Xəbər lenti
20/09/2019 [20:10]:
Ermənistanda dələduz Sorosa abidə qoyuldu-"Bu, Paşinyan hakimiyyətinin rəmzidir"-FOTO+VİDEO
20/09/2019 [19:43]:
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib - FOTOLAR
20/09/2019 [19:38]:
Millət vəkili Əhməd Ağaoğlu ilə bağlı konfransda Türk dünyasına çağırış edib - FOTOLAR
20/09/2019 [19:32]:
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib
20/09/2019 [19:27]:
Qayda pozan piyadalara kim nəzarət edəcək? - Nazirlikdən Açıqlama
20/09/2019 [19:01]:
Gül almaq üçün dayandı, qəzaya səbəb oldu - FOTO
20/09/2019 [18:46]:
"Baku Bus" avtobusu qəzaya uğradı - Video
20/09/2019 [18:41]:
Aptekdən rüşvət alan müfəttiş işdən çıxarıldı
20/09/2019 [18:40]:
Kamal Abdulla Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb
20/09/2019 [18:18]:
Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır?
20/09/2019 [18:04]:
İlham Əliyev Elmin İnkişafı Fonduna icraçı direktor təyin etdi
20/09/2019 [18:03]:
İlham Əliyev maltalı həmkarını təbrik etdi
20/09/2019 [18:03]:
Deputat “Şöhrət” ordeni ilə təltif olundu
20/09/2019 [18:00]:
Ermənistanda istefa edəcək növbəti şəxslər kimlər olacaq? - ADLAR
20/09/2019 [17:43]:
BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb - FOTOLAR
20/09/2019 [17:38]:
16 yaşlı gənci qətlə yetirdilər- Şahidlər polisə zəng etmək əvəzinə, bunu telefona çəkdi-FOTOLAR
20/09/2019 [17:35]:
Kuryer məktəblini  intihardan xilas etdi -FOTO
20/09/2019 [17:30]:
Azərbaycanın yeni kamikadze PUA-ları - FOTO/VİDEO
20/09/2019 [17:28]:
Paşinyan atasını həbs etdirdi, Sərkisyan oğlunu general etdi
20/09/2019 [17:26]:
İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi
20/09/2019 [17:08]:
Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi
20/09/2019 [16:45]:
Qocalmağın qarşısını almağın sirri açıqlandı
20/09/2019 [16:45]:
Müdafiə Nazirliyində Kollegiya iclası - Zakir Həsənov Prezidentin tapşırıqlarını diqqətə çatdırdı
20/09/2019 [16:42]:
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
20/09/2019 [16:35]:
Arif Babayev təkrar əməliyyat olunacaq
20/09/2019 [16:32]:
"Qoşunlar irimiqyaslı döyüş əməliyyatları üzrə tapşırıqları uğurla icra ediblər"
20/09/2019 [16:29]:
Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"
20/09/2019 [16:27]:
Cavad Zərif: "İran müharibə istəmir"
20/09/2019 [16:00]:
Bakıda iki azyaşlı qıza təcavüz edən 43 yaşlı kişi məhkəmə qarşısında
20/09/2019 [15:59]:
“Mənimlə evləndiyi üçün onu Azərbaycana deportasiya etdilər...” - Belaruslu qız...
20/09/2019 [15:58]:
Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ
20/09/2019 [15:56]:
Ermənistanda kişi çatışmazlığı - Paşinyan ciddi problemi təlxək açıqlamaları ilə gözdən salır
20/09/2019 [15:55]:
“Qalib olacağıma ümidim yox idi, çünki...” - Müsabiqədə birinci yeri tutan kənd müəllimi...
20/09/2019 [15:46]:
“Böhtan və bu cür yaramaz hallar məsuliyyət yaradır...”
20/09/2019 [15:44]:
Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib
20/09/2019 [15:43]:
"Bir çox xarici güclər və onların yerli əlaltıları bu sazişin baş tutmasını istəmirdilər"
20/09/2019 [15:38]:
Bu da Rəfael Cəbrayılovun girovda olan deputat vəsiqəsi – Foto
20/09/2019 [15:35]:
"Mavi balina” oynayan yeniyetmə intihar edib
20/09/2019 [15:35]:
“Nar”-ın baş sponsorluğu ilə intellektual yarış start götürür
20/09/2019 [15:08]:
Dünya Kubokunda Azərbaycanın iki məşhur şahmatçısı üz-üzə
20/09/2019 [15:06]:
Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO
20/09/2019 [15:05]:
Prezidentin tapşırığına Şəkidə 4 il 4 aydır ki, əməl olunmur
20/09/2019 [15:03]:
Bakıda daha bir sürücü yol polisinə hücum etdi - ANBAAN VİDEO
20/09/2019 [15:00]:
Rusiyada azərbaycanlıların olduğu mikroavtobus qəzaya uğradı: Ölənlər var
20/09/2019 [14:52]:
Aqrar sektorda 200-ə yaxın vergi ödəyicisinin fəaliyyəti aktivləşdirilib
20/09/2019 [14:49]:
Orduda psixoloqların sayı artırılır: Əsgərlərin “dəli olmaq” ehtimalını önləmək üçün..!
20/09/2019 [14:49]:
“Qarabağ” 70-ci pillədə qərarlaşıb –UEFA klub reytinqi
20/09/2019 [14:46]:
Heydər Əliyev prospekti istiqamətində hərəkət tam məhdudlaşdırılacaq
20/09/2019 [14:44]:
Azərbaycanın qadın cüdoçusu Qran-pridə finala yüksəlib
20/09/2019 [14:42]:
Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
20/09/2019 [14:38]:
"İndiyədək mühafizəyə cəlb olunan heç bir yaşayış evi və digər obyekt sahibi zərərçəkmişə çevrilməyib"
20/09/2019 [14:35]:
"Əsrin müqaviləsi" imzalanandan indiyədək Azərbaycana 265 mlrd. dollar investisiya yatırıldı
20/09/2019 [14:33]:
Hərəkətin təhlükəsizliyinə zəmanət gücləndirilir
20/09/2019 [14:32]:
Ana sevgilisini 14 yaşlı oğluna güllələtdi - VİDEO
20/09/2019 [14:31]:
Ter-Petrosyan qayıdır: Paşinyan özünə “rəqib” hazırlayır
20/09/2019 [14:29]:
“Sosial şəbəkələrdə təhqir, böhtanla bağlı problemin olduğu inkaredilməzdir”
20/09/2019 [14:21]:
İşverən - YUNUS OĞUZ YAZIR
20/09/2019 [14:14]:
Ermənilər Xankəndidəki xəstəxanaya Belarusda istehsal olunmuş qurğu gətirdi-FOTOLAR
20/09/2019 [14:11]:
Əzrayılın erkək-dişiliyi... - Aqil Abbasdan maraqlı hekayə
20/09/2019 [14:07]:
Polis rəisi narkotikin zərərlərindən danışdı -FOTOLAR
20/09/2019 [14:06]:
Gülnarə Kərimovanın qızı hədələdi: “Anamın və mənim əlimdə ciddi kompromatlar var, açıqlayacam...”
20/09/2019 [14:02]:
İƏT-in Baş katibi: "Ermənistan baş nazirinin bəyanatı narahatlıq doğurur"
20/09/2019 [14:01]:
Həsən Ruhaninin ABŞ-a səfər tarixi açıqlanıb
20/09/2019 [14:00]:
Erməni əsilli ABŞ generalı Kalininqradı vuracağı ilə hədələyib
20/09/2019 [13:48]:
“Ermənistanla diplomatik təmasları davam etdirmək mənasızdır”
20/09/2019 [13:42]:
İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir
20/09/2019 [13:39]:
Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turunun vaxtı açıqlandı
20/09/2019 [13:36]:
Dünyada hər 11 saniyədə bir körpə və ya hamilə qadın ölür –Hesabat
20/09/2019 [13:35]:
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi
20/09/2019 [13:31]:
"Konsertimdən sonra xərçəng xəstəsi olan bir insan sağalıb, bundan böyük savab varmı?"
20/09/2019 [13:31]:
Bakıda taksi sürücüsü yol polisinə hücum etdi - VİDEO
20/09/2019 [13:28]:
Tramp “Facebook”un rəhbərini Ağ evdə qəbul etdi –Sirli görüş
20/09/2019 [13:28]:
Deputatdan borc qalmaqalı ilə bağlı - Açıqlama
20/09/2019 [13:25]:
“Əsrin müqaviləsi” ilə bağlı poçt markaları buraxıldı - FOTOLAR
20/09/2019 [13:24]:
“Azərbaycandilli məktəblər üçün ana dilində dərsliklər Gürcüstanda nəşr olunmalıdır” –Ombudsman
20/09/2019 [13:22]:
Gürcüstanda mikro həbsxanalar yaradılacaq
20/09/2019 [13:18]:
Komitə sədri: Gələn il maaşlar, müavinətlər, pensiyalar artırılacaq
20/09/2019 [13:11]:
Azərbaycan nefti: Lənət, yoxsa nemət..?
20/09/2019 [13:04]:
Sabah hava necə olacaq?
20/09/2019 [13:01]:
“Məsələyə nə qədər ki, el bizim, sirr bizim prizmasından yanaşacağıq problemlər qaçılmaz olacaq...” -Psixoloq...
Bütün arxiv bir sırada
23/05/2019 [13:09] - Müsahibə - ( 3034 dəfə baxılıb)

"Sosial şəbəkələr zorlanma və pornoqrafiyanın, əxlaqsız videoların «oylağı»na çevrilib"



O mətbuata açıq adamdır. Bəli, ADAMdır! Tam ciddiyik, bəlkə də Azərbaycan jurnalistikasını bataqlıqdan xilas edən, onun möhkəm çiyinlərdə daşınmasını təmin edən və ayaq üstündə tutan səbəblərdən biri də Mətanət Ağamirli kimi peşəkar jurnalistlərin mövcudluğudur. Onunla hər şeydən danışmaq olar. Çünki müsahibənin özü də onun üçün məsuliyyətdir. O yenə iş başındadır…

Müsahibimiz tanmınmış teleaparıcı, Əməkdar jurnalist Mətanət Ağamirlidir.

DOSYE: Mətanət Ağamirli Ağdam rayonunda anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Politologiya ixtisası üzrə bitirib. 1993-ci ildən mətbuatdadır. Fəaliyyətinin ilk beş ilində müxtəlif qəzetlərdə – “Press Fakt” və “Gündəlik xəbərlər”, “Bizim Əsr” qəzetlərində çalışıb. 2000-ci ildən Lider Televiziyasındadır. “Sədadan sonra”, “Mövqe”, “Portretlər silsiləsindən”, “Səda+”, “Gender”, “Səda 24”, “Seçim” kimi bir sıra ictimai-siyasi proqramların müəllifi və aparıcısı olub. Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə onun xarici səfərlərini, fəaliyyətini işıqlandıran jurnalist qrupunun üzvü olub. Eyni zamanda YAP Qadınlar Şurasının nəşri olan “Zəriflik” jurnalının redaktoru olan müsahibimiz 2016-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla “Əməkdar jurnalist” fəxri adna layiq görülüb.

İnandığım bir həqiqət var ki…

– İxtisasca politoloqsunuz. Siyasət meydanında «at oynadan» politoloqların çoxu qeyri-ixtisaslardan olanlardır. Niyə politoloq yox, jurnalist oldunuz?

– Məni bu sahəyə təsadüf gətirmədi. Jurnalist olmaq arzusu hələ erkən yaşlarda  yarandı. Orta məktəbdə oxuduğum illərdə o zaman yeganə televiziya olan AZTV-ni izləyirdim. Həmin dövrün məşhur aparıcları, diktorları, onların arasında yaşayanlar da var, dünyasını dəyişənlər də, bizim üçün əlçatmaz idi. Onlar gerçəkdən korifeydirlər. Jurnalist sənətini seçməyimə görə həmin korifeylərə borcluyam. Yəqin jurnalistikaya bağlılığa görə politoloq olmağı heç düşünmədim. Açığını deyim ki, başqa sahələri düşünsəm də (gülür)  politoloq olmağı heç arzulamadım… Amma inandığım bir həqiqət var: insan bir şeyi ürəkdən istəyərsə, Tanrı mütləq onu ona qismət edir! Orta məktəbin təqribən beşinci sinifində artıq mən öz niyyətimi aydınlaşdırmışdım və sonradan həmin «mənzilə» doğru yürüməyə başladım.

– Beşinci sinifdə oxuyanda jurnalist olmaq qərarı verdiyinizi söylədiniz. Lakin qarşıda məktəbli arzularını «puç edəcək» acı reallıqlar var idi. Nə vaxtsa düşünmüsünüz ki, kaş jurnalist olmazdım. Seçiminizə peşman olduğunuz anlar oldumu?

 – Mən o zaman jurnalistikaya gələndə qadınların sayı indiki qədər də  çox deyildi. Məni bu sahəyə  daxili istək gətirdi. Daxili istək isə insanın qərarlarına təsir edir. Mənim üçün ən önəmlisi jurnalist olaraq özümü təsdiq etmək idi. Qısası mən bu sahəyə keçici bir mərhələ, tramplin kimi baxmadım… təbii ki, zaman-zaman mənə də müxtəlif iş təklifləri olub. Amma özümü  başqa sahədə təsəvvür etmədim… Seçimim üçün heç vaxt peşman olmadım, əksinə hər an sevə-sevə çalışdım. Bir nüansı da vurğulamaq istərdim. Bu sahəyə ayaq açdığım ilk gündən ancaq və ancaq mənə dəstək olan, yol göstərən insanlarla rastlaşdım. Daxili gözəl insanlar da mənə bu sahəni daha da sevdirdi.   Məncə bu da Tanrının bir lütfüydü mənə.

Sosial media cəmiyyətimizi korlayır…

– Qabaqlar TV-lər medianın qalxanı idi. Qəzetlər, jurnallar TV-lərin yedəyində gedirdi. Son illər isə sosial media TV-lərlə açıq rəqabətdədir. Sizcə, bu rəqabət yekunda kimin xeyrinə bitəcək?

– Hesab edirəm ki, sosial media ilə TV-lərin fəaliyyətini eyniləşdirmək, müqayisə etmək doğru deyil. Düzdür, etiraf etmək lazımdır ki, sosial media son illər xüsusi populyarlıq qazanıb. Amma gerçəklik bu ki, sosial media televiziyalar kimi, heç zaman səhih mənbə olmayacaq. Ən azı ortada ciddi peşəkarlıq fərqi var. Xalq jurnalistikasının geniş vüsət aldığı bir dövrdə hər kəsin sosial mediada hesabı və səhifələri ola bilər. Lakin onlar peşəkarlıq, məsələyə peşəkar yanaşma baxımından nəinki TV-lər, digər mətbuat orqanları ilə də müqayisə oluna bilməzlər. Əgər yalnız orta məktəbi bitirən, digər sahələrdə uğur qazanmayan insanlar özlərinə sayt yaradıb, adını baş redaktor qoyub, sosial şəbəkələrdə paylaşımlar hesabına «media kapitanı» olduğu iddia edirsə, hansı peşəkarlıqdan danışmaq olar. Sosial media bundan da artıq  populyarlıq qazana bilər.  Ancaq bu o demək deyil  ki, onlar TV-lər və peşəkar mətbuat orqanlarına rəqib olacaqlar. Çox təəssüf ki, sosial mediada qlobal miqyasda gedən deqredasiya sosial şəbəkələrdə özünü daha qabarıq göstərir. Bu gün sosial şəbəkələr söyüşün, təhqirin, zorlanma və pornoqrafiyanın, əxlaqsız videoların, səviyyəsiz-bəsit dialoqların «oylağı»na çevrilib. Bəzən mənə elə elə gəlir ki, bu halların bizim milli-mənəvi dəyərlərimizi təhlükə altına aldığının fərqində belə deyilik…

 – Mətbuatın durumundan danışdınız. Qeyd edirsiniz ki, təsadüfi adamlar çoxdur. Bəlkə bu məqamda digər sahələrə üz tutmaq zərurəti ortaya çıxır? Həmkarlarınızdan mətbuat katibi gedənlər də az deyil…

– Bu günlərdə illərdir birlikdə çalışdığımız həmkarım Günel Gözəlova Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri təyin olundu. Digər dostlarımız arasında da mətbuat katibi təyin olunanlar az deyil. Fürsətdən istifadə edib, onların hər birini təbrik edirəm! Sevindirici haldır ki, artıq dövlət və özəl qurumlarda işini bilən peşəkarlar, həmkarlarımız irəli çəkilir. Buna qədər mətbuata məsul şəxslərin əksəriyyəti bu sahədən uzaq adamlar idi. Mənim hansısa qurumda mətbuat katibi olmaq kimi iddiam yoxdur. Mən mətbuat katibi ilə müqayisədə TV fəaliyyətimdə özümü daha azad hiss edirəm.

Prezident dedi ki, mən sizi tanıyıram, yaxşı proqramlar aparırsınız…

– Jurnalistlər üçün inşa olunan binanın açılışı zamanı gördük ki, Prezident sizi tanıdığını dedi. Necə hisslər idi?

– Yəqin siz də şahidi olmusunuz ki, təkcə mənə yox, digər aparıcılara qarşı da oxşar fikirlər səslənib dəfələrlə. Bu isə o deməkdir ki, cənab Prezident İlham Əliyev özü şəxsən televiziyaları, proqramları izləyir.

Jurnalistlər üçün inşa olunan binanın açılışı zamanı mənə sizi  tanıyıram, yaxşı proqramlar aparırsınız dedi. Çox  gözəl bir hiss… Məncə Prezidentin hər hansı aparıcını tanıması həm çox xoşdur, həm də bizim üçün böyük məsuliyyətdir. Əgər yaşadığın dövlətin birinci şəxsi səni tanıyır və fəaliyyətini müəyyən qədər izləyirsə, qiymətləndirirsə, demək ki, fəaliyyətin görünür, müşahidə olunur. Biz hamımız illərdir dövlət başçısının jurnalistlərə olan qayğısını, diqqətini izləyirik. Əlbəttə,  sevindiricidir ki, mən də bu diqqətdən kənarda qalmamışam. Dövlət başçısının sərəncamı ilə fəxri ada layiq görülmək, jurnalistlər üçün inşa olunan binada evlə təmin olunmaq məncə hər bir həmkarım üçün böyük etimaddır. Yeri gəlmişkən, jurnalistlərə göstərilən  münasibətinə görə mən bir daha  Cənab Prezidentə öz təşəkkürümü bildirirəm.

– 20 ilə yaxındır Lider TV-də çalışırsınız. Bir kollektivdə bu qədər çalışmaq darıxdırıcı deyil ki?

– Doğru, bəzən darıxdırıcı da olur. Amma deyəsən mən stabillliyə daha çox önəm verirəm. Tez-tez iş yeri dəyişməyi sevmirəm. Bu bir az da şəxsi xarakterdən irəli gəlir yəqin ki. Amma bu o anlama gəlmir ki, mən heç zaman iş yerimi dəyişməyəcəm. Nə bilmək olar?.. Məncə  bir az qismət məsələsi də var. Adətən çalışıram ki, öz işimlə məşğul olum. Lider TV-də işləmək üçün çox normal  mühit var. İndiyə qədər Lider TV-yə gəlib-gedən, zaman-zaman çalışan  dostlarımızdan soruşsanız, onlar da etiraf edəcək ki, tv məkanda ən doğma münasibət məhz «Lider»də olub. Yarandığı gündən «Lider»dəyəm.  Başım çəkilişlərə, proqramlara, işə o qədər qarışdı ki, 20 ilin necə sürətlə keçdiyini belə hiss etmədim.

Gənclərə məsləhət vermək yox, onlara nümunə olmaq lazımdır

– Bayaq dediniz ki, mətbuat katibi olmaq istəmirsiniz. Başqa yerdə özünüzü görmürsünüz, yoxsa bu yalnız mətbuat katibliyinə aiddir? Misal üçün niyə öz televiziyanız olmasın?

– (Gülür.) Mən demədim ki, özümü başqa sahədə təsəvvür etmirəm. Bayaq sadəcə mətbuat katibi kimi fəaliyyət göstərməyi nəzərdə tuturdum. Əlbəttə, arzusuz insan olmaz ki. Şərait yaranarsa, niyə mənim öz televiziyam olmasın?! Həyat çox qısadır. Gözümüzü açıb-yumub görürük ki, artıq 25 il keçib. Ən böyük arzum işğaldan azad olunan  Qarabağda quruculuq işlərində iştirak etməkdir. Çox istərdim ki, Qarabağ işğaldan azad edilsin və mən doğulduğum bölgədə televiziya yaradım, quruculuq prosesində iştirak edim. Qarabağda media qurumu yaratmaq arzusundayam. Kaş ki, arzu olaraq qalmasın…

 – Son sualımız: Mətanət Ağamirli üçün «uğur formulu» nədir. Gənclərə nə tövsiyyə vermək istərdiniz?

– Gənclərə hansısa məsləhət vermək lazım deyil. Gənclərə nümunə olmağı bacarmaq lazımdır. Hər kəs hansı addım atmağın ona faydalı olduğunu gözəl bilir. Mənə görə «uğur formulu»nu insanın niyyəti və əməli müəyyən edir. Əgər sən əhatəndə olanlara qarşı ədalətli, mehriban, səmimi davranırsansa bu artıq nümunədir. Sadəcə gənclərə demək istərdim  ki, müsbətlərə köklənsinlər, yaxşı nümunələrdən faydalansınlar. Misal üçün sosial şəbəkələrdə vaxtını hansısa qeyri-ciddi müzakirələrdə yox, onlara və mənsub olduğu topluma  faydalı olacaq müzakirələrlə keçirsinlər. Ən qiymətli sərvətimiz İlahidən  bizə verilən zamandır – ömürdür. Yeniyetmələırin, gənclərin daha mükəmməl yetişməsi üçün günümüzdə daha geniş imkanlar var. İstərdim ki, gənclər zamanı boşluğa yox, uğurları daha erkən qazanmağa xərcləsinlər. Müdrik kəlamlardan birində deyildiyi kimi, “zamanı dayandırmaq bilmir, onu idarə etmək və müvəffəqiyyət qazanmaq hər kəsin öz əlindədir.” (sosium.az)

loading...
loading...
Azərbaycan nefti: Lənət, yoxsa nemət..?
81 yaşlı qadın bankomatdan pulunu oğurlamaq istəyənin “dərsini verdi” - FOTO/VİDEO
Bu ölkədə evlilikdən kənar münasibət qadağan ediləcək - MARAQLI
Qütblərarası savaş və ya dialoq niyə alınmır... - BAXIŞ BUCAĞI
Köhnə avtobusu üzgüçülük hovuzuna çevirdilər - MARAQLI
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
16 yaşlı gənci qətlə yetirdilər- Şahidlər polisə zəng etmək əvəzinə, bunu telefona çəkdi-FOTOLAR
Cəmiyyət
“Qalib olacağıma ümidim yox idi, çünki...” - Müsabiqədə birinci yeri tutan kənd müəllimi...
Gündəm
Ermənilər Xankəndidəki xəstəxanaya Belarusda istehsal olunmuş qurğu gətirdi-FOTOLAR
Müsahibə
"Konsertimdən sonra xərçəng xəstəsi olan bir insan sağalıb, bundan böyük savab varmı?"
Cəmiyyət
“Məsələyə nə qədər ki, el bizim, sirr bizim prizmasından yanaşacağıq problemlər qaçılmaz olacaq...” -Psixoloq...
Həftənin ən çox oxunanları
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötdü
“Ona heç nə olmadı, mənimsə 2 övladım anasız qaldı”: Müəllimin bədbəxt etdiyi xadimə...
"Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi" - Köçəryandan maraqlı etiraf...
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
25 yaşlı qızı “öldürən” “Maserati” sürücüsü video yaydı
“Putinin təbrik məktubundan sonra müxalif media əsas diqqətini Birinci xanıma yönəltdi...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247