əlifbasında islahatın Qafqazda həyata keçirilməsi üçün Rusiya Elmlər Akademiyasına müraciət etmişdir. Akademik Boris Dorna məktubunda, «Sivilizasiyanın indiki sürətli nailiyyətləri dövründə yazının belə qeyri-təbiiliyi mədəni dünyanın Şərq ədəbiyyatına sarı gedən yolunu həmişəlik bağlaya bilməzdi, onun əlifbasında mütləq dəyişiklik əmələ gəlməli idi» – deyən, Axundzadə ümid edirdi ki, Akademiya bu məsələyə diqqət yetirəcək və layihə barədə öz müsbət qərarını bildirəcəkdir. Dorn cavab olaraq yazır ki, yəni əlifba ideyasını bəyənir, ancaq bu ideyanı müsəlmanlar arasında yaymaq, öhdəsindən gəlinməz çətinliklərlə bağlıdır. «Digər tərəfdən hazırda işlənən müsəlman əlifbasının yararsız olduğunu etiraf edən və bunu aradan qaldırmaq üçün müxtəlif cəhdlər göstərən Avropa oriyentalistləri (şərqşünasları – F.Ə), öz əsərləri müsəlmanların istifadəsindən çıxmasın deyə, sizin əlifbanızı qəbul etməyə çətin razı olarlar». 
Bu məsələnin pərdəarxasındakı böyük dəstəkləyicisi olan çar Rusiyasının bütün bunlarla yanaşı, ancaq aşkarda başqa siyasət yürütməsinin kökündə “könüllülük” prinsipi dayanırdı. Çar ideoloqları yaxşı bilirdilər ki, əgər aşkarda müsəlman xalqları arasında əlifba islahatını ya da əlifba dəyişikliyini dəstəkləyəcəyi təqdirdə bunun müsəlman xalqlarına qarşı yönəlməsinə heç kəsdə şübhə yeri qalmayacaqdı. Ona görə də, çar ideoloqları pərdəarxasında antitürk, antimüsəlman ideyaların türk-müsəlman xalqlarının öz təmsilçiləri tərəfindən irəli sürülməsinə şərait yaratdıqları halda, aşkarda isə özlərini birtərəf kimi qələmə verirdilər. Onlar çalışırdılar ki, əlifba islahatı ya da əlifba dəyişikliyi ilk növbədə müsəlman ölkələrində, o cümlədən Qacarlar və Osmanlı da həyata keçirilsin. Bizcə, çar ideoloqları bu fikri Axundzadənin də şüuruna yeritməyi bacarmışdılar. Hər halda əvvəlcə Qafqazda əlifba islahatını həyata keçirmək uğrunda mücadilə verən Axundzadə çox keçmədən belə bir qənaətə gəlir ki, bütün bu işlərə islamın böyükləri – Qacarlar, Osmanlı dövlətinin başçıları kömək etmədən heç bir fayda verməyəcəkdir. Axundzadənin fikrincə, «əgər islam padşahları öz xalqlarının xeyrini nəzərdə tutaraq, yeni əlifbanın həyata keçirilməsi uğrunda tədbir görərlərsə», böyük bir müqəddəs işə addım atmış olacaqlar. Bu məqsədlə 1863-cü ildə Osmanlıya səfər edən Axundzadə ölkənin baş naziri Fuad paşa, eləcə də Osmanlı Elmlər Akademiyasının üzvləri ilə görüşsə də, məqsədinə çatmır. Qacarların Maarif Nazirliyi də ona «yox» cavabı verərək yazır ki, «əlifbamızı dəyişdirməyə əsla ehtiyacımız yoxdur». 
Qacarlar və Osmanlıda ərəb əlifbasında islahatların aparılması məsələsindən əli üzülən Axundzadənin bundan sonra latın əlifbasına maraq göstərməsini də təsadüfi hesab etmirik. Çünki həmin dövrdə çar Rusiyası Qafqaz xalqlarından avarlar, çeçenlər, çərkəzlər, o cümlədən digər Qafqaz xalqları arasında latın əlifbasının tədrisini həyata keçiridilər. Burada da çarizmin əsas məqsədi həmin xalqları İslam dünyasından, o cümlədən Osmanlıdan uzaq tutmaq idi ki, eyni siyasəti Qafqaz türkləri, o cümlədən Azərbaycam türkləri arasında da həyata keçirmək niyyəti əvvəlcədən bəlli idi. Bu anlamda latın əlifbası məsələsində də Axundzadənin ön plana çıxarılması çarizmin maraqlarına tamamilə cavab verirdi. Axundzadə latın qrafikasına keçirilməsinin əhəmiyyəti ilə bağlı yazırdı: «Elm sahəsində xalqın tərəqqisinə xidmət edən bitişməz hərflərin sağdan sola yazılışı əlverişli olmazsa, xaçpərəstlərdə olduğu kimi soldan-sağa yazmağa da icazə vermək olar, necə ki, həndəsi rəqəmləri yazırıq. Xalqların tarixində əlifbaları dəyişdirmək nadir baş verən hallardan deyil. Bu iş heç bir zaman dövlətin zavalına səbəb ola bilməz. Rusların köhnə əlifbasının xalqın tərəqqisinə mane olduğunu gördükdə, Pyotr onu latın əlifbası ilə əvəz etdi və dövləti nəinki zavala uğramadı, hətta avam camaatın, keşişlərin və ruhanilərin bu barədə müxalifətə qalxmasına baxmayaraq, Rusiya dövləti günü-gündən tərəqqi etdi». 
Bununla da Axundzadə müsəlman xalqlarının şüurlarına ya ərəb əlifbasında islahatların aparılması ya da latın əlifbasına keçməyin zəruriliyi haqqında fikirlər yeritməklə gec-tez bunun baş verməsi üçün zəmin hazırlamış olurdu: «Mən iki cür əlifba düşünmüşəm. Onlardan biri latın əlifba hərflərindən seçilərək tərtib edilməlidir ki, onu soldan-sağa yazmaq lazım gələcəkdir. İkincisi isə, hazırkı əlifbamız əsasında qurulmalıdır ki, onu hazırda olduğu kimi sağdan-sola yazmaq olar». Axundzadə inanırdı ki, səpdiyi toxumlar bir gün cücərəcək: «Məlumdur ki, 15 ilə yaxındır ki, bu fikrin toxumunu mən İranda (Qacarlarda – F.Ə.) və Osmanlı torpağında səpirəm. Şübhəsiz ki, bu toxum bizim xələflərimizin zəmanəsində göyərəcəkdir». Doğrudan da, Axundzadənin bilərəkdən ya da bilməyərəkdən ortaya atdığı və gerçəkləşməsi üçün ürəkdən mücadilə verdiyi əlifba islahatı Qərb ideyalarının da təsiri altında türk-müsəlman xalqlarının bir çoxunda həyata keçirildi.

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU),
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

loading...
loading...
Bu ölkədə evlilikdən kənar münasibət qadağan ediləcək - MARAQLI
Qütblərarası savaş və ya dialoq niyə alınmır... - BAXIŞ BUCAĞI
Köhnə avtobusu üzgüçülük hovuzuna çevirdilər - MARAQLI
Başında 10 santımetrlik "şeytan buynuzu" çıxdı - QORXUNC...
“Qanunvericilikdə nə göstərilirsə, metropoliten bunu qeyri-şərtsiz icra edir...”
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Qızlarımıza tövsiyəm odur ki, heç vaxt Rusiyadan gələn oğlanlara inanmasınlar..."
Cəmiyyət
“Mən yaradıcı dostlarıma arzu etmirəm ki, onlar bu xəstəliyə tutulsunlar...”
Cəmiyyət
Vaqif Bayatlı yeni kitabını çapa hazırlayır- Həyat yoldaşından açıqlama...
Cəmiyyət
Əlillərə zərgərlik işinin pulsuz öyrədiləcəyi sex açılacaq-İbrətamiz…
İqtisadiyyat
“RUS AZERİ SPİRİTS” ZAVODU AÇILIŞA TAM HAZIRDIR - FOTOLAR
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
“Putinin təbrik məktubundan sonra müxalif media əsas diqqətini Birinci xanıma yönəltdi...”
"Özləri buna inansaydılar, bizimlə birgə olmaq üçün çoxdan qaça-qaça yanımıza gəlmişdilər”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247