Xəbər lenti
16/09/2019 [00:29]:
"Qırıcı son ana kimi, suya daxil olana qədər tam işlək vəziyyətdə olub..."
16/09/2019 [00:08]:
"Qafqaz hərəkatı dünən də, bu gün də, gələcək üçün də tayı-bərabəri olmayan tarixi örnəkdir"
15/09/2019 [23:26]:
4 yaşında dünyanın ən gözəl qızı seçilmişdi, baxın indi necə görünür! - FOTOLAR
15/09/2019 [23:16]:
S-400 raketdən müdafiə sisteminin sonuncu partiyası Türkiyəyə çatıb
15/09/2019 [23:12]:
Azərbaycan torpağı PKK tərəfdarına verilməyəcək- Qərar
15/09/2019 [23:05]:
Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi - Fotolar
15/09/2019 [22:31]:
Salyanda 3 yaşlı uşağı avtomobil vurub
15/09/2019 [22:27]:
Azərbaycan klubu Dünya Kubokunun qalibi oldu
15/09/2019 [22:24]:
Neftin qiyməti kəskin artacaq – PROQNOZ
15/09/2019 [22:22]:
Ərdoğan Trampla Amerika “Patriot”unun alınması məsələsini müzakirə edəcək
15/09/2019 [22:20]:
“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır...”- VİDEO
15/09/2019 [22:18]:
"Su-35" və "Be-200" təyyarələri İstanbul səmasında sınaq uçuşlar edib
15/09/2019 [21:59]:
Almaniyada əlillər evində yanğın olub, ölən və xəsarət alanlar var
15/09/2019 [21:54]:
Türkiyə-Suriya sərhədində partlayış olub, azı 12 nəfər öldü
15/09/2019 [21:28]:
Türkiyədə Nəsimiyə həsr edilən beynəlxalq elmi simpozium keçirildi - FOTOLAR
15/09/2019 [20:55]:
Atasıyla eyni yaşda və tarixdə şəhid oldu - FOTO
15/09/2019 [20:54]:
Qusar sakini yararsız parçaları sənət əsərinə çevirir - FOTO
15/09/2019 [20:48]:
Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır
15/09/2019 [20:15]:
Azərbaycan güləşçisi Rafiq Hüseynov dünya çempionatında gümüş medal qazanıb
15/09/2019 [20:02]:
Tərtərin cəbhə kəndində yaşayan ailənin üçəm oğlu oldu
15/09/2019 [19:57]:
Osmanlının təhlükəyə qarşı tikdirdiyi Gəncə qalasını Çar Rusiyası eyni qorxudan dağıtdı - FOTO
15/09/2019 [19:37]:
Türkiyə Vitse-prezidenti Bakıya gəlib
15/09/2019 [19:16]:
Azərbaycandakı ən qədim məbəd Rusiya işğalı zamanı necə kilsəyə çevrildi? - VİDEO
15/09/2019 [19:04]:
"Sənin 10 milyon izləyicin yoxdur ki, ancaq mənim var, məni dəli etmək istəyirsən?"
15/09/2019 [18:20]:
“Gənclər arasında vətənpərvərliyin təbliği” adlı layihənin dördüncü tədbiri keçirilib
15/09/2019 [18:06]:
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?
15/09/2019 [18:00]:
Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı
15/09/2019 [17:48]:
Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirildi - FOTO/VİDEO
15/09/2019 [17:46]:
Bakıda ilk dəfə Lavaş və Qutab festivalı keçirildi - VİDEO
15/09/2019 [17:10]:
Gəncədə yük maşını körpünü keçə bilmədi - VİDEO
15/09/2019 [16:53]:
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
15/09/2019 [16:50]:
İnsulin alan xəstələr ehtiyatlı olsun: Ölüm təhlükəsi var!
15/09/2019 [16:31]:
Zurabişvilinin oğlu Makron administrasiyasının əməkdaşı oldu
15/09/2019 [16:30]:
Vahid Ələkbərovun şəhərə gəlişinə görə şam ağaclarını və otları rənglədilər
15/09/2019 [16:29]:
Avropa İranla ticarət üçün yaradılacaq mexanizmə 15 milyard dollar ayıracaq
15/09/2019 [16:28]:
İranda qadınlar stadionda futbol izləyə biləcəklər
15/09/2019 [16:26]:
KİV: Səudiyyə Ərəbistanına neft nəqlinin bərpası üçün bir həftə lazımdır
15/09/2019 [16:23]:
ABŞ-ın Gürcüstandakı səfirliyi qarşısında aksiya keçirilir
15/09/2019 [16:23]:
Səfir: "Bakının azad edilməsi bütün Türk dünyası üçün əlamətdar hadisə idi"
15/09/2019 [16:05]:
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
15/09/2019 [15:50]:
Arvadına işgəncə verən kişiyə ağır cəza- FOTOLAR
15/09/2019 [15:27]:
"İl ərzində 20 min tələbəyə distant təhsil verə biləcək UNEC EXTERN yaratmışıq"
15/09/2019 [15:00]:
Azərbaycanda avtobusda qadınlar arasında saçyoldu oldu - VİDEO
15/09/2019 [14:50]:
Qulu Məhərrəmli: "Bu gün PAYTAXT günü elan olunmalıdır"
15/09/2019 [14:43]:
Qədim türk şəhəri Bakı... – Ərdoğanın müşaviri
15/09/2019 [14:40]:
Amerikalı senator İranın neft emal zavodlarını vurmağa çağırdı
15/09/2019 [14:35]:
Nazilə əri ilə şəklini paylaşdı - “Məndən 8 yaş böyükdür”
15/09/2019 [14:33]:
Beyləqana yeni icra müavini təyin olundu
15/09/2019 [14:29]:
Artıq çəkisinə görə məktəbdən çıxardılar
15/09/2019 [14:24]:
Tunisin sabiq Prezidentinin həyat yoldaşı vəfat etdi
15/09/2019 [13:56]:
Ayı İsmayıllı sakininə həyətində hücum etdi
15/09/2019 [13:54]:
Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”
15/09/2019 [13:53]:
Muqabe mavzoleydə dəfn ediləcək
15/09/2019 [13:41]:
Özbəkistanın Türk Şurasına gəlişi ilə bağlı BƏYANAT
15/09/2019 [13:23]:
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO
15/09/2019 [12:54]:
İran generalı: "ABŞ-la müharibəyə daim hazır vəziyyətdəyik"
15/09/2019 [12:53]:
SON DƏQİQƏ! Sərnişin avtobusu AŞDI - 1 ölü, 40 yaralı var / FOTO
15/09/2019 [12:50]:
Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ
15/09/2019 [12:48]:
Sabiq millət vəkili vəfat etdi - FOTOLAR
15/09/2019 [12:45]:
Tunisdə prezident seçkiləri keçirilir
15/09/2019 [12:40]:
Xurafatdan vəhdətə aparan missiya - Builki Aşura hansı məqamlarla yadda qaldı?
15/09/2019 [12:23]:
İlk dərs günü ölkə ərazisində 30 dərəcəyədək isti olacaq
15/09/2019 [12:21]:
Azərbaycanda yeni turizm məktəbi yaradılacaq
15/09/2019 [12:10]:
Bu il Bakı şəhəri üzrə 14 məzun məktəbi qızıl medalla bitirib
15/09/2019 [12:07]:
“Azərişıq” son 4,8 ildə elektrik enerjisi üzrə texniki itkiləri 2 dəfəyə qədər azaldıb
15/09/2019 [11:57]:
Rusiyada vertolyot itib
15/09/2019 [11:39]:
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
15/09/2019 [11:30]:
İslam Abbasov dünya çempionatına qələbə ilə start verib - YENİLƏNİB
15/09/2019 [11:20]:
Mehriban Əliyeva məktəbliləri Bilik günü münasibəti ilə təbrik edib
15/09/2019 [11:19]:
"Başımız bədənimizə qaytarıldı, amma onu yaxşı işlədə bilmədiyimizdən bu dəfə ürəyimizi itirdik"
15/09/2019 [11:15]:
Sabirabadda maşın su kanalına aşıb, sürücü ölüb
15/09/2019 [11:09]:
Müəllimə 15 yaşlı şagirdinə intim təklif etdiyi üçün saxlanıldı - FOTOLAR
15/09/2019 [11:03]:
“Yenidən Müsavat başqanı olmaq fikrim yoxdur, bu məsələdə spekulyasiyaları düzgün saymıram”
15/09/2019 [10:48]:
Bu gün "Qarabağ" və "Neftçi" komandaları qarşılaşacaq
15/09/2019 [10:30]:
Tehran Ər-Riyada qarşı neft savaşına başladı: Husilərin “Aramco”-ya hava hücumlarının iç üzü
15/09/2019 [10:30]:
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
15/09/2019 [10:28]:
Rəsul Çunayev dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
15/09/2019 [10:27]:
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
15/09/2019 [10:24]:
Əzrayılın erkək-dişiliyi...
15/09/2019 [10:14]:
Çürük kartof   4 adamı öldürdü…
Bütün arxiv bir sırada
24/05/2019 [10:37] - Cəmiyyət - ( 877 dəfə baxılıb)

Şəmsəddin Əliyevin Ramazan duası: "Bizlərə ağıl ver, ya Rəbbim, ağıl!"



“İnsanların öz əlləri ilə etdikləri pis əməlləri və günahları üzündən quruda və suda fəsadlar əmələ gələr. Bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar. Allah bununla da onlara etdiklərinin bir qismini-bəzi günahların cəzasını daddırır ki, tövbə edib pis yoldan qayıtsınlar.”

(Ər-Rum surəsi, 41-ci ayə )

Ya Rəbbim! Bu dünya Sən quran, yaratdığın dünyadır. Hər şey yerli yerində. Belə İlahi memarlığa kim dəyişiklik etməyə cəsarət edə bilər ki? Buna cəhd olunarsa da, ağlın dayazlığına dəlalət edər.

Adəmi (ə. s.) və onun övladlarını da Sən yaratdın. Bizə düz yol göstərdin. “Sıratəl müstəqim” söylənildi. Amma doğru yolla getmək əvəzinə, səhv yolla getdik. Bəşər tarixində ilk qətl – qardaşın qardaşı öldürməsi faktı da həzrəti Adəmin payına düşdü.

Şeytanı da, İblisi də Sən yaratdın. Sənə müxalifətdə olana mərhəmət göstərib ona qiyamət gününə qədər möhlət də Sən verdin, ya Rəbbim! Biz isə hər gün onun yalan vədlərinə uyub, düz yoldan kənara çəkilirik. Mütləq Sirat körpüsündən keçəcəyimiz Günü heç xatırlamırıq. Sən ki bunları bilir və görürsən, ey hər şeyə qadir olan Allahım!

Günahımız çox, Ya Rəbbim, çox! Bizə ağılı da sən verdin ki, həddində davranaq. Amma ağlımızla nəfsimizi cilovlaya bilmədik. Azdıqca azdıq. İradəsizlik göstərdik.

Ya Rəbbim, göz açıb yumuncaya qədər də olsa, bizi nəfsimizlə baş-başa buraxma!

Göz verdin ki, yaxşı şeylərə, insanı heyrətə və riqqətə gətirən, Sənin təcəlla etdiyin gülzara, təbiətə baxaq. Harama, naməhrəmə baxmayaq. Amma göz baxdıqca, baxdı… Heç doyan vaxtı da olmadı, yəqin ki, heç olmayacaq da. Gözün qarnı yoxdur ki, doysun.

Bizə əl, ayaq da  bəxş etdin. Lazım olmayan yerlərə getdik, almamalı şeyləri alıb götürdük, yenə şeytani nəfsə uyduq… Necə deyərlər:

Ayaq getdi, əl gətirdi, diş yedi. 
Baxmaqdan savayı, gözə nə qaldı?…

Qiyamət Günü xeyrimizə yalan hesabat verməyə çalışsaq da, göz gördüyünə, əl götürdüyünə, ayaq getdiyinə düz şəhadət verəcək. Diş də nə çeynədiyini düz deyər. Fəqət, yazıq bəndəyik, çox yazıq…

Ya Rəbbim! “Dünya həyatı bir imtahandır” – deyə xitab etdin, ibrət götürmədik. Əziyyətlərə, bəlalara  səbr, verdiklərinə şükr etmədik. Tez aldandıq. Bəzən Sənə asi olanlar da, Sənə şərik qoşanlar da, küfr edənlər də olur və var. Əstəğfirullah, özlərinə başqa İlah axtarırlar. Vay hallarına, vayyy!…

Həzrəti Əyyubun övladlarının da əhvalatını bizə dönə-dönə, ibrət üçün xatırladırsan. Qardaşlar qardaşı – Yusif peyğəmbəri quyuya atdılar. Biçarənin qışqırığına, yalvarışlarına rəhm etmədilər. Sonra da üstünə bir daş atdılar… Sənin rəhmin  və istəyin nəticəsində Yusif (ə.s) bütün məhrumiyyətlərə və əziyyətlərə səbr etdi. Kölə kimi satıldı və alındı… Nəhayət, ucaldı (ucaltdın).

Bəzilərimiz bu dünyada əməllərimizin girovuna çevrilir, cəzalandırılırıq, bəzilərimizi daha zəngin edirsən, “harınlaşıb” Səni tez unuduruq. Bu zənginliyin kimdən və hardan gəlməsinə əhəmiyyət vermir, şükr etmirik. Keçmişimizi tez unuduruq… Bəzən də Fironsayaq davranırıq, amma Fironun əhvalatını xatırlamırıq…

Əflatuna, Nuha, Suleymana qalmayan dünya kimə qalıb və kimə qalacaq, Ya Rəbbim?! Axı, canı verən də Sən, alan da Sənsən! Anlamadıq, fərqində olmadıq. Necə olacaq bu dünyanın işi, Sən bilirsən.

Ya Rəbbim! Zaman yaman dəyişib və dəyişir. Daha çox zəmanəmizə bənzəyirik. “Millət vəkili”miz “bu cavan oğlan çox fərasətli və bacarıqlıdır, pul qazanmaq şansı böyükdür” deyir. Allah! Allah! Bu dərəcədə  olmaz axı, Ya Rəbbim! 21-24 yaşında necə 1 milyon dollara yaxın komfortlu avtomobillərin sahibi olmaq mümkündür? (Bu, uşaqların oynamaq üçün aşıq yığmasına bənzəyir.) 1 milyon qaçqını olan ölkənin bir gənc vətəndaşının təkcə 1 milyon dollarlıq avtomobili var! Daha nəyi, nəyi…  Peyğəmbərlərin heç birinin bu qədər sərvəti olmamışdı.

Nuh (ə.s.) övladının bağışlanması üçün Sənə dua etdi, Sənə sığındı, duasını qəbul etmədin. Məhəmməd Peyğənbərin övladlarının nələr çəkdiyini tarix dönə-dönə ibrət dərsi kimi dünya ictimayətinə çatdırır. Dərs olmur, Ya Rəbbim! Mənə hərdən belə gəlir ki, yolundan azmışların, nemətlərinə şükr etməyənlərin, çətinliklərə tab gətirə bilməyən, səbr etməyənlərin Rəbbi Sən deyilsən. O dünya barədə təsəvvürləri yoxmuş. Səndən qorxmurlar. Həzər o gündən ki, ata övladının, övlad atanın, ana əmzikli körpəsinin karına bir işlə gələ bilməyəcək! Həzər, min həzər!

Ya Rəbbim! Dünyada nə baş verəcəyini, bizi hələ nələr gözləyəcəyini Səndən başqa bilən yoxdur.

Hər bir çətinliklərdən yalnız sənə sığınıb, Sənə təvəkkül etməliyik. Edirikmi? Bunu da Sən bilərsən.

Zənginlik xeyirxahlıqda, onun açarı isə əlimizi açıb Sənə edilən dualardadır. Dediyin kimi, dua üçün qapılar hər zaman açıqdır, bağlı vaxtları olmur ki, təki, istəyək.

Ya Rəbbim, qiyamətin nişanələri artıq görünür. Dələduzluq zamanın dəbdə olan baş cinayətlərindəndir. Heç kimə heç nə etibar etmək olmur. Məmur etibar edilən vəzifəsindən, bir-birilərini tanıyanlar  isə etibardan  sui-istifadə edib dələduzluqla pul qazanırlar. İpin ucunu yığmaq olmur. Hara gedir, ya Rəbbim, bu qurduğun dünya? Hələ bu, harasıdır!? Cinslərini dəyişən kişilər, eyni cinsdən nikaha daxil olan cütlüklər var. Bu “lotuluq” Lut peyğəmbərin çirkin qövmündənmi qaldı, Ya Rəbbim?

 Yaratdığın şüurlu varlığın artıq ağıla ehtiyacı yox, qələmin yazdıqlarına inananların sayı azalıb, mənəviyyat pozulub, naməhrəmlər bir-birinə usanmadan eşq elan edir. Media mühitində isə belə hallar təşviq və sanki cəmiyyətə tövsiyə olunur.

Ya Rəbbim, mütləq ƏDALƏT tərəzisi Sənin hüzurundadır. Cəmiyyət həmişə ədalətli  qərarlara “hamilə” olsa da, ədalətə imza atan qələmlər üçün mürəkkəb tapılmır, azdır, lap az. “Femida” artıq gözündəki dəsmalı açıb, özəl hüquqşünasların girovuna çevrildikcə, özəl qərarların da sayı çoxalır.

Ya Rəbbim! Bu dünyanı yenidən qur.  İş o yerə çatıb ki, dünyada hansı dövlət güclüdürsə, hegemonluğu da o edir. “Kim güclüdürsə o, haqlıdır”-prinsipi beynəlxalq hüququn yazılmamış prinsipi olsa da, hamı susur. Bu da əsl firon əxlaqıdır. İnsani dəyərlərə hörmətlə yanaşmayan bir gücdən, qüvvədən ancaq zorakılıq və təcavüzkarlıq doğar. Hər şeyi gücdə və hərbi arsenalında görən bir dövlətin təcavüzkarlığa əl atmaması mümkün deyil. Dövlətlər bir yana, fərdlər də, millətlər də artıq bu instinktlə hərəkət edirlər.

XXI əsr də belə başladı… Terrorizm əsri… Terror halları insanları vahimədə saxlayır. Qətllərin sayı-hesabı yoxdur. Günahsız körpələrin, yaşlılarin-iyrənc siyasi oyunların böyük qurbanları kimi sayı artmaqdadır. Dünyada sülhə səs verən dövlətlər ikiüzlülük, riyakarlıq  edirlər. BMT-nin dedikləri, qət etdikləri çirkab su qədər üfunət qoxusu verir. Ağız deyəni qulaq eşitmir. Köləlik və nökərçilik yenə adi hala çevrilib. İnsanları əşya kimi biri satır, digəri alır. Dünya al-ver yerinə çevrilib. Amma bu dünyanı satıb, o dünyanı alan yox.

Yer üzərindəki qanunlar haqsızlıqları dəf etməyə acizdir, Ya Rəbbim! Böyük Amerikanin böyük barmağı dünyanı hədələyir. Təyyarədaşıyanlar İranı mühasirəyə almaq üçün texnika toplayır. Nələr olacaq, nələr… Bəşəriyyəti nahaq şərdən qoru, Ya Rəbbim! Ümidimiz yalnız Sənədir!

Ya Rəbbim! Bizans imperatorluğuna son qoymuş Osmanlı imperiyasının 7-ci padşahı Sultan Məhmət Fateh həzrətləri ilə qazi Xızır Çələbi arasında baş verən ibrətamiz bir hadisə məni yaman riqqətə çəkib. Sultan Fateh əmrini lazımınca yerinə yetirməyən xristian memarın əlinin kəsilməsi barədə cəza verir. Memar da o dövrün qazisi Xızır Çələbiyə şikayət edir. Qazi tərəfləri məhkəməyə dəvət edir və onları dinlədikdən sonra memarın əlinin kəsilməsinə qisas olaraq Sultanın da bir əlinin kəsilməsinə hökm verir.

İslam hüququnun mahiyyətinə görə, zərərçəkən dolanışıq xərclərinin ödənilməsi şərtilə qisasdan imtina edə bilərdi. Qazinin çəkinmədən Sultan Fatehin cəzalandırılmasından riqqətə gələn və hakimin ədalətinə heyran qalan memar ağlayaraq Sultanın ayaqlarına sarınır. Sultan onun dolanışıq xərclərini öhdəsinə götürür. Memar isə çox keçmədən müsəlman olur.

Məhkəmədən sonra Sultan Fateh ədalətli hökm verdiyinə görə qaziyə təşəkkür edib deyir: “Əgər mənimlə bir müttəhim kimi deyil, bir padşah kimi rəftar etsəydin, səni bu qılıncımla param-parça edərdim”. Qazi də Sultana məhkəməni səbrlə dinləyib, verilən hökmlə razılaşdığına görə minnətdarlığını bildirərək deyir: “Əgər sultanlığına güvənib hökmümə qarşı çıxsaydın, səni bu aslanlara yem edərdim”. Və xirqəsinin ətəyini çəkib aslanların qəzəbli və vahiməli baxışlarını sultana göstərir: “Belə Sultanın, belə də Qazisi olar”.

Ya Rəbbim! XXI əsrdə iş o yerə çatıb ki, qatillər daha edam olunmurlar, güllələnmirlər, oğruların əlləri kəsilmir. Onlara yaşamağa qanunla möhlət verilir, büdcədən naqislərin saxlanılmasına pul xərclənir. Qətlə yetirilənin qisası, qatil həmvətənindən alınmır, əvəzi ödənilmir. (Konstitusiyamızın 27-ci maddəsinin fərqinə varmırıq.) 10-13 ildən sonra qatil qanunla azadlığa buraxılır – canavar qəfəsdən buraxıldığı kimi. Qisasçılığa meyl artır…

Belə məlum olur ki, yaratdığın insan insana, yaratdığımız dövlət isə dövlətə canavarmış.

Sənin qanunların da,  qurduğun dünyada işləmir. “Özünüzdən olan, içərinizdən seçilən başçılara biət edin”– kəlamına məhəl qoyulmur. Müqəddəs saydığın düz Qələm əyilib, daha ədaləti vəsf edə bilmir.

Dünyanı yenidən qur, Ya Rəbbim!

Qaçqınlarımızın qaçqınlığını artıq çoxdan unudublar. Dəyişib həyat və dəyişdirilir. Torpaqlarımıza baş çəkməyə, qəbirlərimizi  ziyarət etməyə qoymurlar. “Cızz, yandırar” deyirlər. Cəsarətimizi də nümayiş etdirə bilmirik. Güclülər qoymurlar. Hamıya bəllidir ki, vəhşi, yırtıcı  erməni tayfası əsgərlərimizin önündə dura bilməzlər. Bu gücü də ordumuza Sən vermisən, Ya Rəbbim, Sən!

Ya Rəbbim! Dünya qloballaşır, kosmopolitləşir, yaratdıqların indi transferlər, inteqrasiya  edir! Eh, nə bilim, nə edir… Bu “nemətləri” də Sənmi endirdin yer üzünə? Baş açan yoxdur. Fatmanisə xala günahını anlamır. Ona Xocalı, Şuşa, Zəngilan, Qubadlı, Kəlbəcər lazımdır, Kəlbəcər…! Bəndələrin həyət-bacasını istəyir, Ya Rəbbim!

Ya Rəbbim, gərək bizi Samuraylar kimi yaradaydın. Kəlbəcərin, Laçının, Şuşanın, Qubadlının, Zəngilanın, Cəbrayılın, Füzulinin ağı deyən səslərini eşitmirik. Süleyman peyğəmbərə çatdır ki, küləyə əmr etsin, ağılar elimizdə ünvan-ünvan dolaşsın. Sonra da, güclü dövlətlərdə sunamitək əssin, köpək uşaqlarına dərs versin… Bəlkə ayıldılar.

Ya Rəbbim! Məhəmməd peyğəmbərin (s.ə.s) kafirlərə qarşı döyüşlərinin birində düşmən tərəfin döyüşçüləri Rəsulullahın tərəfdarlarına çox göründü, ətrafı təşvişə düşdülər. Əmrinlə qalxan tozlu-qumlu külək düşmən tərəfə gözlərini açmağa imkan vermədi… Düşmənlərimizin  də gözlərini bağla, Ya Rəbbim!

Burdan şəhid veririk, o yandan çal-çağır ara vermir. Hoppanıb-düşmək, əlini qulağının dibinə qoyub  zəngulə vurmaq da bir peşəyə çevrilib. İndi gənclərimizin çoxu bacardı-bacarmadı səhnədə oxumaqla özünü sınayırlar. Müsabiqələr vətənpərvərliyi arxada qoyub. Ancaq “sevgilim, yar” deyib sızıldayır, ana deyib səhnədə göz yaşı tökürlər.  Ana torpaq və qəbrlər də işğalda – “Ağlamağın yeri deyil, ağlama!”(M.Araz)

Az qala, “döyüş alnımızdan silinsin”. Siyasətçilərdən və ictimai xadimlərdən daha çox, belələri tanınırlar. Patriotizmin unudulmaq təhlükəsi var. Qoyma, Ya Rəbbim!  Bizə Özün dayaq ol!

Televiziya verilişləri aparıcıların mülkiyyətinə çevrilib. Nəyi istəyirlər, danışırlar. Necə gəldi, geyinib efirə çıxırlar. Tamaşıçılara hörmət qoymurlar.

 “Quzu yolunu azmış, canavar əndazəsini aşmışdır”. Hələ  arzulamadığımız davranışları təbliğ edən mənasız serialları demirəm. Hara gedirik?…

Bizlərə ağıl ver, ya Rəbbim, ağıl! Ordumuza qüdrət, cəsurluq, şücaət ver! İmkanlılara comərdlik bəxş et ki, yoxsulları yada salsınlar.

Düşmənlərimizə fürsət vermə! Onlara qiyamət gününün əzabını nəsib et!…

Sözüm çoxdur. Rizanla gələn “görüşlərədək”, İNŞALLAH!

Bu da Ramazan ayının bir duası idi . Qəbul et, dərəcəyə çatdır, Ya Rəbbim! 

Şəmsəddin ƏLİYEV

hüquqşünas

loading...
loading...
Əzrayılın erkək-dişiliyi...
Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası...
Siqaret çəkərkən ölümdən döndü - QORXUNC...
Bombalı paketi açan rektorun əli qopdu - QORXUNC... + VİDEO
Hamiləlikdə yaşanan stress baxın nəyə səbəb olur - ARAŞDIRMA
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır...”- VİDEO
Maraqlı
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
Dünya
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
Hadisə
Müəllimə 15 yaşlı şagirdinə intim təklif etdiyi üçün saxlanıldı - FOTOLAR
Siyasət
“Yenidən Müsavat başqanı olmaq fikrim yoxdur, bu məsələdə spekulyasiyaları düzgün saymıram”
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
"Bir dəfə Heydər Əliyev iclas keçirəndə indiki icra hakimiyyəti başçılarından biri deyib ki..."
“Eşşək” ləqəbli oliqarx-deputatın qızının toyunda qanunsuz atəşfəşanlıq- Polis hərəkətə keçdi...
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
“Əli Nağıyevdən bir peşəkar kimi gözləntim böyükdür”
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247